1. sif. hərb. Hücum üçün olan, hücum edən. Hücumçu dəstə. Zirehli hücumçu təyyarələr.
// is. Hücum edən qoşun hissəsi, tank dəstəsi, təyyarə və s.
Bu yanda hazırlanır; Döyüşə hücumçular.
2. is. idm. Hücum xəttində oynayan idmançı (futbolda, xokkeydə və s.). Hücumçu ilə yarımmüdafiəçilərin əlbir oyunu.