Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Böyük Ciddikar
Böyük Yeddikar (3 fevral 1929, Təbriz – 18 dekabr 2013, Tehran) — Azərbaycan əsilli İran futbolçusu. Böyük Yeddikar İran futbolu tarixində xarici kluba transfer olunan ilk oyunçudur. == Həyatı == 1929-cu ilin 3 fevralında Təbriz şəhərində anadan olmuşdur. 2013-cü ilin 18 dekabrında, 84 yaşında Tehran şəhərində vəfat etmişdir. == Kareyerası == Böyük ilk dəfə qapıçı mövqeyində oynamağa başlamışdı. Onun meydan oyunçusu kimi istedada sahib olması məşqçisi Əli Danayifərd tərəfindən kəşf edilmişdi. Böyük onun təklifi ilə irəlidə sol cinah hücumçusu kimi oynamağa başlamış və qısa müddət sonra İranın ən yaxşı futbolçusuna çevrilməyi bacarmışdı. 1957-ci ildə o, Viktoriya 89 Berlin klubuna transfer olundu. Klub onunla 3 illik olmaqla aylıq 1500 alman markası məvaciblə müqavilə imzalamışdı. Lakin cəmi 9 aydan sonra atası vəfat etdi və Böyük ölkəsinə geri dönməyə məcbur oldu.
Girdiman knyazlığı
Girdiman knyazlığı — Qafqaz Albaniyasının Girdman vilayətində knyazlıq. VII əsrin əvvəllərində Albaniyanın Girdiman vilayətində Girdiman knyazlığı yaranmışdır. 591-ci il Sasani-Bizans müqaviləsinə görə Albaniyanın Girdiman vilayəti, eyni zamanda, Tiflis və Dvinə qədərki ərazisi Sasanilərin hakimiyyəti altında qalmışdı. Bu ərazidə əsas üstünlüyü Azərbaycan türkləri təşkil edirdilər. Lakin hələ çox qədimlərdən Girdiman vilayətində Azərbaycan türklərinə soy-kök cəhətdən yaxın, daha doğrusu, qohum olan sabir tayfaları yaşayırdılar. Sabir tayfaları cəsur və döyüşkən olduğundan Sasanilər və Bizans dəfələrlə onların hərbi qüvvəsindən istifadə etmişdi. Dörd əsrlik tarixə malik Sasani imperiyası artıq öz ömrünü başa vurmaqda idi. Sasanilərin hakimiyyəti altındakı əksər ölkələrdə yerli feodallar güclənərək, mərkəzi hakimiyyətlə hesablaşmaq istəmirdilər. Məhz belə bir qarışıq dövrdə — IV əsrin sonu – VII əsrin əvvəllərində əsasını Mehranilər sülaləsinin qoyduğu Girdman knyazlığı meydana gəldi. Əvvəlcədən onu qeyd edək ki, Mehranilər sülaləsinin soy-kökünü farslarla əlaqələndirməyə cəhd göstərilsə də, bu ideyanın müəllifləri, uğur qazanmamışlar.
Girdiman qalası
Cavanşir qalası — İsmayıllı rayonunda yerləşən tarixi abidə. Rayonun qədim dövrlərə aid tarixi abidələrinin böyük əksəriyyəti Albaniya tarixinə aiddir. Məlumdur ki, Albaniya tarixinin son dövrləri, onun əsas vilayətlərindən olan Girdiman vilayəti və tanınmış sərkərdəsi Cavanşirin adı ilə bağlıdır. Qala 7-ci əsrdə tikilmişdir. Qafqaz Albaniyasında Mehranilər sülaləsinin hakimiyyəti dövründə hökmdar Cavanşir tərəfindən tikdirilmişdir və buna görədə qala onun adını daşıyır. Qalanın inzibati mərkəz kimi istifadə olunduğu güman edilir. Qala İsmayıllı rayonunun Talıstan kəndindən 4 km şimalda, Ağcaçayın sağ sahilində yerləşir. Əsas hissə "içqala"dan ibarətdir. Əsas hissənin cənub divarlarının qalınlığı 2 m, hündürlüyü isə 10 m-dən çoxdur. Düzgün olmayan çoxbucaqlıyla "içqala" dağın ən hündür yerində tikilmişdir.
I Firuz (Girdiman knyazı)
I Firuz — İberiya çarı III Mirianın kürəkəni və Quqark knyazlığının və Girdiman knyazlığının ilk knyazı. Adsız bir oğlu ondan sonra yerinə keçmişdi. Bu oğuldan olan qız nəvəsi İberiya kralı II Aspakur ilə evlənmişdir, oğlan nəvəsi isə I Arşuşa adı ilə Quqark knyazı olmuşdur.
Qırğılar
Qırğılar (lat. Accipitridae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinə aid heyvan fəsiləsi. Qırğılara Antarktida və bir neçə okean adaları istisna olmaqla bütün qitələrdə rast gəlinir. Tropik iqlimi olan zonalarda daha rəngarəng və çoxsaylıdır. Elə növləri var ki, arealı dünyanın çox hissəsini əhatə edir. Müxtəlif landşaft tiplərinə aid yerlərdə — meşələrdə, tundrada, çöllərdə, səhralarda, hətta hündürlüyü dəniz səviyyəsindən 7000 m-dək dağlıq ərazilərdə belə rast gəlinir.
Böyük Xırdakar
Böyük Xırdakar — 1728-ci ildə İrəvan əyalətinin Zarzəmin nahiyəsində kənd adı == Toponimi == Azərbaycan dilində xırda (kiçik, balaca) və ərəbcə qar mağara, zağa ya da türk dillərində qar alınmaz qaya sözlərindən ibarətdir. Azərbaycanda və Ermənistanda bir sıra dağ adlarının ikinci hissəsi qar, kar sözündən ibarətdır. Erməni tədqiqatçıları bu sözü ermənicə kar daş, qəmbər sözü hesab edərək bu dağ adlarını guya keçmişdə ermənilərin oralarda yaşadıqlarını göstərən fakt kimi götürürlər. Lakin bu tamamilə səhv fikirdir. Qar sözü həm də Şərqi İran dillərində (əfqan, tacik, yaqnab dillərində) dağ mənasındadır. Ola bilər türk tayfalarının qərbə hərəkəti ilə bu söz də gətirilmişdir. Azərbaycanda Babaqar (Tovuz rayonu), Buzduqqar (Kəlbəcər rayonu), Keçələkar (Kəlbəcər rayonu), Qoşnakar (Gədəbəy rayonu, Çimqar (Xanlar rayonu), Hinqar (İsmayıllı rayonu), Çoxqar (Şəki rayonu), Keşunqar (Oğuz rayonu) və b. dağ adlarının birinci hissələri tamamilə türkcədir. Qazaxıstanda Kalkaqar, Sunkar və b. dağ adları da bu sıraya aiddir.
Qırğılar (yarımfəsilə)
Qırğılar (lat. Accipitrinae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinə aid heyvan yarımfəsiləsi.
Oxuyan qırğılar
Oxuyan qırğılar (lat. Melieraxinae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinə aid heyvan yarımfəsiləsi.