Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Gülalı Qəhrəmanov
Almanın günahı
Almanın günahı qısametrajlı sənədli filmi rejissor İdris Heydərov tərəfindən 2014-cü ildə çəkilmişdir. İzmediada istehsal edilmişdir. Film Almaniyada baş verən siyasi hadisələri araşdırır. == Məzmun == Avropanın mərkəzində 40 min nümayişçi amansızlıqla dağıdılıb. Polis heç kimə rəhm etmir: nə qocalara, nə qadınlara, nə də uşaqlara... Min nəfərdən çox fəal həbs edilib, bloqqerlərə, jurnalistlərə qarşı cinayət işi açılıb, hətta parlamentin deputatları da təqib olunurlar. Söz, toplaşmaq azadlığının pozulması... Eynulla Fətullayevə müsahibə verən alman hüquq müdafiəçiləri təsdiq edirlər ki, liberal Almaniya amansız avtoritarizmə qayıdır. Film Almaniyada baş verən siyasi hadisələri araşdırır.
Almanın günahı (film, 2014)
Almanın günahı qısametrajlı sənədli filmi rejissor İdris Heydərov tərəfindən 2014-cü ildə çəkilmişdir. İzmediada istehsal edilmişdir. Film Almaniyada baş verən siyasi hadisələri araşdırır. == Məzmun == Avropanın mərkəzində 40 min nümayişçi amansızlıqla dağıdılıb. Polis heç kimə rəhm etmir: nə qocalara, nə qadınlara, nə də uşaqlara... Min nəfərdən çox fəal həbs edilib, bloqqerlərə, jurnalistlərə qarşı cinayət işi açılıb, hətta parlamentin deputatları da təqib olunurlar. Söz, toplaşmaq azadlığının pozulması... Eynulla Fətullayevə müsahibə verən alman hüquq müdafiəçiləri təsdiq edirlər ki, liberal Almaniya amansız avtoritarizmə qayıdır. Film Almaniyada baş verən siyasi hadisələri araşdırır.
Qubalı
Qubalı — Azərbaycan Respublikasının Hacıqabul rayonunun İkinci Udullu kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == == Toponimikası == Pirsaat çayının sahilində, Ləngəbiz silsiləsinin ətəyindədir. Oykonim Quba etnotoponimindən va -lı mənsubluq, aidlik bildirən şək.-dən ibarətdir. Yasayış məntəqəsini Qubadan köçüb gələn ailələr salmışlar. Keçmişdə Qubalıkənd, Ağabəyli, həm da Qubalı Bəşirbəy (yaxud Bəşirbayli) də adlanmışdır. Ağabəy vo Bəşirbəy Quba əyalətindən köçürülmüş 15 ailənin sahibləri idi. Onlar 1862-ci ildə Qaragöz adll yerdə oturaqlaşmışdılar. == Əhalisi == 1919-cu il tarixində ermənilər tərəfindən 217 evlik Qubalı kəndində 250 kişi, 150 qadın, 135 uşaq öldürülmüşdür. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 475 nəfər əhali yaşayır.
Qulalı
Qulalı (Şəmşəddin)
Cenk Tunalı
Cenk Tunalı (türk. Cenk Tunalı) — Türkiyə aktyoru. == Həyatı == Cenk Tunalı 9 sentyabr 1978-ci ildə İstanbulda dünyaya gəlib. 1996-cı ildə Cağaloğlu Anadolu Liseyindən, 2000-ci ildə İstanbul Dövlət Konservatoriyasının Teatr bölümündən məzun olub. Bir müddət Haldun Dormənə assistentlik edib. 2000-ci ildə Haldun Dormənin dəstəyi ilə "Teatr Qılçıq" qrupunu qurub. 4 il bu qrupda dramaturqluq, aktyorluq və rejissorluq edib. İstanbul Dövlət Teatrında bir çox tamaşada rol alıb. Bundan başqa müxtəlif filmlərə, teleseriallara çəkilib. Uzun müddət səhnələrdə bir aktyorun komediya tamaşaları şousunu qurub.
Qulalı (Qəzvin)
Qulalı (Qəzvin) (fars. قلالو‎) iranın Qəzvin ostanının Qəzvin şəhristanının Aşağı Tarım bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 203 nəfər yaşayır (70 ailə).
Qulalı (Şəmşəddin)
Qulalı və ya Aygedzor — Şəmşəddin rayonunda kənd. Erməni silahlı bölmələri bu kənddə yerləşən mövqelərindən daimi olaraq Tovuz rayonunun həmin istiqamətdə yerləşən Azərbaycan mövqelərini atəşə tuturlar.
Çöl Qubalı
Çöl Qubalı — Azərbaycan Respublikasının Kürdəmir rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Çöl Qubalı oyk. Kürdəmir r-nunun Ərəbqubalı i.ə.v.-də kənd. Şirvan düzündədir. Toponimin birinci komponenti keçmişdə burada mövcud olmuş İçəri Qubalı kənd adının birinci komponentinin qarşılığıdır və "kənar" mənasındadır. Toponimin ikinci komponenti isə, mütəxəssislərin fikrincə, ərəbkufəli etnoniminin təhrif olunmuş formasıdır. Ərəb işğalları dövründə (VII əsr) İraqın Kufə mahalından köçürülmüş tayfalardan biri olan ərəb-kufəlilər bu ərazidə məskunlaşmışdılar. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1027 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Ərəb Qubalı
Ərəbqubalı — Azərbaycan Respublikasının Kürdəmir rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Tarixi abidələri == Kənd ərazisində yerin altında yerləşən Şəhərgah adı verilən tarixi məkan var. == Toponimikası == Ərəb Qubalı oyk. Kürdəmir r-nunun eyniadlı i.ə.v.-də kənd. Şirvan düzündədir. Tədqiqatçıların fikrincə, oykonim Ərəbkufeli adından təhrifdir. Mənşəcə VIII əsrdə İraqın Kufə mahalından Azərbaycana köçürülmüş ərəb ailələrinin bir hissəsi burada ərəbkufəli (Kufədən çıxmış ərəblər) adı ilə adlanmışdır. Yaşayış məntəqəsi bu ailələrin məskunlaşması nəticəsində yarandığı üçün belə adlanır. == Əhalisi == 2009-cu ilin siyahıya alınmasına əsasən kəndə 1412 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Adnalı
Adnalı (Şamaxı) — Azərbaycanın Şamaxı rayonunda kənd. Adnalı (Cəlilabad) — Azərbaycanın Cəlilabad rayonunda kənd.
Aynalı
Aynalı və Ağlyanlı — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Talin rayonunda kənd. Aynalı (Susuz) — Qars ilinin Susuz ilçəsinin Mərkəz bucağında kənd. Aynalı (Xudafərin) — İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd.
Canalı
Canalı — Azərbaycan Respublikasının Qazax rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Gəncə-Qazax düzənliyindədir. Əsl adı Canəlilidir. Toponim Azərbaycan dilinin ahəng qanuna əsasən Canallı formasına düşmüşdür. XIX əsrin ortalarına aid mənbələrdə canəlili qazax tayfalarından biri kimi qeyd olunmuşdur. Kənd canəlili (yaxud canalılı) tayfasının məskunlaşması nəticəsində yaranmışdır. == Toponimikası == Canallı oyk, sadə. Qazax r-nunun Əzizbəyli i.ə.v.-də kənd. Gəncə-Qazax düzənliyindədir. Qazax tayfalarından biri olan canalıların adını daşıyır.
Danalı
Danalı (Əcəbşir)
Gavalı
Gavalı (lat. Prunus) — gülçiçəyikimilər fəsiləsinin prunoideae yarımfəsiləsinə aid bitki cinsi. Dəfnəgilənar (lat. Laurocerasus Duham.) Dərman dəfnəgilənarı və ya Aptek dəfnəgilənarı (lat. Laurocerasus officinalis M. Roem.) Şaftalı lat. Persica Adi şaftalı (P. vulgaris) Qansun şaftalısı (P. kansuensis) Davud şaftalısı (P. dawidiana) Potanin şaftalısı (P. potanini) Qəribə şaftalısı (P. mira). === Quru qara gavalı === Quru qara gavalının bağırsaqları işlədici təsiri məlumdur. Tərkibində olan zəngin kalium və maqneziuma görə, ateroskleroz, hipertoniya, böyrək, qaraciyər, və revmatizm xəstəliyi olanlara məsləhətdir. Güclü antioksidant xüsusiyyətlərə malikdir. Sümükləri möhkəmləndirir.
Gülablı
Gülablı — Azərbaycan Respublikasının Ağdam rayonunun Gülablı kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Gülablı kəndi Qarabağın dağlıq ərazisində yerləşən bir hissəsidir. Vaxtilə bu kənd Şuşa qəzasının tərkibində olmuşdur. Gülablı kəndini Tanrı sanki əhvalının xoş olduğu vaxtda yaradıb. Kəndi əhatə edən dağlar, zümrüd meşələr onun gözəlliyini birə beş artırırdı. Kənddən xeyli aralıda bulaq sularının bir-birinə qarışmasından əmələ gələn çayın kəndi ikiyə bölməsi bu yaşayış məntəqəsinin gözəlliyini bir az da tamamlayırdı. Gözəl təbiəti, saf havası qədimlərdən burada yaşayış olmasından xəbər verir. Təsadüfi deyil ki, xanlıq dövründə (söhbət Qarabağ xanlığından gedir) xan övladlarına dayə və süd anası Gülablı kəndindən tutulardı. Firudin Şuşinski yazırdı: “XVIII əsrdə İbrahim xan Şuşada doğulan hər bir oğlan uşağına Abdal-Gülablı kəndindən dayə və süd anası tutmaq barədə fərman verib. Bu kəndin əhalisinin şücaətini qiymətləndirən Qarabağ xanının bu fərmanına əməl olunması, oğlan uşaqlarının hünərli olmasına səbəb olmaqla yanaşı, həm də Abdal-Gülablıdakı gözəl səsə malik nəsillərin də Şuşada ecazkar səsli xanəndələrin yetişməsinə təsir edən əsas amillərdən idi.
Gülallı
Gülallı (keçmiş adı: Qurudərə) — Azərbaycan Respublikasının Gədəbəy rayonunun Böyük Qaramurad kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == 29 may 2015-ci ildə Böyük Qaramurad kənd inzibati ərazi dairəsi tərkibindəki Qurudərə kəndi Gülallı kəndi adlandırılməşdır. == Toponimikası == Gülallı kəndi dağlıq ərazidədir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 133 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Günəşlı
Günəşli (əvvəlki adı: Noraşen) — Azərbaycan Respublikasının Xocavənd rayonunun Günəşli kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Dağlıq Qarabağ Muxtar Vilayətinin Hadrut rayonunun Hadrut qəsəbə Sovetinin Noraşen kəndi Günəşli kəndi adlandırılmışdır. Günəşli kəndi Hadrut qəsəbə Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Günəşli kənd Soveti yaradılmışdır. 2 oktyabr 1992-ci ildən 20 oktyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. Günəşli kəndi 20 oktyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Kəndin keçmiş adı Noraşen ("yenikənd" mənasında) olmuşdur. XIX əsrdə Cənubi Azərbaycanın Qaradağ mahalından köçüb gəlmiş erməni ailələrinin məskunlaşması nəticəsində yaranmışdır. 1991-ci ildən Günəşli adlandırılmışdır. == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == Kənd dağətəyi ərazidə yerləşir.
Xınalı
Xınalı — Azərbaycan Respublikasının Goranboy rayonunun Xınalı kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == == Toponimikası == Xınalı kəndi Gəncə-Qazax düzənliyindədir. Yaşayış məntəqəsini vaxtilə indiki Tovuz r-nundakı Zəyəm çayı boyunca yerləşən Xınna dərəsi adlı ərazidəki kəndlərdən köçüb gəlmiş ailələr saldığına görə belə adlandırılmışdır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 931 nəfər əhali yaşayır. === Tanınmışları === Seymur Aydın oğlu Musayev — Ürək-damar cərrahı, tibb elmləri namizədi.
Aşıq Haşım Qubalı
Aşıq Haşım Qubalı (Tam adı:Haşım Səftər oğlu Balasıyev; d.7 oktyabr 1946; Quba, Rəngdar kəndi) — yaradıcı sənətkar, aşıq, Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi. == Həyatı == Aşıq Haşım 1946-cı il oktyabrın 7-də Quba rayonunun Rəngdar kəndində anadan olub. İlk təhsilini kəndlərindəki ibtidai məktəbdə alıb, 1957-ci ildən isə Rəngdar kəndindən səkkiz kilometr aralıqda yerləşən Xaltan kənd yeddiillik məktəbində təhsilini davam etdirib. Bu illərdə o, kənddə yaşayan Aşıq Əşrəfə yaxın olub. Aşıq Haşım aşıq sənətinin sirlərini ilk dəfə Aşıq Əşrəfdən öyrənib. 1959-cu ildə Xaltan kənd yeddiillik məktəbini bitirən Haşım Balasıyev 1960-cı ildə Qonaqkənd orta məktəbinə daxil olur və burada oxuduğu illərdə aşıq sənətinə meyil etməyə başlayır. 1964-cü ildə orta məktəbi bitirib, sonra isə Pedaqoji texnikumunda təhsil alıb. Şamaxı mühiti onun dünyagörüşündə böyük rol oynayır. Burada o Sənəmoğlu Murad, Aşıq Ağapaşa, Aşıq Ağakərim, Aşıq Məmmədağa kimi ustat sənətkarlarla tanış olur. Aşıq Haşım 1965-ci ildə Şamaxı Pedaqoji texnikumu bitirib müəllimlik sənətinə yiyələnib, 1969-cu ildən isə sərbəst aşıq kimi məclisdə iştirak etməyə başlayır.
Fətəli xan Qubalı
Fətəli xan və ya Fəth Əli xan (tam adı: Fətəli xan Hüseynəli xan oğlu; 1736, Quba şəhəri – 29 mart 1789, Bakı şəhəri) — Quba xanlığının VI xanı (1758 – mart 1789); XVIII əsrin görkəmli azərbaycanlı dövlət xadimi və sərkərdəsi. == Həyatı == === Erkən illəri === Fətəli xan Hüseynəli xan oğlu 1736-ci ildə Quba şəhərində anadan olmuşdu. Qaytaq qumuqlarından və qacarlardan olan Azərbaycan türkü və şiə idi. Anası, Qaytaq usmisi nəslindən olan Pəri Cahan xanım idi. Fətəli xanın şəcərəsinə işıq salan II şah Abbasın dönəmində baş verən hadisələr barədə Bakixanov Gülüstani-İrəm kitabında yazır: Qaytaq usmiləri nəsli iki hissəyə bölünürdü. Böyük nəsil Məcəlisdə idi, kiçik nəsil Yengikənddə və bu nəsildən olan yaşça böyüklər növbə ilə usmi adını daşıyırdılar. Təxminən həmin vaxt onların arasında ədavət düşdü, Yengikənd hissəsi yaşça daha böyük olan Məcəlisdəki hissəyə hücum etdi və, Aydə bəy adlı biri tərəfindən xilas edilərək şamxalın yanına aparılan Hüseyn xandan başqa hamısını qırdı. Hüseyn xan İrana getdi, bir müddət Salyan Rudbarında qonaq qaldı, oradakı qazinin qızı ilə evləndi. Ondan, sonralar Rudbar və Salyan sultanları nəslinin başlanğıcını qoyan, bir qızı oldu. İsfahana gələrək, Aydə bəy uzun müddət onu şaha təqdim edə bilmədi.
Hacı ağa Qubalı
Hacı ağa Qubalı — XIX əsrin ortalarında və XX əsrin əvvəllərində Qubada yaşamış Azərbaycanlı şair. == Həyatı == Doğum və vəfat tarixləri bilinmədiyi kimi, həyatı haqqında məlumat da yoxdur. Atasının adının Kərbalayi Əhməd olduğu məlumdur. Hacı ağa Qubalı Qubada 1830-cu illərdə təşkil edilən "Gülüstan" şeir məclisinin üzvlərindən idi. == Əsərləri == Hacı ağa Qubalının şeirlərinin toplandığı əlyazmaya rastlanmır. Qarayev, "Poetik məclislər" adlı antologiyasına şairin 3 şeirini daxil etmişdir.
Həsən xan Qubalı
Həsən xan (1784, Quba şəhəri – 1803, Dərbənd) — Quba xanı Fətəli xanın kiçik oğlu, dövlət xadimi. == Həyatı == 1784-cü ildə Quba şəhərində anadan olmuşdur. İlisu sultanının qızı Gülpəri xanım Həsən xanın anasıdır. == Hakimiyyəti == === Salyan naibi kimi fəaliyyəti === 1791-ci ildə Əhməd xan Qubada vəfat etdi. Onun Salyan naibi olan 13 yaşlı qardaşı Şeyxəli Qubaya gəlib xan taxtına yiyələndi və öz yerinə yeddi yaşlı qardaşı Həsən ağanı təyin etdi. 1796-cı ilə qədər Salyan naibi olan Həsən ağa, sonralar Dərbəndin idarəçiliyi uğrunda mübarizə aparmışdır. === Quba və Dərbənd ətrafında fəaliyyəti === 1796-cı ildə Alpan və Quba ətrafında baş verən döyüşlərdən sonra Rusiya Həsən ağanı İlisudan çağıraraq Quba taxtına çıxardı. Noyabrın 3-də Həsən ağa Quba xanı elan edildi. Həsən xan azyaşlı olduğundan Baş komandanın müəyyənləşdirdiyi bir neçə ağsaqqal Quba xanlığının idarəsini həyata keçirməli idi. 1796–1797-ci illərdə Rusiyanın dəstəyi ilə Quba şəhərində hakimiyyəti əlinə alsa da, Şeyxəli xanın nüfuzunun çox olması ona bu ərazilərdə möhkəmlənməyə çətinlik yaratdı.
Qubalı Fətəli xan
Fətəli xan və ya Fəth Əli xan (tam adı: Fətəli xan Hüseynəli xan oğlu; 1736, Quba şəhəri – 29 mart 1789, Bakı şəhəri) — Quba xanlığının VI xanı (1758 – mart 1789); XVIII əsrin görkəmli azərbaycanlı dövlət xadimi və sərkərdəsi. == Həyatı == === Erkən illəri === Fətəli xan Hüseynəli xan oğlu 1736-ci ildə Quba şəhərində anadan olmuşdu. Qaytaq qumuqlarından və qacarlardan olan Azərbaycan türkü və şiə idi. Anası, Qaytaq usmisi nəslindən olan Pəri Cahan xanım idi. Fətəli xanın şəcərəsinə işıq salan II şah Abbasın dönəmində baş verən hadisələr barədə Bakixanov Gülüstani-İrəm kitabında yazır: Qaytaq usmiləri nəsli iki hissəyə bölünürdü. Böyük nəsil Məcəlisdə idi, kiçik nəsil Yengikənddə və bu nəsildən olan yaşça böyüklər növbə ilə usmi adını daşıyırdılar. Təxminən həmin vaxt onların arasında ədavət düşdü, Yengikənd hissəsi yaşça daha böyük olan Məcəlisdəki hissəyə hücum etdi və, Aydə bəy adlı biri tərəfindən xilas edilərək şamxalın yanına aparılan Hüseyn xandan başqa hamısını qırdı. Hüseyn xan İrana getdi, bir müddət Salyan Rudbarında qonaq qaldı, oradakı qazinin qızı ilə evləndi. Ondan, sonralar Rudbar və Salyan sultanları nəslinin başlanğıcını qoyan, bir qızı oldu. İsfahana gələrək, Aydə bəy uzun müddət onu şaha təqdim edə bilmədi.
Şeyxəli xan Qubalı
Şeyxəli xan, Şeyx Əli xan, Şıxəli xan və ya Şıx-Əli xan (1778, Quba şəhəri – 25 may, 1821(22), Balaxanı, Çar Rusiyası) — Quba xanlığının VIII, sonuncu xanı (1791–1806). Quba və Dərbəndin sonuncu xanı Şeyxəli xan Cənubi Qafqaz bölgəsində çar Rusiyasının müstəmləkə və imperiya rejiminə qarşı müqavimətdə görkəmli şəxsiyyət kimi xatırlanır. Şeyxəli xan vətəninin suverenliyini və müstəqilliyini Rusiya təcavüzünə qarşı müdafiə etmək üçün 20 ildən artıq fasilələrlə mübarizə aparıb. == Mənşəyi == 1778-ci ildə Qubada doğulan Şeyxəli xan Quba xanı Fətəli xanın oğlu idi. Şeyxəli xanın anası əslən dağ yəhudisi olan Səhərnas xanım olub. Dərbəndin alınmasının şahidi olan rus yazıçısı Varvara Bakunina Şeyxəli xan haqqında yazır ki, "o təxminən on yeddi yaşında, orta boylu, gözəl cizgiləri və yəhudi tipli (anası yəhudi idi), lakin asiyalılar arasında nadir rast gəlinən sarışın bir gənc kimi görünürdü". Babası vasitəsilə qacarlar nəsli ilə qohumluq əlaqələrinə sahibdir. Qacar şahı Ağaməhəmməd Qubaya yürüşü zamanı, həmçinin məktublaşmaları zamanında Şeyxəli xanı öz qohumu adlandırırdı. Çünki, Quba xanlarının əcdadı olan və XVII əsrdə qaytaq usmisi olmuş Hüseyn xan İsfahanda qacar sülaləsindən olan Zöhrə xanım ilə evləndi və gələcək Quba xanlarının kökündə qacar qanınında rolu oldu. Nənəsi tərəfdən, yəni atası Fətəli xanın anası olan Pəricahan Bikə usmi Əhməd xanın qızı idi.
Əhməd xan Qubalı
Əhməd xan — Quba xanlığının VII xanı. == Əhməd xanın hakimiyyəti dövrü == Fətəli xanın vəfatından sonra böyük oğlu Əhməd xanlıq taxtına çıxdı (1789-1791). Əhməd atası kimi bacarıqlı deyildi. Fətəli xanın hakimiyyətinin son illərində Quba xanlığı münasibəti yaxşılaşmış Şəki xanlığı ilə ixtilaf yenidən gücləndi və Məhəmməd Həsən xan öz bibisi oğlu olan Əhməd xana qarşı qalxdı. Əhməd xana qarşı təkbaşına mübarizə aparmağın çətinliyini anlayan Şəki xanı bu işdə şamaxılılardan istifadə etməyi qərara aldı. Keçmiş Şamaxı xanı Məhəmməd Səidin Osmanlı torpağlarında olan oğlanları Əsgər bəy və Qasım bəy, Ağası xanın oğlu Mustafa bəy Fətəli xanın ölümünü eşidərək geri qayıtdılar,əvvəlcə Qarabağa,oradan isə Şamaxıya gəldilər. Şəkili Məhəmmədhəsən xan onları silahlandırdı, bir vaxtlar Yeni Şamaxının hakimi olmuş Hacı Məhəmmədəli xanın oğlu Manaf bəyi də onlara qoşub Şamaxıya hücum etdilər. Əhməd xan onların qarşısını almaq iqtidarında olmadığı üçün Qubaya çəkildi. Məhəmməd Həsən xan Şamaxıda sərkərlərin hakimiyyətini bərpa etdi. Yeni Şamaxının idarəsi isə Manaf bəyə həvalə olundu.
Ərəb Qubalı bələdiyyəsi
Kürdəmir bələdiyyələri — Kürdəmir rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Qubalı Əhmədxan (usmi)
Qubalı Əhmədxan — Qaytaq usmiliyinin usmisi. XVII əsr Dağıstan tarixində hərbi-siyasi xadim. Üsmi Hüseyn xanın oğlu. == Həyatı == Atası Hüseyn xanın ölümündən sonra Əhməd xan qubalıların və Qaytaqdakı tərəfdarların dəstəyi ilə 1710-cu ildə Başlılar və Məcəlislilərlə birlikdə tərəkəmələr yaşayan Tərəkəməni və Aşağı Qaytağı fəth etdi və usmiyə çevrildi. O zamankı usmi Əmir Həmzə dağlıq bölgələrə qaçdı və bəzi məlumatlara görə təqribən 1710-1711-ci illərdə vəfat etdi. Lakin Əhməd xan uzun müddət hökmranlıq edə bilmədi. Qaytaqda böyük daxili qarşıdurma başladı. Usmi Rüstəm xanın nəvəsi və Ullubinin oğlu Böyük Əhməd xan Əmir-Həmzənin ölümündən sonra Qubalı Əhməd xana qarşı çıxdılar. Təxminən 1711-ci ildə onlar, Qubalı Əhməd xanı Başlıdan Məcəlisə qovmağa nail oldular. Bundan sonra Böyük Əhməd xan, Qubalı Əhməd xanın yaxın adamlarından birini öz tərəfinə çəkdi və o, gözlənilmədən onu Məcəlisdə öz evində qətlə yetirdi.
Günah
Günah — dinlərdə insanın Tanrı tərəfindən qadağan edilmiş bir sıra hərəkətləri icra etməsidir. Demək olar ki, hər bir dini görüşdə insanın günah etməsinə görə müəyyən cəza çəkəcəyinə dair görüşlər mövcuddur. == Dəlillər ilə açıqlanması == İnsan yaradılış etibarilə günah işləməyə meyillidir. Həzrət Adəmin Cənnətdə olarkən Allah-Təalanın əmrini unudaraq zəlləyə düşməsi, sonra da tövbə edib bağışlanma diləməsi bizə günahlardan arınma yolunu göstərir. Günah mənəvi boşluq, bir təzad və yaradılışın ziddinə getməkdir. Günah işləyən bir insan özünü vicdan əzabının və qəlb sıxıntısının qoynuna atmış bir bədbəxt, bütün ruhi-mənəvi qabiliyyətlərini şeytana satmış bir zavallıdır. Üstəlik insan həmin günahı işləməkdən əl çəkməzsə, ixtiyarı tamam əldən verər, nə günahlara müqavimət göstərməyə iradəsi, nə də özünü toparlamağa gücü qalar. Günahlar insanın ruhuna bulaşan mənəvi kirlərdir. Vücudumuzun kirini su ilə təmizlədiyimiz kimi, günahlarla kirlənmiş mənəviyyatımızı da tövbə ilə təmizləyirik. Tövbə arınma və təmizlənmə yoludur.
Günay
Günay — Azərbaycanda geniş yayılmış qız adı. Günay Malikqızı — jurnalist. Günay Ağakişiyeva — Avropa Çempionatının bürünc mükafatçısı. Günay Qaraağac — Türk dil alimi Günay Məmmədzadə — Azərbaycan şahmatçısı. Digər Günay (qəzet) — Orxan Fikrətoğlunun qəzeti.
Günel
Günel — Qadın adı.
Sultan Əhməd xan Qubalı
Sultan Əhməd xan Qubalı — tam müstəqil olmayan Quba xanlığının xanı. 1726–1758-ci illərdə hakimiyyətdə olmuş Quba xanı Hüseynəli xanın atasıdır. == Haqqında == XVIII əsrin birinci onilliyində ölmüş Əhməd xanı, hakimiyyətdə azyaşlı oğlu Sultan Əhməd xan əvəz etdi. A.Bakıxanov yazır ki, üsyan qaldıraraq Şirvanda Qacar ağalığını ləğv edən Hacı Davud, Xudatı zəbt etmiş, bu zaman Hacı Qərib və qardaşı oğlu Nəzirin təhriki ilə Sultan Əhməd xan öz yaxın adamları ilə öldürülmüşdür. Digər məlumatlarda isə Sultan Əhmədin öz qayınatasının təhriki ilə öldürüldüyü təsdiq edilir. Bu hadisələrin, Sultan Əhmədin ölümü bir çox mənbədə 1718-ci ildə baş verdiyi qeyd olunur. Tarixçi A. Lopuxin Şamaxıdan quru yolu ilə şimala doğru hərəkət etmişdi. Lopuxin 1718-ci ilin mart ayında Quba şəhərinə gəlmişdi. O, bu şəhərə böyük maraq göstərərək icmalının “Quba haqqında məlumat” adlı hissəsində yazır: “İndiki Sultan Əhməd irsi olaraq hakimiyyətə yetişmişdir. Onun 14 yaşı vardır.
Kaledon kanalı
Kaledon kanalı — (ing. Caledonian Canal) Şotlandiya ərazisində yerləşən gəmiçilik kanalı. Kanalın ümumi uzunluğu 96 km olsa da, bunun 32 km-i süni kanaldır. == Ümumi məlumat == Kanal tektonik sınma zonasında formalaşmış Qlen-Mor vadisində yerləşir. Kaledon kanalı ölkənin Şimal dənizi sahillərini, Atlantik okeanın suları ilə birləşdirir. Kanal 29 şlüz, 4 akveduk və 10 körpüdən ibarətdir. Kanal özündə Lox Ness, Lox Loki və Lok Oix göllərini birləşdirir. Hal-hazırda kanalın gəmiçilik əhəmiyyəti o qədərdə böyük deyil. Daha çox turistləri cəlb edən bu yol mart ayından oktyabra ayına qədər səyahətə gələnlər üçün açıq olur. == Tikilmə tarixi == Kaledon kanalı əslində ən qədim fəaliyyət göstərən kanallardan biri hesab olunur.
Kil kanalı
Kil kanalı (alm. Nord-Ostsee-Kanal‎; 1948-ci ilə qədər Kaiser-Wilhelm-Kanal alm. Kaiser-Wilhelm-Kanal‎) — Almaniyada yerləşən, Baltik və Şimal dənizlərini birləşdirən kanal. Kanal Kiel körfəzindən, Kiel şəhəri yaxınlığındakı (şəhərətrafı rayon Holtenaudan) başlayaraq, Elba çayının ağzına və Brunsbüttel şəhərinə qədər davam edir. Uzunluğu 98 km, eni 100 m-dən, dərinliyi isə 11 m-dir. Kanal hər tərəfdən bir cüt şlüz ilə bitir, onlardan biri kiçik ölçülü bir donanma üçün nəzərdə tutulub. Kiel kanalı 20 iyun 1895-də tikintisinə başlandı, tikinti 8 il davam etdi. Kanal avropada ən çox işlədilən gəmi marşrutlarından biridir. Bu yol ilə birlikdə Yutland yarımadasını dövr edərək üzmək ilə müqayisədə təxminən 519 kilometr qədər yola qənaət olunur. Eyni zamanda, kanal təxminən bir gün səyahət vaxtını, həm də dəniz fırtınaları riskini azaldır.
Kloto zülalı
Kloto zülalı — β-qlukuronidaza (К. Ф.3.2.1.31 ) bir sıra reseptorlarla qarşılıqlı təsirdə olan, orqanizmin insulunə qarşı həssaslığını tənzim edən transmembran zülaldır. == Kəşf tarixi == Kloto geni ilk dəfə 1997-ci ildə yapon alimləri tərəfindən kəşf edilmiş və yunan mifologiyasında ömrün ipini əyirən mələyin şərəfinə Kloto adlandırılmışdır. Yaşlandıqca orqanizmdə Klotonun miqdarı azalır. Təcrübə heyvanlarında Klotonun miqdarı yüksəldikcə ömrün uzunluğu artır, əksinə nokaut siçanlarda zülalın olmaması qocalmanı sürətləndirir. Aparılan tədqiqatlar göstərir ki, siçan və insanların Klotho zülalında 1014 amin turşusu var. İnsanla siçanın Klotho geni 86% oxşardır. İnsanda bu gen 13-cü xromosomda yerləşir: 5 eqzonu, 4 intronu var. Klotho proteini I tip transmembran zülallara aid edilir. Quruluşuna görə Klotho zülalının N və C terminalı (ucları) var. C terminalı transmembrana bitişikdir.
Korinf kanalı
Korinf kanalı (yun. Διώρυγα της Κορίνθου, Dhioryga tis Korinthou) — Yunanıstan ərazisində yerləşən kanal. Kanal Saronik körfəzini Korinf körfəzi ilə birləşdirir, Peloponnes yarımadasını isə Balkan yarımadasından ayırır. Kanalın çəkilişi ilə Peloponnes yarımadası artıq adaya çevrildi. == Ümumi məlumat == Peloponnes Yunanıstanın ən böyük yarımadasıdır. Ensiz altı kilometrlik Korinf bərzəxilə materiklə birləşir. Ondan şimalda Korinf, cənubda Saronik körfəzləri yerləşir. Bərzəxin dəniz səviyyəsindən yüksəkliyi 50–80 m-dir. Burada yer qabığı çoxlu sınmalarla pozulmuşdur. Korinf bərzəxi geoloji cəhətdən inkişaf edən çoxpilləli horstlardan birdir.
Nikaraqua kanalı
Nikaraqua kanalı — Nikaraquada, Atlantik okeanı və Sakit okean arasında əhəmiyyətli su yolunu təşkil edən irəli sürülən kanal layihəsi. == Tarixi == Belə bir su yolunun inşası ilk dəfə erkən müstəmləkə dövründə təklif edilmişdir. Həmin təklifdə San Xuan çayından Nikaraqua gölünə bir giriş yolu olaraq istifadə etmək nəzərdə tutulmuşdur. XIX əsrdə III Napoleon, bu su yolu ilə əlaqədar bir məqalə də qələmə almışdı. Panama kanalındaki fransız hissələrini satın aldıqdan sonra ABŞ, Nikaraqua planından imtina etmişdir. 2013-cü ilin iyununda Nikaraqua Parlamenti, “Hong Kong Nicaragua Canal Development Investment Company” (HKND Group) adlı şirkətə 50 illik imtiyaz verən qanun layihəsini qəbul etdi. Belə ki, yaxın 50 ildə layihədən əldə olunan gəlirdən istifadə etmək hüququ bu şirkətə məxsus olacaq. Kanal istifadəyə başlandığında imtiyaz müddəti 50 il daha uzadıla biləcək. Layihənin dəyəri 50 milyard dollar həcmində qiymətləndirilir. Kanal inşasına 2014-cü ilin dekabrında başlanmışdır.
Oginski kanalı
Oqinski kanalı — Belorus ərazisində kanal. 1767—1783-cü illərdə tikilmişdir. Kanal Yaselda çayını Şara çayı ilə birləşdirir. Bununla da kanal Baltik dənizi ilə Qara dəniz arasında əlaqə yaradır. Kanalın bir hissəsini Vıqonoşanski və Vulkovski gölləri təşkil edir. Göllərlə birlikdə uzunluğu 55 km-dir. İlk vaxtlar kanalı Telexanskiy kanal adlanmışdır. == Tarixi == Kanal Mixail Kazimir Oqinskinin şərəfinə adlandırılıb. Məhz Mixail Oqinski kanal tikintisinin ideyasını vermişdir. Tikintinin təşkilatçısı Matey Butrimoviç olmuş və kanal tikintisinin bütün təşkilatçılığını aparmışdır.
Oqinski kanalı
Oqinski kanalı — Belorus ərazisində kanal. 1767—1783-cü illərdə tikilmişdir. Kanal Yaselda çayını Şara çayı ilə birləşdirir. Bununla da kanal Baltik dənizi ilə Qara dəniz arasında əlaqə yaradır. Kanalın bir hissəsini Vıqonoşanski və Vulkovski gölləri təşkil edir. Göllərlə birlikdə uzunluğu 55 km-dir. İlk vaxtlar kanalı Telexanskiy kanal adlanmışdır. == Tarixi == Kanal Mixail Kazimir Oqinskinin şərəfinə adlandırılıb. Məhz Mixail Oqinski kanal tikintisinin ideyasını vermişdir. Tikintinin təşkilatçısı Matey Butrimoviç olmuş və kanal tikintisinin bütün təşkilatçılığını aparmışdır.
Panama kanalı
Panama kanalı — Panamada, Şimali və Cənubi Amerikanı ayıran, Atlantik okeanı və Sakit okean arasında əhəmiyyətli dəniz yolunu təşkil edən kanalİnşaatı ABŞ tərəfindən tamamlanmış və kanal 15 avqust 1914-cü il açılmışdır. Sarı qızdırma, malyariya, torpaq sürüşməsi və s. səbəblərdən 27500-ə yaxın işçi inşaatda həyatını itirmişdir. Bu gün Nyu-Yorkdan San Fransiskoya gedən bir gəmi Horn Burnunu dolaşdığı təqdirdə isə 22500 km yol qət etməli olurdu. Lakin Panama kanalı vasitəsilə 9500 km üzür. Açıldığı tarixdən 2002-ci ilədək Panama kanalından 800000 (səkkiz yüz min) gəminin keçdiyi düşünülür. Panama kanalından hər il 14000-dən çox gəmi keçir və təqribən 203 milyon ton yük daşınır. Panama kanalı boyu səyahət təqribən 9 saat çəkir. Həmçinin kanalda quraşdırılmış xüsusi qaldırıcı qurğular vasitəsilə gəmilər keçilməsi çətin olan yerlərdən asanlıqla keçə bilir.Panama kanalı dünyanın ən bahalı kanalıdır. Kanal bölgəsinin sosial vəziyyəti inkişaf etmişdir.
Qaraqum kanalı
Qaraqum kanalı (türkm. Garagum kanaly) — SSRİ dönəmində inşa edilən və uzunluğu 1445 km olan kanal. Kanal Türkmənistanın cənub və cənub-qərb regionlarının su təminatına xidmət edir. Çağdaş Türmənistanda Qaraqum çayı olaraq adlandırılır. == Coğrafiya == Kanal Amudəryanın Atamurat şəhərinin yuxarı hissəsindən başlayaraq Qaraqum səhrasının qumlu cənub-şərq hissəsinədək axaraq qədim Mərv vahəsinə keçir. Buradan Murqab çayı və Tecen çayı yaxınlığından axaraq Kopetdağ öndağlığına istiqamətlənir. Kanalın eni 200 metr, maksimal dərinliyi isə 7,5 m təşkil edir. Kanalın əvvəlində su sərfiyyatı 600 m³/s-dir. Kanal öz güçünə yatağı boyunca axır. Hətta 450 km məsafəfə gəmiçilik üçün yararlıdır.
Sidik kanalı
Sidik kanalı (lat. urethra) — insan və onurğalıların sidik sisteminin boruvari orqanı, sidik kisəsini xarici mühitlə birləşdirir. Hər iki cinsdən olan fərdlərdə sidik ifrazı — orqanizmin əsasən suda həll olunan tullantı məhsullarının sidik kisəsindən xaricə sidiklə xaric edilməsi, kişilərdə də boşalma üçün xarici mühitə (sidik ifrazı prosesindən kənar) sperma ifraz edilməsinə xidmət edir. Kişilərdə uretranın böyük hissəsi kişi cinsiyyət orqanının içindən keçir və kanalın xarici açılışı penis başının yuxarı hissəsində asanlıqla aşkar edilir, qadınlarda isə uretranın yolu kiçik çanaq boşluğunun arxasında gizlənir: pubis və vaginanın qarşısında, xarici açılış isə klitorun arxasında və vagina girişinin qarşısında vagina vestibülünün kiçik cinsi dodaqları ilə yan tərəfdən məhdud olan selikli qişanın qıvrımlarındadır.
Süveyş Kanalı
Süveyş kanalı (ərəb. قناة السويس‎) — Misirdə, Süveyş bərzəxi vasitəsilə Aralıq dənizi ilə Qırmızı dənizi bir-birinə bağlayan və Asiyanı Afrikadan ayıran süni su kanalı. 1858-ci ildə Ferdinand de Lesseps tərəfindən qurulan Suez Canal Company tərəfindən 1859-1869-cu illər arasında inşa edilmişdir. Kanalın açılışı 17 noyabr 1869-cu ildə olmuşdur. Uzunluğu 193,30 km (120,11 mil) olan kanal Avropa ilə Asiya arasında əsas ticarət yoludur.
Qayalı (Qubadlı)
Qayalı — Azərbaycan Respublikasının Qubadlı rayonunun Qayalı kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == 31 avqust 1993 - ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. 10 noyabr 2020 - ci ildə Azərbaycan və Ermənistan dövlətləri arasında bağlanmış atəşkəs müqaviləsinə əsasən Azərbaycana geri verilmişdir. Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. 2 Qayalı kəndinin qədim adı Qarıkahası olub. XIX əsrdə Zəngəzurun Sisyan rayonunda mövcud olmuş Qayalı kəndindən zəirxanlı, alıxlı, eyvazlı və xələfli nəsilləri köçüb burada məskunlaşdıqdan sonra kənd Qarıkahalı Qayalı adlanmışdır. Bir müddət keçəndən sonra kəndin adındakı Qarıkahalı komponenti ixtisara düşmüşdür. Azərbaycanda "qaya" termini ilə bağlı çoxlu oronimlər mövcuddur. "Qaya" sözü "sıra dağlardan ayrılmış qol", "dağların müəyyən hissəsində daş süxurlardan olan çətin keçilən yer" mənasındadır. Qayalı toponimi "qaya" və "-lı" komponentlərindən ibarətdir.
Qanqli
Qanqli (q.yun. γανγλιον — düyün, dərialtı şiş), sinir düyünü — bir çox onurğasızlarda, bütün onurğalı heyvan və insanda sinir hüceyrələri, sinir lifləri və onların yerləşdiyi toxuma yığınından ibarət törəmə. Onurğalılarda qanqlilər əsas etibarilə onurğa sütunu boyu (boyun, döş və bel nahiyələrində) yerləşir. Onurğa beyninin seqmentlərindən (buğumlarından) çıxan sinir lifləri (preqanqlionar liflər) müvafiq düyünlərə daxil olur, sonra isə üzvlərdə şaxələnir (postqanqlionar liflər). Qanqlilər mərkəzi sinir sistemi ilə daxili üzvlər arasındakı sinir əlaqəsini təmin edir. Belə düyünlər ürək və bağırsaqda da mövcud olub, konkret funksiyalar daşıyır.
Qaralı
Yaşayış məntəqələri Azərbaycanda Qaralı (Sabirabad) — Sabirabad rayonunda kənd. Oxşar toponimlər Birinci Qaralı — Neftçala rayonunda kənd. İkinci Qaralı — Neftçala rayonunda kənd. İranda Qaralı (Bukan) — Qaralı (Meşkinşəhr) — == Həmçinin bax == Qaralılar — Beyləqan rayonunda kənd.
Qayalı
Kəndlər Qayalı (Bərdə) — Azərbaycanın Bərdə rayonunda kənd. Qayalı (Qubadlı) — Azərbaycanın Qubadlı rayonunda kənd. Qayalı (Şörəyel) — Ermənistan Respublikasının Şörəyel mahalında kənd. Qayalı (Dərələyəz) — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, sonralar keçmiş Paşalı (Əzizbəyov, Vayk) rayonun ərazisində kənd. Bələdiyyələr Qayalı bələdiyyəsi — Digər Qayalı (Kəkildağ) düşərgəsi Qayalı dağlar — Şimali Amerika Kordilyer dağlarının şimalında dağ sistemi.
Qocalı
Qocalı — Azərbaycan Respublikasının Kürdəmir rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Kənd 1993-cü ildə yaradılmışdır. == Toponimikası == Qocalı oyk. Kürdəmir r-nunun eyniadll i.ə.v.-də kənd. Kür çayının sahilində, Şirvan düzündədir. Yaşayış məntəqəsini qocalı nəslinə mənsub ailələr salmşlar. Kənddə yaşayan nasillərdən biri indi də qocalı adlanır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 476 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Qonaqlı
Qonaqlı — Azərbaycan Respublikasının Tovuz rayonunun Qaradaş kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == Kəndin keçmiş adı Yekəalılar olmuşdur. Yaşayış məntəqəsini həmin rayondakı Yekəalılar (indiki Vahidli) kəndindən gəlmiş Molla Qurban adlı şəxs salmışdır. Kənd Qovaqlı meşə sahəsinin ətəyində salındığına görə belə adlanmış, sonra da rəsmi sənədlərdə Qonaqlı şəklinə düşmüşdür. Qonaq sözü qovaq ağa­cının adının yerli tələffüz variantıdır. Hazırda kəndin yaxınlığındakı Bəydəmirli kəndinin (Gədəbəy гayonu) сənubunda qovaq ağaclarının çox olduğu yer də Qonaqlıçökək adlanır. Oykonim qonaq (qovaq) sözündən və -lı şəkilçisindən düzəlmişdir. == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == Kənd Axıncaçayın dərəsində yerləşir. == Əhalisi == == İqtisadiyyatı == == Mədəniyyəti == Kənddə mədəniyyət müəssisəsi mövcud deyil.
Qoncalı
Qoncalı — Qars vilayətinin Qars qəzasında, indi Amasiya rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 14 km şimal-qərbdə yerləşir. Erməni mənbələrində Xancallı kimi qeyd edilir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. == Toponimi == Toponim gəncəli türk etnonimi əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Ehtimal ki, mənşəcə Anadoludakı Qonça kəndindən çıxmış ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Ermənistan prezidentinin 19. IV.1991-ci il fərmanı ilə adı dəyişdirilib Zarişat qoyulmuşdur.
Qubadlı
Qubadlı — Azərbaycanın Qubadlı rayonunun inzibati mərkəzi, Qubadlı şəhər inzibati ərazi dairəsində şəhər. 800 kvadrat kilometr ərazisi olan bu dağ rayonunun mərkəzi Qubadlı şəhəridir. Şəhər Bərgüşad çayının hər iki sahilində yerləşir. İşğaldan əvvəl rayon əhalisi 94 kənd və bir şəhərdə məskunlaşmışdı. Rayonun əhalisi, əsasən, kənd təsərrüfatı və heyvandarlıqla məşğul olmuşdur. == Etimologiyası == "Qubadlı" eyni adlı türk tayfasının adıdır. Həmin tayfa hazırda İranda yaşamaqdadır. == Coğrafiyası == Rayon ərazisi Qarabağ yaylasının cənub-şərqində, Həkəri və Bərgüşad çayları hövzəsində yerləşir. Qərbdən Ermənistanla (120 kilometr), şimaldan Laçın, cənubdan Zəngilan, şərqdən Cəbrayıl rayonları ilə həmsərhəddir. == Tarixi == Qubadlı Rusiya imperiyası dövründə Yelizavetpol quberniyasının Zəngəzur qəzasının tərkibində olmuşdur.
Qəzali
Əbu Hamid əl-Qəzali (daha dəqiqi: Qəzzali), tam adı Əbu Hamid Məhəmməd ibn Məhəmməd əl-Qəzali (ərəbcə: ابو حامد محمد بن محمد الغزالى, qısaca: الغزالى); 1058 və ya təq. 1056, Tus – 19 dekabr 1111, Tus) — müsəlman teoloqu, filosofu, sufisi. == Həyatı == Heç mübaliğəsiz bu xorasanlının İslam aləmində görülən ən güclü şəxsiyyət və ən yaxşı beyinlərdən biri olduğu söylənə bilər. Ona verilən "Huccet-ul-İslam" (İslamın dəlili, sübutu) ləqəbi də bunu göstərir. Əbu Həmid Muhammed Qəzali Hicri 450 / Miladi 1059-cu ildə şair Firdovsinin Xorasandakı vətəni olan Tus civarında bir qəsəbədə Qəzələdə doğulmuşdur. O və qardaşı Əhməd atalarını itirdikləri sırada hələ kiçik yaşda bir uşaq idilər. (Qardaşından daha sonra bir sufi olaraq bəhs ediləcəkdir) Fəqət ölümündən öncə onları bir dostunun vəsiyyətinə əmanət etmişdir. Müdrik (hakim) bir mütəsəvvif (sufi) bu zat onlara ilk meyillərini təmin etdi. Daha sonra gənc Əbu Həmid Nişapura getdi. Nişapur o sırada Xorasanın və İslam aləminin ən vacib mədəniyyət mərkəzlərindən biri idi.
Denali
Denali (ing. Denali, 1896-2015-ci illərdə Mak-Kinli dağı ing. Mount McKinley) — Alyaskanın Denali rayonunda 6,190 metr (20,308 ft) hündürlüyü ilə Şimali Amerikanın ən yüksək dağı. Dağın ətrafındakı ərazidə yaşayan Koyukon xalqı əsrlər boyu zirvəyə “Denali” deyirdi. 1896-cı ildə bir qızıl kəşfiyyatı, o zamankı prezidentliyə namizəd William McKinley-ni dəstəkləmək üçün "McKinley Mount" adını verdi; bu ad 1917-ci ildən 2015-ci ilə qədər ABŞ - ın Federal hökuməti tərəfindən tanınan rəsmi ad idi. 2015-ci ilin avqustunda, Alyaska əyalətinin 1975-ci il rəhbərliyindən sonra Birləşmiş Ştatların Daxili İşlər Nazirliyi dağın rəsmi adının Denali olaraq dəyişdirildiyini elan etdi. 1903-cü ildə Ceyms Vikkerşam, Denaliyə dırmaşmaq üçün ilk uğursuz cəhdini etdi. 1906-cı ildə Frederik Kuk dağı fəth etdiyini iddia etdi, lakin bu təsdiqlənməmişdir və onun qanuniliyi şübhə altına alınır. Denalinin zirvəsinə ilk təsdiqlənən yüksəlişə 7 iyun 1913-cü ildə, Cənub zirvəsinə dırmanan alpinistlər Hudson Stuk, Harri Karstens, Valter Harper və Robert Tatum imza atılmışdır. 1951-ci ildə Bradford Vaşburn ən təhlükəsiz və ən asan yol hesab edilən və buna görə də hazırda istifadə edilən ən populyar olan Qərbi Buttress marşrutunu kəşf etdi.