Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Galaxy Nexus
Galaxy Nexus — (GT-I9250) Google və Samsung şirkətlərinin birgə əməkdaşlığı ilə yaradılan ağıllı telefon. Telefon və əməliyyat sistemi hər iki şirkətin birgə əməyi ilə istehsal edilmişdir. Bu telefon Google'ın üç nüvəli admiral gəmisidir. Bir nüvəli Nexus One, iki nüvəli isə Nexus S'dir. Galaxy Nexus HD (1280x720) Super AMOLED ekrana sahibdir. Cihaz mükəmməl bir kameraya sahibdir və Android Ice Cream Sandwich versiyası ilə istehsal olunmuşdur. Cihaz adı, Android ağıllı telefonların Samsung Galaxy və Nexus markalarının birləşməsidir. Amma cihaz Braziliyada Galaxy X kimi bilinir. Galaxy Nexus, 19 oktyabr 2011-ci ildə Hong Kong'da Google və Samsung tərəfindən satışa qoyuldu. 17 noyabr 2011-ci ildə Avropa sərbəst buraxıldı.
Samsung Galaxy R
Samsung Galaxy R — Samsung şirkəti tərəfindən istehsal olunan mobil telefon. == Xarakteristikası == Smartfon Android 2.3 əməliyyat sistemi ilə işləyir və NVIDIA Tegra 2 aparat platformasına əsaslanır. Samsung Galaxy R 4,2 800x480 piksel kəskinlikli Super Clear LCD ekranı, 2 kamera – 5 meqapikselli əsas və 2 meqapikselli ön kamera ilə təchiz edilib. Smartfon HSPA, Bluetooth 3.0, Wi-Fi və GPS modulları ilə təchiz edilib. Daxili yaddaş həcmi 8 QB təşkil edir, microSD formatı yaddaş kartları üçün slot nəzərdə tutulub. Telefonun ölçüləri 126x67x9,5 millimetr, çəkisi isə 131 qramdır.
Samsung Galaxy S5
Samsung Galaxy S5 Samsung şirkəti tərəfindən hazırlanan, inkişaf etdirilən və satışa çıxarılan Android əməliyyat sistemli bir smartfondur. Samsung Galaxy S4-ün xələfidir. Galaxy S5 24 fevral 2014 tarixində WMC texnologiya sərgisində təşkil edilən Unpacked adlı mətbuat konfransında tanıdılmışdır. IPX6 / 7 lisenziyasına malikdir. Yəni (1 metrə qədər, 30 dəqiqə boyunca) suya qarşı davamlıdır və toz keçirmir. Ancaq Samsung etdiyi şərhdə Galaxy S5 ilə duş alına biləcəyini, ancaq suya atılması lazım olduğunu ifadə etmişdir. Qara , Ağ , Qızıl və Mavi rəng variantları mövcuddur . Galaxy S5-də Galaxy S4-dən fərqli olaraq səhiyyə proqramlarında təkmilləşdirmələr edilmişdir. Cüt LED flaşa (sarı və ağ) malikdir. Barmaq izi oxuyucusu əlavə olunmuşdur.
Samsung Galaxy S6
Samsung Galaxy S6 (SM-G920, SM-G925, SM-G928) — Samsung Electronics tərəfindən 1 mart 2015-ci ildə MWC Barcelona S6-da elan olunan altıncı nəsil Galaxy S seriyası smartfonu. 15 avqust 2015 tarixində Galaxy Unpacked 2015-in təqdimatında Samsung Galaxy S6 Edge+ təqdim olunmuşdur. Arxa panelin dizaynı hamar metaldan hazırlanmış korpusdan, 16 meqapiksellik əsas kameradan, barmaq izi skanerindən və ürək döyüntüsü sensorundan hazırlanmışdır. == İnkişaf == Galaxy S5-in varisi barədə şayiələr 2015-ci ilin yanvarında görünməyə başladı, bildirildi ki, Samsung, son dərəcə ısınma problemi səbəbiylə Qualcomm Snapdragon 810 deyil, özünün Exynos 7420 prosessorunu istifadə edəcək. Bu ayın sonunda Qualcomm qazanc hesabatında məhsullarının "böyük müştəri flaqman qurğusuna" daxil olmayacağını təsdiqlədi. LG Electronics-in bir rəqibi Snapdragon 810 ilə bağlı iddiaları mübahisə etdi, baxmayaraq ki, bu prosessor ilə təchiz edilmiş LG G Flex 2 nümayiş modelləri Consumer Electronics Show-da mümkün həddindən artıq istiləşmə əlamətlərini göstərdi, lakin şirkət onların ilkin versiyalar olduğunu vurğuladı.2015-ci ilin fevral ayının əvvəlində Bloomberg News, S6'nın metal bir gövdəyə sahib olacağını və normal bir versiyada buraxılacağını, eyni zamanda Samsung Galaxy Note Edge kimi cihazın sol və sağ tərəflərində əyri olan bir versiyanın çıxacağını bildirdi. S6 dizaynı rəsmi olaraq T-Mobile US tərəfindən 22 fevral 2015-ci ildə yayımlanmış və əyri halda nümayiş olunan və "Altı müraciət" şüarını daşıyan bir reklam səhifəsində təqdim edildi.Samsung, 1 mart 2015-ci il tarixində Mobil Dünya Konqresində ilk Samsung Unpacked 2015 tədbiri zamanı rəsmi olaraq Galaxy S6 və S6 Edge-ni təqdim etdi, buraxılışın 20 ölkədə 2015-ci il aprelin 10-na təyin olundu. Yaponiyada S6 və S6 Edge yalnız Galaxy markası adı altında satılır; Samsung ilə əlaqələrin əksəriyyəti silindi; Samsung telefon satışları Yaponiya və Cənubi Koreya arasındakı tarixi əlaqələrə təsir etdi və bir Samsung sözçüsü, Galaxy markasının ölkədə yaxşı qurulduğunu söylədi.Galaxy S6 modelləri əvvəlki modellərdən alınan tənqidlərə və rəylərə cavab vermək üçün hazırlanmışdır və əksər istifadəçilərə yönəldilmişdir; Açılış zamanı Samsung dizaynı, kameralarını və simsiz doldurulmasını diqqət mərkəzində saxladığını söylədi. Bu hədəflərin bir hissəsi olaraq, Galaxy S5-də təqdim olunan bir sıra xüsusiyyətlər və imkanlar, məsələn suya davamlılıq və USB 3.0 portu çıxarıldı. S6'nın yeni dizayn yanaşması, metal dizaynın ilk hissəsi olan ilk Galaxy smartfonu olan 2014 Galaxy Alpha ilə başlayan təcrübədə bir dəyişiklik oldu.
Samsung Galaxy A01
Samsung Galaxy A01, Samsung Electronics tərəfindən A seriyasının bir hissəsi olaraq istehsal edilmiş büdcəli Android smartfonudur . Telefon 2019-cu ilin dekabrında elan edildi və 2020-ci ilin yanvarında buraxıldı. Telefon qara, mavi və qırmızı rənglərdə mövcuddur. Telefon 5,7 düymlük 720p sensor ekranı, ikili kamera quraşdırması və Android 10 üzərindən One UI 2 ilə təhciz edilmişdir. Oxşar cihaz, Galaxy M01 ilk dəfə 2020-ci ilin iyun ayında buraxıldı, bəzi xüsusiyyətləri Galaxy A01 ilə oxşadır (lakin 3 GB RAM-a,16 GB yaddaş seçiminə və daha böyük 4000 mAh batareyaya malikdir). == Spesifikasiyalar == === Aparat === Samsung Galaxy A01 720 x 1520 (təxminən 294 ppi) təsvir ölçüsünə və 19:9 Zusiphe nisbətinə malik 5,7 inç PLS TFT kapasitiv sensor ekranla təchiz edilib. Telefonun ölçüsü 146.3 by 70.86 by 8.34 millimetr (5.760 düym × 2.790 düym × 0.328 düym) və çəkisi 151 qram (5.3 oz) . A01 şüşə ön və plastik arxa və çərçivəyə malikdir. O, səkkiz nüvəli (4x1,95 ) Qualcomm Snapdragon 439 (12 nm) ilə təchiz edilmişdir. GHz Cortex-A53 & 4x1.45 GHz Cortex A53) CPU və Adreno 505 GPU .
Samsung Galaxy Note 3
Samsung Galaxy Note 3 — Samsung şirkətinin istehsal etdiyi telefon. == Xüsusiyyətləri == Samsung Galaxy Note 3 "ağıllı" telefonu 5,7 düymlü ekran və 8 nüvəli Samsung Exynos 5 prosessorla təchiz edilib.
Samsung Galaxy Note III
Samsung Galaxy Note 3 — Samsung şirkətinin istehsal etdiyi telefon. == Xüsusiyyətləri == Samsung Galaxy Note 3 "ağıllı" telefonu 5,7 düymlü ekran və 8 nüvəli Samsung Exynos 5 prosessorla təchiz edilib.
Samsung Galaxy S II
Samsung Galaxy S II — Samsung şirkəti tərəfindən istehsal olunan mobil telefon. == Xarakteristikası == Samsung Galaxy S II smartfonu LTE şəbəkələrdə işləyə bilər. Müvafiq qurğunun prototipi Cənubi Koreyada çıxıb. Aparat Celox adlanır. Qurğu Qualcomm Snapdragon APQ8060 prosessoru, WVGA kəskinlikli 4.5 düym AMOLED Plus ekranı, 16 Qb daxili yaddaş və 8 meqapiksel kamera ilə təchiz edilib. Qurğu LTE 800 MHz şəbəkələrində işləyir.
Samsung Galaxy Note 10.1
Samsung Galaxy Note 10.1 — Samsung şirkətinin istehsal etdiyi planşet. == Xüsusiyyətləri == Galaxy Note 10.1 planşeti 10,1 düymlü sensor ekrana malikdir. Aparata Android 4.0 Ice Cream Sandwich proqram platforması quraşdırılıb. Planşet barmaqlarla idarəetməni və S Pen adlı xüsusi qələm vasitəsilə əllə daxiletməni dəstəkləyir. S Note aləti vasitəsilə birbaşa veb-brauzer, foto və ya videomateriallarda qeydlər etmək mümkündür. Model 1,4 QHs takt tezliyində işləyən 4 nüvəli prosessorla təchiz edilib. Əməli yaddaş tutumu 2 QB təşkil edir. Ekranın təsvir ölçüsü 1280×800 nöqtəyə (WXGA) bərabərdir.Galaxy Note 10.1 planşeti, həmçinin 5 və 1,9 meqapiksel matrisli kamera, GPS/QLONASS qəbuledicisi, MicroSD (64 QB-a qədər) slotu, Bluetooth 4.0 və Wi-Fi 802.11a/b/g/n simsiz rabitə adapterləri, akselerometr, rəqəmli kompas, işıqlanma datçiki və jiroskop tənzimçisi ilə təchiz olunub. Planşetin ölçüsü 262×180×8,9 millimetr, çəkisi təxminən 600 qram təşkil edir. Akkumulyator batareyasının tutumu 7000 milliamper/saata bərabərdir.
Samsung Galaxy S II HD LTE
Samsung Galaxy S II HD LTE — Samsung şirkəti tərəfindən istehsal olunan mobil telefon. == Xarakteristikası == Smartfon Android 2.3 proqram platforması ilə işləyir. Güclü aparat 1,5 QHz takt tezlikli 2 nüvəli prosessor və 1 Qb əməli yaddaş ilə təchiz edilib. İnteqrasiya edilmiş fləş daşıyıcının tutumu 16 Qb-dır; dəyişkən “MicroSD” kartlar üçün slot var. Smartfon 4,65 düym diaqonallı yüksək keyfiyyətli Super AMOLED sensor ekran ilə təchiz edilib; ekranın kəskinliyi 720×1280 nöqtədir. Əsas 8 meqapiksel kamera 1080p formatında yüksək dəqiqlikli videoyazmanı dəstəkləyir; ön hissədə yerləşən kamera 2 meqapiksel matrisə malikdir. Digər xüsusiyyətləri belədir: “Wi-Fi” (802.11b/g/n) və “Bluetooth 3.0” simsiz əlaqə adapterləri, GPS qəbuledicisi, NFC mikroçipi və 1850 мА∙h tutumlu akkumulyator batareyası. Smartfon dördüncü nəsil LTE mobil şəbəkələrində işi dəstəkləyir.
Qalay
Qalay (Sn), (lat. Stannum) – D. İ. Mendeleyevin elementlərin dövri sistemində 50-ci element. Bitkilərdə qalay 1855-ci ildə kəşf olunmuşdur. O bitkilərdə geniş həddə dəyişir, daha çox qalay günəbaxan və noxud toxumlarında olur. Qalay zəhərli ultramikroelementlərə aiddir. Tərəvəzlərdə qalayın miqdarı çox olmayıb 1 mkq/q və daha az olur. Heyvanların orqanizmində qalay bitkilərdə olduğundan çoxdur. Belə ki, məsələn, yağlı balıqda onun miqdarı 130 mkq/q – a qədər ola bilər. Insan orqanizmində qalay toxumlarda 0,5-dən 4,0 mkq/q – a qədər olur. Daha çox qalay diş minasında (95 mq/kq), dırnaqlarda (12 mq/kq) və sümüklərdə (1,4 mkq/q-a qədər) olur.
Malaxay
Malaxay - türk və altay mifologiyasında cəza tanrısıdır. Mankalay və ya Mangalay olaraq da tanınır. Yakutların inancında, yeraltı aləmində günahkar insanların cəzalarını tərtib edən tanrılardan biridir. Adı süvari, atlı mənaları daşıyır.
Şalaxo
Şalaxo, Şələqoy və ya Şələküm (gürc. კინტოური; erm. շալախո) — Cənubi Qafqazda məşhur olan rəqs. Şalaxoyun ritmi 6/8-lik dir. Rəqsin forması bölgəyə görə dəyişə bilər. İğdırda xalq oyunu olaraq oynayırlar. Şələqoy rəqsi azərbaycanlı bəstəkar Əfrasiyab Bədəlbəylinin «Qız qalası» (1940) baletində də yer alıb. == Tarixçə == Şalaxo Cənubi Qafqazda məşhur olan rəqslərindən biridir.
Halay
Halay (oyun) — Azərbaycanda uşaq və gənclər arasında toy, eləcə də el şənliklərində dəstələrə bölünərək oynanılan bütün oyunların başlanğıc forması. Halay (rəqs) (Yallı) — Azərbaycan milli rəqsi. Ən qədim rəqs növlərindən biri.
Malax
Aşağı Malax — Azərbaycan Respublikasının Qax rayonunun Qaşqaçay inzibati ərazi vahidində kənd. == Tarixi == Malax çayının sahilindədir. Keçmışdə bu zonada Malax adlı üç kənd mövcud idi. Onlar yaxınlıqlarındakı kəndlərin adları ilə Ləkit Malax, Baş Malax və Aşağı Malax adlanırdı. XI əsrə aid mənbədə Şəki zonasında Maluq qalasının adı çəkilir. Toponimikada Malax kəndinin adının Maluq qalasının adından götürülməsi ehtimalı var. Tədqiqatçıların məlumatına görə, bu kənd Dağıstanın Zeyxur kəndindən çıxmış saxurlar tərəfindən salınmışdır. Təxminən XVI əsrin ortalarında saxurlar bu zonaya köçüb gəlmiş və Malax kəndinin əsasını qoymuşlar.[mənbə göstərin] Ərazidəki Malaxlar adlı dağın olması bu toponimin etnotoponim olmasından xəbər verir. Qafqaz dillərində malax/malux "az, bir az, bir hissə" mənasını bildirir. Oykonim "Aşağıda yerləşən Malax kəndi" deməkdir.
Malay
Malay — Azərbaycan Respublikasının Ağdaş rayonunun Eymur kənd inzibati ərazi dairəsində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Ağdaş rayonunun Eymur kənd inzibati-ərazi vahidi tərkibindəki Malay qəsəbəsi rayonun yaşayış məntəqələri uçot məlumatından çıxarılmışdır.
Talay
Qalay 4-oksid
Kassiterit və ya qalay 4-oksid (SnO2) — dördvalentli qalayın oksigenli birləşməsi.Qalay 4-oksid suda həll olmur, təbiətdə kassiterit mineralı şəklində tapılır, turşu və qələvi məhlullarının təsirinə qarşı müstəsna dərəcədə davamlıdır, karbon, hidroken və s. ilə asan reduksiya olunur. Sənayedə qalayı oksigendə yandırmaqla alınır. İstiyədavamlı minalar və qurğuşun-qalay şirləri hazırlanmasında işlədilir.
Qalaç Məhəmməd qalası
Qalaç Məhəmməd qalası — Balakən şəhəri ərazisində yerləşən tarix-memarlıq abidəsi. == Tarixi == Qala XIX əsrdə Balakən camaatının ağsaqqalı olan Qalaç Məhəmməd tərəfindən inşa etdirilmişdir. Ağsaqqalın ərazini ələ keçirən Rusiya İmperiyası ordusuna təslim olmasından sonra Şeyx Şamil qalanı ələ keçirərək yandırmışdır. == Memarlıq xüsusiyyətləri == Abidə əyri dördbucaqlı formasına malik qala divarları və divarların əhatə etdiyi ərazinin mərkəzində yerləşən qüllədən ibarətdir. Divarların hündürlüyü iki metrə çatır. İnsan boyu hündürlükdə divarlar boyunca mazqallar yerləşdirilmişdir. Qala divarlarının əhatə etdiyi ərazinin ölçüləri 20 x 50 metrə bərabərdir.Qalanın mərkəsində yerləşən qüllənin üç mərtəbəsi dövrümüzə çatmışdır. Qüllənin yeganə qapısı yer səviyyəsində yerləşir. Qapının ölçüləri 0.86 x 1.45 metrə bərabərdir. Qüllənin divarlarında da mazqallar yerləşdirilmişdir.
Cek Falaxi
Cek Falaxi (20 fevral 1989, Ann-Arbor, Miçiqan) ABŞ aktyoru və ifaçısıdır. Cek How to Get Away with Murder (sətri tərcüməsi: "Cinayətdən necə yayınmaq olar") adlı ABC-nin televiziya qanuni dramında baş rollardan birində çəkilərək, şöhrət qazanır.Həyatı və fəaliyyəti Falaxi Miçiqan ştatının Ann Arbor şəhərində anadan olub. Cekin atası irlandiyalı, anası isə italiyalıdır. 2011-ci ildə Nyu-York universitetini biririr. Universitetdə aktyorluq peşəsini öyrənir və eyni zamanda qısa tamaşalarda iştirak edirdi. Eləcə də Cek filmlərdə çəkilməyə başlayır. Onlardan biri də Nikolas Keyc tərfindən çəkilmiş Rage (Tokarev) filmidir. Lifetime kanalı ilə də bir ara əməkdaşlıq edirdi. 2014-cü ildə Cek Los Ancelesə köçür və burada Şonda Rayemsin How to Get Away with Murder (sətri tərcüməsi: "Cinayətdən necə yayınmaq olar") dramında baş rollardan birinə dəvət alır. Cek bu dramında Viola Devisin beş seçilmiş tələbələrdən birini Konnor Uolş oynayır.
Mitsubishi Galant
Mitsubishi Galant — Mitsubishi avtomobil şirkəti tərəfindən 1969-cu ildən buraxılan avtomobil. Adı fransız dilində fr. Galant sözündən götürülüb və mənası "cəngavər" deməkdir. Bu modelin 9 müxtəlif nəsli yaradılıb və indiyədək onların ümumi satışının həcmi 5 milyonu ötüb. Model ilk olaraq kompakt sedan banı ilə buraxılıb. Vaxtaşırı dəyişdirilərək orta ölçülü avtomobil formasına gətirilib. İlk olaraq avtomobillər Yaponiyada buraxılırdı, 1994-cü ildən isə ABŞ bazarlarında İllinoys ştatında yerləşən Diamond-Star Motors (DSM) zavodunun istehsalı olan avtomobillər satılır.
Salxay adası
Salxay — Laptevlər dənizinə daxil olan Oleyok körfəzində yerləşən ada. İnzinati cəhətdən Yakutiya ərazisinə daxildir. Adanın uzunluğu 6,7 km, eni 3 km təşkil edir. Olenok körfəzinin qərbində Olenok deltasından 40 km şimal-qərbdə yerləşir. Maksimal hündürlüyü 18 metrdir. Üzəi bstaqlıqlaşmışdır. Kiçik göllərə sahibdir. Sahil ərazidində dərinlik 2 metrdir.Şimalında Orto-Arı adası yerləşir. Ondan 1,5 km eni olsm Çuqas boğazı ilə ayrılır. İlin 9 ayı buzla örtülü olur.
Valaxş Karen
Valaxş Karen — Sasani generalı, Karen sülaləsinin nümayəndəsi. == İlkin həyatı == Məşhur Karen sülaləsindən olub Azər Valaxşın nəvəsi idi. 665-ci ildə Təbəristanı işğal edərək Fərruxzad Bavəndini oldürmüşdü. Fərruxzadın oğlu Söhrab Mazandarana qaçaraq 673-cü ildə Təbəristana qayıtmış və atasının intiqamını almışdı. == Mənbə == Pourshariati, Parvaneh (2008). Decline and Fall of the Sasanian Empire: The Sasanian-Parthian Confederacy and the Arab Conquest of Iran. London and New York: I.B. Tauris. ISBN 978-1-84511-645-3.
Şalaxo rəqsi
Şalaxo, Şələqoy və ya Şələküm (gürc. კინტოური; erm. շալախո) — Cənubi Qafqazda məşhur olan rəqs. Şalaxoyun ritmi 6/8-lik dir. Rəqsin forması bölgəyə görə dəyişə bilər. İğdırda xalq oyunu olaraq oynayırlar. Şələqoy rəqsi azərbaycanlı bəstəkar Əfrasiyab Bədəlbəylinin «Qız qalası» (1940) baletində də yer alıb. == Tarixçə == Şalaxo Cənubi Qafqazda məşhur olan rəqslərindən biridir.
Xalaxı gölü
Xalaxı — Azərbaycanın Zaqatala rayonu ərazisində göl. Xalaxı dağının ətəyində, 2800 m. yüksəklikdə şirin sulu, axarlı kiçik göl. Muxax çayının başlanğıcını təşkil edən Xalaxı çayı bu göldən axır. Hidronim avar dilindəki xala (uzun) və xe (su) sözlərindən düzəlib, "uzun çay" mənasındadır. Göl öz adını çayın adından almışdır.
Alay
Alay və ya polk — bir polkovnikin əmri altında üç ya da dörd tabordan ibarət olan hərbi birlik. Bir həbri birlik olaraq çox köhnə tarixə malikdir. 16 əsrin ortalarında Fransız süvari birliklərinə də alay deyilirdi. Daha sonrakı əsrlərdə alayların öz bayraq, forma və gerbləri inkişaf etdirilmiş və müəyyən alaylar müəyyən bir şəxsiyyət, hərbi karier əldə etmişlər. 20 əsrin əvvəllərinə qədər Avropa və ABŞ ordularında alaylar 10 bölükdən ibarət idi. Napoleon isə alay təşkilatında yeni tənzimləmələrə getmiş və əmri altındaki alayları, biri qərargahda, digər ikisi də ərazidə olmaq üzrə üç tabor şəklində təşkilatlandırmışdır. 20 əsrin başlanğıcında Birləşmiş Ştatlar ordusu da bu yeniliyi mənimsəmişdir. Alayların bu quruluşu Birinci dünya müharibəsi, İkinci dünya müharibəsi və Koreya müharibəsi ərəfəsində dəyişməmişdir. Azərbaycan Silahlı Qüvvələrində və digər dövlətlərdə həbri birləşmələrdən başqa,hüquq mühafizə orqanlarının şəxsi heyətinin birləşmələridə Alay adlandırılır.məs:Çevik Polis Alayı və s.
Aşağı Malax
Aşağı Malax — Azərbaycan Respublikasının Qax rayonunun Qaşqaçay inzibati ərazi vahidində kənd. == Tarixi == Malax çayının sahilindədir. Keçmışdə bu zonada Malax adlı üç kənd mövcud idi. Onlar yaxınlıqlarındakı kəndlərin adları ilə Ləkit Malax, Baş Malax və Aşağı Malax adlanırdı. XI əsrə aid mənbədə Şəki zonasında Maluq qalasının adı çəkilir. Toponimikada Malax kəndinin adının Maluq qalasının adından götürülməsi ehtimalı var. Tədqiqatçıların məlumatına görə, bu kənd Dağıstanın Zeyxur kəndindən çıxmış saxurlar tərəfindən salınmışdır. Təxminən XVI əsrin ortalarında saxurlar bu zonaya köçüb gəlmiş və Malax kəndinin əsasını qoymuşlar.[mənbə göstərin] Ərazidəki Malaxlar adlı dağın olması bu toponimin etnotoponim olmasından xəbər verir. Qafqaz dillərində malax/malux "az, bir az, bir hissə" mənasını bildirir. Oykonim "Aşağıda yerləşən Malax kəndi" deməkdir.
Dalay-lama
Dalay Lama (tib. ཏཱ་ལའི་བླ་མ་, Vayli: ta la’i bla ma) — Kökləri 1391-ci ilə qədər gedib çıxan Tibet buddizmində Qeluq məktəbininin xəbər vermə xətti. Tibet buddizminə görə, Dalay Lama Avalokiteşvara və Bodxisatva iztirabın Yerdəki təcəssümüdür. XVII əsrdən 1959-cu ilə qədər Dalay Lama ölkənin paytaxtı Lhasa dan ölkəni idarə etmişdir. Bununla əlaqədar olaraq, Dalay Lamaya indi Tibet xalqının dini lideri kimi baxılır. Dalay Lamaya müraciətdə "Zati-müqəddəsləri" titulu istifadə olunur. Baxmayaraq, Dalay Lamanı Qeluq məktəbinin rəhbəri hesab edirlər, lakin bu məktəbə rəsmi olaraq Qanden Tripa rəhbərlik edir. "Dalay" monqol dilində "Əzəmətli" mənasında" "okean" deməkdir (Çingizxandan sonra hakimiyyətdə olan xanlar Dalay-xan titulunu daşıyırdılar. "Lama" (bla ma) isə sanskrit dilində "quru" sözünün ekvivalenti olaraq "müəllim" mənasını verir. Dalay Lamanın ölümündən sonra onun növbəti inkarnasiyasının axtarışına çıxırlar.
Qalaça
Qalaça və ya Şamilqala — Qax rayonunun İlisu kəndində Yazlıq dağının üstündə inşa olunmuş qala. Qalaça (Laçın) — Azərbaycan Respublikasının Laçın rayonu inzibati ərazi vahidində kənd. Qalaça (Loru) — Loruda kənd. Qalaça — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Talin rayonu ərazisində kənd.
Qalaçay
Qalaçay — Oğuz rayonu ərazisində çay. == Haqqında == Qalaçay Türyançayın sağ qoludur. Mənbəyini Malqamut dağının cənub yamacından (2700 m. yüksəklikdən) alır, Filfilli kəndi yaxınlığında çoxlu qollara ayrılır və bu qolların bəziləri Nəzər çayı ilə birləşir. Çayda güclü sel hadisələri baş verir. Ağçay, Filfilçay, Xaçmazçay da adlanır. Çay adını yaxınlıqdakı qalanın adından almışdır. == Mənbə == Azərbaycan toponimlərinin izahlı lüğəti. Bakı, 2007.
Qalxan
Qalxan – ox, qılınc və başqa silahlardan qorunmaq üçün bir savaş vasitəsidir. Ən köhnə qalxanlar ağacdan düzəlirdi, lakin daha sonra dəmir, polad və başqa materiallardan da istifadə edilirdi. Müasir zamanda gülləkeçirməz şüşədən düzələn qalxanlara da rast gəlmək olar. Qalxanlar qədim zamanlarda meydana çıxmış, lakin son orta əsrlərdə zirehlərin təkmilləşdirilməsi və qılıncoynatmaların inkişafı səbəbindən onların əhəmiyyəti azalmışdır. Odlu silahların yayılması ilə qalxanlar tədricən döyüş əhəmiyyətini itirmişdir. Lakin sonrakı dövrdə Avropa ölkələrində dekorativ qalxanların istehsalına başlanılmışdır. (Bunlar orta əsr qalxanlarının bənzəri idi, lakin praktiki istifadə üçün nəzərdə tutulmamışdı - əsasən aristokratların qalalarında və saraylarında otaqların bəzədilməsinə xidmət edirdi). Birinci Dünya Müharibəsi zamanı, mövqe savaşı şəraitində, piyadaları qorumaq üçün yenidən metal qalxanlar geniş yayılmışdır. Son zamanlar hüquq-mühafizə orqanlarının xüsusi birləşmələrində küçə asayişi, kiçik hücum hərəkətləri və s. bərpa edilərkən qalxanlardan istifadə olunur.
Qalal
Qalal — Azərbaycan Respublikasının Zaqatala rayonunun inzibati ərazi vahidində kənd. Əli Bayramlı, Qas Əzgilli və Qarqay kəndləri ilə birlikdə Əli Bayramlı bələdiyyəsinin tərkibindədir.
Qalas
Qalas (osm. قلاص, türk. Kalas, alm. Galatz‎, mac. Galac, rum. Galaţi), Rumıniyanın şərqində Boğdan bölgəsində yer alan İbrail şəhəri və Moldova sərhədində yer alan bir şəhərdir. Son resmi rəqəmlərə görə 304.340 nəfərlik əhaliyə sahib şəhərdir, Rumıniyanın 7-ci büyük şəhəridir.
Qalat
Qalat (Qəzvin)
Qatay
Qatay Xan - türk və altay mifologiyasında zəlzələ ilahı. Qaday və ya Kıtay (Kıday) olaraq da deyilir. Dəmirçi ilahı olaraq da görünür. 40 buynuzlu boğasıyla zəlzələ meydana gətirir. Bu öküz qəzəblənib əsəbiləşdiyini ayaqlarını yerə sürtməyə başlayır beləcə yüngül sarsıntılar olar. Burnundan soluması isə yüngül səslərə çevrilir. Daha çox kızdığında isə ayaqlarını yerə vurur. Daha da qızınca buynuzlarını torpağa keçirib yer üzünü yelləyər. Homurtuları isə zəlzələnin gurultusunu meydana gətirir. Qatay Xan, doqquz davulludur.
Qazax
Qazax — Azərbaycanda şəhər, Azərbaycan Respublikasının Qazax rayonunun inzibati mərkəzi. == Tarixi == Qazax vaxtilə oymaq, sultanlıq, sonralar isə qəza mərkəzi olmuşdur. 1909-cu ildən şəhər statusu almış, hazırda isə rayon mərkəzidir. Ehtimallara görə Qazaxın əsası VIII əsrdə ərəb sərkərdəsi Mərvan ibn Məhəmməd tərəfindən qoyulmuşdur. Bu yer haqqında VII əsr hadisələri ilə əlaqədar "Kasak" (Kasaq) kimi ərəb tarixçisi əl-Kufi (IX əsr) də məlumat vermişdir. Toponim özündə qıpçaq mənşəli "qazax" etnik birliyinin adını əks etdirir. Lakin qıpçaqların bir hissəsi bu zonaya sonralar da gəlmişdir. XI–XII əsrlərdə gürcü çarlarının hərbi qüvvə kimi istifadə etmək məqsədilə Şimali Qafqazdan Şərqi Gürcüstana kütləvi surətdə qıpçaq ailələri köçürdükləri məlumdur. Təkcə 1118-1120–ci illərdə gürcü carı IV Qurucu David 45 minlik süvari ordusu olan 225 min qıpcağı Gürcüstanda yerləşdirmişdi. Türkdilli əhali sayca çoxluq təşkil etdiyi üçün Şərqi Gürcüstan XI–XIII əsr gürcü mənbələrində Didi Türkoba (Böyük Türk obası) adlanırdı.
Qalaq
Qalaq (yığın) – qabaqcadan həcmi məlum olmayan verilənləri yerləşdirmək üçün proqrama ayrılmış yaddaş sahəsidir. Qalaq (verilənlər strukturu) — xüsusi şərtlərl çərçivəsində təşkil olunmuş ağac şəkilli verilənlər strukturuna deyilir. Qalaq sıralaması — massivin elementlərini qalağa yığmaqla həyata keçirilən sıralama qaydasıdır.