Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Gecəyarı günəşi (roman)
Gecəyarı günəşi (ing. Midnight Sun) — yazıçı Stefani Mayerin 2005-ci ildə yazdığı Alatoran romanının 2020-ci ildə nəşr olunan kompanion romanıdır. Əsərdə Alatorandakı hadisələr Bella Svon yox Edvard Kallenin dilindən nəql edir. Meyer bildirmişdirki Alatoran Edvardın dilindən yazmağı istədiyi yeganə kitabdır. Edvard obrazının yaxşı dərk edilməsi üçün çəkilişlər zamanı Meyer Alatoranın rejissoru Ketrin Hardvik və Edvardı canlandıran Robert Pattinsona romanın hələ o vaxt tamamlanmış bəzi hissələrini oxumaq üçün vermişdi. Roman 4 avqust 2020-ci ildə nəşr olundu. == Nəşrdən əvvəlki tarix == 28 Avqust 2008-ci ildə Meyer internetdə tamamlanmamış on iki fəslin sızmasından sonra romanın yazısını dayandırdı. O, "Əgər indi Gecəyarı günəşi yazmağa çalışsaydım, indiki düşüncəmə əsasən Ceyms çox güman ki, qalib gələcək və bütün Kallenlər öləcəkdi ki, bu da orijinal hekayəyə uyğun gəlməyəcəkdi. Buna görədə baş verənlərlə əlaqədər pis oldum və romanı hələlik təxirə saldım."[6] O, sızmış on iki hissədən ibarət qaralama hekayəni öz veb saytında yayımladı. Meyer sızmanın pis məqsədlə olduğuna inanmadığını və ad verməyəcəyini bildirdi.
Gecəyarı kitabxanası (roman)
Gecəyarı kitabxanası (ingiliscə: The Midnight Library) - ingilis yazıçısı Mett Heyqin 40-dan artıq dilə tərcümə olunmuş romanı. Peşmanlıqlar, ehtimallar və bir insanın müxtəlif qərarları üzərində qurulmuş roman insanın hər zaman seçim haqqına sahib olması fikrini müdafiə edərək bir baxıma motivasiya kitabı kimi qəbul edilə bilər. Romanda Nora Sid adlı qadının intihardan sonra gecəyarısında (00:00:00) ölüm və həyat arasında yerləşən möcüzəli kitabxanada gözünü açır. Buranın bələdçisi Noranın orta məktəb kitabxanaçısı xanım Elmdir. Nora burada həqiqi həyatındakı peşmanlıqları yazılmış "peşmanlıqlar kitabı" ilə tanış olmaq, təkrar-təkrar geriyə dönüb fərqli qərarlar verə bilmək şansı ilə qarşılaşır. Hər fərqli qərarın çox müxtəlif nəticələri olur. Çoxsaylı həyatları arasında Nora sevgi, dostluq, ailə,məşhurluq, uğur, pul və s. kimi bir çox məsələlər arasında seçim etməli olur. == Məzmunu == Həyatı peşmanlıqlar ilə dolu olan Nora Sid (Nora Seed) tək dostu olan pişiyinin ölümünə dözməyərək intihar edir. Ölümündən sonra özünü gecəyarı kitabxanası adlandırılan qəribə yerdə tapan Noraya geri qayıtmaq, peşman olduğu şeyləri düzəltmək (hər hansı qərarları vermək, verməmək, və ya dəyişdirmək) fürsəti verilir.
Parisdə gecəyarı (film, 2011)
Vudi Allenin 76 yaşında çəkdiyi 42-ci filmi. Bu rejissor qocalmaq bilmir. Nyu-York, London, Barselonadan sonra Vudi Allen bu dəfə Parisə səyahət edib. Film Parisin gəzintisi ilə başlayır. Film başlayandan beş dəqiqə boyunca Parisin ayrı-ayrı yerləri göstərilir. Parisin gözəl mənzərələrini isə gözəl musiqi müşayiət eləyir. Film Amerikadan Parisə gələn iki sevgilinin həyatındandır. Daha doğrusu, yazıçı olmaq arzusunda olan və Paris küçələrində öz ilham pərisini axtaran Gil Pender adlı Amerikalı oğlanın başına gələn hadisələr təsvir olunub. Filmin əsas mövzusu isə yanlış zamanda yaşadığına inanan və keçmiş zaman üçün darıxan gənc yazarın Parisdə özünü kəşf etməsidir. Parisdə özünü yalnız hiss edən Gil, şəhəri gəzərkən keçmişə səyahət edir, öz xəyal dünyasını yaradır və 1920-ci illərin Paris mühitinə düşür.
Pol Revirin gecəyarı gəzintisi
Pol Revirin gecəyarı gəzintisi — 1775-ci ilin aprelində Leksinqton və Konkord döyüşlərindən əvvəl Britaniya qüvvələrinin yaxınlaşması barədə Amerika müstəmləkə milislərinə xəbərdarlıq. Gəzinti 1775-ci il aprelin 18-nə keçən gecə, ABŞ İstiqlal müharibəsinin ilk döyüşlərindən dərhal əvvəl baş vermişdir. Əvvəlki həftələrdə Britaniya Ordusunun fəaliyyəti o vaxt Konkordda yerləşən Massaçusets Vilayət Konqresinə qarşı planlaşdırılmış repressiyaya işarə etmişdir. Pol Revir və Vilyam Deyvs Bostonun Köhnə Şimal kilsəsinin sekstonu Robert Nyumanın Çarlztaundakı kolonistləri Çarlz çayı ilə ordunun irəliləməsi barədə xəbərdar etmək üçün fənər siqnalından istifadə etmişdir. Revir və Deyvs daha sonra on mil məsafədə olan Leksinqtonda Con Henkok və Samuel Adamsla görüşmək üçün minərək yol boyu 40-a qədər digər atlıya xəbərdarlıq etmişdilər. Boatner, Mark Mayo III. Encyclopedia of the American Revolution. Library of Military History. New York: David McKay. 1975. ISBN 978-0-618-00194-1.
Gecəyarısı Şahinləri
Gecəyarısı Şahinləri (ing. Midnight Hawks) Finlandiya Hərbi Hava Qüvvələrinə məxsus aerobatika eskadronudur. 1997-ci ildə qurulmuşdur. Uçuşlar üçün BAE Systems Hawk təyyarələri istifadə olunur. Təyyarələrin xüsusi dizaynı yoxdur.
Birisigün, gecəyarısı…
Birisigün, gecəyarısı... — rejissor Arif Babayev tərəfindən 1981-ci ildə ekranlaşdırılmış tammetrajlı bədii film. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Kəskin süjetli macəra filmi Azərbaycanın ilk çekistlərinin fəaliyyətinə həsr olunmuşdur. Əsas rolları Məlik Dadaşov, Həsən Məmmədov, Ernst Romanov, Gennadi Korolkov, Yuozas Budraytis və Zemfira Sahilova ifa edirlər. == Məzmun == Kəskin süjetli macəra filmi Azərbaycanın ilk çekistlərinin fəaliyyətinə həsr olunmuşdur. == Mükafatlar == 1983-cü ildə ssenari müəllifləri Məmməd Avdiyevə, Anatoli Donetsə, Ramiz Fətəliyevə, quruluşçu rejissor Arif Babayevə, quruluşçu operator Teyyub Axundova, aktyor Həsən Məmmədova, aktyor Məlik Dadaşova və aktyor Hacımurad Yagizarova SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin çekistlər və sərhədçilər haqqında ən yaxşı kino əsəri üçün III mükafat verilmişdir. 1986-cı ildə filmə Azərbaycan Dövlət 1986-cı il 26 aprel tarixdə bəstəkar Xəyyam Mirzəzadə film üçün bəstələdiyi musiqiyə görə Azərbaycan SSR Dövlət mükafatına layiq görülmüşdür. == Film haqqında == Film yazıçılar Məmməd Avdiyev və Anatoli Donetsin "Respublika naminə" sənədli povestinin motivləri əsasında çəkilmişdir. Filmə öncə 2-ci kateqoriya verilsə də, sonradan artan tamaşaçı sayısı bu rəqəmi 1-ə yüksəltdi.
Birisigün, gecəyarısı... (film, 1981)

Gecəyarısı Ekspresi (film, 1978)
Gənc amerikalı turist Billi Heyz sevgilisi Syuzan ilə Türkiyəyə tətilə gəlir. Heyz dostlarına satıb pul qazanmaq üçün ölkəsinə qayıdarkən özü ilə iki kiloqram xaşxaş götürməyə çalışır. İntiharçı kimi bədəninə yerləşdirdiyi kiçik narkotik paketləri təyyarəyə minərkən ani təhlükəsizlik axtarışından sonra polis tərəfindən tapılır və onun İstanbul Sağmalcılar Həbsxanasında həbs həyatı başlayır. == Film haqqında == 2004-cü ilin dekabrında Türkiyəyə səfəri zamanı kitabdan uyğunlaşdırılmış filmin ssenari müəllifi Oliver Stoun çəkiliş zamanı yazdıqlarını həddindən artıq dramatikləşdirdiyini etiraf edib və üzr istəyib. Billi Heyz film haqqında danışarkən filmin reallığı əks etdirmədiyini və filmdə göstərilən Türkiyə imicinə görə peşmanlıq hiss etdiyini bildirib.
Gecəyarısından əvvəl
Gecəyarısından əvvəl (ing. Before Midnight) — Riçard Linkleyterin rejissorluğu ilə 2013-cü ildə çəkilmiş amerikan romantik dram filmi. Filmin baş rollarında İtan Houk və Cüli Delpi çəkilmişdir. Bu "Əvvəl" trilogiyasının üçüncü filmidir. Hekayə cütlüyün əkiz qızları ilə tətildə olduğu Yunanıstanda baş verir.
Kabiriyanın gecələri
"Kabiriyanın gecələri" (it. Le notti di Cabiria) — rejissor Federiko Fellininin filmi. == Məzmun == Filmdə baş verən bütün vaxt kəsiyində dayanmadan özünün böyük məhəbbətini axtaran Kabiriyadan danışılır. Həyat ona həmişə heç də xoş olmayan sürprizlər bəxş edir. Beləcə bütün bu axtarışlar ona bədbəxtliklər gətirir. Onun görüşdüyü bütün adamlar, demək olar ki, Kabiriyadan öz maraqları üçün istifadə edirlər. Kabiriya həmişə ümidsiz vəziyyətdə Madonnaya dua edir ki, ona hədiyyə verilmiş ömrünü öz istəyinə uyğun yaşaya bilsin. Və budur, nəhayət ki, ömrünü fahişəliklə keçirən Kabiriya arzularının kişisini tapır. Onun adı Oskardır. Həmin kişi mühasib işləyir və Kabiriyaya xoşbəxt və yalansız gələcək vəd edir.
Keçəvari pavloniya
Pişəvər gecələri
Pişəvər gecələri — Şiə alimi Məhəmməd Musəvi Şirazinin Şiə-Sünni mübahisəsi mövzusunda yazdığı əsər. Xəbərdarlığın sonu Kitab Azərbaycan, ərəb, türk, ingilis və s. dillərə tərcümə olunub və təkrar-təkrar nəşr edilib.
Qütb gecələri
Qütb gecələri — qütb sahələrində üfüqdə Günəşin görünmədiyi müddət olub, ilin müəyyən bir dövrüdür. Qütb gecələrinin davamiyyəti qütbə doğru artır; 66°33” paralelində 1 gün (24 saat), qütbdə 179 günə çatır. Şimal qütbündə qütb gecələri payız gecə-gündüz bərabərliyi tarixindən (23 sentyabr) yaz gecə-gündüz bərabərliyinə (21 mart) qədər davam edir. Rusiya: Apatitı, Bilibino, Verxoyansk, Varkuta, İnta, Hacıyevo, Dudinka, Zaozersk, Zapolyarnı, İqarka, Kandalakşa, Kirovsk, Kovdor, Kola, Labitnanqi, Monçeqorsk, Murmansk, Меzеn, Naryan-Маr, Nоrilsк, Оlеnеqоrsк, Ostrovnoy, Pevek, Polyarnıy Zori, Polyarnıy, Salexard, Severomorsk, Skejnoqorsk, Srednokolımsk, Usinsk. Norveç: Lonqyir, Tromse.
Tapmaca gecələri
Zəngilan rayonunun bir çox kəndlərində payızdan başlayaraq yaza qədər evlərdə tapmaca gecələri təşkil olunurdu. Söyləyicilərin dediyinə görə, tapmaca gecələri olduqca maraqlı keçirdi. Kimsə tapmacanın cavabını tapa bilmirdisə, o, borclu qalırdı. Onda tap-macanı söyləyən deyirdi: “Satıram”. Yerdən biri deyirdi: “Alıram”. Soruşurdular: “Hansı cəzanı çəksin?” Tapmaca deyən dillənirdi: “Qab götürsün, getsin filan bulaqdan bir qab su gətirsin, camaat su içsin”. Tapmacanın cavabını tapa bilməyən gedib su gətirdikdə ona əziyyət vermək üçün deyirdilər ki, sənin şahidin yoxdu, bəlkə, suyu başqa yerdən doldurub gətirmisən. Onun yanına birini şahid qoşub təkrar su gətirməyə göndərirdilər. Tapmacanı tapmayan şəxsə digər cəzalar da verilirdi. Məsələn, səhərə qədər dik ayaq üstə durmaq və s.
Türk gecələri
Türk gecələri — 1918-ci ilin sonlarında Bakıda təşkil edilən geniş proqramlı konsertlər. Azərbaycan Xalq Cümhuriyyəti dövründə milli ruhun və milli ideyalarını güclənlənməsi nəticəsində milli mədəniyyətin təbliğinə və tədqiqinə, tarixi və milli ənənələrə maraq fövqəladə dərəcədə artmışdı. "Türk gecələri"nin təşkili də bununla əlaqədar idi. Maraqlı və orijinal proqramlı "Türk gecələri" konsertlərində türk xalqlarının musiqisinə və ədəbiyyatına geniş yer verilir, "Azərbaycanın müstəqilliyi", "Türk qadının dünyası", "Türk tipləri", "Milli birlik" və s. mövzularda tamaşalar göstərilirdi. Bu tədbirlərdə tatarlar, osmanlı türkləri, Azərbaycan və Türkiyə şair və yazıçıları, artistlər və rəssamlar iştirak edirdilər. Gecələrdə türk xalqlarının etnoqrafiyasına və məişətinə həsr olunmuş "Türk ocağı", "Türkmən çadrası", "Atəşgah", "Şərq salonları" kimi sərgilər nümayiş etdirilirdi. Gecələrin bədii tərtibat hissəsinə Əzim Əzimzadə, ədəbi-vəkal hissəyə "Yaşıl qələm " cəmiyyətinin üzvləri rəhbərlik edirdilər. "Türk gecələri" konsertlərində Məhəmməd Əmin Rəsulzadə məsul müdir kimi çıxış edirdi. "Müsavat" partiyasının və Azərbaycan Hökumətinin üzvləri və digər siyasi xadimlər də bu konsertlərin keçirilməsində bilavasitə iştirak edirdilər.
Keçəvari pavlovniya
Keçəvari pavlovniya (lat. Paulownia tomentosa) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin pavlovniyakimilər fəsiləsinin pavlovniya cinsinə aid bitki növü. == Təbii yayılması == Çində geniş yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 10–18 m, çətirinin diametri 7–10 m olan, şaxələnmiş budaqlı və enli, sıx çətirli, düz silindrik gövdəli, yarpağı tökülən ağacdır. Yarpaqları üzbəüz düzülüşlü, iri, uzunluğu 30 sm-ə qədər, uzunsaplaqlı, bütöv kənarlı, bəzən üç hissəli və ya dərin dişlidir. İri çiçəkləri zəngvari, bənövşəyi rənglidir, süpürgəvari hamaş çiçək qrupuna yığılmışdır. Meyvəsi çoxsaylı, xırda, qanadlı toxumları olan qutucuqdur. Kök zoğları və toxumlarla çoxaldılır. == Ekologiyası == İşıqsevəndir. Zəngin, məhsuldar, drenajlı torpaqlara tələbkardır.
Bakı gecələri 2009
Bakı gecələri 2009 müsabiqəsinə 2009-cu ildə bəstələnmiş 63 mahnı təqdim olunub. Bu mahnılar arasından seçim 12 noyabrda olub. Müsabiqədə 25 mahnı final konsertinə vəsiqə qazıb. Bakı gecələri 2009 müsabiqəsinin final mərhələsi Rəşid Behbudov adına Mahnı Teatrında keçirib. Qala-konsert və qaliblərin mükafatlandırma mərasimi isə dekabrın 24-də Heydər Əliyev Sarayında baş tutub.
Pişəvər gecələri (kitab)
Pişəvər gecələri — Şiə alimi Məhəmməd Musəvi Şirazinin Şiə-Sünni mübahisəsi mövzusunda yazdığı əsər. Xəbərdarlığın sonu Kitab Azərbaycan, ərəb, türk, ingilis və s. dillərə tərcümə olunub və təkrar-təkrar nəşr edilib.
Qovğalı kəndinin gecələri
Ömründə rus dilində bir kəlmə də danışmayan Xasməmməd kişi birdən gecələr rusca sayıqlamağa başlayır. Bu məsələ bütün kəndə yayılır. Ailəsi onu həkimin yanına aparır. Bunun bir köməyi olmadığını görəndən sonra onlar mollanın yanına getməli olurlar.
Vəba gecələri (roman)
Vəba gecələri — Orxan Pamukun 23 mart 2021-ci ildə nəşr olunan romanı. Orxan Pamuk Kitablıq jurnalının 199-cu sayında ilk dəfə Vəba gecələrindən bəhs etmiş və əsərinin Şərq-Qərb romanı olacağını söyləmişdir. O, ilk dəfə 2017-ci ilin payızında nəşr olunacağını dediyi romanını 30 ildən artıq redaktə etdiyini bildirib. 2020-ci ildə yazıçı, romanı üzərində 3,5 il çalışdığını söylədi. Nəhayət, 2021-ci ilin mart ayında Yapı Kredi Nəşrləri tərəfindən nəşr ediləcəyi açıqlandı. Romanın üz qabığında müəllifin çəkdiyi şəkildən istifadə olunub. Pamuk romanı ilə bağlı məşhur ədəbiyyat dərgisi OT-a da müsahibəsini vermişdi. Vəba gecələrindəki hadisələr 1900-1901-ci illərdə İkinci Dünya Müharibəsi zamanı Krit-Kipr-Rodos yaxınlığındakı xəyali Osmanlı əyaləti olan Minger adasında cərəyan etmişdi. Hakimiyyət olaraqda Sultan Əbdülhəmidin dövrünə təsadüf edir. Hindistan və Çindən gələn üçüncü vəba pandemiyası 1894-cü ildən bəri adada yayilmağa başladı.
Bakı gecələri (film, 2015)
Bakı gecələri kinoalmanaxı 2015-ci ildə ekranlaşdırılmışdır. "Debüt" studiyasında istehsal edilmişdir. Kinoalmanaxa 5 qısametrajlı film daxildir: "Yeraltı keçid", "Buludlar", "İşıq yolu", "Beş dəqiqə", "Skripkaçı". Əsas rolları Şahmar Qəribli, Svetlana Həkimova, Günel Məmmədova, Nicat Əli, Səbinə Məmmədova, Rafiz Mehdizadə, Vidadi Həsənov, Pərvin Abıyeva, Fəxrəddin Manafov, Mehriban Zəki, Dəniz Tacəddin, Günəş Mehdizadə, Şahin Səlimov və Rasim Cəfər ifa edirlər.
Kabiriyanın gecələri (film, 1957)
"Kabiriyanın gecələri" (it. Le notti di Cabiria) — rejissor Federiko Fellininin filmi. == Məzmun == Filmdə baş verən bütün vaxt kəsiyində dayanmadan özünün böyük məhəbbətini axtaran Kabiriyadan danışılır. Həyat ona həmişə heç də xoş olmayan sürprizlər bəxş edir. Beləcə bütün bu axtarışlar ona bədbəxtliklər gətirir. Onun görüşdüyü bütün adamlar, demək olar ki, Kabiriyadan öz maraqları üçün istifadə edirlər. Kabiriya həmişə ümidsiz vəziyyətdə Madonnaya dua edir ki, ona hədiyyə verilmiş ömrünü öz istəyinə uyğun yaşaya bilsin. Və budur, nəhayət ki, ömrünü fahişəliklə keçirən Kabiriya arzularının kişisini tapır. Onun adı Oskardır. Həmin kişi mühasib işləyir və Kabiriyaya xoşbəxt və yalansız gələcək vəd edir.
Qovğalı kəndinin gecələri (film, 2008)