Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Viktor Frankl
Viktor Frankl (26 mart 1905[…], Vyana, Avstriya-Macarıstan – 2 sentyabr 1997[…], Vyana, Avstriya) – Avstriya psixiatrı, psixoloq və nevroloqu. == Həyatı == === Gənclik illəri === Viktor Emil Frankl 1905-ci ildə Vyanada yəhudi ailəsində doğulmuşdur. Onun psixologiyaya marağı hələ uşaq vaxtlarından mövcud olmuşdur. 1923-cü ildə Gimnaziyanı bitirən Frankl Vyana Universitetində tibb təhsili almış, daha sonra depressiya və intihar mövzuları ilə yaxından maraqlanaraq, nevrologiya və psixiatriya sahələri üzrə ixtisaslaşmışdır. Viktor Franklın ilkin inkişafına Ziqmund Freyd və Alfred Adlerlə olan əlaqələri böyük təsir göstərmişdir. 1924-cü ildə bütün Avstriyada gəncləri ətrafında birləşdirən Sozialistische Mittelschüler Österreich (Avstriya Sosialist Məktəbliləri) sosial demokrat gənclər hərəkatının prezidenti olan Frankl 1928–1930-cu illər ərzində, hələ tibb fakültəsi tələbəsi ikən yuxarı sinif şagirdləri üçün pulsuz konsultasiya proqramı təşkil etmişdir. Proqrama Şarlotte Bühler kimi psixoloqların iştirakı da daxil edilmişdi və proqramın uğurlu fəaliyyəti nəticəsində 1931-ci ildə Avstriyada bir nəfər belə məktəblinin intiharı qeydə alınmamışdır. Bu proqramın uğuru daha sonra Franklı Berlinə dəvət edən Uilyam Rayxın diqqətini cəlb etmişdir. 1933-cü ildən 1937-ci ilə qədər Viktor Frankl Vyananın Ştaynhof Psixiatriya Xəstəxanasında nevrologiya və psixiatriya sahələrində çalışmışdır. Burada o, intihara təşəbbüs etmiş 30000 nəfərdən çox qadın xəstəni müalicə etmişdir.
Franklar
Franklar - III əsrdə Reyn çayı axarında yaşamış qərbi german tayfaları qrupu. Saliça və ripuarlardan ibarət olan franklar V əsrin əvvəllərində Qalliyanı işğal etmiş, Frank dövləti (V-IX əsrlər) yaratmışlar. Fransızların, vallonların, provanslıların, hollandların, flamandların və başqalarının etnogenezində iştirak etmişlər.
Franko
Fransisko Paulino Ermenegildo Teodulo Franko Baamonde (isp. Francisco Paulino Hermenegildo Teódulo Franco Bahamonde; 4 dekabr 1892[…] – 20 noyabr 1975[…], Madrid) — İspaniya hərbi və dövlət xadimi, diktator, İspaniya vətəndaş müharibəsi illərində nasionalist hərbi üsyanın rəhbəri, 1939-1975-ci illərdə İspaniya krallığının regenti, kaudilyo (isp. Caudillo de España por la gracia de Dios — Tanrının etimadı ilə İspaniyanın Rəhbəri), İspaniya Nazirlər Şurasının Sədri, generallisimus. 1936-1939-cu illəri əhatə edən vətəndaş müharibəsində qələbə çalaraq hakimiyyəti ələ keçirmişdir. == Gəncliyi == Franko ailəsinin ənənəsinə uyğun olaraq hərbi dənizçi olmaq istəyirdi. Lakin İspaniyanın 1898-ci il İspaniya-Amerika müharibəsində məğlubiyyəti nəticəsində bu sahədəki boş yerlərin sayında həddindən artıq azalma baş verdi. Buna görə də Franko Piyada Qoşun Akademiyasına yazıldı. Onun qardaşı Roman Franko isə məşhur aviator olmuşdur. 1910-cu ildə Toledodakı Piyada Qoşun Akademiyasını bitirdikdən sonra o, 2 il öz doğma El Ferrol şəhərindəki qarnizonda xidmət edir. Lakin ilk imkan düşən kimi Mərakeşə yollanır.
Frank
Akihiro — ad. Bu adı olan tanınmışlarFrank Qorşin — Frank Şvalba-Hot — siyasətçi.DigərFrank (musiqi albomu) — Emi Uaynhausun birinci albomu.
Areta Franklin
Areta Luiza Franklin (ing. Aretha Louise Franklin; 25 mart 1942[…], Memfis, Tennessi – 16 avqust 2018[…], Detroyt, Miçiqan) — R&B, soul və gospel stilində ifa edən amerikan müğənnisi. Uğurlarının zirvəsinə 60-cı illərin ikinci yarısında və 70-ci illərin əvvəllərində çatmışdır.Son dərəcə güclü vokal imkanlarına görə onu çox vaxt soul janrının kraliçası (ing. The Queen Of Soul) və ya Ledi Soul (ing. Lady Soul) da adlandırırlar. 3 yanvar 1987-ci ildə o, adı "Rock and Roll Hall of Fame"- ə yazılan ilk qadın kimi tarixə düşmüşdür. 2008-ci ilin noyabrında isə Rolling Stone jurnalı onu tarixin ən böyük müğənnisi elan etmişdir. NASA NEOVISE missiyasının aşkarladığı 249516 Areta asteroidinə müğəninin adını verib. == İlk illəri == Areta Detroytda keşiş ailəsində anadan olmuşdur və bacıları ilə birgə kilsə xorunda oxumuşdur. Artıq 14 yaşında onun vokalının ilk səsyazmaları həyata keçirilmişdir.
Avtobioqrafiya (Franklin)
Avtobioqrafiya — Bencamin Franklinin 1771-90-cı illərdə yazdığı və ölümündən sonra 1791-ci ildə nəşr edilmiş memuar kitabı. == Nəşrləri == Stuber, Henry. "History of the Life and Character of Benjamin Franklin." Universal Asylum and Columbian Magazine. 4 (May, June and July 1790), 268–72, 332–39, 4–9. Carey, Mathew. "Short sketch of the life of Dr. Franklin." American Museum. 8 (July, November 1790), 12–20, 210–12. Internet Archive Franklin, Benjamin. Mémoires de la vie privée de Benjamin Franklin écrits par lui-méme, et adressés a son fils; suivis d'un précis historique de sa vie politique, et de plusieurs pièces, relatives à ce père de la liberté.
Bencamin Franklin
Bencamin Franklin (ing. Benjamin Franklin 17 yanvar 1706[…], Boston – 17 aprel 1790[…], Filadelfiya, Pensilvaniya) — ABŞ-nin banilərindən biri, yüksək intellektə sahib olmaqla yazıçı, satirist, siyasi nəzəriyyəçi, siyasətçi, poçtmeyster, alim, ixtiraçı, dövlət xadimi, diplomat və filosof, bir çox peşə, bilik və ölçüyəgəlməz müdrik adam idi. Zamanının öndə gələn intellektuallarından sayılan Franklin, Amerika Birləşmiş Ştatlarının qurucularından biri, Birləşmiş Ştatların müstəqillik bəyannaməsinin müəllifi və imzaçısıdır. Millətin qurucu atalarından biri sayılır. 1783-cü ildə İnqilab Müharibəsinə son qoyan Paris müqaviləsi ilə danışıqlar apardı. Bundan əlavə, "18-ci əsrin ilk vətəndaşı" fəxri adını aldı. Elmdə elektrik və optika sahəsindəki tədqiqatları ilə tanınır. Bir alim kimi o, elektriklə bağlı araşdırmalarına və hələ də Gulf Stream kimi tanınan cərəyanın qrafikini tərtib etdiyinə və adlandırdığına görə Amerika Maarifçiliyi və fizika tarixinin əsas siması idi. Bencamin Franklin ABŞ-nin baniləri arasında yeganə şəxsdir ki, Amerika Birləşmiş Ştatlarının yaranmasında əsas rol oynayan hər üç sənədə imza atmışdır. Bunlar ABŞ İstiqlal Bəyannaməsi, ABŞ Konstitusiyası və 13 Britaniya koloniyasının müstəqillik uğrunda apardığı müharibəni bitirən 1783-cü il Versal sülh müqaviləsidir.
Con Franklin
Con Franklin (ing. Sir John Franklin; d. 16 aprel 1786 – ö. 11 iyun 1847) — İngilis səyyahı; qütb tədqiqatçısı; dəniz zabiti. 1819-1827-ci illərdə Şimali Amerikanın şimal sahillərinin tədqiqi ilə məşğul olan ekspediyalara rəhbərlik etmişdir. 1836-1843-cü illərdə Tasmaniyanın qubernatoru olmuşdur. 1845-ci ildə Erebus və Terror gəmilərində Şimal-Qərb keçidini axtaran ekspedisiyaya rəhbərlik etmişdir. Ekspedisiyanın qalıqları 1857-1859-cu illərdə F.L. Mak Klintok tərəfindən Kinq Uilyam adasında tapılmışdır. Alyaska və Kanadada burun, dağlar, boğazlar və körfəzlər Fraklinin şərəfinə adlandırılmışdır.
Franklin Littell
Franklin Hemlin Littell (ing. Franklin Hamlin Littell; 20 iyun 1917, Sirakuz, Nyu-York ştatı – 23 may 2009) — ABŞ protestant alimi. O, supersessionizmi rədd edən yazıları ilə tanınır və Holokost işığında xristianlar ilə yəhudilər arasında münasibətləri yaxşılaşdırmaq üçün təhsil proqramlarını müdafiə etmişdir. Müharibədən sonrakı Almaniyada təxminən on il yaşadıqdan sonra o, İkinci Dünya müharibəsi zamanı törədilmiş cinayətlərdən dərin təsirlənmiş və buna görə də həyatını Holokostu araşdırmağa, ondan götürülən insan hüquqları dərslərini geniş ictimaiyyətin diqqətinə çatdırmağa həsr etmişdir. İctimai yığıncaqlarda, şəhərciklərdə və kilsələrdə o, müharibədən sonrakı dövrdə Holokost haqqında dərslər təşkil edən ilk şəxslərdən biri idi. Littell bəziləri tərəfindən Holokost tədqiqatlarının banisi hesab olunur.
Franklin Lobos
Franklin Lobos (isp. Franklin Erasmo Lobos Ramírez; 2 iyun 1957, Kopiapo) — 2010-cu ildə Çilidə dağılan şaxtanın altında 2 aydan artıq qalıb, sonradan işıq üzünə çıxanlara arasında milli komandanın sabiq futbolçusu. 2010-cu ildə Çilidə dağılan şaxtanın altında qalanların xilas olunması əməliyyatı zamanı həyata qaytarılan 33 nəfərdən biridir. da olub. Belə ki, 53 yaşlı Franklin Lobos Çili yığmasının sabiq yarımmüdafiəçisidir. Karyerası boyu ortabab klublarda oynayan Lobos 1984-cü ildə keçirilən Olimpiya Oyunlarının seçmə mərhələsində millinin şərəfini qoruyub. 15 il əvvəl karyerasını başa vuran futbol veteranı dağılan şaxtada yük maşınında sürücü çalışırdı.
Franklin Lofts
Franklin Lofts (əvvəlcə Lomas & Nettleton Building adlı bina kimi tanınırdı) — Texas ştatının Hyuston şəhərinin mərkəzində 8 mərtəbəli bina. Bu bina şəhərin birinci göydələni kimi tanınır. The Lomas & Nettleton Buildingin tikintisi 1904-cü ildə başa çatı. The Lomas & Nettleton Building əvvəlcə ofis binası kimi istifadə edilirdi, amma 1999-cu ildə binanın yuxarı mərtəbələrində yaşayış otaqları açıldı və Franklin Lofts adlandırıldı. Bu binaya göydələn deyilməyinə baxmayaraq, strukturunə görə azmərtəbəlidir.
Franklin Pirs
Franklin Pirs (ing. Franklin Pierce; 23 noyabr 1804, Hillsborou, Nyu-Hempşir, ABŞ - 8 oktyabr 1864, Konkord, Nyu-Hempşir, ABŞ) — Amerika Birləşmiş Ştatlarının 14-cü prezidenti (1853-1857). XIX əsrdə doğulmuş ilk prezident. Onun prezidentliyi müharibənin qaçılmazlığını göstərən ictimai gərginlik və dəyişikliklər dövrünə təsadüf edir. == Erkən həyatı == ABŞ-nin 14-cü prezidenti Franklin Pirs 23 noyabr 1804-cü ildə Nyu-Hempşir ştatının Hillsboro şəhərində anadan olmuşdur. Atası bencamin Pirs inqilab generalı və ştatın qubernatoru olmuşdu. Çox da varlı olmayan Pirslər ailəsi övladlarının yaxşı təhsil almasına çalışmışlar. Franklin Pirs ilk təhsilini məşhur Bouduin kollecində almışdı.. Kolleci birirən Franklin üç il ərzində hüquq elmlərini öyrənir və 22 yaşında özəl vəkil kontorunu açır. Franklin Pirs 9 noyabr 1834-cü ildə Bouduin kollecinin keçmiş prezidentinin qızı Ceyn Minz Epltonla ailə həyatı qurur.
Franklin Ruzvelt
Franklin Delano Ruzvelt (ing. Franklin Delano Roosevelt; 30 yanvar 1882[…] – 12 aprel 1945[…]) — Amerika Birləşmiş Ştatlarının 32-ci prezidenti (1933–1945). == Həyatı == Franklin Ruzvelt 1882-ci ildə varlı bir ailədə anadan olmuş, mənşə etibarilə holland idi. O, Teodor Ruzveltlə əminəvəsi idi. Franklin Ruzvelt əvvəlcə Harvard universitetini, sonra isə Kolumbiya Universitetinin hüquq fakültəsini bitirmişdi. 1913–1920-ci illərdə o, Hərbi Dəniz Nazirinin köməkçisi vəzifəsində işləmişdi. 1921-ci ildə polimelit xəstəliyinə tutulmuş və ömrünün sonunadək ayaqları iflic vəziyyətində qalmışdı. Möhkəm iradəsi və anasının mənəvi dayaq olması Ruzveltin siyasi fəaliyyətlə yenidən məşğul olmasına imkan yaratdı. 1928–1930-cu illərdə o, Nyu-York ştatının qubernatoru seçildi. 1932-ci ildə isə ABŞ-nin 32-ci prezidenti oldu.
Franklin boğazı
Fraklin boğazı - Kanada Arktik arxipelaqına daxil olan Uels Şahzadəsi (ada)sını Buthia yarımadasından ayırır. Kanadanın şimalında Nunavut vilayəti ərazisində yerləşir. Eni ən dar yerdə 32 km təşkil edir. Orta dərinlik şimalda 70 m, cənubda isə 400 m-dir. İlin böyük hissəsi buzla örtülü olur. Boğaz əsasən avqustun əvvəlindən sentyabrın əvvəlinə qədər buzdan azad olur. Boğazdan Şimal-Qərb dəniz yolu keçir. Bu yol Lonkaster, Borru, Pill boğazı, Franklin körfəzi, Larsen, Viktoriya boğazı, Kuin-Mad körfəzi, Dis, Koroneyşen boğazı, Dalfin-end-Yunion boğazı və Amudsen körfəzindən keçir. Boğaz Qütb araşdırmaçısı Con Franklinin şərəfinə adlandırılmışdır.
Franklin qraflığı
Franklin (ing. Franklin County) — ABŞ-nin Kentukki ştatında qraflıq. Paytaxtı Frankfort şəhəridir. Qraflıq 1795-ci ildə Vudford, Merser və Şelbi qraflıqlarının hissələrindən yaradılmışdır və amerikalı ixtiraçı və dövlət xadimi Benjamin Franklinin şərəfinə adlandırılmışdır. Franklin qraflığı Frankfort, Kentukki Mikropolitan statistik bölgəsinin bir hissəsidir. Kolumbun yerləşdiyi Ohayo ştatının Franklin qraflığı ilə eyni adı paylaşır. Bu, onu Oreqon və İndianadakı Marion qraflıqları ilə birlikdə eyniadlı qraflıqlardakı iki paytaxt şəhərindən birinə çevirir. == Tarixi == Kentukkinin üç orijinal qraflığı (Cefferson, Fayette və Linkoln qraflığı) bugünkü Franklin qraflığında kəsişir. Franklin qraflığı 1795-ci ildə Merker, Şelbi və Vudford qraflıqları tərəfindən verilmiş torpaqlardan yaradılmışdır. Franklin yaranma sırasına görə 18-ci Kentukki qraflığı idi.
Rozalind Franklin
Rozalind Franklin (d. 25 Iyul 1920, London, ö. 16 Aprel 1958, London) ingilis kimyaçı və DNT (dezoksiribonuklein turşusu), RNT (ribonuklein turşusu), viruslar, kömür və qrafitin molekulyar quruluşlarının başa düşülməsi üzərində rentgen şüaları kristalloqrafiyası ilə işləyən alim. Kömür və viruslar üzərində işləri həyatı boyu təqdir olunsa da, DNT-nin quruluşundakı töhfələri daha çox ölümündən sonra tanındı. == Həyatı == Rozalind Franklin 25 İyul 1920-ci ildə Londonda Nottinq Hill-də, zəngin və nüfuzlu bir İngilis-Yəhudi ailəsində anadan olmuşdur. === Ailəsi === Franklinin atası, şəhərin "İşçi Kişilər Kollecində" dərs deyən, siyasi baxımdan liberal olan Ellis Artur Franklin (1894-1964),anası isə Muriel Ualey (1894-1976) idi. Rozalind, beş uşaqlı ailənin böyük qızı və ikinci uşağı idi.Devid (1919-cu il təvəllüdlü) ən böyük qardaş; Kolin (1923-2020), Roland (1926-cı il təvəllüdlü) və Cennifer (1929-cu il təvəllüdlü) onun kiçik qardaşları idi. === Təhsili === Altı yaşında, Qərbi Londonda özəl məktəb olan "Norland Place School"-da qardaşı Rolanda qatıldı.Londonun qərbində Hammersmithdəki fizika və kimya öyrədən az sayda qız məktəbindən biri olan St Paul Qızlar Məktəbinə gedəndə 11 yaşındaydı. Həmin məktəbdə idman,musiqi ilə məşğul olmuş eyni zamanda fransız və alman dillərini öyrənmişdir. 1938-ci ildə Nyuhem Kollecinə (Kembric) başladı və Natural Sciences Tripos-da Kimya təhsilinə başladı.Orada onunla bir laboratoriyada işləyən və daha sonra London Kral Kollecindəki böyük həmkarlarından biri olan spektroskopist Bill Prays ilə tanış oldu.
AMİ Frankı
Albaniya frankı
Albaniya frankı — Əhməd Zoğunun dövründə Albaniya Respublikasında və Albaniya Krallıöında istifadə olunan, 5 lekin köhnəlmiş versiyası olan valyutadır. Frank Albaniyada 1926-cı ildən 1939-cu ilə qədər istifadə edilmişdir.
Artemio Franki
Artemio Franki (22 yanvar, 1922 - 12 avqust, 1983) - İtaliyanın məşhur idman funksioneri == Həyatı == İtaliyanın məşhur idman funksionerlərindən Artemio Franki öz istedadını nəinki Apennin miqyasında eləcə də, beynəlxalq arenada göstərə bilmişdi. Bir müddət "Fiorentina"da çalışan təşkilatçı tədricən renomesini artıraraq, ölkənin yuxarı futbol dairələrinə doğru voyajına start verir. Federasiyanın rəhbərliyinə kimi qalxan Frankinin səriştəsi onun FİFA-nın vitse-prezidenti seçilməsini təmin edir. 1973–1983-cü illər arasında UEFA başqanı vəzifəsində çalışan futbol xadiminin uzun müddət Avropanın ali qurumuna rəhbərlik edəcəyi təxmin edilirdi. Lakin Frankinin avtoqəza nəticəsində dünyasını dəyişməsi bütün perspektivlərin üstündən xətt çəkdi. Onun kalço qarşısındakı əvəzsiz xidmətləri bü gün hamı tərəfindən qəbul edilir. 1960-cı illərin ortası italyan futbolunun dirçəməsi istiqamətindəki görülən layihələr ilk növbədə Frankinin personası ilə əlaqələndirilir. O zaman İFF prezidenti Avropa çempionatının ölkəsində keçirilməsini təmin etmiş, "Squadra Azzurra"nın beynəlxalq imicini bərpa etməsinə nail olmuşdu. Hal-hazırda İtaliyanın 2 stadionu - Florensiya və Sienada yerləşən arenalar onun adını daşıyır. Bununla yanaşı Apennində yerləşən bir çox idman qurğuları, məktəblər əfsanəvi prezidentin tarixi xidmətlərinin maddi daşıyıcısı kimi mövcuddurlar.
Burundi frankı
Burundi frankı (Fransızca: franc burundais; ISO 4217: BIF) - Burundidə istifadə edilən rəsmî pul vahididir. 1 Burundi frankı 100 sentimoya bərabərdir. Ancaq müstəqillik illərindən bu yana sentimo dövriyyəyə buraxılmır. Burundi frankı Burundi Mərkəzi Bankı tərəfindən dövriyyəyə buraxılır.6 sentyabr 2016 tarixinə aid məzənnəyə görə, 1 Burundi frankı = 0.000595760 ABŞ dolları.
Ceyms Franko
Ceyms Edvard Franko (19 aprel 1978[…], Palo-Alto[d], Kaliforniya) — amerikalı aktyor və rejissor. Sem Reyminin rejissorluğu ilə çəkilmiş "Hörümçək-adam" film trilogiyasında canlandırdığı Harri Ozborn personajı ilə məşhurlaşıb. O, "The Disaster Artist" filmindəki ifasına görə "Qızıl Qlobus" mükafatına layiq görülüb. == Həyatı == Ceyms Franko 19 aprel 1978-ci ildə Kaliforniyanın Palo-Alto bölgəsində dünyaya gəlmişdir. Atası isveç və portuqal mənşəli, anası isə Rusiya yəhudisidir. O, Palo-Altoda Tom və Devid adlı iki qardaşı ilə birlikdə böyümüşdür. 1996-cı ildə Palo-Alto liseyindən məzun olduqdan sonra o, Kaliforniya Dövlət İncəsənət Yay Məktəbinə daxil olmuşdur. 1999-cu ildə da kino və televiziya dünyasına ilk addımını "Freaks and Geeks" serialıyla atmışdır. == Karyerası == Televizya serialından sonra, Franko, bir romantik komediyada, "Whatever It Takes"də rol aldı. Bunun ardından isə Mark Rydell'ın rejissorludğu ilə çəkilən "Ceyms Dean" adlı tv filmin də Ceyms Deanin həqiqətən çox yaxşı bir şəkildə oynamış və mükafatlar almışdır.
Cibuti frankı
Cibuti frankı (ISO 4217 : DJF) — Cibutidə istifadə edilən rəsmî pul vahididir. Cibuti Mərkəzi Bankı tərəfindən dövriyyəyə buraxılır. 1 Cibuti frankı 100 sentimoya bərabərdir.10 sentyabr 2016 tarixinə aid məzənnəyə görə, 1 Cibuti frankı = 0.00567730 ABŞ dolları.
Daniel Franks
Daniel Franks (2 oktyabr 1993) — Yeni Zelandiyalı peşəkar kişi BMX velosipedçisi. Daniel Franks Yeni Zelandiyanı beynəlxalq yarışlarda təmsil edir. == Karyerası == Daniel Franks 2015 UCI BMX Dünya Çempionatında 1 km zaman yarışında iştirak etmişdir. O, Belçikada baş tutan yarışlarda 32.251 saniyəlik nəticəsi ilə 25-ci yeri tutdu.
Fransa Frankı
Fransa frankı (Fransızca: franc français) Fransada işlədilən qədim pul vahididir. Fransa frankı ₣ və ya F hərifi ilə işarə edilir. 2002-ci ildə Fransa pul vahidinin avroya dəyişməsilə istifadəsi dayandırılmışdır. Fransa ilə yanaşı Andorra, Monako və Fransız Polinezyasında da istifadə olunub. Fransız frankı dünyada rezerv pul olaraq işlədilirdi. ABŞ dolları, Alman markı, İngilis sterlinqi və Yapon Yeninindən sonra 5-ci yeri tuturdu.
Fransisko Franko
Fransisko Paulino Ermenegildo Teodulo Franko Baamonde (isp. Francisco Paulino Hermenegildo Teódulo Franco Bahamonde; 4 dekabr 1892[…] – 20 noyabr 1975[…], Madrid) — İspaniya hərbi və dövlət xadimi, diktator, İspaniya vətəndaş müharibəsi illərində nasionalist hərbi üsyanın rəhbəri, 1939-1975-ci illərdə İspaniya krallığının regenti, kaudilyo (isp. Caudillo de España por la gracia de Dios — Tanrının etimadı ilə İspaniyanın Rəhbəri), İspaniya Nazirlər Şurasının Sədri, generallisimus. 1936-1939-cu illəri əhatə edən vətəndaş müharibəsində qələbə çalaraq hakimiyyəti ələ keçirmişdir. == Gəncliyi == Franko ailəsinin ənənəsinə uyğun olaraq hərbi dənizçi olmaq istəyirdi. Lakin İspaniyanın 1898-ci il İspaniya-Amerika müharibəsində məğlubiyyəti nəticəsində bu sahədəki boş yerlərin sayında həddindən artıq azalma baş verdi. Buna görə də Franko Piyada Qoşun Akademiyasına yazıldı. Onun qardaşı Roman Franko isə məşhur aviator olmuşdur. 1910-cu ildə Toledodakı Piyada Qoşun Akademiyasını bitirdikdən sonra o, 2 il öz doğma El Ferrol şəhərindəki qarnizonda xidmət edir. Lakin ilk imkan düşən kimi Mərakeşə yollanır.