MURTUZ

seçilmiş, razılaşdırılmış, arzu edilən (İmam Əlinin epitetlərindəndir).
MURTƏZ
MURTUZA
OBASTAN VİKİ
Murtuz (roman)
Murtuz — Orxan Kamalın 1952-ci ildə nəşr olunan məşhur romanı. Türk ədəbiyyatının önəmli əsərlərindən olan roman yazıldığı gündən bəri dəfələrlə kino və tamaşalara mövzu olan Gözətçi Murtuz obrazından qara yumorla yüklənmiş bir dillə bəhs edir. Hadisələr 1941–1947-ci illər arasında Adananın kasıb fəhlə məhəlləsində baş verir. Roman, ixtiyar və həqiqət anlayışı arasında ilişib qalan, öz doğruluğuna güzəştə getməməyə çalışdıqca daha həll olunmaz vəziyyətlərə düşən, bu arada insanlara deməkdən uzaqlaşan və müdafiə edən bir fərdin başına gələnlərin kədərli komediyasıdır. Murtuz ilk dəfə 1952-ci ildə "Vətən" qəzetində felyetona çevrilib. Bu, Orxan Kamalın seriallaşdırılmış ilk romanıdır. Əsər elə həmin il Varlık Nəşriyyatı tərəfindən 180 səhifəlik kitab olaraq nəşr edilmiş və böyük diqqət çəkmişdir. İkinci nəşri 1957-ci ildə Varlık Nəşrləri, üçüncü nəşri isə 1964-cü ildə Cem Nəşrləri tərəfindən nəşr edilmişdir. Orxan Kamal 180 səhifəlik kitabın roman deyil, ancaq "böyük hekayə" kimi qəbul edilə biləcəyini düşünürdü. Ona görə də əsərin birinci və üçüncü hissələrini genişləndirdi.
Murtuz Abbasov
Murtuz Carçıyev
Murtuz Carçıyev — Sosialist Əməyi Qəhrəmanı. Carçıyev Murtuz Zeynal oğlu 1910-cu ildə Çaylı kəndində anadan olmuşdur. 1935-ci ildə kolxozda təsrrüfat briqadiri, ilk komsomol təşkilatının katibi olmuşdur. 1938-39-cu illərdə Qazax rayon partiya komitəsinin birinci katibi işləmişdir.Böyük Vətən müharibəsi zamanı cəbhəyə yollanan Murtuz Carçıyev 1942-45-ci illərdən sonra əmək fəaliyyətinə qayıtmışdır.1952-ci ildə yağ-pendir zavodunun direktoru, 1958-ci ildə kənd təsərrüfatı idarəsinin rəisi vəzifələrində çalışmışdır. İşlədiyi dövrlərdə “ Sosialist Əməyi Qəhrəmanı”, “Lenin Ordeni” , “ Kənd təsərrüfatı əlaçısı” kimi fəxri mükafatlalarla mükafatlandırılmışdır. Murtuz Carçıyev Zeynal oğlu 1985-ci ildə oktyabr ayında vəfat etmişdir.
Murtuz Muxtarov
Murtuza Muxtarov (1855, Əmircan, Bakı qəzası – aprel 1920, Səadət Sarayı, Bakı) — multi-milyonçu, neft sahibkarı, messenat. Bakı real məktəbinin, Temirxan-Şuranın qadın gimnaziyasının hamisi; Şimali Qafqaz xalqları arasında savadın və texniki biliklərin yayılması cəmiyyətinin, həmçinin Peterburq müsəlman xeyriyyə cəmiyyətinin fəxri üzvü; Ali və orta ixtisas məktəblərinin tələbələri üçün 40 təqaüdün təsisçisi. Murtuza Muxtarov 1857-ci ildə Bakının Əmircan kəndində arabaçı ailəsində anadan olmuşdur. O, təkcə ibtidai mollaxanada təhsil almışdır. Uşaqlıqdan qardaşı Bala Əhmədlə birgə araba karvanı ilə müxtəlif yüklər, habelə Bakıdan Tiflisə xam neft daşıyırdı. Hacı Zeynalabdin Tağıyev, Şəmsi Əsədullayev, Musa Nağıyevdən sonra milli Azərbəycan burjuaziyasının və neft sənayesinin görkəmli nümayəndəsi Murtuza Muxtarovdur. Muxtarovun adı daha çox Bakıda neft çıxarılma texnologiyasının inkişafı ilə bağlıdır. Ali texniki təhsili olmasa da, neft maqnatları içərisində neft yataqlarının sirrini və qazma işlərini onun kimi dərindən bilən ikinci bir sahibkar çətin ki tapılardı. Murtuza Muxtarov 1874-cü ildə arabasını sataraq Balaxanı Zabrat kəndləri ətrafında salınan qazma kontorunda fəhləliyə başlayır. O, tezliklə buruq ustası olur.
Murtuz Quliyev
Murtuz Quliyev (tam adı: Murtuz Heydər oğlu Quliyev) — Azərbaycan general-mayoru, Azərbaycan SSR Ali Sovetinin IX çağırış deputat. Murtuz Heydər oğlu Quliyev 1920-ci il fevralın 6-da Ağdam rayonunun Gülablı kəndində anadan olmuşdur. O, orta təhsildən sonra 1937-ci ildə Xarkov Hərbi Rabitə Məktəbinə daxil olmuşdur. Həmin Məktəbi bitirəndən sonra 1939-cu ilin dekabrında 9-cu Ordunun Əlahiddə Tank Taborunda rabitə rəisi vəzifəsinə təyin edilmişdir. Murtuz Quliyev Hərbi Məktəbi bitirəndən sonra 9-cu Ordunun Əlahiddə Tank Taborunda rabitə rəisi vəzifəsində işləyidi dövrdə 1939–40-cı illərdə Sovet-Fin müharibəsində ilk dəfə real döyüşlərdə iştirak etmişdir. İxtisaslı hərbçi leytenant olan M. Quliyev 1941–45-ci illər Böyük Vətən Müharibəsi başlananda 18-ci Tank Diviziyasının 2-ci taborunun (batalyonunun) İdarəetmə bölüyünün komandiri kimi müharibədə iştirak etmiş, sonra xidmətini Qərb cəbhəsində tank taborunun rabitə rəisi vəzifəsində davam etdirmişdi. Sovet Ordusunda verilən xasiyyətnaməyə əsasən onun rəhbərliyi altında rabitə bölmələrinin Döyüş şəraitində rolu xeyli artırmış, müharibənin əvvəllindən etibarən sərəncamında olan rabitə vasitələrinin döyüş vəziyyətində etibarlı və səmərəli idarə edilməsi təmin olunmuşdur. Belə ki, qeyd olunan vasitələrin sayı məhdud, istehsal texnologiyası isə düşmənin istifadə etdiyi texnika ilə müqayisədə, mənəvi köhnəlməyə məruz qalmışdır. Misal üçün, radio cihazlarının məftilləri qırılanda qoşunları effektiv yönəltmək mümkün olmurmuş. Bu şəraitdə rabitə rəisi MQuliyev yüksək peşəkarlıqla yanaşı, fövqəladə sücaət nümayiş etdirmiş, qoşnların idarə edilməsini bərpa etmişdir.
Murtuz Talıbzadə
Murtuza Heydər oğlu Talıbzadə (15 yanvar 1902, Qazax – 5 yanvar 1938, Bakı) — Polkovnik. Talıbzadə Murtuz 15 yanvar 1902-ci ildə Bakı şəhərində molla (ruhani) ailəsində dünyaya göz açmışdır. On beş yaşındaikən valideynsiz qalmışdır. 1915-ci ildə rus-tatar məktəbini bitirmişdir. Anası 1912-ci ildə vəfat edir. 1917-ci ildə ailəyə daha bir ağır itki üz verir, atası Heydər vəfat edir. Bundan sonra Murtuzanın himayəsində 12 yaşlı bacısı və 10 yaşlı qardaşı qalır. O, ailədəki vəziyyətilə əlaqədar ali ibtidai peşə məktəbində təhsilini ikinci sinifdən dayandırmağa məcbur olur. 1918-ci illərin ortalarına qədər kuryer vəzifəsində çalışmış, 1918-ci illərin sonundan isə Bakıda dəyirmanda işləyirdi. Azərbaycanın Sovetləşməsinin ilk günlərində könüllü kimi Fəhlə-Kəndli Qırmızı Ordusunun (P.K.K.A) sıralarına yazılmaqla bərabər Komandanlıq məktəbinə də qəbul edilir.
Murtuz qala
Murtuz qala — Balakən rayonunun Mahamalar kəndi ərazisində XVIII-XIX əsrə aid tarixi abidə. El arasında “Murtuz qala” adlandırılan tarixi abidə Balakən rayonunun Mahamalar kəndi ərazisindədir. Balakən çayın sağ sahilində, çox hündür olmayan sərt süxurlu qaya üzərində tikilən qala-ev hündür qala divarları ilə əhatə olunmuşdur. Ətraf ərazidən hündür olması ilə seçilən bu yer strateji cəhətdən çox əlverişli mövqeyə malikdir. Mühasirə zamanı bu qalada uzun müddət qorunmaq mümkün idi. “Murtuz qala”nın əhəmiyyətini daha aydın təsəvvür etmək üçün, qalanın sahibi və onun tikildiyi dövrlə bağlı qısa tarixi icmala ehtiyac vardır. XIX yüzilliyin ortalarında Qafqazda uzun müddət (əsrin 20-60-cı illərində) rus işğalçılarına qarşı müqavimət göstərmiş müsəlman əhalisinə təzyiq daha da artırılmışdır, bu isə yeni həyəcanlara və üsyanlara səbəb olmuşdu. Rusiya hakim dairələrinin Qafqaz əhalisini zorla xristianlaşdırma siyasəti vəziyyəti xeyli gərginləşdirmişdi. Azərbaycanın şimal-qərb bölgəsində mübariz insanlar silahlı dəstələr yaradır və çar məmurlarına qarşı uğurlu döyüşlər aparırdılar. Zorla xristianlaşdırmaya məruz qalmış insanlar yenidən islama qayıdırdılar.
Murtuz Ələsgərov
Murtuz Nəcəf oğlu Ələsgərov (20 sentyabr 1928, Gəncə – 7 avqust 2012, Bakı) — Azərbaycan ictimai-siyasi xadimi, Azərbaycan Respublikası Milli Məclisinin sədri (1996–2005), Azərbaycan Dövlət Universitetinin rektoru (1993–1996), hüquq elmləri doktoru, professor, Azərbaycan Respublikasının əməkdar hüquqşünası. Murtuz Ələsgərov 20 sentyabr 1928-ci ildə Gəncə şəhərində anadan olmuşdur. Orta məktəbi başa vurduqdan sonra o, 1945-ci ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsinə daxil olmuş, 1950-ci ildə təhsilini fərqlənmə diplomu ilə bitirmişdir. O, 1950–1953-cü illərdə SSRİ Elmlər Akademiyasının Dövlət və Hüquq İnstitutunun aspiranturasında təhsilini davam etdirərək beynəlxalq hüquq sahəsində ixtisaslaşmağa başlamışdır. Hələ erkən yaşlarından Gəncə şəhərində yerləşən müəssisələrdə əmək fəaliyyəti ilə məşğul olan Murtuz Ələsgərov 1954-cü ildən ömrünün sonunadək Bakı Dövlət Universitetinin hüquq fakültəsində dərs demişdir. O, müxtəlif illərdə burada baş müəllim, dosent, professor və kafedra müdiri, 1993–1996-cı illərdə isə universitetin rektoru olmuşdur. Murtuz Ələsgərov I, II və III çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı, 1996-cı və 2000-ci illərdə isə Milli Məclisin sədri seçilmişdir. 1996-cı il oktyabrın 16-dan 2005-ci il dekabrın 2-dək parlamentin sədri olmuşdur. Murtuz Ələsgərov Azərbaycan Respublikası Milli Məclisinin deputatı və Milli Məclisin sədri olaraq Azərbaycan dövlətinin hüquqi bazasının möhkəm təməllər üzərində qurulmasına, ölkəmdə parlament ənənələrinin təşəkkül tapmasına sanballı töhfələr vermişdir. Onun hüquqi dövlət quruculuğu sahəsində, həmçinin müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının hazırlanmasında xidmətləri olmuşdur.
Seyid Murtuz Əfəndi
Seyid Murtuz Əfəndi (1694, Ədirnə – avqust 1758, Konstantinopol) — Osmanlı alimi və şeyxülislamı. Atası II Süleyman və II Mustafa səltənətlərinin şeyxülislamı Seyid Feyzullah Əfəndi, qardaşı isə Sultan Mahmud səltənətinin şeyxülislamlarından Mustafa Əfəndidir. 1694-cü ildə dünyaya gəldi. Atası II Süleyman və II Mustafa səltənətlərinin şeyxülislamı Seyid Feyzullah Əfəndi, qardaşı isə Sultan Mahmud səltənətinin şeyxülislamlarından Mustafa Əfəndidir. Ədirnə hadisələrində atasının Ədirnədə faciəvi şəkildə öldürülməsi və cəsədinin Tunca çayına atılması əsnasında hələ 7 yaşında olan Murtuz Əfəndiyə toxunulmadı. Ancaq iğtişaşların ardından digər ailə üzvləriylə birlikdə Bursaya sürgün edildi və 1730-cu ilədək İstanbula dönə bilmədi. Bursada mükəmməl təhsil alan Murtuz Əfəndi şeyxülislam Yenişəhərli Abdullah Əfəndi dönəmində 1725-ci ildə müdərrislik dərəcəsi aldı. Bursa və İstanbulda müxtəlif mədrəsələrdə xidmət etdikdən sonra 1730-cu ildə Məkkə, 19 iyul 1741-ci ildə isə İstanbul qazısı oldu. Yalnız 4 ay bu vəzifədə qaldıqdan sonra 4 dekabr 1747-ci ildə Anadolu qazəsgəri təyin edildi. 1 illik vəzifə müddətini tamamlamasının ardından təqaüdə ayrılsa da, 1748-ci ilin noyabrında Rumeli qazəsgərliyinə gətirildi.
Mehdi Murtuzov
Murtuza Axundov
Murtuza Axundzadə (1877, Quba – 21 avqust 1920, Nargin adası, Abşeron rayonu) — Azərbaycan milli azadlıq hərəkatının fəal iştirakçılarından biri. Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü. Murtuza Axundzadə 1877-ci ildə Quba qəzasında tacir ailəsində anadan olub. O, Qubada seçilən, fəallığı ilə diqqətçəkən ziyalılardan idi. Buna görə, 1918-ci ildə Azərbaycan Cümhuriyyəti qurulanda, Quba sakinləri onu parlament üzvlüyünə layiq bilmişdilər. Murtuza bəy "Müsavat" fraksiyasına daxil olmuş və parlamentin 96 üzvündən birinə çevrilmişdi. Bu zaman onun 41 yaşı vardı. Murtuza Axundzadə və xanımı Nəcimə Axundzadənin 9 övladı olub: Məmmədağa, Ələkbər, Xanım, Mina, Ağaəli, Yusif, Dürsədəf (ikisi körpə ikən vəfat etmişdi). Quba məsələsi ilə bağlı parlamentdə 1919-cu il fevralın 5-dəki çıxışında bildirirdi: Sonrakı çıxışlarının birində isə qeyd edir ki: Oğlu Yusifin xatirələri: 1918-ci ilin iyunun 15-də Murtuza bəy həbs olunur həmin günlə bağlı qızı Minanın xatirəsi: Məhəmməd Əmin Rəsulzadə 1923-cü ildə yazdığı "Azərbaycan Cümhuriyyəti keyfiyyəti-təşəkkülü və indiki vəziyyəti" kitabında Murtuza Axundzadəni Azərbaycanın istiqlal şəhidi adlandırıb. 1920-ci ilin aprelin 28-də Cümhuriyyət Parlamenti müəyyən şərtlərlə hökuməti bolşeviklərə verdi.
Murtuza Axundzadə

Murtuza Mirzə Əfşar (Nəsrullah Mirzə)
Murtuza Mirzə Əfşar — Nadir şahın oğlu və Karnal qələbəsindəki roluna görə adı dəyişdirilərək Nəsrullah Mirzə adlandırılan Əfşar şahzadəsi. O, Səadət xanın qüvvələrini məğlub edərək onu əsir alan Əfşar ordusunun mərkəzinə komandanlıq edərək Karnal döyüşündə istedadlı bir sərkərdə olduğunu sübut etdi. O, həmçinin 1743-46-cı illər İran-Osmanlı müharibəsi zamanı müstəqil olaraq komandanlıq etdi və burada Nadir şah tərəfindən Osmanlının nəzarətində olan Mosul vilayətinə soxulmaq və iki Osmanlı ordusundan biri ilə döyüşmək tapşırığı aldı, atası Nadir şah isə şimalda Qarsda digər orduya qarşı yürüdü. O, Mosul döyüşündə Mosul ətrafındakı türk və kürd qüvvələrinə həlledici zərbə vurdu.
Murtuza Muxtarov
Murtuza Muxtarov (1855, Əmircan, Bakı qəzası – aprel 1920, Səadət Sarayı, Bakı) — multi-milyonçu, neft sahibkarı, messenat. Bakı real məktəbinin, Temirxan-Şuranın qadın gimnaziyasının hamisi; Şimali Qafqaz xalqları arasında savadın və texniki biliklərin yayılması cəmiyyətinin, həmçinin Peterburq müsəlman xeyriyyə cəmiyyətinin fəxri üzvü; Ali və orta ixtisas məktəblərinin tələbələri üçün 40 təqaüdün təsisçisi. Murtuza Muxtarov 1857-ci ildə Bakının Əmircan kəndində arabaçı ailəsində anadan olmuşdur. O, təkcə ibtidai mollaxanada təhsil almışdır. Uşaqlıqdan qardaşı Bala Əhmədlə birgə araba karvanı ilə müxtəlif yüklər, habelə Bakıdan Tiflisə xam neft daşıyırdı. Hacı Zeynalabdin Tağıyev, Şəmsi Əsədullayev, Musa Nağıyevdən sonra milli Azərbəycan burjuaziyasının və neft sənayesinin görkəmli nümayəndəsi Murtuza Muxtarovdur. Muxtarovun adı daha çox Bakıda neft çıxarılma texnologiyasının inkişafı ilə bağlıdır. Ali texniki təhsili olmasa da, neft maqnatları içərisində neft yataqlarının sirrini və qazma işlərini onun kimi dərindən bilən ikinci bir sahibkar çətin ki tapılardı. Murtuza Muxtarov 1874-cü ildə arabasını sataraq Balaxanı Zabrat kəndləri ətrafında salınan qazma kontorunda fəhləliyə başlayır. O, tezliklə buruq ustası olur.
Murtuza Muxtarov məscidi
Murtuza Muxtarov məscidi (Bakı) — Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində (Xilə kəndi), Vaqif küçəsində yerləşir. Muxtarov məscidi (Vladiqafqaz) — Rusiya Federasiyasında, Şimali Osetiya Respublikasının paytaxtı Vladiqafqaz şəhərində, Terek çayının sol sahilində tarixi məscid.
Murtuza Muxtarov məscidi (Bakı)
Murtuza Muxtarov məscidi — Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində (Xilə kəndi), Vaqif küçəsində yerləşir. Tikili neft milyonçusu Murtuza Muxtarovun adı ilə bağlıdır. Məscidin maraqlı tikilmə tarixçəsi var. 1901-ci ildə yerli əhali məscidin tikintisinə başlasa da, sonradan tikintini başa çatdırmaq üçün maliyyə vəsaiti tükənir. Əhali yardım üçün neft milyonçusu Murtuza Muxtarova müraciət edir. Milyonçu məscidin tikilməsi ilə maraqlanır və onun layihəsi üçün memarları dəvət edir. O, bir neçə memarla məsləhətləşdikdən sonra tikintinin başa çatdırılmasının xərcini öz üzərinə götürür. 1908-ci ildə məscid məşhur memar Zivərbəy Əhmədbəyovun layihəsi əsasında inşa edilir.. Belə ki, məscidin memarı Zivər bəy Əhmədbəyov, ustası isə məşhur sənətkar Kərbəlayı Əhməd Səməd oğludur. Məscidin ikinci ustası isə Mirzə Məlik Abbasquludur.
Murtuza Məcdfər
Doktor Murtuza Məcdfər — yazıçı, müəllim, tərcüməçi və jurnalist 1963-cü ildə Təbrizdə dünyaya gəlib. Əsərlərini azərbaycan və fars dillərində yazıb.
Murtuza Məşədi Rza oğlu Məmmədov
Bülbül (tam adı: Murtuza Məşədi Rza oğlu Məmmədov; 22 iyun 1897, Şuşa – 26 sentyabr 1961, Bakı) — Azərbaycan opera müğənnisi (lirik-dramatik tenor), təsnif ifaçısı, musiqi folkloru tədqiqatçısı, Azərbaycan peşəkar vokal sənətinin banisi, professor (1940), SSRİ xalq artisti, "Stalin" mükafatı laureatı. Bülbül 22 iyun 1897-ci ildə Şuşa yaxınlığında, hazırda Xankəndinin cənub ərazisi olan Xanbağı adlanan yerdə anadan olmuşdur. 1907-ci ildə Bülbül Şuşa mollaxanasında musiqi təhsili almağa başlamışdı. 1909-cu ildə Bülbül Gəncəyə köçür. Burada gənc xanəndənin şöhrəti başlayır. 1911-ci ildə onu Tiflisə, ictimai yığıncaqlar keçirilən yay binasında çıxışa dəvət edirlər. Burada o, məşhur gürcü müğənnisi ilə tanış olur. Səhnə fəaliyyətinə 1916-cı ildən başlamışdır. 1920-ci ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının (o zamanlar Birləşmiş Dövlət Teatrı opera truppası) solisti olmuşdur. Fəaliyyətinin ilk illərində Üzeyir Hacıbəyovun "Leyli və Məcnun" (İbn Salam), "Əsli və Kərəm" (Kərəm), Z. Hacıbəyovun "Aşıq Qərib" (Qərib) operasında oynamışdır.
Murtuza Nağıyev
Murtuza Fətulla oğlu Nağıyev (5 may 1908, Sərab, Şərqi Azərbaycan ostanı – 28 yanvar 1975, Bakı) — Azərbaycan alimi, texnika elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvü, Sosialist Əməyi Qəhrəmanı (1969), Azərbaycan SSR əməkdar elm xadimi. 1959–1961-ci illərdə AMEA-nın Neft-Kimya Prosesləri İnstitutunun direktoru, 1965–1975-ci illərdə isə AMEA-nın Kimya Texnologiyasının Nəzəri Problemləri İnstitunun yaradıcısı və direktoru olmuşdur. Murtuza Fətulla oğlu Nağıyev 1919–1921-ci illərdə Aşqabad şəhərində fəhlə, 1922–26-cı illərdə isə indiki Səttarxan zavodunda xarrat vəzifəsində işləmişdir. 1926–29-cu illərdə Azərbaycan Dövlət Universitetinin nəzdindəki fəhlə fakültəsinin tələbəsi olmuşdur. 1932–35-ci illərdə isə Azərbaycan Sənaye İnstitutunda təhsilini davam etdirərək, oranı kimyaçı-texnoloq ixtisası üzrə bitirmişdir. Əmək fəaliyyətinə hələ tələbə olarkən 1932-ci ildə V. Strua adına "Krekinq" zavodunda növbə mühəndisi kimi başlamışdır. 1936–38-ci illərdə həmin zavodda baş mühəndis vəzifəsinə qədər yüksəlmişdir. 1938–40-cı illərdə Azərbaycan Neft Emalı elmi-tədqiqat institutunun "Krekinq" laboratoriyasına rəhbərlik etmişdir. 1940–42-ci illərdə Azərbaycan Sənaye İnstitutunun "Neftzavod mexanikası" kafedrasında dosent vəzifəsində işləmişdir. 1940-cı ildə "Resirkulyasiya ilə krekinqdə benzin çıxımlarının tədqiqi" mövzusunda namizədlik, 1944-cü ildə isə "Texnolologiyanın əsas məsələsi və krekinq prosesinin kinetikası" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir.
Murtuza Paşayi
Murtuza Paşayi (fars. مرتضی پاشایی‎) — İranlı müğənni, bəstəkar və söz yazarı. Paşayi İranın paytaxtı Tehran şəhərində 1984-cü ildə anadan olmuşdur. Qrafik dizayn təhsili aldığı dövrdə uşaqlıq dövründən maraq saldığı musiqi fəaliyyətinə başlamışdır. Musiqi sahəsində ilk addımlarını gitara ilə atmışdır. Murtuza Paşayi yaratdığı musiqi ilə İranda gənc nəslin pərəstiş etdiyi bir şəxsə çevrilməyi bacarır. 2013-cü ildə sağlamlığında aşkarlanan mədə xərçəngi qısa zamanda vəziyyətinin ağırlaşması ilə nəticələndi. Ağır kimyaterapiya kursu qəbul etməsinə baxmayaraq, 2014-cü iln 14 noyabr tarixində Tehran şəhərində müalicə aldığı xəstəxanada 30 yaşında vəfat etmişdir.
Murtuza Qulu Xan Şamlu
Şamlı Mürtəzaqulu xan Həsən xan oğlu (1591 – 1649) — şair, vali, xəttat. Zəfər" təxəllüsü ilə şeirlər yazmış Mürtəzaqulu xan Şamlı təxminən 1591-ci ildə dünyaya gəlmiş, Səfəvi hökmdarlarından Şah Səfi (1629–1642) və II Şah Abbasın (1642–1666) hakimiyyəti dövründə yüksək dövlət vəzifələrində işləmiş, eşikağasıbaşı, divanbəyi, qorçubaşı, Kerman vilayəti valisi, Şeyx Səfiəddin türbəsinin mütəvəllisi olmuşdur. Özünün yazdığı kimi, yüz min beytə yaxın farsca şeirləri olan şair, yaşının ixtiyar çağında, 1669-cu ildə Azərbaycan türkcəsində şeirlərindən ibarət divanını tamamlamışdır. Onun türkcə şeirlərində Ə. Nəvai, Ş. İ. Xətai və M. Füzuli təsiri görünür. Zəfər divanının dibaçəsi, demək olar ki, Nəvai divanı dibaçəsinin əvvəlini təkrar edir. Nəvai dibaçəsində insanı digər məxluqatdan üstün yaradıb ona nitq, şeir yazmaq qabiliyyəti verən yaradana şükürlər oxuyur: "Şükr va sipas ol qodirğa kim, çün adam osoyiş-qohidin vucud oroyişi oqohlariğa cilva berdi. İnsonni soyir maxluqotdin nutq şarafi bila mumtaz qildi. Rübai: Ul kim, çü cahon xilqətin oğoz etti, Süni kilmini naqş pardoz etti. İnson xaylin nutq ila mumtaz etti, Nutq ahlini nazm ila sanafroz etti". Zəfər divanının dibaçəsində bəzi söz və ifadələri dəyişsə də, mətni Azərbaycan türkcəsinə uyğunlaşdırsa da, onun Nəvaidən bəhrələnməsi şübhəsizdir.
Murtuza Qulu Şamlu

Murtuza ağa Bəhmənli
Murtuza xan Mümtazülmülk
Murtuza xan Mümtazülmülk (avqust 1866 və ya avqust 1864, Tehran – XX əsr, Tehran) — Mirzə Cabbar Təzkirəçi (Haci Mirzə Cabbar Nazimülmaham)ın oğlu, Hac Səfərəli Xoyinin nəvəsi və Mirzə Cavad xan Sədəddövlənin qardaşı, İranın 16-cı maarif və elmlər naziri və İran Milli Muzeyinin banısi. Murtuza xan Mümtazülmülk Tehran və Parisdə təhsil almışdır. O Fars, ingilis, fransız və türk dillərini mükəmməl bilirdi. Sipəhsalar, Mirzə Həsən xan Vüsuqəddövlə, Həsən xan Mustoufi əl-Məmalik kabinetlərində elm naziri idi. Xarici İşlər Nazirliyinin tərcüməçisi idi. O həmçinin İranın Amerikada 4-cü siyasi nümayəndəsi idi(1904–1909), 5 il İranın Amerikada vəzir- muxtarı(səfiri) idi. Murtuza xan Mümtazülmülk. "Tərbiyə ya Əla təlim kursu".
Murtuza Əhmədli
Murtuza Qasım oğlu Əhmədli (4 mart 1906 – 20 may 1979) — Kimya elmləri doktoru, professor Murtuza Əhmədli 4 mart 1906-cı ildə Lənkəran şəhərində anadan olmuşdur. 1930-cu ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Pedaqoji fakültəsinin Təbiət şöbəsini bitirmişdir. 1930-cu ildə elmi-pedaqoji fəaliyyətə başlamışdır. 1948-ci ildə doktorluq dissertasiyası müdafiə etmiş və həmin ildə professor elmi adı almışdır. Murtuza Əhmədli 1941-ci ildən 1979-cu ilə qədər Bakı Dövlət Universitetinin Analitik kimya kafedrasının müdiri vəzifəsində çalışmışdır. Qırmızı Əmək Bayrağı ordeni ilə təltif edilmiş, Əməkdar elm xadimi fəxri adına layiq görülmüşdür. Elmi fəaliyyəti əsasən üzvi reaktivlərin kimyada tətbiqi ilə əlaqədardır. Azərbaycanda fotometrik analiz mete əsasını qoymuş və inkişaf etdirmişdir. Yeni üzvi reaktivlər sintez etmiş, onları qeyri-üzvi maddələrin təyinində tətbiq etmiş, məlum reaktivlərin imkanlarının artırılması sahəsində mühüm tədqiqatlar aparmışdır Murtuza Əhmədli kompleks əmələgəlmə reaksiyalarını təkmilləşdirərək, mürəkkəb tərkibli sistemlərdən istifadə zamanı, fotometrik təyinatlarda, həssaslıq və s. kimi analitik göstəricilərin əhəmiyyətli dərəcədə yüksəldiyini müəyyənləşdirir.
Murtuza Əsədi
Murtuza Əsədi (29 fevral 1979, Ərdəbil) — Azərbaycan əsilli İran futbolçusu, mudafiəçi. Əsədi 2010-cu ildən Təbrizin Traktor Sazi klubuna qoşulmuşdur. O Traktor Sazi klubuna gələndən öncə Səba Batri klubunda oynamışdır. Murtuza Əsədi Traktor Sazi klubunun heyətində futbol üzrə İran çempionatının yüksək liqasında 2011/2011 mövsümündə ən güclü müdafiə xəttinin formalaşmasında əsas rol oynamışdır. O həm də həmin mövsümdə bütün oyunlarda əvəzlənmədən 90 dəqiqə meydanda olan yeganə oyunçu olmuşdur.