Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Filiz
Filiz — iqtisadi cəhətcə tərkibindən metalların alınması məqsədəuyğun hesab edilən təbii mineral birləşmə. "Filiz" termini bir sıra qeyri metal qazıntılar (pyezokvars, flüorit və s.) üçün də işlədilir. == Azərbaycanda filiz yataqları == Azərbaycanın yeraltı sərvətləri içərisində əhəmiyyətinə görə ikinci yeri filiz faydalı qazıntıları durur, (birinci yerdə neft-qaz durur), Respublika bu faydalı qazıntılarla çox zəngindir. Daşkəsən dəmir yatağı, Zəylik alunit yatağı, Balakən rayonunda aşkar edilmiş Filizçay polimetal yatağı Avropada, həta dünyada ən iri yataqlardan sayılır.[mənbə göstərin] Azərbaycan ərazisində həmçinin mis, qurğuşun, sink, molibden, manqan, kobalt, civə, xrom, nikel, sürmə, arsen, qızıl və s. yataqları da vardır.
Filiz Aker
Filiz Aker (doğum adı: Fatosh Bayer; 5 avqust 1963, İstanbul – 27 avqust 2017) — türk kino aktrisası
Filiz Akın
Filiz Akın (2 yanvar 1943, Ankara) — Türkiyəli kinoaktrisa. Türk kinosunun nəcib, müasir, şəhərli və zərif siması kimi kinosevərlərin rəğbətini qazanan Filiz Akın həm də Avropa siması, kollec qızı və böyük ekranın sarışın ulduzu kimi tanınır. O, kino aktyorları Türkan Şoray, Hülya Koçyiğit və Fatma Girik ilə yanaşı türk kinosunun bir dönəmində iz qoyan dörd önəmli aktrisadan biri hesab olunur. Filiz Akın orta təhsilini başa vurduqdan sonra bir turizm şirkətinin Ankara agentliyində işləməyə başlayıb. Göndərdiyi fotoşəkillə 1962-ci ildə Artist jurnalının müsabiqəsinin qalibi olur. Memduh Ün təkidi ilə Akasyalar Açarken filmi üçün kamera qarşısına keçməyə razılıq verdi. Beləliklə, onun 13 il davam edəcək aktiv aktyorluq karyerası başladı. 1964-cü ildə "Qadın Bərbər" filminin çəkiliş meydançasında tanış olduğu prodüser-rejissor Türker İnanoğlu ilə evləndi. 1965-ci ildə oğlu İlkər İnanoğlu dünyaya gəlib. 1974-cü ildə Türker İnanoğlu ilə boşanan Akın 1975-ci ildə "Ataların atası" filmi ilə kinoya vidalaşıb.
Filiz təzahürü
Filiz təzahürü (ing. show of ore, rus. рудопроявление) — parametrləri (metalın miqdarı, forması, cismlərin ölçüsü və s.) hələ aydınlaşdırılmamış bu və ya digər faydalı qazıntı toplusudur. Kəşfiyyat prosesində belə filiz təzahürləri ya yataq kateqoriyasına keçə bilər və ya sənaye əhəmiyyəti olmayan filiz təzahürü olaraq qalar.
Qeyri filiz
Qeyri-filiz süxurlar — aparılan geolojikəşfiyyat işləri nəticəsində Respublikanın bir sıra bölgələrində müxtəlif növ qeyri-filiz faydalı-qazıntı və tikinti-inşaat materialları yataqları aşkar edilmişdir. Dövlət balansında 59 yataq qeydə alınmışdır, onlardan 48-i əhəngdaşı, 9-u tuf və tuf qumdaşı, 1 qumdaşı və 1 travertin yatağıdır. Dövlət balansında 22 üzlük daşı, o cümlədən, 2 əhəng daşı, 12 mərmərləşmiş əhəngdaşı, 1 porfirit, 2 travertin, 1 tuf, 1 qabbro, 2 konqlomerat və 1 tesenit yatağı qeydə alınmışdır. Dövlət balansında 101 kərpic-kirəmid, keramzit, aqloporit və tikinti keramikası istehsalına yararlı gil yataqları qeydə alınmışdır. Dövlət balansında 16 sement xammalı yatağı qeydə alınmışdır. 27 tikinti daşı (əhəngdaşı, qırmadaş) yatağının ehtiyatları Dövlət balansında qeydə alınmışdır. Dövlət balansında 76 qum-çınqıl qarışığı yatağı qeydə alınmışdır. 17 qum yatağının ehtiyatları Dövlət balansında qeydə alınmışdır. Dövlət balansında 3 yataq qeydə alınmışdır. Yataq süxurlarında bitumun miqdarı 7,5–8,1 % arasında dəyişir.
Filiz Kılıç
Filiz Kılıç (30 iyun 1964, Nevşəhər ili) — müəllim və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı. == Həyatı == Filiz Kılıç 30 iyun 1964-cü ildə Nevşehir ilinin Avanos ilçəsində anadan olub. Hacettepe Universiteti Ədəbiyyat Bölməsindən məzun olub. Qazi Universiteti İctimai Elmlər İnstitutunda magistr və PhD dərəcələri alıb. Qazi Universiteti Fənn-Ədəbiyyat Bölməsində 1995-ci ildə dosent yardımcısı, 2000-ci ildə dosent, 2005-ci ildə isə professor elmi adları alıb. Kitablarıdosent]], 2005-ci ildə isə professor elmi adları alıb. Kitabların və məqalələrin müəllifidir. Uzun illər Qazi Universitetində vəzifələrdə təmsil olunub. 2008-2017-ci illərdə Nevşehir Universitesinin qurucu rəhbəri olub. 2021-ci ildən MHP sədrinin müavinidir.
Üçgöl filiz təzahürü
Əlsiz adamlar (film, 1932)
Film tədris müəssisələrinin politexnikləşdirilməsi kimi aktual məsələyə toxunur. Çünki məktəbi yenicə bitirib müstəqil həyata başlayan gənclərdə əmək vərdişləri olmur. Ona görə də belələrini "əlsiz adamlar" adlandırırlar. Film rejissor İqor Savçenkonun kinoda ilk müstəqil işidir. Ssenari müəllifi: İqor Savçenko Quruluşçu rejissor: İqor Savçenko Quruluşçu operator: Mixail Fridolin Quruluşçu rəssam: Viktor Aden Rejissor assistenti: Qəmər Salamzadə Hüseyn Seyidzadə — fəhlə Ağarza Quliyev — Şərif Aliyə Terequlova S. Koretskaya Zəhra Seyidzadə Ruqiyyə Seyidzadə Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 222.