Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Hərf
Hərf — Səsin, fonemin qrafik ifadəsi olan yazı işarəsi.
Alt (hərf)
𐔰 (səslənməsi: /a/; transkripsiyası: A, a) — Alban əlifbasının birinci hərfi. Matenadaran MS 7117 əlyazmasında hərfin adı erm. Ալթ (Alt) kimi verilmişdir. Formaca erməni əlifbasındakı Զ hərfi ilə bənzəşir. Gürcü dilçi Roman Lolua və erməni tədqiqatçı Aşot Abramyanın fikrincə Asomtavruli yazısındakı Ⴀ hərfinin invers formasıdır. Alban əlifbasında [a] səsinin qarşılığı kimi işlənilib.
Aor (hərf)
𐕈 (səslənməsi /ɒ/, transkripsiyası Å, å) — Alban əlifbasının 25-ci hərfi. Matenadaran MS 7117 əlyazmasında hərfin adı erm. Ար (Ar) kimi verilmişdir. Tədqiqatçılar Jost Gippert və Wolfgang Schulze'nin fikrincə bu hərfin əsl adı "Aor" olmalıdır, çünki tərkibində bu hərf olan Qafqaz alban sözlərinin udi ekvivalentlərində "o" hərfinə çevrilmişdir. Əncir mənasına gələn alb. 𐔸𐕈𐕀𐔰𐕎 (tåxan) və udi tǒxə̌n, iyirmi mənasına gələn alb. 𐕍𐕈 (q̇å) və udi qo sözləri sözügedən saitin əlavə udlaqlaşmalı və ya udlaqlaşmasız [o] səsinə yaxın olduğunu qəti şəkildə göstərir. Erməni tədqiqatçı Aşot Abramyan isə düşünürdü ki, bu hərfin düzgün transkripsiyası ä olmalıdır. Sergey Murayevin fikrincə isə bu hərf udlaqlaşdırıcı saiti bildirirdi. Georgi Klimov bu hərfin öncələr nə formasını, nə də mənasını başa düşməyib, lakin sonrakı əsərində onun fonetik dəyərini səhvən /ʒ/ kimi qeyd edib.
Eyc (hərf)
Ե, ե (adı: eyc, erm. եջ) — erməni əlifbasının beşinci hərfi. Orta əsrlərdə "yerkatagir", "qraçagir", "notrgir", "şxagir" yazı üslublarında istifadə edilmişdir.
Fam (hərf)
𐕔 (səslənməsi /f/, transkripsiyası F, f) — Alban əlifbasının 37-ci hərfi. Matenadaran MS 7117 əlyazmasında hərfin adı erm. Խամ (Xam) kimi verilmişdir. Tədqiqatçılar Jost Gippert və Wolfgang Schulze'nin fikrincə bu hərfin adı "Fam" olmalıdır. "X" ilə ifadənin səbəbi isə erməni dilində o zamanlar hələ "f" səsinin və Ֆ hərfinin olmaması idi.
Heyt (hərf)
𐕆 (səslənməsi /h/, transkripsiyası H, h) — Alban əlifbasının 23-cü hərfi. Matenadaran MS 7117 əlyazmasında hərfin adı erm. Հէտ (Hēt) kimi verilmişdir. Əsasən alınma sözlərdə özünü göstərən hərfdir. Tərkibində “h” olan Qafqaz alban sözlərinin udi ekvivalentlərində adətən bu samit yoxdur.
Hərf aralığı
Hərf aralığı (en. letter-spacing (= tracking)) – hərflər (simvollar) arasındakı boşluqların dəyişdirilməsi. Müəyyən hərf cütlükləri (AV, TA və s.) arasındakı məsafəni tənzimləyən kerninqdən fərqli olaraq, hərf aralığı simvollar qrupuna (sözə, sətrə, abzasa) tətbiq olunur. Hərf aralığının artırılması yazını daha seyrək və açıq, azaldılması isə daha sıx və tünd edir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Hərf tezliyi
Hərf tezliyi — müəyyən bir dilin əlifbasındakı hərflərin yazılı dildə orta hesabla hansı tezliklə işləndiyini göstərir. Hərf tezliyi analizinin tarixi ərəb riyaziyyatçısı Əl-Kindiyə (801–873) qədər gedib çıxır. Hərf tezliyi dilçilər tərəfindən mətnin dilinin təyin olunmasında istifadə olunur.
Hо (hərf)
Հ, հ (Adı: ho, erm. հո) — erməni əlifbasının 16-ci hərfi. Transkripsiya "h". Tələffüzü "H". Rəqəm işarəsi "70". Mesrop Maştots tərəfindən 405-406-cı illərdə yaradılıb. Orta əsrlərdə "erkatagir", "qrçagir", "notrgir", "şhagir" yazı növləri istifadə olunub.
Ja (hərf)
𐔻 (səslənməsi: /ʓ/; transkripsiyası: Ź, ź) — Alban əlifbasının 12-ci hərfi. Matenadaran MS 7117 əlyazmasında hərfin adı erm. Ժա́ (Žá) kimi verilmişdir. Tədqiqatçılar Jost Gippert və Wolfgang Schulzenin fikrincə bu hərfin adı "Źa" olmalıdır. Formaca yunanca lambda (λ) hərfinin inversinə bənzəsə də eyni səsi vermir. Rəqəmsal dəyəri 30-dur. Bu hərfə çox az rast gəlinir.
Je (hərf)
Ժ, ժ — (Səslənməsi: je, erm. ժե) — erməni əlifbasının onuncu hərfi. Orta əsrlərdə «yerkatagir», «qraçagir», «notrgir», «şxagir» yazı üslublarında istifadə edilmişdir.
Jil (hərf)
𐔷 (səslənməsi: /j/; IPA dəyəri: [ʒ]; transkripsiyası: Ž, ž) — Alban əlifbasının səkkizinci hərfi. Matenadaran MS 7117 əlyazmasında hərfin adı erm. Ժիլ (Jil) kimi verilmişdir. Tədqiqatçı Aşot Abramyan səhvən bu hərfi erməni əlifbasındakı "ր" hərfi ilə bir tutaraq "ə" transkripsiyasını təklif etmişdir. Jost Gippert və Wolfgang Schulzenin fikrincə bu hərf əslində sibilant [ʒ] səsini verib (Azərbaycan dilində qarşılığı j hərfidir). Rəqəmsal dəyəri 8 olmuşdur. Sözlərin ancaq ilk hərfi kimi rast gəlinir.
Ken (hərf)
Կ, կ (Adı: ken, erm. կեն) — erməni əlifbasının 15-ci hərfi. Transkripsiya "k". Tələffüzü "K". Rəqəm işarəsi "60". Mesrop Maştots tərəfindən 405-406-cı illərdə yaradılıb. Orta əsrlərdə "erkatagir", "qrçagir", "notrgir", "şhagir" yazı növləri istifadə olunub.
Küy (hərf)
𐕣 (səslənməsi /kʿ/, transkripsiyası K, k) — Alban əlifbasının 52 və sonuncu hərfi. Matenadaran MS 7117 əlyazmasında hərfin adı erm. Քի՛ւ (Kʿiw) kimi verilmişdir. Jost Gippertin fikrincə daha doğru ad "Küw" olmalıdır. Xaç formalı qrafem qra. Ք və qədim gürcücə Ⴕ hərfi ilə bənzərlik təşkil edir və Məsih sözünün qarşılığı olan q.yun. Χριστός ilə əlaqələndirilir.
Lan (hərf)
𐔾 (səslənməsi: /l/; transkripsiyası: L, l) — Alban əlifbasının 15-ci hərfi. Matenadaran MS 7117 əlyazmasında hərfin adı erm. Լան (Lan) kimi verilmişdir. Tədqiqatçılar Jost Gippert və Wolfgang Schulzenin fikrincə bu hərfin adı doğrudur. Fonetik olaraq Azərbaycan dilindəki L hərfi ilə eyni səsi bildirir. Tədqiqatçıların heç biri bu qrafikanın düzgün fonetik mənasına şübhə etmir. Rəqəm dəyəri 60-dır.
Lyit (hərf)
𐕅 (səslənməsi: /lʲ/; transkripsiyası: L', l') — Alban əlifbasının 22-ci hərfi. Matenadaran MS 7117 əlyazmasında hərfin adı erm. Լի՛տ (Lít) kimi verilmişdir. Tədqiqatçılar Jost Gippert və Wolfgang Schulzenin fikrincə bu hərfin adındakı diakritik işarə əslində bu hərfin, Lan hərfinin damaqlaşmış halı olduğunu göstərir. Müasir Udi dilində itmiş, əsasən assimilyasiyaya uğrayaraq Y hərfi ilə əvəz edilmişdir.
Maq (hərf)
𐕌 (səslənməsi /m/, transkripsiyası M, m) — Alban əlifbasının 29-cu hərfi. Matenadaran MS 7117 əlyazmasında hərfin adı erm. Մա́կ (Mák) kimi verilmişdir. Tədqiqatçılar Jost Gippert və Wolfgang Schulze'nin fikrincə bu hərfin əsl adını təyin etmək üçün ermənicə sözdəki diakritik işarələrə fikir vermək lazımdır. Bu işarə udlaqlaşmış tələffüzü göstərə bilər (*mˤaḳ), lakin sözün son samitinin dilardı artikulyasiyası da nəzərə alınmaqla "Maq̇" versiyasını da irəli sürmək olar. Erməni tədqiqatçı Aşot Abramyan qrafemin gürcü əlifbasındakı Ⴋ hərfinin baş-aşağı forması hesab edirdi.
On (hərf)
𐕒 (səslənməsi /o/, transkripsiyası O, o) — Alban əlifbasının 35-ci hərfi. Matenadaran MS 7117 əlyazmasında hərfin adı erm. Ուն (Own) kimi verilmişdir. Tədqiqatçılar Jost Gippert və Wolfgang Schulze'nin fikrincə bu hərfin adı "On" olmalıdır. Bu hərf ən çox istifadə edilən hərflərdəndir və müstəqil mənası "ot" deməkdir. Qrafem olaraq erməni əlifbasındakı Օ və gürcü əlifbasındakı Ⴍ (oni) və Ⴓ (oni) hərfləri ilə birlikdə yunan əlifbasındakı Omikron (Ο) hərfindən götürülmüşdür. Bununla belə qrafemin Matenadaran versiyası və Sinay versiyası (həmçinin Mingəçevir versiyası) arasındakı əsas fərqi birincidə hərfin aşağı hissəsinin olmamasıdır.
Pen (hərf)
𐕗 (səslənməsi /p'/, transkripsiyası Ṗ, ṗ) — Alban əlifbasının 40-cı hərfi. Matenadaran MS 7117 əlyazmasında hərfin adı erm. Պեն (Pen) kimi verilmişdir. Bütün tədqiqatçılar hərfin bu cür adlanması ilə razılaşır və Udi dilindəki P' səsi ilə eyniləşdirirlər.
Pi (hərf)
Pi (Π π, yun. Πι) — yunan əlifbasının 16-cı hərfi. Böyük Π hərfi istifadə edilir: riyaziyyatda — hasil π əlyazmasi istifadə edilir: π riyazi sabiti ≈ 3.14159…, evklid həndəsəsinində çevrənin uzunluğunun onun diametrinə olan əlaqəsi. Qədim Yunanıstanda həmçinin perimetri ifadə edirdi (yun. περιμετρος). π ( x ) {\displaystyle \pi (x)} funksiyası — sadə ədədlər sayı. Kimyada osmotik təzyiq Elementar zərrəcik. pi-mezon, və ya pion. Kovalent kimyəvi birləşmənin növlərindən biri. Makroiqtisadiyyatda inflyasiya səviyyəsi Mikroiqtisadiyyatda gəlir.
Qay (hərf)
𐕇 (səslənməsi /q/ və ya /χ/, transkripsiyası X̣, x̣) — Alban əlifbasının 24-cü hərfi. Matenadaran MS 7117 əlyazmasında hərfin adı erm. Հայ (Hay) kimi verilmişdir. Tədqiqatçılar Jost Gippert və Wolfgang Schulze'nin fikrincə bu hərfin əsl adı "Qay" olmalıdır, çünki tərkibində bu hərf olan Qafqaz alban sözlərinin udi ekvivalentlərində "q" hərfinə çevrilmişdir. Erməni tədqiqatçı Aşot Abramyan isə düşünürdü ki, bu hərf erməni katiblər tərəfindən səhv təqdim edilmişdir, əslində /ʒ/ səsini göstərir.
Rat (hərf)
𐕙 (səslənməsi /r/, transkripsiyası R, r) — Alban əlifbasının 42-ci hərfi. Matenadaran MS 7117 əlyazmasında hərfin adı erm. Կատ (Kat) kimi verilmişdir. Tədqiqatçı Jost Gippertin fikrincə bu hərfin adı əslində erm. Երատ (Erat) kimi olmuşdur və erməni müəllif əslində hərfi "Rat" kimi ifadə etmək istəmişdir. Buna səbəb kimi isə proteza prosesi göstərilir. Erməni tədqiqatçı Aşot Abramyan bu hərfin ermənicə qarşılığının Ռ (r̄) hərfi olduğunu düşünürdü. Georgi Klimov isə bu hərfi daha çox Ր (r) hərfi ilə bənzətmişdir. Sergey Muravyev isə bu hərfi /q/ və ya /k/ səslərinin dodaqlaşmış versiyası olduğunu deyirdi. Bu hərf Azərbaycan və Udi dillərindəki R hərfinin qarşılığıdır.
Xe (hərf)
Խ, խ (Adı: xe, erm. խէ) — erməni əlifbasının 13-cü hərfi. Transkripsiya "x". Tələffüzü "X". Rəqəm işarəsi "40". Mesrop Maştots tərəfindən 405-406-ci illərdə yaradılıb. Orta əsrlərdə "erkatagir", "qrçagir", "notrgir", "şhagir" yazı növləri istifadə olunub.
Çi (hərf)
𐕊 (səslənməsi /tʃˈ/, transkripsiyası Č̣, č̣) — Alban əlifbasının 27-ci hərfi. Matenadaran MS 7117 əlyazmasında hərfin adı erm. Ճի (Çi) kimi verilmişdir. Bütün tədqiqatçılar bu hərfin yuvaq-damaq affrikatı olması barədə həmfikirdirlər. Tədqiqatçılar Jost Gippert və Wolfgang Schulze'nin fikrincə bu hərfin əsl adı "Č̣i" olmalıdır.
Хо (hərf)
Հ, հ (Adı: ho, erm. հո) — erməni əlifbasının 16-ci hərfi. Transkripsiya "h". Tələffüzü "H". Rəqəm işarəsi "70". Mesrop Maştots tərəfindən 405-406-cı illərdə yaradılıb. Orta əsrlərdə "erkatagir", "qrçagir", "notrgir", "şhagir" yazı növləri istifadə olunub.