Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Oberqefell Hocesə qarşı
Obergefell v. Hodges — ABŞ Ali Məhkəməsinin ABŞ Konstitusiyasına on dördüncü düzəlişi əsas tutaraq bütün ölkə ərazisində eynicinsli evliliklərin leqallaşdırılması haqqında qərar verdiyi işdir. Tanco v. Haslam (Tennesi), DeBoer v. Snyder (Miçiqan), Bourke v. Beshear (Kentukki) adlı oxşar məzmunlu digər üç işlə dəstəklənən Obergefell v. Hodges işində eynicinsli evlilikləri qadağan edən dövlət qanununa yenidən baxılmışdır. Məhkəmə iş üzrə qarşı tərəfin arqumentlərini 28 aprel 2015-ci ildə dinləmişdir. 26 iyun 2015-ci ildə isə ABŞ Ali Məhkəməsi son qərarını açıqlayıb. Məhkəmə Amerika konstitusiyasının hər bir vətəndaşın eyni şəkildə müdafiəsini irəli sürdüyünü bildirərək, eynicinli nikahların yasaqlanmaması qərarına gəlib.
Kabildə hotelə hücum (2018)
Kabildə otelə hücum — Kabildəki Qitələrarası Otel Kabilə edilən silahlı hücum. Hücum 4 və ya 5 silahlı qrup tərəfindən törədilib. Hücum oteldə 12 saatlıq döyüşə səbəb olub. Kabil NATO tərəfindən dəstəklənən Əfqan hökuməti tərəfindən tutulur, ancaq həm Taliban, həmdə İslam Dövləti əvvəlki aylarda paytaxta canlı bomba ilə hücum etmişdilər. 20 yanvar, 2018-ci ildə çox sayda xəbər mənbəyi bildirmişdir ki, yerli vaxtla saat 21:00-dək yüngül silah və raket ilə silahlanmış bir sıra silahlılar Kabildəki Qitələrarası otelə atəş açaraq girov götürmüşdülər. Hesabatlardan bəziləri otelin qonaqlarının çarşafları bir-birinə bağlayaraq, binanın yuxarı mərtəbələrindən çıxaraq, silahlı adamlardan qaçmağa çalışdığını irəli sürdülər. Əfqan xüsusi qüvvələri hücumçuları neytrallaşdırmaq cəhdi ilə otelin damına vertolyot endirdi. Daha sonra məlumat verildi ki, Əfqanıstan Silahlı Qüvvələrindən olan Norveçli xüsusi qüvvələrdən ibarət olan Marinejegerkommandoen əsgərləri hücuma cavab verdilər və oteldə silahlı adamlarla atışma aparıblar. Bu 2011-ci ildən bəri bu otelə ikinci hücumdur. Əfqan rəsmiləri, hücumun 21 yanvarın səhər saatlarından etibarən başa çatdığını, 4 hücumçunun və ən az 18 adamın öldüyünü deyirlər.