Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Hücumçu (futbol)
Hücumçu — futbolda məqsədi qol atmaq olan hücum oyunçusu mənasını verir.
Hücumçu (voleybol)
Hücumçu — bir çox komanda idman növlərində olduğu kimi voleybolda da mövcud olan voleybolçu ampluası. Mövqe sahibinin əsas məqsədi komandasını xal ilə təmin etməkdir. Toppaylayıcının ötürmələrinin əksəriyyəti hücumçulara göndərilir. Bu iki mövqe bir-biri ilə çox gözəl tandem təşkil edir. Voleybolda hücumçuların adətən boyu uzun olur, çünki hücumçunun boyu qısa olduqda olduqca uzun olan blokçunun üzərindən topu rəqib meydançasına göndərmək müşkül məsələ olur. == Hücum vuruşu == Voleybolda servis və blokdan başqa topu rəqib meydançaya göndərməklə başa çatan hər bir tandem hücum vuruşu olaraq dəyərləndirilir. Hücum vuruşu zamanı topu ovuc ilə vurmaq və ya tutmaq olmaz, topa dəqiq və ya aydın şəkildə toxunulmalıdır. Top bütünlüklə tor üzərindən rəqib tərəfə keçidikdə və ya rəqib komandanın oyunçularından birinə toxunduqda hücum vuruşu tamamlanmış sayılır. Bir oyunçu topa öz meydançasında toxunaraq hər hansı bir yüksəklikdən zərbə vuraraq hücum vuruşunu tamamlaya bilər. Arxa zona oyunçusu da ön zonanın gerisindən hər hansı bir yüksəklikdən hücum vuruşunu tamamlaya bilər.
Uzun hücumçu
Uzun hücumçu və ya 4 nömrə basketbolun əsas 5 mövqeyindən biri. Bu mövqedə olan oyunçular səbət altında mərkəz mövqedəki oyunçuya yardım edir. Lazım gəldikdə belə basketbolçular kənara çıxıb atışlar da ata bilirlər. Bu mövqedəki oyunçuların ribaund qabiliyyəti yüksəkdir. Mərkəz mövqedəki basketbolçulardan qısa, qısa hücumçu mövqeyindəki oyunçulardan , adətən, uzun olurlar. Lakin çox cəhətli basketbolçulardır. NBA-də uzun hücumçuların boyları təxminən 2.03 m-dən (6'8" ) 2.13 m-ə (7'0") qədər, WNBA-də isə 1.85 m-dən (6' 1") 1.93 m-ə (6' 4") qədər olur.
Hücumçu Həmişə İrəlidədir (1968)
== Məzmun == Film məşhur futbolçu və məşqçi, cörd dəfə Sovet İttifaqı çempionu, SSRİ əməkdar idman ustası, SSRİ və Azərbaycan əməkdar məşqçisi Ələkbər Məmmədova həsr edilmişdir. == Festivallar və mükafatlar == Film 1968-ci ildə Leninqradda (indiki Sankt-Peterburq) keçirilən televiziya filmləri festivalında mükafata layiq görülmüşdür.
Hücumçu həmişə irəlidədir (film, 1968)
== Məzmun == Film məşhur futbolçu və məşqçi, cörd dəfə Sovet İttifaqı çempionu, SSRİ əməkdar idman ustası, SSRİ və Azərbaycan əməkdar məşqçisi Ələkbər Məmmədova həsr edilmişdir. == Festivallar və mükafatlar == Film 1968-ci ildə Leninqradda (indiki Sankt-Peterburq) keçirilən televiziya filmləri festivalında mükafata layiq görülmüşdür.
Alxanlı hücumu
Alxanlı hücumu və ya Alxanlı faciəsi — 2017-ci il iyulun 4-də saat 20:40 radələrində Azərbaycanın işğal altında olan ərazilərində yerləşən Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Azərbaycanın Füzuli rayonunun Alxanlı yaşayış məntəqəsinin 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulması nəticəsində törədilən hücumdür.Bu hücum nəticəsində 1966-cı il təvəllüdlü Allahverdiyeva Sahibə İdris qızı və onun nəvəsi, 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həyatını itirmişdir. Atəş nəticəsində qəlpə yarası alan 1965-ci il təvəllüdlü Quliyeva Səlminaz İltifat qızı isə hərbi hospitala çatdırılaraq əməliyyata götürülmüşdür.Hücum zamanı həyatını itirən yaş yarımlıq Zəhra Quliyeva 1994-cü ildə Birinci Qarabağ müharibəsinin başa çatmasından sonra Ermənistan silahlı qüvvələrinin təxribatları nəticəsində öldürülən sayca üçüncü azərbaycanlı uşaq idi. Bu hücum beynəlxalq ictimaiyyət və bir-sıra xarici dövlətlərin rəsmiləri, parlament üzvləri tərəfindən qınanmışdır. == Zəmin == 1980-ci illərin sonlarında başlamış Azərbaycan–Ermənistan Dağlıq Qarabağ münaqişəsi 1990-cı illərin əvvəllərindən 1994-cü ilin mayına qədər davam edən Birinci Qarabağ müharibəsinə səbəb olmuşdur. Müharibə zamanı Azərbaycanın Dağlıq Qarabağ regionu və onun ətrafında olan yeddi rayon Ermənistan silahlı qüvvələri və erməni hərbi dəstələri tərəfindən işğal edilmişdir. İşğal nəticəsində bir milyondan çox azərbaycanlı qaçqın düşmüşdür, münaribə zamanı isə həm Azərbaycan, həm də Ermənistan tərəfində ümumi olaraq 16–18 min insan öldürülmüşdür, mindən çox insan itgin düşmüşdür.1994-cü ildən aparılan sülh danışıqları nəticə verməmiş, 1994–2017-ci illərdə ara-sıra Dağlıq Qarabağ təmas xəttində və Azərbaycan–Ermənistan sərhədində silahlı toqquşmalar baş vermişdir. Sonuncu belə silahlı toqquşma 2016-cı iin 2-5 aprelində Dağlıq Qarabağ təmas xəttində baş vermişdir.Bu müddət ərzində Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Azərbaycanın dinc əhalisinə qarşı da hücumlar olmuşdur. 2011-ci ilin martında 9 yaşlı Fariz Bədəlov qarşı tərəfin snayper gülləsi nəticəsində öldürülmüşdür. Həmin ilin iyulunda isə 13 yaşlı Aygün Şahmalıyeva qarşı tərəfin çaya buraxdığı oyuncağın partlaması nəticəsində həyatını itirmişdir. == Hadisə == === Azərbaycan tərəfinin versiyası === 4 iyul 2017-ci il, saat 22:30 radələrində Azərbaycanın Müdafiə Nazirliyi Ermənistan tərəfinin cəbhə xəttində növbəti irimiqyaslı təxribat törətməsi barədə məlumat yaymışdır.
Dron hücumu
Dron hücumu və ya pilotsuz uçuş aparatı hücumu bir və ya bir neçə pilotsuz hava döyüş maşınlarının və ya silahlandırılmış pilotsuz uçuş aparatlarının (PUA) hücumudur. Bu formada edilən hücumlar adətən hədəfə raket və ya bomba atmaqla həyata keçirilir. Pilotsuz təyyarələr idarə olunan bombalar, kaset bombaları, yandırıcı bombalar, hava-yer raketləri, hava-hava raketləri, tank əleyhinə idarə olunan raketlər, digər növ dəqiq idarə olunan sursatlar, avtomatik toplar və pulemyotlar kimi digər silahlarla təchiz oluna bilərlər. 11 sentyabrdan sonrakı dövrdən etibarən ABŞ Əfqanıstan, Pakistan, Suriya, İraq, Somali və Yəmən kimi ölkələrdə hava-yer tipli raketlərdən istifadə edərək dron hücumları həyata keçirmişdir. Həmçinin Türkiyədə terrorla mübarizə aparmaq üçün Hərbi Pilotsuz Uçuş Aparatları ilə hücumlar həyata keçirir. 2022-ci ildəki Ukrayna-Rusiya müharibəsində də Ukrayna ordusu Türkiyədən alınmış Bayraktar TB2-lərdən, buna cavab olaraq isə Rusiya ordusu İrandan aldığı Geran 2 adı altında istifadə etdiyi Şahid 136 kamidkadze PUA-larından istifadə edir. Dron hücumları bir neçə ölkə tərəfindən məqsədyönlü qətllər üçün istifadə olunur. Dron hücumları adətən terrorçuları öldürmək üçün həyata keçirilir. Dronlar həmçinin qumbara və ya digər döyüş sursatlarını da ata bilərlər. Yüklərinin tərkibində partlayıcı maddələr, qəlpələr, kimyəvi, radioloji və ya bioloji elementlər ola bilər.
Gəncə hücumu
Gəncə qalasının işğalı (rus. Штурм Гянджи) — 3 yanvar 1804-cü ildə Rusiya imperiyası əsgərlərinin Gəncə xanlığının paytaxtı Gəncə şəhərini ələ keçirməsi. Gəncə xanlığı Kür çayının sağ sahilində Alazan çayının mənsəbinə qədər yerləşirdi. Xanlıq şərq və cənub-şərqdə Qarabağ xanlığı ilə, cənubda İrəvan xanlığı ilə həmsərhəd idi. Qərbdə Zəyəm çayı xanlığın ərazisini Şəmşədil sultanlığından və şimalda Kür çayı xanlığın ərazisini Gürcüstandan ayırırdı. Gəncə 8 metr hündürlüyündəki iki divarı və 6 bürcü olan güclü qala idi. 2 dekabr 1803-cü ildən blokadada olan Gəncə qalası Nikolay Dubrovinə görə bütün Azərbaycanda ən yaxşı hesab edilirdi. Bu zaman şəhər onun Gürcüstan kraliçası Böyük Tamaranın dövründən bəri Gürcüstana aid olması və Gürcüstan hökmdarlarının zəifliyinə görə bu yerlə əlaqəsini kəsdiyini bəhanə edən general-leytenant Sisianovun rəhbərliyi altındakı rus ordusunun hücumlarına məruz qalırdı. Sisianova görə "Gəncə qalasının yerli mövqeyi bütün Azərbaycan üzərində hökmran" idi. Məhz buna görə də "bu istila Rusiya üçün birinci dərəcəli əhəmiyyətə malik" idi.Sisianov Qacarlar nəslindən olan V Gəncə xanı Cavad xandan təslim olmağı tələb edəndə Cavad xan imtina etdi və Tamaradan bəri Gəncənin Gürcüstana aid olmasını rədd etdi.
Nəhənglərin hücumu
Attack on Titan (azərb. Nəhəngə hücum‎) və ya Yaponiyada tanınan adı ilə Shingeki no Kyojin (進撃の巨人, azərb. Hücum edən nəhəng‎) — Hacime İsayama tərəfindən yaradılmış manqa seriyası. Manqa seriyası 9 sentyabr 2009-cu ildə Kodansha nəşriyyatının "Bessatsu Shōnen Magazine" jurnalında nəşr olunmağa başlamışdır. 2018-ci ilin avqust ayına qədər seriyanın 26 tankobon cildi buraxılmışdır. Manqa seriyası insanların "nəhənglər" adlandırdığı böyük, uzun humanoidlərdən qorunmaq üçün böyük divarlarla örtülü şəhərlərdə yaşadığı alternativ bir kainatda cərəyan edir. Nəhənglərin ölçüləri cürbəcür olur və onlar insanlarla qidalanır. Manqanın süjeti şəhərləri nəhənglər tərəfindən məhv ediləndən sonra orduya qoşulan Eren Yeqa və onun uşaqlıq dostları olan Mikasa Akkaman və Armin Arlertin həyatlarını əhatə edir. Bu hücum zamanı nəhənglərdən biri Erenin anasını yeyir, Eren isə nəhənglərin hamısını öldürərək intiqam alacağına söz verir. Hekayə davam etdikcə və nəhənglər haqqında olan gerçəklər oxucuya açıqlandıqca manqanın süjeti Historiya Reys, dəstə rəhbəri Levi, Erenin atası Qrişa və digər köməkçi personajları əhatə edir.
Oklahoma hücumu
Oklahoma hücumu (ing. Oklahoma City bombing) - Amerika Birləşmiş Ştatlarının Oklahoma ştatının mərkəzi Oklahoma Siti şəhərində 1995-ci ilin 19 aprel tarixində, yerli vaxtla saat 09:02-də gercəkləşdirilmiş terror aktı. Partlayıcı maddələrlə yüklənmiş yük maşının Alfred Murrah federal binasının qarşısında partladılması nəticəsində, üçü doğulmamış körpə olmaqla 168 nəfər həlak olmuş, 680-dan çox şəxs müxtəlif dərəcəli bədən xəsarətləri almışdır. Terror hücumunun hədəfi olan Alfred Murrah binasının partlayışdan 7 saniyə sonra 1/3-lik hissəsi dağılmışdır. Oklahoma hücumu 11 sentyabr terror aktlarına qədər Amerika Birləşmiş Ştatları tarixi ərzində baş vemriş ən dəhşətli terror hadisəsi olaraq tanınmışdır. Hadisə ABŞ ordusunun ehtiyatda olan hərbiçisi Timoti MakVeikq və onun köməkçisi Terri Nikolas tərəfindən törədilmişdir. Partlayışdan sonra 90 dəqiqə ərzində MakVeik Oklahoma şossesinin patrul işçisi Çarli Hencer tərəfindən avtomobili nömrə nişanı olmadan idarə etdiyi üçün saxlanılıb və qanunsuz silah saxladığına görə həbs edilib. Məhkəmə sübutları tez bir zamanda MakVeik və Nikolsu hücumla əlaqələndirib; Nikols həbs olunub və bir neçə gün ərzində hər ikisinə qarşı ittiham irəli sürülüb. Maykl və Lori Fortierin sonradan cinayət ortağı olduqları müəyyən edilib. Körfəz müharibəsinin veteranı və ABŞ milis hərəkatına rəğbət bəsləyən MakVeiq binanın qarşısında saxladığı partlayıcılarla dolu icarəyə götürdüyü "Ryder" yük maşını partladıb.
Praqa hücumu
Praqa hücumu və ya Praqa strateji hücumu - (rus. Пражская стратегическая наступательная операция) Qızıl Ordunun II. Dünya Müharibəsində son strateji hücum hərəkatıdır. Praqaya yönələn Qızıl Ordu hücumu və Praqa döyüşü 5 - 11 May 1945-ci il tarixləri arasında baş vermişdir. Bundan başqa, döyüş Praqa qiyamı ilə birlikdə müşayiət edilməsi səbəbindən də əhəmiyyətlidir.
Spoofing hücumu
Şəbəkə təhlükəsizliyinə görə spoofing hücumu (aldatma hücumu) hər hansı bir şəxs və ya proqram təminatının məlumatı saxtalaşdıraraq şəbəkədə qanunsuz üstünlüklər əldə etməsidir. == Spoofing və TCP/IP == TCP/IP -də olan bir çox protokolların mesajın mənbəyi və hədəf yönünü təsdiqlənməsi üçün mexanizması yoxdur. Buna görə də bu protokollar əgər tətbiqetmələr tərəfindən mesaj göndərən və qəbul edəni təsdiqləmə xüsusiyyəti yoxdursa, spoofing hücumuna həssas dır. IP spoofing və ARP spoofing şəbəkədə istifadəçilərə qarşı aradakı şəxs hücumlarında (man-in-the-middle attack) istifadə olunur. TCP/İP protokollarına görə üstünlük əldə edən spoofing hücumlarının qarşısını geniş paket yoxlaması olan firewall (qoruma sistemləri) vasitəsilə alına bilər. == Referrer spoofing (yönləndirmə spoofing) == Bəzi web saytlar, saytdakı məlumatlarına yalnız icazəli (qoşulma-) səyfələrindən qoşulmaya icazə verir. Bu HTTP sorğunun yönləndirmə başlığının (referrer header) yoxlanması ilə baş verir. Bu yönləndirmə başlıqları dəyişdirilərək istifadəçilərə web saytların məlumatlarına yoxlamasız giriş haqqı verir. == Fayl-paylaşım şəbəkələrinin zərər görməsi == "Spoofing" müəllif hüquqi sahiblərinin əvəzinə onların gördükləri işlərin saxtalaşdırılmış formasının fayl-paylaşım şəbəkələrində yerləşdirilməsinə icazə verir. == Zəng edən şəxsin İD-sinə spoofing hücumu == İctimai telefon şəbəkələrində hər zəng olunduqda zəng edən şəxsin İD məlumatları (zəng edənin adı və nömrəsi) göndərilir.
İntihar hücumu
İntihar hücumu bir aktivistin daşıdığı partlayıcı maddələrdən istifadə edərək özünü öldürməsi və ətrafına ziyan vurmasıdır. Bu hərəkəti edən şəxsə çox vaxt “canlı bomba” və ya “intiharçı” deyilir. Tarixdəki ilk intihar hücumları, yaponların müharibələrdə həyata keçirdikləri kamikadze hücumlarıdır. 1980-ci illərdən bəri intihar hücumları silahlı təşkilatlar tərəfindən sistematik olaraq istifadə olunur. Canlı bombanın əməliyyatda ölmədiyi təqdirdə əməliyyatın uğursuz hesab olunmasına görə intiharçının ölməsi bu əməliyyatların vacib şərtidir. Bu gün silahlı təşkilatlar adətən bu vasitəni son çıxış yolu kimi görürlər və ictimaiyyətdə səs yaratmaq və qorxu mühiti formalaşdırmaq məqsədi ilə belə əməliyyatlar icra edilir.
Pasxa hücumu
Pasxa hücumu (ing. Easter Offensive), həmçinin 1972-ci il yaz–yay hücumu (vyet. Chiến dịch Xuân–Hè 1972), "Nquyen Hyue" əməliyyatı (Chiến dịch Nguyễn Huệ) və ya Qırmızı alovlu yay (Mùa hè đỏ lửa) — 30 mart–22 oktyabr 1972-ci il tarixlərində, Vyetnam müharibəsi zamanı Vyetnam Xalq Ordusu (VXO; Şimali Vyetnamın nizami ordusu) tərəfindən Vyetnam Respublikası Ordusuna (VRO; Cənubi Vyetnamın nizami ordusu) və ABŞ Silahlı Qüvvələrinə qarşı həyata keçirilən hərbi kampaniya. Əməliyyat Çin qüvvələrini məğlub etmiş Vyetnam imperatoru Nquyen Hyue şərəfinə adlandırılmışdır.Bu şərti işğal Şimali Vyetnamın əvvəlki hücumlarından köklü şəkildə fərqlənirdi. Hücum əməliyyatı həlledici qələbəyə nail olmaq üçün hazırlanmışdı və Paris Sülh Sazişlərində Şimal Vyetnamın danışıqlar mövqeyini xeyli yaxşılaşdırmışdı, baxmayaraq ki, Cənubi Vyetnamın süqutuna səbəb olmamışdı. ABŞ ali komandanlığı 1972-ci ildə hansısa bir hücum əməliyyatının baş tutacağını proqnozlaşdırırdı, lakin hücumun ölçüsü və şiddəti müdafiəçiləri tarazlıqdan çıxarmış, çünki eyni vaxtda üç cəbhədə zərbələr endirmişdilər. Bu, Vyetnam Demokratik Respublikasının 1968-ci il Tet hücumundan sonra cənubu işğal etmək üçün ilk cəhdi olmuşdu. Bu kampaniya hər iki tərəfin silah sistemlərində ən son texnoloji nailiyyətləri tətbiq etməsi, ağır artilleriya ilə dəstəklənən adi piyada-zireh hücumları ilə səciyyələnmişdi. Şimali Vyetnam qüvvələri I Korpus Taktiki Zonasında bir ay davam edən döyüşdə Cənubi Vyetnamın müdafiə mövqelərini dağıtmış, Kuanqçi şəhərini ələ keçirəndən sonra Hyue şəhərinə doğru cənuba hərəkətə keçmişdilər. VXO oxşar şəkildə II Korpus Taktiki Zonasında sərhəd müdafiə qüvvələrini məhv etmiş və Cənubi Vyetnamı ikiyə bölmək üçün Kontum istiqamətində irəliləmişdi.
Tet hücumu
Tet hücumu (ing. Tet Offensive; vyet. Sự kiện Tết Mậu Thân 1968, hərf. "1968 Yanq Torpaq Meymun Tet hadisəsi", həmçinin Tổng tiến công và nổi dậy, Tết Mậu Thân 1968, "Tet Mau Than ümumi hücum və qiyamı") — Vyetnam müharibəsinin böyük eskalasiyası və ən böyük hərbi kampaniyalarından biri. Cənubi Vyetnam Milli Azadlıq Cəbhəsi (CVMAC) və Şimali Vyetnam Xalq Ordusu (VXO) 30 yanvar 1968-ci ildə Cənubi Vyetnamın Vyetnam Respublikası Ordusunun (VRO), Birləşmiş Ştatlar Silahlı Qüvvələrinə və onların müttəfiqlərinə qarşı gizli hücuma keçmişdilər. Bu, Cənubi Vyetnamda hərbi və mülki komandanlıq və nəzarət mərkəzlərinə qarşı qəfil hücumlar kampaniyası idi. Hanoy politbürosunun genişmiqyaslı hücumunun məqsədi şəhər mərkəzlərinə kütləvi silahlı hücum təşkil edərək fərarilik və üsyanlara səbəb olacağına inandıqları bir siyasi sabitsizlik tətikləmək idi. "Tet hücumu" termini adətən 1968-ci ilin yanvar–fevral hücumuna aiddir, lakin o, may ayında baş vermiş "Mini-Tet" adlanan hücumu və avqustda III mərhələ hücumunu, həmçinin yanvar ayında baş tutmuş ilkin hücumlardan sonra 21 həftə davam etmiş qeyri-adi dərəcədə intensiv olan döyüşləri də əhatə edə bilər.Tet hücumu müharibənin dönüş nöqtəsi hesab olunur, bundan sonra ABŞ-də ictimai rəy Vyetnamda qələbənin mümkünlüyünə inamını itirmişdi.
2016 Ankara hücumu
2016 Ankara hücumu (türk. 2016 Ankara saldırısı) — 2016-cı ilin 17 fevral tarixində Türkiyənin paytaxtı Ankara vilayətinin Kızılay səmtində yerli vaxtla saat 18:30-da baş vermiş bombalı hücumu. Terror aktı nəticəsində ən azı 28 nəfərin həlak olduğu və 61 nəfərdən çox şəxsin yaralandığı bildirilir.
2016 Güvenpark hücumu
2016 Güvenpark hücumu (türk. Mart 2016 Ankara saldırısı) — 2016-cı ilin 13 mart tarixində Türkiyənin paytaxtı Ankara vilayətinin Kızılay səmtində yerli vaxtla saat 18:45-da baş vermiş bombalı hücumu. Terror aktı nəticəsində ən azı 30 nəfərin həlak olduğu və 125 nəfərdən çox şəxsin yaralandığı bildirilir.
2016 Nitsa hücumu
2016-cı il Nitsa hücumu Fransanın Nitsa şəhərində törədilmiş qanlı hücumdur. Yük maşını kütlənin üstünə sürülüb, sonra naməlum şəxslər avtomobildən enərək insanlara atəş açıblar. İnsanlar həmin zaman Bastilya qələbəsini bayram edirdilər. Terrorçu-intiharçı 31 yaşlı Tunisli Mohamed Laueezh Boolelldir. Təsdiqlənməmiş məlumatlara görə, hadisədə "İslam Dövləti" terror təşkilatı məsuliyyəti götürdü. == Hadisə == Nitsada çox insanlar axşam, 14 iyul 2016-cı ildə Bastiliya Günü şərəfinə pirotexnika performansı izləmək üçün toplanmışdır. bayram şənliyində iştirak edən izdihamın içinə yük avtomobilin girməsi nəticəsində 84 nəfər həyatını itirdi, 100-dən çoxu yaralandı. Təxminən saatda 90 kilometr sürətlə hərəkət edən yük avtomobili fişənglərin havaya atılmasını izləyən insanların içinə daxil olaraq 2 kilometr irəliləyib və onların üzərinə atəş açdı. İnsanların çoxu yük avtomobilin altında qalaraq həyatını itirdi. Ölənlərin içində Ermənistan, Avstraliya, Çin Xalq Respublikası, Estoniya, Almaniya, İrlandiya, Mərakeş, Portuqaliya, Rusiya, İsveçrə, Ukrayna, Birləşmiş Krallıq və Amerika Birləşmiş Ştatları vətəndaşları var idi..
ARP spoofing hücumu
Kompüter şəbəkələrində ARP spoofing, ARP cache poisoning və ya ARP poison routing hücumu korlanmış (spoofed) ARP mesajlarını daxili şəbəkəyə göndərərək şəbəkəyə müdaxilə texnikasıdır. Bu hücumda əsas məqsəd hücumçunun MAC adresini başqa bir istifadəçinin İP -adresi ilə əlaqələndirməkdir (Məsələn: default-gateway). Default Gateway-ə olunan bu cür hücum bütün trafikin hücumçunun (attacker) cihazından keçməsinə şərait yaradır. ARP spoofing hücumçuya şəbəkədəki bütün data hissəciklərini əldə etməyə, trafikdə dəyişiklik etməyə və ya trafiki dayandırmağa imkan verir. Bu hücum digər hücumlar üşün daha çəx başlanğıc xarakter daşıyır. Məsələn, denial of service, man in the middle və ya session hijacking attacks.Bu hücum ancaq ARP protokolundan istifadə edilən şəbəkələrdə işlədilir. == ARP təhlükəsizlik boşluqları == ARP protokolu internet təbəqəsi adreslərinin link təbəqə adreslərinə çevrilməsində işlədilən geniş yayılmış bir protokoldur.Şəbəkədə Internet Protocol (IP) dataqram bir istifadəçidən başqa istifadəçiyə göndəriləndə hədəf İP adresə uyğun MAC adres tapılır ki, data link səviyyədə məlumat ötürülməsi olsun. Əgər şəbəkədə istifadəçinin İP adresi bilinir, MAC adresi bilinmirsə, radioyayım paketi (broadcast packet) göndərilir. Bu paket ARP sorğu adlanır. Bu sorğuya cavab olaraq, ARP reply (cavab) göndərilir və paketin daxilində İP-yə uyğun MAC adres də mövcud olur.
Ad günü hücumu
Ad günü hücumu – heş-funksiyaların kriptoqrafik analizi metodu. Hücum öz adını "ad günü paradoksu"ndan almışdır; müəyyən qrupda iki və ya daha çox insanın ad gününün eyni günə düşməsi ehtimalını hesablamaqdan ibarətdir. Heş-funksiyanın üst-üstə düşən qiymətlərinin hesablanması üçün istifadə edilir. == Ədəbiyyat == İmamverdiyev Y. N, "İnformasiya təhlükəsizliyi terminlərinin izahlı lüğəti", 2015,"İnformasiya Texnologiyaları" nəşriyyatı,160 səh.
Berlin hücumu (2016)
Berlin hücumu (alm. Mutmaßlicher Terroranschlag auf den Weihnachtsmarkt am Berliner Breitscheidplatz‎) — 2016-cı ilin 19 dekabr tarixində yerli vaxtla saat 20:00-da Almaniyanın paytaxtı Berlin şəhərində yük maşını ilə gercəkləşdirilmiş terror hücumu. Hadisə yük avtomobilinin Milad bayramı münasibəti ilə təşkil olunmuş bayram yarmarkasında iştirak edən dinc insanların üzərinə sürülməklə törədilmişdir. Berlin polisinin ilkin məlumatına əsasən hadisə nəticəsində 10 nəfər həlak olub, 50-dən çox şəxs isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Həlak olanlardan biri yük avtomobilinin sürücüsüdür. == Arxa plan == Alman polisi baş vermiş hadisənin nəqliyyat qəzasından daha çox terror aktı olma ehtimalının üzərində dayanır. Hadisə şahidlərinin sözlərinə əsasən yük avtomobili yarmarkaya daxil olduqdan sonra 60-80 metr məsafədə qarşısına çıxan bütün maneələri dağıtmışdır. Polis yaydığı məlumatda Budapeşt küçəsi istiqamətindən gələn yük avtomobilinin, yalnız Kayzer Vilhelm Kilsəsinin yaxınlığına çatanda dayandırıldığını bildirib. Şahidlərin sözlərinə görə bir nəfər şübhəli Berlin Zooloji Parkına doğru qaçarkən görülüb. Sürücü olduğu ehtimal olunan şəxslərdən biri polis tərəfindən saxlanılıb.
Bingöl hücumu (1993)
1993 Bingöl hücumu, 1993 Bingöl qətliamı və ya 33 əsgər hadisəsi — Malatyadan usta qoşunlarına getmək üçün mülki avtobuslarla yola düşdükdən sonra, Elazığ–Bingöl magistralında PKK tərəfindən silahsız türk əsgərlərinə hücum. Əsgərləri daşıyan avtomobillərin önü PKK yaraqlıların zəbt etdiyi kamazlar vasitəsilə dayandırılıb və 36 əsgər girov götürülüb. Hadisənin baş verdiyi yerdə əsgərlərlə birlikdə 3 müəllim də saxlanılıb. Həmin günün axşamı 33 əsgər PKK-lılar tərəfindən öldürülmüşdür, və hücum ölkdə daxilində əks-səda doğurmuşdur. Səhər saatlarında müəllimlər də güllələnmişdir. == Hadisə == Hadisədən əvvəl Elazığın Palu rayonundakı 300 nəfərlik PKK qruplaşmasını tərk edən 150 nəfərlik qrup Bingöl bölgəsində hücuma hazırlaşırmış. Naşı təlimini başa vuran 50 əsgər, paylanmaq üçün 24 mayda Malatya İl Jandarma Komandanlığından iki mikroavtobusla, mülki formada olaraq Bingöl İl Jandarma Komandanlığına yola düşüb. Bingölə 15 km aralıda saat 18:00 radələrində yolu kəsən Barmaqsız Zəki kod adlı Şəmdin Sakıkın başçılıq etdiyi 150 nəfərlik PKK qrupu mikroavtobusları saxlayıb, şəxsiyyət vəsiqələrini yoxlayıb və əsgərləri avtobusdan düşürüb. Qrup 36 əsgəri yaxınlıqdakı kəndə aparıb. Gecə saat 03.00 radələrində əgsəgərləri tək sıra düzən PKK-lılar, Kalaşnikov, Bixi və Kanas kimi silahlarla əsgərlərin üzərinə atəş açıblar.
Brute-Force hücumu
Brute-Force hücumu — Güclü məlumat axının təsiri ilə e-poçt, sosial şəbəkə və s. hesab şifrələrinin qırılmasına kömək edən hücum üsulludur. == Haqqında == Brute-Force hücumu daxilində şifrə haqqında heç bir məlumat məlum deyil. Sadəcə bəlli bir ardıcılığın köməyi ilə şifrə sürətli məlumat axınının təsiri ilə qırılır. (məsələn: 121121, 121122, 121123, 121124, 121125, 121126, 121127, 121128, 121129, 121130 və s. Bu ardıcılığlar internetin sürəti ilə sürətlənir: Internet sürəti 128kb/san olarsa, səhifənin həcmi 12kb olarsa. 128:12=10 belə olduqda saniyədə 10 şifrə yoxlanır.) Bu hücum iki formaya bölmək olar: Əl ilə və ya Xüsusi şifrə ardıcılığı daşıyan faylın köməyi ilə. Şifrə qırıldığda fayla siqnal ötürülür və əməliyyat dayanır. Brute-Force hücumundan şifrə nə güclü (8-64) olarsa, qırılma müddəti o qədərdə artacaq. Şifrə ardıcılığı daşıyan fayl nə qədər böyük olarsa, sistem o qədər sizin qarşınızda zəif olacaqdır.
Bərdə hücumu (2020)
Вərdənin bombalanması — Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən 2020-ci il oktyabrın 27-də Bərdə rayonunun Qarayusifli kəndinə, oktyabrın 28-də isə Bərdə şəhərinə olan raket hücumları. Hücumlar nəticəsində 26 nəfər öldü, 105 nəfərdən artıq insan yaralandı.27 sentyabr 2020-ci il tarixdən Ermənistan Respublikasının silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarını, BMT-nin Təhlükəsizlik Şurasının qərar və qətnamələrini, habelə elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini kobud şəkildə pozaraq Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla döyüş əməliyyatlarının aparıldığı bölgəyə aidiyyəti olmayan şəhər və rayonlarımıza raket və ağır artilleriya zərbələri endirir. 2020-ci il oktyabrın 28-də saat 13 radələrində düşmənin silahlı birləşmələri tərəfindən Bərdə şəhərinin dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin kompakt yerləşdiyi əraziyə hər birinin içərisində 72 ədəd 9N235 saylı, ümumilikdə 144 bombacıq olan “Smerç” tipli əməliyyat-taktiki təyinatlı 9M525 gəlpəli böyük dağıdıcı qüvvəyə malik ballistik “claster” tipli 2 ədəd raket zərbələrinin endirilməsi nəticəsində 5-i qadın olmaqla, 21 nəfər həlak olmuş, 8-i uşaq, 15-i qadın olmaqla 70 şəxs isə müxtəlif dərəcəli bədən xəsarətləri almışdır. Bundan başqa, raket zərbələrinin təsirindən 30-dan artıq mülki infrastruktur obyektinə, dinc sakinlərə məxsus 20-dən artıq fərdi yaşayış evlərinə və 22 nəqliyyat vasitəsinə xüsusilə külli miqdarda ziyan dəymişdir. Faktla bağlı Cinayət Məcəlləsinin 120.2.1-ci (cinayətkar birlik–təşkilat tərəfindən qəsdən adam öldürmə), 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə), 120.2.12 (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürmə), 100.2 (təcavüzkar müharibəni aparma) və digər maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə edilmişdir. Azərbaycan Respublikasının Baş Prokurorluğu bəyan edib ki, Ermənistanın işğalçı və təcavüzkar mahiyyətinin beynəlxalq müstəvidə bir daha ifşa edilməsi, beynəlxalq və milli qanunvericiliyə əsasən təqsirkar şəxsərin məsuliyyətə cəlb edilməsi və sanksiyaların tətbiq olunması məqsədilə beynəlxalq qurumlara müraciət edilməklə mümkün olan bütün tədbirlər görüləcək. == Zəmin == 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri və Ermənistan Silahlı Qüvvələri arasında Dağlıq Qarabağda davam edən müharibə. Bu müharibə 1995-ci ildən sonra müşahidə olunan ən gərgin döyüşlərdir. Müharibə zamanı dəfələrlə 1949-cu il Cenevrə Konvensiyalarının əsas norma və prinsipləri pozularaq müharibə zonasından uzaqıda olan yaşayış məntəqələridə hücumlara məruz qaldı. == Hücumlar == === 27 oktyabr hücumu === 5 nəfər öldü, 13 nəfər isə yaralandı.
Gəncəyə raket hücumu
Gəncə bombalanmaları və ya Gəncəyə raket hücumları — 2020-ci ilin oktyabr ayında Azərbaycanın Gəncə şəhərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən 5 dəfə ayrı-ayrı zamanlarda bombalanması. Bombalanmalar 2020-ci il Qarabağ döyüşləri dövründə baş vermişdir. İlk hücum 4 oktyabrda baş vermiş və 1 mülki şəxsin Əliyev Tunar Qoşqar oğlunun Şəhid olması, 30-dan çox mülki şəxsin yaralanması ilə nəticələnmişdir. Bu raket hücumu müharibənin getdiyi Dağlıq Qarabağ bölgəsindən kənara edilən ilk ciddi hücum idi. İkinci raket hücumu isə 5 oktyabrda baş vermişdir. Hücum nəticəsində 3 mülki şəxs yaralanıb. Üçüncü raket hücumu oktybarın 8-də baş vermişdir. Həlak olan və yaralanan olmamışdır. Dördüncü raket hücumu isə 11 oktyabrda baş vermiş və nəticədə 10 mülki şəxs Şəhid olmuş və 40-dan çox insan yaralanmışdır. Bu hücum imzalanan atəşkəsdən bir gün sonra baş vermiş və atəşkəsin pozulması ilə nəticələnmişdir.
Manhetten hücumu (2017)
Manhetten hücumu - 2017-ci ilin 3 oktyabr tarixində yerli vaxtla saat 15:15 radələrində Amerika Birləşmiş Ştatlarının Nyu-York ştatının eyni adlı şəhərində yerləşən Manhetten səmtində yük maşını ilə gercəkləşdirilmiş hücum faktı. İlkin məlumata əsasən naməlum sürücü Manhetten səmtinin West Side Highway yolu üzərində yerləşən velosiped və piyadalar üçün nəzərdə tutulmuş yola daxil olaraq yük maşınını insanların üzərinə sürmüşdür. Hadisə nəticəsində azı 6 nəfərin həlak olduğu 15 nəfərə yaxın şəxsin isə yaralandığı bildirilir.
Brusilov hucumu
Brusilov yaxud Lutsk sıçrayışı — Birinci dünya müharibəsi zamanı rus qoşunlarının kavaleriya generalı Aleksey Brusilovun komandanlığı və Klembovskinin qərargah rəhbərliyi ilə 22 maydan (4 iyun) iyulun sonuna (avqustun əvvəlinə) qədər Avstriya-Macarıstana qarşı keçirdikləri hücum əməliyyatı. == Hücum hazırlıqları == Antanta qüvvələrinin 1916-cı ilin martında Şantiyidə razılaşdıqları 1916-cı il yay hücumu qərarına uyğun olaraq rus cəbhəsində hücum 15 iyuna, fransız cəbhəsində isə 1 iyula nəzərdə tutmuşdu. 1(14) aprel baş qərargahda (Mogilyov) cəbhə komandanları müşavirəsində təsdiq olunan 1916-cı il kampaniyası planına görə, əsas zərbəni Qərb cəbhəsi qoşunları Vilno istiqamətində endirməli idi (1, 2, 4, 10 və 3-cü ordular). Cənub-Qərb (8, 11, 7 və 9-cu ordular) və Şimal (12, 5 və 6-cı ordular) cəbhələrinə isə yardımçı zərbə tapşırılmışdı. Qərargahın 11(24) aprel direktivinə görə Cənub-Qərb cəbhəsi Rovno rayonundan Lutska hücumla Qərb cəbhəsinə dəstək olmalıydı. Lutska əsas zərbənin endirilməsi Qərb cəbhəsinə ən yaxın olan 8-ci orduya həvalə olunmuşu. Cənub-Qərb cəbhəsinin komandanlığı hücuma hərtərəfli hazırlıq keçirmişdi: xüsusilə rəqibin müdafiəsinin kəşfiyyatına (o cümlədən havadan), hücum üçün mühəndis platsdarmlarının hazırlığına (hərəsi 6–8 paralel tranşeya olmaqla), Avstriya-alman mövqelərinə analoji (2–3 möhkəmləndirilmiş zolaq) sahələrinin qət edilməsində qoşunların hazırlığına, piyadaların artilleriya ilə uzlaşması işinə diqqət yetirilmişdi. == Tərəflərin qüvvələri və mövqeləri == Cənub-qərb cəbhəsi Avstriya-alman 4, 1, 2, Cənub və 7-ci orduları üzərində canlı qüvvədə (448 minə qarşı 573 min süngü) və yüngül toplarda (1301-ə qarşı 1770 top) üstünlüyə malik idi, lakin ağır artilleriyada üç dəfə geri qalırdı (545-ə qarşı 168 top). Qüvvə və vasitələrdə üstünlük orduların sıçrayış yerlərində yaradılırdı: piyadalarda 2–2,5 dəfə, toplarda 1,5–1,7 dəfə. Cəbhənin rezervi 5 piyada diviziyadan (o cümlədən Qərargah tərəfindən əlavə edilmiş 5-ci Sibir korpusu) artıq idi.
Hücum
Hücüm - irəliləmək məqsədilə qoşunların düşmənə qarşı apardığı hərbi əməliyyat və ya həmlə. == Digər mənaları == 1 - İttihamla, yaxud qərəzlə birinin üstünə düşmə, ağır sözlərlə üzərinə həmlə etmə; 2 - Şahmat, xokkey, futbol və s. oyunlarda xal qazanmaq üçün daha fəal hərəkətə keçmə, mübarizəni gərginləşdirmə, rəqibi sıxışdırma.
Üzümçü
Üzümçülük — yeni üzümçülük təsərrüfatlarının yaradılması, əhalinin üzümə və şəraba olan daxili tələbatını ödəmək üçün mədəni halda becərilən üzüm ağaclarından qısa müddətdə daha çox səmərə verməsini təmin etməyə istiqamətli, əhəmiyyətli bir fəaliyyətdir. Üzüm insan üçün çox faydalı olan və nisbətən az zəhmət tələb edən giləli meyvələr içərisində əsas yerlərdən birini tutur. Uzum tənəyi quraqlığa lazımı qədər davamlı olub, qüvvəli torpağa o qədər də tələbkar deyil. Üzüm cox su tələb etməyən və hətta dəmyə şəraitində yetişdirilməsi mumkun olan bir bitkidir.