Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Cəzirə
Cəzirə, əl-Cəzirə (ərəb. الجزيرة "ada") — Mesopotamiyanın şimal hissəsində İraq, Suriya, Türkiyədə yayla. Bağdaddan Şimalda, Dəclə ilə Fərat çayları arasında olan ərazi. Şimalda və şərqdə Tavr və Zaqros dağları ilə məhdudlaşır, qərbdə və cənub-qərbdə Suriya səhrasının və Ərəbistan yarımadasının platosuna keçir, cənub-şərqdə aşağı, cənub Mesopotamiyadan çıxıntı ilə ayrılır. Cəzirə, şimal-qərbdəki 480 m-cənub-şərqdəki 200 m qədər enən düzənlikdir. Ayrı zirvələr 1463 m çatır –Sincar massivində olan Şelmirav dağı. Cəzirə terrasavari Dəclə və Fərat vadiləri, onların qolları, eləcə də quru çay yataqları ilə kəsişir. Plato qumdaşı, təbaşir və miosen dövründən qalma qatlardan, eləcə də alluvium və bazalt sahələrdən ibarətdir. Şimalda platonun İraq hissəsində, böyük neft yataqları var. Subtropik, yayda çox quru və isti, qışda mülayim rütubətli Aralıq dənizi iqlimi var.
Hafizə
Yaddaş və ya hafizə — informasiyanın toplanması, saxlanması və yenilənməsi üçün beynin funksiyalarından və fəaliyyət növlərindən biri. Bu orqanizmin ətraf mühitə operativ reaksiyası və perspektiv planlaşdırılması üçün lazımdır.
Həlilə
Həlilə və ya Heleyle İranın cənubunda yerləşən Buşehr ostanının kəndlərindəndir ki Buşehr şəhərindən 20 km cənub-qərdə yerləşir. Buşehr atom elektrik stansiyası bu kəndin yaxınlığındadır. 2006-cı ilin siyahıya alınması əsasında bu kənd 1986 nəfər və 468 ailədən ibarət idi.
Hənifə
Hənifə — Azərbaycan Respublikasının Balakən rayonunda kənd. == Tarixi == Hənifə Balakən rayonununda kənddir. Balakən çayının sahilindədir. Oykonim kəndin ilk sakinlərindən olan Hənifə adlı bir şəxsin adı ilə bağlıdır.
Həqiri
Həqiri Təbrizi (XV əsr, Təbriz) — XV-XVI əsr şairidir. == Həyatı == Həyatı, yaradıcılığı, ədəbi irsi haqqında məlumat olduqca azdır. Dünyaya gəlməsi haqqında dəqiq məlumat olmasa da, təqribən 1586-cı ildə qoca yaşlarında Təbrizdə öldürüldüyü qeyd olunur. Azərbaycan dilində ilk dəfə yazılmış "Leyli və Məcnun (Həqiri)" ən məşhur əsəridir. == "Leyli və Məcnun" əsəri == Yeganə əlyazma nüsxəsi İngiltərənin Britaniya muzeyində saxlanılır. AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutunda bu əlyazmanın FS-8/3770 şifrəsi ilə saxlanan fotosurəti var. Bu əlyazma haqqında elm aləminə ilk məlumatı 1888-ci ildə görkəmli ingilis Şərqşünası Ç.Riyo vermişdir. Həqiri əsərin yazılma tarixini maddeyi-tarixlə qeyd etmişdir. Şair bunu əbcəd hesabı ilə aşağıdakı misralarda vermişdir. Verilən bənddən məlum olur ki, şair əsərini hicri tarixi ilə 931-ci ildə, rəcəb ayının adna axşamı günü yazmağa başlayıb.
Nəzirə
Nəzirə — hər hansı bir sənətkarın əsərinin təsiri altında yazılmış əsər. Divan və aşıq ədəbiyyatında nəzirə yazmanın özünün qədim və tarixi ənənəsi vardır. Aşıq yaradıcılığında da hansısa şeirin, bədii nümunənin təsiri altında çoxsaylı şeirlərin yazılma ənənəsi vardır. M.P.Vaqifin “Oynasın” rədifli şeirinin təsiri altında onlarla aşıq şeiri qoşulmuşdur. Qurbani, Abbas Tufarqanlı, Xəstə Qasım, Aşıq Valeh, Aşıq Ələsgər, Hüseyn Bozalqanlı kimi ustad aşıqların şeirlərinə həm aşıq ədəbiyyatının özündə, həm də yazılı ədəbiyyatda çoxsaylı nəzirələrin yazıldığı görünməkdədir.
Həftə
Həftə farsca هـفـت sözündən götürülüb, 7 deməkdir. Həftə 7 gündən ibarətdir: Bazar ertəsi (Birinci gün) Çərşənbə axşamı (İkinci gün) Çərşənbə (Üçüncü gün) Cümə axşamı (Dördüncü gün) Cümə (Beşinci gün) Şənbə (Altıncı gün) Bazar (Yeddinci gün) == Tətbiqi == Qriqorian təqvimi də daxil olmaqla bir çox təqvimlər, o cümlədən xristian vaxt ölçüsünə əsaslanmayanlar, həftəyə yeddi gün daxil edirlər. Həftənin astronomik əsası, ayın yarıya kimi tutulma və ya açılma vaxtına bərabərdir. O, dünyada çox geniş istifadə edilir. Prinsipcə həftəlik təqvimlər astronomik zamanı özünə tabe etdirir. Qədim Misir də on günlük həftədən (dekada) istifadə edirdilər. Mayya mədəniyyətində həftə 13 gündən ibarət idi, onlarda 20 günlük təqvim də var idi.
Həsir
Həsir — qurudulmuş qamış çubuğundan xüsusi şaquli və ya üfüqi dəzgahda toxunulmuş yer döşəməsi. Həsir rütubətin və nəmliyin qarşısının alınması üçün qamışdan, küləşdən və bəzi ağacların liflərindən hazırlanan yer döşəməsidir. Həsir toxuyan insanlar həsirçi, ümumilikdə bu sənət növü isə həsirçilik adlanır. Həsir dünyanın qədim tarixə malik ölkələrində əsas məişət atributlarından və xalq sənəti növlərindən biri hesab olunur. Çin, Yaponiya, Malayziya, Hindistan, Mərakeş, Tunis, İspaniya və Afrikanın cənub hissəsində yerləşən bir sıra ölkələrdə həsir tarixən məişət həyatının ən zəruri məmulatları arasında yer almışdır. Tarixi mənbələrdə Məhəmməd peyğəmbərin yaşadığı evin döşəməsində, İspaniya kralı V Ferdinandın sarayında, Əmir Teymurun alaçığında, Çingiz xanın "Toğakuk" adlı arabasında, Yaponiyada samurayların evlərində, söqunların saraylarında həsirdən istifadə olunduğu bildirilir. == Azərbaycanda həsir == Həsir (həsirçilik) Azərbaycanda da minilliklər əvvəl təşəkkül tapmış xalq sənəti növlərindən biridir. Ümumiyyətlə Azərbaycanda toxuculuq istehsalının kökləri qədim dövrlərə gedib çıxır. Azərbaycanda hələ qədim zamanlardan bəri hörmə sənətinin inkişafı üçün müxtəlif qamış və qarğının fərqli növləri, kətan, gicitkən, çətən və bu məqsədə yararlı bir çox bitkilərdən ibarət zəngin xammal bazası olmuşdur. Eneolit dövründən başlayaraq Azərbaycanda bir çox arxeoloji abidələrdə hörmə həsirlərin izləri və qalıqları aşkar edilmişdir.
Həzrə
Həzrə (Qəbələ) — Azərbaycanın Qəbələ rayonunda kənd. Həzrə (Qusar) — Azərbaycanın Qusar rayonunda kənd.
Səfir
Səfir — xarici dövlətdə və ya beynəlxalq təşkilatda dövlətin yüksək çinli diplomatik nümayəndəsi. Səfirlər dövlət başçısı tərəfindən təyin olunur.
Cəzirə BK
Cəzirə - Qahirə şəhərini təmsil edən Misir basketbol klubu, Misir çempionatında çıxış edir.
Hafizə Əsgərova
Hafizə Əsgərov Hüseyn qızı (d.1950-ci ildə 20 mart Cəbrayıl rayonunun Soltanlı kəndi) coğrafiya elmlər doktoru, Coğrafiya və ÇH fakültəsinin Ümumi coğrafiya kafedrasının dosenti. == Həyatı == Əsgərova Hafizə Hüseyn qızı 1950-ci ildə Cəbrayıl rayonunun Soltanlı kəndində anadan olub. 1967-ci ildə ADPU-nun Coğrafiya fakültəsinə qəbul olmuş, 1971-ci ildə İnstitutu fərqlənmə diplomu ilə bitirmişdir. == Elmi fəaliyyəti == 1971-ci ildən 1979-cu ilə kimi təyinatla Xırdalan şəhərində 2 saylı orta məktəbdə müəllim işləmiş, 1979-cu ildə Pedoqoji Universitetin coğrafiya fakültəsində ümumi coğrafiya kafedrasında baş laborant vəzifəsinə qəbul olunmuşdur. 1992-ci ildən kafedrada müəllim, baş müəllim işləmişdir. 1999-cu ildə AMEA ak H.Əliyev adına Coğrafiya İnstitutunun “Fiziki coğrafiya” şöbəsinin “landşaftşünaslıq” bölməsində “Landşaftların səhralaşmasının fitocoğrafi xüsusiyyətlərinin tədqiqi Kiçik Qafqazın şimal-şərq və Ceyrançöl alçaq dağlığı timsalında” mövzusunda namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə edərək coğrafiya üzrə fəlsəfə doktoru adını almışdır. == Elmi əsərləri == O, bir ixtisasçı kimi səhralaşma sahəsi üzrə 34 məqalə, 4 tezis çap etdirmişdir, 4 tədris proqramı, 2 metodik göstərişin müəllifidir. “Landşaftın geokimyası” kursunun proqramı. Pedaqoji universitet və institutlarda magistr hazırlığı üçün. Bakı, ADPU, 2005, səh 24-28.Landşafşünaslığın əsasları.
Həbibə Allahverdiyeva
Həbibə Rəşad qızı Allahverdiyeva (9 iyun 1981, Külüs, Şahbuz rayonu) — Azərbaycan rəssamı, millət vəkili == Həyatı == Allahverdiyeva Həbibə Rəşad qızı 1981-ci il 9 iyunda Naxçıvan MR Şahbuz rayonun Külüs kəndində anadan olub. 1998–2002-ci illərdə Naxçıvan Dövlət Universiteti İncəsənət fakültəsinin Təsviri incəsənət ixtisasında, 2002–2004-cü illərdə magistr pilləsində təhsil almışdır. 2001–2005-ci illərdə M. T. Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrında kukla rəssamı vəzifəsində çalışmışdır. 2005-ci ildə Naxçıvan Dövlət Universiteti Təsviri incəsənət kafedrasının müəllimi olmuşdur. 2012-ci ildən baş müəlim vəzifəsində çalışır. 2019-cu ildə Təsviri incəsənət kafedrasının müdiri vəzifəsində çalışır. == Fəaliyyəti == 2010-cu ildə Azərbaycan Rəssamlar İttifaqının üzvü olub.2012-ci ildə Vaqif Məmmədovun "Dənizə qar yağırdı" adlı şeirlər kitabına bədii tərtibat vermişdir.2013-cü ildən Azərbaycan Dövlət Rəssamlıq Akademyasının dissertantıdır.25 elmi məqalənin müəllifidir. 2014-cü ildə Naxçıvan Muxtar Respublikası Əməkdar Rəssamı fəxri adına layiq görülmüşdür.2015-ci il V çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisin Deputatıdır.2018-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında Sənətşunaslıq üzrə fəlsəfə doktorluğu üzrə dissertasiyasının müdafiə etmişdir. 2019-cu ildə Təsviri incəsənət ixtisasında, Sənətşünaslıq üzrə fəlsəfə doktoru adını almışdır.2020-ci il VI çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisin Deputatıdır. == Fərdi sərgiləri == 2002-ci ildə may ayında Naxçıvan Dövlət Universitetində sərgi salonunda.2008-ci il 6 mart Naxçıvan Dövlət Universitetində sərgi salonunda Beynəlxalq Qadınlar gününə həsr olunmuş fərdi sərgi.2011-ci il 18 noyabrda Naxçıvan MR B. Kəngərli adına sərgi salonu "Payız düşüncələri" adlı fərdi sərgi.2017-ci il 8 may Naxçıvan Rəssamlar Birliyinin B. Kəngərli adına sərgi salonunda Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş "Rənglərdə zamanın təcəssümü" adlı fərdi sərgi.2017-ci il 20 iyun Bakıda Azərbaycan Rəssamlar İttifaqının V. Səmədova adına sərgi salonunda keçirilən "Nuh yurdunun rəngləri" adlı fərdi sərgi.
Həbibə Qasımova
Həbibə Süleyman qızı Qasımova (d. 24 avqust 1922, Bakı, Azərbaycan SSR - ö. 19 noyabr 2014,Bakı, Azərbaycan) — biologiya elmləri doktoru (1963), professor (1965), Azərbaycan SSR-nin Əməkdar elm xadimi (1980), Torpaq mikrobiologiyası sahəsində ilk azərbaycanlı qadın alim == Həyatı == Həbibə Qasımova 24 avqust 1922-ci ildə Bakı şəhərində anadan olub. 1939-cu ildə orta məktəbi bitirmişdir. 1944-cü ildə Azərbaycan Dövlət Universitetini "Fərqlənmə" diplomu ilə bitirmişdir. Universitetdə oxuduğu müddətdə fakültənin komsomol katibi, partiya bürosu katibi və universitetin komsomol komitəsi katibinə qədər yüksəlmişdir. 1945-1948-ci illərdə Azərbaycan Dövlət Universitetinin aspiranturasında təhsil almış, 1949-cu ildə "Azərbaycanın penisillin əmələgətirən göbələkləri" mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş, biologiya elmləri namizədi alimlik dərəcəsi almışdır. Həbibə Qasımova 1963-cü ildə "Qazıntı üzvi maddələrin torpağın mikroflorasına təsiri" mövzusunda dissertasiya müdafiə edib biologiya elmləri doktoru alimlik dərəcəsi almışdır. 1965-ci ildə professor elmi dərəcəsi almış, 1980-ci ildə Azərbaycan SSR Əməkdar elm xadimi adına layiq görülmüşdür. 1965-ci ildən 1967-ci ilə qədər Azərbaycan Dövlət Universitetinin biologiya fakültəsinin dekanı olmuşdur.
Həbibə Soltanova
Həbibə Soltanova Bayraməli qızı (d. 4 sentyabr 1948-ci ildə Bakının Maştağa qəsəbəsi) — coğrafiya üzrə fəlsəfə doktoru. == Həyatı == Soltanova Həbibə Bayraməli qızı 1948-ci ildə Bakının Maştağa qəsəbəsində doğulmuşdur. 1966-cı ildə orta məktəbi bitirmişdir. 1966-1971-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) geologiya-coğrafiya fakultəsində təhsil almışdır. coğrafiya müəllimi ixtisası üzrə bitirmişdir. == Elmi fəaliyyəti == Əmək fəaliyyətinə Azərbaycan Dövlət Universitetində başlamışdır. 1972-ci ildən BDU-nun «Xarici ölkələrin iqtisadi və siyasi coğrafiyası» kafedrasında(2004-cü ilin iyul ayından «Xarici ölkələrin iqtisadi-siyasi coğrafiyası və turizm» kafedrası adlanır) baş laborant. 1980-ci ildən assistent.1985-ci ildən baş müəllim.1988-ci ildən dosent vəzifələrində çalışmışdır.1996-cı ildən həmin kafedranın müdiridir.Elmi fəaliyyəti əsasən xarici ölkələrin iqtisadi-siyasi coğrafiyası istiqamətində olmuşdur. Respublika, regional və beynəlxalq konfranslarda (Türkiyə Respublikasının Çanaqqala Universiteti-1997-ci il, İran İslam Respublikasının Yəzd şəhəri-2000-ci il) məruzələrlə çıxış etmişdir.
Hədiyə Dəvlətşina
Hədiyə Dəvlətşina (tam adı: Hədiyə Dəvlətşina, başq. Дәүләтшина Һәҙиә Лотфулла ҡыҙы; 5 mart 1905, Samara quberniyası[d] – 5 dekabr 1954, Birsk, Başqırd MSSR) — başqırd şairəsi, yazıçısı və dramaturqu. == Həyatı == Hədiyə Dəvlətşina 5 mart 1905-ci ildə Samara quberniyasının Puqaçov rayonunun Həsənovo kəndində kasıb kəndli ailəsində anadan olmuşdur. 1920-ci ildə Samara quberniyasının Dengizbaevo kəndində müəllim işləmişdir. Elə həmin ildən Samarada Tatar-Başqırd Pedaqoji Kollecində təhsil almağa başlamışdır. 1932-ci ildə redaktorların hazırlığı üzrə Moskva İnstitutunda təhsilini davam etdirmişdir. 1935-1937-ci illərdə Başqırdıstan Dövlət Universitetində oxumuşdur. 1933-cü ildə həyat yoldaşı, yazıçı və sonralar Başqırd Muxtar Sovet Sosialist Respublikasının təhsil komissarı olmuş Qubay Dəvlətşinlə birlikdə BMSSR-in Baymak rayonunda qəzetin redaksiya heyətində çalışmağa başlamışdır. 1937-1942-ci illərdə repressiyaya məruz qalıb həbs olunmuş şəxsin həyat yoldaşı olduğundan sürgün edilmiş və elə dünyasını dəyişənədək Börüdə sürgündə yaşamışdır. == Xatirəsi == Yazıçının xatirəsinə Ufa şəhərində bir bulvara, Baymak rayonunun Urqaza küçəsində bir küçəyə Hədiyə Dəvlətşinanın adı verilmiş və Sibay şəhərində bir abidə ucaldılmışdır.
Həkimə Bülluri
Billuri Hökumə (Həkimə) İbrahim qızı (3 mart 1926, Zəncan – 22 noyabr 2000, Bakı) — Azərbaycan şairi, ədəbiyyatşünas, filolologiya elmləri namizədi (1963), Azərbaycan Respublikasının xalq şairi (1998), Azərbaycan SSR əməkdar incəsənət xadimi (1984). Azərbaycan EA-nın Yaxın və Orta Şərq Xalqları İnstitutunda baş elmi işçi olmuşdur. == Həyatı == Hökumə İbrahim qızı Billuri Zəncan şəhərində anadan olub. Bütün uşaqlar kimi, o da qayğısız, xoşbəxt böyümüşdü. Yeniyetmə yaşına çatanda isə hissləri, duyğuları onun düşüncəsini dəyişər, təfəkküründə haqqa, ədalətə tapınmaq kimi fikirlər oyanardı. Əlbəttə, bunlar hələ tam formalaşmamışdı. 10–15 yaşında qız bilmirdi ki, nə üçün Təbrizdən, Zəncandan qohumları, qonşuları, qardaşları Araz çayının o biri səmtinə can atır, Cənubdan Şimala baş götürüb gedirlər. Hökumə orta məktəbi yüksək qiymətlərlə bitirdiyi üçün ona təklif etdilər ki, elə orada qalıb müəllim işləsin. O bu təklifdən fərəhləndi. İlk gündən etimadı doğrultmağa çalışdı.
Həlimə Abdullayeva
Abdullayeva Həlimə Yusif qızı (1928, Sərdarabad rayonu) — Sosialist Əməyi Qəhrəmanı (1950). 1950-ci ildə Şəmkir rayonunda üzümçülük sahəsində yüksək nailiyyətlər əldə etmişdir. Qırmızı Əmək Bayrağı ordeni ilə təltif olunmuşdur. == Mənbə == Azərbaycan Milli Ensiklopediyası. I cild. Bakı, 2009, səh.39.
Həlimə Nəsirova
Həlimə Nəsirova (21 dekabr 1913, Kokand qəzası[d], Fərqanə vilayəti – 3 yanvar 2003, Daşkənd)—opera müğənnisi, SSRİ xalq artisti. == Həyatı == Həlimə Nəsirova 1925-ci ildə bir qrup özbək tələbəsi Bakı teatr texnikumunda təhsil almaq üçün Azərbaycana göndərilmişdir. Tələbələrdən biri gələcəkdə Özbəkistanın məşhur opera müğənnisi, SSRİ xalq artisti olan Həlimə Nəsirova idi. Dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin Bakıdakı ev-muzeyinin eksponatları arasında özbək milli xalatı — çapan və araxçını Üzeyir bəyə xalq yazıçısı Aybek və xalq artisti Həlimə Nəsirova bağışlamışlar. == Fəaliyyəti == Həlimə Nəsirova yazırdı: "Mən bərəkətli Daşkənddə doğulmuşam, ancaq incəsənət əlifbasını Odlar Yurdunun günəşli paytaxtı — gözəl Bakıda öyrənmişəm".
Həlimə Sultan
Həlimə Validə Sultan (1576, Abxaziya – 1623, Konstantinopol) — I Mustafanın anası. Bəzi qaynaqlarda adı bilinmədiyi üçün Füldânə Sultan olaraq qeyd edilir. Validə sultanlıq dövrü az olmuş, oğlunun ikinci dəfə taxtdan endirilib sürgün edilməsi səbəbi ilə kədərdən vəfat etmişdir. == Həyatı == III Mehmedin hasəki qadınlarından biridir. Oğlu əqli cəhətdən zəif olduğu üçün sarayda önəmli rol oynamışdır. I. Mustafa taxta keçəndə nənəsi Safiyə Sultan hələ də sağ idi. Safiyə Sultan həm əri III. Murad, həm də oğlu III. Mehmed zamanında sarayda çox təsirli olmuş bir Validə Sultan idi. İki nəvəsinin də səltənətini gördü. Osmanlı adətlərinə görə padşahın nənəsi yox, anası Validə Sultan olaraq dövlətin ən qüdrətli qadını olmalı idi. Ancaq Safiyə Sultanın əri və oğlu dönəmində iqtidardakı gücü nəvələrinin dönəmində gəlinlərinin gücünə kölgə salırdı.
Həlimə Xatun
Həlimə Xatun (Osmanlı türkcəsi: حلیمہ خاتون) (XIII əsr – XIII əsr, əl-Cübeyl) — Qayı boyunun başçısı Ərtoğrul Qazinin xanımı və Osmanlı İmperiyasının qurucusu Osman Qazinin anasıdır. == Həyatı == Həlimə Xatun türk nəslindən olub türkmən bir ailəyə mənsub idi. Savcı Bəy (ö. 1287), Gündüz Alp (ö. 1306) və Osman Qazi adlarında üç oğlu vardı. 1281-ci ildə vəfat edən Həlimə Xatunun məzarı Söğütdə əri Ərtoğrul Qazinin türbəsinin yanındadır.
Həlimə Yaqub
Həlimə bin Yaqub (Cavi: حاليمه بنت ياچوب) (23 avqust 1954, Sinqapur) Malay mənşəli Sinqapur siyasətçisi. Həlimə Yaqub, 13 sentyabr 2017-ci il tarixindən Asiya ölkəsi Sinqapurun səkkizinci prezidenti kimi dövlət başçısı vəzifəsinə seçilmişdir. 2001-ci ildən bəri siyasətdə olan Həlimə Yaqub 2013-cü ildən bəri Sinqapurda parlamentin sədri vəzifəsini icra etmişdir. 7 avqust 2017-ci ildə qarşıdakı prezident seçkilərində iştirak etmək üçün vəzifəsindən istefa vermiş, 23 sentyabr 2017-ci il tarixində keçiriləcək seçkilərdəki namizədliyini açıqlamışdır. 2017-ci il prezident seçkiləri namizədləri arasında yeganə müvafiq namizəd olduğu elan edildikdən sonra seçkilərə ehtiyac olmadan 11 sentyabr 2017-ci il tarixində ölkənin yeni prezidenti elan edilmişdir.
Həlimə Əliyeva
Həlimə Əliyeva (1952, Kələki, Ordubad rayonu – 14 iyun 2019, İstanbul) — Azərbaycan Respublikasının ikinci prezidenti Əbülfəz Elçibəyin həyat yoldaşı. == Həyatı == Əbülfəz Elçibəy Həlimə xanımla 1979-cu ildə ailə həyatı qurub. Onların bir qızı, bir oğlu var. Həlimə Əliyeva Elçibəyin prezidentliyi dövründə onun yanında görünmürdü. Səbəb həmin vaxt Həlimə Əliyevanın azyaşlı uşaqlarına baxması ilə bağlı olub. Həlimə Əliyeva 2019-cu il iyunun 14-ü 67 yaşında Türkiyədə vəfat edib. Kələki kəndində dəfn olunub.
Hənifə Abdullayev
Hənifə Məmmədağa oğlu Abdullayev (7 fevral 1923, Lənkəran, Lənkəran qəzası – 14 mart 1991) — Azərbaycan həkimi və səhiyyə təşkilatçısı, tibb elmləri doktoru (1967), professor (1968), Azərbaycan SSR səhiyyə naziri (1970–1979). == Həyatı == Hənifə Məmmədağa oğlu Abdullayev 7 fevral 1923-cü ildə Lənkəran şəhərində anadan olmuşdur. 1942-ci ildə Lənkəran şəhər orta məktəbini bitirmişdir. 1943-cü ildə Bakıya gələrək Azərbaycan Sənaye İnstitutunun Avtomobil yolları fakültəsinə qəbul olunmuş, lakin iki ay sonra təhsilini yarımçıq qoyaraq yenidən Lənkərana qayıtmışdır. Daha sonra Azərbaycan Dövlət Tibb İnstitutunun Sanitariya fakültəsinə qəbul olaraq iki il burada oxumuşdur.1946-cı ildə təhsilini İkinci Moskva Tibb İnstitutunda davam etdirmək üçün Moskvaya gedən Hənifə Abdullayev 1949-cu ildə buranı əla qiymətlərlə bitirərək və SSRİ Səhiyyə Nazirliyinin "Lenin" ordenli Mərkəzi Hemotologiya və Qanköçürmə İnstitutunun Cərrahiyyə Klinikasında ordinator təyin edilmişdir. 1952-ci ildən 1955-ci ilədək aspirantura təhsili almış, əvvəlcə kiçik, sonra isə baş elmi işçi vəzifələrində işləmişdir. Daha sonra Mərkəzi Hematologiya və Qanköçürmə İnstitutunda elm və tədrisin planlaşdırılması şöbəsinin rəhbəri olmuşdur. 1957-ci ildə "Yeni üsulla stabilizatorsuz hazırlanmış qanın klinika şəraitində öyrənilməsi" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir.1967-ci ildə Hənifə Abdullayev Azərbaycanda işləməyə dəvət edilmiş, Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda yenicə təşkil olunmuş Hematologiya və qanköçürmə kafedrası müdiri vəzifəsinə seçilmişdir. Həmin il "Hemofilin klinik müalicəsi" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmiş, bir il sonra, 1968-ci ildə ona Ali Attestasiya Komissiyası tərəfindən professor elmi adı verilmişdir.Hənifə Abdullayev 1970-ci ildə Azərbaycan SSR səhiyyə naziri vəzifəsinə irəli çəkilmiş və bu vəzifədə 1979-cu ilədək çalışmışdır. 1979-cu ildən həyatının sonunadək Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunun Hematologiya kafedrasına rəhbərlik etmişdir.Hənifə Abdullayev 1969-cu ildən Ümumdünya Hemofiliya Assosiasiyasının üzvü olmuş, ABŞ, Almaniya, Türkiyə, İran, Fransa, Çexoslovakiya və başqa ölkələrdə keçirilmiş tibbı konfranslarda hemofiliya və talassemiya məsələlərinə dair elmi mühazirələr oxumuşdur.
Hənifə Məlikova
Hənifə Məlikova-Abayeva (6 may 1856, Nalçik – 1929, Bakı) — Azərbaycanın ilk maarifçi qadınlarından biri. Həsən bəy Zərdabinin həyat yoldaşı. == Həyatı == Hənifə Məlikova 6 may 1856-cı ildə Şimali Qafqazda, Nalçikdə anadan olmuşdur. O,Tiflisdə Müqəddəs Nina qız məktəbində təhsil almışdır. O zaman müsəlman qızların xristian ölkəsində təhsil alması çox nadir hadisə idi. == Hənifə Məlikova-Abayeva Maarifçilik fəaliyyəti == Həsən bəy Zərdabi ilə ailə həyatı quran Hənifə Məlikova Azərbaycan xalqının ilk maarifçi qadınlarından biri olmuşdur. Hənifə xanım 1875–1877-ci illərdə Həsən bəylə birlikdə Əkinçi qəzetinin nəşrində yaxından iştirak edib. O, bu haqda xatirələrində yazırdı: Hənifə Məlikova Həsən bəy Zərdabi ilə Zərdabda yaşadıqları dövrdə, 1881-ci ildən başlayaraq öz evlərində pulsuz məktəb açıb, insanlara elm, savad öyrədib. Məlikovlar həmin vaxtlar yerli din xadimlərinin və o vaxtlar Zərdabda məskunlaşmış ermənilərin əlaltılarının təqib və təzyiqlərinə məruz qalırdılar. Hənifə Məlikova 16 il yoldaşı ilə birlikdə Zərdab kəndində polis nəzarəti altında yaşayıb.
Kefir
Kefir — yüksək kalorili qida məhsuludur. O südün mayalanmasından əldə edilir. Adətən açıq-sarı rəngdə olur. == Xarici keçidlər == Kefir nədir?
Dezire Klari
Bernardin Ojeni Dezire Klari (fr. Désirée Clary; 8 noyabr 1777[…], Marsel – 17 dekabr 1860[…], Stokholm) — Napoleon Bonapartın bir zaman nişanlısı və keçmiş fransız generalı və Bernadotlar sülaləsinın qurucusu, XIV Karlın həyat yoldaşı kimi İsveç və Norveç Kraliçası olmuş fransız qadın idi. O, rəsmi olaraq orada adını Dezideriyaya çevirdi, hansı ki, bir Latın adı idi çevirdi amma özü bu addan istifadə etmədi.
Hyu Hefner
Hyu Hefner (ing. Hugh Hefner; 9 aprel 1926, Çikaqo — 27 sentyabr 2017, Los-Anceles) — amerikalı naşir, "Playboy" jurnalının yaradıcısı və keçmiş şef-redaktoru. == Həyatı == Hyu Hefner 1926-cı il aprelin 9-da Çikaqo şəhərində anadan olub. Atası alman və ingilis, anası isə isveç əsillidir. Hərbi xidmətdən sonra o, Urbana-Şampeyn İllinoys Universitetinin psixologiya fakültəsinə daxil olub. Daha sonra "Esquire" jurnalının reklam şöbəsində işləməyə başlayıb. Pornoqrafiya jurnalı təsis etmək ideyası da məhz bu zaman yaranıb. Hefner ilk dəfə "Playboy" jurnalını öz mətbəxində hazırlayıb. 1953-cü ildən etibarən nəşr olunmağa başlayan jurnalın birinci nəşrində Merilin Monronun çılpaq şəkilləri əks edilmiş və jurnal Hefnerin şəxsi pulu hesabına 50 000 tirajla buraxılmışdı.Az sonra o dünyanın ən çox satılan kişi jurnalına çevrilib. Statistikaya görə, jurnalın ay ərzində 7 milyon nüsxəsi satılır.