Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Gözyaşı sümüyü
Berna Gözbaşı
Berna Gözbaşı — Türk sənayeçi və idman meneceri. O, Kayseridə qurulan döşək istehsalçısı kimi fəaliyyət göstərən BRN Mattressin qurucusudur. Berna Gözbaşı sahibkarlıq və ixrac sahəsində bir çox mükafatlara layiq görülüb. 2019-cu ildə Kayserispor Futbol Klubunun prezidenti seçildi və Super Liqada ilk qadın idman klubu prezidenti oldu. == Bioqrafiyası == Berna Gözbaşı 1974-cü ildə Türkiyənin Çanaqqala vilayətinin Gelibolu şəhərində kiçik zabit ailəsində anadan olub. İzmirdə Dokuz Eylül Universitetində biznes idarəçiliyi fakültəsində təhsil alıb və 1996-cı ildə məzun olub. Onun iki qızı var. == Biznes karyerası == Gözbaşı peşəkar karyerasına Kayseridə yerləşən sink-qurğuşun metal sənayesi olan "Çinkır"da ixrac meneceri kimi başlayıb. 2001-2006-cı illər arasında o, Yaxın Şərq, Şərqi Afrika və Qərbi Afrikada ixrac biznesinə girən bir çox kiçik və orta müəssisəyə kömək etmişdir. 2006-cı ildə döşəklər və çarpayılar istehsalı üçün BRN Bed şirkətini qurdu.
Gölyazı
Gölyazı (türk. Gölyazı) — Türkiyə şəhəri. Uluabat gölünün kiçik bir yarımadasında yerləşən bu şəhərin təməli E.ə. 600-cü ildə qoyulub. Şəhər Bursa bölgəsinin ən qədim yaşayış məntəqələrindən biri hesab olunur. Şəhərin əsası yunanlar tərəfindən qoyulsada, ərazidə Roma dövrünün tikililərinədə rast gəlinir..Hər il şəhərdə Aist festivalı keçirilir. Qədim zamanlarda şəhərin ilkin adı Apolloniatis olmuş, Gölyazı adının mənası isə balıqçı deməkdir. == Tarixi == Gölyazı şəhəri ehtimal olunur ki, Milet şəhərinin koloniyası kimi salınıb. Şəhərdə sikkə kəsilirdi. 450-ci ildən sikkələrdə lövbər şəkili təsvir olunmağa başladı.
Gölbaşı (Susuz)
Gölbaşı — Qars ilinin Susuz ilçəsinin Mərkəz bucağında kənd. == Tarixi == == Coğrafiyası == Kənd Qars ilinin inzibati mərkəzi Qars şəhərindən 42 km, Susuz ilçəsinin inzibati mərkəzi Susuz qəsəbəsindən 22 km uzaqlıqda yerləşir. == Əhalisi == 31 dekabr 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən kənddə 361 nəfər daimi əhali yaşayır. === Milli tərkibi === 1886-cı ilə olan məlumata əsasən Rusiya İmperiyasının Qars vilayətinin Qars şöbəsinin Berdıq kənd cəmiyyətinin Gölbaşı kəndində 68 nəfər əhali yaşayırdı və onların hamısını etnik kürdlər təşkil edirdi.
Gölbaşı dağı
Gölbaşı dağı – Babək rayonu ərazisində dağ (hünd. 1254,2 m). Naxçıvan dağarası çökəkliyinin şimal-şərq kənarında zirvə. Nəhəcir kəndindən 1,5 km-dək cənub-qərbdədir. Alt Miosenin Qafqaz regiomərtəbəsinə aid Vayxır lay dəstəsinin vulkanogen-çökmə süxurlarından təşkil olunmuş kəsik konus formalı yüksəklikdir. Tektonik cəhətdən Naxçıvan qoyulma çökəkliyinin şimal-şərq cinahında müşahidə edilən Sirab sinklinalının şimal-şərq qanadında yerləşir. Zirvə hissəsindən submeridional istiqamətli, şimal-şərq yamacından isə şimal-qərbə uzanan fay-yerdəyişmələri keçir.
Bozyazı
Bozyazı (türk. Bozyazı) — Mersin ilinin ilçəsi.
Qoçbaşı
Qoçbaşı - ümumilikdə bir neçə insan tərəfindən daşınan; vuraraq qapı qırmağa, aralamağa ya da divar dağıtmaq üçün istifadə edilən silah.. Keçmişdə düşmən atəşindən qorunmaq üçün daxmaya oxşayan taxta sığınacaqların içərisində daşınabilən versiyaları da mövcud olmuş qurğudur. Hal-hazırda əksəriyyəti metaldan düzəldilmiş qoçbaşları mühafizə və yanğınsöndürmə xidmətləri tərəfindən aktiv şəkildə istifadə edilir. == Etimologiyası == Keçmişdə qoçbaşları ağac gövdələrindən düzəldilirdi və hədəfə vurulan ucları ümumilikdə qoç başları şəklində düzəldilirdi. Qədim müharibələrdə qalaların divarlarını dəlmək üçün bir tərəfinə qoyun başı kimi dəmir taxılmış tirdən ibarət hərb alətidir. Gecə-gündüz divarları qoçbaşı adlanan alətlərlə dağıdırdılar.
Qoyas
Qoyas (port. Goiás) — Ştat Braziliyanın Mərkəz-qərb regionuna daxildir. Ştat Tokantins, Matu-Qrosu, Matu-Qrosu-du-Sul, Baiya və Minas-Jerays ilə sərhədə malikdir. 2010-cu il məlumatına görə Qoyas ərazisində 6 003 788 nəfər yaşayır. Ərazisi 340 103 km² təşkil edir. Ştatın inzibati mərkəzi Qoyaniya şəhəridirQoyaniya aqlomerasiyasında ümumilikdə 2 mln insan yaşayır == Coğrafiya == Ərazisi savannadır. Şimal-şərqində Şapada-dus-Veadeyrus Milli Parkı yerləşir. Ərazisindən Tokantins, Paranaiba çayı və Parana çayı axır. Apanpolis şəhərində Braziliya HHQ aid baza yerləşir. == Tarixi == 1727-ci ildə Bartolomeu Bueno da Silvera bölgədə qızıl aşkarlaylr.
Soğan bozbaşı
Bozbaş və ya Bozartma - Azərbaycanın milli yeməyi. Azərbaycan mətbəxinin şah yeməklərindən sayılan bozbaş sözü heç də bəzilərinin düşündüyü kimi "boz" və "baş" sözlərindən yaranmayıb. Qədimdə bütün yeməklərə "aş" deyilirdi. Əslində "bozbaş" sözü == Tərkibi == 1 nəfərlik 150 qr qoyun əti, 15 qr ərinmiş yağ, 30 qr noxud, 100 qr kartof, yarım baş soğan, 15 qr tomat püre, quru nanə və tam üçün duz, istiot == Hazırlanma qaydası == Bozbaş üçün qoyun ətindən 50 – 60 qr – lıq 2 – 3 tikə ət götürülür. Noxud arıtlanıb 3 – 4 saat ərzində soyuq suda isladılır. Ət və noxud qazana qoyulub üstünə soyuq su tökülür və bişirilir. Kəfi alınır. Xörəyin hazır olmasına bir az qalmış içinə doğranmış baş soğan, soyulub doğranmış kartof və yağda qızardılmış tomat – püre qatılaraq bişirilir. Süfrəyə verilən zaman bozbaşın üstünə quru nanə səpilir. "Aşpaz" sözü də əslində "aşpəz" sözündən meydana gəlib.
Aleksandropol qəzası
== Kəndləri ==
Alitus qəzası
Alitus qəzası — Litvanın 10 qəzasından biri. == Ərazisi == Alitus qəzasının ərazisi 5 425 km2-dır.
Arazbar qəzası
Arazbar — Səfəvilər dövründə qəza, Osmanlıların müvəqqəti istilası zamanı sancaq. Arazbar dəqiq sərhədləri olan tarixi bölgədir. Araz çayının hər iki yaxası boyunca uzanan bu bölgə quzeydə Xudafərindən başlayıb Beyləqanda bitir. Güneydə isə tarixi Qərbi Dizmar mahalından başlayıb tarixi Ultan qalası ərazisində tamamlanırdı. Quzey Arazbara Qarabağ Arazbarı, güney Arazbara Qaradağ Arazbarı deyilirdi. == Mənası == Arazbar toponimi "Araz" və "bar" sözlərinin birləşməsindən yaranmışdır. Araz adının kifayət qədər yozumu olduğundan bu məqalədə geniş bəhsə lüzum görmürük. Arazbar yer adının ikinci komponenti "bar" sözünü açıqlamaq üçün lüğət və araşdırıcılara müraciət edək. Ünlü bilgin Ələkbər Dehxuda "Lüğətmə" əsərində yazır ki, "bar" sözü "sahil", "kənar" anlamında olub, Arazbar – Arazkənarı yurd deməkdir. XIX əsrə bağlı qaynaq və ədəbiyyatlarda göstərilir ki, "bar", "var" sözləri Azərbaycan dilində "oba yeri", "hər hansı bir icmanın yurdu" mənalarını ifadə edir.
Avtomobil qəzası
Avtomobil qəzası — bir quru yolu nəqliyyat vasitəsinin digər bir, piyadaya, heyvana ya da hər hansı bir əşyaya dəyməsidir. Avtomobil qəzaları nəticəsində yaralanma, maddi zərər və ölüm meydana gələ bilər. Avtomobil qəzaslarının baş verməsinə başda sürücü, avtomobil və yol olmaqla bir çox şey səbəb olur Quru yolunda ölümlü bir avtomobil qəzası ilk dəfə 31 Avqust 1896 günü baş vermişdir. İrlandiyalı səma cisimləri alimi Mary Ward, qohumunun buxarlı avtomobilindən düşmüş və avtomobil tərəfindən əzilərək vəfat etmişdir.
Axalsıx qəzası
Axalsıx qəzası (rus. Ахалцихский уезд, gürc. ახალციხის მაზრა, Axaltsixis mazra) — Rusiya imperiyası (Tiflis quberniyası tərkibində), Gürcüstan Demokratik Respublikası və Zaqafqaziya Sosialist Federativ Sovet Respublikası (Gürcüstan Sovet Sosialist Respublikası tərkibində) dövründə mövcud olmuş inzibati-ərazi vahidi. == Əhalisi == 1832-ci ilin kameral təsvirinə əsasən Axısqa paşalığının Rusiya İmperiyasına birləşdirilmiş qismində yaşayan kişi cinsindən 17.463 nəfər olan əhalinin 12.036 nəfərini ermənilər, 3.644 nəfərini azərbaycanlılar, 1.021 nəfərini gürcülər, 762 nəfərini isə yəhudilər təşkil edirdi.
Axaltsixe qəzası
Axalsıx qəzası (rus. Ахалцихский уезд, gürc. ახალციხის მაზრა, Axaltsixis mazra) — Rusiya imperiyası (Tiflis quberniyası tərkibində), Gürcüstan Demokratik Respublikası və Zaqafqaziya Sosialist Federativ Sovet Respublikası (Gürcüstan Sovet Sosialist Respublikası tərkibində) dövründə mövcud olmuş inzibati-ərazi vahidi. == Əhalisi == 1832-ci ilin kameral təsvirinə əsasən Axısqa paşalığının Rusiya İmperiyasına birləşdirilmiş qismində yaşayan kişi cinsindən 17.463 nəfər olan əhalinin 12.036 nəfərini ermənilər, 3.644 nəfərini azərbaycanlılar, 1.021 nəfərini gürcülər, 762 nəfərini isə yəhudilər təşkil edirdi.
Ağdam qəzası
Ağdam qəzası — Azərbaycan SSR tərkibində 1923–1929-cu illərdə mövcud olmuş inzibati-ərazi vahidi. == Tarixi == 1923-cü ildə Dağlıq Qarabağ Muxtar Vilayətinin təşkili ilə əlaqədar Şuşa qəzası ləğv olunmuş və əvəzində Ağdam qəzası təşkil edilmişdir1923-cü ilin avqust ayının 1-də Mərkəzi İcraiyyə Komitəsinin Rəyasət Heyətində Piricanın Kürdüstan qəzasının, Ağdam şəhərinin Ağdam qəzasının mərkəzi hesab edilməsi və Cəbrayıl qəzasının mərkəzinin Qaryagindən Cəbrayıla keçirilməsi haqqında Rəyasət Heyətinə tövsiyə verildi. Avqustun 6-da Azərbaycan MİK-nin Rəyasət Heyəti Ağdam mərkəz olmaqla Ağdam qəzasının, Cəbrayıl mərkəz olmaqla Cəbrayıl qəzasının və Pirican mərkəz olmaqla Kürdüstan qəzalarının inzibati-ərazi bölgüsünü təsdiq etdi.Sovet dövründə Ağdam Qəza İcraiyyə Komitəsi yarandı. Ağdam və Cəbrayıl qəzalarının ərazisində isə Ağdam (1,1 min km²), Bərdə (1,0 min.kv.km.), Ağcabədi (1,8 min. km².), Tərtər (0, 4 min.kv.km.), Cəbrayıl (1,0 min.kv.km.) rayonları yaradıldı.
Ağdaş qəzası
Ərəş qəzası — Yelizavetpol quberniyasında inzibati vahid. 1873-cü ildə yaradılmışdı. Ərazisi 2308,10 kv.verst idi. Qafqaz təqviminin (1917) məlumatına görə qəzada 99400 nəfər əhali yaşayırdı; onların 53144 nəfəri (53,46%) kişi, 46256 nəfəri (46,54%) qadın idi. Qəza idarə sistemi fəaliyyət göstərirdi. Əhali, əsasən, kənd təsərrüfatında çalışırdı. Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti 1918-ci il avqustun 26-da Ərəş qəzasının Ağdaş yaşayış məntəqəsinə şəhər statusu vermiş, daxili işlər nazirinə şəhərin ərazisi və burada tətbiq ediləcək özünüidarənin forması haqqında xüsusi məruzə təqdim olunmasını tapşırmışdı. Azərbaycan hökumətibin 10 dekabr 1919-cu il tarixli qərarı ilə Ərəş qəzası Ağdaş qəzası adlandırılmışdı. Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra qəzanın adının necə işlədilməsində fikir aydınlığı olmamışdır. Azərbaycan Mərkəzi Statistika İdarəsi tərəfindən 1922-ci ildə nəşr olunan Azərbaycanın yaşayış məskənlərinin siyahısında qəzanın adı Ağdaş (keçmiş Ərəş), 1921-ci il kənd təsərrüfatı siyahıya almasının 15-ci buraxılışında isə, sadəcə olaraq, "Ərəş" kimi verilmişdir.
Bakı qəzası
Bakı qəzası (rus. Бакинский уезд) — Rusiya imperiyası (Kaspi vilayəti, Şamaxı və Bakı quberniyaları tərkibində), Azərbaycan Demokratik Respublikası və Zaqafqaziya Sosialist Federativ Sovet Respublikası (Azərbaycan Sovet Sosialist Respublikası tərkibində) tərkibində mövcud olmuş inzibati–ərazi vahidi. İnzibati mərkəzi Bakı şəhəri idi. == Haqqında == Rusiya imperiyası Bakı xanlığını işğal etdikdən (1806) sonra xanlıq üsuli-idarəsini ləğv edib, onu əyalətə çevirmişdi. 1840-cı il 19 aprel inzibati islahatı nəticəsində inzibati cəhətdən Xəzər vilayətinə daxil olan Bakı qəzası yaradıldı. Çar I Nikolayın 1846-cı il 14 dekabr tarixli fərmanı ilə Şamaxı quberniyası yaradıldıqda Bakı qəzası həmin quberniyanın tərkibinə verildi. 1859-cu il Şamaxı zəlzələsindən sonra quberniya mərkəzinin Bakıya köçürülməsilə eyni adlı quberniyanın qəzası oldu. 1888-ci il 10 may tarixli qərara əsasən Bakı qəzası Balaxanı-Sabunçu, Maştağa və Saray məntəqələrinə bölündü. 1906-cı il 28 oktyabr tarixli fərmana görə Bakı və onun ətrafındakı fabrik-mədən rayonları əsasında Bakı qradonaçalnikliyi (Bakı şəhər rəisliyi) təşkil edildikdə qəzanın tərkibində ancaq kənd icmaları qaldı. Bakıda sovet hakimiyyəti qurulduqdan sonra S.Şaumyanın daşnak-bolşevik rejimi qəzalarda, o cümlədən Bakı qəzasında da möhkəmlənməyə can atırdı.
Bedra qəzası
Bədrə qəzası (ərəbcə: قضاء بدرة) — İraq Respublikasının Vasit mühafazasında inzibati ərazi vahidi. Qəzanın inzibati mərkəzi Bədrə şəhəridir. == Ərazisi == 2009-cu ilə olan rəsmi məlumata əsasən qəza 3.650 km² ərazini əhatə edir. == İnzibati-ərazi bölgüsü == İnzibati cəhətdən üç nahiyyəyə (ərəbcə: ناحية) bölünür: Bədrənahiyyəsi (ərəbcə: ناحية بدرة), Сasuən nahiyyəsi (ərəbcə: ناحية جصان) və Zəhəb nahiyyəsi (ərəbcə: ناحية الذهب). == Əhalisi == 2003-cü ilə olan rəsmi təxminə əsasən qəza əhalisi 20.601 nəfər idi. Eyni təxminlərə görə bütün Vasit mühafazasında 913.386 nəfər əhali yaşamışdır. Və bu rəqəmlər nəzərə alındıqda məlum olur ki, Bədrə qəzasında yaşayan əhali bütün mühafazada yaşayan əhalinin 2,26%-ni təşkil edirdi. === Etnik tərkibi === Qəza əhalisi əsasən türkmanlar olsa da burada həm də az sayda ərəblər və kürdlər da məskunlaşıblar. Türkmanlar qəzanın inzibati mərkəzi Bədrə şəhərində yaşayırlar və şəhərdə əhalinin əksəriyyətini təşkil edirlər. Qəzadakı türkmanların əksəriyyəti Karakol tayfasına (ərəbcə: عشيرة ألبو كراغول) mənsubdur.
Beşbarmaq qayası
Beşbarmaq qayası Şahdağ-Beşbarmaq örtük kompleksinin kənar cənub-şərq fraqmenti (klipi) olub sahəsi 0,1 kv.km-dir. Ondan 700 m cənub-şərqdə yerləşən daha kiçik qalıq qaya əsas qayanın parçası olaraq klipin davamı kimi görünür. Qaya üst yura əhəngdaşılarından ibarətdir və alloxton olaraq alt təbaşir “vəhşi” flişinin argillitləri üzərində yerləşir. Azərbaycanın ən böyük pirlərindən biri olan Beşbarmaq qayası həm də Xızr-Zində (Xızr peyğəmbərin adı ilə) dağı kimi tanınır və xalq inancına görə, insanlar burada günahlarını yuyur və ruhi rahatlıq tapırlar. Qayanın zirvəsinə milyonlarla ziyarətçinin ayaq izlərindən cilalanıb hamarlanmış əhəngdaşıları pillələri qalxır, zirvəyanı hissədə isə birbaşa kiçik meydançaya çıxan deşik vardır və buradan Xəzər dənizinə gözəl panoram açılır, uzaqda isə (60 km cənub-şərqdə) Sumqayıt şəhərinin cizgiləri görünür.
Blək qayası
Blək qayası — Şaq qayalıqlarından 10 mil (16 km) cənubda, Cənubi Georgiya adasından 105 mil (169 km) şimal-qərbdə yerləşir. Qaya Avrora adalarından biri hesab edilir. Argentina Blək qaya və Şaq qayalıqları, o cümlədən çox adalara iddia edir. 1982 ildə Folklend müharibəsi zamanı Argentina Cənubi Georgiya və bir sıra adaları işğal etsə də, sonradan bölgədən çəkilməli olmuşdur. Qara qaya inzibati cəhətdən Cənubi Georgiya və Cənubi Sandviç adaları ərazisinə daxildir. Qaya Cənubi Antil silsiləsinin su səthinə çıxdığı yerdə yerləşir.
Borçalı qəzası
Borçalı qəzası (rus. Борчалинский уезд, gürc. ბორჩალოს მაზრა borçalos mazra) — Rusiya imperiyası, Xüsusi Cənubi Qafqaz Komitəsi, Zaqafqaziya Komissarlığı, Zaqafqaziya Demokratik Federativ Respublikası, Gürcüstan Demokratik Respublikası və Zaqafqaziya Sosialist Federativ Sovet Respublikası (Gürcüstan Sovet Sosialist Respublikası tərkibində) dövründə inzibati-ərazi vahidi. 1880-ci ildə Tiflis quberniyasının Tiflis qəzasının ərazisində təşkil edilmişdir. == Tarixi == 1747-ci ildə Nadir şah Əfşarın sui-qəsdlə öldürülməsi nəticəsində yaranmış yarımmüstəqil feodal dövlətlərdən biri də Borçalı sultanlığı (1747-1801) idi. Yarandığı zaman Qazax və Şəmşəddil sultanlıqları kimi Borçalı sultanlığı da Gəncə xanlığının tərkibinə daxil oldu. Bu zaman Gəncə hakimi Şahverdi xan Ziyadoğlu-Qacar (1747-1756) idi. 1752-ci ildə Şəki hakimi Hacı Çələbi xan Borçalı, Qazax və Şəmşəddil sultanlıqları və Gəncə xanlığını özündən asılı vəziyyətə saldı. 1755-ci ildə Hacı Çələbi xanın ölməsi ilə təkrar Gəncə xanlığının tabeçiliyinə keçən Borçalı sultanlığı Məhəmmədhəsən xan Ziyadoğlu-Qacarın (1756-1778) hakimiyyəti zamanı Gəncə xanlığının tərkibində qalmışdır. Məhəmmədhəsən xan Ziyadoğlu-Qacarın ölümü ilə Borçalı, Qazax və Şəmşəddil sultanlıqları Kartli-Kaxeti çarı II İrakli tərəfindən işğal olundu.
Bozaşi yarımadası
Bozaşı yarımadası (qaz. Бозащы) — Xəzər dənizinin şimal-şərq sahilində Qazaxıstana aid yarımada. Hündürlüyü -5,-25 m, ən hündür yeri isə 61 m təşkil edir. Mangistau yarımadasından şimalda yerləşir. Xəzər dənizinin səviyəsinin tərəddüd etdiyindən ərazisi müvafiq olaraq azalıb-çoxalır. 1980-1990-cı illərdə səviyənin enməsi ilə ərazi böyüyürdü. Yarımadanın şimalı əsasən şoranlıqlarla zəngindir. == Faydalı qazıntıları == Ərazidə əsas faydalı qazıntılar Neft və Qazdır. Bölgədə neft sənayesinin inşafı ilə əlaqədar Hava limanı fəaliyyət göstərir. Əsasən neft avadanlıqları daşınır.
Bozaşı yarımadası
Bozaşı yarımadası (qaz. Бозащы) — Xəzər dənizinin şimal-şərq sahilində Qazaxıstana aid yarımada. Hündürlüyü -5,-25 m, ən hündür yeri isə 61 m təşkil edir. Mangistau yarımadasından şimalda yerləşir. Xəzər dənizinin səviyəsinin tərəddüd etdiyindən ərazisi müvafiq olaraq azalıb-çoxalır. 1980-1990-cı illərdə səviyənin enməsi ilə ərazi böyüyürdü. Yarımadanın şimalı əsasən şoranlıqlarla zəngindir. == Faydalı qazıntıları == Ərazidə əsas faydalı qazıntılar Neft və Qazdır. Bölgədə neft sənayesinin inşafı ilə əlaqədar Hava limanı fəaliyyət göstərir. Əsasən neft avadanlıqları daşınır.
Bıstrov qayası
Bıstrov qayası — Antarktida, Kraliça Mod Torpağı, Voltat dağ massivində yerləşən qaya. Koordinatları: 71°47′ c. e. 12°34′ ş. u.. İlk dəfə Sovet Antarktika ekspedisiyası zamanı 1961-ci ildə xəritəyə salınmışdır. Qaya rus paleontoloqu Aleksey Petroviç Bıstrovun şərəfinə adlandırılmışdır. Bu ad 23 noyabr 1966 ildə Beynəlxalq komisiya tərəfindən təstiqlənmişdir.