Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Artemisia frigida
Soyuq yovşan (lat. Artemisia frigida) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yovşan cinsinə aid bitki növü.
Baccharis frigida
Baccharis frigida (lat. Baccharis frigida) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin bakxaris cinsinə aid bitki növü.
Capsella frigida
Adi quşəppəyi (lat. Capsella bursa-pastoris) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin quşəppəyi cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Bir və ya ikiillik bitkidir. Milşəkilli kök sisteminə malikdir. Gövdəsinin uzunluğu 10-40sm, yarpaqlı, sadə və ya budaqlanan, səthi qabırğalı, çılpaq və ya zəif tüklü, çiçəkləri və yetişməmiş meyvələri olur. Kök üzərindəki yarpaqları uzunsov-neştərşəkilli, meyvələrinin bir tərəfi daralaraq üçbucağabənzər dişli girintili-çıxıntılı və ya lələyəbənzər bölümlüdür. Gövdəki yarpaqları növbəli, oturaq, girintili-çıxıntılı dişcikli və ya bütöv, zirvə yarpaqları isə getdikcə azalandir. Çiçəyinin quruluşu K4L4E4+2D1 bərabərdir. Meyvələri sıxılmış çəlləyəbənzər, tərsüçbucağabənzər və ya üçbucaq-ürəkşəkilli formalı, zirvədə isə dişli, uzunluğu 3-8mm, eni 2-5mm-dir. Zəif iyli, özünəməxsus acı dadlıdır.
Salvia frigida
Salvia frigida (lat. Salvia frigida) — dalamazkimilər fəsiləsinin adaçayı cinsinə aid bitki növü.
Persea frigida
Persea lingue (lat. Persea lingue) — bitkilər aləminin dəfnəçiçəklilər dəstəsinin dəfnəkimilər fəsiləsinin perseya cinsinə aid bitki növü. Laurus lingue Ruiz & Pav.
Ajuga genevensis var. frigida
Cenevrə dirçəyi (lat. Ajuga genevensis) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin dirçək cinsinə aid bitki növü. == Qısa morfoloji təsviri == Çoxillikdir. Gövdəsi düz, 15-40 (60) sm hündürlükdə, hər tərəfi xovlu-tüklü, sadədir. Yarpaqları hər iki tərəfdən tüklü, kökətrafı yarpaqlar uzunsov-belvari, tərsyumurtavari və ya belvari-tərsyumurtavari, iri dairəvi dişli, saplağa daralan, çiçək əmələ gələnə yaxın quruyan, aşağı və orta yarpaqlar adətən uzunsov, yuxarı yarısında dairəvi-dişli, qaidə hissəsinə doğru pazvari daralan, oturaq; sonuncu yarpaqlar yumurtavari, üç bölümlü və ya üç dişlidir. Çiçəkləri 4-6 (8) sayda çiçək köbələrində, gövdənin uc hissəsində sünbülşəkilli çiçəkqrupunda toplanandır. Tac mavi, bəzən ağ və ya çəhrayıtəhər rənglidir. Fındıqcalar dəyirmi və torvari-qırışlıdır. == Yayılması == BQ qərbi, BQ şərqi, BQ Quba sahəsinin, Samur-Dəvəçi ovalığının, Qobustanın rayonlarında arandan orta, nadir hallarda yuxarı dağ qurşağına kimi yayılmışdır. Çəmənlərdə, kolluqlarda, çay kənarı, talalarda, bağçalarda, əkin sahələrində, suvarma kanalları boyunca, alaqlı yerlərdə bitir.
Erigeron frigidus
Erigeron frigidus (lat. Erigeron frigidus) — mürəkkəbçiçəklilər fəsiləsinin xırdaləçək cinsinə aid bitki növü.
Euonymus frigidus
Euonymus frigidus (lat. Euonymus frigidus) — bitkilər aləminin celastrales dəstəsinin celastraceae fəsiləsinin gərməşov cinsinə aid bitki növü.
Frigidorchis
Qışlaqotu (lat. Herminium) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinə aid bitki cinsi.
Frigiya
Frigiya (yun. Φρυγία, lat. Phrygia, türk. Frigya) — Kiçik Asiyada tarixi dövlət. Paytaxtı əvvəlcə Kelen, sonra Qordion olmuşdur. Sakarya çayı ilə Böyük Menderesin yuxarı axarları arasındakı bölgənin qədim adıdır. Bu ad Balkan yarmadasından gəlib bu bölgədə məskunlaşan frigiyalılardan gəlir. == Tarixi == Frigiyalılar eradan əvvəl XIII-XII əsrlərdə Balkan yarımadasından Kiçik Asiyaya köçüb gəlmiş və Hett dövlətinə son qoymuşlar. Frigiyalıların bir hissəsi assur mənbələrində Urume, Urartu mənbələrində Arm (əslində Urartu mənbələrində "Armini" kimidir, lakin bu adın "ini" hissəsi urartu dilində yer adlarının sonlarına əlavə olunan şəkilçidir) adlanan əyalətdə məskunlaşmışlar. Arm toponimi Balkan yarımadasından köçüb gələnlərin sözüdürmü, yoxsa onlar Arm adlı ölkəyə gəlib oturmuşlar – bu aydın deyil.
Krigia
Krigia (lat. Krigia) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
Origin
Origin — istifadəçilərə internet üzərindən videooyunlar almaq və yükləmək imkanı verən, Electronic Arts şirkətinin bir qolu olan rəqəmsal satış platforması. 3 iyun 2011-ci il tarixində EA Mağazası Origin olaraq dəyişdirilmişdir. Origin, profil idarəetmə, oyun proqramı istifadə edərək dostlarla söhbət etmək, Facebook, Xbox Live və PlayStation Network ilə inteqrasiyalı sosial xidmətlərdən istifadə edir. Steam ilə rəqabət vəziyyətinə gətirmək güman edilir. Hal-hazırda oyunların avtomatik güncəllənməsi, buludda oyun gedişatının sinxronizasiyası, quraşdırılmış canlı dəstək funksiyaları var. Mağaza istifadəçilərə Electronic Arts oyun kataloqundan oyunlara baxmaq, almaq və yükləmək imkanı verir. Electronic Arts, proqramın mobil qurğular üçün nəzərdə tutulmuş platformanı da işə salmağı planlaşdırır və nailiyyətlər hər iki platformada sinxronizasiya ediləcək. Bir çox xidmətlər pulsuz olacaq. 2011-ci ilin əvvəlində, rəqəmsal satış xidmətlərinin dəyəri ilə bağlı fikir ayrılıqlarından sonra, Electronic Arts gözlənilən Battlefield 3 videooyununu Steam platformasına buraxmamaq qərarına gəldi. Bundan əlavə, EA Dragon Age 2 və Crysis 2 oyunlarını da Steam mağazadan çıxartmağı lazımi hesab etdi.
Friend of a Friend
Friend of a Friend (azərb. Dostun dostu‎) — Çexiyanın 2019 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Lake Malawi "Friend of a Friend" mahnısı ilə Çexiyanı İsrailin Tel-Əviv şəhərində keçirilən Avroviziya 2019-da təmsil etmək hüququ əldə etmişdir. Mahnı Yan Steinsdörfer, Matsiey Mikolay Trıbulets və Lake Malawi qrupunun vokalisti Albert Çerni tərəfindən bəstələnmişdir.
Emilia rigida
Emilia rigida (lat. Emilia rigida) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin emilia cinsinə aid bitki növü.
Euphorbia rigida
Euphorbia myrsinites (lat. Euphorbia myrsinites) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin südləyən cinsinə aid bitki növü. == Sinonimləri == Endoisila myrsinites (L.) Raf. Euphorbia curtifolia Chaub. Euphorbia myrsinites subsp. myrsinites Euphorbia myrsinites subsp. pontica (Prokh.) R.Turner Euphorbia pectinata Albov Euphorbia pontica Prokh. Euphorbia rigida Loisel. Euphorbion myrsinitum (L.) St.-Lag. Galarhoeus myrsinites (L.) Haw.
Fright Night
Fright Night - Moskvada yaradılan, rusiya rok qrupu.
Frigiya dili
Frigiya dili (yun. Φρυγική γλώσσα) — Hind-Avropa dillərindən biri, Balkanlardan Kiçik Asiyaya miqrasiya edən frigiyalıların dili. Hind-Avropa dil qrupunun ayrı bir qoluna aiddir və daha çox qədim yunan dilinə bənzəyir. Dilin yunan əlifbasına oxşayan xüsusi bir əlifbası var. Frigiya dili e.ə. VIII əsrdə meydana gəlmişdir və adı canlı olaraq son dəfə V əsrdə çəkilmişdir. Buna baxmayaraq, bəzi tarixşünaslar və dilşünaslar dilin VII əsrdə ərəb yürüşlərindən sonra məhv olduğunu irəli sürür. Frigiya dilinin tarixinin iki dövrü var. Onlar, qədim Frigiya (e.ə. VIII–V əsrlər) və yeni Frigiyadır (b.e.
Frigiya papağı
Frigiya papağı və ya azadlıq papağı — Şərqi Avropa, Kiçik Asiya, o cümlədən, Frigiya, Dakiya və Balkanlarda yaşayan müxtəlif xalqların tarixi keçmişi ilə simvolizə olunan, ucu qabağa doğru əyilmiş konusşəkilli papaq. Müasir Avropada o, azadlıq və müstəqilliyə işarədir və tez-tez qədim Romada qulların sərbəst buraxılamasının rəmzi olan papaq-pilosla qarışıq salınır. Qədim dövrdə monarxiya rejimlərində tac hakimiyyətdə olan sülaləni təmsil edirdisə, respublika qurulmuş dövlətlərdə gerb Frigiya papağı ilə təsvir olunurdu. Müxtəlif dövlətlərin milli simvollarında, o cümlədən də Fransanın Mariannasında bu papağı görmək olar. == Qədim dövrlərdə == === İlkin ellin dövlətlərində === Frigiya papağı e.ə. 4-cü əsrə qədər frigiyalıların ana ilahəsi Kibelanın əri Attislə simvolizə olunub. Sonralar qədim yunan vazalarında və memarlıq abidələrində əfsanəvi hökmdar Midas və başqa frigiyalılar bu papaqla təsir olunmağa başladılar. Rəvayət görə Midas bu papaqdan Apollonun lənətinə görə ona verilən uzun qulaqlarını gizlətmək üçün istifadə edirdi. Tezliklə Frigiya papağına qeyri-yunan xalqlarının mədəniyyətlərində də rast gəlinir. Troyalılar və Kiçik Asiyanın qərbində yaşayan digər xalqlar, həmçinin onların qəhrəmanları - Paris, Eney, Hanimed bu papaqla təsvir olunurlar.
Glechoma rigida
Sarmaşıqvari yersarmaşığı (lat. Glechoma hederacea) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin yersarmaşığı cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Hündürlüyü 15-60 sm, gövdəsi zəif, çılpaq və ya səpələnmiş-tükcüklü, torpaq üzərində sərilmiş və yaxud biraz qalxan, budaqlanmış və torpağa kök salan cavan budaqları olan çoxillik ot bitkisidir. Yarpaqları kifayət qədər uzun saplaqda yerləşmiş, dəyirmi-böyrəkşəkilli, kənarları iri dairəvi-dişli, yuxarı yarpaqları isə böyrəkvari-ürəkşəkillidirlər. Çiçəkləri adi yarpaqların qoltuğunda 2-4 ədəd olmaqla yerləşmişlər, çiçək altlığı sapşəkilli və qısa saplaqlıdır. Tac mavitəhərbənövşəyi rəngli olub, uzunluğu 10-20 mm və kasacıqdan uzundur. Fındıqcalar 1,5-2 mm uzunluğundadır, qonurtəhərdir. Aprel-may aylarında çiçəkləyir, may-iyun ayalrında meyvə verir. == Azərbaycanda yayılması == BQ (Quba), Kür düz. - orta dağ qurşağına qədər.
Juniperus rigida
Juniperus rigida (lat. Juniperus rigida) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin cupressales dəstəsinin sərvkimilər fəsiləsinin ardıc cinsinə aid bitki növü.
Lavenia rigida
Rhynchospermum (lat. Rhynchospermum) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Rhynchospermum verticillatum Reinw. === Sinonimləri === Aster verticillatus (Reinw.) Brouillet, Semple & Y.L. Chen Leptocoma racemosa Less. Rhynchospermum formosanum Yamam. Rhynchospermum verticillatum var. subsessilis Oliv. ex Miq. Zollingeria scandens Sch. Bip.
Mentha rigida
Çəmən yarpızı (lat. Mentha arvensis) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin nanə cinsinə aid bitki növü. Nanə cinsinin Avrasiyada — Avropada, Qərbi və Orta Asiyada, Qafqazda, Hindistan və Nepalda yayılmış növüdür. Əkin yerlərində, çəmənliklərdə, su hövzələri, çay, göl, arx və bataqlıq sahələri kənarında bitir. Calamintha arvensis (L.) Garsault [Invalid] Mentha agrestis Hegetschw. [Illegitimate] Mentha agrestis Sole Mentha agrestis var. subrotunda Schur ex Heinr.Braun Mentha albae-carolinae Heinr.Braun Mentha alberti Sennen Mentha allionii Boreau Mentha angustifolia Schreb. Mentha anomala Hérib. Mentha approximata (Wirtg.) Strail Mentha arenaria Topitz Mentha arguta Opiz Mentha argutissima Borbás & Heinr.Braun Mentha argutissima var. recedens Heinr.Braun Mentha argutissima var.
My Friend
My Friend (azərb. Mənim dostum‎) — Xorvatiyanın 2017 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Jak Hudek "My Friend" mahnısı ilə Xorvatiyanı Ukraynanın paytaxtı Kiyevdə keçirilən Avroviziya 2017-də təmsil etmişdir. Mahnının musiqisi Jak Hudek, Toni Robert Malm və Sinişa Relyiçə, sözləri isə Jak Hudek, Aryana Kunştek, Fabritsio Lauçella və İnes Praxoya aiddir.
Nepeta rigida
Sarmaşıqvari yersarmaşığı (lat. Glechoma hederacea L.) - yersarmaşığı cinsinə aid bitki növü. Hündürlüyü 15-60 sm, gövdəsi zəif, çılpaq və ya səpələnmiş-tükcüklü, torpaq üzərində sərilmiş və yaxud biraz qalxan, budaqlanmış və torpağa kök salan cavan budaqları olan çoxillik ot bitkisidir. Calamintha hederacea (L.) Scop. Chamaecissos hederaceus (L.) Nieuwl. & Lunell Chamaeclema hederacea (L.) Moench Glechoma borealis Salisb. Glechoma bulgarica Borbás Glechoma hederacea var. breviflora Coss. & Germ. Glechoma hederacea var.
Pinus rigida
Pinus rigida (lat. Pinus rigida) — şamkimilər fəsiləsinin şam ağacı cinsinə aid bitki növü.
Rutilus frisii
Kütüm (lat. Rutilus frisii) — Şüaüzgəclilər yarımsinfinə, Çəkikimilər dəstəsinə aid olan növ. İki yarıpm növü vardır: Kütüm (Rutilus frisii frisii) — Qara və Azov dənizlərimdə yayılmışdır. Kütüm (Rutilus frisii kutum) — Xəzər dənizinin cənub və mərkəzi hissələrində yayılmışdır 75 sm uzunluğa və 6 kq çəkiyə qədər böyüyə bilirlər. Beli tünd, bir az yaşıl, böyürləri gümüşü, qarnı isə ağ olur. Dənizin çayların mənsəbinə yaxın ərazilərində yaşasalarda kürüləmə zamanı çaylara üz tuturlar. Yetkinliyə 4—5 yaşında, 40 sm uzunluğa sahib olarkən çatırlar Dənizdə yaşayan canlılarla, əsasən ilbiz, yengəc, krevetka və s. ilə qidalanır.
Salsola rigida
Şərq şorangəsi (lat. Salsola orientalis) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinin şorangə cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir. VU D2 Azərbaycanın nadir bitkisidir. Hündürlüyü 15-20 sm, çılpaq, qonur qabıqla ör tülmüş, tez sınan budaqları olan yarımkoldur. Yarpaqları yarımsilindrik, xətvarı, uzunluğu 15–25 mm, eni 2-2,5 mm, göyümtül, kütdür. Çiçəkləri tək olub, çiçəkaltlığı yarpaq qoltuqlarında sünbülvari çiçək qruplarında toplanmışdır. Qanadları tündal qırmızı və ya bənövşəyi rənglidir və aşağı üç qanadı daha enli, yumru, digərləri əks-yumurtavarıdır. Tozluqların çıxıntısı lansetvarıdır. May ayında çiçəkləyir və oktyabr ayında isə meyvə verir.