Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Hürmüz
Hörmüzd və ya Ahura Mazda (avestaca Əhura Məzda, pəhləvicə: Ohrməzd) — zərdüştiliyin baş, yaradıcı, xeyir tanrısı. Zərdüştilikdə əsas bəhs Hörmüzdün xilqət aləminə olan mehr-məhəbbəti, Sepentaminunun və Əngirəminunun Hörmüzd ilə olan rabitəsinin necəliyi ətrafındadır. Zərdüştiliyin ilkin təlimlərinə əsasən, Hörmüzd öz əndişəsində iki minunu xəlq etmişdir. Bu iki minu xilqətin əvvəl çağlarından xeyirlə şərdən birini seçməyə və öz seçimləri ilə Sepənd və Əngura olmağa vadar edilmişlər. Bu seçki o qədər əsaslı və mühüm idi ki, Sependminu öz düşməni Əngirəminuya (Əhrimənə) demişdir: "Bizim fikrimiz, ayinimiz, meylimiz, seçimimiz, söhbətimiz, əməlimiz, elmimiz və ruhumuz bir-birilə müvafiq deyildir." Hər halda Allah iki minunu xəlq etmişdir, onlardan biri xeyir və yaxşılığı, digəri isə şər və pisliyi seçmişdir. Buna əsasən, ilahi Hörmüzd hər iki minudan ilkindir; baxmayaraq ki, Sepentminu ilə müvafiqdir və Əngireminunu rədd edir. Amma Hörmüzd ilə bu iki minu arasında əvvəlcədən tə’yin olunmuş rabitə sonrakı dövrlərdə dəyişdirildi və bu rabitənin təhlil və dəyişdirilməsinin necəliyi ilə əlaqədar olaraq, zərdüşt dini üç firqəyə bölündü: Sənəviyyani Məzdai, Məsxiyyə və Zərvaniyyə. Bu firqə nur və işıqlığın xaliqi və məzhəri olan Sepəndminunun Hörmüzd ilə eyni səviyyədə olduğuna və Əhrimənin onun müqabilində dayandığına etiqadlıdır. Onlar mütləq işıqlığa və nura pərəstiş edir, hər növ nuru ondan bilir və onu (mütləq işıqlığı) aləmin rəhbəri kimi təqdim edirdilər; bütün yaxşı işləri ona aid edirdilər. Onun adı Hörmüzd, yaxud Xudavənd və yaxud da Yəzdandır.
I Hürmüz
I Hürmüz — 272 - 273 illər arasında İrandaki Sasani dövlətinin şahı. I Şapurun (241-272) oğluydu. Atasına bağlı olaraq Xorasan valilsi olmuşş və Romaya qarşı savaşlarda iştirak etmişdir. Pəhləvi dilində yazılmış olan I Ərdəşirin (226-241) tarixindəki İran adsətlərinə görə, I Hürmüz bir Fars şahzadəsi olan Mithrakın oğludur. Ərdəşir, münəccimlərin Mithrakın qanından Fars İmperatorluğunu əski halına gətirəcək birinin gələceyini söyləmələri görə, Mithrakın ailəsini ortadan qaldırmıştı. Sadəcə, bir kəndli tərəfindən gizlədilən bir qızı qalmışdır. I Şapur bunu görür və onunla evlənir. Buna görə Ərdəşir, I Hürmüzü qəbul edir. ət-Təbəridə də qismən qorunan bu əfsanəyə görə, I Şapurun böyük fəthləri I Hürmüzə keçmişdir. Əslində hökmdarlığı sadecə bir il və on gün sürmüşdü.
Hörmüz
Hörmüz-İranın Hörmüzgan ostanının Qeşm şəhristanının Hörmüz bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 5,699 nəfər və 1,143 ailədən ibarət idi.
Fərrux Hörmüz
Fərrux Hörmüz (VI əsr – 631, Ktesifon) — Atropatena knyazı, İspahbudan sülaləsinin nümayəndəsi, sipəhsalar. Bavinin nəticəsi. Vistəhmin ölümündən sonra onun torpaqlarına hakimlik edirdi. 628-ci ildə II Xosrovu devirərək yerinə II Qubadı gətirmişdi. II Qubadın I İrakli ilə bağladığı sülhə əsasən Fərrux Hörmüz müstəqil Atropatena hökmdarı olmuşdu. II Qubad 628-ci ildə yoluxucu xəstəlikdən vəfat etmiş, yerinə III Ərdəşir keçmişdi. Bunu fürsət bilən Fərruxan Şəhrvəraz bir il sonra Ktesifonu ələ keçirmiş və özünü şahənşah elan etmişdi. Şəhrvərazı özünə təhlükə görən Fərrux 40 gün sonra, tacqoyma mərasimində atdığı nizə ilə şahı öldürmüş, yerinə II Xosrovun qızı Borandoxtu gətirmişdi. Lakin Fərrux öz torpaqlarına qayıdan kimi Borandoxt Şəhrvərazın oğlu, özünü V Şapur adı ilə şah elan etmiş Şapur Şəhrvəraz tərəfindən devrilmişdi. O da öz növbəsində vəzir Firuz Xosrov tərəfindən devrilmiş, yerinə Borandoxtun bacısı Azarmedoxt gətirilmişdi.
Hörmüz adası
Hörmüz adası (fars. جزیره هرمز‎) — Hörmüz boğazında yerləşən, İran İslam Respublikasının Hörmüzgan ostanının ərazisinə daxil olan ada. Hörmüz adası Hörmüz boğazının şimalında, Oman ilə İran körfəzləri arasında qərarlaşır. Ada materik sahilindən 8 km məsafədəfir. 7x8 km ölçüdə olan ölçüdə oval formaya malikdir. Adanın sahəsi 42 km² təşkil edir. Hörmüz adasından cənub şərqdə boğazın ən böyük adası olan Qeşm adası və Larek adası yerləşir. Ada vulkan mənşəlidir. Ərazisi təpələrlə örtülüdür. Maksimal hündürlüyü 186 metrdir.
Hörmüz boğazı
Hörmüz boğazı (Ərəbcə: مَضيق هُرمُز‎ Maḍīq Hurmuz, Farsca:تَنگِه هُرمُز Tangeh-ye Hormoz) Oman körfəzi ilə Fars körfəzi arasında strateji cəhətdən əhəmiyyətli boğazdır. Boğaz avestada qeyd olunan xeyir tanrısı Hörmüzün adını daşıyır. Şimal sahilində, İran və cənub sahilində Birləşmiş Ərəb Əmirlikləri və Omanın eksklavı Musandam yerləşir. Boğazın ən ensiz yerindəki genişliyi 54 km (34 mil) dir. Bu neft ixrac edən Fars körfəzinin geniş sahələri üçün açıq okeana yeganə dəniz keçididir və dünyanın strateji cəhətdən ən əhəmiyyətli Tıxanma nöqtələrindəndir. Wise, Harold Lee. Inside the Danger Zone: The U.S. Military in the Persian Gulf 1987-88. Annapolis: Naval Institute Press. 2007. ISBN 1-59114-970-3.
Hörmüz döyüşü
Hörmüz döyüşü — 1622-ci ildə baş vermişdir. 10 həftəlik mühasirədən sonra İngiltərə-Səfəvi dövlətlərinin müttəfiq qoşunları qaladakı portuqal qarnizonunu məğlub etməyi bacarırlar. Bununla da Fars körfəzində İngiltərə ilə Səfəvi dövlətinin ticarət yolu açılmış olur. Hörmüzün Səfəvilər tərəfindən geri qaytarılmasından əvvəl Portuqaliya təxminən bir əsr idi ki, buranı özünə tabe etmişdi. Hörmüz 1507-ci ildən Portuqaliyaya tabe idi, buranı portuqal sərkərdə Alfonso de Albuerque tabe etmişdi. Bu yer vasitəsilə portuqallar Hindistan ilə Avropa arasındakı bütün ticarəti öz nəzarətlərinə keçirmişdilər. İngiltərə tərəfi müharibədə Ost-Hind şirkəti tərəfindən təmin edilən 5 döyüş gəmisi və 4 kiçik gəmi ilə təmsil olunurdu. Səfəvilər isə ingilislərlə ittifaq qurulana qədər artıq müharibəyə başlamışdılar. I Şah Abbasın qoşunu portuqalları Qeşm adasındakı qalada mühasirəyə almışdı. I Şah Abbas ümid edirdi ki, ingilislər onlara yardım edəcək.
II Hörmüz
II Hörmüz və ya II Ormizd (pəhl. 𐭠𐭥𐭧𐭥𐭬𐭦𐭣) — Sasanilər imperiyasının şahı. O, 303-cü ildən 309-cu ilə qədər, yəni yeddi il və beş ay hakimiyyətdə olmuşdur. II Hörmüz Narsenin (293–303-cü illərdə hakimiyyətdə olmuşdur) oğlu və varisi idi. Onun hakimiyyəti dövründən bir qədər əvvəl Ermənistan krallığı xristianlığı özünün rəsmi dini elan etmiş və beləliklə, Sasanilər ilə bölüşdüyü qədim zərdüşti irsini tərk etmişdi. II Hörmüzün hakimiyyəti zamanı dövlətdə daxili qarışıqlıqlar mövcud idi, lakin o, uğurla bunların öhdəsindən gələ bilmişdi. II Hörmüz qərbdəki səylərində müvəffəqiyyət qazanmış, Suriyada Qəssani padşahını məğlub etmiş və onu öldürmüşdür. Buna baxmayaraq, onun səltənəti İran zadəganlarının intriqaları ilə dolmuşdu və o, tənha bir yerə aparılaraq sui-qəsdə uğramışdır. Onun yerinə oğlu Aturnarse keçmiş, bir neçə ay hakimiyyətdə olduqdan sonra o da zadəganlar tərəfindən öldürülmüşdür. Onlar əvəzində II Hörmuzun körpə oğlu II Şapuru taxtda çıxarmışdılar.
IV Hörmüz
IV Hörmüz (pəhl. 𐭠𐭥𐭧𐭥𐭬𐭦𐭣; fars. هرمز چهارم‎) — I Xosrovun oğlu. 579–590-cı illərdə Sasanilər imperiyasının hökmdarı olmuşdur. IV Hörmüz adı ilə tanınsa da, Şahnamədə Torkzad, yəni Türk oğlu adı ilə də tanınır. Bunun səbəbini isə onun anasının türk xaqanının qızı olması göstərilir. Lakin bunu Encyclopædia Iranica rədd edir. Burada bildirilir ki, onun anasının türk xaqanının qızı olması mümkün deyildi, çünki IV Hörmüz II Xosrovdan otuz il öncə, təxminən 540-cı ildə dünyaya gəlmişdi. I Xosrov Hörmüzdün özünün şəxsi qabiliyyətlərini və bacarıqlarını görmüşdü və onu lider olaraq görürdü və onu IV Hörmüz adı ilə varisi elan edir. Hörmüzd 579-cu ildə taxta sahib olur, təvazökar və qəddar görünürdü, amma ürəyiaçıq və səmimi adam deyildi.
I Hörmüz
I Hürmüz — 272 - 273 illər arasında İrandaki Sasani dövlətinin şahı. I Şapurun (241-272) oğluydu. Atasına bağlı olaraq Xorasan valilsi olmuşş və Romaya qarşı savaşlarda iştirak etmişdir. Pəhləvi dilində yazılmış olan I Ərdəşirin (226-241) tarixindəki İran adsətlərinə görə, I Hürmüz bir Fars şahzadəsi olan Mithrakın oğludur. Ərdəşir, münəccimlərin Mithrakın qanından Fars İmperatorluğunu əski halına gətirəcək birinin gələceyini söyləmələri görə, Mithrakın ailəsini ortadan qaldırmıştı. Sadəcə, bir kəndli tərəfindən gizlədilən bir qızı qalmışdır. I Şapur bunu görür və onunla evlənir. Buna görə Ərdəşir, I Hürmüzü qəbul edir. ət-Təbəridə də qismən qorunan bu əfsanəyə görə, I Şapurun böyük fəthləri I Hürmüzə keçmişdir. Əslində hökmdarlığı sadecə bir il və on gün sürmüşdü.
Hörmüz əmirliyi
Hörmüz əmirliyi (fars. هرمز‎; port. Ormuz) — 1050-ci ildən 1600-cü illərin əvvəllərinə qədər İran körfəzinin girişindəki Hörmüz adasında hakimiyyət sürmüş dövlət. Strateji mövqeyinə görə Hörmüz boğazını və İran körfəzi ticarətini nəzarətdə saxlaya bilən əmirliyə müvafiq olaraq səlcuqlular, Kirman səlcuqiləri, salqurlular, Elxanilər, Müzəffərilər, Teymurilər dövləti, Qaraqoyunlu dövləti və Ağqoyunlu dövlətinə tabe olduqdan sonra Səfəvilərin ali hökmranlığını tanımışdı. Portuqaliyalı kəşfiyyatçı Afonsu d' Albukerkinin 1507-ci ildə qədəm qoyduğu ada 1512-ci ildə Portuqaliya hakimiyyətinə keçmişdir. Əmirlik Portuqaliya imperiyasına illik vergi ödəməyə başlamışdı. Bu dövrdə Hörmüz əmiri IV Turanşah və vəziri Osmanlı admirallarından Həmid Rəis idi. 1552-ci ildə Osmanlı dənizçisi Piri Rəisin komandanlığı altında Osmanlı donanması tərəfindən mühasirəyə alınsa da, əməliyyat uğur qazanmamışdır. Ada 1622-ci ildə Səfəvi şahı I Abbas tərəfindən fəth edilmişdir. Səfəvilər adayı ələ keçirdikdən sonra əmirliyə birdəfəlik son qoymuş və adanı birbaşa İrana birləşdirmişdilər.
Hörmüz döyüşü (1622)
Hörmüz döyüşü — 1622-ci ildə baş vermişdir. 10 həftəlik mühasirədən sonra İngiltərə-Səfəvi dövlətlərinin müttəfiq qoşunları qaladakı portuqal qarnizonunu məğlub etməyi bacarırlar. Bununla da Fars körfəzində İngiltərə ilə Səfəvi dövlətinin ticarət yolu açılmış olur. Hörmüzün Səfəvilər tərəfindən geri qaytarılmasından əvvəl Portuqaliya təxminən bir əsr idi ki, buranı özünə tabe etmişdi. Hörmüz 1507-ci ildən Portuqaliyaya tabe idi, buranı portuqal sərkərdə Alfonso de Albuerque tabe etmişdi. Bu yer vasitəsilə portuqallar Hindistan ilə Avropa arasındakı bütün ticarəti öz nəzarətlərinə keçirmişdilər. İngiltərə tərəfi müharibədə Ost-Hind şirkəti tərəfindən təmin edilən 5 döyüş gəmisi və 4 kiçik gəmi ilə təmsil olunurdu. Səfəvilər isə ingilislərlə ittifaq qurulana qədər artıq müharibəyə başlamışdılar. I Şah Abbasın qoşunu portuqalları Qeşm adasındakı qalada mühasirəyə almışdı. I Şah Abbas ümid edirdi ki, ingilislər onlara yardım edəcək.
Hörmüz dəniz müharibəsi
Hörmüz dəniz müharibəsi — 9 avqust 1554-cü ildə Hörmüz boğazında Seydi Əli Rəisin komandanlığı ilə türk donanması və Fernando de Noronhanın komandanlığı ilə portuqal donanması arasında baş verdi. Qanuni Sultan Süleymanın əmri ilə Seydi Əli Rəisin komandanlığındakı Türk donanması, 2 iyul 1554-cü ildə Süveyşə getmək üçün Bəsrə əyalətini tərk etdi. Avqust ayı boyunca körfəzdəki Osmanlı sancaklarını ziyarət edən donanma, 9 avqustda Hörmüz boğazından keçərkən Portuqaliya donanması ilə qarşılaşdı. Təxminən iki dəfə çox olan Portuqaliya donanmasının nizamlı hərəkət etmədiyini anlayan Osmanlı admiralı, sürətli bir basqınla düşmənin qarşısını ala biləcəyini düşünərək hərəkətə keçdi. Sürətlə top və tüfəng atəşlərinə başlayan Türk donanması, nizamsız düşmənin manevr etməsini əngəlləyib qalera saxlamalarına başladı. Qaranlığa qədər davam edən döyüşdə nəticə əldə edə bilməyən Portuqaliya donanması, çox sayda dənizçi itirdi və bir qaleonu süqut etdi. Sonra nizamsız olaraq Hörmüz adasına tərəf çəkilməyə başladı. Türk donanması isə təqib etməyib boğazı keçdi və Omana doğru yollandı. Seydi Əli Rəis isə döyüşü belə təsvir edirdi: Portuqaliya Hörmüz boğazı Osmanlı imperiyası Osmanlı, Portuqaliya və Səfəvi münasibətlərində Hörmüz məsələsi Seydi Ali Reis. Bölüm I. ISBN 9789751611888.
Hörmüz ibn Mənuçöhr
Hörmüz ibn Mənuçöhr (v. 9 aprel 1065, Tabasaran) — Şirvanşah şahzadəsi, Tabasaran əmiri. Haqqında çox məlumat yoxdur. Mənbələrdə onun Tabasaran əmiri olduğu və 9 aprel 1065-ci ildə, Tabasarandakı irsi mülkündə öldüyü, dayılarının yanında basdırıldığı qeyd olunur.
Hörmüz dəniz döyüşü
Hörmüz dəniz müharibəsi — 9 avqust 1554-cü ildə Hörmüz boğazında Seydi Əli Rəisin komandanlığı ilə türk donanması və Fernando de Noronhanın komandanlığı ilə portuqal donanması arasında baş verdi. Qanuni Sultan Süleymanın əmri ilə Seydi Əli Rəisin komandanlığındakı Türk donanması, 2 iyul 1554-cü ildə Süveyşə getmək üçün Bəsrə əyalətini tərk etdi. Avqust ayı boyunca körfəzdəki Osmanlı sancaklarını ziyarət edən donanma, 9 avqustda Hörmüz boğazından keçərkən Portuqaliya donanması ilə qarşılaşdı. Təxminən iki dəfə çox olan Portuqaliya donanmasının nizamlı hərəkət etmədiyini anlayan Osmanlı admiralı, sürətli bir basqınla düşmənin qarşısını ala biləcəyini düşünərək hərəkətə keçdi. Sürətlə top və tüfəng atəşlərinə başlayan Türk donanması, nizamsız düşmənin manevr etməsini əngəlləyib qalera saxlamalarına başladı. Qaranlığa qədər davam edən döyüşdə nəticə əldə edə bilməyən Portuqaliya donanması, çox sayda dənizçi itirdi və bir qaleonu süqut etdi. Sonra nizamsız olaraq Hörmüz adasına tərəf çəkilməyə başladı. Türk donanması isə təqib etməyib boğazı keçdi və Omana doğru yollandı. Seydi Əli Rəis isə döyüşü belə təsvir edirdi: Portuqaliya Hörmüz boğazı Osmanlı imperiyası Osmanlı, Portuqaliya və Səfəvi münasibətlərində Hörmüz məsələsi Seydi Ali Reis. Bölüm I. ISBN 9789751611888.
Hörmüzd
Hörmüzd və ya Ahura Mazda (avestaca Əhura Məzda, pəhləvicə: Ohrməzd) — zərdüştiliyin baş, yaradıcı, xeyir tanrısı. Zərdüştilikdə əsas bəhs Hörmüzdün xilqət aləminə olan mehr-məhəbbəti, Sepentaminunun və Əngirəminunun Hörmüzd ilə olan rabitəsinin necəliyi ətrafındadır. Zərdüştiliyin ilkin təlimlərinə əsasən, Hörmüzd öz əndişəsində iki minunu xəlq etmişdir. Bu iki minu xilqətin əvvəl çağlarından xeyirlə şərdən birini seçməyə və öz seçimləri ilə Sepənd və Əngura olmağa vadar edilmişlər. Bu seçki o qədər əsaslı və mühüm idi ki, Sependminu öz düşməni Əngirəminuya (Əhrimənə) demişdir: "Bizim fikrimiz, ayinimiz, meylimiz, seçimimiz, söhbətimiz, əməlimiz, elmimiz və ruhumuz bir-birilə müvafiq deyildir." Hər halda Allah iki minunu xəlq etmişdir, onlardan biri xeyir və yaxşılığı, digəri isə şər və pisliyi seçmişdir. Buna əsasən, ilahi Hörmüzd hər iki minudan ilkindir; baxmayaraq ki, Sepentminu ilə müvafiqdir və Əngireminunu rədd edir. Amma Hörmüzd ilə bu iki minu arasında əvvəlcədən tə’yin olunmuş rabitə sonrakı dövrlərdə dəyişdirildi və bu rabitənin təhlil və dəyişdirilməsinin necəliyi ilə əlaqədar olaraq, zərdüşt dini üç firqəyə bölündü: Sənəviyyani Məzdai, Məsxiyyə və Zərvaniyyə. Bu firqə nur və işıqlığın xaliqi və məzhəri olan Sepəndminunun Hörmüzd ilə eyni səviyyədə olduğuna və Əhrimənin onun müqabilində dayandığına etiqadlıdır. Onlar mütləq işıqlığa və nura pərəstiş edir, hər növ nuru ondan bilir və onu (mütləq işıqlığı) aləmin rəhbəri kimi təqdim edirdilər; bütün yaxşı işləri ona aid edirdilər. Onun adı Hörmüzd, yaxud Xudavənd və yaxud da Yəzdandır.
Kürmez Xan
Kürmez Xan - türk və altay mifologiyasında ruhlar ilahı. Körmöz Xan və ya Kürmes Xan da deyilir. Yeraltındakı ruhların (Körmözlərin) lideridir. Maniheizm sonrası Hörmüzd ilə əlaqəli olaraq görülmüşlər. Monqol mifologiyasında Xormosta ya da Qormosta, Türk mifologiyasında "Kurbustan" və ya Kürmez adıyla yer alır. Monqollara görə 55 Qərb tanrısının başında tapılar. Türk və altay xalq inancında və mifologiyasında mələk və qarabasma növü varlıqlardır. Kürmez xan bunların başında tapılar. Körmös, Kürmös və ya Körümes də deyilir. Kimi zaman Tanrının vəzifələndirdiyi düşünülər.
Kürmük kilsəsi
Kürmük məbədi (gürc. ქურმუხის წმინდა გიორგის ეკლესია, Müqəddəs Georgi Kilsəsi) — Azərbaycanın Qax rayonu ərazisində vaxtilə mövcud olmuş qədim gürcü məbədinin (I-III əsrlədə mövcud olub) qalıqları üzərində XIX əsrdə Çar Rusiyası tərəfindən bölgəni xristianlaşdırmaq və dini dayaq yaratmaq məqsədilə inşa olunmuş kilsədir . Dilçi alim Zaza Aleksidzenin fikrincə Kürmük adı udicə "kur" (quyu, çuxur, çala) və "-mux" isə Qafqaz Albanlarının dilində çoxluq mənasını qatan şəkilçidir. Onun fikrincə, Kürmük Müqəddəs Yeliseyin bütpərəstlərlə qarşılaşıb öldürüldüyü Zerqoyn düzünün xristianlıqdan sonrakı adıdır. 2006-cı ilin sentiyabrında məbədin cənub ərazisində aparılan arxeoloji qazıntılar zamanı 4 dəfə (I-III əsrlər, IV-VII əsrlər, VIII-XI əsrlər və XIX) mərhələli şəkildə müxtəlif vaxtlarda əsrlərdə yenidənqurma-bərpa işlərinə məruz qalması məlum olmuşdur. Ərazidə aparılan arxeoloji qazıntılar zamanı müəyyən olunmuşdur ki, kilsə qədim məbədin qalıqları üzərində inşa olunmuşdur. Kilsənin adı Gürcü mənbələrində ilk dəfə 1310-cu ildə Gürcü patriarxı III Evktim (1310–1325) tərəfindən ziyarət olunarkən xatırlanır. Maqelaşvili İncilləri adlanan bu mənbəyə görə patriarx Kiş-Kürmük arxiyepiskopu Kirill Donaurini ziyarət etmiş, ona tapşırıqlar vermişdi. Kilsə 1614-1617-ci illərdə Şah Abbasın yürüşü zamanı dağıdılıb, İlisu sultanlığını işğal edən Çar Rusiyası isə xristianlığı yaymaq üçün "Qafqazda Xristianlığın Bərpası İdarəsi" vasitəsilə qədim məbədin qalıqları üzərində yeni kilsə tikmişdir. Kilsənin bərpası 1891-ci ildə başlayıb və 1894-cü ildə bitirilib.
Kürmük məbədi

Kürmüx kilsəsi

Kürmüx məbədi

Sintetik hürümə
Sintetik hürmə İnsan səsini sintez edən cihazlar çoxdan məlumdur. Məsələn, telefon vasitəsilə "danışan saatlarda" saatı məhz sintezator səsləndirir. Hal-hazırda isə Böyük Britaniyanın Şeffil universitetindən olan Rojer Mur it səsinin sintezatorunu yaratmışdır. Bu cihazda heyvanın ağ ciyərləri, boğazı və səs telləri proqramlı şəkildə modelləşdirilmişdir. Belə ki, itin ölçülərindən və əhvalı-ruhiyyəsindən (həyəcanlı, şən və ya ac olmasından) asılı olaraq səslər dəyişir. Cihaz yeni it - robotlar modellərində tətbiq olunacaqdır. R.Mur hesab edir ki, onun cihazı hər-hansı bir məməlinin səsini də oxşada bilər.
Səlma Gürbüz
Selma Gürbüz (türk. Selma Gürbüz) — Türk rəssam və heykəltaraş. O, Türkiyənin çağdaş rəssamlıq sahəsində öndə gedən adlarından biri olmuşdur. Əsərləri Londondakı Britaniya Muzeyində, Parisdəki Galerie Maeght Kolleksiyasında, İstanbulda Santral İstanbulda, İstanbul Bilgi Universiteti, İstanbul Modern və Proje 4L və Ankaradakı Rəsm və Heykəl Muzeyindədir. Rəssamlıqdan başqa heykəltaraşlıq, toxuculuq, oyma kimi müxtəlif formalarda əsərlər də hazırlamış, Ömər Kavurun “Əqrəbin səyahəti” (1997) və “Qarşılaşma” (2002) filmlərinin bədii rejissorluğunu da üzərinə götürmüşdür. 1960-cı ildə İstanbulda anadan olmuşdur. Rəssamlıq təhsilinə 1978-ci ildə İngiltərədəki Ekseter Universitetində rəssamlıq, fotoqrafiya və teatr sahəsində başlamışdır. 1980-1982-ci illərdə Ekseter İncəsənət Dizayn Kollecində rəssamlıq və heykəltaraşlıq təhsili alıb. 1984-cü ildə Mərmərə Universiteti Gözəl Sənətlər Fakültəsinin Rəssamlıq fakültəsini bitirib. İlk fərdi sərgisini 1986-cı ildə İstanbulda açıb.
Hürrü Əliyev
Əliyev Hürrü Əlimurad oğlu (26 aprel 1972, Kələki, Ordubad rayonu) — Azərbaycan siyasətçisi, Bəyaz Hərəkat təşkilat komitəsinin sədri. Hürrü Əliyev 26 aprel 1972-ci ildə Naxçıvan MSSR-in Ordubad rayonu Kələki kəndində anadan olub. 1989-cu ildə Bakı şəhər Yasamal rayonu 52 saylı orta məktəbi bitirmişdir. 1992–1995-ci illərdə Türkiyə Cümhuriyyəti Ankara Universitetinin Hüquq fakültəsində ali təhsilini davam etdirmişdir. 2000–2005-ci illərdə Azərbaycan Beynəlxalq Universitetinin (ABU) İqtisadiyyatın Hüquqi Tənzimlənməsi fakültəsində ikinci ali təhsilini bitirmişdir. Ailəlidir. 2 övladı var. 2003-cü ildən etibarən ictimai fəaliyyətinə başlamışdır. İlk olaraq "Ulu Xudafərin" jurnalını təhsis etmişdir. 2005-ci ildə Xalq Cümhuriyyəti Partiyasını təhsis etmiş və təhsis qurultayını keçirmişdir.
Sintetik hürmə
Sintetik hürmə İnsan səsini sintez edən cihazlar çoxdan məlumdur. Məsələn, telefon vasitəsilə "danışan saatlarda" saatı məhz sintezator səsləndirir. Hal-hazırda isə Böyük Britaniyanın Şeffil universitetindən olan Rojer Mur it səsinin sintezatorunu yaratmışdır. Bu cihazda heyvanın ağ ciyərləri, boğazı və səs telləri proqramlı şəkildə modelləşdirilmişdir. Belə ki, itin ölçülərindən və əhvalı-ruhiyyəsindən (həyəcanlı, şən və ya ac olmasından) asılı olaraq səslər dəyişir. Cihaz yeni it - robotlar modellərində tətbiq olunacaqdır. R.Mur hesab edir ki, onun cihazı hər-hansı bir məməlinin səsini də oxşada bilər.
Hummus
Humus, xumus və ya hummus (ərəb. حُمُّص‎) — Orta Şərqdə geniş yayılmış, yəhudi və ərəb xörəyi. Noxud püresi, tahini, zeytun yağı, limon suyu, duz və sarımsaq qarışıqından hazırlanır.
Murğuz
Murğuz (Zəngəzur) Murğuz — Kiçik Qafqazda dağ silsiləsi. Murğuz — Gədəbəy rayonunun cənubunda dağ. Hündürlüyü 2147 m.
Xurmuc
Xurmuc— İranın Buşehr ostanının şəhərlərindən və Dəşti şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 31,667 nəfər və 6,966 ailədən ibarət idi.
Humus
Humus, xumus və ya hummus (ərəb. حُمُّص‎) — Orta Şərqdə geniş yayılmış, yəhudi və ərəb xörəyi. Noxud püresi, tahini, zeytun yağı, limon suyu, duz və sarımsaq qarışıqından hazırlanır.
Cimmi Durmaz
Yakup Cimmi Durmaz (22 mart 1989, Erebru) əvvəllər Cimmi Tuma kimi tanınan, Türkiyənin "Qalatasaray" klubu və İsveç milli komandasında oynayan bir İsveç futbolçusudur.
Durmuş Yılmaz
Durmuş Yılmaz (1947, Uşak) – türkiyəli iqtisadçı, bürökrat və siyasətçi. Uşakın Eşme ilçəsinin Qaracağmərli kəndində anadan olmuşdur. İlk və orta məktəbini Uşakda tamamlamışdır. Lisey təhsilini Ankara Kupça və Kadastr Peşə iseyində tamamlamışdır. Muğlada Xəritə və Katastr texniki işçisi olaraq çalışarkən Muğla Turqutrəis liseyindən normal lisey diplomu almışdır. Ankara Universiteti Hüquq fakültəsində 3 il hüquq təhsili almışdır. 1970-ci ildə Milli Təhsil Nazirliyinin açmış olduğu dövlət təqaüdü imtahanından keçərək, İngiltərəyə Ticarət nazirliyi adından iqtisadiyyat təhsili almağa göndərilmişdir. London Şəhər Universitetində bakalavr, London Universitetində magistr təhsili almışdır. 1980-ci ildə Türkiyə Respublika Mərkəzi Bankası kambiyo şöbəsinin müdirliyinə təyin edilmişdir. Xarici Borc Ertələmə, Valyuta Mübadiləsi və Valyuta Rezerv İdarəçiliyi sahələrində çalışmışdır.