HÖCƏT

[ ər. ]
1. is. Öz dediyindən, əməlindən, xasiyyətindən əl çəkməmə; inad, inadkarlıq, tərslik.
[Rüstəm kişi:] Nə höcətsən, ay arvad! Deyirlər, yemlə, yemlə, vəssəlam! M.İbrahimov.
[Hatəmxan ağa:] Sən onu tanımırsan, məgər ki, necə höcətdir. M.F.Axundzadə.

□ Höcət etmək – öz tərsliyindən, inadından əl çəkməyərək mübahisə etmək; höcətləşmək.
Bu yeddi nəfər isə hələ höcət edirdi. Ə.Əbülhəsən.

// Mübahisə, çəkişmə, dava.
Əgər iki tazı bir dovşan tutsaydı, tazı sahibləri arasında höcət və dava başlanardı. H.Sarabski.
Maralın … höcəti də həmin bu kötüyün üstündə olmuşdu. Ə.Əbülhəsən.

2. sif. İnadkar, inad, inadcıl, tərs, höcətçi.
[Leyla xanım:] Mən qorxuram, Rəhim kişi məni xataya sala, höcət adamdır. N.Vəzirov.
[Sərvinaz Nəcəfalıya:] Elə bil bu ata uşağının hamısı anadan höcət (z.
), hirsli gəlib. B.Bayramov.

◊ Höcəti kəsmək – aradakı mübahisəni, davanı həll etmək.
Hatəmbaba [Sənəm və Qənbərin] höcətini kəsdi. Ə.Əbülhəsən.

Sinonimlər (yaxın mənalı sözlər)

  • HÖCƏT HÖCƏT [Piri baba:] Əlimərdan atası kimi təkəbbürlü, kinli, höcət qoçaq bir dəliqanlıdır (S.S.Axundov); İNAD Zabit: Xeyr, cənab mayor, bu çox inad adam
  • HÖCƏT tərs — kəc — inad

Antonimlər (əks mənalı sözlər)

  • HÖCƏT HÖCƏT – ÜZÜYOLA Atası kimi təkəbbür, kinli, höcət, qoçaq bir dəliqanlıdır (S.S.Axundov); Kasıbsan, üzüyolasan, işləyənsən (Mir Cəlal)
HÖCCƏLƏMƏK
HÖCƏTÇİ

Digər lüğətlərdə

доя́р застоя́ться маца́ мягчи́ться надши́ть оболва́ниваться опузыре́ть пристро́ить ра́са фио́рд хребту́г замеша́ть ка́верзник непристу́пность подла́живание рие́ль руково́дствоваться алёс hackneyed kaffeeklatsch nerd resplendence voile енотовый изобретательница