Brusilov yaxud Lutsk sıçrayışı — Birinci dünya müharibəsi zamanı rus qoşunlarının kavaleriya generalı Aleksey Brusilovun komandanlığı və Klembovskinin qərargah rəhbərliyi ilə 22 maydan (4 iyun) iyulun sonuna (avqustun əvvəlinə) qədər Avstriya-Macarıstana qarşı keçirdikləri hücum əməliyyatı.
Birinci dünya müharibəsi | |||
---|---|---|---|
Tarix | 1916-cı ildə 22 maydan (4 iyun) iyulun sonuna (avqustun əvvəlinə) qədər | ||
Yeri | Bukovina, Qalitsiya, Valaxiya | ||
Səbəbi | Rusiyanın Avstriya-Macarıstanı darmadağın etmək niyyəti | ||
Nəticəsi | Rusların qələbəsi | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
İtkilər | |||
|
|||
Vikianbarda əlaqəli mediafayllar |
Antanta qüvvələrinin 1916-cı ilin martında Şantiyidə razılaşdıqları 1916-cı il yay hücumu qərarına uyğun olaraq rus cəbhəsində hücum 15 iyuna, fransız cəbhəsində isə 1 iyula nəzərdə tutmuşdu. 1(14) aprel baş qərargahda (Mogilyov) cəbhə komandanları müşavirəsində təsdiq olunan 1916-cı il kampaniyası planına görə, əsas zərbəni Qərb cəbhəsi qoşunları Vilno istiqamətində endirməli idi (1, 2, 4, 10 və 3-cü ordular). Cənub-Qərb (8, 11, 7 və 9-cu ordular) və Şimal (12, 5 və 6-cı ordular) cəbhələrinə isə yardımçı zərbə tapşırılmışdı. Qərargahın 11(24) aprel direktivinə görə Cənub-Qərb cəbhəsi Rovno rayonundan Lutska hücumla Qərb cəbhəsinə dəstək olmalıydı. Lutska əsas zərbənin endirilməsi Qərb cəbhəsinə ən yaxın olan 8-ci orduya həvalə olunmuşu. Cənub-Qərb cəbhəsinin komandanlığı hücuma hərtərəfli hazırlıq keçirmişdi: xüsusilə rəqibin müdafiəsinin kəşfiyyatına (o cümlədən havadan), hücum üçün mühəndis platsdarmlarının hazırlığına (hərəsi 6–8 paralel tranşeya olmaqla), Avstriya-alman mövqelərinə analoji (2–3 möhkəmləndirilmiş zolaq) sahələrinin qət edilməsində qoşunların hazırlığına, piyadaların artilleriya ilə uzlaşması işinə diqqət yetirilmişdi.
Cənub-qərb cəbhəsi Avstriya-alman 4, 1, 2, Cənub və 7-ci orduları üzərində canlı qüvvədə (448 minə qarşı 573 min süngü) və yüngül toplarda (1301-ə qarşı 1770 top) üstünlüyə malik idi, lakin ağır artilleriyada üç dəfə geri qalırdı (545-ə qarşı 168 top).
Qüvvə və vasitələrdə üstünlük orduların sıçrayış yerlərində yaradılırdı: piyadalarda 2–2,5 dəfə, toplarda 1,5–1,7 dəfə. Cəbhənin rezervi 5 piyada diviziyadan (o cümlədən Qərargah tərəfindən əlavə edilmiş 5-ci Sibir korpusu) artıq idi. 1916-cı ilin mayında Trentinoda italyan ordusunun məğlubiyyəti ilə əlaqədar olaraq və müttəfiqlərin Rusiyaya əməliyyatları tezləşdirmək barədə müraciətindən sonra baş qərargah hücumu iki həftə vaxtından əvvəl başlamaq qərarına gəldi.
Cənub-qərb cəbhəsinin hücumu 22 mayda (4 iyun) o vaxt üçün güclü artilleriya hazırlığından sonra başladı. Ən böyük uğura 8-ci ordu zolağında (kom. general A.M.Kaledin) Lutsk istiqamətində nail olunmuşdu. Nosoviçi, Korıto (Lutsk sıçrayışı adlandırılan) sahəsində 16 km cəbhəni yararaq, o 25 maya qədər cəbhə boyu eninə yarığı 70–80 km, dərinə 25–35 km genişlədərək Lutsku tutdu. 2 iyuna qədər 8-ci ordu general A. Linzingenin ordular qrupundan olan ershersoq İosif Ferdinandın 4-cü Avstro-macar ordusunu darmadağın edərək 65–75 km irəlilədilər. Rezervləri tükədib və Kiselin rayonunda Fransadan və cəbhənin başqa sahələrindən gətirilmiş alman hissələrinin inadlı müqavimətinə rast gələrək o irəliyə hərəkətini dayandırdı. Bu həm də ona görə edildi ki, hücum qonşu Qərb cəbhəsinin 3-cü ordusu tərəfindən dəstəklənmədi. 3 iyundan 22 iyuna qədər 8-ci ordu generallar Q.Marvits, E.Fankelhayn və F.Bernqardinin ordu qruplarının əkszərbələrini dəf edirdi. 11 iyunda Cənub-qərb cəbhəsinə 3-cü ordu verildi. 8-ci və 3-cü ordular (gen. L.P.Leş) Stoxod çayını forsaj etməyə və Kovali tutmağa çalışdılar, lakin almanların iri qüvvələr çəkərək buranı güclü möhkəmlətməsi onlara imkan vermədi. 11-ci ordu (kom. gen. V.V.Saxarov)Sapanov yanında cəbhəni yardı, lakin rezervin olmaması hücumu davam edə bilmədi. 7-ci ordu (kom. gen. D.Q.Şerbaçev Yazlovitsa rayonunda müdafiəni 7 km sahədə yardı, lakin rəqibin gen. Böm-Ermolinin ordu qrupundan və gen. Botmerin Cənub ordusu tərkibindən olan iri qüvvələrinin əskzərbələri hücumu dayandırdı. 9-cu ordunun (kom. gen. P.A.Leşitski) əməliyyatları uğurla davam edirdi. 11 km cəbhəni Onut, Dobronouts sahəsində yararaq, 7-ci Avstriya-macar ordusunu darmadağın etdi və 5 iyunda Çernovtsını aldı.
Cənub-qərb cəbhəsinin uğurlu hücumu başqa cəbhələr tərəfindən dəstəklənmədi. Qərargah cəbhələrin uzlaşmasını təmin edə bilmədi. Qərb cəbhəsinin 27–28 maya təyin olunmuş hücumu əvvəlcə təxirə salındı, sonra iki dəfə 2 iyun və 20–26 iyunda başlandı, lakin qətiyyətsiz aparıldı və tam uğursuzluqla bitdi. Vəziyyət təkidlə əsas zərbənin qərb istiqamətindən cənub-qərb istiqamətinə keçirilməsini tələb edirdi, lakin Baş qəragah bu barədə ancaq 26 iyunda qərar qəbul etdi, almanlar burada iri qüvvələr cəmləşdirəndən sonra. İyul ərzində güclü möhkəmləndirlimiş Kovel üzərinə, Baş qərargahın strateji rezervi olan — gen. V.M.Bezobrazovun Xüsusi ordusunun (3 korpus) iştirakı ilə iki hücum təşkil olunsa da, bu cəbhənin sonradan stabilləşdiyi Stoxod çayı üzərində uzun-uzadı qanlı döyüşlərə çevrildi. 11-ci ordu Brodını tutdu. Ən yaxşı 9-cu ordunun hücumu davam edirdi, iyul ərzində o rəqibi Bukovina və Cənubi Qalitsiyadan çıxardı. Avqustun əvvəlinə kimi cəbhə Stoxod çayı, Kiselin, Zoloçev, Berejanı, Qaliç, Stanislav, Delyatin xəttində stabilləşdi.
Brusilov sıçrayışı, cəbhənin qoşunlarının əməliyyat uğurları (550 km cəbhənin 60–150 km dərinliyə yarılması) həlledici strateji nəticələrə gətirməsə də, ümumi müharibə gedişində əhəmiyyətli irihəcmli cəbhə əməliyyatı idi. Avstriya-Macarıstan və alman qoşunları may-iyun aylarında ölü, yaralı və əsir kimi 1,5 mln. adam, 581 top, 1795 pulemyot, 448 bombaatan və minaatan itirdilər. Rus ordusunun itkiləri 500 mindən çox idi. Avstriya-Macarıstanın qüvvələri sarsılmışdı. Rus qoşunlarının irəliləməsini dayandırmaq üçün almanlar Qərb və İtalyan cəbhələrindən 30 piyada və 3 süvari diviziya çəkməli oldular. Bu franszıların Verden yanında vəziyyətini yüngülləşdirdi, almanların həm də Trentino üzrərinə hücumunu dayandırdı.
Avstriya-Macarıstan monarxiyasının dağılmasının sürətlənməsi və Rumıniyanın Antanta tərəfində (Rumıniya cəbhəsi) müharibəyə daxil olması Brusilov sıçrayışının vacib siyasi nəticəsi idi. Somma döyüşü ilə birlikdə Brusilov sıçrayışı Birinci dünya müharibəsində dönüş nöqtəsinə başlanğıc qoydu. Hərbi sənət baxımından Brusilov sıçrayışı, Birinci dünya müharibəsinin son illərində, xüsusilə 1918-ci il Qərbi Avropa cəbhəsi hərbi əməliyyatlar meydanında, yeni cəbhəni yarma formasının (eyni vaxtda bir neçə sahədə) tətbiqi ilə səciyyələndi.