Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ənnabə
Ənnabə (ərəb. عنّابة‎ ʿAnnāba; fransız müstəmləkəçiliyi dövründə: Bon) — Əlcəzairin şərqində şəhər. Aralıq dənizinin sahilində yerləşir. Ənnabə vilayətinin inzibati mərkəzidir. 2008-ci ilin məlumatına görə əhalisi 257.359 nəfərdən ibarət olmuşdur. Ənnabə 1200-ci ildə finikiyalılar tərəfindən qoyumuşdur. Bir müddət Roma imperiyasından asılı olmuşdu; şəhər Hippon Regi adlanırdı.
Ənnabə vilayəti
Ənnabə vilayəti (ərəb. ولاية عنّابة‎) — Əlcəzairin 58 vilayətindən biri. İnzibati mərkəzi Ənnabə şəhəridir. Ənnabə vilayətinin ərazisi 1 439 km2-dır. Ənnabə vilayətinə 6 rayon daxilidir. 2008-ci ilə olan məlumatlara əsasən Ənnabə vilayətinin əhalisi 609 499 nəfərdir. Əhalinin mütləqi ərəblərdən ibarətdir.
Hendaye
Hendaye (bask: Hendaia) Fransanın kommunası və eyni zamanda da ən cənub-qərb şəhəridir. O, Atlantik Pireney departamentinin Lapurdi (Labourd) əyalətinin Fransa İparraldasında (Şimali Bask ölkəsi) yerləşir. Qəsəbə Atlantik okeanı sahilində yerləşən məşhur dənizkənarı turizm kurortudur. Hal-hazırda bu ərazi, Atlantik Pireney departamentinin beşinci ən böyük kommunası və eyni zamanda da dördüncü şəhər ərazisidir. 1940-cı ildə Ramon Serrano Suner, Fransisko Franko, Adolf Hitler və İoahim fon Ribbentrop İkinci Dünya müharibəsində İspaniyanın da (Almaniya işğalı altında olan Fransanın müharibəyə qoşulmasından sonra) iştirakını müzakirə etmək üçün Hendaye qatar stansiyasında görüşmüşdürlər, lakin Fransisko Franko ölkəsinin müharibədə iştirakına qarşı çıxmış və beləliklə də danışıqlarda heç bir nəticə əldə edilməmişdir.
Devid Tennant
Devid Tennant (ing. David Tennant, anadan olanda adı — Devid Con Makdonald ing. David John McDonald; 18 aprel 1971, Basgeyt) — Şotland aktyor. Ən çox 2005 və 2010-cu illər arasında Doktor Kim serialında onuncu Doktorun rolunda oynayan aktyor kimi tanınır. == Həyatı == Devid Con Makdonald 1971-ci ilin aprelin 18-də, Şotlandiyanın Vest Lotian dairəsinin Basgeyt şəhərində anadan olub. Atası Aleksander Sendi Makdonald (1937–2016), Şotlandiya Kilsəsinin Baş Assambleyasının vasitəçi olan kəşiş, anası isə Helen Makleon (1940–2007) idi. O, Renfruşir dairəsinin Ralston şəhərində, qardaşı Bler və bacısı Karen ilə böyüyüb. Üç yaşında o Doktor Kim serialı sevdiyinə görə, valideynlərə aktyor olmağa istədiyini deyib. Fəqət, onlar Devidi daha normal bir peşə üçün həvəsləndirməyə çalışırdılar. O, az qala bütün Doktor Kim seriyalarını baxıb və Qlazqoda keçirilən kitab imzalama mərasimdə Tom Beyker ilə danışmışdı.
Coanna Kennan
Coanna Kennan (ing. Joanna Cannan; 1898 və ya 27 may 1896, Oksford – 22 aprel 1961, London) — ingilis ədəbiyyatında uşaqlara yönəlmiş poniyalar və detektiv romanlar haqqında yazan romançı kimi məşhurlaşmışdı. Məhsuldar bir yazıçı ailəsinə mənsub olmuşdu. == Həyatı == Triniti Kollecinin dekanı, Oksford və Oxford University Press nümayəndələrinin katibi Çarlz Kennan'ın kiçik qızı olmuşdu. Coanna Kennan Oksfordda anadan olub böyüyüb, lakin bir çox ailə bayramlarının keçirildiyi və ana irsinin bir hissəsi olan İskoçyanı sevirdi. Atası Şotlandiya tarixində Yakobit qiyamı və Kalloden döyüşü kimi bəzi əhəmiyyətli hadisələrdə iştirak etmişdir. Birinci Dünya Müharibəsi ərəfəsində Oksforddakı dostu Karola Oman kimi uşaq yazıçısı olmaq üçün tibb bacısı oldu. Oksfordda tibb bacısı işləyərkən 1918-ci ildə evləndiyi gələcək əri Kapitan Harold C. Keppi " Pulleyn Tompson ilə tanış oldu. Evləndikdən sonra Coanna Kennan Pulleyn Tompson oldu, ancaq Coanna Kennan olaraq nəşr etməyə davam etdi. Əri müharibə zamanı ağır yaralandı və ölənə qədər hər il kitab istehsal edərək ailəsinin əsas dolanışığını təmin edirdi.
Corc Kennan
Corc Kennan (ing. George Kennan; 16 fevral 1845 – 10 may 1924[…]) — ABŞ yazıçısı, jurnalisti, səyyahı. == Həyatı == Corc Kennan 16 fevral 1845-ci ildə anadan olmuşdu.12 yaşında məktəbi atıb çalışmağa başlamışdı. Corc Kennan XIX əsrin 60-cı illərinin sonlarında Rusiya və Qafqaza səfər edib. Kennan bu bölgənin etnoqrafiyası, məişəti, adət-ənənələri ilə maraqlanıb. Jurnalist Qafqaza səfəri çərçivəsində də zəncinin şəklini çəkib. Onu da qeyd edək ki, fotonu hansı şəraitdə çəkməsi haqda hansısa informasiya yoxdur. Corc Kennan 10 may 1924-cü ildə vəfat edib. == Əsərləri == Kennan G. Tent life in Siberia, and adventures among the Koraks and other tribes in Kamtchatka and Northern Asia. – N. Y., G. P. Putnam & sons; L., S. Low, son & Marston, 1870.
Hernan Kortes
Fernando Kortes Monroy Pisarro Altamirano (isp. Fernando Cortés Monroy Pizarro Altamirano; 1485[…] – 2 dekabr 1547) — daha çox Fernan, Fernando, Ernando və ya Ernan Kortes kimi tanınan ispan konkistadoru. Meksikanı ələ keçirərək burada mövcud olan astek dövlətini məhv etməsi ilə məşhurluq qazanmışdır. Bu xidmətlərinə görə İspaniya kralı V Karl ona Oaxaka vadisinin markizi (Marqués del Valle de Oaxaca) titulunu vermişdir. Həyatı haqqında çox az məlumat qorunub saxlandığı üçün tarixçilər onun şəxsiyyətini dəyərləndirməkdə çətinlik çəkirlər.
Ennan Alimov
Ennan Alimov (1912 – 1941) — krım tatar yazıçısı və rəssamı. == Həyatı == Ennan Memut oğlu Alimov 1912-ci ildə Köprülüköy kəndində anadan olub. 9 illik kənd məktəbini bitirdikdən sonra tütün fabrikində işləyib. 1933-cü ildə N.Samokişinin sənət studiyasına daxil olaraq 1936-cı ildə buranı bitirib. 1937-ci ildən studiya Krım Sənət Məktəbinə çevrilir və 16 iyul 1938-ci ildən etibarən 1941-ci ilin sentyabrına qədər Ennan Alimov buranın direktoru olur. İkinci Dünya Müharibəsi başladıqdan sonra cəbhəyə gedir. 1941-ci ildə baş leytenant rütbəsində Donbasda gedən döyüşlərdə dünyasını dəyişib. Ennan Alimovun rəsmləri dövrümüzə qədər gəlib çatmayıb. "Baqıdjı kıızlar" ("Üzümçü qızlar"), "Ormanda tan" ("Meşədə şəfəq"), "Kaytarma oynaqan kıız" ("Haytarma oynayan qız") rəsmlərinin reproduksiyaları 1933-1936-cı illərdə "Yaş kuvet" ("Cavan güc") və "Komsomolskaya pravda" qəzetlərində yayımlanıb. 1936-1941-ci illərdə onun "Doğma kəndim", "Qurqur qanad çalır", və "Balıqçılar" adlı hekayələri işıq üzü görüb.
Con Ferquson Mak-Lennan
Con Ferquson Mak-Lennan(14 oktyabr 1827–16 iyun 1881) — İngilis etnoloqu. == Həyatı == Təkamül məktəbinin önündə ingilis təkmülçüləri gedirdi. Onların arasında ixtisasca hüquqşünas olan C.F.Mak-Lennan (1827–1881) 1865-ci ildə "İbtidai nikah" adlı kitabını nəşr etdirmişdi. O, bu kitabda bəşər tarixinin bütün dövrlərində nikahın və ailənin formalarını tədqiq edir, geridə qalmış xalqlarda ailə-nikah adətlərini təkamülçülük ideyası zəminində izah etməyə çalışırdı. O, qızların qaçırılması yolu ilə yaranan nikah formasına, eqzoqamiya, poliandriya, qohumluğun ana xətti ilə hesablanması kimi ilkin adətlərə materialistcəsinə yanaşırdı. O, hesab edirdi ki, nəsildə yeni doğulan qız uşaqları, əməyi az məhsuldar olduğuna görə öldürülürdülər. Bu səbəbdən də nəsil daxilində nikah əlaqəsinə girmək üçün qadın çatışmır və bir neçə kişi bir qadınla nikahda olmaq məcburiyyətində qalırdı. Bu poliandriya adlanırdı ki, Mak-Lenan onun iki tipini müəyyənləşdirmişdi: nairi tipinə görə ərlər bir-birinə qohum deyil, tibet tipinə görə isə ərlər hətta doğma qardaş idilər. Poliandriya şəraitində nəsil ana xətti ilə hesablanırdı. Çünki, qadının bir neçə əri olduğundan, doğulmuş uşağın atasının kimliyinin müəyyən edilməsi çətinlik törədirdi.