QOZA

сущ.
1. шишка. Şam qozası сосновая шишка, küknar qozası еловая шишка
2. коробочка. Pambıq qozası хлопковая коробочка
3. диал. горелка (головка керосиновой лампы); palıd qozası жёлудь
QOZ-QOZ
QOZABƏNZƏR
OBASTAN VİKİ
Qoza (film, 1995)
Qoza — 1995-ci ildə rejissor və ssenarist Nuri Bilgə Ceylanın çəkdiyi Türkiyə filmi. Koza filmi rejissorun debüt filmidi. 20 dəqiqəlik film “Kann festivalı”nın da qısa filmləri arasında nominant olub. Nuri ilk filmdəcə tərzi ilə diqqətləri cəmlədi. Kamera səssiz olduğundan, səs filmə sonradan əlavə olunub. Filmdə əsas rolları Nurinin ata və anası ifa edib. Film simvolikalarla zəngindi. Bir növ insan düşüncəsi ilə uyğunlaşdırılıb. Bunun nəticəsi olaraq ilk baxışdan qarmaqarışıq bir film yaranıb. Nuri Bilge Ceylan'ın resmi sitesinde Koza Arxivləşdirilib 2009-02-25 at the Wayback Machine.
Qozaburunlu acılıq
Qozadaşıyanlar
İynəyarpaqlılar (lat. Pinopsida) — çılpaqtoxumlular şöbəsinə aid bitki sinfi.
Qozağacı
Qozağacı — Azərbaycan Respublikasının Siyəzən rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli, 611 saylı Qərarı ilə Siyəzən rayonunun Yenikənd kənd Sovetinin Qozağacı kəndi Məşrif kənd Sovetinin tərkibinə verilmişdir. Kəndin adı onun ərazisində qoz ağaclarının çoxluğu ilə əlaqədar meydana gəlmişdir. Kənd dağətəyi düzən­likdə yerləşir. Əhalisinin sayı 400 nəfərdir. Azərbaycan Respublikası Prezidentinin 2 fevral 2018-ci il tarixli Sərəncamı ilə Siyəzən rayonu Qozağacı kənd 56 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması üçün 262 000 manat vəsait ayrılmışdır.
Qədim qozalı metasekvoya
Qozaburunlu acılıqotu
Qozaburunlu acılıqotu (lat. Ephedra strobilacea) — bitkilər aləminin qnetokimilər şöbəsinin gnetopsida sinfinin acılıqotukimilər dəstəsinin acılıqotukimilər fəsiləsinin acılıqotu cinsinə aid bitki növü. İranda, Orta Asiyada geniş yayılmışdır. Qumlu səhralara uyğunlaşmış İran-Turan növüdür. Hündürlüyü 2 m-ə qədər olan, bozqabıqlı, budaqların diametri 4 mm, boz-yaşıl, hamar və ya zəif çıxıntılı, düzdayanan koldur. Yarpaqları 2-3 ədəddir, yarısı və ya 1/3 hissəsi bitişikdir. Erkəkcik sünbüllərinin uzunluğu 5 mm-ə qədər olan başcıq çiçək qrupuna yığılmışdır, erkəkcik sütuncuğu çiçəkaltlıqlarının üzərinə az çıxır, erkəkcikləri 5-6 ədəddir. Yumurtacıq sünbülləri başcıq çiçək qrupuna yığılmışdır; çiçəkaltlıqları cüt və ya üç hissəli, 5-6 ədəd çiçək köbələrində yerləşmiş, sərbəstdir, kənarları enli, dişiciklidir; çiçəkləri 2-3 ədəddir, borucuğunun uzunluğu 33 mm-ə qədərdir. Qozagiləmeyvələrin uzunluğu 6-7 mm, çiçəkaltlığı qabıqların ucları əyilmişdir. Toxumları tünd-boz və ya yaşımtıl, uzunluğu 5-6 mm, oval və ya elipsvarıdır.

Digər lüğətlərdə