Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Baba Gorgor (Qürvə)
Baba Gorgor (fars. باباگرگر‎) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 12 nəfər yaşayır (4 ailə). Əhalisini azərbaycan türkləri təşkil edir.
Tufan Baba Gorgor (Qürvə)
Tufan Baba Gorgor (fars. طوغان باباگرگر‎) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 676 nəfər yaşayır (160 ailə). Əhalisini azərbaycan türkləri və kürdlər təşkil edir.
Qreqor Breynburq
Qreqor Breynburq (d. 16 sentyabr 1991, Arnhem) — Erediviziya təmsilçilərindən olan N.E.K klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Aruba futbolçusudur. Breynburq həmçinin Aruba milli komandasının da üzvüdür. 16 sentyabr 1991-ci ildə Arnhemdə anadan olmuşdur. Qreqor karyerasına De Qrafşap klubunda başlamışdır. 2014-cü ildə isə NEK klubu ilə müqavilə imzalamışdır. Çətin keçən 2015-ci il mövsümündən sonra Qreqor 2016-cı il mövsümünün startında NEK klubunun kapitanı təyin olunmuşdur. Qreqor Aruba milli komandası ilə peşəkar debütünü 2015-ci ilin iyun ayında FİFA Dünya Kubokunun seçmə mərhələsində Barbados komandası ilə görüşdə etmişdir. 2016-cı ilin noyabr ayına qədər 5 oyuna çıxmış və qol vurmamışdır. O, ölkəsi ilə 4 Dünya Kuboku seçmə mərhələsində iştirak etmişdir.
Qreqor Mendel
Qreqor Yohan Mendel (alm. Gregor Johann Mendel‎); (20 iyul 1822, Heinzendorf bei Odrau, Sileziya, Avstriya İmperiyası — 6 iyun 1884, Brno, Avstriya-Macarıstan) avstriya bioloq və botaniki, irsiyyət haqqındakı təsəvvürlərin inkişafında mühüm rol oynamış, genetikanın atası və İrsi əlamətlərin qanunauyğunluğunun müəllifi. Qreqor Yohan Mendel 20 iyul 1822-ci ildə Avstriya imperiyasının Heinzendorf bei Odrau şəhərciyində (indiki Çexiya) kəndli Anton Mendelin ailəsində doğulmuşdur. Təbiətə erkən yaşlarında maraq göstərmiş və bağbanlıq etmişdir. İki il Olmüç universitetində fəlsəfə sinifində oxuduqdan sonra, 1843-cü ildən Brnodakı Avqustin ordeninin Müqəddəs Foma monastrında Qreqor adı altında monarxlığa başlayır. 1844-1848-ci illərdə Brno ali ruhani məktəbində oxumuş və 1847-ci ildə rahib olmuşdur. Bir çox elmlərə maraq göstərərək onları öyrənmiş, bir məktəbdə yunan dilindən, hesabdan dərs demişdir. 1849-1851-ci illərdə Znoym gimnaziyasında riyaziyyatdan, latın və yunan dilinən dərslər demişdir. 1851-1853-cü ildə Vyana universitetində sitoloq Ungerin rəhbərliyi altında təbiət hadisələrini öyrənmiş, bitkilərin çalaqlaşdırılması metodları ilə maraqlanmışdir. 1854-cü ildə diplomsuz mütəxəssis olsa da Brno ali real məktəbində fizikadan və təbiətşünaslıqdan dərs demək üçün təklif almışdır.
Qreqor Nazianzen
Qriqór Nazianzén (yun. Γρηγόριος Ναζιανζηνός) və ya İlahiyyatçı Qriqor (329 və ya 330 – 25 yanvar 389 və ya 390) — xristian ilahiyyatçısı, kilsə müqəddəsi, Konstantinopol arxiyepiskopu, Kappadokiya kilsə atalarından biri. 329-cu ildə Roma İmperiyasının Arianzum şəhərində (indiki Türkiyənin Niğde şəhərinin yaxınlığında) doğulmuşdur. Onun atası Nazianz şəhərinin yepiskopu Qriqor, anası isə Müqəddəs Nonna olmuşdur. O, Kapadokiya Qeysəriyyəsi (indiki Türkiyənin Kayseri şəhəri) və Fələstin Qeysəriyyəsi (indiki İsrailin Qeysəriyyə şəhəri) şəhərlərində təhsil aldıqdan sonra İsgəndəriyyədə biliklərini təkmilləşdirmiş, oradan isə elm dalınca Afinaya getmişdir. Əsərlərində neoplatonizm təsiri duyulan ilahiyyatçı burada antik filosoflar, o cümlədən Platon və Aristotelin yaradıcılığı ilə yaxından tanış olmuşdur. Sonralar Kapadokiya Qeysəriyyəsinin arxiyepiskopu olmuş ilahiyyatçı Müqəddəs Vasili və məşhur imperator Mürtəd Yulian (xristianlığı tərk etdiyi üçün "Mürtəd" ləqəbi almışdır) onunla birlikdə Afinada təhsil almışlar. Vasili 371-ci ildə Kapadokiya Qeysəriyyəsinə arxiyepiskop təyin olunduqdan sonra Qriqor kiçik Sasim şəhərinin yepiskopluğunu təklif etmişdir. Təklifi qəbul edən ilahiyyatçı bir müddət burada fəaliyyət göstərdikdən sonra yenidən doğma şəhərinə qayırmış, ancaq burada da rahatlıq tapmayıb üç il səhrada yaşamışdır. Qriqor Basilə yazdığı məktublarında həmkarını arianlarla (kilsədən uzaqlaşdırılmış Ariusun rəhbərlik etdiyi heretik sayılmış xristian cərəyanı) apardığı mübarizəyə onu da qoşmağa çalışmasına görə tənqid etmişdir: "Sən məni tənbəllikdə qınayırsan ki, yepiskop olmaq istəmədim və sizinlə bərabər sümük üstündə çarpışan köpəklər kimi çarpışmadım.
Qreqor Yohan Mendel