Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Fidan Axundova
Axundova Fidan Elmar qızı (18 sentyabr 1977, Bakı) — azərbaycanlı aktrisa, televiziya aparıcısı, şairə. == Həyatı == Fidan Axundova 18 sentyabr 1977-ci ildə Bakıda ziyalı ailəsində doğulub. 1994-cü ildə Bakının Nəsimi rayonundakı 44 saylı məktəbi bitirib. Həmin il Bakıdakı 2 saylı tibb məktəbinə daxil olub. İkiillik təhsilini uğurla başa vurandan sonra 1998-ci ilə qədər müxtəlif səhiyyə ocaqlarında tibb bacısı işləyib. 1998-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dram və kino aktyorluğu fakültəsinə daxil olub. Tələbəikən Akademik Milli Dram Teatrına dəvət olunaraq Nəbi Xəzrinin "Burla xatun" dramının tamaşasında Banu Çiçək rolunu oynayıb. Tamaşanın premyerası 19 iyun 1999-cu ildə olub. Tələbə-aktrisanın qabiliyyət və bacarığı nəzərə alınaraq 9 sentyabr 1999-cu il tarixində Akademik teatrın truppasına götürülüb. 2002-ci ildə təhsilini başa vurub.
Fidan Hacıyeva
Fidan Hacı Ağa qızı Hacıyeva-Neylor (7 sentyabr 1976, Bakı) — Azərbaycan Respublikasının xalq artisti (05.03.2015), Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, opera müğənnisi, mezzo-soprano. Professor Hüseyn Əliyevin tələbəsidir. 1996-cı ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistidir. 2000-ci ildə Türkiyədəki "Aspendos" antik teatrının səhnəsində açıq səma altında, 12 min tamaşaçı qarşısında çıxış etmişdir. 2002-ci ildə İtaliyanın Kidjiano Akademiyasında keçirilən Beynəlxalq müsabiqənin qalibidir. 2006-cı ildə "Azərbaycan Respublikasının Əməkdar Artisti" adına layiq görülmüş və 2006, 2007, 2008-ci illərdə Azərbaycan Respublikası Prezidentinin Fəxri mükafatı ilə təltif olunmuşdur. 2010-cu ildə İtaliyada, Roma Musiqi Akademiyasının "Peşəkar vokal ifaçılarının müsabiqəsi"qalibidir. 2012-ci ildə İtaliyanın Berqamo şəhərində yerləşən Donisetti adına teatrında təşkil edilmiş "Gran Gala" konsertində klassik italyan musiqisinin təbliğindəki xidmətinə görə "Sülhməramlı səfir" diplomu ilə təltif olunub. 2015-ci ildə Azərbaycan Respublikasında mədəniyyət sahəsində səmərəli fəaliyyətinə görə 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə "Xalq artisti" adına layiq görülüb. 2016-cı ildə öz adını daşıyan, Musiqi Mərkəzini yaradıb.
Fidan Hüseynova
Fidan Hüseynova (tam adı: Fidan Yaqub qızı Hüseynova: 24 noyabr 2005, Moskva) — Azərbaycan musiqiçisi. Fidan Hüseynova Azərbaycanı 2018-ci ildə Belarusda baş tutan Uşaq Avroviziya Mahnı Müsabiqəsində təmsil edib və 47 xalla 16-cı yeri tutub. == Həyatı == Fidan Hüseynova 2005-ci il noyabrın 24-də Rusiyanın Moskva şəhərində anadan olub. Fidan Bakı Oksford məktəbinin şagirdidir. Orta təhsili ilə yanaşı o, Tofiq Quliyev adına 12 saylı musiqi məktəbində vokal ixtisasına yiyələnir. Fidan Hüseynovanın atası Yaqub Hüseynov biznesmendir və "Bridge Group of Companies" şirkətlər qrupunun təsisçisidir. 2010-cu ildən şahmat məktəbində təhsil alır və bir neçə şahmat turnirlərin iştirakçısı olub. Fidan Hüseynova 4 yaşından rəsm ilə məşğul olur və onun əl işləri “Azərbaycanın uşaq təsviri sənəti” jurnalında dərc olunub. “Je suis Malade” mahnısını Fidan 2014-cü ildə Bakıya öz möhtəşəm konsert proqramı ilə təşrif buyuran dünya şöhrətli müğənni Lara Fabian ilə bir səhnədə ifa etdi. YARAT!
Fidan Qasımova
Fidan Əkrəm qızı Qasımova (17 iyun 1947, Bakı) — Azərbaycanın opera müğənnisi, Azərbaycan SSR xalq artisti (1982), SSRİ xalq artisti (1988), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1984). == Həyatı == Fidan Əkrəm qızı Qasımova 17 iyun 1947-ci ildə Bakıda dünyaya gəlmişdir. Əslən Salyan rayonundandır. Nadir soprano sahibinin dünyaya göz açdığı ziyalı ailəsi, boya-başa çatdığı mühit onun musiqiyə bağlanmasının ilkin mənbəyi olub. Fidan və kiçik bacısı Xuraman Qasımova bacılarının valideynləri daim incəsənətlə bağlı olub, şeir yazıb, musiqiyə meyl göstəriblər. Niyazi, Fikrət Əmirov, Tofiq Quliyev və Bakı musiqi elitasının digər nümayəndələri tez-tez bu ailənin evində olublar. O zaman 4 yaşlı balaca Xuraman qonaqların xahişi ilə oxuyar, Fidan isə qonşu otağa keçərək daha çox skripkada çalardı. Hər iki qızın musiqiyə meyli uşaqlıqdan formalaşıb. Bülbül adına musiqi məktəbini bitirdikdən sonra Fidan 1966-cı ildə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasına daxil olmuş, məhz parlaq istedadı və zəhməti sayəsində eyni vaxtda iki ixtisas — skripka və vokal üzrə təhsil almışdır. Təbii ki, qabaqcadan seçdiyi yola ciddi hazırlaşmaq lazım idi.
Hakan Fidan
Hakan Fidan (17 iyul 1968, Ankara) — kürdəsilli Türkiyə hərbçisi, bürokrat, Milli Kəşfiyyat Təşkilatı (MİT) rəhbəri (2010–2023), Xarici İşlər Naziri (2023-cü ildən). == Həyatı və karyerası == Ata tərəfdən gimgimli kürddür. 1986-dan 2001-ə qədər Türkiyə Silahlı Qüvvələrində ehtiyat zabit olaraq çalışmışdır. Hərbçi peşəsini öz istəyiylə buraxan Fidan, ABŞ-nın Merilend Universitetindən İdarəetmə və Politologiya sahəsində bakalavr dərəcəsi almışdır. Bilkənt Universitetində "Xarici Siyasətdə Kəşfiyyatın Yeri" adlı tezisiylə magistr dərəcəsi almışdır. Eyni universitetdə 2006-da da "Məlumat Əsrində Diplomatiya: Müqavilələrin Təsdiqlənməsində İnformasiya Texnologiyalarının İstifadəsi" başlıqlı tezis ilə doktorluq müdafiə etdi. Viyanada Beynəlxalq Atom Enerjisi Təşkilatında, Cenevredə Birləşmiş Millətlər Silahsızlanma İnstitutunda və Londonda Verification Technologies Research Centerdə akademik işlərini davam etdirdi. Hacəttəpə və Bilkənt universitetlərində elmi fəaliyyətlə məşğul olmuşdur. Almaniyadakı NATO Çevik Reaksiya Korpusunun Qərargahında da çalışan Fidan, 2001-dən etibarən iki il Avstraliyanın Türkiyə Səfirliyində Baş Siyasi və İqtisadi Məsləhətçi vəzifəsində çalışmışdır. 2003-də Baş nazirlik nəzdindəki Türkiyə Əməkdaşlıq və İnkişaf İdarəsinin (TİKA) başçısı təyin edildi.
Fidan Hacıyeva adına Vokal Musiqi Məktəbi
Fidan Hacıyeva adına Vokal Musiqi Məktəbi və ya qısa olaraq FHVMM – Xalq artisti Fidan Hacıyeva tərəfindən təsis edilmiş və öz adını daşıyan özəl, ödənişli musiqi məktəbi. == Haqqında == 2016-cı ildə fəaliyyətinə başlayıb və 9 avqust 2017-ci ilədək "Fidan Hacıyevanın Musiqi Mərkəzi" adı ilə fəaliyyət göstərib. 2017-ci il 25 Fevralda Musiqi Mərkəzinin tədris zalında ilk tələbələrin konserti olub. Konsert Xocalı soyqırımına həsr olunub. Tamaşaçı sayının az olmasına baxmayaraq, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı səfiri Karol Meri Krofts konsertin izləyiciləri sırasında olub. 2017-ci il 28 Mayda Fidan Hacıyeva tələbələri ilə Azərbaycan Xalq Cumhuriyyətinin yaranmasının 99-cu il dönümünə həsr olunan, Zirə Mədəniyyət Mərkəzində, sayca ikinci, böyük auditoriya qarşısında isə ilk konserti ilı çıxış edib. Hətda tələbələrinin opera ifası bacarıqlarını nümayiş etdirmək üçün tələbəsi Elçin Əliyevlə Üzeyir Hacıbəyovun "Arşın Mal Alan" operasından "Əskər və Gülçöhrənin ariyası"nı da ifa edib. Bu ifa ən uzun sürəli alqışlarla qarşılanıb. 2017-ci il 11 İyun tarixində Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında Musiqi Mərkəzinin yaranmasının bir illiyi münasibətilə sayca üçüncü dəfə "Yeni Səslər" adlı konsert proqramı tamaşaçılara təqdim olunub. Bu konsert proqramı digər konsertlərdən tamaşaçı sayının daha çox olması ilə yanaşı ifalar və janrlarla da fərqlənir.
Fincan-fincan
Fincan-fincan — Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə, eləcə də digər vaxtlarda, əsasən uşaq və gənclər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir. == Ümumi məlumat == Novruz bayramlarında eləcə də el şənliklərində xalq arasında yayılan maraqlı məişət oyunlarından biri də "Fincan-fincan oyunudur. Bu oyun bəzən məhəllələrarası, çayxanalarda, bəzən də toy gecələrində oynanılır. Fincan-fincan oyunu Azərbaycanın bəzi bölgələrində "Üzük-üzük", "Üzük gizlətdi", "Gül oyunu" adları ilə də tanınır. == Oyunun qaydaları == Oyunda iştirakçıların sayına görə məcməyi, siniyə düzülən üzüqoylu fincanlardan birinin altında üzük gizlədir. Bir dəstə o biri dəstəyə onu tapmağı təklif edir. Üzük tapılmadıqda iştirakçı "cərimə" olunur. Oyuna yığılan cavanlar çay içir, cürbəcür çərəzlər yeyirlər. Oyun zamanı məzəli əhvalatlar, nağıl deyir, aşıq, dərviş oxudurlar. Çox zaman oyun gecəyarısına qədər davam edir.
Fiqani
Figani — XVI əsrdə yaşamış Osmanlı divan şairi. Figani Sultan Süleyman Qanuninin dövründə yazıb-yaratmışdır. Qanuninin şahzadələrinə həsr etdiyi Suriya Qəsidəsi Figaninin ən məşhur əsəridir. Şeirlərinin birində Osmanlı imperiyasının vəziri Parqalı İbrahim Paşanı sərt şəkildə tənqid etmiş və onun kafir adlandırmışdır. Qurulan məhkəmədə sözlərini geri götürmədiyi üçün Parqalı İbrahim Paşanın əmri ilə gənc yaşda edam edilmişdir. == Həyatı == Figani XVI əsrin əvvələrində Trabzon şəhərində anadan olmuşdur. Əsil adı Ramazandır. Gənclik dövründə İstanbul şəhərinə köçüb burada dini və tibbi biliklər aldığı ehtimal olunur. Fiqani tibbi biliklərini daha da dərinləşdirmək üçün İsfahan şəhərinə Şah Məhmədin yanına getmişdir. Fiqani İstanbul şəhərində bir müddət mirzəlik etdikdən sonra şeir yazmağa başlamışdır.
Liqvan
Liqvan və ya Liğvan (fars. ليقوان‎) — İranın Şərqi Azərbaycan ostanının Təbriz şəhristanının Mərkəzi bəxşinin Meydançay dehestanında yerləşən kənd. Bu kənd pendirinə görə məşhurdur. Bu kənd "Livan" və "Levan" kimi də adlanır. 2006-cı il əhalinin siyahıya alınmasına görə əsasən, kəndin əhalisi 5,359 nəfərdən ibarət idi.
Raqdan
Raqdan — Böyük Qafqaz dağlarının Baş Qafqaz silsiləsində Qəbələ və Dağıstan ərazisində yerləşir. Hündürlüyü 4020 metrdir.
Sirdan
Sirdan — İranın Qəzvin ostanının Qəzvin şəhristanının Aşağı Tarım bəxşində şəhər. == Tarix == Tarım bölgəsi, tarix baxımından Azərbaycanın ən zəngin bölgələrindən biridir. Bura 9-cu əsrdən bəri Azərbaycan tarixinə dərin izlər qoymuş Salarilər kimi böyük sülalələrin mərkəzinə çevirilmişdi, belə ki Tarım bölgəsindəki Kəngər və ya Qız qalası vaxtıilə Salarilərin paytaxtı imiş. Bölgənin başqa önəmli qalalarından Qız qalası, Oğlan qalası, Niyərikdəki Narınqala, Üməra qalası, Firdövs qalası və Səngan kəndindəki Talıbxan qalasının (Talfan qayası) adını çəkmək olar. Sirdan uzun bir tarixə malik olaraq, İslamdan sonra Tarım bölgəsinin (Yuxarı Tarım və Aşağı Tarım) mərkəzi olub. 1928-ci ildə burada 2,000 insan yaşamaqda imiş. Sirdan ilk olaraq şəhərin şərqindən axan çayın qırağından təşkil edilərək quzey, qərb və güneyə doğru genişləməyə başlayıb. Şəhərin evləri sıx və bir-birinə yaxın tikilsədə 1980-ci ildən dağınıq şəkildə evlərin tikilməsinə başlayıb. Hazırda Sirdanın sahəsi 17 hektardır. == Coğrafi Yerləşməsi == Sirdan şəhəri Qəzvin, Zəncan və Gilan ostanlarının kəsişdiyi yerdə, Şamadəşt dağının şimal-şərq yamacında yerləşir.
Zindan
Zindan — Orta əsrlərdə məhkumların saxlanılması üçün nəzərdə tutulmuş yerlər. Zindanlar adətən qəsrlərin zirzəmilərində yerləşirdi. Zindanlarda verilən işgəncələr barədə İntibah dövrü mənbələrində geniş məlumatlar mövcuddur.
Vicdan
Vicdan, insanın öz əxlaqi dəyərlərini əsas alaraq öz niyyətləri və ya hərəkətləri ilə bağlı nə etdiyini və ya edəcəyini müəyyənləşdirdiyi şəxsi xüsusiyyətidir. Vicdan anlayışı əksər dinlərdə, bir çox fəlsəfi cərəyanlarda, mistisizmdə böyük ölçüdə əhəmiyyət verilmiş bir anlayışdır . Bu gün bəziləri “ictimai vicdan” anlayışını ortaya atda da nə dini, nə mistik və s. sahələrdə belə bir anlayış mövcud deyil, vicdan anlayışı bu sahələrdə həmişə fərdi vicdan mənasında işlədilib. Fəlsəfəyə görə insanın daxili rahatlığını və ya daxili narahatçılığını yaradaraq insanın hərəkətlərinə istiqamət verən vicdan bir anlayış deyil, insani keyfiyyətdir. Fəlsəfədə metafizik anlayış bu qabiliyyətin anadangəlmə olduğunu, dünyəvi anlayış isə insana ətrafındakı sosial şəraitinin müəyyən etdiyi ədəb və biliyin təsiri nəticəsi olduğunu iddia edir. Fridrix Nitsşeyə görə vicdan borclanmağı bacarmaq əxlaqından asılı olaraq ortaya çıxıb inkişaf etmiş, “söz verə bilən heyvan yetişdirə bilmək” məqsədi ilə uydurulmuş bir anlayışdır.
Viqan
Viqan və ya rəsmi olaraq Viqan şəhəri (Ciudad ti Bigan, Filipince: Lungsod ng Vigan) — Filippinin Cənubi İlokos əyalətinin bir mahalı və paytaxtıdır. Şəhər Cənubi Çin dənizinə baxan böyük Luzon adasının qərb sahilində yerləşir. 2015-ci il siyahıyaalınmasına əsasən, əhali 53879 nəfərdir. YUNESKO tərəfindən Dünya İrsi Mirası olaraq tanınan şəhər, Filippində və İspaniyada toxunulmaz qalan bir neçə İspan şəhərlərdən biridir. Şəhər döşəmə daşları ilə Filippin və Şərq memarlığını müstəmləkə İspan memarlıq dizaynları ilə birləşdirən özünəməxsus memarlığı ilə tanınır. 2015-ci ilin may ayında Viqan şəhəri Beyrut, Doha, Durban, Havana, Kuala-Lumpur və La-Pas (Boliviya) ilə birlikdə rəsmi olaraq dünyanın 7 möcüzəsindən biri olaraq tanınıb.
Fəqan
Fəqan — Azərbaycanlı adı. Fəqan Məmmədov — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. Fəqan Xudaverdiyev — Azərbaycan Silahlı Qüvvələrinin mayoru. Fəqan Ziyadov — Azərbaycan Silahlı Qüvvələrinin MAHHXHQ Fəqan Zalov — Azərbaycan Hərbi Dəniz Qüvvələrinin kiçik miçmanı. Fəqan Umudov — Azərbaycanı təmsil edən taekvondoçu.
Baba Fiqani
Baba Fiqani (? — ö. 1519) — Fars ədəbiyatında "səbk-i Hindi"nin qurucusu sayılan İran şairi. == Həyatı == Baba Fiqani Şirazda dünyaya gəlmişdi. 925-ci (1519-cu) ildə öldüyü sırada altmış yaşını keçmiş olduğuna görə 860–865 (1456–1461) illər arasında doğulduğu söylənilə bilinir. Gəncliyində ata-baba məsləyi olan bıçaqçılıqla məşğul oldğundan bu sıralarda yazdığı şeirlərdə "bıçaqçı" anlamına gələn Səkkaki təxəllüsünü işlədirdi. Ancaq divanında bu təxəllüsü ilə yazılmış hərhansı bir şeirinə rast gəlinmədi. Fiqani otuz yaşına qədər Şirazda yaşadı, daha sonra Xorasana getdi. Bir müddət qaldığı Heratda başda Əbdürrəhman Cami olmaq üzərə bəzi şairlərlə görüşdüysə də onlardan gözlədiyi münasibəti görə bilmədi. Təbrizə gedərək burada tanış olduğu şairlər vasitəsiylə Ağqoyunlu hökmdarı Sultan Yaqub bəyin sarayına daxil oldu.
Boqdan (Baltas)
Boqdan (rus. Богданово, başq. Боғҙан) — Başqırdıstan Respublikasının Baltas rayonunda yerləşən kənd. Kənd, Boqdan kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Starobaltas): 23 km., kənd sovetliyindən (Starotimkino): 3 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndidə başqırdlar (56%) və tatarlar (44%) üstünlük təşkil edir.
Boqdan Boqdanoviç
Boqdan Boqdanoviç (18 avqust 1992, Belqrad) — hal-hazırda MBA komandalarından Sakramento Kinqzdə oynayan Serb professional basketbolçu. Həmçinin Serbiya milli basketbol komandasında da forma geyinir. Onun boyu 1.97 metrdir. 2014 MBA Seçmələrində 1. tur 27. Sıradan Foniks Sans tərəfindən seçilib. 2016–2017 Avroliqada Fənərbaxça ilə çempionluq sevinci yaşayıb. 2017-ci ilin iyulundan Sakramento Kinqzdə forma geyinməyə başlayıb. == Peşəkar karyerası == === Partizan Belqrad === Boqdanoviç ilk peşəkar müqaviləsini 18 yaşında – 2010-cu ilin sentyabrında Serb komandası Partizan BK ilə imzalayıb. 2012–2013 sezonu onun komandası ilə keçirdiyi ilk Avroliqa sezonu idi.
Boqdan Kuzmanov
Boqdan Kuzmanov (ing. Bogdan Antonov Kuzmanov; 19 aprel 1934, Sofiya, Bolqarıstan krallığı – 22 dekabr 1991, Sofiya) — Bolqarıstan botaniki. == Elmi fəaliyyəti == Boqdan Kuzmanov toxumlu bitkilər üzrə ixtisaslaşmışdır. Papaver degenii növünü təsnif etmişdir. == Əsərləri == Kuzmanov B., Kožuharov S., Ivanova H. Biometric studies on the genus Betula in Bulgaria // Fragmenta Floristica et Geobotanica. — 1966. — Vol. 12, № 4. — P. 329—336. Митрев А. А., Попова С. М. Атлас на лечебните растения в България / под ред.
Boqdan Kuzmenko
Boqdan Stanislavoviç Kuzmenko (rus. Богдан Станиславович Кузьменко; 21 may 1999-cu ildə anadan olub) — Rusiya Peşəkar Futbol Liqası təmsilçilərindən olan "Çertanovo-2 Moskva" klubunda qapıçı kimi çıxış edən Rusiyalı peşəkar futbolçudur. == Karyerası == Kuzmenko öz peşəkar karyerasında debütünü 24 iyul 2018-ci ildə "Çertanovo-2 Moskva" klubu ilə Rusiya Peşəkar Futbol Liqasında Dolqoprudnı klubuna qarşı oyunda etmişdir.
Böyük Tiqran
II Tiqran, və ya Böyük Tiqran (e.ə. 140, Qəmərli və ya Ermənistan krallığı – e.ə. 55, Ermənistan krallığı) — e.ə. 95-ci ildən e.ə. 55-ci ilə qədərki Ermənistan kralı.
Boqdan Xmelnitski
Boqdan Xmelnitski (ukr. Богдан Зиновій Михайлович Хмельницький; ən tezi 30 oktyabr (9 noyabr) 1595 və ən geci 27 dekabr 1595 (6 yanvar 1596) – 27 iyul (6 avqust) 1657, Çigirin, Kazak Hetmanlığı) — Kazak Hetmanlığının rəhbəri. == Həyatı == Polşa tarixçisi Osip Senkovskinin "Collectanea z dziejopisów tureckich" (1824-cü il) əsərində qəribə bir qravür vardır. Qravürdə getman Boris Xmelnitski tatar xanı ilə birlikdə namaz qılır. Bu illüstrasiyanı Vasili Smirnovun "Krım xanlığının tarixi" əsərinin səhifələrində də görmək olar. Bu qəribə illüstrasiyanın öz izahı vardır. Tarixçilərə çoxdan məlumdur ki, XVII əsr türk salnaməçisi Mustafa Naimin "Hüseynin gül bağçası Şərq və Qərb hadisələri işığında" əsərində Xmelnitskinin İslamı qəbul etməsi barədə fraqment vardır. Bunun da tarixi 1648–1654-cü illər Böyük azadlıq müharibəsindən çox-çox əvvələ, XVII əsrin əvvəllərinə gedib çıxır. 1620-ci ilin oktyabrında hələ gənc olan Xmelnitski öz atası Mixail ilə birlikdə Podolda, Tsetsoroy kəndi yaxınlığında polyak-osmanlı döyüşündə iştirak etmişdi. Bu döyüşdə atasının tatarlar tərəfindən öldürülməsinin şahidi olan Boqdan qəzəblə düşmən qılınclarının üzərinə atılır və əsir düşür.
Faqnan qalası
Faqnan qalası - Orta əsrlərdə Naxçıvan vilayəti ərazisində XII-XIII əsrlərdə mövcud olmuş əsas qalalardan biridir. Qala haqqında yalnız Həmdullah Qəzvininin "Nüzhət əl-qülub" əsərində məlumata rast gəlinir. Naxçıvanın tarixi coğrafiyasını araşdıran tarix üzrə fəlsfə doktoru Elnur Kəlbizadə H.Qəzvininin adını çəkdiyi dörd qaladan üçünün (Əlincə, Sürməli, Tağmar) lokalizasiyasını aparsa da dördüncü qala olan Faqnan haqqında apardığı araşdırmalar bir nəticə verməmiş, bu səbəbdən də bu qalanın harada yerləşdiyi, hansı məqsədlərlə istifadə olunduğu barədə konkret fikir irəli sürməmişdir. Tədqiqatçı yalnız Culfa rayonunun Gülüstan kəndi yaxınlığında qalıqları qalmış bir gözətçi-istehkam qalasının Faqnan qalası ola biləcəyi ehtimalını bəzi yerli sakinlərə istinadən irəli sürsə də bununla bağlı tarixi faktın olmadığını göstərmişdir. Qala monqolların hücumları nəticəsində dağıdılmışdır. == Mənbə == Kəlbizadə E. Naxçıvanın tarixi coğrafiyası (XII-XVIII əsrin birinci yarısı), Naxçıvan:Əcəmi, 2016, 200 s.
Fiaqdon çayı
Fiagdon (oset. Фыййагдон) — Şimali Osetiyada dağ çayı. Fiagdon Ardon çayının sağ qolu olub Terek hövzəsinə daxildir. Çayın mənsəbi Ardon çayının 4 km-də, sağ sahildə yerləşir. Fiagdonun ümumi uzunluğu 75 km-dir. Su toplayıcı hövzənin sahəsi 714 км²-dir. Su sərfi 29 m³/saniyədir. Çay mənbəyini hündürlüyü 1903 metr olan dağlıq ərazidən götürür. Fiagdonun axdığı dərə Kurtatinski adlanır və Şimali Osetiyanın Alagirski rayonuna daxildir. Çay vadisində Yuxarı Fiagdon qəsəbəsi, Alaniya Müqəddəs-Uspenski kişi monastrı, bir neçə kənd yerləşir.
III Tiqran
III Tiqran (erm. Տիգրան Գ; e. ə. I əsr, Qəmərli – e. ə. I əsr, Qəmərli) — E.ə. 20–8-ci illər arasında Böyük Ermənistanın kralı olub II Artavazdın oğludur. Miladdan əvvəl 34-cü ildə Roma triumviri Mark Antoni cani hesab etdiyi II Artavazdı oğulları və arvadları ilə birlikdə əsir tutub Misirə göndərmiş və eramızdan əvvəl 31-ci ildə onun başını kəsərək öldürtdürmüşdür. Elə həmin ildədə Mark Antoni və VII Kleopatranın özlərinin də öldürülməsindən sonra Tiqran, qardaşı Artaşes və ailənin digər üzvləri ilk Roma imperatoru Oktavian Augustus tərəfindən idarə olundular. Tiqran, eramızdan əvvəl 20-ci ilə qədər təhsil aldığı Romada yaşamışdır.
II Tiqran
II Tiqran, və ya Böyük Tiqran (e.ə. 140, Qəmərli və ya Ermənistan krallığı – e.ə. 55, Ermənistan krallığı) — e.ə. 95-ci ildən e.ə. 55-ci ilə qədərki Ermənistan kralı.
Figani
Figani — XVI əsrdə yaşamış Osmanlı divan şairi. Figani Sultan Süleyman Qanuninin dövründə yazıb-yaratmışdır. Qanuninin şahzadələrinə həsr etdiyi Suriya Qəsidəsi Figaninin ən məşhur əsəridir. Şeirlərinin birində Osmanlı imperiyasının vəziri Parqalı İbrahim Paşanı sərt şəkildə tənqid etmiş və onun kafir adlandırmışdır. Qurulan məhkəmədə sözlərini geri götürmədiyi üçün Parqalı İbrahim Paşanın əmri ilə gənc yaşda edam edilmişdir. == Həyatı == Figani XVI əsrin əvvələrində Trabzon şəhərində anadan olmuşdur. Əsil adı Ramazandır. Gənclik dövründə İstanbul şəhərinə köçüb burada dini və tibbi biliklər aldığı ehtimal olunur. Fiqani tibbi biliklərini daha da dərinləşdirmək üçün İsfahan şəhərinə Şah Məhmədin yanına getmişdir. Fiqani İstanbul şəhərində bir müddət mirzəlik etdikdən sonra şeir yazmağa başlamışdır.
Sığdaş
Sığdaş — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Masallı rayonunun Sığdaş kəndi Böyük Kolatan kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Sığdaş kənd Soveti yaradılmışdır. Azərbaycan Respublikası Milli Məclisinin 5 mart 2013-cü il tarixli, 590-IVQ saylı Qərarı ilə Masallı rayonunun Sığdaş kənd inzibati ərazi dairəsi tərkibindəki Sığdaş kəndinin ərazisindən 40,60 ha (bundan bələdiyyə mülkiyyətində olan 4,0 ha və xüsusi mülkiyyətdə olan 36,60 ha) torpaq sahəsi Masallı şəhər inzibati ərazi dairəsi tərkibindəki Masallı şəhərinin inzibati ərazisinə birləşdirilmişdir. == Toponimiyası == Oykonim sığ (talış, “daş”) və daş sözlərindən düzəlib, oradakı çınqıl daşlarının olması ilə bağlı yaranmışdır. Bəzi tədqiqatçılara görə, oykonimin ikinci komponenti fars dilindəki “dəşt” (çöl, biyaban, düz) sözünün qısaldılmış formasıdır. == Əhalisi == 1859-1864-cü illərdə həyata keçirilmiş kameral siyahıyaalınmaya əsasən Bakı quberniyasının Lənkəran qəzasının Sığdaş kəndində, həmçinin bu kənd sakinlərinin yeni saldıqları Qodman kəndində toplam 57 evdə etnik talışlardan ibarət 339 nəfər (205 nəfəri kişilər, 134 nəfəri qadınlar) şiə təriqətli müsəlman əhali yaşayırdı. Viləşçay sahilində yerləşən Sığdaş kəndi həmin tarixdə dövlət xəzinəsinə məxsus idi və kənddə bir məscid var idi. Yeni salınmış kiçik kənd olan Qodman öz adını sahilində yerləşdiyi Qodman çayından almışdır. Hazırda kənd əhalisinin sayı 1505 nəfərdir.
Yağdan
Yağdan (erm. Յաղդան) — Ermənistan Respublikasının Loru mərzində kənd. Kənd 1818–1821–ci illərdə Osmanlı İmperiyasından köçürülmüş yunanlar tərəfindən salınıb. 7 noyabr 1995–ci il tarixində Ermənistan Respublikası Milli Məclisinin qəbul etdiyi və 4 dekabr 1995–ci ildə Ermənistan Respublikasının prezidenti Levon Ter-Petrosyanın təsdiq etdiyi "Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında Qanunu" na əsasən "Yağdan bələdiyyəsi"ni (erm. Յաղդան համայնքի) təşkil edir. 12 – 21 oktyabr 2011–ci il siyahıyaalınmasına əsasən kəndin (de-yure) daimi əhalisi 233 nəfərdir.
Şırdan
Qursaq, gövşəyənlərdə mədənin hissələrindən biridir. Həmçinin türk mətbəxində yemək növüdür. İçalat yeməklərindən mumbar və kokoreç kimi bu da Adanada tez-tez bişirilən ve həmin region üçün yerli sayılır. El arasında qursaq deyilsə də, əsl adı "qursaq dolması"-dır. Bu dolmanın hazırlanması üçün, adətən, quzu qursağından istifadə edilir. Qursaq Adanada "Adana kababı" ve "şalğam" qədər geniş yayılmış yemək olsa da, digər regionlarda çox da tanınmır. Hazırlamaq üçün qoyunun mədəsinin 4 hissəsindən biri olan qursaq təmizlənir, içinə ədviyyatlı düyü doldurulur, bağlanıb bişirilir. Qeyri-adi formalı bu dolmanı yeyərkən üstünə duzlu cirə və pul bibər səpilir. Qursaqçılıq Adanada, demək olar ki, müstəqil bir yemək növüdür. İş o yerə çatıb ki, artıq başqa şəhərlərdən çiy qursaq gətirilir, çünki Adananın özündə kəsilən qoyunların qursağı tələbatı ödəyə bilmir.
Figma
Figma — macOS və Windows üçün iş masası proqramları tərəfindən aktivləşdirilən əlavə oflayn funksiyalara malik interfeys dizaynı üçün birgə veb proqramdır. Figmanın funksiyalar dəsti müxtəlif vektor qrafik redaktoru və prototipləmə alətlərindən istifadə etməklə real vaxt əməkdaşlığı imkanı ilə istifadəçi interfeysi və istifadəçi təcrübəsi dizaynına fokuslanıb. Android və iOS üçün Figma mobil proqramı mobil və planşet cihazlarında real vaxt rejimində Figma prototiplərinə baxmaq və onlarla əlaqə saxlamağa imkan verir. Adobe 15 sentyabr 2022-ci ildə Figmanı təxminən 20 milyard dollara nağd pul və səhm şəklində alacağını elan etdi. == Tarix == Dylan Field və Evan Uolles 2012-ci ildə Braun Universitetində kompüter elmləri üzrə təhsil alarkən Figma üzərində işləməyə başladılar. Uolles qrafika üzrə təhsil alıb və Kompüter Elmləri Departamentinin Müəllim köməkçisi olub, Field isə CS Departamentinin Bakalavr Qrupuna sədrlik edib. Figmanın arxasında duran orijinal məqsəd "hər kəsin brauzerdə pulsuz, sadə, yaradıcı alətlər yaradaraq yaradıcı ola bilməsini" təmin etmək idi. Field və Uolles veb-əsaslı qrafik redaktor proqram təminatı üzərində qərarlaşmazdan əvvəl dronlar üçün proqram təminatı və mem generatoru da daxil olmaqla müxtəlif ideyaları yoxladı. Şirkətin ilkin əhatə dairəsi 2012-ci ildə Brown Daily Herald-da dərc olunan məqalədə qeyri-müəyyən bir şəkildə "istifadəçilərə onlayn olaraq özlərini yaradıcı şəkildə ifadə etməyə imkan verəcək texnoloji başlanğıc" kimi təsvir edilmişdir. Həmin məqalədə bildirilirdi ki, şirkətin ilk ideyaları 3D məzmunun yaradılması ətrafında fırlanır, sonrakı ideyalar isə fotoşəkillərin redaktəsi və obyektlərin seqmentasiyasına yönəlib.