XIMIR-XIMIR
XINALAMAQ
OBASTAN VİKİ
Xına
Xına (lat. Lawsonia inermis) – lawsonia cinsinə aid bitki növü. Xına – ilk dəfə Şimali Afrikada becərilməyə başlanan xına daha sonra şərqdə Hindistana ordan isə Avropaya gətirilmişdir. Xınadan uzun müddət bəzək vastəsi kimi istifadə olunub və bu gündə istifadə olunur lakin araşdırmalar göstərir ki, xına bəzək vasitəsi olmaqla yanaşı həm də insan sağlamlığında böyük əhəmiyyətə malikdir. Misir heroqliflərinə nəzər saldığımız zaman hələ qədim Misirdə xınadan müalicə vəsitəsi kimi istifadə olunduğunu görərik. Məhəmməd Möminin 1669-cu ildə yarzırdı ki, cüzamın ilk mərhələsində 14 q hənanın süzülmüş həlimini 315 q şəkərlə hər gün qəbul etmək lazımdır. Əgər bu müalicə bir ay davam edirsə, bu cüzamın şiddətlənməsinin qarşısını alar. Həna həlmindən sarılıqda, ələş xəstəliyində, böyrəkdə və sidik kisəsində daş olarkən, sidik çətin gəldikdə istifadə etmək lazımdır. O, hamilə qadınlarda uşaq salmaq qabiliyyətinə malikdir. Mütəmadi 9 q quru həna qəbul edilərsə, koliti müalicə edər.
Xına gecəsi
Xınayaxdı mərasimi, Xına gecəsi və ya Xına - Hindistan, Malayziya, Azərbaycan, İran və Türkiyənin toy adətlərindəndir. Xınayaxdı mərasimi əsrlər boyu Azərbaycanın müxtəlif tarixi bölgələrində inkişaf edərək vahid və zəngin bir adət sisteminə çevrilmişdir.Adətimizdə qız bəyənmə,elçilik,nişanlılıq dövrü,qız toyu,xınayaxdı və nəhayət gəlin köçmə kimi adətlər mövcuddur.Bu adətlərimizi xalqımız dünyanın harasında yaşayırlarsa yaşasınlar həyata keçirirlər. Çox köhnə bir adət olan şam yandırmaq, xına gecəsinin də imtina edilməz adətlərindəndir. Xına hazırlandıqdan sonra ovuc içərisinə qoyulur, şam yandırılır.Gəlinin ətrafında dövrə vuraraq mahnılar oxunur.Bu adət uzun illər boyu davam etməkdədir. Şamın aksessuarları dəyişsə də istifadə qaydası dəyişməmişdir. Xına şamı ilə xına gülü gözəl bir görünüş ortaya çıxarar. Xına gecələri üçün istifadə edilən xına şamını, istəsəniz evinizdə bəzək olaraq da istifadə edə bilərsiniz. Dekorasiya olaraq evinizin hər hansı bir yerində istifadə edilən xına şamları rəng və diqqət çəkən xoş dizaynı ilə gözəl bir görünüş yaradacaqdır.
"Xınalıq" Dövlət tarix-memarlıq və etnoqrafiya qoruğu
Xınalıq Dövlət tarix-memarlıq və etnoqrafiya qoruğu — Azərbaycanda qoruq. == Yaranma səbəbi == Qədim tarixə malik, dəniz səviyyəsindən 2300 metr yüksəklikdə yerləşən Xınalıq kəndi özünəməxsus coğrafi mövqeyə və unikal memarlıq görkəminə malikdir. Burada orta əsrlərə aid Atəşpərəst məbədi, Xıdır Nəbi türbəsi, Şeyx Şalbuz, Əbu Müslim məscidləri, mağaralar və çox sayda öyrənilməmiş arxeoloji abidələr mövcuddur. Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasının Quba rayonunun Xınalıq kəndinin tarixi ərazisinin Azərbaycan Respublikasının "Xınalıq" Dövlət tarix-memarlıq və etnoqrafiya qoruğu və Ağstafa rayonunun ərazisində Keşikçidağ silsiləsinin bir hissəsini əhatə edən mağaralar kompleksinin Azərbaycan Respublikasının "Keşikçidağ" Dövlət tarix-mədəniyyət qoruğu elan edilməsi haqqında" 2007-ci il 19 dekabr tarixli 2563 nömrəli Sərəncamı ilə yaradılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 19 sentyabr tarixli 220 nömrəli qərarı ilə "Azərbaycan Respublikasının "Xınalıq" Dövlət tarix-memarlıq və etnoqrafiya qoruğunun Əsasnaməsi" təsdiq edilmişdir. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən "Xınalıq" Dövlət tarix-memarlıq və etnoqrafiya qoruğunun özünəməxsusluğunun qorunub saxlanılması üçün qoruq ərazisində yerləşən tarix və mədəniyyət abidələrinin qorunması və istifadəsi ilə bağlı təxirəsalınmaz tədbirlər həyata keçirilmiş, komissiyalar yaradılmış, müvafiq işlər aparılmışdır. Eyni zamanda qoruğun 2010–2015-ci illər üzrə Dövlət İnkişaf Proqramının layihəsi işlənmişdir. Hazırda qoruğun direktoru Həsən Ağayevdir. == Tədqiqatlar == Qoruğun Cek kəndinə aid ərazisində 2011-ci ildə aparılan tədqiqatlar nəticəsində qədim yaşayış məntəqəsi və 1 ədəd kurqan aşkarlanıb. Həmin tapıntıların tunc dövrünə — e.ə.
Həkim ibn İbrahim ibn Həkim əl-Xınalıqi Dərbəndi
İbn-Həkim Əl-Xinaluqi və ya Həkim ibn İbrahim ibn Həkim əl-Xınalıqi Dərbəndi — XII əsrin ən məşhur xınalıqlı tanınmış müsəlman qanunşünası, hüquqşünası, müəllimi və alimi; şafi məzhəbinə mənsub fəqih idi. Əslən indiki Quba rayonunun Xınalıq kəndindən olan alim fəziləti, abidliyi, salehliyi və nəcibliyi ilə tanınmışdı. Xınalıqlıların və bütün şahdağlıların fəxr etdiyi İbn-Həkim Əl-Xinaluqi XI əsrdə Bağdadda Nizamiyyə mədrəsəsində təhsil almış, Əbu Hamid Qəzzalinin tələbəsi olmuş, İmam Müvəffəq ibn Əbdülkərim əl-Hərəvidən də dərs almışdır. Bir çox hədisçidən hədis dinləmiş, dinlədiyi hədisləri qeyd etmişdi. Uzun müddət Buxarada yaşayıb yaratmış hüquq və fəlsəfə elmlərinin bilicisi olmuşdur. Böyük Şərq alimlərindən (X. Təbrizi, əl-Qəzali və b.) dərs almış, hüquq, hədis, dini və dünyəvi mədəniyyət bilicisi kimi şöhrət qazanmışdı. Buxarada müəllim işləmiş və yüzlərlə gəncin elmi, fikri oyanışında misilsiz rol oynamışdır. Quba qəzasının əhatəsindəki üç qədim yaşayış bölgəsinin (Qrız, Xınalıq, Dərbənd) adını təxəllüsündə birləşdirən Qubalı alimin yaradıcılığı Cənubi Dağıstan və Şimali Azərbaycanla daha çox bağlı olmuşdur. O, görkəmli alim İbrahim Qrızinin oğludur. 1144-cü ildə vəfat etmişdir.
Mahmud Xınaluqi
Mahmud Xınaluqi (XIV əsr) — Xınalıqlı alim, tarixçi == Həyatı == XIV əsrin sonlarında dünyaya göz açmış Mahmud Xınaluqinin son illərə qədər ev kitabxanası və kitabları haqqında da heç bir məlumat yox idi. Hələlik keçdiyi həyat yolu, bir kitabının əlyazma nüsxəsinin sığınacaq tapdığı (dustaq olduğu) mənbə, onun tədqiqatçısı və nəşr yeri məlumdur. Bu kitabın adı "XIV-XV əsrlərdə Dağıstan və Şirvan hadisələri"dir. Dövrün siyasi, sosial-iqtisadi və diplomatiya tarixini əks etdirən bu əsər XV əsr Azərbaycan tarixinin və kitab xəzinələrinin nadir incilərindəndir. O, oxuna-oxuna, əldən-ələ keçə-keçə Qaytaq usmiliyinin (iri feodal hökmdarlığı) əlyazmaları, sənədləri ilə birlikdə Dərbənddə qıfıllanmış sandıqda saxlanılmasaydı, bu gün ondan söz açmaq xeyli çətin olardı. A.P. Berje Dağıstanın bir sıra yaşayış məntəqələrini (Dərbənd, Teymurxanşura, Xunzax, Qunib, Kumuk və s.) gəzib (1860) şəxsi kitabxanalardan, idarə və müəssisə arxivlərindən əldə etdiyi ərəbcə, farsca, azərbaycanca-türkcə çoxsaylı əlyazmalar haqqında 1862-ci ildə "Kavkaz" qəzetinin yanvar saylarında "Kratkiy oçerk puteşestviye po Daqestanu" sərlövhəsi ilə silsilə yazı çap etdirmişdi. Səfər zamanı onun topladığı orijinal və tərcümə mətnləri içəirsində M. Xınaluqinin 1456-cı ildə üzü köçürülmüş kitabı da olmuşdur. Nədənsə bu maraqlı məlumat XX əsrin sonuna qədər alimlərimizin, kitab və mətbuat tədqiqatçılarının diqqətindən yayınmışdır. Burada daha bir maraqlı məlumatın da üzərində dayanmaq lazım gəlir. 1868-ci ildə Tiflisdə parlaq ağ kağızda və tünd şabalıdı dəri cilddə, ağırlığı təqribən 10 kq olan Qafqaz Arxeoqrafiya Komissiyası Aktlarının (QAKA, rus.
Quba-Xınalıq yolu
Quba–Xınalıq yolu — Azərbaycan Respublikasının Quba rayonunda Quba şəhərindən Xınalıq kəndinə gedən yol. Bu yol Azərbaycanın əsas turizm marşrutlarından biridir. Ucqar dağ kəndi olan Xınalığa gediş-gəliş tarixən at arabaları vasitəsilə olmuşdur. Xınalığa ilk avtomobil yolu 1968-1969-cu illərdə çəkilmişdir. Həmin yolun uzunluğu 70 km idi. Sərt hava şəraiti səbəbindən qış aylarında yol bağlı olurdu və əhali piyada hərəkət etmək məcburiyyətində qalırdı. Yol açıq olduqda isə avtonəqliyyat vasitəsi kimi yalnız yük avtomobillərindən – "QAZ-66", "Kamaz", "Zil", "Ural" və s., minik avtomobillərindən isə "Niva" əhalinin köməyinə çatırdı. 1988-1989-cu illərdə yolun istiqamətini dəyişərək Qudyalçay boyunca çəkmişlər. Bu yol da qışda çox vaxt bağlı olurdu. Nəhayət, 2006-cı ildə həmin istiqamətdə ölkə Prezidenti İlham Əliyevin göstərişi ilə Xınalığa Qubadan 57 km uzunluğunda asfalt yol çəkilərək istismara verilmişdir.
Quba–Xınalıq yolu
Quba–Xınalıq yolu — Azərbaycan Respublikasının Quba rayonunda Quba şəhərindən Xınalıq kəndinə gedən yol. Bu yol Azərbaycanın əsas turizm marşrutlarından biridir. Ucqar dağ kəndi olan Xınalığa gediş-gəliş tarixən at arabaları vasitəsilə olmuşdur. Xınalığa ilk avtomobil yolu 1968-1969-cu illərdə çəkilmişdir. Həmin yolun uzunluğu 70 km idi. Sərt hava şəraiti səbəbindən qış aylarında yol bağlı olurdu və əhali piyada hərəkət etmək məcburiyyətində qalırdı. Yol açıq olduqda isə avtonəqliyyat vasitəsi kimi yalnız yük avtomobillərindən – "QAZ-66", "Kamaz", "Zil", "Ural" və s., minik avtomobillərindən isə "Niva" əhalinin köməyinə çatırdı. 1988-1989-cu illərdə yolun istiqamətini dəyişərək Qudyalçay boyunca çəkmişlər. Bu yol da qışda çox vaxt bağlı olurdu. Nəhayət, 2006-cı ildə həmin istiqamətdə ölkə Prezidenti İlham Əliyevin göstərişi ilə Xınalığa Qubadan 57 km uzunluğunda asfalt yol çəkilərək istismara verilmişdir.
Xınagülü
Xınagülü (lat. Impatiens) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin balzaminkimilər fəsiləsinə aid bitki cinsi. Birillik otdur. Yarpaqları növbəli düzülür. Çiçəkyanlığı ikiqat, kasacığı mahmızvari ləçəkdir. Meyvəsi şirəli qutucuqdur; toxunduqda partlayır və toxumlar kənara səpələnir. Tropik Asiya, Afrika, Avropa və Amerikada 400-dək (başqa məlumata görə 700-dək), keçmiş SSRİ-də 8, o cümlədən Azərbaycanda 2 növü var. Dekorativ bitkidir. Yarpaq və çiçəyi yun boyamaqda (qırmızı və sarı) işlədilir. Xalq təbabətində istifadə olunur.
Xınalı
Xınalı — Azərbaycan Respublikasının Goranboy rayonunun Xınalı kənd inzibati ərazi dairəsində kənd. Xınalı kəndi Gəncə-Qazax düzənliyindədir. Yaşayış məntəqəsini vaxtilə indiki Tovuz r-nundakı Zəyəm çayı boyunca yerləşən Xınna dərəsi adlı ərazidəki kəndlərdən köçüb gəlmiş ailələr saldığına görə belə adlandırılmışdır. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 931 nəfər əhali yaşayır. Seymur Aydın oğlu Musayev — Ürək-damar cərrahı, tibb elmləri namizədi.
Xınalı bələdiyyəsi
Goranboy bələdiyyələri — Goranboy rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Xınalı kəklik
Xınalı kəklik (lat. Alectoris chukar) — Qırqovullar fəsiləsinin dağ kəkliyi cinsinə aid quş növü. Ölçüsü qarğadan biraz daha böyükdür. Bədən uzunluğu 35 sm, kütləsi 350-dən 800 q-dır, qanad açıqlığı 47-52 sm-dir. Boz rəngdədir. Alnından və boyunun ön ətrafından qara zolaq keçir. Dişilər kiçik ölçülərinə görə erkəklərdən fərqlənir. Qərbdə Balkan yarımadasından şərqdə Çinin Himalay dağlarına qədər ərazidə yayılmışdır. Uğurlu şəkildə Nevada və Nyu-Meksiko ştatları ərazisinə uyğunlaşmışdır. Üstəlik Yenizelandiya, Havay adaları və Cənubi Afrikaya köçürülmüşdür.
Xınalıada
Kınalıada (türk. Kınalıada; yun. Αντιγόνη) və ya Antigoni — Mərmərə dənizində, İstanbul yaxınlığında yerləşən ada. Şahzadə adaları qrupuna daxildir. Əhalisi 3318 nəfər təşkil edir (2000). Ada Mərmərə dənizində yerləşmiş olub Şəhdazə adalarının bir hissəsidir. İstanbul şəhərinə ən yaxın adadır. İstanbulda yerləşən liman arasında məsafə 6,5 km təşkil edir. İstanbulun Anadolu hissəsinə olan məsafə isə 3,5 km-dir. Adanın torpaq örtüyü qlrmızımtıl rəngə çalması vaxtı ilə onun ərazisindən dəmir və mis çıxarılması ilə əlaqədar olmuşdur.
Xınalıq
Xınalıq və ya yerli dildə: Kətiş — Azərbaycan Respublikasının Quba rayonunun eyni adlı inzibati ərazi vahidində kənd və həmin ərazi vahidinin mərkəzi. Qafqaz Albaniyasının qədim tayfalarından, Şahdağ xalqlarının nümayəndələrindən biri olan xınalıqlıların tarixi və mərkəzi məskəni. Quba xanlığı dövründə Xınalıq mahalının, SSRİ dövründə Xınalıq kənd sovetliyinin, hazırda Xınalıq bələdiyyəsinin mərkəzi (1999-cu ildən). Dünyanın ən yüksək yaşayış məntəqələrindən biri (dəniz səviyyəsindən 2180 metr yüksəklikdə. 5000 illik tarixə malik olan Xınalıq fenomeni təkcə Azərbaycan tarixində deyil, həm də bəşər tarixində ən zəngin etnoqrafik dəyərlərdən biri, əfsanəvi yaşayış məntəqəsidir. 2023-cü ildə xınalıqlıların mədəni mühiti və köç yolu UNESCO Dünya irsi olaraq qeydiyyata alınmışdır. Böyük Qafqaz dağları silsiləsinin Şahdağının yaxınlığında dağlar ilə əhatə olunmuş bir ərazidə, Baş Qafqaz və Yan silsilələri arasındakı çökəklikdə olan Xınalıq kəndi, Quba şəhərindən 57 km cənub-qərbdə, Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərindən isə 225 km məsafədə, 41°10′41″ şimal enində və 48°07′36″ şərq uzunluğunda yerləşir. 8 avqust 1930-cu ildən Qonaqkənd rayonunun tərkibində olmuş Xınalıq kəndi 4 dekabr 1959-cu ildən Quba rayonunun ərazisinə keçirilmişdir. İnzibati-ərazi bölgüsünə görə SSRİ dövründə Qalayxudat kəndi ilə birlikdə Xınalıq kənd sovetliyinin tərkibində olan Xınalıq kəndi həmin kənd sovetliyinin mərkəzi olmuşdur. Hazırda kənd Xınalıq bələdiyyəsinin ərazisindədir.
Xınalıq (dəqiqləşdirmə)
Xınalıq — Azərbaycanın Quba rayonunda kənd. Xınalıq dili — Xınalıqlılar danışdığı dil. Xınalıqlılar — Azərbaycanın milli etnik nümayəndələri. Xınalıq — Azərbaycanın Quba rayonunda dağ. Xınalıq — qəzet.
Xınalıq Dövlət tarix-memarlıq və etnoqrafiya qoruğu
Xınalıq Dövlət tarix-memarlıq və etnoqrafiya qoruğu — Azərbaycanda qoruq. Qədim tarixə malik, dəniz səviyyəsindən 2300 metr yüksəklikdə yerləşən Xınalıq kəndi özünəməxsus coğrafi mövqeyə və unikal memarlıq görkəminə malikdir. Burada orta əsrlərə aid Atəşpərəst məbədi, Xıdır Nəbi türbəsi, Şeyx Şalbuz, Əbu Müslim məscidləri, mağaralar və çox sayda öyrənilməmiş arxeoloji abidələr mövcuddur. Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasının Quba rayonunun Xınalıq kəndinin tarixi ərazisinin Azərbaycan Respublikasının "Xınalıq" Dövlət tarix-memarlıq və etnoqrafiya qoruğu və Ağstafa rayonunun ərazisində Keşikçidağ silsiləsinin bir hissəsini əhatə edən mağaralar kompleksinin Azərbaycan Respublikasının "Keşikçidağ" Dövlət tarix-mədəniyyət qoruğu elan edilməsi haqqında" 2007-ci il 19 dekabr tarixli 2563 nömrəli Sərəncamı ilə yaradılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 19 sentyabr tarixli 220 nömrəli qərarı ilə "Azərbaycan Respublikasının "Xınalıq" Dövlət tarix-memarlıq və etnoqrafiya qoruğunun Əsasnaməsi" təsdiq edilmişdir. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən "Xınalıq" Dövlət tarix-memarlıq və etnoqrafiya qoruğunun özünəməxsusluğunun qorunub saxlanılması üçün qoruq ərazisində yerləşən tarix və mədəniyyət abidələrinin qorunması və istifadəsi ilə bağlı təxirəsalınmaz tədbirlər həyata keçirilmiş, komissiyalar yaradılmış, müvafiq işlər aparılmışdır. Eyni zamanda qoruğun 2010–2015-ci illər üzrə Dövlət İnkişaf Proqramının layihəsi işlənmişdir. Hazırda qoruğun direktoru Həsən Ağayevdir. Qoruğun Cek kəndinə aid ərazisində 2011-ci ildə aparılan tədqiqatlar nəticəsində qədim yaşayış məntəqəsi və 1 ədəd kurqan aşkarlanıb. Həmin tapıntıların tunc dövrünə — e.ə.
Xınalıq Etüdləri (1974)
Film Quba rayonunun dağlıq hissəsində yerləşən nadir Xınalıq kəndi və onun sakinləri haqqındadır.
Xınalıq Etüdləri (film, 1974)
Film Quba rayonunun dağlıq hissəsində yerləşən nadir Xınalıq kəndi və onun sakinləri haqqındadır.
Xınalıq bələdiyyəsi
Quba bələdiyyələri — Quba rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Xınalıq dağı
Xınalıq dağı — Azərbaycan Respublikasının Quba rayonunda, Baş Qafqaz silsiləsində dağ. Baş Qafqaz silsiləsindən şimal istiqamətində ayrılan qolun zirvəsidir. Qudyal çayı və onun sağ qolu Ağçayın mənbə hissəsi buradadır. Hündürlüyü 3730 metrdir. Yura dövrünün gilli şistləri və qumdaşılarından təşkil olunmuşdur. Dağ adını ərazidəki eyniadlı yaşayış məntəqəsindən - Xınalıq kəndindən almışdır.
Xınalıq dili
Xınalıq dili (xın. kətşi mi) — Xınalıqlıların danışdığı dil. Rəvayətlərə görə xınalıqlılar Nuh peyğəmbərin danışdığı dildə danışırlar. Xınalıqlılar özləri də bunu inkar etmir. Əslində Xınalıq dili haqqında olan dastan və ya miflər bizə heç də yanlış informasiya vermir. Bir neçə alim-dilşünas Xınalıq dilinin tədqiqi ilə məşğul olmuşdur. Xınalıq dili haqqında bir neçə elmi kitab nəşr olunub. Xınalıq dilinin hansı dil qrupuna aid edilməsi barəsində illər boyu mübahisələr gedib. Xınalıq dilinin ən təqdirəlayiq tədqiqatçısı Yunus Deşeriyev sayılır. O 1950-54 illərinin yay aylarında Xınalıqda böyük tədqiqatlar keçirib və 1959-cu ildə "Xınalıq dilinin qrammatikası" kitabını dərc edib.
Xınalıq haqqında filmlər
Xınalıq kurqanları
Xınalıq kurqanları — Xınalıq Dövlət tarix-memarlıq və etnoqrafiya qoruğunun Xınalıq kəndinə aid ərazisində aşkarlanmış kurqanlar. Xınalıq kurqanları 2011-ci ilin iyul ayında Xınalıq Dövlət tarix-memarlıq və etnoqrafiya qoruğunun Xınalıq kəndinə aid ərazisində aşkarlanmışdır. Burada aşkarlanan iri kurqanların sayı 5 ədəddir. Bu iri kurqanların e.ə. III-II minilliklərə aid olması ehtimal edilir. Bu məqsədlə Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və etnoqrafiya institutunun əməkdaşı Qəhrəman Ağayev və institutun digər əməkdaşları Xınalıq kəndinə ezam olunub və əraziyə baxış keçiriblər. "Kurqanların qədim Tunc dövrünə, e.ə. III-II minilliklərə aid olması ehtimal edilir. Kurqanlardan birini sel suları yuduğundan onun üst hissəsi dağılıb" deyə Qəhrəman Ağayev bildirmişdir. Onun sözlərinə görə, kurqanların tədqiqindən sonra Xınalıq kəndilə bağlı bəzi mübahisəli məsələlərə aydınlıq gətirilə bilər.
Əmin Xınalıqlı
Əmin Xınalıqlı — XVIII-XIX əsrlərdə yaşamış Xınalıq əsilli Azərbaycan şairi. Dədə Əmin Xınalıqlı Abbasqulu ağa Bakıxanovun “Gülüstan” ədəbi dərnəyində iştirak etmişdir. Şair qoşma janrında şeirlər yazıb. Şeirlərində zəmanədən şikayət, ədalətsizliyə, varlanmaq ehtirasına qarşı tənqid çox güclüdür. Xınalıqlı Dədə Əmin xalq həyatı ilə sıx bağlı olduğundan şeirlərində ictimai motivlər güclüdür. Onun “Getdi” qoşmasında fəlsəfi düşüncələr fonunda sosial motivləri önə çıxır. Təkəbbür dağların həmrahi olan Vədə tamam oldu, qarıdı getdi, Çəkildi zimistan, yaz bəhərləndi. İsti havasında əridi, getdi. Ustadın dinləyən nəsihət aldı, Heyif, günüm keçdi, ömrüm azaldı, Bülbül qönçə üçün zarıncı qaldı, Bağçalar dolusu bar idi getdi. Haqqın tərəfdarı danışmaz yalan, Eyləməz özgənin malını talan, Hər kəsə dünyada son nəsib olan Beş arşın ağ idi, sarıdı getdi.
Adi xınagülü
Adi xınagülü (lat. Impatiens noli-tangere) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin balzaminkimilər fəsiləsinin xınagülü cinsinə aid bitki növü.
Xınalıq və Xınalıq yolu
Xınalıq və Xınalıq yolu — 2006-cı ildə isə "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin çəkdiyi sənədli film. Filmdə Xınalıq kəndinin tarixi barədə məlumat verilir. İki minə yaxın sakini olan bu kəndin öz dili — Xınalıq dili var.

Digər lüğətlərdə