Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Furano
Furano (yap. 富良野市) — Yaponiyanın Hokkaydo adasında və eyni adlı prefekturanın Kamikava sabprefekturada yerləşən şəhər.
Sfumato
Sfumato (it. sfumato — tuşlanmış, hərfi mənada — tüstü kimi itən) — rəssamlıqda fiqur və əşyaları bürüyən havanı vermək üçün ümumi təsvirin yumşaldılması texnikası. Sfumato üsulu nəzəriyyədə və bədii praktikada Leonardo Da Vinçi tərəfindən yaradılıb. 2010-cu ildə alim Filip Volter və həmkarları tərəfindən sıralarında Mona Lizanın da olduğu Leonardonun bir necə rəsminin üzərində keçirilən rentgenonoloji tədqiqatının obyektlərindən biri də bu üsul olmuşdur. Rentgen şüası təsviri sənət nümunəsinin əsasını zədələmədən rənglərin laylarını tədqiq etmək imkanı verir. Məlum olmuşdur ki, Leonardo Da Vinçi cəmi bir neçə mikron qalınlığında təbəqə rəngləri vurmağa qadir idi, qatların ümumi qalınlığı 30-40 mikrometri ötmürdü. Həmçinin alimlər bildiriblər ki, kətan üzərində heç bir mazok və ya barmaq izi tapılmayıb..
Yuqado
Taya mağaraları (田谷の洞窟, Taya no dokutsu) və ya Yuqa qrotu (瑜伽洞, Yuqado) – Yaponiyanın Yokohama şəhərində yerləşən süni mağaralar şəbəkəsi. Cosen məbədinin tərkibinə daxildir. == Tarixi == Qədim dəfnetmə mağarasının ərazisində yerləşdiyi güman olunan Taya mağaralarının tarixi məbədin qurulduğu 1532-ci ildən əvvələ aiddir. Bu tunellər Kamakura dövründə (1185–1333) qazılmış və Mantra sektasına mənsub olan buddistlər tərəfindən asketik təlim yeri kimi istifadə olunmuşdur. Onlar burada meditasiya ilə məşğul olarkən divarlara müxtəlif buddist qabartma naxışları həkk etmişdirlər. Mağaraların tağlarında və qum daşı divarlarından ibarət dar keçidlərində buddist ilahları və mifoloji varlıqları, eləcə də, sanskritcə işarələrin təsvirləri yerləşir.Edo dövründə baş vermiş zəlzələ nəticəsində mağaraların tağlı tavanının bir hissəsi çökmüşdür və mağaralar uzun müddət tərk edilmiş vəziyyətdə qalmışdır. 1830-cu ildə yerli kəndlilərin çəltik zəmilərini suvarmaq üçün mağarada yerləşən bulağın suyunu çəkməyə başlamışdırlar. Bu, buddist keşişlərinin mağaralara qayıtmasına və təlimlərinə davam etmələrinə səbəb olmuşdur.1927-ci ildə mağaralar ictimaiyyətə açılmışdır. Buna baxmayaraq, keşişlər burada təlim keçməyə davam edirlər. == Xüsusiyyətlər == Mağaranın Otonaşiqava (hərf. "səssiz çay") adı ilə tanınan bulağı mürəkkəb tunel sistemi boyunca axır və bəzi divarlardan aşağı tökülür.
Fuqas
Fuqas (fr. Fougasse) - Fransa mətbəxində adətən Provans ilə bağlı bir çörək növü. İtaliyada focaccia adlanır və müxtəlif üsullarla hazırlanır.
Dieqo Luqano
Dieqo Luqano (d. 2.11.1980, Kanelones, Uruqvay) — uruvaylı futbolçu. İngiltərənin Vest Bromviç Albiyon və Uruqvay milli futbol komandasının müdafiəçisidir. == Həyatı == Futbolçu 1980-ci ilin 2 noyabrında anadan olub. == Karyerası == Dieqo da əksər cənubi amerikalılar kimi "köhnə qitə" klublarının diqqətinə San Paulodakı oyunuyla düşüb. 2006-cı ildə Fənərbaxçanın heyətinə cəlb olunub. Etibarlı müdafiə və hücumlara aktiv dəstəyiylə seçilən stoper 2011-ci ilə qədər Türkiyədə qaldı. Fənərbaxçanın qitəmiqyaslı yarışlardan kənar qalması Luqanonun Pari Sen-Jermen ilə anlaşmasına səbəb oldu. Ançelotti Dieoqoya etimad göstərmədi və futbolçu 2013-cü ilin yanvarında Malaqaya, avqustunda isə Vest Bromviçə keçdi. Uruqvay millisinin heyətində 87 matç keçirib.
Digitalis fucata
Purpur üskükotu (lat. Digitalis purpurea) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin bağayarpağıkimilər fəsiləsinin üskükotu cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == İkiillik ot bitkisidir. Yaşayışının birinci ili kökətrafı yarpaqlar, ikinci il isə hündürlüyü 1 m-ə qədər olan yarpaqlı gövdəsi və zirvədə iri çiçək salxımı daşıyan budaqcıqlar əmələ gəlir. Çətir yarpaqları uzunsov-yumurtaşəkilli və ya oval, uzun qanadabənzər saplaqdan ibarətdir. Yarpaqlarının uzunluğu 30 sm, eni isə 15 sm-ə bərabərdir. Gövdənin aşağı yarpaqlarının uzunluğu 12-20 sm yumurtaşəkilli, qanadabənzər saplaqdan ibarətdir. Orta yarpaqları qısa saplaqlı, yuxarı yarpaqları oturaq, yumurtaşəkilli və yumurtaşəkilli-neştərvaridir. Kənar yarpaqları bərabər olmayan çəpərlidir. Yuxarı yarpaqları qırışıq, tünd-yaşıl, aşağı yarpaqlarında isə damarlanma, çoxkünclü tor və üzərində çoxlu tükcükləri olan sarımtıl çiçəklərdən ibarətdir.
Fiqaro evlənir
Fiqaro evlənir (KV 527, it. Le nozze di Figaro ossia la folle giornata) — Mosartın fr. Pierre Augustin Caron de Beaumarchaisin pyesi əsnasında Lorenso da Pontenin yazmış olduğu librettoya bəstələmiş olduğu dörd pərdəli opera. Operanın ilk premyerası 1 may 1786-cı ildə Vyanada Burqteatrın səhnəsində oynanılır. == Yazılma tarixi == Mosart operanı 1785-ci ilin dekabrında Vyanadakı Domqasse mənzilində bəstələməyə başlamış, 5 ay ərzində bitirmişdir. Operanın süjeti Bomarşın pyesindən götürülmüşdür. Həmin dövrdə aristokratiynı lağa qoyan, Fransa inqilabı ilə əlaqəli bu əsər Vyanada qadağan edilmişdir. Mosartdan başqa L. Benda (1786), İ Şults, N. İzuar (1797) və başqaları da bu mövzuda opera yazmışdılar. Bu mövzuya Mosartdan 30 il sonra demək olar ki, sonuncu və daha uğurlu Coakkino Rossini müraciət edərək "Sevilya bərbəri" operasını yazmışdır. == Orkestrin tərkibi == Partitura: 2 fleyta, 2 qaboy, 2 klarnet, 2 faqot 2 valdhorn, 2 trompet Timpani (davul) Simli alətlər:Basso kontinuo: klavesin və violonçel == Personajlar == == I Pərdə == Qraf qəsrin bir dairəsi.
Yuci Suqano
Yuci Suqano (d. 14 aprel 1961) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 1 oyun keçirib.
Fuqazi (qrup)
Fuqazi 1987- ci ildə Minor Threat qrupu dağıldıqdan sonra Yan MakKey tərəfindən Vaşinqtonda yaradılmış Amerikalı post-hardkor qrupudur. Qrupun adı Makkeyin, Mark Beykerin Nam (Vyetnam veteranlarının xatirələri toplusu) kitabında rastlaşdığı jarqon abbreviaturdur (Fucked Up (bezmiş), Got Ambushed (pusquya düşmüş), Zipped In anlamına gəlir). Fuqazi funk və reqqi elementləri, müxtəlif aranjimanlar və ağır gitar riflərindən istifadə edərək sərt post-hardkor ifa edirdi. 1990-cı illərdə qrup öz müstəqil yayım şirkəti Dischord Records- da buraxdığı albomlar sayəsində böyük kütləyə səs sala bilmişdi. == Qrupun tarixi == Hardkor musiqində ilklərdən biri hesab edilən Minor Threat qrupunun dağılmasından sonra, vokalist və gitarıçı Yan MakKey (o, eyni zamanda Teen Idles, Egg Hunt və Embrace-də də ifa edridi) qərara gəldi ki, onun vəzifəsi "Stooges kimi - lakin reqqili" bir şey yaratmaqdır. . O, nağaraçı Kolin Siyersı (ing. Colin Sears ) və bas gitaraçı Co Lallini (ing. Joe Lally ) qrupa dəvət etdi və üç musiqiçi 1984-cü ilin sentyabrında məşqlərə başladı. Bir neçə ay sonra Siyers, əvvəl Rites of Spring qrupunda ifa edən, Brendan Kanti ilə əvəz olundu (ing.
Fuqa
Fuqa və ya Fuq (ing. Fugue) — bir musiqi mövzusunun ardıcıl surətdə müxtəlif səslərlə təkrarından ibarət forması.
Fuqas - zirehdələn mərmi
Fuqas - zirehdələn mərmi, plastik PM olan artilleriya mərmisi(başqa adı - zirehdələn , yastılanan). Müasir tank və tank-əleyhinə toplarda zirehdələn mərmi kimi(tankların və başqa zirehli texnikanın vurulması, müdafiə qurğularının polad konstrukasiyaların dağıdılması) və fuqas(səhra tipli müdafiə qurğularının dağıdılması) üçün istifadə olunur. [[Fuqas - zirehdələn mərmi|FZM]] M60(ABŞ), Leopard(AFR), AMX-30(Fransa) tanklarının 105-mm toplarının döyüş komplektinə, 120 mm Çiften(Böyük Britaniya), 106 mm təpkisiz M40A1(ABŞ) toplarının və başqa səhra və tank-əleyhinə artilleriya toplarının döyüş komplektinə daxildir. FZM nazik divarlı polad korpusdan, partladılan doldurmadan, aparıcı zolaqdan, dib partladıcısından və trassördan ibarətdir. 8200s/m detonasiya sürətinə malik Astrolit tipli plastik PM ilə təchiz olunub. Mərminin zirehə zərbəsi ilə onun başlıq hissəsi deformasiya olunur, plastik PM isə, "mərmi-zireh" kontakt sahəsini 1,5-2 dəfə artıraraq "axaraq yayılır". Bu vaxt dib partladıcı işə düşür və PM detonasiya olunur. Partlayış məhsullarının təzyiqi 1 kv sm zirehə onlarla tona çatır, sonra 1-2 mikrosaniyə ərzində azalaraq atmosfer təzyiqi səviyəsinə düşür. Zirehdə, 5000 s/m sürəti ilə yayılan, yastı cəbhəsi olan sıxılma dalğası yaranır. Zireh lövhənin əks tərəfinə çatdıqda, sıxılma dalğası ondan əks olunur və geriyə dartınma dalğası kimi qayıdır.
Keçecizadə Fuat Paşa
Fuad Paşa (türk. Keçecizade Mehmet Emin Fuat Paşa; 1814-1868) — XIX əsrin ikinci yarısında Türkiyənin dövlət xadimlərindən biri. Mirzə Fətəli Axundovun yeni əlifba layihəsi Türkiyədə müzakirə ediləndə, 1863-cü ildə o, əvvəlcə bu islahatı bəyənmiş, baş nazir olduqdan sonra isə M.F. Axundova kömək etməkdən boyun qaçırmışdır.
Acacia rugata
Acacia concinna (lat. Acacia concinna) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin akasiya cinsinə aid bitki növü. == Sinonimləri == Acacia concinna var. rugata (Benth.)Baker Acacia hooperiana Miq. Acacia hooperiana var. glabriuscula Miq. Acacia hooperiana var. subcuneata Miq. Acacia philippinarium Benth. Acacia poilanei Gagnep.
Le Figaro
Le Figaro (azərb. Fiqaro‎) — Parisdə nəşr olunan Fransanın gündəlik qəzetlərdən biri. Le Figaro Fransanın Le Monde və Libération qəzetləri ilə birlikdə ən qədim qəzetidir. Le-Figaro, Fransanın Le Parisien və Le Monde qəzetlərindən sonra ikinci ən böyük milli qəzetidir. Baxmayaraq ki, Ouest-Fransa kimi bəzi regional qəzetlər daha böyük dövriyyələrə malikdir. Qəzet 2004-cü ildən etibarən Dassault Group-a məxsus Le Figaro Qrupuna məxsusdur. Bu nəşrlərdən TV Magazine və Evene daxildir. == Tarixi == Le Figaro 1826-cı ildə satirik bir həftəlik qəzet olaraq təsis edilib və adını Pyer Bomarşenin 1778-ci ildə yazdığı "Fiqorunun toyu" komediyasından götürüb. Pyesin son pərdəsində Fiqaronun monoloqunda səslənən "Sans la liberté de blâmer, il n'est point d'éloge flatteur" ("tənqid etmək azadlığı olmadan, heç bir tərif olmaz") cümləsi isə qəzetin şüarı seçilmişdir. 1833-cü ildə redaktor Nestor Rokeplan, Le Figaro'dakı bir məqalə ilə təhqir olunan, lakin bərpa edilən polkovnik Qalua ilə duelə çıxdı.
Mimosa rugata
Acacia concinna (lat. Acacia concinna) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin akasiya cinsinə aid bitki növü. == Sinonimləri == Acacia concinna var. rugata (Benth.)Baker Acacia hooperiana Miq. Acacia hooperiana var. glabriuscula Miq. Acacia hooperiana var. subcuneata Miq. Acacia philippinarium Benth. Acacia poilanei Gagnep.
Emilia fugax
Emilia fugax (lat. Emilia fugax) — mürəkkəbçiçəklilər fəsiləsinin emilia cinsinə aid biki növü.
Acacia concinna var. rugata
Acacia concinna (lat. Acacia concinna) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin akasiya cinsinə aid bitki növü. == Sinonimləri == Acacia concinna var. rugata (Benth.)Baker Acacia hooperiana Miq. Acacia hooperiana var. glabriuscula Miq. Acacia hooperiana var. subcuneata Miq. Acacia philippinarium Benth. Acacia poilanei Gagnep.
Divanü Lüğat-it-Türk
Divanü Lüğat-it-Türk (ərəb. ديوان لغات الترك‎ - Türk dilləri lüğəti) — türk dünyasının ilk ensiklopedik əsəri. XI əsrdə yaşamış böyük türk alimi Mahmud Kaşğari tərəfindən Bağdadda 1072-1074-cü illər arasında yazılan türkcə-ərəbcə lüğətdir. "Divanü Lüğat-it-Türk" (DLT) həm XI əsrdə söz varlığının genişliyini, müxtəlifliyini nümayiş etdirir, həm də o dövrdə insan və cəmiyyət həyatıyla, türklərin maddi və mənəvi mədəniyyəti ilə bağlı maraqlı qeydləri özündə cəmləyir. Bu baxımdan zamanımızdan təxminən min il əvvəl yazılan DLT, Türkcənin ilk lüğəti olmaqdan kənar bir çox araşdırmaçının təslim etdiyi üzrə tarixi və mədəni müraciət qaynaqlarımızın da ilklərindəndir. Cəmiyyətlərin həyat formaları, dünyanı anlayışları o cəmiyyətin dilində də özünü göstərir. DLT, təxminən bir yüzillikdir ki, Türklük elminin başlıca araşdırma mövzularından biri olmuşdur. Bu əsər, ədəbiyyat baxımından əhəmiyyətli olduğu qədər mədəniyyət xüsusiyyətlərini əks etdirməsi baxımından da qiymətlidir.Türkcənin bizə məlum ən qədim lüğətidir, qiymətli və əhəmiyyətli topludur. Kitab ərəblərin türk dilini öyrənməsi üçün yazılmışdır. Quruluş etibarı ilə lüğətdir.
Kitabu-cəvahirin-nəhv fi luğati-t-turk
"Kitabu-cəvahirin-nəhv fi luğati-t-turk" (Türk dilinin qrammatika (sintaksis) cövhərləri kitabı) — Mahmud Kaşğarinin müəllifi olduğu əsərlərdən biri. Türk dili qrammatikası haqqında olan bu əsərin adı bizə məlum olsa da özü tapılmamışdır. Türkiyənin dilçi alimlərindən Besim Atalay "Divanü Lüğat-it-Türk"ün birinci cildində bu kitabın varlığı ilə bağlı dəlili aşağıdakı şəkildə göstərir: "Mahmud Qaşqarlının "Kitabu cəvahirin-nəhv fi luğati-t-turk" adında bir kitabı da olmuşdur. Müəllif özü "Divan"da bu haqda məlumat verir. Bununla yanaşı bu kitab hələ tapılmamışdır."UNESCO tərəfindən "Mahmud Kaşğari ili" elan olunan 2008-ci ildə Avrasiya Yazıçılar Birliyi kitabın tapılması üçün təşəbbüs göstərsə də əsər tapılmamışdır. .