Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Finnish Singles Chart
Finland's Official List (fin Suomen virallinen lista, isv. Finlands officiella lista) - 1991-ci ildən "ÄKT (IFPI Finland)" tərəfindən tərtib edilən Finlandiya hit paradı.
Miniso
Miniso (sadələşdirilmiş çincə: 名创优品; ənənəvi çincə: 名創優品; pinyin: Míngchuàng Yōupǐn; hepbörn: Meisō Yūhin) və ya stilizə olunmuş adı ilə メイソウ – dərs ləvazimatı, kosmetika, oyuncaq və mətbəx əşyaları satan Çin mağazalar şəbəkəsi. 2011-ci ildə çinli sahibkar Ye Quofu tərəfindən Aiyaya şirkətinin qolu kimi qurulan şirkətin baş qərargahı Çinin Quançjou şəhərində yerləşir. 2015-ci ildəki gəlirləri 769,9 milyon ABŞ dolları olan şirkətin gəlirləri növbəti il 1,5 milyard ABŞ dolları olmuşdur.Miniso'nun Asiya, Avropa, Okeaniya, Afrika, Şimali Amerika və Cənubi Amerikada 1800-dən çox mağazası var. 2015-ci ildəki planlarına görə gələcəkdə bütün dünyada 6000 mağaza açmaq istəyirlər. == Tarixi == Miniso 2011-ci ildə çinli sahibkar Ye Quofu tərəfindən qurulmuşdur. Şirkət Çində qurulmasına və Yaponiyada mağazası olmasına baxmayaraq əvvəlcə Yaponiya brendi olduğunu elan etmişdir. Miniso daha sonra Çinin xaricində 1800-dən çox mağazasını açmışdır.2017-ci ilin yanvarına Miniso Şimali Koreya bazarına daxil olmaq istədiyini və dörd ay sonra Pxenyanda ilk mağazasını açmağı planlaşdırdığını bildirmişdir. "The Economist" jurnalına görə mağaza ölkədə populyar olmuşdur. Açılışdan qısa müddət sonra şirkətin Yaponiya filialı BMT-nin Şimali Koreya ilə ticarət qadağasını pozduğuna görə təzyiqlərə məruz qalmışdır və çinli rəsmiləri qərara görə günahlandırmışdır. Mübahisələrdən sonra Miniso bir daha Şimali Koreyaya məhsul göndərməyəcəyini bildirmiş, Pxenyandakı mağaza "Evolution" adlı altında rebrendinq keçirmişdir.
Artemisia finita
Artemisia finita (lat. Artemisia finita) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yovşan cinsinə aid bitki növü.
Benish GPS
Benish GPS kompaniyası dünya bazarında 26 ildən artıq, avtomobil parkının effektiv və əməli istismar, dispetçerləşdirilmə və GPS bazasında təhlükəsizliyinin təmin edilməsi və video texnologiyalar üçün həllər və sistemlər sahəsində lideridir. == Layihələr == Bizim kompaniya həmin sahədə ən geniş və kompleks layihələri tətbiq edir: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi. Ukrayna DİN: DYP Departamentinin yol-patrul xidmətinin iş avtomobillərinin monitorinqi və idarə edilməsi üçün Apparat-proqram kompleksinin işlənməsi və tətbiq edilməsi (4 000-dən çox nəqliyyat vasitələri həmin kompleks ilə təchiz edilib), həmçinin, nəzarət altında olan şəxslərin monitorinq sistemi üzrə nadir layihə (elektron qolbaqlar); Ukrayna Dövlət gömrük xidməti üçün tranzit yüklərin qeydiyyatı və monitorinqi sistemi (2 500-dən artıq BeniLock elektron qıfıllar); “Ukrzaliznıtsya” Dövlət şirkəti: GPS / QLONASS texnologiyaları əsasında bütün lokomotivlərin nəzarət və qeydiyyatı üçün Avtomatlaşdırılmış sistemin tətbiq edilməsi (3 200-dən çox nəqliyyat vasitələri həmin sistem ilə təchiz edilib); Ukrayna ekologiya və təbii sərvətlər Nazirliyi: nəqliyyat vasitələrin və heyətin geoinformasiya kontrolu, monitorinqi və idarə edilməsi üçün Avtomatlaşdırılmış sistemin tətbiq edilməsi (3 300-dən çox obyekt); “Ukrpoçta” Ukrayna dövlət poçt rabitəsi müəssisəsi: GPS / GSM texnologiyaları əsasında nəqliyyat vasitələrinin vəziyyətlərinin (statuslarını) müəyyən edilməsi üçün Peyk sisteminin proqram-apparat kompleksinin tətbiq edilməsi və müşayiəti (4 000-dən çox nəqliyyat vasitələri həmin kompleks ilə təchiz edilib); “Kiyevpastrans” kommunal müəssisəsi: Kiyev şəhərində şəhər yerüstü nəqliyyat vasitələrinin hərəkətinin dispetçerlər vasitəsilə idarə edilməsi üçün Avtomatlaşdırılmış sistemin işlənməsi və tətbiq edilməsi, dayanacaqlarda və “Kiyevpastrans” KM-nin nəqliyyat vəsitələrinin salonlarında videomüşahidə sisteminin quraşdırılmasi (2 500-dən çox nəqliyyat vasitələri həmin sistem ilə təshiz edilib); “Qorelektrotrans” Xarkov kommunal müəssisəsi: nəzarət sisteminin hərəkət edən heyət və xüsusi texnika xəttində daxil olunması və xidməti – şəhər kommunal sərnişin nəqliyyat vasitələrinin və fərdi yük daşıyıcılarının hərəkət edən heyəti obyektlərinin avtomatlaşdırılmış dispetçer idarəsi (2 000-dən artıq nəqliyyat vasitələrinə quraşdırılıb); Ukrayna İnfrastruktura Nazirlik üçün nəqliyyat vasitələrinin nəzarəti və qeydiyyatı sistemi 3 000-dən artıq nəqliyyat vasitələrinə quraşdırılıb); “Ukrzerno” Ukrayna Dövlət ərzaq-alıcı üçün Benish AGRO proqramlar kompleksi (1 800-dən artıq nəqliyyat vasitələrinə quraşdırılıb); Aşağıda göstərilmiş ticarət strukturlar üçün həllər: British American Tobacco, Henkel Bautechnic Ukraine, DHL Ukraine, Kraft Foods Ukraine, CC Roshen, ATB supermarketlər şəbəkəsi, “Teva”, “Farmak”, Ukrayna Avtomobil korporasiyası (UkrAVTO), Gedeon Richter, AAT PHARMA LTD, Nycomed, Obolon, Ukrros-trans, TH Elite, Budpostach, Wirtgen, Vinkor, Grinko Group, Vesma, “Regal Petroleum Corporation Limited” DP, Sumitek, RABEN, MSD, Novo Nordisk, “Borispol” beynəlxalq hava limanı” dövlət şirkəti, Nikomed, Rekordati – “FİC Medical”, Abril Farma və s. (on minlərlə nəqliyyat vasitələri təchiz edilib); Maliyya strukturlar üçün həllər (on minlərlə nəqliyyat vasitələri təchiz edilib): lizinq kompaniyaları: “Raiffeisen Leasing Aval", "VAB Leasing», AVIS (FDI "VIP-RENT"), "Euro Leasing», Budget («Rental Group"), "First Leasing Company» (ALDAUTOMOTIVE), «Hypo Alpe-Adria-Leasing", "Credit Europe Leasing", "Nico Leasing", "LD-Leasing" və s. Çoxlu başqa Ukrayna dövlət və kommersiya strukturları;Nəqliyyat vasitələrinin, heyətin və yüklərin GPS monitorinqi sahəsində Benish GPS kompleks həllərinin tətbiq edilməsi idarəetmə, nəzarət və müştəri-müəssisədə hesabat proseslərinin optimallaşdırılmasını həyata keçirməyə kömək edir, həmçinin, nəqliyyat vasitələrini istismarı ilə bağlı xərclərin azaldılmasında və şirkətin mənffətliyinin artmasında müəyyən müsbət rol oynayır. == Məhsul == http://www.benishgps.com/az/products/sputnikovaya_sistema_monitoringa_transporta/ NƏQLIYYAT VASITƏLƏRININ MONITORINQI ÜÇÜN PEYK SISTEMI Sizin avtoparkınızın effektiv idarı edilməsi! Müasir sünyada şirkətin uzunmüddətli və rəqabətə layiq inkişafı yeniaçılmış peyk texnologiyalarının və pozisiyalaşdırma sistemlərinin istifadəsi olmadan mümkün deyil. Həmin şərtlərin yerinə yetirilməsi avadanlaqların qüsursuz və etibarlı istismarınıbütün istifadə müssəti ərzində təmin edir. Belə həllərin istifadəsi zamanı alınan üstünlüklərin parlaq ifadəsi benish GPS şirkəti ilə təqdim olunan yeganə avtomatlaşdırılmış GPS-monitorinqi sistemidir. Həmin sistem aşağıdakıları mümkün edir: Real zaman rejimində işçilərin iş avtomobillərinin hara olduqlarını bilmək və onların hərəkətini izləmək; Şirkət işçiləri ilə iş vaxtının səmərəsi və effektiv istifadəsini yoxlamaq: iş günü nə zaman başlayır və sona çatır, məntəqələrə gün ərzində gəlmə zamanı və s.; İş və istirahət zamanı nəqliyyat vasitələrinin hərəkəti haqqənda məlumatları almaq və onlara nəzarət etmək, alışqan və sürtkü materiallarının limitlərini azaltmaq, nəqliyyat vasitələrinin məqsədəuyğun olmayan istifadəsinin qabağını almaq, işçilərin intizam səviyyəsini yüksəltmək; Sürət rejiminin pozulmalarına nəzarət etmək, və bununla yol hərəkərinin bütün iştirakçılarının, nəqliyyat vasitələrinin və yüklərin təhlükəsizlik səviyyəsini yüksəltmək; Sistemi müştərilərin istəklərinə uyğun olaraq dəyişmək.GPS-monitorinqini həyata keçirən avtomatlaşdırılmış sistemlərin quraşdırılması ilə bağlı xərclər bir neçə ay ərzində çıxır.
Billie Eilish
Billi Ayliş Payret Beyrd O'Konnell (ing. Billie Eilish Pirate Baird O'Connell; 18 dekabr 2001[…], Los-Anceles, Kaliforniya) — Amerikalı müğənni-bəstəkar. 2015-ci ildə qardaşı Finneas O'Konnellin yazıb prodüserlik etdiyi "Ocean Eyes" sinqlı ilə dinləyicilərin rəğbətini qazanıb. Onun 2017-ci ildə buraxdığı ilk mini-albomu "Don't Smile at Me" maraqla qarşılanıb və ABŞ, Birləşmiş Krallıq, Kanada və Avstraliya daxil olmaqla bir çox ölkədə ilk 15-də yer alıb. Aylişin 2019-cu ildə yayımladığı ilk studiya albomu "When We All Fall Asleep, Where Do We Go?" ABŞ Billboard 200 və Birləşmiş Krallıq albomlar hit-paradında birinci pilləyə yüksəldi. Albom "Bad Guy" sinqlının şöhrəti nəticəsində 2019-cu ilin ən çox satılan albomlarından birinə çevrildi. Növbəti il ​​o, Ceyms Bond filmi "No Time to Die" üçün mahnı yazıb ifa etdi, bu mahnı Birləşmiş Krallıq sinqllar hit-paradında birinci yerə çıxdı və 2022-ci ildə ona "Oskar" mükafatı qazandırdı. Onun sonrakı sinqlları "Everything I Wanted", "My Future", "Therefore I Am" və "Your Power" ABŞ və Birləşmiş Krallıqda ilk 10-luğa daxil oldu. Onun 2021-ci ildə buraxdığı ikinci studiya albomu "Happier Than Ever" 25 ölkədə bir nömrə oldu. Onun 2023-cü ildə "Barbi" filmi üçün yazdığı "What Was I Made For?" mahnısı Birləşmiş Krallıqda birinci yer oldu.
Finiks (Arizona)
Finiks (ing. Phoenix) — ABŞ-nin Arizona ştatının paytaxtı və iri şəhəri. 2010-cu il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 1,445,632 nəfərdən ibarət idi.
Kanar finiki
== Təbii yayılması == Kanar adalarıdr.Bu növ Aralıq dənizyanı ölkələrin quru subtropik bölgələrində, Şimali Afrikada da geniş yayılmışdır. == Botaniki təsviri == Təbiətdə bitkinin hündürlüyü təxminən 10–15 m-ə çatır. Yarpaqları kənarlara yayılmış, ensiz lələkvari, iridir , uzunluğu 30- 200 sm-ə çatan, bir az əyilmiş, göyümtül-yaşıl rənglidir.Yaşlı nüsxələrinin yarpaqlarının sayı 50-yə çatır, ikievlidir. Uzunluğu 1-2 sm olan saplaqları möhkəm iynələrlə örtülmüşdür.Toxumla çoxaldılır. == Ekologiyası == Rütubətsevəndir.Quraqlıqda yarpaqların ucları qonurlaşır. == Azərbaycanda yayılması == Azərbaycanın rütubətli subtropik zonalarında, xüsusilə Abşeron , Lənkəran, Astara bölgəsində palmanın bu növü mədəni şəraitdə becərilir. Mərdəkan dendrarisində həm erkək, həm də dişi nüsxələri vardır. == İstifadəsi == Bu növ il ərzində dekorativ görünüşlü olur. Meyvələri təzə halda qidad istifadə edilir.Tərkibində 70%-ə qədər şəkər vardır.Cavan bitkilər hər il, 5 yaşından yuxarı bitkilər isə lazım olduqda köçürülür. == Məlumat mənbələri == Tofiq Məmmədov, "Azərbaycan dendroflorası II cild", Bakı:-"Səda"-2015.
Barmaqvari finik
Barmaqvari finik və ya xurma == Təbii yayılması: == Şimali Afrika, Ərəbistan yarımadası, Cənubi İran, Əfqanıstan və Pakistanın quraqlıq, subtropik vilayətlərində təbii halda yayılmışdır. == Botaniki təsviri: == Hündürlüyü 20-30 metrə çatır. Gövdəsi hamar, düz olmaqla 30 sm diametirindədir. Üzəri yarpaq saplaqlarının qflıqlarıilə örtülmüşdür. Torpağın səthində güvdədən çoxlu pöhrələr verir. Yarpaqları lələkvari olub, gövdənin yuxarı hissəsində toplanır.Finik gövdəsinin ən açağı yarpaqlarının kənarlarında iynələr vardır; lələkvari yarpaqlarının uzunluğu 6 m-ə qədər olub, təxminən 5 ildən sonra formalaşır. Yarpaqcıqlar möhkəm, xətvari, neştərvari, 20- 30 sm uzunluğundadır. Yarpaq saplağı uzun, nazik boz- yaşıl rəngdədir.Çiçəyi qoltuq çiçək qrupunda toplanmışdır. Çiçək saplağının uzunluğu 1-1,2 m-dir.Meyvəsi 2.5-dən 5-6 sm uzunluğunda, ətli, uzunsov yumurtavari formadadır.Toxumu tünd qəhvəyi rəngdə, 1,5-2 sm uzunluğundadır.Toxumla asanlıqla çoxalır. == Ekologiyası: == Finik çox işıq tələb edir.
Barmaqvarı finik
Barmaqvari finik və ya xurma == Təbii yayılması: == Şimali Afrika, Ərəbistan yarımadası, Cənubi İran, Əfqanıstan və Pakistanın quraqlıq, subtropik vilayətlərində təbii halda yayılmışdır. == Botaniki təsviri: == Hündürlüyü 20-30 metrə çatır. Gövdəsi hamar, düz olmaqla 30 sm diametirindədir. Üzəri yarpaq saplaqlarının qflıqlarıilə örtülmüşdür. Torpağın səthində güvdədən çoxlu pöhrələr verir. Yarpaqları lələkvari olub, gövdənin yuxarı hissəsində toplanır.Finik gövdəsinin ən açağı yarpaqlarının kənarlarında iynələr vardır; lələkvari yarpaqlarının uzunluğu 6 m-ə qədər olub, təxminən 5 ildən sonra formalaşır. Yarpaqcıqlar möhkəm, xətvari, neştərvari, 20- 30 sm uzunluğundadır. Yarpaq saplağı uzun, nazik boz- yaşıl rəngdədir.Çiçəyi qoltuq çiçək qrupunda toplanmışdır. Çiçək saplağının uzunluğu 1-1,2 m-dir.Meyvəsi 2.5-dən 5-6 sm uzunluğunda, ətli, uzunsov yumurtavari formadadır.Toxumu tünd qəhvəyi rəngdə, 1,5-2 sm uzunluğundadır.Toxumla asanlıqla çoxalır. == Ekologiyası: == Finik çox işıq tələb edir.
Vinis Mabansaq
Vinis Villorente Mabansaq (15 noyabr 2022, Manila, Filippin) — Filippin Əhali və İnkişaf Komissiyası və Birləşmiş Millətlər Təşkilatı tərəfindən Yer kürəsinin simvolik səkkiz milyardıncı insanı kimi seçilmiş, Manilada doğulmuş qızdır. == Bioqrafiya == Vinis Mabansaq 15 noyabr 2022-ci ildə yerli vaxtla saat 01:29-da Dr. Xose Fabella Memorial Xəstəxanasında anadan olmuşdur. Onun valideynləri 29 yaşlı olan Alvin Mabansaq və 28 yaşı olan Marqaret Mabansaqdır. Vinis anadan olduqdan sonra Filippinin Əhali Komissiyası klinikanın bütün tibb bacılarının alqışları altında ona xoş tort təqdim etdi.
Danish Singles Chart
Track Top-40 - Danimarkanın rəsmi hit paradı. Hit parad sinql satış miqdarı və dijital yükləməyə əsasən tərtib edilir.
Qay Minisi Fundan
Qay Minisi Fundan (lat. Gaius Minicius Fundanus; I əsr – ən tezi 123) — Qədim Roma hərbi və siyasi xadimi. O, Minisilər plebey ailəsindəndir. 107-ci ildə konsul-suffekt təyin edilmişdir. == Həyatı == Retiyada aşkar edilmiş və 107-ci il tarixli hərbi diplomda qeyd edilən bir məlumat sayəsində məlum olur ki, Minisi bu dövrdə konsul-suffekt olmuşdur. Onun həmkarı Qay Vettenni Sever olmuşdur.122–123-cü illərdə Fundan Asiya vilayətinin prokonsulu vəzifəsini icra etmişdir. Bu zaman o, sələfi Kvint Lisini Silvan Kvadroni Prokul tərəfindən imperator Adriana göndərilən vəxristianlar haqqında olan məktuba cavab almışdır. Əzabkeş Yustin tərəfindən qorunub-saxlanılmış reskriptdə Adrian fərman vermişdir ki, xristianları ittiham edənlər öz ittihamlarını sübut etmək yükünü daşımalı və əks təqdirdə böhtana görə cəzalandırılmalıdırlar.
Fines və Ferb
Fines və Ferb (ing. Phineas and Ferb) — Den Povenmayr və Ceff Marş tərəfindən yaradılmış ABŞ istehsalı musiqili komediya cizgi-serialı. Disney Channel və Disney XD kanallarında nümayiş olunan serial, Disney Television Animation studiyası tərəfindən hazırlanıb. Cizgi-serial ilk olaraq 17 avqust 2007-ci ildə yayımlanıb, 12 iyun 2015-ci ildə isə tamaşaçıları ilə vidalaşıb. Serialda yay tətili ərzində səkkiz və on yaş arasında olan Fines Flinn (ing. Phineas Flynn) və ögey qardaşı Ferb Fletçerin (ing. Ferb Fletcher) sərgüzəştlərindən bəhs olunur. Oğlanlar hər gün mümkün olmayacaq böyük elmi layihələrə imza atırlar. Etdikləri bu işlər onların bacısı Kendesi (ing. Candace) qıcıqlandırır, o anası Linda Flinn-Fletçer və atası Lourens Fletçerə (ing.
Caspian Fish
Azərbaycan çinisi (film, 2000)
Azərbaycan çinisi qısametrajlı sənədli televiziya filmi rejissor Şahəddin Elxan Mayıloğlu tərəfindən 2000-ci ildə çəkilmişdir. Azərbaycan televiziyasında istehsal edilmişdir. Film əməkdar rəssam Qalib Bağırova həsr olunmuşdur. == Məzmun == Film əməkdar rəssam Qalib Bağırova həsr olunmuşdur.
Xınıs
Xınıs (Ermənicə Խնուս ,Khnous , Kürmənci Xinûs və Zazaca Xınıs) — Ərzurum İlinin bir ilçəsi. == Tarixi == Bölgənin məskunlaşma tarixi bizim eradan əvvəl 1400-cü ilə aiddir. 1242-ci ildə elxanlılar sülaləsi tərəfindən zəbt edildi. 1502-ci ildə Səfəvilər tərəfindən tutuldu. bölgədə yaşayan türkmanlar İrana və Azərbaycana köçürüldü. Qızılbaşların tərkibində Xınıslı oymağı adlı bir qrup vardı. 1555-ci ildən sonra bölgə Osmanlı imperiyasının tərkibinə keçdi. Azərbaycandakı Xınıslı kəndləri Xınıs bölgəsi ilə bağlıdır. == Coğrafiyası == == Əhalisi == 2007-ci il əhali sayına görə bölgənin əhalisi 32.059 nəfərdir.
Sinişa Mixayloviç
Sinişa Mixayloviç (20 fevral 1969, Vуkоvаr – 16 dekabr 2022, Roma) — Yarımmüdafiəçi və müdafiəçi kimi çıxış etmiş Serbiyalı futbolçu. Futbolçu karyerasını başa vurduqdan sonra məşqçi olub. Cərimə zərbələri ustası kimi tanınır. Mixayloviç cərimə zərbəsindən vurduğu 28 qolla cərimə zərbələrindən vurulan qollara görə A Seriyasında rekord sahibidir. == Karyerası == Futbolçu karyerası ərzində müdafiəçi və ya yarımmüdafiəçi kimi çıxış edib. O, 1991 -ci ildə "Srvena Zvezdanın heyətində Avropa Çempionlar Kubokunu qazanıb və karyerasının böyük hissəsini İtaliya A Seriyasında oynayıb, "Roma", "Sampdoriya", "Latsio" və "İnter" klublarında toplam 353 oyun keçirib və sonuncu iki klubla liqa çempionu olub. Bir çoxları tərəfindən bütün zamanların ən yaxşı cərimə zərbəsi vuran oyunçuları arasında hesab edilən o, 28 qolla cərimə zərbələrindən İtaliya A Seriyasında ən çox qol vuran futbolçudur. O , 1991-ci ildən 2003-cü ilə qədər Yuqoslaviya yığmasında 63 oyun keçirib və 10 qol vurub, bunlardan 1991-ci ildə ilk dörd oyunu SFR Yuqoslaviyanı təmsil edib və 1998 FIFA Dünya Kuboku və UEFA Avro 2000 turnirlərində oynayıb. Mixayloviç 2006-cı ildə karyerasını bitirərək "İnter"də baş məşqçinin köməkçisi olub. O, 2008-ci ildən 2022-ci ilə qədər "Bolonya" ilə başlayan və bitirən, həmçinin "Fiorentina", "Torino" və "Milan" klublarıda daxil olmaqla altı A Seriyası klubunu idarə edib.
Irish Singles Chart
The Irish Singles Chart — İrlandiyada "Irish Recorded Music Association" tərəfindən təqdim edilən həftəlik hit parad.
Official Irish PlayStation Magazine
Official Irish PlayStation Magazine (abr. OIPM) — "TP Media" tərəfindən nəşr edilmiş keçmiş İrlandiya aylıq videooyun jurnalı. Jurnal "PlayStation" avadanlıqları, proqramları və mədəniyyəti üzrə ixtisaslaşmışdı və orijinal "PlayStation" və "PlayStation 2" platformaları haqda məqalələr ehtiva edirdi. Jurnal demək olar ki, sadəcə bir il fəaliyyət göstərmişdir (may 2000 – iyul 2001). == Tarix == Jurnal 2000-ci ildə "TP Media" şirkəti tərəfindən təsis edilmişdir. Jurnalın ilk nömrəsi 2005-ci ilin ay ayında nəşr edilmişdir. "Official UK PlayStation Magazine" jurnalı "Future Publishing" tərəfindən nəşr edilirdi və İrlandiyada 10 İrlandiya funtuna satılırdı. "OIPM" jurnalının hər buraxılışı 5 İrlandiya funtuna satılırdı. Jurnalın yanında demo disklər də verilirdi. Jurnalın ilk üç buraxılışının üzlüyü Böyük Britaniya versiyasındakı ilə eyni olmasına baxmayaraq, "OIPM" jurnalının məzmunu Kevin MakDermot rəhbərliyindəki bir redaktor heyəti tərəfindən yazılırdı.