Boris Yotov

Boris Yotov (25 fevral 1996, Sofiya) — BolqarıstanıAzərbaycanı təmsil edən idmançı.[1]

Boris Yotov
Boris Yotov 2015-ci ildə
Boris Yotov 2015-ci ildə
Şəxsi məlumatlar
Tam adı Boris Yotov
Vətəndaşlığı Bolqarıstan Bolqarıstan
Azərbaycan Azərbaycan
Doğum tarixi (28 yaş)
Doğum yeri Sofiya, Bolqarıstan
Boyu 194 sm.
İdman növü Akademik avarçəkmə
Medallar
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

2014-cü ildə Azərbaycan Kanoe Federasiyası Boris Yotovu Azərbaycan yığmasının heyətinə cəlb elədi.[1] Boris Yotov Bolqarıstandan cəlb edilən digər idmançı Aleksandr Aleksandrovla duet oldu.[1] Aleksandr Aleksandrov və Boris Yotov dueti 2014-cü ilin mayında Serbiyanın Belqrad şəhərində baş tutan Avropa Çempionatını gümüş medalla başa vurdu.

Daha sonra Boris Yotov 2014-cü ildə Nancin şəhərində (Çin) baş tutan Yeniyetmələrin II Yay Olimpiya Oyunlarında mübarizə apardı.[1][2] Fərdi turnirdə çıxış edən Boris Yotov təsnifat mərhələsində 3:25.470 dəqiqə nəticə göstərdi və mərhələni birinci pillədə başa vurdu. Bu nəticələrə əsasən Boris Yotov yarım-final mərhələsinə adladı. Bu mərhələdə Boris Yotov 3:22.850 dəqiqə nəticə göstərdi və mərhələni 2-ci pillədə başa vurdu. Avqustun 20-də baş tutan final mərhələsində isə Boris Yotov 3:30.280 dəqiqə nəticə göstərdi və Almaniya nümayəndəsi Tim Oledən cəmi 0.60 saniyə geri qaldı.[3][4]

2015-ci ilin sentyabrında Fransada baş tutan Dünya Çempionatının nəticələrinə əsasən isə Aleksandr Aleksandrov və Boris Yotov dueti olimpiya lisenziyasına sahib oldu.

Aleksandr Aleksandrov və Boris Yotov dueti 2016-cı ilin avqustunda Azərbaycanı Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında təmsil elədi.[1] Aleksandr Aleksandrov və Boris Yotov dueti avqustun 6-da mübarizə apardı.[5] Təsnifat mərhələsinin A qrupunda çıxış edən Aleksandr Aleksandrov və Boris Yotov dueti 6:40.52 dəqiqə nəticə göstərdi.[5] Bu nəticələrə əsasən Aleksandr Aleksandrov və Boris Yotov dueti beş idmançı sırasında sadəcə Yeni Zelandiya nümayəndələrindən geri qaldı olimpiadanın yarım-final mərhələsinə adladı.[5] Bu mərhələ avqustun 8-də baş tutdu.[5] Yarım-final mərhələsinin B qrupunda çıxış edən Aleksandr Aleksandrov və Boris Yotov dueti uğursuz çıxış elədi və 6:36.48 dəqiqə nəticə göstərdi.[5] Bu nəticələrə əsasən Aleksandr Aleksandrov və Boris Yotov dueti altı idmançı sırasında sonuncu — altıncı pillənin sahibi oldu və olimpiadanın final mərhələsinə vəsiqə qazana bilmədi.[5] Avqustun 11-də baş tutan təsəlliverici B finalında isə 7:24.02 dəqiqə nəticə göstərən Aleksandr Aleksandrov və Boris Yotov dueti Rio-de-Janeyro Olimpiadasını 12-ci pillədə başa vurdu.[5]

  1. 1 2 3 4 5 Olympedia.org. "Boris YOTOV". www.olympedia.org (ingilis). 2022-08-30. 2022-08-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.
  2. Azerisport.com idman portalı. "Азербайджан назвал состав на II Юношескую Олимпиаду". www.azerisport.com (rus.)). 01.11.2022. 2022-11-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.11.2022.
  3. Azerisport.com idman portalı. "Борис Йотов завоевал четвертое серебро на Юношеской Олимпиаде". www.azerisport.com (rus.)). 01.11.2022. 2022-11-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.11.2022.
  4. Azerisport.com idman portalı. "Четвертое серебро сборной Азербайджана". www.azerisport.com (rus.)). 01.11.2022. 2022-11-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.11.2022.
  5. 1 2 3 4 5 6 7 Olympedia.org. "2016 Summer Olympics / Rowing / Double Sculls / Men". www.olympedia.org (ingilis). 2022-08-30. 2022-08-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.