Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Söz filtri
Söz filtri — əsasən internet forumlarında və ya söhbət otaqlarında istifadə edilən, istifadəçilərin yazılarını və ya şərhlərini təqdim edildikcə avtomatik skan edən, xüsusi söz və ya ifadələri avtomatik dəyişdirən və ya senzura edən skript. Ən əsas söz filtrləri yalnız xüsusi hərf sətirlərini axtarır və kontekstindən asılı olmayaraq onları silir və ya üzərinə yazır. Daha təkmil söz filtrləri kontekst üçün bəzi istisnalar qoyur və ən qabaqcıl söz filtrləri requlyar ifadələrdən istifadə edə bilər. Çox vaxt söz filtrləri forumun və ya söhbət otağının operatorları tərəfindən qeyri-münasib hesab edilən dili senzura etmək üçün istifadə olunur. Nalayiq ifadələr adətən ya qismən dəyişdirilir, ya tamamilə dəyişdirilir və ya mənasız sözlərlə əvəz olunur. Söz filtrləri avtomatlaşdırılmış olduğundan və yalnız müəyyən simvol ardıcıllığını axtardığına görə filtrlərdən xəbərdar olan istifadəçilər bəzən onlardan qaçmaq üçün hərflərini kifayət qədər dəyişdirərək yan keçməyə çalışırlar. Vulqarlıq filtrindən qaçmağa çalışan istifadəçi təhqiredici sözdəki simvollardan birini ulduz, tire və ya oxşar bir şeylə əvəz edə bilər. Bəzi inzibatçılar ümumi əvəzetmələri tutmaq üçün söz filtrlərinə yenidən baxaraq cavab verirlər. İnternet filtri Internet senzurası Online Text Obfuscator – replaces characters with similar Unicode chars from different character sets (e.g. Cyrillic) Text Filter – Text Tools Online:Alphabetic sort, Remove duplicates, Delete All Non Alphanumeric Characters, Only Numbers, Letters etc.
İnternet filtri
İnternet filtri — İnternet istifadəçisinin daxil ola biləcəyi məzmunu məhdudlaşdıran və ya nəzarət edən, xüsusən də WWW, E-poçt və ya digər vasitələrlə internet üzərindən çatdırılan materialı məhdudlaşdırmaq üçün istifadə edilən proqram təminatı. Məzmuna nəzarət proqramı hansı məzmuna icazə veriləcəyini və ya bloklanacağını müəyyən edir. Bu cür məhdudiyyətlər müxtəlif səviyyələrdə tətbiq oluna bilər: hökumət onları ölkə miqyasında tətbiq etməyə cəhd edə bilər (bax: İnternet senzurası) və ya İnternet xidmət provayderi öz müştərilərinə, işəgötürən öz işçilərinə, məktəb rəhbərliyi şagirdlərə, kitabxana ziyarətçilərə, valideyn uşağının kompüterinə və ya fərdi istifadəçilər öz kompüterlərinə. Məqsəd çox vaxt kompüterin sahibinin və ya digərlərinin etiraz edə biləcəyi məzmuna çıxışın qarşısını almaqdır. Məzmunun bloklanması istifadəçinin razılığı olmadan tətbiq edildikdə internet senzurasının bir forması kimi xarakterizə edilə bilər. Bəzi proqram təminatları valideynlərə uşağın İnternetə daxil olmasına, oyun oynamağa və ya digər kompüter fəaliyyətlərinə sərf edə biləcəyi vaxtın miqdarını təyin etmək icazəsi verən vaxta nəzarət funksiyalarını ehtiva edir. Bəzi ölkələrdə bu cür proqram təminatı hər yerdə mövcuddur. Kubada hökumətin nəzarətində olan internet-kafedə kompüter istifadəçisi müəyyən sözləri yazarsa, mətn prosessoru və ya veb-brauzer avtomatik olaraq bağlanır və "dövlət təhlükəsizliyi" xəbərdarlığı verilir. "Məzmuna nəzarət" termini bəzən CNN, Playboy jurnalı, San Francisco Chronicle və The New York Times tərəfindən istifadə olunur. Bununla belə, "məzmun filtri proqramı", "proksi serverlərin filtrlənməsi", "təhlükəsiz veb şlüzləri", "senzura proqramı", "məzmun təhlükəsizliyi və nəzarəti", "veb filtrləmə proqramı", "məzmun senzura proqramı" və "məzmun bloklama proqramı" kimi ifadələr də tez-tez istifadə olunur.
Meksika filtrı
Meksika filtrı – inkişaf etməmiş ölkələrdə, xüsusilə, Meksikada baş verən film və televiziya səhnələri üçün istifadə olunan sarı və ya sepiya rəngli filtr. == Tarixi == 2000-ci ildə buraxılmış "Traffik" filminin rejissoru Stiven Soderberq filmin Meksikada baş verən səhnələri üçün sarı filtrdən istifadə etmişdir. Tezliklə ABŞ və Avropadakı film istehsalçıları Latın Amerikası və Cənub-Şərqi Asiyada baş verən səhnələri fərqləndirmək üçün bu filtrdən istifadə etməyə başlamışdırlar. 2008-ci ildə yayımlanan, hadisələri Meksika ilə əlaqəli olan "Breaking Bad" serialında sarı rəngli filtrın tez-tez istifadə olunmasından sonra fanatlar bu filtrı "Meksika filtrı" adlandırmışdırlar. "Meksika filtrı" termini 2023-cü ildə baş verən Kanada meşə yanğınları zamanı Nyu-York şəhərinin görünüşünü təsvir etmək üçün istifadə olunmuşdur. == İstifadə == Sarı rəngin isti iqlim, kriminalistika, təhlükə ilə əlaqələndirilməsi Meksika filtrından istifadəyə səbəblər kimi göstərilir. Rejissorlar "üçüncü dünya ölkəsi" estetikası yaxalamaq üçün bu filtrı tətbiq edirlər. Meksika filtrının istifadə olunduğu bəzi film və seriallar: "Traffik" "Sikario" "Breaking Bad" "Mişar 10" "Xilasetmə" == Tənqid == Meksika filtrı Meksika və Cənub-Şərqi Asiya ölkələrini steriotipik təsvir etdiyinə görə tənqid olunur və haqqında internet memləri hazırlanır.
Filfili
Filfili — Azərbaycan Respublikasının Oğuz rayonunun inzibati ərazi vahidində ləzgi kəndi. == Tarixi == Rayon mərkəzindən 50 km şimal-şərqdə, Xaçmaz kəndinin 10 km şimalında, Baş Qafqaz silsiləsinin cənub ətəyindədir. Dəniz səviyyəsindən yüksəkliyi 1160 metrdir. Filfilli inzibati ərazi vahidinin mərkəzidir. Kəndin əhalisi (803 nəfər) heyvandarlıq, bağçılıqla məşğul olur. Kənddə orta məktəb, klub, kitabxana, poçt, 100 yerlik ATS, feldşer-mama məntəqəsi var. Kənddə ticarət və iaşə obyektləri fəaliyyət göstərir. Xaçmaz dərəsi vasitəsilə Dağıstan sərhəddində yerləşən Fiy və Məlkəmud dağ aşırımlarına yol Filfilli kəndindən keçir. Kəndin ərazisində qədim və orta əsrlərə aid edilən arxeoloji və memarlıq abidələrindən Surxayxan qalası (XVIII əsr), Qalabaşı yaşayış yeri (XVI-XVIII əsrlər), qədim qəbiristanlıq var. Bu abidələrdən birinci ikisinin adı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xüsusi qərarı ilə ölkə və yerli əhəmiyyətli abidələrin siyahısına daxil edilmişdir.
Demetrius (Falerli)
Falerli Demetrius (yun. Δημήτριος Φαληρεύς, lat. Demetrios Phalereus, m. ö. 350 – 283) qədim yunan filosofu, peripatetik məktəbin nümayəndəsi, Teofrastusun tələbəsi. == Fəaliyyəti == Demetrius həm də siyasi xadim kimi tanınmış, bir zaman Afina hökmdarı olmuşdur. Ancaq sonra o, təqiblərə məruz qalmış və Misirə qaçmalı olmuşdur. Demetrius tarix, siyasət, bəlağət və başqa sahələrdə çoxlu əsər yazmışdır, ancaq onların çoxu zamanımıza gəlib çatmamışdır. Onun bəzi əxlaqa aid fikirlərini Diogenes Laertius qələmə almışdır. O deyirdi ki, gənclər evdə öz ata-anasının, küçədə yoldan keçənlərin, təklikdə isə özlərinin qarşısında abırlarını saxlamalıdırlar.
Falerli Demetri
Falerli Demetrius (yun. Δημήτριος Φαληρεύς, lat. Demetrios Phalereus, m. ö. 350 – 283) qədim yunan filosofu, peripatetik məktəbin nümayəndəsi, Teofrastusun tələbəsi. == Fəaliyyəti == Demetrius həm də siyasi xadim kimi tanınmış, bir zaman Afina hökmdarı olmuşdur. Ancaq sonra o, təqiblərə məruz qalmış və Misirə qaçmalı olmuşdur. Demetrius tarix, siyasət, bəlağət və başqa sahələrdə çoxlu əsər yazmışdır, ancaq onların çoxu zamanımıza gəlib çatmamışdır. Onun bəzi əxlaqa aid fikirlərini Diogenes Laertius qələmə almışdır. O deyirdi ki, gənclər evdə öz ata-anasının, küçədə yoldan keçənlərin, təklikdə isə özlərinin qarşısında abırlarını saxlamalıdırlar.
Filizli məhlullar
Filizli məhlullar (ing. ore bearing solutions, rus. растворы рудносные) — yataqların və filiz təzahürlərinin əmələ gəlmə zonasında faydalı komponentlər, o cümlədən metallar gətirən məhlullar. Fizili məhlullara misal olaraq hidrotermal məhlulları göstərmək olar.
Mənbə-filtr modeli
Mənbə-filtr modeli (ing. Source-filter model, rus. Модель «источник фильтр») — İsveç alimi Qunnar Fant tərəfindən 1960-cı ildə "Nitqin yaranmasının akustik nəzəriyyəsi" əsərində təklif olunan model. Mənbə-filtr modelində Helmhols rezonatoru filtrlə əvəz olunur, yəni səs mənbəyi – səs telləridir, səs traktı yalnız mənbəni modifikasiya (filtrasiya) edir; səs tellərinin və səs traktının akustik xassələri baxımından bir-birindən asılı deyil, onları ayrılıqda öyrənmək olar. Əgər səs mənbəyi və səs traktı bir-birindən asılı deyilsə, onda səs siqnalından mənbəni müəyyən etmək olar (tərs filtrasiya). Bu nitqin sintezi, səsə görə şəxsin identifikasiyası, vokal patalogiyaların öyrənilməsi üçün zəruridir. İmamverdiyev Y.N., Suxostat L.V. "Nitq texnologiyaları üzrə terminlərin izahlı lüğəti ", 2015,“İnformasiya Texnologiyaları” nəşriyyatı,111 səh.
Gilarlı (Germi)
Gilarlı (fars. گيلارلو‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 341 nəfər yaşayır (65 ailə).
ADİU-nun Dərbənd filialı
Azərbaycan Dövlət İqtisad Universitetinin Dərbənd filialı (ADİU-nun Dərbənd filialı) — Azərbaycan ali təhsil müəssisəsinin Rusiya Federasiyası Dağıstan Respublikası Dərbənd şəhərində fəaliyyət göstərən filialı; Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisəsi. == Ümumi məlumat == Azərbaycan Dövlət İqtisad Universitetinin Dərbənd filialı 1993-cü ildən Azərbaycan prezidenti Heydər Əliyevin şəxsi təşəbbüsü və tapşırığı sayəsində yaradılmışdır. Filialın yaradılmasında əsas məqsəd Dərbənd şəhərində azərbaycanlıların xeyli sıx yaşadığını nəzərə alaraq , onları ixtisaslı iqtisadçı kadrlarla təmin etməkdir. Filial Dağıstan Respublikası Nazirlər Şurasının və Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarları ilə fəaliyyətə başlamışdır. Fəaliyyətə başladığı dövrdən hal-hazıra qədər yüzlərlə gənclər filialı bitirərək məzun olmuşdur. Həmin məzunlar hal-hazırda Rusiya iqtisadiyyatın müxtəlif sahələrində müvəffəqiyyətlə işləyirlər. Filialda 5 ixtisas üzrə bakalavriat hazırlanır: Dünya iqtisadiyyatı; Maliyyə-Kredit; Mühasibat uçotu və audit; Gömrük işinin təşkili; İqtisadiyyatın hüquqi tənzimlənməsi. Filialın tədris korpusu Dərbənd şəhəri, Sovet küçəsi, 10-b ünvanında yerləşir. Filialda 400-dən çox tələbə təhsil alır. Filialda 3-nəfər elmlər doktoru, professor, 10 nəfər elmlər namizədi, dosent, 7 nəfər baş müəllim, 5 nəfər assistent və müqavilə ilə digər müəllimlər fəaliyyət göstərirlər.
Gömrük Tarixi Muzeyinin filialı
Gömrük Tarixi Muzeyinin filialı — Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin muzeyi. Bakı şəhərində yerləşir. == Tarixi == Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Gömrük Tarixi Muzeyinin "Azərterminalkompleks" Birliyinin nəzdində fəaliyyət göstərən bölməsi 2010-cu ildə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin qeydiyyatından keçdikdən sonra fond və daimi ekspozisiyadan ibarət muzey filialı kimi formalaşmışdır. Birliyinin inzibati binasında yerləşən filialın müasir avadanlıqlarla təchiz olunmuş fond və daimi ekspozisiyası müasir müzeyşünaslıq tələblərinə müvafiq olaraq qurulmuşdur. == Kolleksiyası == Filialın toplusu bir neçə bölmədən ibarətdir: onun bir qismini müasir rəssamların Azərbaycan gömrüyünün keçmişini, milli gömrük xidmətinin vüsətli inkişafını, müxtəlif tarixi mərhələlərdə fəaliyyətini və müasir gününü – gömrük əməkdaşlarının gərgin əməyini vəsf edən rəngkarlıq nümunələri təşkil edir. Kolleksiyada, həmçinin narkomaniyaya qarşı qətiyyətlə mübarizə aparan gömrükçülərin fəaliyyətini və ümumiyyətlə narkomaniyanın mahiyyətini açıqlayan sənət əsərləri: heykəltəraşlıq və rəsm əsərləri, plakatlar, karikaturalar toplanmışdır. Fondlarda sənətin növləri üzrə bölgü aparılmış və saxlancda kolleksiyanı təşkil edən əsərlər müvafiq olaraq yerləşdirilmişdir. Növündən, təyinatından asılı olmayaraq kolleksiyalarda toplanmış hər bir əşyanın muzeylərdə zədəsiz mühafizəsi, komplektləşdirilməsi, elmi tədqiqat obyekti kimi öyrənilməsi, tədqiqi və təbliği muzey işinin tərkib hissəsidir. Muzeyin fond və daimi ekspozisiyası müvafiq olaraq kompleks mühafizə üçün nəzərdə tutulmuş otaq və avadanlıqlarla, ən müasir təhlükəsizlik sistemləri ilə təmin edilmişdir. Muzey filialının kolleksiyası inventarizasiyadan keçmiş, sənədləşdirmə, qeydiyyat və kompüterləşdirmə, beynəlxalq standartlara cavab verən kataloqlaşdırma işi görülmüşdür.
Azərbaycan Gömrük Tarixi Muzeyinin filialı
Gömrük Tarixi Muzeyinin filialı — Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin muzeyi. Bakı şəhərində yerləşir. == Tarixi == Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Gömrük Tarixi Muzeyinin "Azərterminalkompleks" Birliyinin nəzdində fəaliyyət göstərən bölməsi 2010-cu ildə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin qeydiyyatından keçdikdən sonra fond və daimi ekspozisiyadan ibarət muzey filialı kimi formalaşmışdır. Birliyinin inzibati binasında yerləşən filialın müasir avadanlıqlarla təchiz olunmuş fond və daimi ekspozisiyası müasir müzeyşünaslıq tələblərinə müvafiq olaraq qurulmuşdur. == Kolleksiyası == Filialın toplusu bir neçə bölmədən ibarətdir: onun bir qismini müasir rəssamların Azərbaycan gömrüyünün keçmişini, milli gömrük xidmətinin vüsətli inkişafını, müxtəlif tarixi mərhələlərdə fəaliyyətini və müasir gününü – gömrük əməkdaşlarının gərgin əməyini vəsf edən rəngkarlıq nümunələri təşkil edir. Kolleksiyada, həmçinin narkomaniyaya qarşı qətiyyətlə mübarizə aparan gömrükçülərin fəaliyyətini və ümumiyyətlə narkomaniyanın mahiyyətini açıqlayan sənət əsərləri: heykəltəraşlıq və rəsm əsərləri, plakatlar, karikaturalar toplanmışdır. Fondlarda sənətin növləri üzrə bölgü aparılmış və saxlancda kolleksiyanı təşkil edən əsərlər müvafiq olaraq yerləşdirilmişdir. Növündən, təyinatından asılı olmayaraq kolleksiyalarda toplanmış hər bir əşyanın muzeylərdə zədəsiz mühafizəsi, komplektləşdirilməsi, elmi tədqiqat obyekti kimi öyrənilməsi, tədqiqi və təbliği muzey işinin tərkib hissəsidir. Muzeyin fond və daimi ekspozisiyası müvafiq olaraq kompleks mühafizə üçün nəzərdə tutulmuş otaq və avadanlıqlarla, ən müasir təhlükəsizlik sistemləri ilə təmin edilmişdir. Muzey filialının kolleksiyası inventarizasiyadan keçmiş, sənədləşdirmə, qeydiyyat və kompüterləşdirmə, beynəlxalq standartlara cavab verən kataloqlaşdırma işi görülmüşdür.
Azərbaycan Müəllimlər İnstitutu (Ağcabədi filialı)
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialı — Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisəsi. == Tarixi == === AMİ Ağcabədi filialı === Azərbaycan Müəllimlər İnstitutunun Ağcabədi filialı Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 13 iyun 2000-ci il tarixli, 349 nömrəli Fərmanına əsasən Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şuşa filialı, Bakı Mədəni-Maarif Texnikumunun Ağcabədi şöbəsi və Ağdaş Pedaqoji Texnikumunun Ağcabədi şöbəsinin bazasında yaradılmışdır. 2000-ildə AMİ-nin ilkin Ağcəbədi filialına 100 nəfər tələbə qəbulu fərmanına əsasən ilkin kadr hazırlığı əyani olmaqla yalnız iki ixtisas müəyyənləşdirilmişdi — "İbtidai təhsilin pedaqogikası və metodikası" və "Məktəbəqədər təhsilin pedaqogikası və metodikası". Təhsil Nazirliyinin 8 yanvar 2001-ci il tarixli 82 01–24 saylı məktubu əsasında ADPU-nun Şuşa, Qazax, Şamaxı və BDU-nun Şəki filiallarındakı "İbtidai təhsilin pedaqogikası və metodikası" və "Məktəbəqədər təhsilin pedaqogikası və metodikası" fakültələri həmin filialaların bazasında yaradılmış Ağcəbədi, Şamaxı, Şəki və Qazax filiallarına keçmişdilər. Filialda bir pedaqoji fakültə, əvvəllər təkcə "Pedaqogika və psixologiya", 2 il sonra isə "Riyaziyyat və onun tədrisi metodikası" və "Ana dili və onun tədrisi metodikası" kafedraları fəaliyyət göstərməyə başladı. Filialda 4 kafedra — "Ana dili, ədəbiyyat və onların tədrisi metodikası", "Riyaziyyat, Fizika və onların tədrisi metodikası", "Ümumi elmi fənlər" və "Humanitar fənlər" kafedraları fəaliyyət göstərmişdir. Filialın dislokasiyasına daxil edilmiş əvvələr 10, indi isə 8 rayona pedaqoji işçilərin yenidən hazırlanması və ixtisaslarının artırılması aparılmışdır. Azərbaycan Müəllimlər İnstitutunun Ağcabədi filialı Azərbaycan Respublikası Prezidentinin 26 noyabr 2015-ci il tarixli, 1582 nömrəli Sərəncamına əsasən Azərbaycan Müəllimlər İnstitutu Azərbaycan Dövlət Pedaqoji Universitetinə qoşulması nəticəsində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialına çevrilmişdir. === ADPU Ağcabədi filialı === Azərbaycan Respublikası Prezidentinin 26 noyabr 2015-ci il tarixli, 1582 nömrəli Sərəncamına əsasən Azərbaycan Müəllimlər İnstitutu Azərbaycan Dövlət Pedaqoji Universitetinə qoşulması nəticəsində Azərbaycan Müəllimlər İnstitutunun Ağcabədi filialı Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialı hesab olunmuşdur.
Azərbaycan Müəllimlər İnstitutu (Cəlilabad filialı)
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialı — Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisəsi. == Tarixi == === AMİ Cəlilabad filialı === Azərbaycan Müəllimlər İnstitutunun Cəlilabad filialı Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 13 iyun 2000-ci il tarixli 349 nömrəli Fərmanı ilə Cəlilabad Kənd Təsərrüfatı Texnikumunun bazasında yaradılmışdır. İlk tədris ilində filiala 2 ixtisas – "İbtidai təhsilin pedaqigikası və metodikası" və "Məktəbəqədər təhsilin pedaqogikası və metodikası" üzrə qəbul planı verilmişdir. Hazırda filialda aşağıdakı ixtisaslar üzrə ilkin kadr hazırlığı aparılmışdır: "İbtidai təhsilin pedaqogikası və metodikası" "Məktəbəqədər təhsilin pedaqogikası və metodikası" "Tarix" "Azərbaycan dili və ədəbiyyatı" "Tarix və coğrafiya" Filialda üç kafedra — ixtisas fənləri, təbiət və riyazi fənlər və ümumelmi fənlər kafedrası fəaliyyət göstərmişdir. Filial eyni zamanda onun dislokasiyasına daxil olan rayonların pedaqoji kadrlarının ixtisaslarının artırılması və yenidənhazırlanması ilə məşğul olur. Dislokasiyaya daxil olan 7 rayon üzrə ixtisasartırma kursları və yenidənhazırlama təhsili təşkil edilmişdir. Filialın fəaliyyətinə ümumi rəhbərliyi direktorun sədr olduğu seçkili orqan-pedaqoji şura həyata keçirir. Filiala bilavasitə rəhbərliyi direktor həyata keçirir. Filiala rəhbərliyi dosent, fəlsəfə doktoru Xudayar Həzərxan oğlu Sultanlı etmişdir. O, Filialda 1 fakültə-"Pedaqoji fakültə", 3 kafedra – "Ümumelmi fənlər kafedrası", " Humanitar fənlər kafedrası", " Təbiət fənləri və onların tədrisi metodikası kafedrası", 4 şöbə — Tədris və tələbə şöbəsi — Ümumi şöbə — Kadrlar şöbəsi — Təsərrüfat şöbəsi, 3 kabinet – Kredit sistemi və tələbə nailiyyətlərinin qiymətlənidirlməsi kabineti — Əlavə təhsilə metodik xidmət kabineti — Müasir təlim metodları və dayaq məntəqələri ilə iş üzrə kabinet 2 kompüter mərkəzi və 2 Akt zalı – — 140 nəfərlik böyük zal — 60 nəfərlik kiçik zal Kitabxana — 4514 nüsxə dərslik, dərs vəsaiti, monoqrafiya, digər elmi və bədii ədəbiyyatlar vardı.
Azərbaycan Müəllimlər İnstitutu (Gəncə filialı)
Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialı — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisəsi. Hal-hazırda filialının fəaliyyəti dayandırılıb. Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialı Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 13 iyun 2000-ci il tarixli 349 nömrəli Fərmanı ilə Gəncə Zona Müəllimləri Təkmilləşdirmə İnstitutunun və Gəncə şəhəri təsərrüfat hesablı Məişət Kollecinin bazasında yaradılmışdır. 2000-ci ildə "İbtidai təhsilin pedaqogikası və metodikası" fakültəsi və "Ümumi fənlər və onların tədrisi metodikası" kafedrası fəaliyyətə başlamışdır. 28 avqust 2000-ci ildən Azərbaycan Respublikası təhsil nazirinin "İbtidai təhsilin pedaqogikası və metodikası", "Riyaziyyat və informatika", "İbtidai təhsil" ixtisasları üzrə pedaqoji kadr hazırlığında eksperimentin tətbiqi barədə 840 saylı əmrinə əsasən filialın "İbtidai təhsil" (Azərbaycan və rus bölmələri), "Məktəbəqədər təhsilin pedaqogikası və metodikası" ixtisaslarında eksperiment üsulu tətbiq olunmağa başlanmışdır. Filialın rəhbərinin 3 dekabr 2001-ci il tarixli 150 saylı Yeni kafedraların təşkili barədə əmrinə əsasən "Ümumi fənlər və onların tədrisi metodikası" kafedrasının bazasında ilkin kadr hazırlığı, pedaqoji kadrların ixtisaslarının artırılması, təkmilləşdirilməsi və yenidənhazırlanması istiqamətini əhatə edən aşağıdakı kafedralar yaradılmıdır. "Riyaziyyat, informatika və onun tədrisi metodikası kafedrası"; "Təbiət fənləri kafedrası"; "Humanitar, sosial və iqtisadi fənlər kafedrası"; "Məktəbəqədər və ibtidai təhsilin pedaqogikası kafedrası"; "Ümumi fənlər və onların tədrisi metodikası kafedrası"; "Təhsilin təşkili və idarə olunması kafedrası"; 2008/2009-cu tədris ilindən kredit sisteminə keçidlə əlaqədar olaraq fililada "Kredit sistemi və tələbə naliyyətinin qiymətləndirilməsi" kabineti yaradılmışdır. Hazırda filialda yeni təsdiq olunmuş struktura görə 3 fakültə, 7 kafedra və 3 kabinet fəaliyyyət göstərir. 2006-cı ildə "Humanitar, sosial və iqtisadi fənlər" və "Təhsilin təşkili və idarə olunması" kafedralarının əvəzinə, "Azərbaycan dili, ədəbiyyat və onun tədrisi metodikası" və "Xarici dillər" kafedraları yaradılmış, "Təbiət fənləri" kafedrasının adı dəyişdirilərək "İctimai və təbiət fənləri" adlandırılmışdır. == Fəaliyyətinin dayandırılması == Azərbaycan Respublikası Təhsil Nazirliyinin 2013-cü ildə filialda apardığı araşdırma nəticəsində ali təhsil müəssisələrinin fəaliyyətini tənzimləyən normativ-hüquqi aktların tələblərinin kobud şəkildə pozulduğu, tədrisin təşkilində, maliyyə intizamında, təhsil sənədlərinin saxlanılması və verilməsində ciddi nöqsanlara yol verildiyi müəyyən edilmiş, bu təhsil müəssisəsində təhsil almayan, jurnal və əmr kitablarında adı qeyd olunmayan şəxslərin adına yazılmış diplomlar aşkar olunmuşdur.
Azərbaycan Müəllimlər İnstitutu (Mingəçevir filialı)
Azərbaycan Müəllimlər İnstitutunun Mingəçevir filialı — 2000-2015-ci illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olnuş ali təhsil müəssisəsi. Azərbaycan Müəllimlər İnstitutunun Mingəçevir filialı Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 13 iyun 2000-ci il tarixli 349 nömrəli Fərmanı ilə Mingəçevir Politexnik Texnikumunun və Azərbaycan Maliyyə-İqtisad Kollecinin Xocalı filialının bazasında yaradılmışdı. Filialda 3 fakültə - "Pedaqoji məktəbəqədər təhsilin pedaqogikası və metodikası", "İxtisasartırma" və "Yenidənhazırlama"; 5 kafedra - "Riyaziyyat və informatika", "Təbiət fənləri", "Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası", "Xarici dillər", "Pedaqoji və ictimai fənlər" kafedraları var idi. Filialda 6 ixtisas üzrə (riyaziyyat və informatika; riyaziyyat və fizika; məktəbəqədər təhsilin pedaqogikası və metodikası; Azərbaycan dili və ədəbiyyatı; ingilis dili) bakalavr səviyyəsində ilkin pedaqoji kadr hazırlığı aparılırdı. Filialın əsas fəaliyyət sahələrindən biri müəllimlərin ixtisasının artırılması və təkmilləşdirilməsi olmuşdur. Filialda dislokasiya üzrə 7 rayonun (Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Ucar, Bərdə, Tərtər) pedaqoji kadrları ikitərəfli müqaviləyə əsasən ixtisasartırma və təkmilləşdirmə təhsilinə cəlb olunurdu. Filial Azərbaycan Respublikası Prezidentinin 24 iyul 2015-ci il tarixli Sərəncamına əsasən ləğv edilmişdir. Filialın maddi-texniki bazasının Mingəçevir Dövlət Universitetinin balansına verilmişdir.
Azərbaycan Müəllimlər İnstitutu (Qazax filialı)
Bakı Dövlət Universitetinin Qazax filialı — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisəsi. == Tarixi == === AMİ Qazax filialı === Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialı Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 13 iyun 2000-ci il tarixli 349 nömrəli Fərmanı ilə Gəncə Dövlət Pedaqoji İnstitutunun Qazax filialının bazasında yaradılmışdır. Qazax filialı 2000–2001-ci tədris ilində öz fəaliyyətinə çoxpilləli ali təhsil sisteminin bakalavr dərəcəsində "İbtidai təhsilin pedaqogikası və metodikası", "Məktəbəqədər təhsilin pedaqogikası və metodikası", "Tarix və hüquq" ixtisasları üzrə ali pedaqoji təhsilli mütəxəssislərin hazırlanması, pedaqoji kadrların ixtisasının artırılması, təkmilləşdirilməsi və yenidənhazırlanması işini həyata keçirməklə başlamışdır. 2000–2001-ci tədris ilinə filial 38 nəfər tələbə qəbulu ilə başlamışdır. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 457 saylı 14.06.1999-cu il tarixli "Ekseriment aparılması barədə", 609 saylı 21.07.2000-ci il tarixli "Ekserimental ali baza təhsili proqramların təsdiqi barədə" və 640 saylı 10.19.99-cu il tarixli "Tələbələrin biliyinin qiymətləndirilməsinin çoxballı sistemi haqqında müvəqqəti Əsasnamənin təsdiqi barədə" əmrləri rəhbər tutaraq filialda I kurslarda tədris prosesi nazirliyin 23.08.2000-ci il tarixli təsdiqlənmiş eksperimental tədris planları, yuxarı kurslarda isə nazirlik tərəfindən 06.08.1997-ci il tarixində təsdiq olunmuş tədris planları əsasında aparılmışdır. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 8 yanvar 2001-ci il tarixli 8810/11–14 saylı məktubu ilə Gəncə Dövlət Universitetinin Qazax tədris müəssisəsinin "İbtidai təhsilin pedaqogikası və metodikası" ixtisasının 291, o cümlədən, əyani 218, qiyabi 73 tələbəsi filiala köçürüldükdən sonra əyani və qiyabi şöbələrdə 376 nəfər tələbə olmuşdur. Bundan sonra filialda ilkin müəllim hazırlığı fakültəsi və dörd kafedra ("Riyaziyyat və texniki fənlər", "Azərbaycan dili və ədəbiyyatı", "Pedaqogika və ictimai fənlər", "Tibbi biliklərin əsasları və bədən tərbiyəsi") fəaliyyət göstərmişdir. Filial ixtisasartırma təhsili üzrə Tovuz, Gədəbəy, Ağstafa, Qazax, Şəmkir RTŞ-i ilə ikitərəfli müqavilə bağlamış, ixftisasartırma, yenidənhazırlanma və müəllimlərin təkmilləşdirilməsi prosesində fasiləsizliyi təmin etmək üçün bir sıra tədbirlər həyata keçirmişdir. Filialda iki fakültə — "İlkin müəllim hazırlığı" və "İxtisasartırma və yenidənhazırlanma" fakültəsi, beş kafedra – "Humanitar fənlər", "Azərbaycan dili, ədəbiyyat və onların tədrisi metodikası", "Riyaziyyat və informatika", "Xarici dillər", "Ümumi fənlər" kafedraları fəaliyyət göstərir. Bundan başqa filialda üç kabinet — "Əlavə təhsilə metodik xidmət", "Müasir təlim metodları və dayaq məntəqələri ilə iş", "Kredit sistemi və tələbə nailiyyətlərinin qiymətləndirilməsi" kabinetləri və iki laboratoriya – "Təbiət elmləri" və "Folklor" laboratoriyaları, eləcə də kompüter mərkəzi fəaliyyət göstərmişdir.
Azərbaycan Müəllimlər İnstitutu (Quba filialı)
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialı — Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisəsi. Universitetdə 100 nəfər elmi işçi 1000-ə yaxın tələbə təhsil alır. 2 tədris binası, 35 otaqdan ibarət ikimərtəbəli yataqxanası mövcuddur. Tələbələrin təhsildə fərqlənmələrini stimullaşdırmaq məqsədilə universitetin daxilində Azərbaycanın görkəmli tarixi şəxsiyyətlərinin adlarına məbləğı 100 manat olan Heydər Əliyev adına təqaüd, hər birinin məbləği 50 manat olan Fətəli xan adına, Nadir İbrahimov adına, Səməd Vurğun adına, Abbasqulu ağa Bakıxanov adına, Badisəba xanım Köçərli adına, Kübra Fərəcova adına adlı təqaüdlər təsis edilib. == Tarixi == Bu binada ilk dəfə 1943-cü ildə Azərbaycan SSR Maarif Nazirliyinin qərarı ilə Quba Müəllimlər İnstitutu fəaliyyətə başlayıb. 25 mart 1991-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 70 №-li qərarı ilə Quba şəhərində yerləşən binada Azərbaycan Dövlət İncəsənət Universitetinin Quba filialı yaradılıb. Azərbaycan Respublikası Prezidentinin 16 sentyabr 1992-ci il tarixli, 212 nömrəli Fərmanına əsasən bu filialda Dağıstan türkləri, yerli əhali və azsaylı xalqlar üçün kadrlar hazırlanması nəzərdə tutulmuşdur. Sonradan Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 13 iyun 2000-ci il tarixli 349 №-li Fərmanına əsasən ADİU-nun Quba filialının bazasında Azərbaycan Müəllimlər İnstitutunun (AMİ) Quba filialı yaradılıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 26 noyabr 2015-ci il tarixli 1582 №-li Sərəncamı ilə AMİ-nin ADPU-ya qoşulması ilə əlaqədar olaraq AMİ-nin Quba filialı ADPU-nun Quba filialı adlandırılmışdır. == Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialı == 26 noyabr 2015-ci ildə AMİ-nin ADPU-ya qoşulduqdan sonra Quba filialı da Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialı adlandırılmağa başlandı.
Azərbaycan Müəllimlər İnstitutu (Salyan filialı)
Azərbaycan Müəllimlər İnstitutu (Sumqayıt filialı)
Azərbaycan Müəllimlər İnstitutunun Sumqayıt filialı — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisəsi. Azərbaycan Müəllimlər İnstitutunun Sumqayıt filialı Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 13 iyun 2000-ci il tarixli 349 nömrəli Fərmanı ilə Sumqayıt Politexnik Texnikumunun bazasında yaradılmışdır. Filial fəaliyyətinə keçmiş Sumqayıt Politexnik Texnikumunun üç tədris korpusundan ibarət ikimərtəbəli, tədris üçün yararsız olan və o zamanlar köçkünlər məskunlaşmış binasında başlamışdır. 2000-2001-ci tədris ilində Azərbaycan Respublikası Təhsil Naziri professor Misir Mərdanovun yaxından köməkliyi ilə institutun auditoriyalarında məskunlaşmış məcburi köçkün ailələri ayrıca binaya yerləşdirilmişdir. Sumqayıt filialı bakalavr təhsil pilləsində fəaliyyətinə iki ixtisasdan başlamışdır. Hazırda institutda 2 fakültə - "Pedaqoji" və "Təbiət və humanitar fənlər" fakultələri və 6 kafedra fəaliyyət göstərir. Bakalavr pilləsi üzrə iki fakültədə 5 ixtisas üzrə 880 nəfərdən çox tələbə təhsil alır. Filialda müasir tələblərə cavab verən iki kompüter otağı və internet xidməti tələbələrin istifadəsinə verilmişdir. Filialda aşağıdakı ixtisaslar üzrə kadrlar hazırlanır: "Məktəbəqədər təhsilin pedaqogikası və metodikası", "İbtidai təhsilin pedaqogikası və metodikası", "Riyaziyyat və informatika", "Tarix-coğrafiya", "Ana dili və ədəbiyyat". Filialın ikinci əsas fəaliyyət sahəsi olan "Əlavə təhsil" fakültəsi pedaqoji işçilərin diplomdan sonrakı təhsilini tənzimləyir.
Azərbaycan Müəllimlər İnstitutu (Zaqatala filialı)
Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialı — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisəsi. == Tarixi == === AMİ Zaqatala filialı === Azərbaycan Müəllimlər İnstitutunun Zaqatala filialı Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 13 iyun 2000-ci il tarixli 349 nömrəli Fərmanı ilə Zaqatala Politexnik Texnikumunun bazasında yaradılmışdır. 2000–2001-ci tədris ilində bakalavr pilləsi üzrə 13 nəfər tələbə ilə fəaliyyətə başlayan filialda dislokasiya ərazisinə daxil olan Zaqatala, Balakən və Qax rayon təhsil şöbələri ilə birgə ümumtəhsil məktəblərin pedaqoji kadrları da ixtisasartırma və yenidənhazırlanma kurslarına cəlb olunmağa başlamışdır. 2006-cı ildən filialda pedaqoji fakültə fəaliyyət göstərmiişdir. Birinci tədris ilindən "İbtidai təhsilin pedaqogikası və metodikası", 2000–2001-ci tədris ilindən "Məktəbəqədər təhsilin pedaqogikası və metodikası", 2002–2003-cü tədris ilindən "Riyaziyyat-fizika", 2003–2004-cü tədris ilindən "Azərbaycan dili və ədəbiyyat" və "Tarix", 2006–2007-ci tədris ilindən isə "Tarix-coğrafiya" ixtisasları əlavə olaraq ayrılmışdır. Hazırda fakültədə "Məktəbəqədər təhsilin pedaqogikası və metodikası", "İbtidai təhsilin pedaqogikası və metodikası", "Azərbaycan dili və ədəbiyyat", "Riyaziyyat-fizika", "Tarix", "Tarix-coğrafiya" ixtisasları üzrə ilkin müəllim hazırlığı aparılmışdır. Zaqatala filialında 1 avqust 2003-cü il tarixdən 2 kafedra — "Hümanitar fənlər və onların tədrisi metodikası" və "Təbiət fənləri və onların tədrisi metodikası" kafedraları fəaliyyət göstərmişdir. AMİ-nin Zaqatala filialında 3 kabinet fəaliyyət göstərmişdir: "Əlavə təhsil kabineti"; "Müasir təlim metodları və dayaq məntəqələri ilə iş kabineti"; "Kredit sistemi kabineti"; Filialın dislokasiya ərazisinə daxil olan Zaqatala, Balakən və Qax rayonları üzrə ümumtəhsil fənn müəllimlərinin ixtisasartırma təhsilinə cəlb edilməsi və yenidənhazırlanma kurslarının təşkili bu şöbənin əməkdaşlarının işinin əsasını təşkil edilmişdir. === ADPU Zaqatala filialı === Azərbaycan Respublikası Prezidentinin 26 noyabr 2015-ci il tarixli, 1582 nömrəli Sərəncamına əsasən Azərbaycan Müəllimlər İnstitutu Azərbaycan Dövlət Pedaqoji Universitetinə qoşulması nəticəsində Azərbaycan Müəllimlər İnstitutunun Zaqatala filialı Azərbaycan Dövlət Pedaqoji Universitetinin Zaqatala filialı hesab olunmuşdur. === ADİU Zaqatala filialı === Azərbaycan Respublikası Prezidentinin 29 aprel 2016-cı il tarixli Sərəncamına əsasən Azərbaycan Dövlət Pedaqoji Universitetinin Zaqatala filialı Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialı hesab olunmuşdur.
Azərbaycan Müəllimlər İnstitutu (Şamaxı filialı)
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialı — Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisəsi. == Tarixi == === AMİ Şamaxı filialı === Azərbaycan Respublikası Prezidentinin 13 iyun 2000-ci il tarixli, 349 nömrəli Fərmanına əsasən Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialının bazasında Azərbaycan Müəllimlər İnstitutunun Şamaxı filialı yaradılmışdır. ADPU-nun Şamaxı tədris məntəqəsinin fakültələri ilə yanaşı, yenidən "İbtidai təhsilin pedaqogikası və metodikası" ixtisası da fəaliyyətə başlamışdır. 2004-cü ildən institutun fəaliyyətinə 3 ixtisas da əlavə olunmuşdur. 2007-ci ildə "Ümumelmi fənlər" kafedrası yaradılmışdır. Filialda təhsil üzrə 3 kabinet – "Müasir təlim metodları və dayaq məntəqələri ilə iş", "Əlavə təhsil xidmət" və "Kredit sistemi və tələbə nailiyyətlərinin qiymətləndirilməsi" kabinetləri fəaliyyət göstərmişdir. === ADPU Şamaxı filialı === Azərbaycan Respublikası Prezidentinin 26 noyabr 2015-ci il tarixli, 1582 nömrəli Sərəncamına əsasən Azərbaycan Müəllimlər İnstitutu Azərbaycan Dövlət Pedaqoji Universitetinə qoşulması nəticəsində Azərbaycan Müəllimlər İnstitutunun Şamaxı filialı Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialı hesab olunmuşdur.
Azərbaycan Müəllimlər İnstitutu (Şəki filialı)
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialı — Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisəsi. == Tarixi == === BDU Şəki filialı === Azərbaycan Respublikası Prezidentinin 13 iyun 2000-ci il tarixli, 349 nömrəli Fərmanına əsasən filialın bazasında Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialı yaradılmışdır. Fəlsəfə elmləri doktoru, professor Fərman İsmayılov filial yarandığı gündən onun direktoru və eyni zamanda humanitar elmlər kafedrasının müdiri olmuşdur. === AMİ Şəki filialı === Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialı Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 13 iyun 2000-ci il tarixli 349 nömrəli Fərmanı ilə Bakı Dövlət Universitetinin Şəki filialının və Azərbaycan Pedaqoji Kadrların İxtisasının Artırılması və Yenidən Hazırlanması Baş İnstitutunun Şəki filialının bazasında yaradılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 iyun 2000-ci il tarixli 124 S nömrəli sərəncamı ilə filial yenidən təşkil olunmuş, onun strukturu dəyişdirilmiş, fəaliyyət dairəsi genişləndirilmiş, məktəbəqədər müəssisələr və ibtidai siniflər üçün ilkin kadr hazırlığı ilə yanaşı, müəllimlərin ixtisasının artırılması, təkmilləşdirilməsi və yenidən hazırlanması ilə məşğul olmağa başlamışdır. Filialda 4 kafedra — "Humanitar elmlər", "Ümumi fənlər", "Təbiət elmləri və tədris metodikası" və "Xarici dillər" kafedrası fəaliyyət göstərmişdir. AMİ-nin Şəki filialında bakalavr pilləsində aşağıdakı 6 ixtisas üzrə pedaqoji kadr hazırlanmışdır: "Azərbaycan dili və ədəbiyyat"; "Tarix və coğrafiya"; "Xarici dil" (İngilis dili); "Riyaziyyat və fizika"; "İbtidai təhsilin pedaqogikası və metodikası"; "Məktəbəqədər təhsilin pedaqogikası və metodikası". Filialın ixtisasartırma üzrə dislokasiyasına Şəki, Oğuz və Qəbələ rayonları daxil idi. Filialda 2001-ci ilin yanvar ayında "Pedaqoji kadrların yenidən hazırlanması" kabineti təşkil olunmuş, 2006-cı ilin noyabr ayında bu kabinet "İxtisasartırma" kabineti ilə birləşdirilmişdir. === ADPU Şəki filialı === Azərbaycan Respublikası Prezidentinin 26 noyabr 2015-ci il tarixli, 1582 nömrəli Sərəncamına Azərbaycan Müəllimlər İnstitutunun Azərbaycan Dövlət Pedaqoji Universitetinə qoşulması nəticəsində Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialı Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialı hesab olunmuşdur.
Azərbaycan Xalça Muzeyinin Şuşa filialı
Şuşa Xalça Muzeyi (və ya Azərbaycan Xalça Muzeyinin Şuşa filialı) — Qarabağ xalçaçılıq sənəti ənənələrinin öyrənilməsi, qorunması və yaşadılması məqsədilə Azərbaycan SSR Mədəniyyət Nazirliyinin 26 sentyabr 1985-ci il tarixli 502 №-li əmrinə əsasən əsası qoyulan Azərbaycan Xalçası və Xalq-Tətbiqi Sənəti Dövlət Muzeyinin Şuşa filialı. Filial fəaliyyətinə 19 may 1987-ci il tarixindən general Səməd bəy Mehmandarova məxsus XVIII əsr abidəsi olan malikanədə başlamışdır. Qədim tarixə malik Qarabağ, o cümlədən Şuşa xalçalarının tədqiqi, təbliği, qorunub-saxlanılması məqsədilə Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin əsas fondundan – milli sənət dəyərlərimizi yaşadan xalça və xalça məmulatları, bədii tikmə, milli geyim və zərgərlik nümunələri sərgilənməsi üçün Şuşa filialına göndərilmişdi. Şuşa filialında Azərbaycan Xalçası və Xalq-Tətbiqi Sənəti Dövlət Muzeyinin əsas fondundan seçilmiş xovlu və xovsuz xalçalar, xalça məmulatları, bədii tikmə, milli geyim, zərgərlik və bədii metal nümunələri nümayiş olunurdu. == Muzeyin tarixi == Filial beş il, 1992-ci il may ayının 8-də Şuşa şəhəri Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunduğu günə kimi fəaliyyət göstərmişdir. Azərbaycan və Ermənistan arasında baş vermiş hərbi münaqişə 1992-ci ildə filialın öz fəaliyyətini dayandırmasına səbəb oldu. 1992-ci ilin 29 fevral tarixində Şuşa filialının 246 ədəd eksponatından 183-ü (80 ədəd xovlu xalça, 35 ədəd xovsuz xalça və xalça məmulatı, 29 ədəd bədii tikmə və milli geyim, 39 ədəd zərgərlik məmulatı) təxliyə edilərək Bərdəyə, daha sonra Bakı şəhərinə gətirilərək, Azərbaycan Xalça Muzeyinin əsas fonduna təhvil verilmişdir. Şuşada fəaliyyət göstərən 8 muzeydən yalnız Azərbaycan Xalça Muzeyi əşyalarının yarıdan çoxunu, dahi bəstəkar Üzeyir Hacıbəylinin ev muzeyi isə əşyalarını qismən xilas edə bilmişdir. Xilas edilmiş eksponatlar arasında XIX–XX əsrləri əhatə edən Qarabağın ənənəvi "Şabalıd-buta", "Malıbəyli", "Qoca", "Bəhmənli", "Atlı-itli", "Xanlıq", "Çələbi", "Açma-yumma" çeşniləri əsasında toxunmuş xovlu xalçalar, məişətdə geniş istifadə olunan xovsuz xalçalar və xalça məmulatları, bədii tikmə, milli geyimlər və zərgərlik nümunələri var. Hazırda Şuşa filialı öz fəaliyyətini Azərbaycan Xalça Muzeyində davam etdirir.
Moskva Dövlət Universitetinin Bakı filialı
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı və ya qısaca MDU Bakı filialı — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisəsi. Filialın yaranması haqqında razılaşma Rusiya Federasiyasının təhsil və elm naziri Andrey Fursenkonun 2007-ci ilin martında Azərbaycana səfəri zamanı əldə edilimişdı. M.V.Lomonosov adına Moskva Dövlət Universiteti rəhbərliyinin təklifi və Аzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvar 2009-cu il tarixli sərəncamına əsasən yaradılıb. Filial rəsmi surətdə 27 fevral 2009-cu ildə açılıb. Filialın açılması ölkə daxilində dünyanın ən nüfuzlu universitetlərinin birində təhsil almağa və Rusiyanın tanınmış almləri ilə Azərbaycan elminin sıx əlaqəsinə şərait yaradır. M.V.Lomonosov adına Moskva Dövlət Universiteti Bakı filialının rektoru filologiya elmləri doktoru, professor Nərgiz Paşayevadır. 2023/2024 tədris ilində filialda 7 fakültə fəaliyyət göstərir: Filologiya Fizika Tətbiqi riyaziyyat Kimya Psixologiya İqtisadiyyat Menecment Gələcəkdə fakültələrin və tələbələrin sayının artacağı gözlənilir.