Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Geoid
Geoid — Dünya okeanın həyəcansız vəziyyətdəki səthinin və onun qitələr üzərində davamına uyğun olan ağırlıq qüvvəsi potensialının bərabər qiymətlərinin yaratdığı mürəkkəb həndəsi səth. Geoid Yerin fiqurunu müəyyən edir, onun dağlardan və dəniz hövzələrindən təşkil olunmuş fiziki səthindən əhəmiyyətli dərəcədə fərqlənir. Geoid vəziyyəti hər yerdə ayrı-ayrılıqda Yerin süni peyklərinin hərəkətini müşahidə etməklə, geodezi-astronomik və qravimetrik məlumatlara əsasən tapılır. Yer ellipsoidinin ölçü və forması adətən böyük yarımoxu (a) və sıxılması (a) ilə təyin edilir. a = (a — b) / (ab). Burada b- ellipsoidin kiçik yarımoxudur. a = 6378,245 km, a =1/298,3. Yerin həqiqi forması (rus. геоид, ing. geoid) .
Geyim
Geyim — parçadan və müxtəlif materialalrdan hazırlanan, insanların bədənin müxtəlif hissələrini örtmək üçün istifadə etdiyi bədən örtüyü. Geyim adətən parçadan və ya toxuculuq materiallarından hazırlanır, lakin zaman keçdikcə heyvan dərisindən və ya digər materiallardan hazırlanmış geyimlər də yaranmağa başlanılmışdır. Geyim bütün insan cəmiyyətlərinin xüsusiyyətidir və yalnız insanla məhdudlaşır. Geyilən geyimin həcmi və növü cinsiyyət, bədən növü, sosial və coğrafi mülahizələrdən asılıdır. Geyim bir çox məqsədə xidmət edir: dəri və ətraf mühit arasında bir maneə təmin etməklə elementlərdən, kobud səthlərdən, həşərat dişləmələrindən, tikanlardan qoruyur. Paltar soyuq və ya isti hava şəraitinə qarşı müdafiə edir və yoluxucu və zəhərli materialları bədəndən uzaq tutaraq gigiyenik bir səth yarada bilir. Geyim həmdə ultrabənövşəyi şüalanmadan qorunma təmin edir. Paltar geyinmək sosial bir normadır və başqalarının gözü qarşısında geyimdən məhrum olmaq utandırıcı hal yarada bilər. Dünyanın əksər yerlərində ictimai yerlərdə paltar geyinməmək ləyaqətsiz ifşa sayıla bilər. Arxeoloqlar 1988-ci ildə Rusiyada, Kostenki yaxınlığında tapılmış sümük və fil sümüyü tikiş iynələrini eramızdan təxminən 30 min il əvvələ aid olduğunu təyin etdilər.
Giliz
Giliz — adi atıcı silahların patronuna və artilleriya mərmisinin bağlı borusunun içərisinə yerləşdirilən barıt bükümü və yandırıcı kapsul. Əsas xüsusiyyətləri germetikliyi, korroziyaya davamlılığı, möhkəmliyi və atəşdən sonra patron yeşiyindən asanlıqla çıxarılmasıdır.
Girik
Girik — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. Yerli əhalinin məlumatına görə, oykonim ləzgi dilindəki küyqü sözündən olub, "çaytikanı" deməkdir. Girik sözü Azərbaycan dilinin dialektlərində "çayın keçid yeri", türk dillərində isə "gərilmiş, dartılmış, uzanmış" mənalarında işlənir. Kənd Samurçayın sahilində yerləşir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1307 nəfər əhali yaşayır.
Giyan
Giyan — İranın Həmədan ostanının Nahavənd şəhristanının Giyan bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 8,062 nəfər və 1,999 ailədən ibarət idi.
Gizir
Gizir — Azərbaycan Silahlı Qüvvələrində kiçik komandir rütbəsi. Azərbaycan Hərbi Dəniz Qüvvələrindəki ekvivalent rütbə miçman rütbəsidir.
Kilid
Qıfıl — otaq qapıları, qutu qapaqları kimi varlıqların mühafizəsinə xidmət edən obyektlərin istənməyənlər tərəfindən açılmasının qarşısını almaq üçün yerləşdirilmiş; açar kimi fiziki bir obyekt və ya şifrə kimi müxtəlif təhlükəsizlik kombinasiyaları ilə açıla bilən mexaniki və ya elektron cihaz. Kilidlər qapılar, örtüklər və ya divarlar içərisində quraşdırılmış cihazlar ola bilər və ya sonradan kilidlənəcək obyektə yapışdırılan asma kilidlər kimi əşyalar da ola bilər.
Seyid
Seyid (seyyid) (ərəbcə: سيد) — Ərəbistanda islamiyyətə qədər tayfa rəhbərinə deyilirdi. Müsəlman dünyasında Məhəmmədin nəslindən olub onun nəvəsi Hüseynlə bağlı adamların fəxri təxəllüsüdür. Şəriflərlə birlikdə seyidlər müsəlman cəmiyyətinin sosial strukturunda möhtərəm təbəqələrdən birini təşkil etmiş, dindarlar arasında böyük nüfuza malik olmuşlar və indi də qismən belə bir nüfuz sahibidirlər. İranda Seyyid mənşəli ailələr Mir ya da Mirzə olaraq da xatırlanar. Şərqin bir çox ölkələrində seyid termini öz xüsusi mənasını itirmişdir və sadəcə olaraq "cənab" kimi işlədilir. Cənubi Asiyada milyonlarla insan Haşimin enişini iddia edir. 1901-ci ildə Seyyid sayı İngilis Hindistan 1,339,734 olaraq sayıldı. Son təxminlər Cənubi Asiyadakı çox on beş milyon Seyyid olduğunu göstərir; səkkiz milyon Pakistanda, yeddi milyon Hindistanda, bir milyondan çox Banqladeş və yetmiş min ətrafında Nepal İslam (qısa məlumat kitabı). Azərbaycan Sovet Ensiklopediyasının Baş Redaksiyası. Bakı: 1989, səh.101.
Zeyid
Zeyid — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Buduq bələdiyyəsinin tərkibindədir. Zeyid kəndi qədim tarixə malik yaşayış məskənidir. Bu kənd VII əsrin ikinci yarısına kimi "Şəhərgah"adlandırılmışdır və Qaraçayın sol sahilində Qəbələ-Xınalıq-Şamaxı karvan yolunun üzərində yerləşmişdir. Tarixi mənbələrdən məlum olduğuna görə "Peyğənbər salavatullah"ın sağlığında cənnətlik vəd edilən on iki əshabəsindən biri Zeyd İbn əs-Sabah islam dinini yaymaq üçünşimala gəldiyi məlumdur. Çox böyük ehtimalla kəndin sonrakı adı onun adı ilə bağlıdır. Kənd XII əsrin ortalarına kimi Qaraçayın sol sahilində olmuşdur. "Babadilim" baba ilə bağlı əhvalatdan sonra kənd həmin yerdən 5 km məsafədə digər yerə köçmüşdür. Akademik Məşədixanım Nemətin "Azərbaycan pirləri" kitabında göstərir ki, "Babadilim" babanın diri tarixi 1000–1100-cü illərə təsadüf edir. Deməli kəndin köç etməsi məhz XII əsrə təsadüf edir.
Ziyil
Ziyil – insan vücudunun xaricində yaranan xala bənzər lakin xaldan çox-çox fərqli xüsusiyyətlərə malik dəri xəstəliyidir. Ziyilə adətən ən çox əllərdə və barmaqlarda rast gəlinir. Ətli xala bənzəyən lakin müxtəlif rəngdə (ağ, qara bəzən isə çəhrayı) əsasən əllərdə, barmaqlarda və dırnaq ətrafında olan nöqtələrdir. Kəsdikdə qanayır lakin ağrısız olur. Əllərlə yanaşı bəzən bədənin digər hissələrində də ziyillərə rast gəlmək mümkündür. Bu hissələrdən aşağı ətraflarda, cinsi orqanlarda bəzən qadınlarda uşaqlıq yolunda, üzdə və.s hissələrdə rast gəlmək olar. Ziyilin yaranma səbəbi HPV (human papilloma virus) virusudur. Bu virusun 100-dən artıq növü mövcuddur. Digər infeksion xəstəliklər kimi ziyillərdə yoluxucudur və bu yolla törəyir.
Çiyin
Çiyin (lat. brachium) — yuxarı ətrafın şöbəsi. Çiyin qurşağı və ön kol arasında yerləşir və müvafiq olaraq çiyin birləşməsi və dirsək vasitəsilə onlara birləşir.
Riyad
Riyad (ərəb. رياض‎) — ərəb mənşəli ad.
Givi
Givi, Kivi və ya Küyü — İrannın Ərdəbil ostanının Kövsər şəhristanında şəhər. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 6,467 nəfər və 1,721 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar. 120 kəndi vardır və Ərdəbilin cənub hissəsində, şəhərdən 70 kilometrlik məsafədə yerləşmişdir. Şimaldan Xalxal (Hirov) (Xalxal bölgəsinin mərkəzi), şərqdən Talış dağlarına, qərbdən Miyana bölgəsi, Qızılüzən çayı və Bacılar sıra dağları ilə əhatə olunur. Şəhərdə 50 il əvvəl bələdiyyə yaradılmışdır. Şəhər iki hissədən ibarətdir: Yuxarı Küyü (ikinci məntəqə) və Aşağı Küyü (birinci məntəqə). Küyünün islamdan öncə adı "Dörd Evlər" imiş. Tanınmış məhəllələri bunlardır: Dəmirçi, Sitallı, Gəylər, Bazar. Yuxarı məhəllə, Aşağı məhəllə, Xanlıq bağı, Kəvərə, Xanlıq, Hundur Arxı, Ərəneş.
İŞİD
İŞİD və ya tam adı ilə İraq Şam İslam Dövləti, həmçinin 2014-cü ildən etibarən İslam Dövləti (İD), — Əsasən İraq və Suriya ərazisində fəaliyyət göstərən silahlı terrorçu qruplaşma, 3 yanvar 2014-cü il tarixində dövlət kimi müstəqilliyini, 29 iyun 2014-cü il tarixində isə yeni xilafət yarandığını elan etmişdir. 2019-cu ildə isə süqutu elan edilmişdir. İŞİD indiyə qədər heç bir dövlət tərəfindən dövlət kimi tanınmamışdır. Aşağıdakı ölkələr və beynəlxalq təşkilatlar İraq Şam İslam Dövləti terror qruplaşması hesab edir İran ABŞ Rusiya Türkiyə Livan Səudiyyə Ərəbistanı İndoneziya İtaliya Almaniya Polşa Danimarka Yunanıstan Estoniya Bolqarıstan Fransa Birləşmiş Krallıq Niderland Xorvatiya Çexiya Sloveniya Albaniya Kanada Avstraliya BƏƏ Bəhreyn Qətər Filippin Malayziya Bosniya və Herseqovina İordaniya Gürcüstan Azərbaycan İraq müharibəsinin başlamasından qısa bir müddət sonra "Camaat əl-Tövhid vəl-Cihad" adı ilə qurulan qruplaşma 2004-cü ilin oktyabrında Əl-Qaidəyə bağlılığını elan edərək "Tanzim Kaidat el-Cihad fi Bilad el-Rafidayn" (daha çox "İraq Əl-Qaidəsi" adı ilə tanınır) adını götürdü. 2006-cı ilin yanvar ayında "Ceyş ət-Taifa Əl-Mənsur", "Ceyş Əhli-Sünnə vəl-Camaa", "Ceyş əl-fatihin", "Cund əs-Səhabə" kimi kiçik qruplarla birləşən qruplaşma "Mücahidun Şura Konseyi" adını aldı. İraq müharibəsinin qızğın dövründə Anbar, Ninəvə, Diyalə, Babil, Kərkük və Səlahəddin bölgələrində aktivlik göstərən qruplaşma üzvləri 2006-cı ilin 15 oktyabr tarixində paytaxtı Baquba şəhəri olan "İraq İslam Dövləti" adlı dövlət elan etdi. Bu tarixdən etibarən "Mücahidun Şura Konseyi" adı altında toplaşan qruplaşmaların keçirdiyi əməliyyatlar "İraq İslam Dövləti" adıyla keçirilməyə başladı. 2006-cı ildə ABŞ kəşfiyyatının hazırladığı hesabatda təşkilatın üzvlərinin sayının 1000-dən yuxarı olduğu bildirilirdi. 2011-ci ildən etibarən ABŞ ordusunun İraqdan çıxmasından sonra təşkilat üzvlərinin sayının 2 dəfədən çox artdığı haqqında məlumatlar var idi. 15 oktyabr 2014-cü ildə terror təşkilatı İŞİD Bağdad yaxınlığındakı Kubaisanı ələ keçirmiş, əl-Anbar və Fəllucanı mühasirəyə almışdır.
Ayətxan Ziyad
İsgəndərov Ayətxan Ziyatxan oğlu (D. 15 oktyabr 1951, Hacıqabul) — azərbaycanlı yazıçı-jurnalist, tədqiqatçı. SSRİ Jurnalistlər İttifaqının (1980), Azərbaycan Jurnalistlər Birliyinin (2010), Azərbaycan Yazıçılar Birliyinin (2015) üzvü. Ayətxan Ziyad (İsgəndərov) 15 oktyabr 1951-ci ildə Hacıqabul şəhərində dünyaya gəlmişdir. 1959-69-cu illərdə Hacıqabul şəhəri Xilə yaşayış massivindəki 9 saylı dəmir yolu məktəbində təhsil almışdır. 1969-cu ilin avqustunda (orta təhsilini başa çatdırdığı il) Əlibayramlı şəhər Partiya Komitəsinin orqanı olan “İşıq” qəzetində dərc etdirdiyi iki məqalə ilə fakültə olaraq ilk dəfə həmin il fəaliyyətə başlayan ADU-nun (indiki BDU-nun) jurnalistika fakültəsinə sənəd vermək hüququ qazanmış və adı çəkilən fakültənin tələbəsi olmuşdur. Fakültənin yaradıcısı Nurəddin Babayevdən, akademik Məmməd Cəfərdən, professor Mir Cəlal Paşayevdən, Təhsin Mütəllimov, Zinyət Əlizadə və Əli Fəhmidən, Nəsir İmanquluyev, Seyfulla Əliyev, Tofiq Rüstəmov, Şirməmməd Hüseynov, Famil Mehdi, Nəriman Zeynalov, Nüsrət Bağırov, Yalçın Əlizadə, Cahangir Məmmədli, Akif Rüstəmov, Mahmud Mahmudov və Əliş Nəbilidən dərs almışdır. Tələbəlik illərində (1969-1975) Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin (indi Qapalı Səhmdar Cəmiyyət) fəal ştatdankənar müxbirlərindən olmuşdur. Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində çalışdığı dövrdə (1976-1994) Qarabağ müharibəsinin ilk günlərindən ATƏŞKƏS-ə qədər hər ay bir, yaxud iki dəfə (hər dəfə bir həftə müddətinə) cəbhə bölgələrində ezamiyyətdə olmuş, dinləyicilərinə səngərlərdən əsgər həyatından reportajlar təqdim etmişdir. Hazırladığı verilişlər Dövlət Teleradiosunun Qızıl Fondunda və Müdafiə Nazirliyinin arxivində saxlanc edilmişdir. Ağdam, Füzuli, Tərtər, Şuşa, Xankəndi və Naxçıvan MR-də döyüş bölgələrindən hazırladığı verilişlər “Ədalət” qəzetinin keçirdiyi müsabiqədə xüsusi mükafata layiq görülmüşdür.
Aşağı Zeyid
Aşağı Zeyid (əvvəlki adı: Aşağı Zeyd) — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Xaçmaz rayonunun Aşağı Zeyd kənd inzibati ərazi dairəsi tərkibindəki Aşağı Zeyd kəndi Aşağı Zeyid kəndi, Aşağı Zeyd kənd inzibati ərazi dairəsi Aşağı Zeyid kənd inzibati ərazi dairəsi adlandırılmışdır. Kənd rayon mərkəzindən və Xaçmaz dəmiryolu stansiyasından 14 km cənubda, Bakı-Moskva dəmiryolundan 10 km aralı, Qaraçayın sağ sahilində, Samur-Dəvəçi ovalığında yerləşir. Əhalisi 1750 nəfərdir (2023).
Aşıq Ziyad
Aşıq Ziyad (tam adı. Məmmədov Ziyad Nadir oğlu) (d.1911, Daşkənd, Göyçə - itkin düşüb, Ukrayna, Sevastopol. 30.06.1942) — ifaçı aşıq. Məmmədov Ziyad Nadir oğlu 1911-ci ildə Göyçə mahalının Basarkeçər rayonunun Daşkənd kəndində doğulmuşdur. O, Aşıq Ələsgərin məşhur şəyirdlərindən olan Böyük Qaraqoyunlu kəndindən Aşıq Əsədin şəyirdi olmuşdur. Elə şəyirdlik vaxtı da Aşıq Əsədin qızı Sürayəni sevib almışdır. Aşıq Ziyad qısa bir müddətdə nəinki Daşkənddə və eləcə də Göyçə mahalında ustad aşıqlardan biri kimi tanınmışdır. 1937-ci ildən ÜİLKGİ-nin üzvü olmuşdur. 1941-ci ilin sentyabr ayında Basarkeçər RHK-dan orduya çağırılmışdır. Baş çavuş Məmmədov Ziyad Nadir oğlu 21-ci ehtiyat atıcı dvizyanın 102-ci ehtiyat atıcı alayının manqa komandiri və atıcısı olmuşdur.
Baş gizir
Baş gizir — Azərbaycan Silahlı Qüvvələrində kiçik komandir rütbəsi. Azərbaycan Hərbi Dəniz Qüvvələrindəki ekvivalent rütbə baş miçman rütbəsidir.
Don (geyim)
Don — üstdən geyinilən uzunətəkli, belibuzməli və ya büzməli paltar. Qərb mədəniyyətində, don adətən qadınlar tərəfindən geyilən paltardır. Gövdəni əhatə edərək, ayaqlar üzərində asqılı parçadan ibarət olur. Donlar rəsmi və ya gündəlik olaraq dəyişə bilir. Müxtəlif ölçüdə və rəngdə olur. Donun qolları, qayışları ola bilər və çiyinləri çılpaq saxlanılaraq, sinə ətrafında elastik bir vəziyyətdə qala bilər. Paltarların ətəyinın uzunluğu daşıyıcının xarakterindən, şəxsi zövqündən, hava şəraitindən və dəbdən asılı olaraq dəyişir. XI əsrdə Avropadakı qadınlar kişilərin tunikalarına bənzər, boş və dizlərinin altına çatan paltar geyirdilər. Əsrin sonunda bu geyimlər qadınların yuxarı bədənlərinə daha da uyğunlaşdı. Paltarlar bir qadının bədən fiquruna uyğun gəlmək üçün sıx daraldılıb, hər tərəfində yarıqlar açılaraq hazırlanırdı.
Dübəndi (geyim)
Dübəndi — ayaq üçün nəzərdə tutulan geyim növü. Ayağı fiziki zədələnmələrdən və soyuqdan qoruyur. Dübəndini boğazı nisbətən kiçik olub, ayağı topuğa qədər örtülürdü. Onun boğazlığı qara və tünd qəhvəyi rəngli dəridən tikilir, altına aşılanmış göndən altlıq çəkilir və dabanına nal vurulurdu. Adətən, bu ayaqqabı ayağa geyildikdən sonra onun boğaz hisəsindəki simmetrik qoşa deşiklərdən keçirilən bəzəkli qaytanla üstü bağlanılırdı. Azərbaycanda başmaq, məst, uzunboğaz çəkmə tipli ayaq geyimlərindən istifadə olunmasının qədim tarixi vardır. Mingəçevir ərazisində aparılan arxeoloji qazıntılar zamanı tapılan e.ə. XI-VIII əsrlərə aid edilən gil ayaqabı–qablar XIX əsrdə xalqın istifadəsində olan eyniadlı ayaqqabılara tipoloji oxşarlıq təşkil edir. Bu isə bir daha sübut edir ki, bu ayaqqabı növləri uzun zaman əsaslı dəyişikliyə uğramadan öz mühafizəkarlığını qoruyub saxlamışdır. XIX əsrin sonu XX əsrin əvvəllərindən başlayaraq xalqın geyim dəstinə rus geyimi və ya ayaq geyimlərinin tədriclə daxil olması həm kişi həm də qadın ayaq geyimi olan qaloşun kütləvi istehsal çarıq, patava, dolaq, çust, başmaq, məst və s.
Düymə (geyim)
Düymə — geyim aksesuarı. İlk düymələr çox-çox əvvələrdən insanlara məlum olmuşdur. Hələ qədim yunanlar və etrusklar köynəklərini çiyindən düymə və ilgəhlərlə bağlayırdılar. Avropalılar isə köynəklərini sancaqlar və xüsusi iynələrlə birləşdirirdilər. Bu, o vaxtacan davam etmişdir ki, XIII əsrdə düymələr üçün deşik icad edildi. XIV əsrdə düymələrdən bəzək əşyası kimi istifadə edilirdi. Paltarlara qoldan çiyinə qədər, boğazdan belə qədər düymələr düzürdülər. Bu düymələr qızıldan, gümüşdən və fil sümüyündən hazırlanırdı. Bu da paltarın sahibinin sosial statusundan xəbər verirdi. Yəni – paltar hansı düymələrlə bəzədilirdisə, bu paltar sahibinin maddi durumunu göstərirdi.
Fatma Girik
Fatma Girik (12 dekabr 1942, İstanbul, Türkiyə – 24 yanvar 2022, İstanbul, Türkiyə) — türk aktrisası, siyasətçi, rejissor, ssenarist. Yeşilçamın önəmli simalarından biri. Əsasən filimlərdə yaratdığı güclü qadın obrazları ilə tanınıb. O, 1989–1994-cü illərdə Sosial Demokrat Xalq Partiyasından Şişli Bələdiyyə Başçısı olub. Fatma Girik 1942-ci ildə İstanbulda balıqçı Hayri Girik və fabrik işçisi Münnəvər Girikin ailəsində dünyaya gəlib anadan olmuşdur. Fatmaya uşaq ikən cəsur xasiyyətinə görə "Oğlan Fatma" (erkek Fatma) deyirdilər. 1955-ci ildə, 13 yaşında, "Günahkar Baba" filmində kiçik bir rol oynayaraq, ilk filminə çəkilib. 1957-ci ildə "Ləkə" filmində baş rolu oynamışdır. Bundan sonra o, müntəzəm olaraq filmlərə çəkilməyə başladı. 1960-cı ildə Memdüh Ünanın "Ölüm arxamızda" filmində oynadığı bu rol Giriki məşhurlaşdırdı.
Funakosi Gitin
Funakosi Gitin (Funakoshi Gichin, 10 noyabr 1868 – 26 aprel 1957, Tokio[d]) — Shotokan karatesinin yaradıcısıdır və "müasir karatenin atası" olaraq yad edilir. Ardınca Anko Itosu-nun təlimlərində, o 1921-ci ildə Yapon materikinə karateni təqdim etmiş (daxil etmiş) Okinawan karatesi sahiblərindən (ustaları) biri idi. Gənclik Gichin Funakoshi Shuri-də, etnik Okinawan valideynlərinə Meiji Restorationun ili təxminən 1868-də Okinavada doğuldu və familiya Tominakoshi[2] mənşəcə (əvvəlcə, əvvəldən) malik idindi. Onun tezliklə onun birinci karate teacher.[3-i] olan Anko Asato-nun, karatenin və kendo sahiblərinin (ustalarının) oğlu ilə yaxın dostlar olduğu ibtidai məktəbə daxil olmaqdan sonra Yapon "bir dəstə saçının" aradan qaldırmasına Funakoshinin ailəsinin sərt müxalifəti (etirazı) bildirdi ki, o onun iştirak etməyin məqsədi tibb məktəbini təqib etmək (yürütmək) üçün yararsız olacaq. Hər iki klassik (antik) Çinlidə (Çin dilində) öyrədilən olaraq və Yapon fəlsəfələri, təlimləri, Funakoshi-si Okinavada köməkçi müəllim oldular. Bu zaman, Asato ailəsi ilə onun əlaqələri böyütdü və o Anko Asato-dan karate təlimatını almaq (qəbul etmək) üçün Asato ailəsi yaşayış yerinə gecə səyahətləri başladı. Funakoshi vaxtın Okinawan karatesinin populyar stillərin hər ikisində öyrənmişdi: Shorei ryu və Shorin ryu. Onun öz stili məsafədə yerləşdirən (məsafədə yerləşən) kendonun və vaxtın seçilməsinin təsiri altında idi. Shotokan Funakoshinin psevdoniminin adını dayışandır, şamlarda" "şam dalğalarını" və ya "küləyi istəyən (nəzərdə tutan, bildirən) Shoto. Karate sahibi (ustası) olmağa əlavə olaraq, Funakoshi onun fikirləşəcəyi və yazacağı ki, meşədə uzun gəzintilər üçün verilən məlumata görə gedən çalışqan şair və filosof idi və yazacağı ki beləliklə Shotokan "Shoto-nun eviyə" müraciət etdi.
Giriş/çıxış
Giriş/çıxış (ing. Input/output) – "kompüter" anlayışını təyin edən üç hərəkətdən (giriş, emal, çıxış) ikisi. Giriş-çıxış məsələlərinə mikroprossesor üçün verilənlərin yığılması və nəticələrin çıxış qurğuları (displey, disk və ya printer) vasitəsilə istifadəçi üçün əlçatan şəkildə çıxarılması aiddir. Klaviatura və siçan informasiyanı kompüterin "başa düşdüyü" şəklə çevirən giriş qurğularıdır. Disk həm giriş, həm də çıxış qurğusudur; o, həm ona yazılmış informasiyanı verə bilər, həm də emaldan sonra verilənləri saxlaya bilər. Giriş/çıxış bufferi Giriş/çıxış kanalı Giriş/çıxış kontrolleri Giriş/çıxış məhdudlaşdırması Giriş/çıxış portu Giriş/çıxış qurğusu İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Giriş axını
Giriş axını (en. input stream ~ ru. поток ввода ~ tr. giriş akışı) – proqramda spesifik məsələ ilə bağlı olan baytlar ardıcıllığı kimi istifadə olunan informasiya axını. Proqramlaşdırmada giriş axını klaviaturadan yaddaşa oxunan simvollar sırası, yaxud diskdə konkret fayldan oxunan və ya ora yazılan verilənlər bloku ola bilər. İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Qayıq
Qayıq — qədim su nəqliyyatı vasitəsi, su nəqliyyatının ən mükəmməl növü. Qayıq Neolit dövründən məlumdur. İlk qayıqları qalın və uzun ağac gövdəsinin içini daş alətlərlə oyub düzəldirdilər. Qədim zamanlarda heyvan dərisindən, papirusdan və s.-dən də qayıq hazırlanırdı. Qayığın hərəkətini asanlaşdırmaq və sürətini artırmaq məqsədilə ağacın alt hissəsini yonub yastı hala salır, qabaq tərəfini isə nazildib itiləşdirirdilər. Belə qayıqlar ilk dəfə avstraliyalılar tərəfindən yaradılmışdı. E.ə. II minilliyin sonu — I minilliyin əvvəllərində dəniz və çaylarda yük daşımaq üçün avarlı və yelkənli qayıqlar hazırlanırdı. Qayıq Azərbaycanda da qədimdən məlumdur. Qobustan qayalarında içərisində adam, bəzən də burun hissəsində günəş həkk edilmiş qayıq təsvirləri Azərbaycanın qədim sakinlərinin, Azərbaycanda yaşamış tayfaların hələ e.ə.
Qayış
Qayış (texnika) — maşın hissəsi. Qayış (mifologiya) — mifik canlı.
Qiyam
Qiyam — ölkədə mövcud olan hakimiyyətə qarşı dövlət çevrilişi etmək məqsədilə hərbi qruplaşmaların silahlı çıxışı. Adətən müvəffəqiyyət əldə ediləndə hərbi diktaturanın qurulması, demokratik təsisatların dağıdılması və kütləvi terrorla nəticələnir.
Qiyan
Monidigah — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. Əhalisi 692 nəfərdir. Oykonim talış dilindəki mon (yerli tələffüz forması miy on olub, “orta, mərkəz, ara” deməkdir), di (kənd) və gah (yer) sözlərindən ibarət olub, “ortada yerləşən kənd, orta kənd” mənasındadır. Oykonim talış dilində Mondiqo adlanır. Lerik rayonunun Bilabənd inzibati ərazi vahidində yerləşən bu kənd Peştəsər silsiləsinin yamacındadır.Bu yaşayış yeri üç hissədən ibarətdir: 1. Mondiqo - orta kənd yeri; 2. Jindi - aşağı kənd; 3. Pendi - yuxarı kənd. Firdovsi Əliyev — Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyində nazir müavini.
Qiyas
Qiyas — Bir şeyi başqa bir şeyə bənzədərək və ya onunla müqayisə edərək hökm vermə, mühakimə yeritmə. Sinni məzhəblərində bu məsələ təzadlı olduğu halda şiəlikdə xüsusi göstəriş olmadıqda, bu cür hökm vermək haramdır.
Qriyi
Qriyi (fr. Grilly) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Jeks kantonuna daxildir. Kommunanın dairəsi — Jeks. INSEE kodu — 01180. 2010-ci ildə əhalinin sayı 762 nəfər təşkil edirdi. 2010-cu ildə əmək qabiliyyətli 499 nəfər arasında (15-64 yaş) 378 nəfər iqtisadi cəhətdən fəal, 121 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi - 75.8%, 1999-cu ildə - 72.2%). 378 fəal sakindən 355 nəfər (186 kişi və 169 qadın) işləyir, 23 nəfər işsizdir (7 kişi və 16 qadın). Aktiv olmayan 121 nəfər arasında şagird və ya tələbə, 32 nəfər təqaüdçü, 51 nəfər digər səbəblərə görə hərəkətsizdir.
Qıfıl
Qıfıl — otaq qapıları, qutu qapaqları kimi varlıqların mühafizəsinə xidmət edən obyektlərin istənməyənlər tərəfindən açılmasının qarşısını almaq üçün yerləşdirilmiş; açar kimi fiziki bir obyekt və ya şifrə kimi müxtəlif təhlükəsizlik kombinasiyaları ilə açıla bilən mexaniki və ya elektron cihaz. Kilidlər qapılar, örtüklər və ya divarlar içərisində quraşdırılmış cihazlar ola bilər və ya sonradan kilidlənəcək obyektə yapışdırılan asma kilidlər kimi əşyalar da ola bilər.
Qımıl
Qımıl — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Küpçal bələdiyyəsinin tərkibindədir. Kəndin keçmişi haqqında dəqiq məlumat yoxdur. Bölgənin ən qədim yaşayış mərkəzlərindən biridir. Kəndin əhalisini əsasən ləzgilər təşkil edir(99%). Qımıl oyk., sadə. Quba r-nunun Küpçal i.ə.v.-də kənd. Qızılqaya yaylasının şm.-ş. ətəyindədir. Kəndin adı Qimil şəklində də işlənir.
Qımır
Qımır (Zaqatala) — Zaqatala rayonunda kənd. Qımırlı — Qax rayonunda kənd.
Qımız
Qımız və ya kumıs (rus. кумыс) — madyan südünün fermentasiya edilməsi ilə əldə edilən ənənəvi içki. Qırğızlar, başqırdlar, qazaxlar, monqollar, yakutlar və özbəklər arasında bu gün də əhəmiyyətli bir içkidir. Qımız həmçinin Baltik macarları tərəfindən istifadə edilərdi.. Türklərdən və türklərin hakimiyyəti altında olan millətlərdən başqa dünyanın heç bir yerində qımızdan içki kimi istifadə olunmamışdır. Məhz buna görə də V. Eberxardt yazırdı ki, "qımız içilən sahələrdə türklər yaşamışlar". Qımız dünyanın ən qədim içki növlərindən biridir. Onun ilk dəfə harada və kim tərəfindən düzəldilməsi barədə məlumat yoxdur, lakin alimlər belə hesab edir ki, qımız atın əhilləşdirilməsi ilə birlikdə meydana çıxmışdır. Qımız barədə yazılı məlumatlara qədim Çin və qədim yunan mənbələrində rast gəlinir. Çin mənbələrində türklərin heyvandarlıqla məşğul olduğu, bəslədikləri heyvanların ətini yediklərini, südündən qımız düzəltdikləri qeyd olunur.
Qınıq
Qınıq boyu
Qırız
Qrız — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. "Qrız" sözü haqqında əsası olmayan rəvayətlər söyləyənlər olmuşdur. Belə ki, Qrız-Qrıts sözü qırmaq feli ilə təsadüfən fonetik səsləşir və ona görə də, bu rəvayətlər uydurmadır. "Tök" (tökmək), "var", "gəldi", "gələcək", "gəlir" fellərinin Qrız dilində təsnifatını və s. verdikdə "Q" elementinə, daha doğrusu söz önlüyünə rast gəlinir. Həmin "Q" elementi yüksəklik, ucalıq, hündürlük, açıqlıq göstərir. "rıts" isə hamar, cila mənasını verir. Cilalanmış daş-ritsə xud, cilalanmış taxta-ritsə təxtə yer bildirir. Kəndin mövqeyinə görə belə adlanır. Qrızlı tədqiqatçı Şıxbala Qrızlı bu haqqda "Qrızlar və qrız dili" kitabında geniş məlumat vermişdir.
Qırış
Qırışlar — mimika əzələlərinin aktivliyi, dərinin elastikliyinin itirilməsi və digər səbəblərdən dəridə yaranan bükük qatların
Qızıl
Qızıl (Au) — təbiətdə saf şəkildə rast gəlinən əlvan metal. Kimyəvi elementlərdən biridir. Kimyəvi elementlərin dövri cədvəlində 79-cu elementdir. Təmiz halda qızılın rəngi samanı-sarıdır və metallik parıltıya malikdir, qarışıqlıqların tərkibindən asılı olaraq müxtəlif rəng alır. Qızılda gümüşün yüksək miqdarı olduqda onun rəngi açıq-sarı, mis olduqda yaşımtıl sarı olur. Palladiumun qarışığı qızılı ağ rəngə boyayır. Məhz buna görə də qızılın tərkibində palladiumun miqdarı 25% olduqda ona "ağ qızıl" deyilir. Qızıl parlaq sarı rəngi və parıldaması ilə diqqəti cəlb edən çox ağır metaldır. Üstəlik, asanlıqla reaksiya verməyən çox stabil bir element olduğu üçün hava və sudan təsirlənmir. Buna görə də heç vaxt paslanmır, ləkələnmir və matlaşmır.
Qızıq
Qızıq/Kızık/Qırıq boyu — Oğuz xan dastanına əsasən adını Oğuz xanın nəvəsi Ulduz xanın oğlu Qızıqdan almış, Oğuz türklərinin 24 boyundan biri. Kızık (Gümüşhacıköy) — Türkiyənin Amasya ili, Gümüşhacıköy ilçəsində kənd. Kızık (Sandıklı) — Türkiyənin Afyonkarahisar ili, Sandıklı ilçəsində kənd. Kızık (Kızılcahamam) — Türkiyənin Ankara ili, Kızılcahamam ilçəsində kənd. Kızık (Manyas) — Türkiyənin Balıkəsir ili, Manyas ilçəsində kənd. Kızık (Develi) — Türkiyənin Kayseri ili, Develi ilçəsində kənd. Kızık (Andırın) — Türkiyənin Qəhrəmanmaraş ili, Andırın ilçəsində kənd. Kızık (Karaman) — Türkiyənin Karaman ili, Mərkəz ilçəsində kənd. Kızık (Ovacık) — Türkiyənin Tunceli ili, Ovacık ilçəsində kənd. Kızık (Zara) — Türkiyənin Sivas ili, Zara ilçəsində kənd.
Sıyıq
Sıyıq (rus. Каша; ing. Porridge)— suda (və ya süddə) qaynadılmış taxıldan, bəzən isə duz, şəkər, ədviyyat, süd, meyvə və quru meyvələr, mürəbbə kimi əlavələrdan ibarət, əsasən rus mətbəxinə xas olan ənənəvi yemək. Min illərlə insanların sevimli yeməyi olan sıyıq Rusiya mətbəxində çox geniş yayılmışdır. Rus məsəlində deyilir ki, "sıyıq çörəyin ulu nənəsidir". Sıyıqlar, horralar dəndən, yarmadan, undan hazırlanan duru və ya yarımduru xörəklərdir. Çörək meydana gəldikdən sonra da onlar süfrədə öz əhəmiyyətini itirməmişdir. Orta əsrlərdə sıyıq Şərqdə, xüsusən türk xalqlarının mətbəxində möhkəm yer tutmuşdur. P.Karpini tatarların bişirdiyi horradan bəhs edərək yazır: «Onlar darını suda qaynadıb bişirirlər. Xörək o qədər duru olur ki, onu su kimi içirlər.
Yıyın
Yıyın — Başqırdların sosial-siyasi həyatında ciddi rol oynamış və tayfa idarəçiliyini həyata keçirilən xalq yığıncağı. XIV əsrə qədər başqırdların həyatında mühüm statusa malik olmuşdur. XIV əsrdən etibarən isə yıyınlar əvvəlki statusunu itirmiş Başqırd tayfalarını Noqay və Sibir (tatar) dövlətlərinin murzaları və tarxanları idarə etməyə başlamışlar. ХIV-ХV əsrlərdə sinfi təbəqələşmə nəticəsində başqırdlarda iri "biy"lər (bəylər) meydana çıxmışdı ki, onlar da Sibir və Noqay xanlarının hakimlərinə qarşı mübarizəyə başlamışdı.