Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Həşərat
Həşəratlar (lat. Insecta) — heyvanlar aləminin buğumayaqlılar tipinə aid heyvan sinfi. Həşəratların 1 milyona yaxın növü məlumdur. Yer kürəsinin demək olar ki, hər bir ekosistemində mövcuddur. Heyvanlar aləminin təqribən 80%-ni təşkil edən həşəratlar 30-a qədər dəstəni əhatə edir. Ənənəvi təsnifata uyğun olaraq çoxayaqlılarla birlikdə traxeyatənəffüslülər yarımtipinə aiddir. == Ümumi məlumat == Zooloji nomenklaturanın Beynəlxalq kodeksi növ, cins, fəsilə və onlar arasındakı adlara tətbiq olunur, lakin Insecta kimi qeyri — tipik adlara tətbiq olunmur. Bunun nəticəsində elmi ədəbiyyatda "İnsecta" termini müxtəlif taksonlar üçün istifadə edilmişdir. Aristotelin dövründən bu ad quru buğumayaqlılarına (altıayaqlılar, hörümçəkkimilər və s.) tətbiq edilir, lakin xərçəngkimilər üçün istifadə edilmirdi. Linney isə xərçəngkimiləri də İnsectaya aid etmişdi.
Həsən Həsənov
Həsən Həsənov (siyasətçi) — Azərbaycanın siyasi və dövlət xadimi, diplomat, tarix elmləri doktoru (2006). Həsən Həsənov (jurnalist) — Azərbaycan jurnalisti, "Xalq qəzeti"nin baş redaktoru (2002 – indi). Həsən Həsənov (alim) — Azərbaycanın görkəmli alimi. Həsən Həsənov (incəsənət xadimi) — Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət İşçisi (2011). Həsən Həsənov (çavuş) — Azərbaycan Silahlı Qüvvələrinin çavuşu, Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq xidmət edən hərbi qulluqçusu, Vətən müharibəsinin şəhidi.
Həsən Həsənli
Həsən Həbib oğlu Həsənli (1991, Naxçıvan) — Azərbaycan Respublikası elm və təhsil nazirinin müavini (2023-cü ildən). == Həyatı == Həsən Həbib oğlu Həsənli 1991-ci ildə Naxçıvan şəhərində anadan olub. O, "2007–2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində 2009–2013-cü illərdə Böyük Britaniyanın Bristol və Kembric universitetlərində ictimai siyasət və siyasi elmlər ixtisası üzrə bakalavriat və magistratura təhsili alıb.2015–2016-cı illərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçib. İngilis və rus dillərini bilir. Ailəlidir, iki övladı var. Həsən Həsənli Naxçıvan Ali Məclisinin sabiq sədri Namiq Həsənovun nəvəsi, Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin sabiq rəisi Həbib Həsənovun oğludur. == Karyerası == Həsən Həsənli Elm və Təhsil Nazirliyində mütəxəssis, sektor müdiri, nazir müşaviri, Aparat rəhbərinin müavini və Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri vəzifələrində çalışıb. 2021-ci ilin iyun ayından 2023-cü ilin 30 yanvar tarixinədək Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri vəzifəsində çalışıb.Azərbaycan Respublikasının Prezidentinin 2023-cü il 28 yanvar Sərəncamı ilə elm və təhsil nazirinin müavini təyin edilib.
Həşərat qanadı
Qanad — həşəratların çoxunda hərəkət edən uçma orqanı. Döş örtüyünün yan büküşlərindən əmələ gələn qanadlar gövdənin döş hissəsinin üst tərəfində yerləşir. Həşəratlarda adətən 2 cüt, bəzən 1 cüt qanad olur. Bəzi 2 cüt qanadlılarda birinci cüt qanad (qanadönlüyü) sərt olub müvazinət, ikinci cüt pərdə şəkilli damarlı qanadlar isə uçma funksiyası daşıyır. İkiqanadlılarda yalnız 1-ci cüt qanadlar inkişaf etmişdir.
Həsən Həsənov (alim)
Həsən Mehdi oğlu Həsənov (1940, Qasımlı, Marneuli rayonu) — Azərbaycan SSR və Azərbaycan Respublikasının görkəmli alimi, xalq təsərrüfatının inkişafında əldə etdiyi nailiyyətlərə görə “ŞƏRƏF NİŞANI” ordeninin sahibi (1981), elmlər doktoru (1996). == Həyatı == Həsən Həsənov 1940-cı ildə Gürcüstanın Marneuli (Borçalı) rayonunun Qasımlı kəndində kolxozçu ailəsində dünyaya göz açmışdır. 1958-ci ildə Qasımlı kənd orta məktəbini qızıl medalla bitirmişdir və Azərbaycan Politexnik İnstitutunun Hidromeliorasiya fakultəsinə qəbul olmuşdur. 1963-cü ildə institutu Fərqlənmə (Qırmızı) diplomu ilə bitirdikdən sonra, Azərbaycan Elmi-tədqiqat Hidrotexnika və Meliorasiya institutunda kiçik elmi işçisi kimi əmək fəaliyyətinə başlamışdır. == Fəaliyyəti == 1966-cı ildə Moskva Hidromeliorasiya institutuna məqsədli aspiranturaya qəbul olmuş və 1970-ci ildə “Avtomatik impulslu yağışyağdırıcı apparatın hidravlikası” mövzusunda dissertasiya müdafiə edərək “Texnika elmləri namizədi” alimlik dərəcəsinə layiq görülmüşdür. Müdafiədən sonra ixtira etdiyi Avtomatik impulslu yağışyağdırıcı apparatın mükəməlliyini nəzərə alaraq, qurğunun kütləvi şəkildə istehsalına başlanılmışdır. "AİDA" adını almış bu qurğu xalq təsərrüfatında geniş şəkildə tətbiq olunmuşdur. 1970-ci ildən Azərbaycan Elmi-tədqiqat Hidrotexnika və Meliorasiya institutunda Baş elmi işçi kimi fəaliyyət göstərmiş və 1978-ci ildə müsabiqə yolu ilə “Hidrotexniki laboratoriya”-nın müdiri seçilmişdir. Həsən Həsənovun elmi əməyi dövlət tərəfindən yüksək qiymətləndirilmiş, dəfələrlə orden və medallarla təltif edilmişdir. 1975-ci ildə Moskvada keçirilən və dünyanın bir çox ölkələrinin nümayəndələrinin iştirak etdiyi “İrriqasiya və drenaj -75” beynəlxalq sərgisində “Balıqqoruyucu qurğunun yeni konstruksiyası” modeli müvəffəqiyyətlə nümayiş etdirilmiş və Həsən Həsənov sərginin gümüş medalı ilə təltif edilmişdir.
Həsən Həsənov (jurnalist)
Həsən Həsənov (azərb. Həsən Zal oğlu Həsənov‎; 30 avqust 1954, Ardanış, Çəmbərək rayonu) — Azərbaycan jurnalisti, "Xalq qəzeti"nin baş redaktoru (2002–2022), "Azərbaycan Respublikasının əməkdar jurnalisti" (2005), "Vətənə xidmətə görə" ordeni laureatı (2014). Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) Müşahidə Şurasının sədri (2017). == Həyatı == Həsən Həsənov 1954-cü il avqustun 30-da Göyçə mahalının Ardanış kəndində anadan olub. 1977-ci ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirib. 1977-ci ildə Azərbaycan Sovet Ensiklopediyasının baş redaksiyasında elmi redaktor vəzifəsində əmək fəaliyyətinə başlamışdır. 1983–1985-ci illərdə zabit kimi Sovet Ordusu sıralarında hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən tərxis olunduqdan sonra Azərbaycan Ensiklopediyasında fəaliyyətini davam etdirmiş, "Uşaq Ensiklopediyası"nın və bir sıra ensiklopedik məlumat kitablarının hazırlanmasında iştirak etmişdir. "Vətən səsi" qəzetində şöbə müdiri, "Amal" və "Yeni Azərbaycan" qəzetlərində baş redaktorun birinci müavini postlarını tutub. "Respublika" qəzetində baş redaktor müavini, Azərbaycan Televiziyasının "Xəbərlər" baş redaksiyasının baş redaktoru, Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində televiziya üzrə sədr müavini olub.
Həsən Həsənov (siyasətçi)
Həsən Əziz oğlu Həsənov (20 oktyabr 1940, Tbilisi) — Azərbaycan SSR və Azərbaycan Respublikasının siyasi və dövlət xadimi, diplomat, alim, tarix elmləri doktoru (2006). Azərbaycan Respublikasının Polşada fövqəladə və səlahiyyətli səfiri (2010–2021), Azərbaycan Respublikasının Xarici İşlər Naziri (1993–1998), Azərbaycan SSR Nazirlər Sovetinin sədri (1990–1992). Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin İdeoloji məsələlər üzrə katibi (1981–1983), Tikinti məsələləri üzrə katibi (1983–1988), İqtisadiyyat məsələləri üzrə katibi (1988–1990), uzun illər Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Büro üzvü, Azərbaycan Respublikasının BMT-də ilk daimi nümayəndəsi və ilk fövqəladə və səlahiyyətli səfiri (1992–1993), Macarıstan (2004–2010) və Polşada (2010 — h.d.-ə qədər) fövqəladə və səlahiyyətli səfiri. Macarıstan və bir neçə SSRİ ordeni, Azərbaycan, Qazaxıstan və bir neçə SSRİ medalları ilə təltif olunmuşdur. Bakı şəhər Səbayıl Rayon Partiya Komitəsinin 1-ci Katibi (1975–1978), Sumqayıt Şəhər Partiya Komitəsinin 1-ci Katibi (1978–1979), Gəncə Şəhər Partiya Komitəsinin 1-ci Katibi (1979–1981) vəzifələrində çalışmışdır. == Həyat == Həsən Həsənov 20 oktyabr 1940-cı ildə Tbilisi şəhərində anadan olmuşdur. 1958-ci ildə Tbilisidə 43 saylı orta məktəbi bitirərək, Bakıya gəlmiş və Azərbaycan Politexnik İnstitutuna daxil olmuşdur. 1963-cü ildə həmin tədris müəssisəsində təhsilini başa çatdırmışdır. 1981-ci ildə Bakı Ali Partiya məktəbini bitirmişdir. Tələbəlik dövründə qrup, fakültə və institut Komsomol Komitəsinin katibi olmuşdur.
Həsən Həsənov (çavuş)
Həsən Rəhim oğlu Həsənov (1 oktyabr 1990, Əli-Bayramlı – 2 oktyabr 2020, Füzuli) — Azərbaycan Silahlı Qüvvələrinin çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Həsən Həsənov 1990-cı il oktyabrın 1-də Şirvan şəhərində Rəhim və Məryam Həsənovların ailəsində anadan olub. 1997-2008-ci illərdə 2 nömrəli tam orta məktəbdə təhsil alıb. Qəriyyə Həsənova ilə ailəli idi. Ömər və Camal adında 2 oğlu yadigar qaldı. == Hərbi xidməti == Həsən Həsənov 2008-2010-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin Füzuli rayonunda yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. 2017-ci ildən isə Abşeron rayonunda yerləşən "N" saylı hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət edirdi. Azərbaycan Ordusunun çavuşu olan Həsən Həsənov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Həsən Həsənov oktyabrın 2-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Şirvan şəhərinin Şəhidlər Xiyabanında ​dəfn olunub.
Şəhid Həsən Həsənov
Həsənov Həsən Səfər oğlu (3 iyun 1996, Quruzma, Sabirabad rayonu – 20 oktyabr 2020, Laçın rayonu) — İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == 3 iyun 1996-c ildə Sabirabad rayonunun Qruzma kəndində anadan olmuşdur. 2003-cü ildə Qruzma kənd tam orta məktəbinə yollanmış, 2014-cü ildə orta məktəbi bitirmişdir. == Döyüş yolu == Orta məktəbi bitirdikdən sonra Sabirabad rayonu Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılmışdır. Şəhid Həsənov Həsən, 2016-cı ildə baş verən aprel döyüşlərində də iştirak etmişdir.Həsən ,hərbi xidməti başa vurduqdan sonra doğulub , boya-başa çatdığı kəndə qayıdır və ailə həyatı qurur. 30 ilə yaxındır ki,Azərbaycan torpaqları düşmən tapdağında idi. 2020-ci ilin sentyabrın 27-də II Qarabağ müharibəsi başlayanda Həsən könüllü olaraq qeydiyyatdan keçir və təlimlərə qoşulur. İkinci Qarabağ müharibəsinin ilk günlərində ön cəbhədə döyüşür.Kəşfiyyatçı olaraq, Həsən, Füzulinin, Cəbrayılın, Hadrutun, Suqovşanın azad olunmasında cəsurluqla döyüşür.100 dən çox düşməni zərərsizləşdirib,neçə düşmən postunun dağıdılmasında və ələ keçirilməsində yaxından iştirak edib.Yaralı əsgərlərimizi düşməndən xilas edib.Dostlarının dediyinə görə qəhrəmancasına döyüşüb. 20 oktyabr Laçın ətrafında gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalır. Balaca körpəsi və anası Kifayət xanımın qarşısında baş əyirik.
Həsən Həsənov (incəsənət xadimi)
Həsən Həsənov (7 iyul 1950, Faxralı, Bolnisi rayonu – 6 aprel 2021, Bakı) – Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət İşçisi (2011). == Həyatı == Həsən Nəsib oğlu Həsənov 1950-ci il iyul ayının 7-də Gürcüstanın Bolnisi rayonunun (Borçalı mahalının) Faxralı kəndində anadan olub. 1957-ci ildə Faxralı kəndində orta məktəbə gedib, 1968-ci ildə orta məktəbi bitirib. 1969-cu ildə Bakı şəhər 1 nömrəli texniki peşə məktəbinə daxil olub. 1970-ci ildə peşə məktəbini fərqlənmə diplomu ilə bitirib, 6-cı dərəcəli çilingər peşəsinə yiyələnib. 1970-ci ildə Bakı Kitabxanaçılıq texnikumunun Mədəni Maarif şöbəsinin "Öz fəaliyyət teatr kollektivinin rəhbəri" fakultəsinə daxil olub. 1971-ci ildə həqiq hərbi xidmətə çağırıldığı üçün təhsilini yarımçıq qoyub hərbi xidmətə yollanıb. Hərbi xidət illərində SSRİ-nin yaradılmasının 50 illiyinə həsr olunmuş həvəskar sənət müsabiqəsində iştirak etmiş, laureat nişanı ilə təltif olunmuşdur. Hərbi xidməti bitirdikdən sonra Bakıya gəlib təhsilini davam etdirib və texnikomu fərqlənmə diplomu ilə bitirib. Texnikumda oxuduğu illərdə Əbilov adına Mədəniyyət evinin xalq teatrının truppasına daxil olub.
Həsən Həsənov (əsgər, 1996)
Həsənov Həsən Səfər oğlu (3 iyun 1996, Quruzma, Sabirabad rayonu – 20 oktyabr 2020, Laçın rayonu) — İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == 3 iyun 1996-c ildə Sabirabad rayonunun Qruzma kəndində anadan olmuşdur. 2003-cü ildə Qruzma kənd tam orta məktəbinə yollanmış, 2014-cü ildə orta məktəbi bitirmişdir. == Döyüş yolu == Orta məktəbi bitirdikdən sonra Sabirabad rayonu Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılmışdır. Şəhid Həsənov Həsən, 2016-cı ildə baş verən aprel döyüşlərində də iştirak etmişdir.Həsən ,hərbi xidməti başa vurduqdan sonra doğulub , boya-başa çatdığı kəndə qayıdır və ailə həyatı qurur. 30 ilə yaxındır ki,Azərbaycan torpaqları düşmən tapdağında idi. 2020-ci ilin sentyabrın 27-də II Qarabağ müharibəsi başlayanda Həsən könüllü olaraq qeydiyyatdan keçir və təlimlərə qoşulur. İkinci Qarabağ müharibəsinin ilk günlərində ön cəbhədə döyüşür.Kəşfiyyatçı olaraq, Həsən, Füzulinin, Cəbrayılın, Hadrutun, Suqovşanın azad olunmasında cəsurluqla döyüşür.100 dən çox düşməni zərərsizləşdirib,neçə düşmən postunun dağıdılmasında və ələ keçirilməsində yaxından iştirak edib.Yaralı əsgərlərimizi düşməndən xilas edib.Dostlarının dediyinə görə qəhrəmancasına döyüşüb. 20 oktyabr Laçın ətrafında gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalır. Balaca körpəsi və anası Kifayət xanımın qarşısında baş əyirik.
Hərəkat
Hərəkət sözünün aşağıdakı izahları vardır : obyektin məkanda yerini dəyişməsi Fizikada Mexaniki hərəkət — maddi obyektin digər maddi obyektlərə nisbətən fəzada vəziyyətinin daimi dəyişməsi. Broun hərəkəti Bir stasionar vəziyyətdən digərinə keçidin nəticəsi (Kvant fizikası). Yol hərəkəti Fəlsəfədə Hərəkət (fəlsəfə) — fəzada istənilən dəyişikliyi göstərən fəlsəfi kateqoriya. Biologiyada Hərəkət (biologiya)Təqribən eyni mənanı verən Hərəkat sözünün izahları: mütəşəkkil insan qrupunun məqsədli hərəkatı, məsələn: Muharibə əleyhinə hərakat Yaşıllar hərəkatı Gənclər hərəkatı və s.
Həsəndağ
Hasan dağı (türk. Hasandağı) — Türkiyənin Aksaray ilində yerləşən dağ. Hündürlüyü 3268 metr olub, Mərkəzi Anadolunun ikinci ən hündür zirvəsidir. Neolit dövrünə aid rəsmlərə görə e.ə 7500-cü ildə baş vermiş püskürmə nəticəsində zirvənin ətrafında 4–5 km genişliyində kaldera əmələ gəlmişdir.Dağın yaxınlığında yerləşən qədim yaşayış məntəqəsi Çatalhöyük güman ki, digər yaşayış məntəqələri ilə mallarla alış-veriş etmişdir. Burada obsidian güzgülər və lopalar tapılmışdır. Hasan dağının Çatalhöyük əhalisinə olan əhəmiyyətini qədim divar rəsmlərində görmək olar. Bəzi alimlər buradakı rəsmləri tarixdəki "ilk peyzaj rəsmləri" adlandırırlar. Hasan dağı Bizans fənər sistemində istifadə edilən cənubdan ikinci dağ idi. Dağ Bizans tərəfindən Ərəb-Bizans müharibələri dövründə Konstantinopolu hücumlardan xəbərdar etmək üçün istifadə edilirdi. Dağın zirvəsinə dırmaşmaq üçün 6 saat vaxt tələb olunur.
Həsənli
Bələdiyyələr Həsənli bələdiyyəsi — Azərbaycan Respublikasının Salyan rayonunda bələdiyyə. Həsənli bələdiyyəsi — Azərbaycan Respublikasının Masallı rayonunda bələdiyyə. Həsənli bələdiyyəsi — Azərbaycan Respublikasının Tovuz rayonunda bələdiyyə.Kəndlər Həsənli — Azərbaycanın Masallı rayonunda kənd. Həsənli — Azərbaycanın Sabirabad rayonunda kənd. Həsənli — Azərbaycanın Tovuz rayonunda kənd. Həsənlitəpə yaşayış yeri — İranda arxeoloji abidə-qədim şəhər yeri Həsənli — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. Həsənli — Azərbaycan Respublikasının Salyan rayonunun inzibati ərazi vahidində kənd. Mirzə Həsənli — Azərbaycan Respublikasının Zəngilan rayonunun inzibati ərazi vahidində kənd. Həsənli — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Üçkilsə (Eçmiədzin) rayonu ərazisində kənd.
Həsənov
Həsənov — Azərbaycan soyadı. === A === Abbasəli Həsənov (d. 1953) — şərqşünas və diplomat. Adil Həsənov (rəssam) (d. 1971) — azərbaycanlı rəssam. Afiq Həsənov (d. 1951) — texnika elmləri doktoru. Ağasəlim Həsənov (d. 1976) — fəlsəfə üzrə fəlsəfə doktoru. Akif Həsənov (d.
Həsənsu
Həsənsu (əvvəlki adı: Kirovka) — Azərbaycan Respublikasının Ağstafa rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Ağstafa rayonunun Kirovka kəndi Həsənsu kəndi adlandırılmışdır. Azərbaycan Respublikası Milli Məclisinin 8 iyun 1999-cu il tarixli, 680-IQ saylı Qərarı ilə Ağstafa rayonunun Həsənsu kəndi Vurğun qəsəbə inzibati-ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Həsənsu kənd inzibati-ərazi vahidi yaradılmışdır. == Toponimikası == == Tarixi == Kənddə vaxtı ilə Qafqaz almanları yaşamışdır. Onlar kəndi Qrünfeld olaraq adlandırırdılar.
Həsənxan
Həsənxan (Aralıq) — Həsənxan (Qürvə) Zaviyehe Həsənxan (Xoy) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd. Qışlaq-i Həsənxan (Bicar) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. Həsənxan qalası — Qax rayonunun Qaxbaş kəndinin yaxınlığında Kürmükçay yatağının sağında yerləşir.
Həsən
Həsən — Azərbaycanda daha çox işlədilən kişi adı. Həsən ibn Əli — 12 imamdan biri. Həsən Hüsnü Saka — sabiq millət vəkili, baş nazir. Həsən Mülkülü — şair Həsən Məmmədov -- Azərbaycan teatr və kino aktyoru. Həsən Zirək — İran musiqiçisi. Tanınmış kürd əsilli İran sənətçisi və bəstəkarı. Həsən İsazadə — Azərbaycan Tibb Universitetinin professoru. Həsən Hami — Həsən Həsənov (alim) — Həsən Ələvikia — Həsən Fətullayev — Həsən Adıgözəlov — Həsən Feyziyev — Həsən Həsənzadə Amoli — Həsən Nuran (Üşnəviyyə) — Həsən Tahsin paşa — Həsən Türkmani — Həsən mahalı — Həsən Əbdülzadə — Həsən Tufan — Tatarıstan şairi və yazıçısı.
Allahverdi Həsənov
Allahverdi Biyakir oğlu Həsənov — Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunun laboratoriya müdiri, texnika elmləri doktoru, professor. == Həyatı == Allahverdi Həsənov 1957-ci Azərbaycan Respublikasının Şəki rayonunun Kiş kəndində anadan olmuşdur. Orta təhsilini anadan olduğu kənddə almış, 1973-cü ildə Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakultəsinə qəbul olunmuş, 1978-ci ildə ali təhsilini başa vurmuşdur. Həmin ildən təyinat üzrə AMEA Riyaziyyat və Mexanika İnstitutunda müxtəlif vəzifələrdə işləmişdir. 1992-ci ildən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutuda sektor və laboratoriya rəhbəri vəzifələrində çalışmışdır. Hal-hazırda institutun laboratoriya müdiridir. == Elmi fəaliyyəti == 1984-cü ildə “Özlü-elastik mühitlərdə qeyri-stasionar termomexaniki dalğaların yayılmasının bəzi məsələlərinin tədqiqi” mövzusunda dissertasiya müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi almışdır. 2005-ci ildə “Mexaniki sistemlərin qeyri-stasionar xarici təsirlərə reaksiyasının riyazi modelləşdirilməsi” mövzusunda dissertasiya müdafiə edərək texnika elmləri doktoru alimlik dərəcəsi almışdır. 2013-cü ildə ixtisas üzrə professor elmi rütbəsi almışdır. A.B.Həsənov 140 elmi məqalənin və 2 monoqrafiyanın müəllifidir.
Alı Həsənli
Alı Nofəl oğlu Həsənli (22 iyun 1995, Bakı — 21 oktyabr 2020, Cəbrayıl rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. İkinci Qarabağ müharibəsində Cəbrayıl uğrunda gedən döyüşlərdə həlak olmuşdur. == Həyatı == Alı Nofəl oğlu Həsənli 22 iyun 1995-ci ildə Bakı şəhərində anadan olub. 1 sentyabr 2001-ci ildə Bakı şəhəri, Nizami rayonu, Şəhid Milli Qəhrəman Ərəstun Mahmudov adına 220 saylı məktəb-liseyin 1-ci sinifinə qəbul olub. 2012-ci ildə həmin məktəbin 11-ci sinfini bitirib. 2012-ci ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “Geofizika Mühəndisliyi” fakültəsinə qəbul olub. 2016-cı ildə həmin ixtisası bitirib. == Hərbi xidməti == Həsənli Alı 2016-cı ilin 20 iyul tarixində Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarına həqiqi hərbi xidmətə yollanmış, Beyləqan rayonunda yerləşən N saylı hərbi hissədə Radiotelefonçu ixtisası üzrə hərbi xidmət keçmişdir. 2017-ci il iyul ayının 4-də hərbi xidməti başa vurub. Universitet illərindən və həqiqi hərbi xidməti başa vurduqdan sonra bir sıra müəssisələrdə müxtəlif vəzifələrdə fəaliyyət göstərmişdir.
Amid Həsənli
Amid İsaq oğlu Həsənli (21 yanvar 1996, Saatlı rayonu – 1 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Amid Həsənli 1996-cı il yanvarın 21-də Saatlı rayonunun Dədə Qorqud kəndində anadan olub. Subay idi. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Amid Həsənli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Amid Həsənli oktyabrın 1-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Saatlı rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Amid Həsənli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Amid Həsənli ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Arif Həsənov
Arif Həsənov (kimyaçı)
Ayaz Həsənov
Ayaz Binyət oğlu Həsənov — Azərbaycan Silahlı Qüvvələrinin general-leytenantı, Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini — Əməliyyat Baş İdarəsinin rəisi (2017—2021). == Həyatı == Həsənov Ayaz Binyət oğlu 1 aprel 1972-ci ildə Şamaxı rayonunda anadan olub. 1989-cu ildə C. Naxçıvanski adına hərbi liseyi, 1993-cü ildə Sankt-Peterburq Ali Ümumqoşun Komandirlər Məktəbini Dəniz piyada ixtisası üzrə fərqlənmə ilə, 1999-cu ildə Silahlı Qüvvələrin Hərbi Akademiyasının ilk buraxılışını fərqlənmə ilə bitirib. Müxtəlif vaxtlarda Hava desant hazırlığı, Xüsusi təyinatlı kurslarını müvəffəqiyyətlə bitirmişdir. Türkiyə Silahlı Qüvvələrinin Qərargah və əməliyyat-taktiki təlimlərində iştirak edib Ailəlidir. 2 övladı var. == Hərbi xidməti == 1993-cü ildən taqım, bölük komandiri, taborun qərargah rəisi, tabor komandiri, briqadanın qərargah rəisi, briqada komandiri, Ordu korpusunun qərargah rəisi-korpus komandirinin birinci müavini, Ordu korpusunun komandiri, Naxçıvan Muxtar Respublikasında Əlahiddə Ümumqoşun Ordu komandanının birinci müavini-qərargah rəisi vəzifələrində xidmət edib. 2003-cü il iyunun 24-də Ümummili lider Heydər Əliyevin Sərəncamına əsasən "Hərbi xidmətlərə görə" medalı ilə təltif olunub. 2007-ci il iyunun 21-də Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamına əsasən "Azərbaycan Bayrağı" ordeni ilə təltif olunub. 2012-ci il iyunun 25-də Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub və "general-mayor" ali hərbi rütbəsi verilib.
Aydın Həsənov
Aydın Həsənov (siyasətçi) — Azərbaycan Respublikasının Milli Məclisi III çağırış deputatı. Aydın Həsənov (əsgər) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi.
Ayvaz Həsənov
Ayvaz Dursun oğlu Həsənov (2 may 1929, Məscidli Görarxı – 1990, Marneuli) — Gürcüstan SSR dövlət və partiya xadimi, Gürcüstan SSR Ali Sovetinin deputatı == Həyatı == Ayvaz Həsənov 1929-cu ildə mayın 2-də Marneuli rayonunun Meçidli Gorarxı kəndində doğulub. Ayvaz Dursun oğlu ali təhsil aldıqdan sonra, ilk dəfə vəzifə başında əmək fəaliyyətinə Qullar kəndindəki Atçılıq sovxozunda müdir kimi başlamışdır. O, 1958-ci ildən 1975-ci ilə qədər Qarayazı, Qaçağan, Marneuli, Alget kimi böyük təsərrüfatlara rəhbərlik etmişdir. 1975-ci ildə Ayvaz Həsənov Gürcüstan SSR Kənd Təsərrüfatı nazirinin müavini vəzifəsinə təyin olundu. 1981-ci ildə bu vəzifədən azad edilmişdir. 1989-cu ildə Ayvaz Həsənov Marneuli Rayonu İcraiyyə Komitəsinin sədri təyin etmişdir.
Babək Həsənov
Babək Saleh oğlu Həsənov (14 sentyabr 1990, Birinci Şıxlı, Qazax rayonu – 4 noyabr 2020, Füzuli rayonu) – Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Babək Həsənov 1990-cı il sentyabrın 14-də Qazax rayonunun Birinci Şıxlı kəndində anadan olub. 1996–2007-ci illərdə M. Həsənov adına Birinci Şıxlı kənd tam orta məktəbində təhsil alıb. Ailəli idi. Bir qızı yadigar qaldı. == Hərbi xidməti == Babək Həsənov 2008-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2008–2009-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində xidmət edib. 2013–2018-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAHHXHQ) kimi xidmətdə olub. Azərbaycan Ordusunun əsgəri olan Babək Həsənov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzuli, Cəbrayıl, Laçın və Qubadlı rayonunun azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Babək Həsənov noyabrın 4-də Füzulinin azad edilməsi zamanı şəhid olub.
Helenit
Helenit — mineral. == Haqqında == Helenit — melilit qrupundan, Ca2Al[(Si,Al)2O7]. Ferrihelenitlə Ca2Fe3+[AlSiO7] tam qarışması mümkündür. Diorit, qabbrolarla kontaktda qatışıqları olan əhəngdaşları hesabına əmələ gəlir. Vezuvian, qrossulyar, larnit, sperritlə assosiasiyadır. Ca-la zəngin olan əsasi qələvi süxurlarda tapılır. Növ müxtəlifliyi: ferrihelenit. == İstinadlar == == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.
Hesabat
Hesabat (ing. Report, rus. отчет) – verilmiş mövzu üzrə informasiyanın, adətən, müəyyən çap blankı, yaxud forması şəklində verilməsi. Uyğun proqramın köməyilə hazırlanmış hesabatlarda mətn, qrafika və diaqram ola bilər. Verilənlər bazalarının idarəolunması proqramlarında hesabat formaları yaratmaq və onları generasiya etmək üçün xüsusi proqramlar ola bilir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Helena
Helena — ABŞ-nin Montana ştatının paytaxtı.
Senat
Senat (latınca senatus, senex — qoca) — Qədim Romada ali dövlət orqanlarından biri. Patrisi nəsillərinin ağsaqqalar şurası əsasında yaranmışdı (e.ə. təqr. 6 əsr); çar yanında dövlət şurasından ibarət idi. Respublika dövründə plebeylərlə patrisilərin silki mübarizəsi (e.ə. 5–3 əsrlər) nəticəsində senatın bəzi hüquqları komissiyalara (xalq yığıncaqlarına) keçmişdi. E.ə. 3–1 əsrlərdə senatın vəzifələrinə qanun layihələrini əvvəlcədən nəzərdən keçirmək, hərbi işlərə, xarici siyasətə, maliyyə işlərinə, dövlət əmlakına və s. məsələlərə ali rəhbərlik daxil idi. Senat üzvlərinin (e.ə.
Ageratina helenae
Ageratina helenae (lat. Ageratina helenae) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin ageratina cinsinə aid bitki növü.
Aloe helenae
Aloe helenae (lat. Aloe helenae) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin asfodelinakimilər fəsiləsinin əzvay cinsinə aid bitki növü.