YIXILMAQ

f.
1. Öz ağırlığı ilə yerə enmək, müvazinətini, yaxud istinad nöqtəsini itirərək aşağıya devrilmək, yerə dəymək. Başı gicəllənib yıxıldı. Pilləkəndən yıxılmaq.
– Məşədi, tərpənsən, yıxılarsan ki… Ü.Hacıbəyov.
Gərək yadındadır… üç il qabaq mən; Qayadan dənizə yıxıldım birdən. S.Vurğun.

// Kökündən qopub yerə sərilmək. Küləyin şiddətindən çoxlu ağac yıxılıbdır.
// Köhnəlikdən uçmaq, dağılmaq, yerə tökülmək. Evin divarları yıxıldı. Hasar yıxıldı.
2. Yerə uzanmaq, yerə sərilmək.
Onda görürsən yıxılıb yanbayan; Bir neçə növrəstə cavan laybalay. M.Ə.Sabir.

□ Yıxılıb-yatmaq – yatmaq, yatmaq üçün yataqda uzanmaq.
Xudayar katda ləzzətnən yıxılıb-yatdı. C.Məmmədquluzadə.
İki seyid əmmaməni bir tərəfə atıb bir qədər oynadılar, axırda yıxılıb-yatdılar. Ə.Haqverdiyev.

3. məc. Hakimiyyətdən salınmaq, devrilmək, düşürülmək, düşmək. 1917-ci ilin fevralında çar mütləqiyyəti yıxıldı.
[Qatır Məmməd:] Padşah yıxıldı, gorbagor oldu; Uçdu sarayları, tar-mar oldu. Z.Xəlil.
// Əmr formasında: yıxılsın! – məhv olsun! yox olsun! dağılsın! viran qalsın! Yıxılsın məğrur saray! Buludlara batsın Ay. S.Vurğun.

Sinonimlər (yaxın mənalı sözlər)

  • YIXILMAQ 1. YIXILMAQ Adilə müvazinətini saxlaya bilməyib divanın üstünə yıxıldı (Ə.Qasımov); DƏYMƏK Bir gün səhər-səhər Gülnaz; Yol gedərkən saymaz-saymaz; Sür
YIXILMA
YIXILMAZ

Digər lüğətlərdə

личи́нковый незнако́мец обызвестви́ться отдели́тель перехлестну́ть небережли́вый плодоно́сный приспе́шник содра́ться шевелю́ра aguish cyclopaedic operation square-shouldered whoof wouldn't бесстыдство германий нехороший обозначать осеребрить отплёвываться силурийский стрястись судоговорение