Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qalmaz palçıq vulkanı
Qalmaz palçıq vulkanı — (199 m) Azərbaycan ərazisində olan iri palçıq vulkanlarından biridir. Onun konusvari gövdəsi geniş düzənlik üzərindən ucalır. Qalmaz palçıq vulkanı oval şəklində olub, şimal-qərbdən cənub-şərq istiqamətində 3,5 km-dən artıq məsafədə uzanır. Onun ən enli hissəsi 2 km-dən artıqdır. Bu vulkan Ələt Stansiyasından 13 km-ə qədər qərbdə, Pirsaatçayın sağ sahilində yerləşir. Qalmaz palçıq vulkanı eyni adlı braxiantiklinalın çatma hissəsində, uzununa və eninə istiqamətli tektonik sınmaların kəsişdiyi sahədə yerləşir. Onun püskürdüyü brekçiyalardan ən qədimi üst Yura yaşlı çöküntüləridir. Bundan əlavə həmin brekçiyada üst Təbaşir, Paleogen, orta Miosen, Pont yarusu, Məhsuldarqat, Ağcagil, Abşeron və aşağı Dördüncü dövr süxurları da iştirak edir (Ə. Ə. Yaqubov, Ə. Ə. Əlizadə, M. M. Zeynalov, 1971). Qalmaz palçıq vulkanının krater hissəsi cənub-şərqdə yerləşib, elips şəklinə yaxındır. Onun qərb hissəsində dörd, cənub və şimal hissələrində isə iki iri krater valı vardır.
Sənə də qalmaz
Sənə də qalmaz — musiqisi Tofiq Quliyev tərəfindən 1960-cı illərdə yazılmış, sözləri Rəsul Rzaya məxsus olan mahnıdır. İlk dəfə Rəşid Behbudov tərəfindən ifa edilmişdir. Sonralar Müslüm Maqomayev, Şövkət Ələkbərova, Lütfiyar İmanov, Rauf Atakişiyev, Faiq Ağayev, İran müğənnisi Sami Yusuf, Türkiyə müğənnisi Rafet El Roman və bir çox populyar müğənnilər tərəfindən ifa edilmişdir.