Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Biblioqrafiya
Biblioqrafiya — Biblioqrafiya termini Qədim Yunanıstanda meydana gəlmiş və əvvəllər "kitab yazılması" mənasını vermişdir. Yunan alimi və şairi Kollimaxinin (e.ə. 310–240) "Müxtəlif elmlərdə fərqlənənlərin hamısının və onların yazdıqları hər şeyin cədvəlləri" əsəri ilk biblioqrafik nümunə hesab olunur. Kitab çapından sonra bibloqrafiya çap əsərlərinin uçot və qeydini aparan, onları sistemləşdirən, təsvir, tövsiyə və təbliğ edən elm və əməli fəaliyyət sahəsi kimi formalaşmağa başladı. Azərbaycanda ilk biblioqrafik toplular "Kitabiyyat" adlandırılırdı. Bir sıra təkzirələr, adlar lüğətləri biblioqrafik funksiya da daşıyır. XX əsrin 10-cu illərindən başlayaraq Azərbaycanda biblioqrafiya elmi əsaslarla inkişaf edir. XX əsrin əvvəllərinə aid Azərbaycandilli mənbələrdə vəsfül-kitab (وسفول-کیتاب) adlandırılmışdır. == Biblioqrafiyanın qolları == Karter və Barker (2010) biblioqrafiyanı kitabların sistematik siyahısı (sadə biblioqrafiya) və fiziki obyektlər kimi sistemli təsvirləri (təsviri biblioqrafiya) kimi ikitərəfli elm sahəsi kimi təsvir edir. Bu iki fərqli konsepsiya və praktikalar ayrı məzmuna malikdir və fərqli məqsədlərə xidmət edir.
Biblioqrafiya haqqında
Forest Uitaker (ing. Forest Whitaker; 15 iyul 1961[…]) — Amerika aktyoru, rejissoru və prodüseri. 2007-ci ildə "İskoçyanın Son Kralı" filmində aktyor "İdi Amin"ini reallıqla təsvir etdiyi üçün bir neçə mükafata layiq görülür. Aktyor həmçinin də, ən yaxşı kişi aktyoru kimi "Oskar", "Qızıl Qlobus", "BAFTA" və "Emmy" mükafatları ilə qiymətləndirilmişdir. == Həyatı == O, futbol komandasının oyunçusu olduğu Paliseyd məktəbini bitirir, bir müddət idmanla məşğul olduqdan sonra musiqi ilə də maraqlanmışdır. Forest 1979-cu ildə orta məktəbi bitirir, daha sonra Dilana Tomasın istehsalı ilə "Süd meşəsi kölgəsi altında" filmində ilk rolunu oynayır və bu filmlə Forest, aktyorluq sənətinə ilk addımın atır. Bir müddət sonra Pomonadaki Kaliforniya Politexnik Universitetində onurğasından ağır zədə alır və buna görə Forestə təqaüd ayrılır. Bir müddətdən sonra 1996-cı ildə Forest "Atəşi yandırdı" filmində Keyşe Neşla tanış olur və onunla evlənir. == Film kariyerası == İdmanla əlaqəni kəsdikdən sonra qərara gəlir ki, başqa sahəyə üz tutsun və ele həmin ərəfələrdə Cənubi Kaliforniya Universitetində təhsil almaq üçün konservatoriyanın teatr fakültəsinə daxil olur. Həm də Forest, London Drama Studiyasında (Berkeley şöbəsini) oxudu.
Hamlet İsaxanlı. Biblioqrafiya
Kitabxana-Biblioqrafiya Təsnifatı
Bu gün Kitabxana-Biblioqrafiya Təsnifatı (KBT) (rus. Библиотечно-библиографическая классификация (ББК)) — Rusiyanın milli təsnifat sistemidir. Rusiyada KBT və digər təsnifat sistemlərinin istifadəsi məlumat, kitabxanaçılıq və nəşr üçün bir sıra dövlət standartları ilə tənzimlənir. == KBT-nin qorunması (müəllif hüquqları) == 2000-ci il müqaviləsinə əsasən, KBT-nin həmmüəllifləri olan 3 kitabxana KBT-də müəllif hüquqlarına malikdir: Rusiya Dövlət Kitabxanası (RDK); Rusiya Milli Kitabxanası (RMK); Rusiya Elmlər Akademiyasının (REA) Kitabxanası. KBT-nin saxlanılması üçün əlaqələndirici federal idarələrarası mərkəz, RDK-nin bir hissəsi kimi fəaliyyət göstərən KBT-nin İnkişafına dair Tədqiqat Mərkəzidir (TM KBT). Müəllif hüququ qanununa uyğun olaraq KBT ilə əlaqəli hər hansı bir nəşr TM KBT ilə razılaşdırılmalıdır. KBT-nin baş redaktoru sənədlərin sistemləşdirilməsi və kitabxana təsnifatı sistemlərinin yaradılması sahəsində ən böyük rus mütəxəssisi — E. R. Sukiasyandır. == KBT cədvəlləri == Kitabxana təsnifatının kitabxanalarda istifadə edilməsi üçün kitab şəklində təsnifat cədvəlləri şəklində tərtib edilmişdir. Təsnifat cədvəlləri kitabxanada istifadə olunan təsnifat sisteminə uyğun olaraq kolleksiyadakı sənədləri və sistematik kataloqdakı biblioqrafik qeydləri təşkil etmək üçün təsnifat indekslərini təyin etmək üçün hazırlanmış bir təlimatdır. === KBT cədvəllər strukturu === Əsas cədvəllər Xüsusi tipik bölmələrin cədvəlləri Ümumi tipik bölmələrin cədvəlləri Alfasayısal mövzu indeksi.
Kitabxanaşünaslıq və biblioqrafiya (jurnal)