Azərbaycan Foto-Kino İdarəsi

Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası — Azərbaycan dövlət kinostudiyası. Kinostudiya 1920-ci ildə "Azərbaycan XMK-nın İncəsənət Şöbəsi" adı altında təsis olunub. Qurum indiki dövrdə Azərbaycan Mədəniyyət Nazirliyinin tərkibində fəaliyyət göstərir. Kinostudiyanın hazırkı direktoru Nazim Hüseynovdur.

Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası
Loqonun şəkli
Ümumi məlumatlar
Tipi kinostudiya
Sənaye kinematoqrafiya
Məhsulu film
Təsis tarixi 28 aprel 1923 (101 il əvvəl) (1923-04-28)
Əvvəlki adı Şablon:Wikidata/interval
Baş qərargahın yeri Bakı
Rəhbərlik
Rəhbərlik Nazim Hüseynov
azerbaijanfilm.az
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İlk struktur nümunəsi kimi XlX əsrin sonlarında fotoqraf və kinooperator Aleksandr Mişon Bakıda elmi foto dərnəyin katibi və nəşriyyat sahibi olduğu fotoatelyeni nəzərə almalıyıq.

1920-ci ildə Nəriman Nərimanov kinematoqrafiya idarələrinin milliləşdirilməsi haqqında dekret imzalayır və xalq mədəniyyət komissarlığının tərkibində foto-kino şöbəsi (Azərbaycan XMK-nın İncəsənət Şöbəsi) yaradılır. 1923-cü ildə isə bu qurumu I Dövlət kinofabriki ("Azərbaycan Foto-Kino İdarəsi" (AFKİ) əvəzləyir.

Azərbaycan kino strukturu sonrakı illərdə müxtəlif cür adlandırılıb. Məsələn, 1926–1930-cu illərdə "Azdövlətkino" (Azərbaycan Foto–Kino Sənaye və Ticarət Birliyi), 1930–1931-ci illərdə "Azərkino", 1934–1935-ci illərdə "Azdövlətkinosənaye" (Oktyabrın X illiyi adına kinofabrik), 1932–1941-ci illərdə "Azərfilm" (Azərbaycan Foto-Kino Sənayesi İdarəsi), 1939–1959-cu illərdə "Bakı kinostudiyası" (SSRİ Xalq Komissarları Sovetinin 1938-ci il 2 mart qərarı ilə bədii filmlərin Bakı Kinostudiyasının Nizamnaməsi təsdiq olundu. SSRİ Xalq Komissarları yanında Kinematoqrafiya İşləri üzrə komitənin 1938-ci il 30 iyun tarixli əmri ilə kinostudiya 1938-ci ildən bədii filmlərin Bakı Kinostudiyası adlandırıldı və 1944-cü ilə kimi Komitənin tabeliyində oldu.

Sonra Azərbaycan SSR Xalq Komissarları Soveti yanında Kinematoqrafiya İşləri üzrə idarənin ixtiyarına keçdi. ASSR Kinematoqrafiya Nazirliyinin 25.05.1948 tarixli əmrinə əsasən kinostudiya ASSR Kinematoqrafiya Nazirlİyi yanında Bədii və Xronikal Filmlərin Bakı kinostudiyası kimi yenidən təşkil olundu. 1953-cü ilin mayın 25-dən kinostudiya ASSR Mədəniyyət Nazirliyini sərəncamına verildi.

1958-ci ildən kinostudiya "Azərbaycanfilm" kinostudiyası (Mədəniyyət Nazirliyinin 22.08.1958 tarixli əmrinə əsasən) adlanır.

Azərbaycan SSR Nazirlər Sovetinin 20.04.1959 tarixli qərarı ilə kinostudiyaya Cəfər Cabbarlının adı verildi. 1960-cı il aprelin 20-dən kinostudiya dramaturqun adını daşıyır. Kinostudiyanın yeni binasının əsası 1951-ci ildə qoyulub və 15 ildən sonra hazır olub. 1966-cı ildə bu binada artıq kino istehsalına başlanılıb.

ASSR Nazirlər Sovetinin 10.07.1963 tarixli qərarına əsasən kinostudiya ASSR Nazirlər Soveti yanında Dövlət Kinematoqrafiya Komitəsinin ixtiyarına verildi. Sonradan ASSR Nazirlər Soveti Dövlət Kinematoqrafiya Komitəsinin 23.12.1965 tarixli əmrinə əsasən ASSR Nazirlər Soveti yanında Dövlət Kinematoqrafiya Komitəsi yenidən təşkil olundu.

ASSR Nazirlər Soveti Rəyasət Heyətinin 23.09.88 tarixli fərmanı ilə ASSR Dövlət Kinematoqrafiya Komitəsi ləğv olunaraq, Azərbaycan Mədəniyyət Nazirliyinin sərəncamına verildi. ASSR Nazirlər Sovetinin 19.09.88 tarixli qərarı ilə bütün kino təşkilatları, o cümlədən kinostudiya nazirliyin tərkibinə qatıldı. 1989-cu ilin əvvəllərində Mədəniyyət Nazirliyinin tərkibində "Azərkinovideo" İB yaradıldı. ASSR Nazirlər Sovetinin 20.05.1989 tarixli əmrinə və Azərbaycan Mədəniyyət Nazirliyinin 31.05.1989 tarixli qərarına əsasən kinostudya Azərkinovideo İB-nin tərkibinə daxil edildi.

1991-ci ildə Azərkinovideo İB Mədəniyyət Nazirliyinin tərkibindən çıxarıldı və müstəqil fəaliyyət göstərdi. 2001-ci ilin aprelində prezidentin sərəncamı ilə Azərkinovideo İB ləğv olundu və bunun əvəzinə Mədəniyyət Nazirliyində Kino İşləri Baş İdarəsi təşkil olundu.

01.09.2003-dən etibarən baş idarənin adı dəyişdirilərək Kino işləri şöbəsi adlandırıldı.[1]

Hazırda Azərbaycanda kino qurumu Azərbaycan Mədəniyyət Nazirliyinin tərkibində fəaliyyət göstərir. Kinostudiyanın hazırkı direktoru Nazim Hüseynovdur.

"Azərbaycanfilm"də bədii filmlərin ssenarisini təsdiq edən Bədii Şura (BŞ) fəaliyyət göstərir. Heyət hər il yenidən seçilərək təsdiqlənir. Təqdim olunan ssenari BŞ heyəti tərəfindən qəbul olunduqdan sonra Mədəniyyət Nazirliyinə təqdim olunur. Son sözü Mədəniyyət Nazirliyi deyir.[2]

Kinostudiyanın adı müxtəlif illərdə bir neçə dəfə dəyişdirilmişdir.[3]

Azərbaycan XMK-nın İncəsənət Şöbəsi (1920–1923)

[redaktə | mənbəni redaktə et]

Azərbaycan Foto-Kino İdarəsi (1923–1925)

[redaktə | mənbəni redaktə et]

Azərdövlətkino (1925)

[redaktə | mənbəni redaktə et]

Azdövlətkino (1926–1930)

[redaktə | mənbəni redaktə et]

Azərkino (1930–1931)

[redaktə | mənbəni redaktə et]

Azərfilm (1932–1941)

[redaktə | mənbəni redaktə et]

Azdövlətkinosənaye (1934–1935)

[redaktə | mənbəni redaktə et]

Azərbaycan kinostudiyası (1936)

[redaktə | mənbəni redaktə et]

Bakı kinostudiyası (1939–1959)

[redaktə | mənbəni redaktə et]

"Azərbaycanfilm" kinostudiyası (1959-cu ildən)

[redaktə | mənbəni redaktə et]

Aktrisa

Müxtəlif illərdə "Azərbaycanfilm"ə rəhbərlik etmiş şəxslər[7]

  1. A. Kazımzadə. Bizim Azərbaycanfilm. Bakı: 2004, səh. 136–138.
  2. İntiqam. Bədii Şuranın tərkibində dəyişiklik baş verdi. Kino+ qəzeti, 23.06.04, səh 6.
  3. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 136–137.
  4. SSRİ Xalq Komissarları Soveti yanında Kinematoqrafiya İşləri üzrə Komitənin 1938-ci il 30 iyun tarixli əmri
  5. Azərbaycan SSR Kinematoqrafiya Nazirliyinin 1948-ci il 25 may tarixli 229 nömrəli əmri
  6. Azərbaycan SSR Mədəniyyət Nazirinin 1958-ci il 22 avqust tarixli 268 nömrəli əmri
  7. "Kinostudiyanın direktorları". 2014-01-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-05-31.
  8. Aqreqator.az. ""Azərbaycanfilm"də direktor dəyişdi" (az.). Aqreqator.az. 06.03.2020. 2022-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-15.
  9. Kulis. "Kinostudiyaya yeni direktor təyin edildi" (az.). Kulis. 06.10.2020. 2022-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-01.
  10. APA. ""Azərbaycanfilm" kinostudiyasına yeni direktor təyin olunub" (az.). Kulis. 04.03.2022. 2023-06-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-17.
  • Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 12–13.
  • Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.
  • Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 812–819.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]