franko-anbar
franko-gəmi
OBASTAN VİKİ
Franko
Fransisko Paulino Ermenegildo Teodulo Franko Baamonde (isp. Francisco Paulino Hermenegildo Teódulo Franco Bahamonde; 4 dekabr 1892[…] – 20 noyabr 1975[…], Madrid) — İspaniya hərbi və dövlət xadimi, diktator, İspaniya vətəndaş müharibəsi illərində nasionalist hərbi üsyanın rəhbəri, 1939-1975-ci illərdə İspaniya krallığının regenti, kaudilyo (isp. Caudillo de España por la gracia de Dios — Tanrının etimadı ilə İspaniyanın Rəhbəri), İspaniya Nazirlər Şurasının Sədri, generallisimus. 1936-1939-cu illəri əhatə edən vətəndaş müharibəsində qələbə çalaraq hakimiyyəti ələ keçirmişdir. == Gəncliyi == Franko ailəsinin ənənəsinə uyğun olaraq hərbi dənizçi olmaq istəyirdi. Lakin İspaniyanın 1898-ci il İspaniya-Amerika müharibəsində məğlubiyyəti nəticəsində bu sahədəki boş yerlərin sayında həddindən artıq azalma baş verdi. Buna görə də Franko Piyada Qoşun Akademiyasına yazıldı. Onun qardaşı Roman Franko isə məşhur aviator olmuşdur. 1910-cu ildə Toledodakı Piyada Qoşun Akademiyasını bitirdikdən sonra o, 2 il öz doğma El Ferrol şəhərindəki qarnizonda xidmət edir. Lakin ilk imkan düşən kimi Mərakeşə yollanır.
Ceyms Franko
Ceyms Edvard Franko (19 aprel 1978[…], Palo-Alto[d], Kaliforniya) — amerikalı aktyor və rejissor. Sem Reyminin rejissorluğu ilə çəkilmiş "Hörümçək-adam" film trilogiyasında canlandırdığı Harri Ozborn personajı ilə məşhurlaşıb. O, "The Disaster Artist" filmindəki ifasına görə "Qızıl Qlobus" mükafatına layiq görülüb. == Həyatı == Ceyms Franko 19 aprel 1978-ci ildə Kaliforniyanın Palo-Alto bölgəsində dünyaya gəlmişdir. Atası isveç və portuqal mənşəli, anası isə Rusiya yəhudisidir. O, Palo-Altoda Tom və Devid adlı iki qardaşı ilə birlikdə böyümüşdür. 1996-cı ildə Palo-Alto liseyindən məzun olduqdan sonra o, Kaliforniya Dövlət İncəsənət Yay Məktəbinə daxil olmuşdur. 1999-cu ildə da kino və televiziya dünyasına ilk addımını "Freaks and Geeks" serialıyla atmışdır. == Karyerası == Televizya serialından sonra, Franko, bir romantik komediyada, "Whatever It Takes"də rol aldı. Bunun ardından isə Mark Rydell'ın rejissorludğu ilə çəkilən "Ceyms Dean" adlı tv filmin də Ceyms Deanin həqiqətən çox yaxşı bir şəkildə oynamış və mükafatlar almışdır.
Franko Barezi
Franko Barezi (it. Franco Baresi; 8 may 1960, Travalyato[d], Lombardiya) — İtaliyalı futbolçu və futbol məşqçisi. Futbolçu kimi bütün karyerasını İtaliyanın "Milan" klubunda keçirib. Hal hazırda "Milan"ın fəxri vitse-prezidentidir. O, karyerasının çox hissəsini "Milan"ın rəqibi "İnter" klubunda oynamış başqa bir futbolçunun, Cüzeppe Barezinin kiçik qardaşıdır. Franko Barezi Dünya Kuboku mükafatlarının tam dəstini qazanan yeddi oyunçudan biridir (1982-ci ildə qızıl, 1990-cı ildə bürünc və 1994-cü ildə gümüş). == Karyera == === Klub === Uşaq ikən Barezi "İnter" azarkeşi olub, lakin qardaşından fərqli olaraq "İnter" komandasına qəbul olunmur. Yəqin ki, Frankonun karyerası belə başlamadan da bununla bitə bilərdi, lakin gənc futbolçunun oyunu "Milan"ın strukturunda çalışan İtalo Qalbiatinin diqqətini çəkir. Məhz onun sayəsində Barezi rossonerilərin düşərgəsinə dəvət edilir. 1977-ci ildə "Milan"da debüt edir, mövsümün sonuna qədər cəmi üç matç keçirdir.
Franko Bazalya
Franko Bazalya (it. Franco Basaglia; 11 mart 1924, Venesiya – 29 avqust 1980[…], Venesiya) — italyan psixiatr, nevroloq, psixiatriya professoru , zehni sağlamlıq sisteminin islahatçısı, 180 Qanunun inkişaf etdiricisi, Demokratik Psixiatriya hərəkatının lideri. Zehni xəstələrə qarşı insani münasibətə və onların məcburi təcrid olunmasından imtina etməyə əsaslanan zehni sağlamlıq xidməti konsepsiyasını irəli sürən Bazalya, davamlı olaraq İtaliyada psixiatriyanın destitusionalizasiyasına yönəlmiş və sistemin tamamilə ləğvi ilə başa çatan dövlət ruhi xəstəxanalarının islahatlar həyata keçirdi. Bir sıra müəlliflər Bazalyanı XX əsrin ən təsirli İtalyan psixiatrı hesab edirlər. Bəzi əsərlərində o, müasir psixi sağlamlıq konsepsiyasının qurucusu da adlandırıldı . Bəzi müəlliflər Bazalya və Demokratik Psixiatriyanın fəaliyyətlərini antipsikiyatri ilə əlaqələndirirlər, baxmayaraq ki, özü də digər tədqiqatçılar kimi belə bir identifikasiyaya qəti şəkildə qarşı idi. Franko Bazalya Mükafatı , Franka və Bazalya Vəqfi İtaliyada təsis edilmişdir. == Həyatı == === Erkən illəri === Franko Bazalya 11 mart 1924-cü ildə Venesiyada varlı bir ailədə anadan olub. İki bacısı var idi - biri ondan kiçik və digəri daha böyük . Koluççi və Vittorio, Bazalyanın Venesiyanın mənzərəli San Polo bölgəsində keçirdiyi uşaqlıq və gənclik günlərini buludsuz, demək olar ki, hər hansı bir problemlə qarşılaşmayan kimi təsvir edirlər.
Franko Korelli
Franko Korelli (it. Franco Corelli, əsl adı Dario Korelli; 8 aprel 1921[…], Ankona, Marke – 29 oktyabr 2003[…], Milan) — İtaliya opera müğənnisi (tenor).
Franko Modilyani
Franko Modilyani (ing. Franco Modigliani) (18 iyun 1918 - 25 sentyabr 2003) — italyan əsilli, amma 1946-cı ildən ABŞ vətəndaşlığına keçmiş iqtisadçı. 1985-ci ildə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür. == Həyatı == Franko Modilyani İtaliyanın Roma şəhərində anadan olub. Sapienza Universitetindən məzun olaraq iqtisadiyyat diplomu almışdı. 1939-cu ildə faşizm əleyhdarı düşüncələri və yəhudi əsilli olduğuna görə İtaliyadan ABŞ-yə köçmüşdü. 1942-1944-cü illərdə ABŞ-nin Nyu York şəhərində Kolumbiya Universitetində və Berd Kollecində iqtisadiyyat və statistika dərsləri keçmişdi. 1944-cü ildə Nyu Yorkda yerləşən Sosial Tədqiqatlar üzrə Yeni Məktəbdə (ing. New School for Social Research) Ceykob Marşakın elmi rəhbərliyi ilə doktorluq dərəcəsinə yüksəlmişdi. 1946-cı ildə ABŞ vətəndaşlığını qəbul etmişdi.
Franko Trappoli
Franko Trappoli (it. Franco Trappoli; 5 noyabr 1947, Orvieto, İtaliya) — İtaliyalı siyasətçi, İtaliya Sosialist Partiyasının üzvü. == Həyatı == 1947-ci ildə Orvietoda anadan olmuşdur. O, iqtisadiyyat və sosial elmlər sahəsində təhsil almışdır. 1980-1983-cü illərdə Fano bələdiyyəsinin başçısı olub. 1983–1987-ci və 1992–1994-cü illərdə İtaliya Deputatlar Palatasının üzvü olub. Franko Trappoli İtaliya Deputatlar Palatasına üzv seçilmiş ilk buddist kimi tarixə düşdü.
Franko Zeffirelli
Franko Zeffirelli (it. Franco Zeffirelli, əsl adı Canfranko Korsi, it. Gianfranco Corsi; 12 fevral 1923, Florensiya) — İtaliya rəssamı, rejissor, prodüser, ssenarist. İki dəfə "Oskar" mükafatına namizəd olub, BAFTA mükafatına layiq görülüb, beş dəfə David di Donatello, iki dəfə Emmi mükafatlarını alıb. == Həyatı == Canfranko Korsi Zeffirelli 1923-cü ildə Florensiyada anadan olmuşdur. 6 yaşı olarkən, onun anası vəfat edir və Franko Britaniya diasporunun hamiliyi ilə böyüyür. Məhz orada o, Skorpioni ilə tanış olur və bu, illər sonra – 1999-cu ildə onu "Mussolini ilə çay" filmini çəkməyə sövq edir. İkinci dünya müharibəsi zamanı o, partizan olmuşdur. Müharibədən sonrakı illərdə Florensiya Universitetində incəsənət və memarlıq kimi sahələri öyrənir. 1945-ci ildə daha çox teatra diqqət ayırmağa başlayır.
Fransisko Franko
Fransisko Paulino Ermenegildo Teodulo Franko Baamonde (isp. Francisco Paulino Hermenegildo Teódulo Franco Bahamonde; 4 dekabr 1892[…] – 20 noyabr 1975[…], Madrid) — İspaniya hərbi və dövlət xadimi, diktator, İspaniya vətəndaş müharibəsi illərində nasionalist hərbi üsyanın rəhbəri, 1939-1975-ci illərdə İspaniya krallığının regenti, kaudilyo (isp. Caudillo de España por la gracia de Dios — Tanrının etimadı ilə İspaniyanın Rəhbəri), İspaniya Nazirlər Şurasının Sədri, generallisimus. 1936-1939-cu illəri əhatə edən vətəndaş müharibəsində qələbə çalaraq hakimiyyəti ələ keçirmişdir. == Gəncliyi == Franko ailəsinin ənənəsinə uyğun olaraq hərbi dənizçi olmaq istəyirdi. Lakin İspaniyanın 1898-ci il İspaniya-Amerika müharibəsində məğlubiyyəti nəticəsində bu sahədəki boş yerlərin sayında həddindən artıq azalma baş verdi. Buna görə də Franko Piyada Qoşun Akademiyasına yazıldı. Onun qardaşı Roman Franko isə məşhur aviator olmuşdur. 1910-cu ildə Toledodakı Piyada Qoşun Akademiyasını bitirdikdən sonra o, 2 il öz doğma El Ferrol şəhərindəki qarnizonda xidmət edir. Lakin ilk imkan düşən kimi Mərakeşə yollanır.
İvan Franko
İvan Yakovleviç Franko (ukr. Іван Якович Франко; 27 avqust 1856[…], Naqueviçi[d] – 28 may 1916[…], Lvov, Sisleytaniya) — yazıçı, şair, alim, publisist, Qalisiya və Lodomeriya krallığında (Avstriya-Macarıstan imperiyası) inqilabi sosialist hərəkatının lideri. Əsərlərin əhəmiyyətli bir hissəsi ukrayna, polyak, alman və rus dillərində yazılıb. 1915-ci ildə o, Nobel mükafatına namizəd göstərilib. Lakin vaxtından əvvəl ölümü onun namizədliyinin nəzərdən keçirilməsinə mane oldu. İvan Franko Avstriyada fəaliyyət göstərən “Rusiya-Ukrayna Radikal Partiyası” (sonralar “Ukrayna Radikal Partiyası” – URP) və Ukrayna Milli Demokratik Partiyasının yaradılmasının təşəbbüskarlarından biri olub. Frankonun şərəfinə Stanislav şəhərinin adı dəyişdirilərək İvano-Frankovsk, Lvov vilayətində isə Yanov kəndinin adı dəyişdirilərək İvano-Frankovsk adlandırılıb. == Həyatı == İvan Franko varlı kəndli dəmirçi ailəsində anadan olub. Anası Mariya Kulçitskaya, kasıb Rusin zadəgan Kulçitski ailəsindən idi. O, ərindən 33 yaş kiçik idi.
İvan Franko adına Lvov Milli Universiteti
İvan Franko adına Lvov Milli Universiteti (ukr. Львівський національний університет імені Івана Франка) — Şərqi Avropanın ən qədim universitetlərindən biridir. Əvvəlcə universitet Yan Kazimirin adını daşıyırdı və Polşaya, sonra Avstriya-Macarıstana məxsus idi və artıq 1939-cu ildən isə Ukraynanın universiteti oldu. == Tarixi == 1661-ci ilin 20 yanvarı Lvov Universitetinin yaranma tarixi hesab edilir. Bu gündə kral Yan ІІ Kazimir fərmanı dərc etdi, hansına ki uyğun olaraq, 1608-ci ildə yaradılmış yezuit kollegiyasına akademiya və "universitet titulu" statusu verilmişdir. Akademiyanın və universitetin hüquqlarının formal təsdiqi 1758-1759-cu illərdə baş vermişdir. Lvov universitetinin Universitet küçəsində yerləşən əsas korpusunun indiki binası 1877-1881-ci illərdə memar Yu. Qoxberqerin rəhbərliyi altında tikilmişdir. Əvvəlcə binada Qalitsiyanın və Lodomeriyanın Ölkə seymi yerləşirdi. Əsas korpusun fasadı sütunlu böyük portiklə və lociya ilə bəzənmişdir.
María del Karmen Martínez-Bordiú y Franko
== Tərcümeyi halı == Bu ad İspaniyanın adqoyma ənənələrinə uyğun olaraq istifadə olunur: ilk və ya ata soyadı Martínez-Bordiú, ikinci, yəni ana soyadı isə Franko-dur. Maríadel Karmen Martínez-Bordiú y Franko (26 Fevral, 1951-ci ildə İspaniyanın Madrid şəhərində anadan olmuşdur) İspaniyanın əsilzadəsi və ictimai xadimi hesab olunur. İspaniyanın qanunvericiliyinə uyğun olaraq, o, 2006-cı ildən etibarən qardaşından əvvəl varis kimi, anasının hersoq titulunu əldə edir və hakimiyyətini övladlarına təhvil vermək və ya ötürmək hüququna malik olur . == Doğum tarixi və gənclik illəri == O, Madrid şəhərinin El Pardo Kral sarayında anadan olmuşdur və Villaverdenin10-cu Markizi olan Kristóbal Martínez Bordiú, və Frankonun 1-ci Hersoginyası, İspaniya qrandı olan Karmen Franko Polo-nun qızıdır. Onun ana tərəfdən babası İspaniya diktatoru, İspaniya Dövlətinin Başçısı Francisko Franko, nənəsi İspaniyanın 1-ci Xanımı və Qrandı Karmen Polo y Martínez-Valdés olmuşdur. Ata tərəfdən babası José María Martínez y Ortega (1890–1970), nənəsi Argillonun 7-ci Qrafinyası María de la O Bordiú y Bascarán (1896–1980) olmuşdur. İspaniya Kral Ailəsinin qədim El Pardo sarayında anadan olan Karmen General Frankonun ilk nəvəsi olmuşdur. 1940-cı ildə İspaniya Vətəndaş Müharibəsi başa çatdıqdan və General Franko İspaniya Dövlətinin Başçısı seçildikdən sonra, saray onların ailə iqamətgahına çevrilmişdir. Ondan əlavə: María de Aránzazu, Fransisko (Francis), María del Mar (Merry), José Kristóbal (Cristóbal), María de Aránzazu (Arantxa) və Jaime Felipe (Jaime) adlı 6 bacı və qardaşının olmasına baxmayaraq, o, ailənin ən sevimli nəvəsi hesab olunurdu. == Birinci evliliyi == Karmen 8 Mart, 1972-ci ildə, 21 yaşı olarkən Madrid şəhərində, El Pardo Sarayının Kilsəsində, Seqoviya Hersoqu, İspaniyalı İnfante Jaime-nin oğlu və İspaniyanın XIII Kralı Alfonsonun nəvəsi olan Anju və Kadis Hersoqu Alfonso ilə ailə qurmuşdur.