Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Fotofob
Fotofob — kölgəyə uyğunlaşmış orqanizmlər. == Ədəbiyyat == R.Ə.Əliyeva, Q.T.Mustafayev, S.R.Hacıyeva. “Ekologiyanın əsasları” (Ali məktəblər üçün dərslik). Bakı, “Bakı Universiteti” nəşriyyatı, 2006, s. 478 – 528.
Foton
Foton (ing. photon) və ya qamma kvant – elektromaqnit şüalanmasının (dar mənada işığın) kvantı olan stabil elementar zərrəcik. Dörd fundamental qüvvədən biri olan elektromaqnit qüvvəsinin daşıyıcısıdır. Bozonlar qrupuna aiddir. Sükunət kütləsi və elektrik yükü sıfıra bərbərdir. Kainatda hər atoma qarşılıq təqribən 1 milyard foton mövcuddur. == Ümumi baxış == Tanınmış Fermilab-ın (Fermi National Accelerator Laboratory) üzvü Don Linkoln "Understanding the Universe: from Quarks to the Cosmos" kitabında fotonu belə təsvir edir: Fotonlar, kainatdakı hər maddədən, hər istiqamətə doğru, çox sayıda yayılmaqdadır və kainatdakı ən yüksək sürət ilə fəzada irəliləməkdədir. Bir fotonu digər fotonlardan ayıran üç vacib xüsusiyyəti vardır: "Fotonun enerjisi" (dalğa uzunluğu) "Fotonun hərəkət istiqaməti" (momentum istiqaməti) "Spin istiqaməti" (polyarizasiya istiqaməti) Bir fotonun enerjisinin verilməsi, dalğa uzunluğunun və ya tezliyinin də verilməsi deməkdir. Dalğa uzunluğu, fotonun enerjisi ilə tərs mütənasibdir. Yüksək enerjili fotonların dalğa uzunluğu kiçik, aşağı enerjili fotonların dalğa uzunluğu böyükdür.
Zotov
Viktor Zotov (ing. Victor Dmitrievich Zotov; 16 sentyabr 1908, Vladivostok – 26 may 1977, Kraystçerç) — Rusiya mənşəli Yeni Zelandiya botaniki. Viktor Zotov zoğalkimilər üzrə ixtisaslaşmışdır. 1928 Observations and experiments on the suckling clover content of the pastures on the school farm. Feilding Agricultural College Bulletin No. 7: 9-11. 1930 Notes on sexual expression in certain species of New Zealand Coprosmas. Transactions and Proceedings of the N.X. Institute 60: 547-56 (G. V. Wild and V. D. Zotov). 1930 A case of malformation in Clematis foetida. N. X. Journal of Science and Technology 11: 362-5 (H. H. Allan and V. D. Zotov).
İAST Fotros
2010-cu ildən Müdafiə Nazirliyinin tabeliyindəki İran “Fotros” (fars. فطرس‎ fʊtros) PUA-sının istehsalı İran Aviasiya Sənayesi Təşkilatının (IAIO) üzvü olan İran Təyyarə İstehsalı Sənayesi Şirkəti tərəfindən həyata keçirilir. İlk dəfə 2013-cü ildə İranın Müdafiə Naziri briqada generalı Hüseyin Dehqan tərəfindən ictimaiyyətə təqdim edilmişdir. Yeni modelin təqdimat mərasimi Tehranda baş tutmuşdur. Bu ad, Şiə mifologiyasında imam Hüseyn ibn Əli tərəfindən xilas edilmiş yerə düşmüş bir mələyə aiddir. Bu gün İranda istehsal edilən ən ağır pilotsuz uçuş aparatı hesab edilən “Fotros”un istehsalında kompozit materiallar geniş istifadə olunur. Daxili yanma mühərriki füzelyajın arxa hissəsində yerləşir. İtələyici vint iki bıçaqlı pəri fırladır. Xarici görünüşünə görə İran pilotsuz vasitəsi İsrailin “Heron” ailəsinin vasitələrinə bənzəyir. “Fotros”un maksimum uçuş çəkisi təxminən 3.5 tondur.
Foto
Bir fotoşəkil (Cənubi azərbaycanda əks, ing.Photograph), işığa həssas bir səthə, ümumiyyətlə fotoşəkil filminə və ya bir CCD və ya CMOS çipi kimi elektron görüntü sensoru üzərinə düşən bir görüntüdür. == Tarix == Fotoqrafiya (yunan dilində foto — işıq, qrafo — yazıram, çəkirəm deməkdir) sənətinin tarixi qədim dövrlər aiddir.. Xüsusi zəhmət çəkmədən və tez zamanda istənilən rəsmi çəkmək, insanın, mənzərənin və s. əksini əldə etmək həmişə insanları maraqlandırmışdır. Hələ uzun illər öncə insanların diqqətini çəkən məqamlardan biri də kiçik deşikdən qaranlıq otağa süzülən günəş şüasının yaratdığı effekt, bu işıqda əşyaların proporsiya və rəng baxımından əks olunması idi. İşığın qaranlıq otaqda yaratdığı bu effekt hələ e.ə. IV əsrdə yaşamış qədim yunan alimi Aristotelə məlum idi. Aya Sofiya məbədinin tikintisində iştirak edən Bizans riyaziyyatçısı və arxitektoru Trallı Anfimiya (474–558) məbədin daxilindəki güzgülərin yerləşmə sxemini lahiyələşdirərkən kamera obskuranın iş metodundan istifadə etmişdi.
Boris Yotov
Boris Yotov (25 fevral 1996, Sofiya) — Bolqarıstanı və Azərbaycanı təmsil edən idmançı. == Karyerası == 2014-cü ildə Azərbaycan Kanoe Federasiyası Boris Yotovu Azərbaycan yığmasının heyətinə cəlb elədi. Boris Yotov Bolqarıstandan cəlb edilən digər idmançı Aleksandr Aleksandrovla duet oldu. Aleksandr Aleksandrov və Boris Yotov dueti 2014-cü ilin mayında Serbiyanın Belqrad şəhərində baş tutan Avropa Çempionatını gümüş medalla başa vurdu. Daha sonra Boris Yotov 2014-cü ildə Nancin şəhərində (Çin) baş tutan Yeniyetmələrin II Yay Olimpiya Oyunlarında mübarizə apardı. Fərdi turnirdə çıxış edən Boris Yotov təsnifat mərhələsində 3:25.470 dəqiqə nəticə göstərdi və mərhələni birinci pillədə başa vurdu. Bu nəticələrə əsasən Boris Yotov yarım-final mərhələsinə adladı. Bu mərhələdə Boris Yotov 3:22.850 dəqiqə nəticə göstərdi və mərhələni 2-ci pillədə başa vurdu. Avqustun 20-də baş tutan final mərhələsində isə Boris Yotov 3:30.280 dəqiqə nəticə göstərdi və Almaniya nümayəndəsi Tim Oledən cəmi 0.60 saniyə geri qaldı. 2015-ci ilin sentyabrında Fransada baş tutan Dünya Çempionatının nəticələrinə əsasən isə Aleksandr Aleksandrov və Boris Yotov dueti olimpiya lisenziyasına sahib oldu.
Foton (peyk)
Foton (və ya Photon) iki ədəd Rusiya elmi peykinin və yenidən qurulan vasitə proqramlarının layihə adıdır. İnsansız olmasına baxmayaraq, dizayn Vostok kosmos stansiyasının kapsulasından hazırlanmışdır. Foton layihəsinin əsas məqsədi materialşünaslıq tədqiqatlarıdır, lakin bəzi missiyalar həmçinin biologiya, o cümlədən digər tədqiqat sahələri üzrə də təcrübə keçirir . Orijinal Foton seriyası 1985-dən 1999-cu ilədək Plesetsk kosmodromundan 12 ədəd buraxılmışdı . İkinci seriya, Foton-M adı altında, orijinal Foton üzərində dizayn dəyişikliklərindən sonra istifaə olunmağa başladı və hələ də istifadə olunur. Bu günə qədər Foton-M-nin dörd başlanğıc xüsusiyyəti var.Birincisi 2002-ci ildə Plesetsk kosmodromundan buraxıldı və müvəffəqiyyətsizliklə nəticələndi. Son üç, peyk 2005, 2007 və 2014-cü ildə Baykonur Kosmodromundan həyata keçirildi və hamısı uğurla nəticələndi. Həm Foton, həm də Foton-M seriyasında, Soyuz-U (11A511U və 11A511U2) raketləri raket vasitəsi kimi istifadə edildi. Foton-7 missiyasından başlayaraq Avropa Kosmik Agentliyi Foton proqramına tərəfdaş olmuşdur. == Foton-M == Foton-M Rus robot peykidir ki,Yer ətrafında tədqiqatlar aparır.Foton-M-in əsas strukturu Foton üzərində qurulmuşdur və əsas dəyişiklər telemetriya və uzaqdan idarəetmə üzərində aparıldı.Batereya tutumu artırıldı və termal idarəetmə sistemi yaxşılaşdırıldı.
Koronas-Foton
Koronas-Foton (rus. Коронас-Фотон), CORONAS-Photon (Complex Orbital Observations Near-Earth of Activity of the Sun) —Rusiyanın süni peyki. Rusiyanın "Koronas-Foton" peyki Günəşin şəklini çəkib. Rusiya Elmlər Akademiyasının Lebedev adına Fizika institutunun Günəşin rentgen astronomiyası laboratoriyasının saytında bildirilib. Şəkillər 2009-cu il fevralın 20-də peykdəki cihazların sınaq yoxlanışı zamanı alınıb. TESİS teleskopları Günəşin aşağı tacını, keçid təbəqəsini və yuxarı tacını çəkiblər. Bütün şəkillər rentgen diapazonunda alınıb. Belə şəkillər Yerdən çəkmək mümkün deyil. Çünki rentgen şüaları atmosfer tərəfindən udulur. Mütəxəssislər bildirirlər ki, Günəşin şəkli bu planetdə hərarətin necə dəyişdiyini öyrənmək üçün lazımdır.
Motoo Tatsuhara
Motoo Tatsuhara (14 yanvar 1913 - 1984) — keçmiş Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 4 oyun keçirib.
Viktor Zotov
Viktor Zotov (ing. Victor Dmitrievich Zotov; 16 sentyabr 1908, Vladivostok – 26 may 1977, Kraystçerç) — Rusiya mənşəli Yeni Zelandiya botaniki. Viktor Zotov zoğalkimilər üzrə ixtisaslaşmışdır. 1928 Observations and experiments on the suckling clover content of the pastures on the school farm. Feilding Agricultural College Bulletin No. 7: 9-11. 1930 Notes on sexual expression in certain species of New Zealand Coprosmas. Transactions and Proceedings of the N.X. Institute 60: 547-56 (G. V. Wild and V. D. Zotov). 1930 A case of malformation in Clematis foetida. N. X. Journal of Science and Technology 11: 362-5 (H. H. Allan and V. D. Zotov).
Diafraqma (foto)
Difraqma (lat. διάφραγμα) — fotoaparat obyektivinin qurğusu olub nisbi dəliyiin ölçüsünü, obyektivdən keçən işığn miqdarını, çəkiləcək obyektin təsvirinin aydınlığını və sahə dərinliyini tənzimləmək üçün istifadə olunan dairəvi pərdəciklər. == İş prinsipi == Diafraqmanın iş funksiyası insan gözünün funksiyası ilə, demək olar ki, eynidir. İnsan günəşə baxdıqda gözünün parlaq işıqdan zədələnməməsi üçün onu qıyır və əksinə, qaranlıqda yaxşı görmək üçün gözünü daha geniş açır və beləliklə gözə düşən işığın həcmini tənzimləyir. Diafraqma da eyni funksiyanı daşıyır. Düşən işığı artırıb azaltmaq üçün diafraqmanın dəliyini açıb və ya bağlamaq lazımdır. Diafraqmanın dəliyi ləçəklər vasitəsilə açılıb bağlanır. Dəliyin dairəvi olması ləçəklərin sayı və onların formasından asılıdır. Diafraqmanın dəliyi nə qədər dairəvi olsa, bir o qədər yaxşıdır. Diafraqma şəklin kəskinliyinə, obyektivdən keçən işığın həcminə, kəskinlik dərinliyinə və rənglərin parlaqlığına təsir edir.
Foto-jurnalistika
Fotojurnalistika — yeni bir xəbər hekayəsini anlatmaq üçün şəkillərdən istifadə edən jurnalistikanın xüsusi bölməsi. İndiki dövrdə terminin adətən yalnız hərəkətsiz təsvirlərə istinad etdiyi başa düşülür, lakin bəzi hallarda bu termin həmçinin teleradio jurnalistikasında istifadə olunan videoya da aid edilir. Fotojurnalistika fotoqrafiyanın bu sahəyə yaxın olan digər qollarından sərt bir etik çərçivəylə işin dürüst, qərəzsiz olmasını tələb etməsi və hekayəni ciddi jurnalistika şərtləri daxilində anlatması ilə fərqlənir. Fotojurnalistlər xəbər mediasına töhfə verən şəkillər yaradır və cəmiyyətlərin bir-biri ilə əlaqə yaratmalarına kömək edir. Onlar ətraflarında baş verən hadisələrdən daim və tez bir şəkildə xəbərdar olmalıdırlar. Fotojurnalistlər xəbərləri həm dolğun, həm də əyləncəli şəkildə və yaradıcı formatda çatdırırlar. Bir yazıçı kimi, fotojurnalist də müxbirdir, ancaq çox vaxt sərt maneələrlə üzləşərkən o, ani qərarlar qəbul etməli və foto avadanlıqları daşımalıdır. == Tarixi == === Müharibə fotoqrafiyasının yaranması === Xəbər hekayələrini fotoşəkillərlə təsvir etmək təcrübəsi 19-cu əsrin ortalarında çap və fotoqrafiyada baş verən yeniliklərlə mümkün oldu. 1806-cı ildə "The Times" qəzetində çap olunmuş Lord Horatsio Nelsonun dəfn mərasimi kimi ilkin təsvirlər qəzetlərdə meydana çıxsa da, ilk həftəlik illustrasiyalı qəzet 1842-ci ildə çap edilmiş "Illustrated London News" (ILN) idi. Burada təsvirlər oyularaq çap edilmişdi.
Foto gəlini
Fotogəlin (写真花嫁, şaşin hanayome, ing. picture bride) və ya bəzən poçtla gələn gəlin (ing. mail-order bride) – XX əsrin əvvəllərində ABŞ-yə miqrasiya etmiş yapon kişilərin özlərinə Yaponiyadan gəlin tapmaq üçün istifadə etdikləri praktika. Yaponiyaya qayıtmaq istəməyən kişi miqrantlar ölkələrindəki əlaqələndirici şəxslərin vasitəsilə özlərinə uyğun gəlin tapırdılar. Bu zaman cütlük bir-birini ancaq fotoşəkillərdən tanıyırdı və fotogəlin ancaq ABŞ-yə gələndə əri ilə tanış ola bilirdi. Fotogəlinlər ABŞ-də yapon icmasının formalaşmasında vacib rol oynamışdırlar: ABŞ-də yapon kişilərlə qadınların sayında bərabərliyi təmin etmiş və ABŞ yaponları arasında ailə həyatını stabilləşdirmişdir. Onların uşaqları ABŞ vətəndaşı olmuş və yapon icmasının ABŞ cəmiyyətinə assimilasiyası üçün vasitəçi olmuşdurlar. == Arxa plan == ABŞ-yə miqrasiya etmiş birinci nəsil yaponların çox böyük qismi kişilər olmuşdur. 1905-ci ildən sonra ABŞ-də məskunlaşmağa qərar verən kişi miqrantlar evlənmək üçün fotogəlin praktikasından istifadə etməyə başlamışdırlar. Fotogəlin praktikasının mənşəyi Yaponiyadakı evlilik konsepsiyası ilə əlaqədardır.
Foto tranzistor
Foto tranzistor-Üzərinə işıq düşdüyündə kollektor-emitter ucları arasındakı müqavimət dəyəri azalan elementdir. Ümumiyyətlə bir yükün işıq ilə idarə edilməsində açar elementi olaraq istifadə edilər. Foto tranzistorlar normal tranzistor kimi PNP və ya NPN olaraq istehsal edilirlər.Fototranzistorlar, baza ucuna işıq düşdüyündə K-E arasından cərəyan keçməsini təmin edən elementlərdir. Fotodiyotlardan fərqli olaraq işıqla hasil edilən cərəyanı gücləndirə bilərlər. Bu xüsusiyyətləri sayəsində fotodiodlardan çox üstündürlər. == Foto tranzistorun quruluşu == Fototranzistorlar iki ya da üç ayaqlı olaraq istehsal edilir. Üç ayaqlı olan modellərdə lupa rənglənmiş olarsa element normal tranzistor halına keçər. Lupa rənglənməzsə və baza ucu da dövrəyə bağlanacaq olursa baza iki təsir söz mövzusu olacağından K(kollektor)-E(emitter) arasından keçən cərəyanın miqdarındakı dəyişmə daha çox olur. Iki ayaqlı fototranzistorlarda(istifadə rahatlığı baxımından) baza ucu çölə çıxarılmaz.Foto tranzistorların quruluşu şəkildə östərilmişdir. Üç yarım keçiricinin birləşməsindən ibarət olan fototranzistorların K-B(baza) ucları arasına bağlanmış olan fotodioda işıq enerjisi (foton) gələ bilməsi üçün baza ucunun olduğu hissəyə lupa şəklində şüşə yerləşdirilmişdir.
Maqnum Foto
Maqnum Foto — beynəlxalq foto agentliyi. Nyu-York, Paris, London və Tokioda ofisləri olan agentlik 1947-ci ildə başda Anri Kartye-Bresson olmaqla müharibə fotoqrafları Robert Kapa, Devid Seymur və Corc Rocer tərəfindən yaradılmışdır. == Yaranması == Agentlik 1947-ci ildə Parisdə Robert Kapanın ideyası əsasında Robert Kapa, Anri Kartye-Bresson, Devid Seymur, Corc Rocer, Uilyam Vandivert, Rita Vandivert və Mariya Eyzner tərəfindən yaradılıb. Rita Vandivert agentliyin ilk prezidenti və Nyu-York ofisinin rəhbəri seçildi. Mariya Eyzner Paris ofisinə rəhbər təyin edildi. Plana görə, C.Rocer Afrika və Yaxın Şərq, A.Kartye-Bresson Cənubi və Şərqi Asiya, D.Seymur və U.Vandivert Avropa və ABŞ-dən fotolar çəkməli idilər. R.Kapa isə haranı və hansı hadisəni çəkəcəyini sərbəst şəkildə seçməli idi. Maqnum üzvləri tərəfindən yaradılan ilk fotoqrafiya koorporasiyadır. Heyət fotoqraflara dəstək göstərir və onların müəlliflik hüquqlarını müdafiə edirdi. == Yeni üzvlərin seçilməsi == Maqnumun yeni yarandığı illərdə üzvlük ümumi xarakter daşıyırdı və Robert Kapanın şəxsi dəvəti ilə qəbul edilirdi.
JPEG (foto jurnal)
AzərFoto Foto-İnformasiya Agentliyi
Azərbaycan Foto-Kino İdarəsi
Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası — Azərbaycan dövlət kinostudiyası. Kinostudiya 1920-ci ildə "Azərbaycan XMK-nın İncəsənət Şöbəsi" adı altında təsis olunub. Qurum indiki dövrdə Azərbaycan Mədəniyyət Nazirliyinin tərkibində fəaliyyət göstərir. Kinostudiyanın hazırkı direktoru Nazim Hüseynovdur. == Tarixi == İlk struktur nümunəsi kimi XlX əsrin sonlarında fotoqraf və kinooperator Aleksandr Mişon Bakıda elmi foto dərnəyin katibi və nəşriyyat sahibi olduğu fotoatelyeni nəzərə almalıyıq. 1920-ci ildə Nəriman Nərimanov kinematoqrafiya idarələrinin milliləşdirilməsi haqqında dekret imzalayır və xalq mədəniyyət komissarlığının tərkibində foto-kino şöbəsi (Azərbaycan XMK-nın İncəsənət Şöbəsi) yaradılır. 1923-cü ildə isə bu qurumu I Dövlət kinofabriki ("Azərbaycan Foto-Kino İdarəsi" (AFKİ) əvəzləyir. Azərbaycan kino strukturu sonrakı illərdə müxtəlif cür adlandırılıb. Məsələn, 1926–1930-cu illərdə "Azdövlətkino" (Azərbaycan Foto–Kino Sənaye və Ticarət Birliyi), 1930–1931-ci illərdə "Azərkino", 1934–1935-ci illərdə "Azdövlətkinosənaye" (Oktyabrın X illiyi adına kinofabrik), 1932–1941-ci illərdə "Azərfilm" (Azərbaycan Foto-Kino Sənayesi İdarəsi), 1939–1959-cu illərdə "Bakı kinostudiyası" (SSRİ Xalq Komissarları Sovetinin 1938-ci il 2 mart qərarı ilə bədii filmlərin Bakı Kinostudiyasının Nizamnaməsi təsdiq olundu. SSRİ Xalq Komissarları yanında Kinematoqrafiya İşləri üzrə komitənin 1938-ci il 30 iyun tarixli əmri ilə kinostudiya 1938-ci ildən bədii filmlərin Bakı Kinostudiyası adlandırıldı və 1944-cü ilə kimi Komitənin tabeliyində oldu.
Foto "Fantaziya" (film, 1970)
== Məzmun == Filmdə sosial vəziyyəti çox ağır olan insanların mənəvi sarsıntılara məruz qalmalarından, onların mövcud şəraitdən çıxış yolu tapa bilməmələrindən bəhs olunur. == Film haqqında == Film yazıçı Yusif Səmədoğlunun eyniadlı hekayəsi əsasında ekranlaşdırılmışdır. Bu film operator Şərif Şərifovun kurs işidir.
Azərbaycan Respublikası Dövlət Kino-Foto Sənədləri Arxivi
Azərbaycan Respublikasının Dövlət Kino-Foto Sənədləri Arxivi (qısaca: ARDKFSA) — Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin strukturuna daxil olmayan tabeliyindəki qurumlardan və Azərbaycan Respublikasının dövlət arxivlərindən biri. Bu arxivdə kinooçerklər, sənədli filmlər, kinoxronikalar, fotoşəkillər mühafizə olunur. == Tarixi == 1930-cu ildə yaradılmış Oktyabr İnqilabı Arxivinin kino-foto sənədlər şöbəsi 1943-cü ildən Azərbaycan SSR Mərkəzi Dövlət Kino Foto-Fono Sənədləri Arxivi(MDKFFSA) kimi müstəqil fəaliyyətə başlayır. 1968-ci ilə qədər buraya səs yazılarıda daxil edilirdi. 1994-cü ildə Azərbaycan Respublikası Dövlət Kino Foto-Fono Sənədləri Arxivi(ARDKFFSA) adlanır. Arxivdə 1858–2005-ci illərə aid 339760 saxlama vahidi kino və fotosənəd qorunur. == Haqqında == XIX əsrin II yarısından 2006-cı ilədək Azərbaycanın ictimai-siyasi, iqtisadi, sosial və mədəni həyatında baş vermiş hadisələr arxivin fondlarında saxlanılan 320 mindən çox foto və 20 minə yaxın saxlama vahidi kino sənədlərində əks olunur. Bu sənədlər Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasından, "Azərbaycantelefilm" yaradıcılıq birliyindən, Azərbaycan Dövlət Teleradio Şirkətindən, respublika, şəhər və rayon qəzetləri redaksiyalarından, habelə ayrı-ayrı görkəmli dövlət, ictimai, siyasi, elm və mədəniyyət xadimlərindən qəbul edilmişdir. Ən ilkin sənədlər (1861–1895) Bakı şəhərinin tarixinə (şəhərin ümumi görünüşünə, ayrı-ayrı binalara, küçələrə, şəhərin panoramına aid fotoşəkillər) və Bakıda neft sənayesinin inkişafı tarixinə (1879–1917-ci illərdə neft mədənlərinin görüntüləri, neftin çıxarılması və emalı üsullarını özundə əks etdirən kadrlar və s.) aiddir. Arxivdə XX əsrin əvvəllərində baş vermiş inqilabi hərəkata (1918–1920), Azərbaycanda Aprel işğalına (1920), işğaldan sonra Azərbaycanda Sovet hakimiyyətinin qurulmasına aid fotoşəkillər və kinoxronikalar, 70 illik Sovet hakimiyyəti dövründə Bakının neft akademiyasına çevrilməsini, müharibə illərində (1941–1945) və sonrakı dövrdə neftçıxarma və neftayırma sənayesinin inkişafı, o cümlədən, dünyada ilk dəfə olaraq dənizdə(Neft daşlarında) neft çıxarılmasını əks etdirən çoxlu kinoxronika və fotoşəkillər mühafizə olunur.
Azərbaycan Respublikasının Dövlət Kino-Foto Sənədləri Arxivi
Azərbaycan Respublikasının Dövlət Kino-Foto Sənədləri Arxivi (qısaca: ARDKFSA) — Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin strukturuna daxil olmayan tabeliyindəki qurumlardan və Azərbaycan Respublikasının dövlət arxivlərindən biri. Bu arxivdə kinooçerklər, sənədli filmlər, kinoxronikalar, fotoşəkillər mühafizə olunur. == Tarixi == 1930-cu ildə yaradılmış Oktyabr İnqilabı Arxivinin kino-foto sənədlər şöbəsi 1943-cü ildən Azərbaycan SSR Mərkəzi Dövlət Kino Foto-Fono Sənədləri Arxivi(MDKFFSA) kimi müstəqil fəaliyyətə başlayır. 1968-ci ilə qədər buraya səs yazılarıda daxil edilirdi. 1994-cü ildə Azərbaycan Respublikası Dövlət Kino Foto-Fono Sənədləri Arxivi(ARDKFFSA) adlanır. Arxivdə 1858–2005-ci illərə aid 339760 saxlama vahidi kino və fotosənəd qorunur. == Haqqında == XIX əsrin II yarısından 2006-cı ilədək Azərbaycanın ictimai-siyasi, iqtisadi, sosial və mədəni həyatında baş vermiş hadisələr arxivin fondlarında saxlanılan 320 mindən çox foto və 20 minə yaxın saxlama vahidi kino sənədlərində əks olunur. Bu sənədlər Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasından, "Azərbaycantelefilm" yaradıcılıq birliyindən, Azərbaycan Dövlət Teleradio Şirkətindən, respublika, şəhər və rayon qəzetləri redaksiyalarından, habelə ayrı-ayrı görkəmli dövlət, ictimai, siyasi, elm və mədəniyyət xadimlərindən qəbul edilmişdir. Ən ilkin sənədlər (1861–1895) Bakı şəhərinin tarixinə (şəhərin ümumi görünüşünə, ayrı-ayrı binalara, küçələrə, şəhərin panoramına aid fotoşəkillər) və Bakıda neft sənayesinin inkişafı tarixinə (1879–1917-ci illərdə neft mədənlərinin görüntüləri, neftin çıxarılması və emalı üsullarını özundə əks etdirən kadrlar və s.) aiddir. Arxivdə XX əsrin əvvəllərində baş vermiş inqilabi hərəkata (1918–1920), Azərbaycanda Aprel işğalına (1920), işğaldan sonra Azərbaycanda Sovet hakimiyyətinin qurulmasına aid fotoşəkillər və kinoxronikalar, 70 illik Sovet hakimiyyəti dövründə Bakının neft akademiyasına çevrilməsini, müharibə illərində (1941–1945) və sonrakı dövrdə neftçıxarma və neftayırma sənayesinin inkişafı, o cümlədən, dünyada ilk dəfə olaraq dənizdə(Neft daşlarında) neft çıxarılmasını əks etdirən çoxlu kinoxronika və fotoşəkillər mühafizə olunur.