Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Elmir Məmmədov (baş gizir)
Elmir Nadir oğlu Məmmədov (5 oktyabr 1988; Göytəpə, Azərbaycan SSR — 27 sentyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin baş giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elmir Məmmədov 1988-ci il oktyabrın 5-də Cəlilabad rayonunun Göytəpə şəhərində anadan olub. == Hərbi xidməti == Elmir Məmmədov 2016-cı ilin 2-5 aprelində baş verən Aprel döyüşlərində savaşıb. Azərbaycan Ordusunun baş giziri olan Elmir Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elmir Məmmədov sentyabrın 27-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Cəlilabad rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elmir Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Elmir Məmmədov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
ALJİR
Vətən Xainləri Qadınlarının Akmola Düşərgəsi (rus. Акмолинский лагерь жён изменников Родины) və ya qısaca ALJİR — Stalin repressiyalarının qurbanı olmuş şəxslərin ailə üzvü olan qadınların məcburi saxlanıldığı islah əmək düşərgəsi. Qaraqanda İslah Əmək Düşərgəsinin tərkibində Qazaxıstanın Akmola bölgəsində yerləşib. Sürgün olunan qadınların arasında Əhməd Cavadın həyat yoldaşı Şükriyyə Cavad, Fətəli xan Xoyskinin qızı Tamara Xoyskaya və Quba Qızlar Seminariyasının rəhbəri Sənubər Eyyubova kimi onlarla azərbaycanlı qadın da var idi.Düşərgənin adı qısalaşdırılıb və insanlar arasında "ALJİR" adlandırılıb. SSRİ-də mövcud olmuş ən böyük qadın düşərgələrindən biri və "QULAQ arxipelaqı"nın "ada"larından biridir. 1938-ci ildə düşərgədə 8 minə yaxın məhbus qadın var idi onlardan 4500 nəfəri "Vətən xainlərinin ailə üzvləri" (VXAÜ) idilər. Bundan başqa 1500 nəfər "VXAÜ" də Karaqanda İslah Əmək Düşərgəsinin digər bölmələrində saxlanılırdılar. == Tarixi == SSRİ Xalq Daxili İşlər Komissarlığının 15 avqust 1937-ci il əmrinə əsasən Akmolinsk (Qazaxıstanın indiki paytaxtı Nursultan şəhəri) şəhərinin cənub qərbində Akmol yaşayış məntəqəsində Karaqanda düşərgəsinin bir bölməsi kimi yaradılıb. SSRİ Mərkəzi İcraiyyə Komitəsinin 8 iyun 1934-cü ildə verdiyi qərarına əsasən "Vətən xainlərinin" yaxınlarına ya 5–10 il azadlıqdan məhrumetmə ya da Sibirin uzaq bölgələrinə 5 il sürgün edilmək cəzası verilməli idi. "ALJİR" düşərgəsi 30 hektar ərazini əhatə etməklə yanaşı Karaqanda və Akmola vilayətlərində bölmələri də var idi.
Aglaia
Aqlaiya (lat. Aglaia) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin meliekimilər fəsiləsinə aid bitki cinsi.
Alagir
Alagir (oset. Алагир deyilişi) — Rusiyanın subyekti olan Şimali Osetiya respublikasında yerləşən Alagirski rayonunun şəhər mərkəzi. == Coğrafiyası == Vladiqafqazın 55 km qərbində yerləşən Alagir şəhərinin şərqindən Ardon, qərbindən Tsraudon çayları axır. Osetiya maili düzənliyində, Alagir dərəsinin girişində qurulan şəhərin sahəsi təxminən 27 km²-dır. Alagirin ətəklərin sulfid-sulfat-maqnezium-kalsium sularıyla zəngin Tamisk balneoloji kurortu var. == Etimologiyası == Şəhərin adı osetin dilindəki "Ullaq İr" (Ullaq - yuxarı, İr - Osetiyanın milli adı) söz birləşməsindən əmələ gəlib, Yuxarı Osetiya mənasını verir. == Tarixi == 1824-cü ildə (bəzi mənbələrə görə - 1781) müasir Alagir ərazisində daha sonra Alagirlə birləşək olan Saluqardan kəndi quruldu. 1850-ci ildə Ardon çayının sağ sahilində 1897-ci ilə qədər fəaliyyət göstərən gümüş qurğuşun zavodu tikildi. 1863-cü ildə kəndin adı Qornaya olaraq dəyişdirildi.19-cu əsrin sonlarına gəldikdə Alagir Vladiqafqaz bölgəsinin Terek mahalında bir yaşayış yeri idi. Tolmaçova görə bu dövrdə burada 1975 nəfər yerli sakin, 736 nəfər imeretiyalı, 949 nəfər osetiyalı yaşayırdı.
Clairo
Kler Elizabet Kottrill (19 may 1998, Atlanta) — Clairo kimi tanınan amerikalı müğənni-bəstəkar. Corciya ştatının Atlanta şəhərində anadan olub və Massaçusets ştatının Karlayl şəhərində böyüyüb, 13 yaşında internetə musiqi yerləşdirməyə başlayıb. Clairo 2017-ci ildə "Pretty Girl" adlı lou-fay sinqlının musiqi videosunun viral uğurundan sonra məşhurlaşdı. Daha sonra 2018-ci ildə Fader Label ilə müqavilə bağlayaraq ilk mini albomu, EP Diary 001-ı buraxdı. Onun ilk studiya albomu Immunity 2019-cu ildə müsbət şərhlər qazandı, "Bags" və "Sofia" ən çox bəyənilən sinqllar oldu. Kottrillin ikinci studiya albomu, Sling 2021-ci ildə buraxıldı. Albom buraxıldıqdan sonra kommersiya uğuru qazandı, ABŞ Billboard 200-də ilk 20-də yekunlaşdı. == Həyatı == Kler Kottrill Corciya ştatının Atlanta şəhərində anadan olub və Massaçusets ştatının Karlayl şəhərində böyüyüb. O, marketinq icraçısı Ceff Kottrillin qızıdır.
Elmir
Elmir — ad.
Gazir
Gazir (fars. گازير‎) — İranın Ərdəbil ostanının Səreyn şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 160 nəfər yaşayır (38 ailə).
Gilar
Gilar — Azərbaycan Respublikasının Yardımlı rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Gilar Yardımlı rayonunun Şəfəqli inzibati ərazi vahidində kənd. Viləş çayının sol sahili ilə İran sərhədi arasında dağətəyi ərazidədir. Etnotoponimdir. Qədim Volqa Bulqarıstanında XIII-XIV əsrlərdə Gilan şəhəri və gilan tayfası qeydə alınmışdır. Gilar kəndi qədim, köçəri türkman tayfalarına məxsusdur. Qədim Volqaboyu Bulqarıstanından köçüb gəlmiş və Ərdəbildə məskunlaşmış türkman tayfaları sonradan indiki Yardımlı rayonuna köç ediblər və Gilar kəndini salıblar. Gilar kəndində tarixi məzarlıqda Səlcuqlu imperiyasında da istifadə edilən, qədim türklərə məxsus səkkiz güşəli simvollar yer alır. Hazırda Ərdəbildə də Gilarlu kəndi var. Bəzi məlumatlara görə, Türkmənistanda da eyniadlı şəhər mövcuddur.
Gizir
Gizir — Azərbaycan Silahlı Qüvvələrində kiçik komandir rütbəsi. Azərbaycan Hərbi Dəniz Qüvvələrindəki ekvivalent rütbə miçman rütbəsidir.
Gəlir
Gəlir — İstehsal olunan məhsulun, tikintinin və xidmətin satışından əldə olunan vəsaitlərə, məvacibə gəlir deyilir. == Növləri == Gəlir dedikdə dövlətin, təşkilatların və ya əhalinin aşağıdakı gəlirləri başa düşülür: Dövlət gəlirləri — vergilərin, rüsumların, ödənişlərin, xarici ticarət əməliyyatlarının, xarici kreditlərin, xarici yardımların yığılması yolu ilə dövlət tərəfindən əldə edilən və dövlət funksiyalarını həyata keçirmək üçün istifadə edilən gəlirlərdir. Təşkilatın gəlirləri — iştirakçıların töhfələri istisna olmaqla, bu təşkilatın kapitalının artmasına səbəb olan aktivlərin (pul vəsaitlərinin, digər əmlakın) alınması və (və ya) öhdəliklərin (əmlak sahibləri) ödənilməsi nəticəsində iqtisadi mənfəətin artmasıdır . Təşkilatın adi fəaliyyətindən əldə edilən gəlir mal və xidmətlərin satışından əldə edilən gəlirdir. Əhalinin gəlirləri — vətəndaşların, ailələrin və ev təsərrüfatlarının nağd pul formasında əldə etdikləri şəxsi gəlirləri. Bunlara aşağıdakılar daxildir: əmək haqqı, pensiya, təqaüd, müavinətlər, öz təsərrüfatlarında istehsal olunan məhsulların satışından əldə olunan gəlirlər, göstərilmiş xidmətlərə görə haqq şəklində nağd pul qəbzləri, qonorar, şəxsi əmlakın satışından, icarəyə verilməsindən əldə olunan gəlirlər.Qanuni və qeyri-qanuni gəlirlər də mövcuddur: qanuni gəlir — qanuni yolla əldə edilən gəlir; qeyri-qanuni gəlir — qanunsuz yolla əldə edilən gəlir. == Gəlirlərin ümumi anlayışı == Gəlir son dərəcə geniş tətbiqi olan bir termindir. Bu anlayış müxtəlif mənalarda istifadə olunur. Bu sözün ən ümumi mənası belədir — fəaliyyət nəticəsində vəsaitlərin, öhdəliklərin, maddi və qeyri-maddi dəyərlərin alınması. İqtisadiyyatda gəlirin ümumi təriflərindən biri aşağıdakılardır: Müəyyən bir müddət ərzində gəlir müəyyən bir insanın sərvətinin dəyərini dəyişmədən xərcləyə biləcəyi pul məbləğidir.
Gəmir
Gəmir - Oğuz rayonunu ərazisində dağ aşırımı. == Haqqında == Gəmir Oğuz və Daşağıl çaylarının hövzələri arasındadır. Tədqiqatçılar oronimi türk dillərində "dağ başında dar yarğan, uçurum yer" mənasında işlənən kömür sözü ilə əlaqələndirirlər. Azərbaycanın şimal-qərb rayonlarında da gəm sözü "dar, kiçik" mənasında işlənir. == Mənbə == Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. İki cilddə. I cild. Bakı, 2007.
Gətir
Gətir — lazımi məhsulları 10 dəqiqə ərzində gətirməyi hədəfləyən tətbiqetmə üzərindən işləyən onlayn bazar tətbiqidir. İstanbul, Ankara, İzmir, Bursa və Kocaelinin seçilmiş bölgələrində 100-dən çox anbarı ilə istifadəçilərə xidmət göstərir. Gətir ərzaq sifariş sistemi ilə yanaşı, yemək sifarişini qısa müddətdə çatdırmaq üçün müəyyən bölgələrdə Getir Yemek sistemini xidmətə gətirdi. Maykl Moritzin başçılıq etdiyi xarici investorlar bu tətbiqetməyə 38 milyon dollar sərmayə qoymuşlar.
Əltair
Əltair — Qartal Bürcünün α ulduzu Alpha Aquila (α Aquila, qısaldılmış Alpha Aql, α Aql) olaraq da adlandırılan Əltair (/ æltɛər, -taɪər, æltɛər, -taɪər /) Qartal bürcünün ən parlaq ulduzu və gecə səmasının 12-ci parlaq ulduzudur. Əltairin adı da, çoxu parlaq ulduz kimi ərəb dilindən gəlir. "El Tayr" Ərəb dilində quş mənasını verər və qərb dillərinə Əltair olaraq keçmişdir. Bizdəki "Təyyar" adı da, eyni kökdendir (tay) və "uçan, uçucu" kimi mənalara gəlir. Eyni şəkildə təyyarə üçün köhnədən istifadə "Təyyar" sözü də Əltair adı ilə əlaqəlidir. Hal-hazırda G- buludu yaxınlığında ulduzlararası bulud kimi taninan qaz toz yığımından ibarətdir. Əltair A spektral sinfin baş ardıcıllıq ulduzudur, görünən ulduz ölçüsü 0,77-dir və Yay Üçbucağı bürcünün təpə nöqtəsindən biridir (digər ikisi isə Deneb və Vega-dır). Günəşdən 16.7 işıq ili (5.13 parsek) məsafədədir və gözlə görünən ən yaxın ulduzlardan biridir.Əltair ulduzu ekvatorda təxminən 286 km/s sürətlə fırlanır. Palomar Testbed Interferometer ilə edilən bir işdə, Əltairin sferik olmadığı, ancaq yüksək fırlanma sürətinə görə qütblərdə yastı olduğu ortaya çıxmışdır. == Terminalogiya == Α Aquila (Alfa Aquilae'ye Latinized) ulduzun Bayer adıdır.
Aldair
Aldair Nassimentu dos Santos (br-port. Aldair Nascimento dos Santos, 30 noyabr 1965) — Braziliyalı keçmiş futbolçu. Müdafiəçi kimi çıxış edib. Braziliya milli komandasının üzvu olub və milli komanda ilə 1994-cü il Dünya Çempionatının qalibi olub.
Glycyrrhiza glabra var. glabra
Şirinbiyan (lat. Glycyrrhiza glabra) — biyan cinsinə aid bitki növü.Şirinbiyan bitkisi Paxlalılar fəsiləsinə daxildir. Biyan latın dilində qlisseraza deməkdir. Lüğəti mənası şirin kök deməkdir. Biyan cinsinin dünya florasının tərkibində 18 növü yayılmışdır. Azərbaycanda 8 növünə təsadüf olunur. Bunlardan ən geniş yayılanı şirinbiyandır – Glyeyrrhiza glabra. Bu, çoxillik yarımkol bitki olub, iri yeraltı kök sisteminə malikdir. Ana kökdən yanlara çoxlu xırda yan köklər ayrılır. Biyanı qiymətli edən də məhz bu kök və kökümsovlardakı müxtəlif mənşəli maddələrdir.
ALJİR (roman)
ALJİR — Ülviyyə Tahirin Vətən Xainləri Qadınlarının Akmola Düşərgəsi barədə tarixi romanı. == Məzmun == Tarixin bu səhifəsinə ən güclü insani duyğular həkk olunub; doğmalarından zorla qoparılmağın dözülməz ağrısı, övladının, sevdiyi insanın aqibətinin məchulluğu... Bir günün içində əzizlərinə “xalq düşməni” damğası vurulmuş, hər şeyini itirərək qula çevrilmiş, təcavüzə uğrayan ziyalı qadınlar, analar... Qışda qarı, yayda qumu göyə sovuran səhra küləkləri, ucsuz-bucaqsız Qazaxıstan çölləri – Akmola düşərgəsi. Qəddar rejim kölələri və şəfqətli yerlilər. Ana qayğısından məhrum edilərək manqurtlaşdırılan körpələr... Bütün bu dəhşətlər 1937-1938-ci illər ərzində Sovet ölkələrindən Qazaxıstanın Akmola düşərgəsinə toplanan 18.000-dən yuxarı qadının başına gətirilir. Bu qadınlardan 44 nəfəri azərbaycanlı idi; Əhməd Cavadın həyat yoldaşı Şükriyyə xanım, Fətəli xan Xoyskinin qızı Tamara xanım, Quba Qızlar Seminariyasının rəhbəri Sənubər Eyyubova və onlarla digər ziyalı qadın. Tariximizin ən qaranlıq səhifələrindən olan ALJİR hadisəsi və yaşanan o faciələr yazıçı və tarixçi Ülviyyə Tahirin qələmi ilə arxiv sənədlər əsasında işıqlandırılır. Bu tarixi romanı oxuduqca Sovet hakimiyyətinin millətimizin kökünə çaldığı baltanın izləri bütün çılpaqlığı ilə gözlər önündə canlanır.
Aglaia agglomerata
Aglaia agglomerata (lat. Aglaia agglomerata) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin meliekimilər fəsiləsinin aqlaiya cinsinə aid bitki növü.
Gmail
Gmail (tələffüz: ci-meyl) — Google şirkətinindən e-poçt xidməti. POP3S interfeysi ilə işləyir. 2008-ci ildə hər istifadəçiyə, öz məktublarını saxlamaq üçün, 10 GB yaddaş verilib və bu rəqəm 1 aprel 2005-ci ildən bəri artmaqdadır. Gmail 2004-ci il 1 aprel tarixində fəaliyətə başlayıb. Əvəlcə Gmail-i istifadə etmək üçün xüsusi dəvətnamə almaq lazım idi. Amma indi hər kəs Gmail xidmətindən faydalana bilər. Gmail xüsusi web interfeysə sahibdir və bu onun istifadəsini xeyli asandlaşdırır. Gmail istifadəçiləri Gtalk Instant Messenging servisindən də faydalana bilər. Gmail-in istifadəçi interfeysi Azərbaycan dilinə tərcümə olunub.
Imair
Imair Airlines (İmeyr Hava Yolları) — Azərbaycanda fəaliyyət göstərmiş (1994—2009) özəl aviaşirkət. Hava nəqliyyatlar üzrə beynəlxalq ittifaqının (IATA) üzvü idi. Qərargahı Bakı şəhərində yerləşirdi. Imair Airlines Avropa və MDB ölkələrinə sərnişin daşınmaları təmin edirdi.
Qalib Qadir
Qalib Əhmədov — publisist, Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1984), Azərbaycan Fəlsəfə Cəmiyyətinin üzvü (1986). "Dünyaya pəncərə" qəzetinin təsisçisi və baş redaktoru. == Həyatı == 1949-cu il iyunun 1-də Azərbaycanda Qəbələ rayonunun Sileyli kəndində anadan olmuşdur. Hacallı kənd orta məktəbini bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin tarix fakultəsinə daxil olmuş (1966), sonra təhsilini filologiya fakultəsində davam etdirmişdir (1967-1972). 2020-ci il iyunun 16-da vəfat etmişdir. == Karyerası == Əmək fəaliyyətinə Qəbələ rayonunda müəllim kimi başlamış, sonra Sumqayıtda 49 saylı orta texniki-peşə məktəbində tərbiyyəçi, müəllim, tədris hissə müdiri vəzifələrində işləmişdir (1973-1980). Azərbaycan Dövlət Universitetinin Azərbaycan ədəbiyyatı tarixi ixtisası üzrə aspiranturaya daxil olmuşdur (1979). Azərbaycan Elmlər Akeademiyasının Fəlsəfə və Hüquq İnstitutunun dissertantı kimi ictimai şüur, ünsiyyət, siyasi mədəniyyət və digər problemlərə dair bir sıra elmi məqalələrlə çıxış etmişdir (1983-1987). "İflas: səbəblər və nəticələr" (1991) kitabında cari ictimai-siyasi hadisələr haqqında elmi araşdırmaları toplu halda nəşr olunmuşdur. "Təşviqatçı", "Dialoq" jurnallarında elmi-nəzəri şöbənin müdiri (1980-1990), "Azərbaycan kommunisti" və "Dirçəliş" jurnallarında ideologiya şöbəsinin müdiri, "Ayna" qəzetində tərcüməçi (1990-1993), Bakının Nərimanov rayonunda Əmək və Məşğulluq Mərkəzinin direktoru (1993-1995), "Xalq qəzeti", "Yeni Azərbaycan" qəzetlərində ədəbi işçi, şöbə müdiri, redaktor müavini (1996-1998) "Respublika" (2004-2006), "Azərbaycan" (2006-2008) qəzetlərində müxbir, bölgə müxbiri vəzifələrində işləmişdir.
Alar
Alar (əvvəlki adı: Allar)— Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 27 mart 2001-ci il tarixli, 110-IIQ saylı Qərarı ilə Cəlilabad rayonunun Allar kənd inzibati ərazi dairəsi tərkibindəki Allar kəndi Alar kəndi, Allar kənd inzibati ərazi dairəsi Alar kənd inzibati ərazi dairəsi adlandırılmışdır. == Toponimilası == Etnooykonimdir. == Tarixi == Mənbələr Alar ərazisində qədim şəhər mədəniyyətinin olduğunu təsdiq edir. Alar tarixdə həm də Alar üsyanı ilə tanınır. Xalq XIX əsrin ortalarında alarlar canşalı (cahanşahlı) tayfa birliyinə daxil idilər. Q. Qeybullayev arxiv materiallarına istinad edərək göstərir ki, Canşalı tayfası (cahanşahlu) allar adlanırdı və Lənkəran bölgəsində yaşayırdı. XIX əsrin ortalarında bu tayfa birliyi 102 ailə olmaqla Alar, Hüseynxanlu, Təpəbaşi, Fətullahli, Vəliməmmədli, Cahanşahlı (yaxud Ağalıkənd-Kərim) və Köüzbulaqdan ibarət idi. Göründüyü kimi, faktlar oykonimin Alı adlı şəxslə bağlılığını inkar edir. Həmin ərazidə Alar yaşayış məntəqəsi Alı xana qədər də mövcud olmuşdur.
Gaia
Gaia astrometriya üçün işləyib hazırlanan Avropa Kosmik Tədqiqatlar İdarəsinin (ESA) insansız kosmik rəsədxanasıdır. Gaia Süd yolu qalaktikası boyu ulduzların dəqiq üçölçülü xəritəsini yaradacaq. Gaia 19 dekabr 2013-cü ildə buraxılıb. O, beş il müddətində fəaliyyət göstərəcək.
Glis
Glis (lat. Glis) — gliridae fəsiləsinə aid heyvan cinsi.
Laik
Laik (fr. Laïc) — Türkiyədə sekulyarizmə verilən ad. Türk Dil Qurumunun lüğətində olan tərifə görə, "dini işlərlə dövlət işini qarışdırmayan, dövlət işlərini dindən ayrı tutan şəxs və ya qurum". Türkiyə laik dövlət hesab edilir. Bu anlayış Türkiyədə laisizm, kamalçılıq və solçuluq ilə assosiasiya olunur.Hər halda, müxtəlif müşahidəçilərə görə, Türkiyədə AKP hökumətinin siyasəti ölkənin laik dövlət statusunu sual altına qoymuşdur. Odur ki, Ərdoğan hökumətinin hakimiyyətə gəlməsindən sonra Türkiyənin quruluş ildönümlərində mühafizəkarlar və dindar hökumət qüvvələri arasında fikir ayrılıqları ön plana çıxmışdır. 2016-cı ildə parlamentin spikeri İsmayıl Qəhrəman İstanbulda bir toplantıda etdiyi çıxış zaman "yeni Konstitusiyada laiklik olmamalıdır" və yenə eyni çıxışında "yeni, dindar bir Konstitusiya olmalıdır" sözlərindən istifadə etmişdir. == İstinadlar == == Xarici keçidlər == Laiklik Konusunda Kavram Kargaşası, Prof. Dr.
Laib
"La'eeb" 2022-ci ildə Qətərdə keçirilən futbol üzrə dünya çempionatının maskotu. Bu, antropomorfik ənənəvi ərəb geyimidir. Ağaldan asılmış kəndirlərlə çox vaxt ağ rəngli şemaqdan ibarətdir. O, 2022-ci il Dünya Kubokunun püşkatma mərasimində 1 aprel 2022-ci ildə elan edilib. "La'eeb" sözünün mənşəyi Körfəz ləhcəsindədir və "çox istedadlı oyunçu" deməkdir. == Təsviri == Bu, Yaxın Şərqdəki tipik paltarlardan bir qüsuru təmsil edir, çünki boynunu, gözlərini, qaşlarını və ağzını bəzədilmiş Qətər keffiyehdir, istisna olmaqla, heç bir üzvü olmadığı və eyni zamanda üzən görünüşü var. əlavə olaraq bu Dünya Kubokunun loqosundan da formalaşmışdır.2 Bir insan kimi təsvir edilmişdir.Bir qrup ev heyvanından gələn, sözlə təsvir edilə bilməyən və hər kəsin istədiyi kimi təsəvvür edə biləcəyi paralel bir dünya.Anima hər kəs özünə inanır.”1 O, həm də getdiyi yerdə sevinc və inam saçan gənc ruhu ilə seçiləcək.
Aglaia aherniana
Aglaia aherniana (lat. Aglaia aherniana) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin meliekimilər fəsiləsinin aqlaiya cinsinə aid bitki növü.
Qahir
Qahir (899, Bağdad – 18 oktyabr 950 və ya 951, Bağdad) - Abbasi xəlifəsi == Həyatı == Əbu Mənsur Məhəmməd əl-Qahir Billah ibn Əhməd əl-Mutəzid ibn Təlhə əl-Müvəffəqin anası Fitnə bərbər tayfasından olan cariyə idi. 929-cu ildə qardaşı Muktədir Billah hakimiyyətdən uzaqlaşdırıldıqdan sonra o, xəlifə təyin edilmişdir. Lakin saray əyanlarının narazılığı, eləcə də üsyançıların yeni xəlifədən bəxşiş və bir illik maaşlarının ödənməsi tələbi vəziyyəti ağırlaşdırmışdır. Nəticədə cəmi iki gün hakimiyyətdə qalan Qahir Billah, Əbul Heyca Abdullah ibn Hamdanın sayəsində üsyançıların əlindən qaçaraq sarayı tərk etmişdi. Yenidən hakimiyyətə gətirilən Muktədir Billah və böyük nüfuz sahibi vəzir Munis əl-Müzəffər arasında tezliklə yaranan münaqişə çox keçmədən müharibəyə çevrilmişdi. Munis 932-ci ildə xəlifə sarayını ələ keçirmiş, Muktədir öldürülmüşdü. Vəzir, Muktədirin oğlu Əbul Abbası yeni xəlifə təyin etmək istəyirdi. Çünki o, uşaqlıqdan Munisin nəzarəti altında böyümüşdü, ağıllı və savadlı idi. Lakin Munisin müttəfiqi Əbu Yaqub İshaq ibn İsmail Növbəxti onu bu fikrindən daşındırmışdı. Muktədirin hakimiyyəti zamanı onun ailəsi xilafətdaxili siyasətə müdaxilə etdiyindən, tez-tez üsyanlar baş verirdi.
Qalıq
Fosil və ya qalıq — havayla təması birdən kəsildiyi üçün qoruna bilmiş canlı qalıqlarına verilən ümumi addır. Qabıq, sümük, diş, toxum, yarpaq ya da bir heyvan və ya bitki qalığı milyonlarla il əvvəlindəki canlı həyat haqqında məlumat verər. Qalıqları və qalıqlaşmağı araşdıran elm sahəsinə paleontologiya deyilir. Latınca fodare, qazmaq sözcüyündən törəmişdir. == Bitki qalıqları == Ümumiyyətlə sərt toxumlar və taxta qisimlər qalıqlaşmış olaraq tapılar. Çiçək və yarpaqların özləri qorunmazlar ancaq karbon təsiri onların quruluşundakı çox incə detalları dahi qorumaqdadır. == Heyvan qalıqları == Dişlər, sümüklər və qabıqlar, dəri, et/ət, kürk, tükdən daha çox rast gəlinən qalıqlardır. Ümumiyyətlə sümüklər tapılar ancaq Alyaska, Sibir kimi yerlərdə nadir olaraq bütün mamut qalığına rast gəlinmişdir. Bu bölgələrdəki donmuş heyvanlar qalıq olaraq tamamilə milyonlarla il qorunmuşdur. == Qabıqlı dəniz canlıları == Milyonlarla il əvvəl dənizlərlə qablı olan bölgələrdən su geri çəkildiyində qabıqlı dəniz canlıları palçıq, qum və palçığa basdırılmışlar.
Qalış
Galışlar və ya Galeşlər (Söz Sanskrit dilində "inəkçi" mənasını verir) — Gilan və Mazandaranın dağlarında yaşayan köçəri xalqdır ki Qalış dialektində danışırlar. Anzolu/Anzoli, Bradi, Bürsülüm/Bırsılım, Conu/Coni, Çayrud, Tülü/Tüli, Hamarat, Rvarud, Siyov/Siov, Veri kəndlərində (Lerik rayonu), Biləsər, Daştatük, Rəzvan/Razano, Rvo kəndlərində (Lənkəran rayonu), və Miyanku kəndində (Masallı rayonu) yaşayırlar.
Qatır
Qatır — atla uzunqulağı cütləşdirməklə əldə edilmiş, təsərrüfatda mühüm əhəmiyyət kəsb etmiş, əhliləşdirilmiş heyvan. == Qatır nəqliyyat vasitəsi kimi == Azərbaycanın dağlıq və dağətəyi bölgələrində minik vasitəsi kimi hələ qədim zamanlardan qatırdan da geniş istifadə olunmuşdur. Çoxlu yükgötürmə qabiliyyəti, sıldırımlı dağ yoları üçün daha münasibliyi, aclığa və susuzluğa daha davamlı olması onun əhəmiyyətli nəqliyyat vasitələrindən birinə çevrilməsinə şərait yaratmışdır. Qatır Qafqazda ən azı ilk sinifli cəmiyyət dövründən əsas nəqliyyat vasitələrindən biri olmuşdur. Qatırı, atla uzunqulağı cütləşdirməklə də əldə edirdilər. Aşşur və Urartu, həmçinin orta əsr mənbələrinə əsasən, hələ qədim zamanlardan Cənubi Qafqazın dağlıq bölgələrində yük daşımaq üçün qatırdan istifadə edilmişdir. Vaxtilə Azərbaycanda olmuş, X əsr ərəb coğrafiyaşünas səyyahı İbn Hövqəl yazırdı ki, "burada sağlam gövdəli, güclü, dözümlü qatır cinsləri yetişdirilir". Bərdə də yetişdirilən qatır cinsləri o qədər şöhrət qazanmışdılar ki, onları Xorasan, Suriyaya və başqa ölkələrə aparırdılar. Avropa səyyahı L.Çempenin yazdığına görə, hər il 500, bəzən də 1000 baş qatıra yüklənmiş Azərbaycan ipəyi ölkənin sərhədlərində uzaqlara aprılırdı. XIX-XX əsrlərin əvvəllərində Azərbaycanda qatırdan geniş istifad olunması davam edirdi.
Qımır
Qımır (Zaqatala) — Zaqatala rayonunda kənd. Qımırlı — Qax rayonunda kənd.
Qəbir
Məzar, Qəbir — İnsanların ölərkən basdırıldığı yer. Məzarların toplu olaraq olduğu yer isə məzarlıq adlanır. == Qəbrin növləri == Kurqan Küp qəbir == Dinlərdə qəbir və dəfn == Bir çox dinlərdə qəbir ölən insanın axirətə keçidi üçün mühüm mərhələ hesab olunur.
Kommunist əməyi qalib gəlir (film, 1929)
== Məzmun == Filmdə əməyə yeni münasibət öz əksini tapmışdır.