Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Göycə
Göyçə mahalı — Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) ərazisində, Göyçə gölü ətrafında olan tarixi mahal. Göyçə mahalı Qərbi Azərbaycanda 1988-ci ilə qədər azərbaycanlıların kompakt yaşadığı ərazilərdən biri olmuşdur. 1747–1828-ci illərdə İrəvan xanlığının mahalı olmuşdur. == Tarixi == Mahal Göyçə gölünün sahilləri boyu geniş bir ərazini əhatə edir. Bu ərazi Rusiyaya müharibə ilə birləşdirilənə qədər İrəvan xanlığının, sonralar isə İrəvan quberniyasının tərkibində olub. Sovet hakimiyyəti illərində Ermənistan SSR rayonlaşdırılarkən Göyçə mahalı süni surətdə beş inzibati rayon arasında bölünüb: Çəmbərək rayonu, Basarkeçər rayonu, Aşağı Qaranlıq rayonu, Kəvər rayonu və Yelenovka rayonu. Geniş otlaqlara malik olan Göyçə mahalında yaşayan əhali daha çox əkinçilik, maldarlıq, arıçılıq, bağçılıq, xalçaçılıq və balıqçılıqla məşğul olmuşdur. Göyçə Azərbaycan aşıq sənətinin beşiklərindən biri hesab edilir. Bölgə Azərbaycan ədəbiyyat və mədəniyyət tarixinə Aşıq Alı, Aşıq Ələsgər, Şair Məmmədhüseyn, Aşıq Əsəd, Aşıq Qurban kimi məşhur ustad saz və söz sənətkarlarını bəxş etmişdir. Azərbaycan Xalq Cümhuriyyəti yaradıldıqda Göyçə mahalı tarixi Azərbaycan torpağı kimi onun tərkibində olub.
Gəncə
Gəncə (1935-1989: Kirovabad) ( tələffüzü) — Azərbaycan Respublikasının ikinci böyük şəhəri. Gəncə şəhəri Kiçik Qafqazın şimal-şərq tərəfində, Gəncə-Qazax düzənliyində, Gəncəçayın hər iki sahilində yerləşir. == Tarixi == === Etimologiya === Müasir ərəb tarixşünasları "Gəncə" adının ərəb dilindəki farsca kökənli xəzinə anlamlı "kənz" sözündən gəldiyini irəli sürürlər. Ərəb coğrafiyaşünası İbn Havqəl 977-ci ildə "Gəncə gözəl, varlı və qələbəlik şəhəridir. Buranın çoxsaylı əhalisi səxavətinə, mehribanlığına, elm adamlarına və mühacirlərə hörmətli münasibətlərinə görə fərqlənirlər" yazmışdır.Fərrux Əhmədov Gəncə şəhərinin adının türk mənşəli olduğunu irəli sürür və ilkin forması hesab etdiyi "Qança" sözünün ilk komponenti "qan", "kan", "kaan", "xan" sözlərini türk dillərində hakim, sərkərdə, başçı, ikinci hissəsi olan –ca şəkilçisini isə məkan, yer, yurd kimi izah edir. Beləliklə, "Gəncə", "Qanca", "Kancə" sözləri "xan yeri", "xan məkanı","xan yurdu", "xanın, xaqanın oturduğu yer" anlamını verir. Müəllif bildirir ki, XX əsrin əvvəlinə kimi "Qanja" və "Xan yurt" adları yerli əhalinin dilində Gəncənin cənub hissəsindəki dağlıq yerlərdə saxlanmışdı".Müasir İran tarixşünasları "Gəncə" adının fars dilindəki "gənc" (azərb. xəzinə‎) sözündən törədiyini iddia edir. === Gerbi === Gəncə şəhərinin gerbi 21 may 1843-cü ildə təsdiq olunmuşdur. Qalxanvari gerbin ikiyə bölünmüş yuxarıdan 1-ci qızılı sahəsində zirvəsində Nuhun gəmisini simvolizə edən Ağrı dağı təsvir olunmuşdur.
Gəncə qalası (Köhnə Gəncə)
Qədim Gəncə qalası — Qədim Gəncə şəhərini əhatə edən üç qatlı müdafiə səddləri. Şəhər ərazisi əvvəlcə daxili, daha sonra ikinci, sonradan isə üçüncü qat divarlarla əhatə edilmişdir. Qala divarlarının dəqiq inşa edilmə tarixi bilinməsə də, məlumdur ki, Gəncə Şəddadilər dövlətinin paytaxtı olarkən (971-1088) artıq şəhər qala divarı ilə əhatə edilmişdir. 1063-cü ildə isə Əbüləsvar Şavurun sifarişi ilə usta İbrahim ibn Osman tərəfindən Qədim Gəncə qalası üçün qoşa qala qapıları hazırlanmışdır. 1139-cu ildə baş vermiş Gəncə zəlzələsi zamanı qala divarlarına ciddi zədə dəysə də, onlar sonradan bərpa olunmuş və 1235-ci ildə monqollar tərəfindən dağıdılana kimi şəhəri müdafiə etmişdir. XVII əsrdə şəhər ərazisi I Şah Abbas tərəfindən köçürülənə kimi Gəncə qalası əhali ilə məskunlaşmışdır. Qala-şəhərin solsahil hissəsi daşlarla üzlənmiş qala divarları və dərin xəndəklərlə əhatə olunmuşdur. Qala divarları ilə əhatə olunmuş ərazi düzgün olmayan dördbucaqlı formasına və 600x750 m ölçüyə malikdir. Daxili qala divarları çaydaşı və əhəng məhlulu qarışığından inşa edilmişdir. Qala divarları arasındakı dərin xəndək Gəncəçayından gələn su ilə doldurulurdu.
Avtozavod (Gəncə)
Avtozavod — Azərbaycan Respublikasının Gəncə şəhərinin inzibati ərazi vahidində qəsəbə.
Bağbanlar (Gəncə)
Bağbanlar — Gəncə şəhərində yaşayış sahəsi.
Cavadxan (Gəncə)
Cavadxan — Azərbaycan Respublikasının Gəncə şəhərinin Kəpəz rayonunun inzibati ərazi vahidində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 13 dekabr 2011-ci il tarixli, 270-IVQ saylı Qərarı ilə Gəncə şəhərinin Kəpəz rayonunun Cavadxan yaşayış məntəqəsinə qəsəbə statusu verilmiş, Cavadxan qəsəbəsi mərkəz olmaqla Cavadxan qəsəbə inzibati ərazi dairəsi yaradılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir.
Göycə sultan
Göyçə Sultan (fars. گویجه سلطان‎) - İranın Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 803 nəfər yaşayır (183 ailə).
Göygöl (Gəncə)
Göygöl — Gəncə şəhər Kəpəz rayonunun Hacıkənd qəsəbə inzibati ərazi dairəsində qəsəbə.
Gökcə Pəhlivanoğlu
Gökcə Pəhlivanoğlu — Türkiyə rejissoru. Gökcə Pəhlivanoğlu 1984-cü ildə İstanbulda anadan olub. Mərmərə Universitetinin Gözəl Sənətlər fakültəsinin Sinema TV bölümünün məzunudur. Əlavə olaraq fotoqrafiya ilə məşğuldur. "Trident" (2004), "Çıma" (2004), "Zincirləmə film tamlaması" (2005) filmlərinin rejissorudur. 2003-2004-cü illərdə bir çox filmlərdə prodüser-dizayner və fotoqraf kimi çalışıb. "Trident" filmi 2004-cü ildə İstanbul Qısa Filmlər Festivalında, "Çıma" Metro Qroum Qısa Filmlər yarışmasında 4-cü mükafatı qazanıb. "Zincirləmə film tamlaması" isə Beynəlxalq İzmir Qısa Filmlər Festivalının finalçısı olmuşdur. Bundan başqa həmin film Antalya Altun Portağal Film Festivalının Qısa Film yarışmasında iştirak etmiş, Akbank Qısa Filmlər Festivalının finalçısı olmuşdur.
Gülüstan (Gəncə)
Gülüstan — Azərbaycan Respublikasının Gəncə şəhərinin inzibati ərazi vahidində qəsəbə.
Gəncə-Qazax
Gəncə-Qazax iqtisadi rayonu — Ağstafa, Daşkəsən, Gədəbəy, Goranboy, Göygöl, Qazax, Samux, Şəmkir, Tovuz inzibati rayonlarını, Gəncə və Naftalan kimi şəhərləri əhatə etməklə Azərbaycanın qərbində yerləşir. İqtisadi rayon şərqdən Aran iqtisadi rayonuyla, şimal-şərqdən Şəki-Zaqatala iqtisadi rayonuyla, şimaldan Gürcüstanın Kaxeti diyarıyla, şimal-qərbdən Gürcüstanın Aşağı Kartli (Borçalı) diyarıyla, cənubdan Kəlbəcər-Laçın iqtisadi rayonuyla, Qərbi Azərbaycanın Göyçə mahalıyla, cənubdan və qərbdən Qərbi Azərbaycanın Tavuş bölgəsiylə qonşudur. Gəncə-Qazax iqtisadi rayonunun ən inkişaf etmiş və önəmli şəhəri Gəncədir. İqtisadi rayon əlverişli iqtisadi-coğrafi mövqeyə malikdir. İqtisadi və sosial-mədəni potensialına görə, Gəncə-Qazax Abşeron iqtisadi rayonundan sonra respublikada ikinci yeri tutur. Onun ərazisinin ümumi sahəsi 12,48 min km² olmaqla ölkə ərazisinin 14,4 %-nə bərabərdir. Ərazisinin böyüklüyünə görə Aran iqtisadi rayonundan sonra 2-ci yeri tutur. Relyef xüsusiyyətlərinə qörə rayonun ərazisi 4 zonaya: maili düzənliklər, dağətəyi, orta dağlıq (dəniz səviyyəsindən 1000–2000 metr yüksəklikdə), yüksək dağlıq (dəniz səviyyəsindən 2000 m yüksəklikdə) zonalara ayrılır. Rayonun iqlim şəraiti də bu zonalara müvafiq olaraq müxtəlifdir. İqtisadi rayonun əlverişli təbii şəraiti və iqtisadi-coğrafi mövqeyi əhalinin məskunlaşmasında mühüm rol oynamışdır.
Gəncə (Göygöl)
Nizami, Gəncə (1966–2003) — Azərbaycan Respublikasının Göygöl rayonunun Zurnabad inzibati ərazi vahidində qəsəbə. Azbiokombinatın yanında salınmışdır. 1966-cı ildən Gəncə adlandırılmışdır. Qəsəbə adını yaxınlığından axan Gəncəçayın və qədim Gəncə şəhərinin adından almışdır. 2003-cu ildən qəsəbənin adı dəyişdirilərək Nizami olmuşdur.
Gəncə (dəqiqləşdirmə)
Yaşayış məntəqələri Gəncə — Azərbaycanın, 2-ci böyük şəhəri. Gəncə (Göygöl) — Azərbaycan Respublikasının Göygöl rayonunun inzibati ərazi vahidində qəsəbə. Gəncə — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Keşişkənd (Yeğeqnadzor) rayonu ərazisində kənd.Digər Gəncə Müstəqil Jurnalistika Mərkəzi — 2001-ci ilin iyul ayında Gəncədə açılmış təşkilat. Gəncə Müsəlman Milli Komitəsi — qeyri-hökumət ictimai təşkilatı. Gəncə Müəllimlər Seminariyası — Azərbaycanda müəllim kadrları hazırlayan ik seminariya (1914). Gəncədə futbol — Gəncə şəhərində futbol haqqında Gəncə şəhəri 17 nömrəli tam orta məktəb — Azərbaycan Respublikasının Gəncə şəhərində ümumi təhsil müəssisəsi.
Gəncə (tanker)
"Gəncə" — Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin tankeri. Gəncə şəhərinin adını daşıyır. == İnşası == Bu tanker “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC və “Caspian Marine Services” Alyansı tərəfindən sifariş olunan tankerlərdən biridir. == Texniki göstəriciləri == Tanker 7 min ton yükgötürmə qabiliyyətinə malikdir. Uzunluğu 140,9, eni 16,7, saya oturumu isə 4,2 metr olan bu tanker Volqa-Don-Maks tipli, yəni, dayaz sularda üzməklə maksimum yükgötürmə qabiliyyətinə malikdir. Bu tanker ən müasir avadanlıqla təchiz olunub. == Fəaliyyət istiqaməti == “Gəncə” tankerinin texniki göstəriciləri onun gələcəkdə Xəzər hövzəsində dayaz limanlara daxil olmasına, eyni zamanda, Volqa-Don, Volqa-Balt kanallarında üzməsinə imkan yaradır. == İstismara verilməsi == "Gəncə" tankerinin istismara verilməsi mərasimində 18 noyabr 2016-cı ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də iştirak etmişdir.
Gəncə (Əsədabad)
Gəncə (fars. گنجه‎) - İranın Həmədan ostanının Əsədabad şəhristanının Pir Səlman bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 128 nəfər yaşayır (47 ailə).
Gəncə Darvazaları
Gəncə qapıları — XI əsrin ortalarında Şəddadi hökmdarı Əbüləsvar Şavurun göstərişi ilə 1063-cü ildə Usta İbrahim Osmanoğlu tərəfindən hazırlanmışdır. 1139-cu ildə Gəncə zəlzələsi zamanı şəhərə qarət məqsədi ilə hücum etmiş gürcülər tərəfindən Gürcüstana aparılmış və hazırda bir tayı Gelati monastırında saxlanılır. == Tarixi == IX-XI əsrlərdə Azərbaycan ərazisinə slavyanların, erməni-gürcü və onları himayə edən Bizans qüvvələrinin, XI əsrdə alanların (1032-1033, 1062) qarətçi yürüşlərinin intensiv xarakter alması həmin dövrdə Şəddadilər dövlətinin paytaxtı olan Gəncənin hərbi qüdrətinin və şəhərin müdafiəsinin gücləndirilməsini tarixi bir zərurətə çevirmişdir. 1063-cü ildə Şəddadi hökmdarı Əbüləsvar Şavurun göstərişi ilə Gəncəyə dəmirçi İbrahim Osmanoğlu tərəfindən qala qapıları hazırlanmışdır. Qalanın ətrafı su ilə doldurulmuş dərin xəndəklərlə əhatə olunmuşdur. Gəncə "İçəri şəhər", "Narınqala", "Bayır şəhər", "Şəhristan" və sənətkarlar məhəlləsi – "Rabad"-dan ibarət idi. Belə bölgü Şərqdə orta əsr şəhərləri üçün səciyyəvi hal idi. Gəncə qalası, yaxud iç qala üçün düzəldilmiş dəmir darvazanın üzəri döymə üsulu ilə naxış və ornamentlərlə bəzədilmişdir. Kufi xətti ilə işlənilmiş kitabədə darvazanın Şavurun əmri ilə hazırlanması, ustanın adı, düzəldilmə tarixi qeyd olunmuşdur. 1139-cu ildə Gəncə zəlzələsi zamanı şəhərə qarət məqsədi ilə hücum etmiş gürcü çarı I Demetre tərəfindən Gürcüstana Gelati monastırına aparılmışdır.
Gəncə Divanxanası
Gəncə Divanxanası — Qəmbər və Hüseynbəy qardaşları tərəfindən XIX əsrdə tikilmişdir. Hazırda bu binada Gəncə Səhmdar Kommersiya Bankı yerləşir.
Gəncə Mall
Gəncə Mall — Gəncə şəhərində, Heydər Əliyev prospekti ilə Həsən Əliyev küçəsinin kəsişməsində yerləşən çoxmərtəbəli ticarət və istirahət mərkəzi. == Haqqında == Heydər Əliyev prospekti ilə Həsən Əliyev küçəsinin kəsişməsində yerləşən "Gəncə Mall"un inşasına 2014-cü ilin avqust ayında başlanılıb və 2017-ci ilin oktyabr ayında tikinti işləri başa çatdırılıb.Bu ticarət kompleksinin ümumi sahəsi 26 min 293 kvadratmetr, ticarət sahəsi isə 11 min kvadratmetrdir.Səkkiz mərtəbədən ibarət mərkəzin binasının dörd mərtəbəsi zirzəmi səviyyəsindədir. Zirzəmilərin 1-ci, 2-ci və 3-cü mərtəbələrində 411 avtomobil tutumlu yeraltı dayanacaq yaradılıb. Bundan başqa, burada supermarket də fəaliyyət göstərir. Ticarət kompleksində şəhər sakinlərinə və qonaqlara bir çox xidmətlərin göstərilməsi nəzərdə tutulur. Burada elektron məhsulları, məişət avadanlıqları, mebel, parfümeriya və ev aksesuarları mağazaları var. "Gəncə Mall"da, həmçinin ayaqqabı, geyim, uşaq geyimləri, idman malları mağazaları fəaliyyət göstərir və alıcılara dünyanın tanınmış brendlərinin məhsulları təqdim olunur.Burada aptek, kitab mağazası, müxtəlif restoranlar və kinoteatr da yerləşir.
Gəncə Qalası
Gəncə qalası — Gəncə şəhərinin tarixi mərkəzində yerləşən XVI əsrə aid tarix-memarlıq abidəsi. Qala 1588-ci ildə Osmanlılar tərəfindən ələ keçirilmiş Qədim Gəncə qalasına nəzarət edəcək hərbi qüvvələrin yerləşdirilməsi üçün Fərhad Paşanın göstərişi ilə inşa edilmişdir. Sonradan I Şah Abbas və Cavad xanın hakimiyyəti dövründə qala genişləndirilmiş və möhkəmləndirilmişdir. I Şah Abbasın göstərişi ilə Gəncə şəhərinin mərkəzinin Qədim Gəncə qalasından Gəncə qalasının forştadtına köçürülməsindən sonra Gəncə qalası şəhərin mərkəzində yerləşən əsas kompleks olmuşdur. Qalanın sitadelində Gəncə xan sarayı yerləşmişdir. 1804-cü ildə bir aydan artıq davam edən mühasirə və qanlı döyüşdən sonra Gəncə qalası Çar Rusiyası tərəfindən ələ keçirilir. Bundan dərhal sonra daxili qalanın özəyini təşkil edən Xan sarayı talan edilərək dağıdılır. Dövrümüzə Gəncə qalasının yalnız hissələri çatdığından, onun memarlıq xüsusiyyətləri əsasən tarixi xəritə və planlar, həmçinin qravür və fotoşəkillər əsasında öyrənilmişdir. Qalanın 1797-ci ilə aid planından görünür ki, şəhər böyük bir əraziyə malik idi və onun ərazisinin böyük bir hissəsini bağlar tuturdu. Şəhər ərazisi qala və forştadta bölünürdü.
Gəncə terrorları
Gəncə bombalanmaları və ya Gəncəyə raket hücumları — 2020-ci ilin oktyabr ayında Azərbaycanın Gəncə şəhərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən 5 dəfə ayrı-ayrı zamanlarda bombalanması. Bombalanmalar 2020-ci il Qarabağ döyüşləri dövründə baş vermişdir. İlk hücum 4 oktyabrda baş vermiş və 1 mülki şəxsin Əliyev Tunar Qoşqar oğlunun Şəhid olması, 30-dan çox mülki şəxsin yaralanması ilə nəticələnmişdir. Bu raket hücumu müharibənin getdiyi Dağlıq Qarabağ bölgəsindən kənara edilən ilk ciddi hücum idi. İkinci raket hücumu isə 5 oktyabrda baş vermişdir. Hücum nəticəsində 3 mülki şəxs yaralanıb. Üçüncü raket hücumu oktybarın 8-də baş vermişdir. Həlak olan və yaralanan olmamışdır. Dördüncü raket hücumu isə 11 oktyabrda baş vermiş və nəticədə 10 mülki şəxs Şəhid olmuş və 40-dan çox insan yaralanmışdır. Bu hücum imzalanan atəşkəsdən bir gün sonra baş vermiş və atəşkəsin pozulması ilə nəticələnmişdir.
Gəncə tramvayı
Gəncə tramvayı — Gəncə şəhərində mövud olmuş tramvay xətti. Gəncədə tramvay ilk dəfə 1933-cü ildə istifadəyə verilmişdir. Tramvay xətti üç maşrutdan ibarət olmuşdur. Reylslər arasında məsafə 1524 mm idi. Tramvay xətti 1976-ci ildə ləğv edilmişdir. Yaxın gələcəkdə Gəncədə tramvay xəttinin yenidən bərpası aktualdır. 2013-cü ildə fransız NEWTL şirkəti ilə bu məsələdə razılığa gəlinmişdir.
Gəncə trolleybusu
Gəncə trolleybusu — Gəncədə elektrikli ictimai nəqliyyat növü. Trolleybuslar 8 marşrut üzrə hərəkət edirdilər. İlk dəfə 1 may 1955-ci ildə istifadəyə verilişdir. Gəncə trolleybus xəttinin uzunluğu 112.9 km-dir. Trolleybus 2004-cü ildə ləğv edilmişdir. Pakrda istifadə onunan trolleybus markaları: МТB-82, ZİU-5, ZİU-9, Şkoda-9tr, Şkoda-14tr.
Gəncə vilayəti
Gəncə vilayəti — Azərbaycan SSR-də 1952—1953 illər arasında mövcud olmuş inzibati-ərazi. İnzibati mərkəzi Kirovabad şəhəri idi. Gəncə vilayəti 3 aprel 1952-ci ildə, Bakı vilayəti ilə eyni vaxtda təşkil edilmişdi. Bu vilayət Azərbaycan SSR ərazisinin şimal-qərb hissəsini əhatə edirdi və 28 rayona — Ağdam, Ağdaş, Ağcabədi, Ağstafa, Bərdə, Balakən, Dəstəfur, Gədəbəy, Göyçay, Xaldan, Xanlar, Kəlbəcər, Qax, Qazax, Qasım İsmayılov, Qutqaşen, Mirbəşir, Nuxa, Samux, Səfərəliyev, Şamxor, Şaumyan, Tovuz, Ucar, Vartaşen, Yevlax, Zaqatala və Zərdab rayonlarına bölünürdü. Vilayətin İcraiyyə komitəsinin sədri Sadıq Rəhimov, K(b)P vilayət komitəsinin sədri İmam Mustafayev idi. Gəncə vilayəti yaradıldıqdan 1 il sonra, 23 aprel 1953-cü ildə ləğv edilmişdir.
Gəncə xalçaları
Gəncə xalçaları — Gəncə xalçaçılıq məktəbinin Gəncə qrupuna daxil olan xovlu Azərbaycan xalçalarıdır. Xalçalar adını Gəncə şəhərinin adından almışdır. Gəncə xalçaları Gəncə xalçaçılıq məktəbinin yüksək keyfiyyətli xalçalar kateqoriyasına aiddir. == Tarixi == X–XI əsrlərdə Gəncədə istehsal edilən məhsullar içərisində yun parçalar, geyim və ipək xalçalar geniş yayılmışdır. Gəncədə istər yun, istərsə də parça istehsalı kimi ipək mallar istehsalı da o dərəcədə inkişaf etmişdi ki, monqolların, daha sonra isə qıpçaq qoşunlarının hücumları zaman şəhər əhalisi qiymətli parçalar müqabilində özlərini xilas edə bilmişdilər. Gəncənin mühüm ticarət və sənətkarlıq mərkəzi olduğunu təsdiq edən Zəkəriyyə əl-Qəzvini (XIII əsr) özünün "Əsar əl-biləd və əxbər əl-ibad" əsərində Gəncə ipəyinin öz gözəlliyinə görə başqa ölkələrindən üstün olduğunu yazır. O bu əsərində V iqlimə aid etdiyi Arran şəhərləri arasında Gəncəyə xüsusi yer verərək burada ipəyin keyfiyyəti haqqında belə yazır: "Şəhər əhalisi barama qurdlarının bəslənməsi və ipək istehsalı ilə məşğuldur. Gəncə ipəyi öz gözəlliyinə görə başqa ölkələrdəkindən üstündür. Şəhərin özündə bir arx var, ona tərəf iki yolla düşürlər-biri Bab əl-Məqbərə, digəri isə Bab əl-Bərdə adı ilə tanınır. Əhali Bab əl-Məqbərə yanındakı su ilə ipəyi yuduqda, onun qiyməti Bab əl-Bərdə yanında yuyulmuş ipəyin qiymətindən yuxarı qalxır.
Gəncə xanlığı
Gəncə xanlığı — XVIII əsrin ortalarında, paytaxtı Gəncə şəhəri olmaqla yaranan Azərbaycan xanlıqlarından biri. Gəncə xanlığı Murovdağ silsiləsindən Kür çayınadək olan torpaqlar, Qarabağ, İrəvan xanlıqları, Qazax və Şəmşəddil sultanlıqları, Gürcüstanla həmsərhəd idi. Xanlığın mərkəzi Gəncə şəhəri idi. == Yaranması == 1736-cı il Suqovuşan qurultayında Nadirin şah elan edilməsinə qarşı çıxdıqları üçün Nadir şah onları sürgünə yollamışdı. Sürgün edilən Ziyadoğlular Nadirin öldürülməsindən sonra vətənə qayıdıb dövlət yaratmağa imkan,şərait tapdılar.Gəncə xanlığının banisi Qacar tayfasının yerli nəslinin nümayəndəsi II Şahverdi xan Ziyadoğlu olmuşdur.O,Nadir şahın Gəncədəki qarnizonunu darmadağın etməkdə yardımçı olan Kartli-Kaxetiya hakimi II İrakli 5 köpük pul verməyi öhdəsinə götürmüşdür. Şahverdi xanın oğlu Məhəmmədhəsən xan (1760–1780) bu pulu verməkdən imtina edərək Kartli-Kaxetiyadan asılılğa son qoymuşdu.Qardaşını öldürərək hakimiyyətə gələn Məhəmməd xan da bu siyasəti davam etdirmişdir. == İkikahimiyyətlilik dövrü == 1780-cı ildə Kartli-Kaxetiya hakimi II İraklinin və Qarabağ xanı İbrahimxəlil xanın birləşmiş qoşunları Gəncəni tutdu. Hakimiyyətə yeni gələn Məhəmməd xan kor edilərək Şuşa qalasına salındı.Bundan sonra Gəncə xanlığını qaliblərin eyni vaxtda təyin etdikləri iki nümayəndə idarə edirdi. İkihakimiyyətliliyin bütün ağırlığı xalqın üzərinə düşürdü. == Müstəqillik uğrunda mübarizə == 1778-ci ildə saray çəkişmələrinin qurbanı olan Gəncə xanlığının hakimi Məhəmmədhəsən xanı ona sui-qəsd edən qardaşı Məhəmməd xan əvəz etdi.Onun hakimiyyəti dövründə Gəncə xanlığı xeyli zəiflədi.Vəziyyətin belə olmasından istifadə edən II İrakli Gəncəni zəbt etmək fikrinə düşdü.Lakin o,tələsməyib bu işdə Azərbaycanda böyük nüfuza malik olan və tez-tez ittifaqa girdiyi qarabağlı İbrahimxəlil xandan istifadə etməyi qərara aldı.Zəngin Gəncə şəhərində çoxdan gözü olan İbrahimxəlil xan tərəddüd etmədən II İraklinin təklifıni qəbul etdi.Beləliklə, 1780-ci ildə İrakli və İbrahim xanın qoşunları Gəncə qalasını mühasirəyə aldılar.Ciddi müqavimət göstərə bilməyən Gəncə qarnizonu təslim oldu.Qaliblər Gəncə xanlığını birlikdə idarə etməyi qərarlaşdırıb,öz nümayəndələrini Gəncə şəhərində yerləşdirdilər.
Abbas Göyçə
Abbas Göyçə (türk. Abbas Gökçe; 1927, Qars, Qars ili – 20 dekabr 2014, Qars, Qars ili) — İstanbul Türkiyə-Azərbaycan Dərnəyinin Ağsaqqallar Şurasının sədri == Həyatı == Abbas Göyçə 1927-ci ildə Qarsın Arpaçay ilçəsinin Meydancıq kəndində anadan olub. Ayvazoğlu Hacının nəvəsi və Qars tacirlərindən olan Əthəm Göyçənin oğludur. Bunlar əslən Qərbi Azərbaycanın Göyçə mahalının Kəvər rayonunun Abbasgölü kəndindəndirlər. Abbas Göyçə orta və lisey təhsilini Qarsda, ali təhsilini Ankara Universitetinin hüquq fakültəsində almış, 1954-cü ildə universiteti bitirmişdir. 1954–1959-cu illərdə hüquqşünas kimi çalışmışdır. 1959–1965-ci illərdə Erçis və Onyedə məhkəmə hakimi, 1965-ci ildən Daniştayda yardımçı və baş yardımçı vəzifələri tutmuş, 1981-ci ildə Qarsdan millət vəkili seçilmişdir. Türkiyə Böyük Millət Məclisində Anayasa komissiyasının üzvü olmuşdur. Hüquq nəzəriyyəsinə dair bir sıra elmi əsərlərin müəllifidir. Türkiyə ictimaiyyəti Abbas Göyçəni həm də ünlü şair kimi tanıyır.20 dekabr 2014-cü ildə Türkiyədə müalicə olunduğu özəl xəstəxanada 87 yaşında vəfat etmişdir.
Alçalı (Göyçə)
Aşağı Alçalı, Ardzvanist (erm. Արծվանիստ) — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Qaranlıq (Martuni) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 18 km şimal-şərqdə, Göyçə gölündən 2 km aralıda, Alçalı çayının yanında yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim fərqləndirici əlamət bildirən aşağı sözü ilə məasubluq bildirən -lı şəkilçisi qəbul etmiş alça bitki adı əsasında əmlə gəlmişdir. Fitotoponimdir. Quruluşca mürəkkəb toponiındir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 27.IX.1968-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Ardzvanist qoyulmuşdur. == Əhalisi == XIX əsrin 20-cı illərinə qədər burada azərbaycanlılar yaşamışdır. Türkmənçay müqaviləsindən sonra, 1829-30-cu illərdəTürkiyənin Alaşkerd bölgəsindən köçürülən ermənilər burada yerləşdirilmişdir.
Ağbulaq (Göyçə)
Ağbulaq — Göyçə mahalında kənd. (Çəmbərək rayonundan Göyçə mahalına aid olan cəmi 5 kənddən biri) == Tarixi == Hər yurdun-yuvanın, hər elin-obanın özünəməxsus keyfiyyətləri olduğu kimi Ağbulaq kəndinin də öz dünyası, öz aləmi olmuşdur. Ümumi cəhətləri ilə Göyçə qüdrəti, Göyçə əzmini özündə cəmləşdirən bu kənd bir çox məziyyətləri ilə seçilmişdir. Şahdağ silsiləsi əgər doqquz mərtəbəli binanı xatırladırsa Ağbulağı onun üçüncü mərtəbəsinə sığınmış əziz balasına bənzətmək olar. Ağbulaqdan Göyçə gölünə baxanda elə bil amfiteatrdan səhnəyə baxırsan. Göyçə gölündən o taya baxanda il boyu qarı əriməyən Ağmanqal, Təpəsidəlik, Çənlibel, İldırımötürən dağları göz önündə canlanır. Qonşu Şorca və Ardanış kəndlərinin örüşündə olan Adatəpə (bu dağa Koroğlu da deyirlər) elə bil Ağbulağın sol çiynindən qalxıb buludlara baş çəkir. Adatəpə ilə Ağbulaq arasında "Xanlıq" adında yurd yeri var. İrəvan xanı Hüseynəli xan burada arı saxlatdırar və özü yay aylarında dincəlməyə çıxarmış. Ağbulağın axşamı düşəndə günəş şiş uclu Ələyəz dağının arxasına çəkilib, sanki Anadoluda axşamlardı.
Ağdağ (Göyçə)
Ağdağ — İrəvan xanlığının Göyçə mahalında, indi Kəvər (Kamo) rayonunda dağ. == Toponimkası == Oronim qədim Azərbaycan dilində "uca, hündür" mənasını bildirən ağ sözü ilə "düzənlikdən ətəkləri, yamacları və zirvəsi ilə seçilən, dik vəziyyətdə ucalmış, 500 m-dən artıq olan yüksəklik" mənasında işlənən dağ sözünün birləşməsindən əmələ gəlmişdir. Quruluşca mürəkkəb oronimdir. Adı dəyişdirilib Apitakasar qoyulmuşdur.
Ağkilsə (Göyçə)
Ağkilsə — Göyçə mahalında kənd. 1728-ci ilin məlumatına görə Ağkilsə kəndi Irəvаn хаnlığına daxil idi. Kənd rаyоn mərkəzi Bаsаrkеçərdən 16 km. məsаfədə yеrləşir. 3 yаnvаr 1975-ci ildə kəndin adı Azad qoyulmuşdur. == Tarixi == Ağkilsə kəndinin yaranma tarixi XVI əsrin əvvəlinə (1610) təsadüf edir. Kəndin bünövrəsi Cənubi Arərbaycanın Ərdəbil və Sulduz əyalətlərindən Göyçə mahalına gələn Məşədi Xavərlilər tayfasından olan dörd qardaşlar tərəfindən salınmışdır. Qardaşlar Göyçə mahalının ozan (aşıq) məktəbinin banilərindən biri olan Aşıq Ələsgərin təmsil etdiyi Alməmmədlilər tayfasının sakinləri ilə xala oğludurlar. Məşədi Xavərlilər Cənubi Azərbaycan xanları ilə aralarında olan uzun müddətli çəkişmələrə tab gətirə bilmədiklərinə görə, Göyçə mahalına gələrək, indiki Ağkilsə kəndində III-V əsrlərdə yaşamış albanların tarixindən bəhs edən Ağkilsəni özlərinə yaşayış yeri seçərək orda məskunlaşıb yaşamışlar. Kəndin ilk adının Ağkilsə adlandırılması da oradan yaranmışdır.
Ağqala (Göyçə)
Ağqala — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indiki Kəvər (Kamo) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 12 km şimal-şərqdə, Göyçə gölünün sahilində yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim rəng bildirən «ağ» sözü ilə «qala» sözünün birləşməsindən əmələ gəlmişdir. Kənd adını kəndin ərazisindəki albanlara məxsus ağ rəngli qaladan götürmüşdür. Mürəkkəb quruluşlu toponimdir. Ermənistanın prezidentinin 19.IV.1991-ci il tarixli fərmanı ilə kəndin adı dəyişdirilib Berdkunk (Qala yeri) qoyulmuşdur. == Əhalisi == Kənddə 1831-ci ildə 39 nəfər, 1873 - cü ildə 192, 1886-cı ildə 253 nəfər, 1897-ci ildə 331, 1904 - cü ildə 424, 1914 - cü ildə 507, 1916-cı ildə 520 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar, ermənilər tərəfindən qırğınlarla qovulmuşlar. Azərbaycanlılar kənddən qovulandan sonra buraya Türkiyədən köçürülən ermənilər yerləşdirilmişdir.
Ağyoxuş (Göyçə)
Ağyoxuş, Zariver — Göyçə mahalında kənd. == Tarixi == 1922-ci ildə rusların dəstəyi ilə tarixi torpaqlarımızda Ermənistan SSR yaradıldıqdan sonra erməni daşnaqlarının əl-qolu açılıb. Türkiyədən, Suriyadan gətirilən ermənilər məqsədli şəkildə, yavaş-yavaş Göyçənin azərbaycanlılar yaşayan kəndlərində yerləşdirilməyə başlanıb. Subatan kəndi dağ ətəyində, heyvandarlıq və əkinçilik üçün əlverişli bir yerdə yerləşdiyindən ermənilər buradakı yerli əhalini müxtəlif bəhanələrlə köçürmək istəyiblər. Subatana yaxın yerləşən dağlarda kifayət qədər Subatan (Göyçə) kəndinin yaxınlığında yerləşən dağlarda içməli su ehtiyatı kifayət qədər olmasına baxmayaraq, vəzifədə olan ermənilər bu problemi aradan qaldırmaq istəməyiblər. Kəndə borular vasitəsilə su çəkmək əvəzinə, əhalini köçürməklə həmin yerləri ələ keçirməyə cəhd ediblər.Ermənilər həmin vaxt qismən istəklərinə nail olublar. Belə ki, Subatandan 3-4 tayfa 1936-37-ci illərdə Göyçənin “Ağyoxuş” deyilən ərazisinə köçürülür. Ev tikilir və Subatandan gələnlər burada məskunlaşırlar. Elə kəndin adı da ərazinin adına uyğun olaraq adlandırılır. Bura Subatandan Alcanlılar, Məşədi Qasımlılar, Mayıllılar tayfasından xeyli adam köçür.
Ağzıbir (Göyçə)
Ağzıbir — Göyçə mahalının Kəvər rayonunda kənd. == Tarixi == Ağzıbir İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Kəvər (Kamo) rayonunda kənd. Rayon mərkəzindən 15 km şimal-şərqdə, Göyçə gölünün sahilində yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim "tək bir çıxacağı olan yer" "kiçik dağ yolu" mənasında işlənən ağzıbir sözü əsasında formalaşmışdır. Kənd adını yerləşdiyi əraziyə görə almışdır. Toponimin yaranması Göyçə gölünə yalnız quru ilə çıxışı (ağzı) olan yarımada ilə bağlıdır. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 7 dеkаbr 1945-ci il tarixli fərmanı ilə kəndin adı dəyişdirilib Lçap ("Аcаp") qoyulmuşdur. == Əhalisi == Kənddə 1831-ci ildə 108 nəfər, 1873-cü ildə 380 nəfər, 1886-cı ildə 557 nəfər, 1897-ci ildə 696, 1904-cü ildə 755, 1914-cü ildə 1068, 1916-cı ildə 917 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə Kəndin əhalisi ermənilər tərəfindən qırğınlarla qovulmuşdur.
Babacan (Göyçə)
Babacan — Göyçə mahalında kənd. == Tarixi == İrəvаn qubеrniyаsının Nоvоbаyаzid qəzаsındа kənd аdı. Tаm аdı Bаbаcаn dərəsi. 1728-ci ilə аid mənbədə Qırхbulаq nаhiyəsində kənd аdı kimi qеyd оlunub. Kənd Bаbаcаn dərəsində yаrаnmışdır. Dərə mülkədаr Bаbаcаnа аid оlmuşdur. Babacan kəndi XVII əsrin əvvəlində (1715) yaradılmışdır. Qədim Babacan əhalisi taun və ya hansısa epdemiya ilə əlaqədar kəndi tərk edərək təxminən Kür qırağına bir ehtimala görə Sabirabad rayonunu ərazisinə köçüblər. Ehtimala görə epidemiyadan xilas olmaq üçün belə bir əraziyə köçmə zərurəti olub. İllər Sonra Kənd növbəti dəfə Şişqaya kəndinən 2-3 ailənin (yeznə qayın olan bu ailələr töstü və şəbəndə nəsillərindən olublar) köçməsi ilə yenidən yaşayış məskəninə çevrilib.
Başkənd (Göyçə)
Başkənd — İrəvan quberniyasının Yeni Bəyazid qəzasında, indi Kəvər (Kamo) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 12 km cənub-qərbdə, Kəvər çayının yanında yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Kəndin ilk adı Göyçə Başkəndi olmuşdur. Yəni Göyçə mahalında yerləşən Başkənd. Sonradan Göyçə sözü atılmış, kənd Başkənd adlandırılmışdır. Toponim Azərbaycan dilində «böyük», «əsas», «yuxarı» mənasında işlənən baş sözü ilə kənd sözünün birləşməsindən əmələ gəlmişdir. Relyeflə bağlı yaranan mürəkkəb quruluşlu toponimdir. Erm. SSR AS RH-nin 4.IV.1946-cı il fərmanı ilə kəndin adı dəyişdirilib Qeğarkuni qoyulmuşdur.
Cil (Göyçə)
Jil — Sevan mahalında Çəmbərək rayonunda (Çəmbərək rayonundan Sevan mahalına aid olan cəmi 5 kənddən biri) == Tarixi == Krasnoselo rayonunu Vardenis rayonundan ayıran birinci kənd. Tarixi mənbələrə görə XII əsrdə bina edilmişdir. Jil – İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indiki Çəmbərək (Krasnoselo) rayonunda kənd. Rayon mərkəzindən 28 km cənub-şərqdə, Sevan gölünün sahilində yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. F.Kırzıoğlu Cilkəndi formasında qeyd qeyd edir. İndiki Çəmbərək rayonu yaradılana qədər (31.XII.1937) Vardenis rayonunun tərkibində olmuşdur. Tarixi mənbələrdə kəndin XII əsrdə salındığı göstərilir. "Cil" toponimi Azərbaycan dilində "torpağın üstünü basan süpürgəvari ot" mənasında işlənən cil sözü əsasında əmələ gəlmişdir. Bu söz Qazax dialektində "otun bir növü", Naxçıvan dialektində "ağacın kökü" mənasında işlənir.
DAŞKƏND GÖYÇƏ
Daşkənd — Qərbi Azərbaycanın Göyçə mahalında kənd. == Tarixi == Daşkənd indiki Ermənistan ərazisindəki Göyçə mahalının Şərq hissəsində yerləşmiş, qədim tarixə malik bir kənddir. Daşkənd sözünün mənası "sıldırım qayalıq və sal daşlardan ibarət yer" deməkdir. Kəndin bir hissəsi dağlıq, çaylarla əhatə olunan düzənlik göy yamaclardan ibarətdir. Daşkənd kəndi XIV əsrin sonunda, (1387-1388) yaranmışdır. Daşkənd kəndinin sakini 130 yaş ömür sürmüş Hacı Məmməd kişinin dediyinə görə kəndin himi Gəncə bölgəsindən gələn Hacı Hüseyn adlı dövlətli kişi və qohumları tərəfindən salınmışdır. Hacı Hüseyn kəndin himini salarkən həmin yerin münbit torpağının maldarlıq üçün əhəmiyyətli, bol sulu bulaqlarla əhatə olunduğuna görə yaşayış yeri seçmişdir. Kəndin ərazisi Qazax mahalının otaraq və yaylaq yerləri olmuşdur. Kənd Aşağı Şorca, Yuxarı Şorca, Qoşabulaq, Qayabaşı, Sarıyaqub kəndləri ilə əhatə olunmuşdur. İnzibati cəhətdən Basarkeçər (indiki Vardenis) rayonunun azərbaycanlı kəndlərindən ərazicə və əhalinin sayına görə ən böyüyü olmuşdur.
Daşkənd (Göyçə)
Daşkənd — Qərbi Azərbaycanın Göyçə mahalında kənd. == Tarixi == Daşkənd indiki Ermənistan ərazisindəki Göyçə mahalının Şərq hissəsində yerləşmiş, qədim tarixə malik bir kənddir. Daşkənd sözünün mənası "sıldırım qayalıq və sal daşlardan ibarət yer" deməkdir. Kəndin bir hissəsi dağlıq, çaylarla əhatə olunan düzənlik göy yamaclardan ibarətdir. Daşkənd kəndi XIV əsrin sonunda, (1387-1388) yaranmışdır. Daşkənd kəndinin sakini 130 yaş ömür sürmüş Hacı Məmməd kişinin dediyinə görə kəndin himi Gəncə bölgəsindən gələn Hacı Hüseyn adlı dövlətli kişi və qohumları tərəfindən salınmışdır. Hacı Hüseyn kəndin himini salarkən həmin yerin münbit torpağının maldarlıq üçün əhəmiyyətli, bol sulu bulaqlarla əhatə olunduğuna görə yaşayış yeri seçmişdir. Kəndin ərazisi Qazax mahalının otaraq və yaylaq yerləri olmuşdur. Kənd Aşağı Şorca, Yuxarı Şorca, Qoşabulaq, Qayabaşı, Sarıyaqub kəndləri ilə əhatə olunmuşdur. İnzibati cəhətdən Basarkeçər (indiki Vardenis) rayonunun azərbaycanlı kəndlərindən ərazicə və əhalinin sayına görə ən böyüyü olmuşdur.
Dəlikdaş (Göyçə)
Dəlikdaş — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Qaranlıq (Martuni) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 9 km məsəfədə, Dəlikdaş çayının yanında, Göyçə gölünün sahilində yerləşir. "İrəvan əyalətinin icmal dəftəri"ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir.1728-ci ilə aid mənbədə Göyçə nahiyəsində kənd kimi qeyd olunur == Toponimi == Toponim "dərin, dar çuxur", "mağara" mənalarında işlənən dəlik sözü ilə Azərbaycan dilində "dağ, qaya" mənasında işlənən daş sözünün birləşməsindən əmələ gəlmişdir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir. Kəndin adı 1920-ci ildə dəyişdirilib Tsaxkar (Dəlikdaş) qoyulmuşdur. 1728-ci ilə aid mənbədə İrəvan əyalətinin Göycə nahiyyəsində Dəlik Taş kimidir Həmin mənbədə Dəlik Taş adlı digər kəndin İrəvan əyalətinin Qırxbulaq nahiyəsində yerləşdiyi göstərilir. Yaxındakı "Dəlikdaş" qayalı dağın adındandır. == Əhalisi == 1948-ci ildə əhalisi Azərbaycana köçürülmüşdür.
Gökçə Bahadır
Gökçə Bahadır (doğum 9 noyabr 1981, İstanbul, Türkiyə) — Türkiyə aktrisası. Akademiya İstanbul Radyo Televizyon hissəsindən məzun olub. Müjdat Gezen İncəsənət Mərkəzinde aktrisalıq dərsi alıb. Universitetdən məzun olduqdan sonra Best TV-də VJ-lik, sonra isə Show TVdə Siqnal verilişinin aparıcılığını etdi. "Tatlı Hayat", "Beşik Kertmesi", "Mühürlü Güller" kimi məşuur seriallarda rol alıb.Hayat Bilgisi serialinda Törpü rolunu canlandırıb. Gökçe Bahadır Yaprak Dökümü serialinda Leyla rolunu canlandırmışdır.14 sentyabr 2012-ci ilde Kayıp Şehir adli serialda Aysel rolunu canlandırmısdır. Star tvdə yayımlanan Aramızda qalsın tele-serialında Yadigar rolunu canlandırmıştır. == Şəxsi həyatı == Əli Sunal ilə bir neçə ay evli qalmışdır. Cütlük 23 fevral 2012 tarixində boşanmışdır.
Gölkənd (Göyçə)
Gölkənd — İrəvan quberniyasının Yeni Bəyazid qəzasında, indiki Qaranlıq (Martuni) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 8 km məsafədə, Göyçə gölünün sahilində yerləşir. "İrəvan əyalətinin icmal dəftəri"ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Sonradan Gölkənd oykonimindəki kənd coğrafi nomeni ixtisar edilərək, erməni mənbələrində Göl formasında qeyd edilmişdir. == Toponimi == Toponim Azərbaycan dilində "dənizlə bilavasitə əlaqəsi olmayan təbii su hövzəsi" mənasında işlənən göl sözü ilə kənd sözünün birləşməsindən əmələ gəlmişdir. Hidrotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Kəndin adı erməni dilinə kalka edilərək Liçk (Göl) qoyulmuşdur. == Əhalisi == Kənddə tarixən azərbaycanlılar yaşamışdır. 1828-ci il Türkmənçay müqaviləsindən sonra Türkiyədən köçürülən ermənilər kənddə yerləşdirilmiş və azərbaycanlılar sıxışdırılmışdır.
Göyçə gölü
Göyçə gölü və ya Sevan gölü — XX əsrin sonlarına qədər ətrafında əsasən azərbaycanlıların məskunlaşdığı, Cənubi Qafqazda ən iri şirin sulu göl. Qərbi Azərbaycanda (İndiki Ermənistan ərazisi) başlıca gölləri, qərbdə Göyçə gölü və şərqdə indiki Azərbaycan Respublikasının ərazisindəki Kəpəz dağının ətəyində yerləşən Göygöldür. Gölün şimal-qərbində mövcud olmuş ada suyun enməsi nəticəsində yarımadaya çevrilmişdir (Göyçə yarımadası). Göyçə gölü dəniz səviyyəsindən 1926 m yüksəklikdə və sönmüş vulkanlar əhatəsində olub səthi 1400 km2-dir. Göyçə gölü alabalıqları (forel balığı) ilə məşhurdur.