Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Caiz
Caiz [جائص ] – icra edilməsində dini hökmlərə əks olmayan, günah olmayan şeylər. Hər hansı bir şeyin, yaxud hərəkətin caiz olması islam dinində ilk növbədə Quranla, sonra hədislərlə, sonra isə müsəlman fəqihlərinin rəylərinə əsasən müəyyən olunur. Caiz sözü azərbaycan dilində daha çox islam fəlsəfəsi mətnlərində işlədilir. Kəlmənin kökündə olan cəzə [جاص ] felindən azərbaycan dilində geniş yayılan icazə sözü də əmələ gəlmişdir. Ərəb dilində icazə sözünün feli IV babda əcəzə felidir. İcazə sözü onun məsdəridir. Ərəbcədə müənnəs qadın cinsini bildirən -ətun şəkilçisi azərbaycan dilinə qısa ə olaraq keçmişdir [Müqayisə et: ər. icazətun – az. Icazə; ər. idarətun – az.
Faiz
Faiz — ədədin yüzdə bir hissəsi, "%" ilə işarə olunur. Riyaziyyatın mühüm anlayışlarından biridir. Sözün özü mənşəcə latın sözü olub (per centum), mənası "yüzdə" deməkdir. 1885-ci ildə Parisdə Matye de la Porta "Kommersiya hesabına rəhbərlik" kitabını nəşr edir. Həmin kitabda faiz hissəsindən danışılır ki, bu da "cto" kimi işlənirdi (cento-nun qısaldılmış forması) və nəşriyyatçı çap xətası nəticəsində bu sözü "%" kimi yazmışdır. O zamandan da faiz işarəsi kimi bu cür istifadə olunmağa başlanılmışdı. == Müəyyənləşməsi == Ədədin faizini tapmaq üçün onu 100%-ə bölüb, verilən faizə vurmaq lazımdır. Faizə görə ədədi tapmaq üçün alınmış ədədi 100%-ə vurub, verilən faizə bölmək lazımdır. Bir ədədin digərinin neçə faizi olduğunu tapmaq üçün birinci ədədi ikinciyə bölüb, 100%-ə vurmaq lazımdır. Onluq kəsri faizlə ifadə etmək üçün onu 100%-ə vururlar:0,35 = 0,35 • 100% = 35%; 2,3 = 2,3 • 100% = 230% və s.
Hafiz
Hafiz (ərəb. حافظ‎) — Quranı əzbər bilən şəxs. Qadın cinsindən olan insanlara hafizə deyilir. == Hədis == Hafiz ərəb dilində "əzbərləyən, mühafizə edən" mənasını verir. Mühəddislərə verilən ləqəblərdən biridir. Hədis elmində yüksək dərəcələrə çatmış şəxslərə verilir. Bu termin haqqında vahid tərf yoxdur. Cəmaluddin əl-Mizziyə görə hafiz bildiyi şəxslər bilmədiyi şəxslərdən çox olan şəxsdir. Bəzi hədisşünaslara görə, hafiz 100 min hədisi sənədləri ilə birlikdə əzbər bilən, hədislərin sənədlərini təşkil edən ravilərin tərcümeyi-hallarını, cərh və tədil baxımından hər biri haqqında verilmiş hökmləri bilən hədisçidir. == Həmçinin bax == Hədis == İstinadlar == == Xarici keçidlər == Hədis elmi.
Taiz
Taiz (ərəb. تعز‎) — Yəməndə şəhər.
Vaiz
Vaiz — minbərdən vəz (moizə) söyləyən şəxs. İslamla bağlı danışılan hər hansı bir hadisə və ya İslamdan bəhs edən söhbət vaiz adlanır. Vaiz ərəb sözü olub "vəz və nəsihət edən, moizə edən" mənasını verir. "Vaiz olaraq ölüm kifayətdir" yəni, nəsihət olaraq ölüm kifayətdir.
Faiz Əhməd Faiz
=== === Faiz Əhməd Faiz (13 fevral 1911, Sialkot, Britaniya Hindistanı – 20 noyabr 1984, Lahor) — Pakistan şairi, tənqidçi, ictimai xadim. "Xalqlar arasında sülhü möhkəmlətməyə görə" Beynəlxalq Lenin mükafatı laureatı(1962), Beynəlxalq "Lotos" mükafatı laureatı(1975). Urdu və Pəncab dillərində yazmışdır. 1979-cu ildən "Lotos" jurnalının baş redaktoru idi. Sülh və demokratiya, milli azadlıq uğrunda mübarizə yaradıcılığının başlıca mövzusudur. "Kədərli naxışlar" (1941), "Küləyin əlləri" (1952), "Zindan şerləri" (1957), "Sinay vadisi" (1971), "Dost şəhərində axşamlar" (1977) və s. şer toplularının, "Mizan" (1962), "Bizim milli mədəniyyətimiz" (1976) məqalə kitablarının müəllifidir. Bəzi serləri Azərbaycan dilinə tərcümə olunmuşdur.
Faiz bəndi
Faiz dərəcəsi
Faiz dərəcəsi — müəyyən bir müddət (ay, rüb, il) hesablanmış kredit alıcısının istifadə etdiyi üçün ödədiyi kredit məbləğinin faizi ilə göstərilən məbləğ. Pul nəzəriyyəsi baxımından faiz dərəcəsi bir dəyər anbarı kimi pulun qiymətidir. Faiz gəliri — müxtəlif formalarda (borclar, kreditlər) borcda kapital təmin edilməsindən əldə edilən gəlir və ya qiymətli kağızlara yatırımlardan əldə edilən gəlirdir. == Faiz dərəcələrinin tarixi == Son iki əsrdə baza faizləri ya milli hökumətlər, ya da mərkəzi banklar tərəfindən təyin edilmişdir. Məsələn, ABŞ Federal Ehtiyat Fondunun dərəcəsi 1954-2008 arasında% 0,25 ilə 19% arasında, İngiltərə Bankının baza faizləri 1989 ilə 2009 arasında% 0,5 ilə% 15 arasında dəyişmişdir və Almaniyada baza nisbətlərində yayılma 1920-ci illərdə% 90-dan 2000-ci illərdə təxminən 2% -ə qədər dəyişdi . 2007-ci ildə Hiperinflyasiya spiralini aşmağa çalışarkən, Zimbabve Ehtiyat Bankı kredit faizlərini% 800-ə qaldırdı . == Faiz dərəcələrinin növləri == Faiz dərəcələrinin bir neçə növü vardır === Sabit və üzən dərəcələr === Faizənin zaman keçdikcə dəyişib-dəyişməməsindən asılı olaraq sabit və üzən faiz dərəcələri mövcuddur: Sabit faiz dərəcəsi sabitdir, müəyyən bir müddət üçün müəyyən edilir və heç bir şərtdən asılı deyildir. Üzən faiz dərəcəsi dövri olaraq nəzərdən keçirilməlidir. Faiz dəyişikliyi müəyyən göstəricilərin dalğalanmasına əsasən həyata keçirilir. Bu cür göstəricilərin klassik nümunəsi London banklararası təklif dərəcəsidir (LIBOR, London banklararası kredit bazarındakı orta ölçülmüş faiz dərəcəsi).
Faiz xərcləri
Hafiz (Bostanabad)
Hafiz (fars. حافظ‎) — İranın Şərqi Azərbaycan ostanının Bostanabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 185 nəfər yaşayır (41 ailə).
Hafiz Abdullayev
Hafiz Məhəd oğlu Abdullayev (1 yanvar 1984; Yuxarı Salahlı, Qazax rayonu, Azərbaycan SSR — 14 aprel 2019; "N" saylı hərbi hissə, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, şəhid. == Həyatı == Hafiz Abdullayev 1 yanvar 1984-cü ildə Qazax rayonunun Yuxarı Salahlı kəndində Məhəd Abdullayevin ailəsində anadan olmuşdur. 1990-2001-ci illərdə Sumqayıt şəhər 16 nömrəli tam orta məktəbdə təhsil almışdır. Ailəli idi, 2 qızı və 1 oğlu yadigar qaldı. == Hərbi xidməti == Hafiz Abdullayev 2002-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax rayon üzrə Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır. 2003-cü ilə qədər Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, "N" saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmət etmişdir. 2005-ci ildən müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq hərbi xidmətini davam etdirirdi. Gizirlik kursunu bitirən Abdullayev xidmətini "gizir" rütbəsində yerinə yetirmişdir. Hərbi xidməti zamanı bir neçə yubiley medalları və fəxri fərmanlarla təltif edilmişdir. 7 mart 2019-cu ildə Azərbaycan Ordusunun iki hərbi qulluqçusu - əsgər Fərrux Məmmədov və gizir Hafiz Abdullayev mövqe istiqamətində hərəkət edərkən qar uçqununa düşmüşlər.
Hafiz Abdurrəhmanov
Hafiz Xalid oğlu Abdurrəhmanov (21 noyabr 1989; Şəmkir rayonu, Azərbaycan — 2 noyabr 2020; Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kapitanı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Hafiz Abdurrəhmanov 1989-cu il noyabrın 21-də Şəmkir rayonunun Sabirkənd kəndində anadan olub.1997-ci ildə Şəmkir rayonunun Sabirkənd kəndində yerləşən S. Rüstəmov adına tam orta məktəbində 1-ci sinifə getmiş, 2005-ci ilə qədər həmin məktəbdə təhsil almışdır. 2005-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi liseyə daxil olmuş, 2008-ci ildə Liseyi bitirmişdir. Elə həmin il Heydər Əliyev adına Ali Hərbi Məktəbə daxil olmuş, 2012-ci ildə Ali Hərbi məktəbi leytenant rütbəsi ilə bitirmişdir. 2012-2013-cü illərdə Texniki Təlim Mərkəzində təhsil almışdır. == Hərbi xidməti == 2013-cü ildən Sumqayıt şəhərində yerləşən N nömrəli hərbi hissədə xidmətə başlamışdır. 2014-cü ilin əvvəlindən Qusar rayonunda yerləşən N nömrəli hərbi hissədə bölük komandiri vəzifəsində çalışmışdır. 2015-ci ildə həmin hərbi hissədə xidməti dövründə baş leytenant rütbəsini almışdır. 2015-ci ilin payızından etibarən Bakı şəhərində yerləşən N nömrəli hərbi hissədə mühəndis-istehkam bölük komandiri vəzifəsində xidmətini davam etdirmişdir. 2019-cu ilin payızından etibarən Tərtər rayonunda yerləşən N saylı hərbi hissədə mühəndis-istehkam bölük komandiri vəzifəsində xidmətini davam etdirmişdir.
Hafiz Baxış
Hafiz Baxış (tam adı:Baxışov Hafiz Həbib oğlu), (1932–1989) – Azərbaycan şairi. == Həyatı == Hafiz Baxış 1932-ci il oktyabrın 15-də Zəngəzur mahalı Qafan bölgəsinin Yuxarı Girətağ kəndində müəllim ailəsində anadan olmuşdur. Orta məktəbi 1950-ci ildə Qafan bölgəsinin Şəhərcik kəndində bitirmişdir. 1950–1952-ci illərdə Qovşud kəndində ibtidai sinif müəllimi işləmiş, 1952 – 1956-cı illərdə Azərbaycan Dövlət Teatr İnstitutunun teatr və kino aktyorluğu fakultəsində təhsil almışdır. Tələbə ikən 1954-cü ildə Azərbaycan diviziyasında bədii özfəaliyyət dərnəyinin rəhbəri olmuşdur. 1956–1961-ci illərdə Sumqayıt şəhərində tərbiyəçi, pionerlər evinin və mədəniyyat sarayının direktoru vəzifəsində çalışmışdır. 1961-ci ildə Azərbaycan Dövlət Radio və Televiziya verilişləri Komitəsində rejissor köməkçisi, rejissor, yüksək dərəcəli rejissor vəzifələrində fəaliyyət göstərmişdir. İlk şeirləri "Sosialist Sumqayıtı" qəzetində dərc olunmuşdur, "Samur – Dəvəçi kanalı" adlı ilk şeiri də həmin qəzetin 1957-ci il 9 fevral tarixli sayında , "Zirvə" adlı ilk poeması isə "Azərbaycan" jurnalının 1968-ci il 2-ci sayında çap olunmuşdur. Bundan sonra o altı poema qələmə alsa da lirik şair kimi tanınmışdır. İyirmidən çox şeirinə musiqi bəstələnmişdir.
Hafiz Baxşəliyev
Hafiz Baxşəliyev (1 aprel 1980, Naxçıvan) — Azərbaycan idmançısı, dünya və Avropa çempionu. Kikboksinq üzrə Avropa çempionatının gümüş (2006), dünya çempionatının bürünc (2007) mükafatçısı, üç qat dünya çempionudur (2004, 2006, 2008). == Həyatı == Hafiz Baxşəliyev 1980-ci il aprel ayının 1-də Naxçıvanda anadan olub. 1986–1996-cı illərdə orta məktəbdə təhsil alıb. 1996–2000-ci illərdə Təfəkkür Universitetinin İqtisad fakültəsinin məzunu olub. 2000–2001-ci illərdə hərbi xidmətdə qulluq etmişdir. == Fəaliyyəti == Kikboksinqə 1997-ci ildə başlayıb. 91+ kg çəki dərəcəsində Azərbaycanı beynəlxalq yarışlarda təmsil edib. İştirak etdiyi müddətdə dəfələrlə dünya, avropa çempionatlarının qızıl, gümüş və bürünc medalçısı olmuşdur. 2007-ci ildə rəsmi K-1 peşəkar yarışlarda Azərbaycanı ilk dəfə təmsil etmişdir.
Hafiz Cəfərov
Hafiz Yusif oğlu Cəfərov (26 aprel 1946, Bakı) — atıcılıq üzrə Azərbaycanlı məşqçi. Olimpiya çempionu Zemfira Meftahətdinovanın məşqçisi. == Həyatı == Hafiz Cəfərov 26 aprel 1946-cı ildə Bakı şəhərində anadan olub. Hafiz Cəfərov 1970-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirib. == Fəaliyyəti == Hafiz Cəfərov 1976-cı ildən atıcılıq üzrə Azərbaycan yığmasının baş məşqçisidir. Bu müddət ərzində onun tələbələrindən, Valeri Timoxin Dünya Çempionatlarının gümüş medalları qazanıb, Zemfira Meftahətdinova isə Olimpiya çempionu olub. Hafiz Cəfərov 2000-ci ildə "Şöhrət" ordeninə, 2004-cü ildə "Tərəqqi" medalına, 2008-ci ildə isə "Azərbaycan Respublikasının Əməkdar bədən tərbiyəsi və idman xadimi" fəxri adına layiq görülüb.
Hafiz Fətullayev
Hafiz Nürəddin oğlu Fətullayev (24 fevral 1944, Bakı – 20 yanvar 2015, Bakı) — Azərbaycan kinorejissoru, ssenatist, aktyor. == Həyatı == Hafiz Fətullayev 24 fevral 1944-cü ildə Bakıda anadan olub. Məşhur Fətullayevlər nəslinin davamçısıdır. Aktyor Fateh Fətullayev və rəssam Nüsrət Fətullayevin qardaşı oğlu, bəstəkar Nurəddin Fətullayevin oğludur. M. A. Əliyev adına ADİİ-nun rejissorluq fakültəsini bitirdikdən (1970) sonra, Azərbaycan Dövlət Dram Teatrında işləyib. 1977–1990-cı illərdə Azərbaycan Dövlət Televiziyasında işləyib. Lider TV-də çalışıb. 1991-ci ildən "Rimur" müstəqil kinokompaniyasının rəhbəri idi. "Qırmızı qatar" və "Müqəddəs odda yanaram" filmlərinin rejissoru olub. Hafiz Fətullayev uzun sürən xəstəlikdən sonra 70 yaşında Bakıda vəfat etmişdir.
Hafiz Hacxalıl
Hafiz Hacxalıl (Hafiz Ziyatxan oğlu Təmirov 1981) — Azərbaycan şairi. == Həyatı == 1981-ci ildə qədim oğuz-türk yurdu olan indiki Ermənistanın İlməzli kəndində doğulub. Bakı şəhərində yaşayır. Ziyadxan, Turan və Dəniz adlı üç övladı var. == Təhsili == Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini və Bakı Dövlət Unuversitetini bitirib. == Yaradıcılığı == “Sevgi dolu ürəyəm”, “Gözləmə nə vaxtsa qayıtmağımı”, “Atillaya məktub”,“Dərdimdən ölən dərdlərim”, "İşıq", "Sevgi də bir vətəndir" , "Xatirən var" "Arzu ömrü uzatmır" adlı şeir kitablarının müəllifidir. Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. == Hal-hazırdakı fəaliyyəti == Hal-hazırda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəis müavini, "Polis" qəzetinin redaktoru, polis polkovnik-leytenantıdır. Dövri mətbuatda şeir və məqalələrlə çıxış edir.
Hafiz Hacıyev
Hafiz Ələmdar oğlu Hacıyev (16 aprel 1956, Zod, Basarkeçər rayonu) — Azərbaycanlı siyasətçi, biologiya elmləri namizədi, Müasir Müsavat Partiyasının sədri (2001), "Azərbalıq" Dövlət Balıqçılıq Təsərrüfatı Konserninin sədri (1992–1993). == Həyatı == Hafiz Hacıyev 1956-cı ilin aprel ayının 16-da Ermənistan SSR Basarkeçər rayonunun Zod kəndində anadan olmuşdur. 1962–63-cü dərs ilində Zod kənd orta məktəbinə daxil olub, 1973-cü ildə həmin məktəbi bitirmişdir. 1973–1979-cu illərdə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının Zoomühəndislik fakültəsində təhsil almışdır. 1988-ci ildən biologiya elmləri namizədidir. 1979-cu ildən 1982-ci ilədək Azərbaycan LKGİ Kəlbəcər rayon komitəsində təşkilat şöbə müdiri və rayon komitəsinin II katibi işləmiş və I katibi əvəz etmişdir.1982–1989-cu illərdə Azərbaycan Kənd Təsərrüfatı Nazirliyində balıqçılıq şöbəsinin ixtioloqu və şöbə müdiri əvəzi, şöbə müdiri, Azərbaycan Dövlət Aqrar-Sənaye Komitəsində balıqçılıq idarəsinin rəisi, 1989–90-cı illərdə Respublika Embrionköçürmə Mərkəzinin direktoru, Respublika Süni Mayalanma Mərkəzinin direktoru vəzifələrində, 1991–1992-ci illərdə "Azərbalıq" İstehsalat Kommersiya Assosiasiyasının sədr müavini və sədri vəzifələrində çalışmışdır. === Ailəsi === Ailəlidir, 3 övladı var. İmişli Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Vilyam Hacıyevin əmisi oğludur. İctimai fəal Bəxtiyar Hacıyevin uzaq qohumudur. Sabiq deputat Arzu Səmədbəyli və siyasətçi Aqil Səmədbəylinin uzaq qohumudur.
Hafiz Heydərov
Hafiz Heydərov (tam adı: Heydərov Hafiz Qurban oğlu) — Azərbaycan jurnalisti. == Həyatı == 11 iyun 1983-cü ildə Zaqatala rayonunun Aşağı Tala kəndində anadan olmuşdur. 1989-cu ildə Aşağı Tala kəndi 3 saylı məktəbdə I sinfinə gedib. 2000-ci ildə Aşağı Tala kəndi 1 saylı orta məktəbi bitirmişdir. 2001-ci ildə ali məktəbə daxil olub. 2006-cı ildə ali təhsilini başa vuraraq hərbi xidmətə yollanıb. Müdafiə Nazirliyinin Naxçıvan Muxtar Respublikasında yerləşən "N" saylı hərbi hissəsində həqiqi hərbi xidmət keçib və 2007-ci ildə hərbi xidməti başa vurub. 14 il Azəri-Press İnformasiya Agentliyində (APA) çalışıb. Hafiz Heydərov hazırda "Lent.az" saytının baş redaktorudur.Ailəlidir, iki övladı var. == Mükafatlar == 2017-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair əlavə tədbirlər haqqında" 2013-cü il 22 iyul tarixli, 3011 saylı Sərəncamı əsasında KİV əməkdaşları üçün inşa edilmiş binada mənzillə təmin olunub.2019-cu ildə "Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi (1919-2019)" Azərbaycan Respublikasının yubiley medalı ilə təltif olunub.
Hafiz Həsənov
Hafiz Saleh oğlu Həsənov (4 oktyabr 1993; Kəbirli, Beyləqan rayonu, Azərbaycan — 14 oktyabr 2020; Qarabağ, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Hafiz Həsənov 4 oktyabr 1993-cü ildə Beyləqan rayonunun Kəbirli kəndində Saleh Həsənovun ailəsində anadan olmuşdur. 2000-2009-cu illərdə M. Fərzəliyev adına Beyləqan rayon Kəbirli kənd tam orta məktəbdə təhsil almışdır. 2013-cü ildən ailəli idi, Sahil və Nuray adlı övladları yadigar qaldı. == Hərbi xidməti == Hafiz Həsənov 2011-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan rayon üzrə Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır. Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, "N" saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmət etmişdir. Hərbi xidməti başa vurduqdan sonra bir müddət mülki fəaliyyət göstərən Hafiz Həsənov sonradan müddətdən artıq hərbi xidmət qulluqçusu olmuşdur. Azərbaycan Ordusunun əsgəri olan Hafiz Həsənov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində atıcı olaraq iştirak etmişdir. Suqovuşanın, Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Hafiz Həsənov 14 oktyabr 2020-ci ildə döyüşlərin gedişatında döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur.
Hafiz Həziyev
Hafiz Varoğlu oğlu Həziyev (23 oktyabr 1993, Yeni Qaradolaq, Ağcabədi rayonu – 6 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Hafiz Həziyev 23 oktyabr 1993-cü ildə Ağcabədi rayonunun Yeni Qaradolaq kəndində anadan olmuşdur. Məhəmməd Füzuli adına tam orta məktəbdə təhsil almışdır. 2010-cu ildə həmin məktəbdən məzun olmuşdur. == Hərbi xidməti == Hafiz Həziyev 2011–2012-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. Azərbaycan Ordusunun əsgəri olan Hafiz Həziyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində könüllü olaraq 29 sentyabrdan iştirak etmişdir. Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Hafiz Həziyev 6 oktyabr 2020-ci ildə Füzuli rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Ağcabədi rayonunun Yeni Qaradolaq kəndində anadan olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Hafiz Həziyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Hafiz Həziyev ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Hafiz Həziyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Hafiz Məmmədov
Hafiz Məmmədov (rəssam) — rəssam. Hafiz Məmmədov (sahibkar) — "Bakı" futbol klubunun prezidenti, AFFA İcraiyyə Komitəsinin üzvü, Baghlan Group FZCO-nun prezidenti.
Hafiz Paşayev
Hafiz Mir Cəlal oğlu Paşayev (2 may 1941, Bakı) — Azərbaycan Respublikası xarici işlər nazirinin müavini, diplomat, "ADA" Universitetinin rektoru. == Həyatı == Hafiz Mir Cəlal oğlu Paşayev 1941-ci il mayın 2-də Bakı şəhərində anadan olmuşdur. 1963 – Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) fizika fakültəsini bitirmişdir 1964–1967-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Fizika İnstitutunda çalışmışdır. 1971-ci ildə Moskvada Kurçatov adına Atom Enerjisi İnstitutunun aspiranturasını bitirmişdir. 1971–1992-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunda elmi işçi, laboratoriya müdiri olmuşdur. 1984-cü ildə Doktorluq dissertasiyasını müdafiə etmiş, fizika elmləri doktoru elmi dərəcəsinə layiq görülmüşdür. 1975–1976-ci illərdə İrvin şəhərində yerləşən Kaliforniya Universitetində tədqiqatlarını davam etdirmişdir 1992–2006-cı illərdə Azərbaycan Respublikasının ABŞ-dakı (eyni zamanda Meksika və Kanadada) Fövqəladə və Səlahiyyətli səfiri vəzifəsində çalışmışdır. Azərbaycan Respublikası Prezidentinin 14 avqust 2006-cı il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Xarici İşlər Nazirinin müavini – Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının rektoru təyin edilmişdir. 100-dən artıq elmi əsərlər, iki monoqrafiya, həmçinin yerli və dünya mətbuatında dərc edilmiş müxtəlif ictimai-siyasi mövzuları əhatə edən onlarla məqalələrin müəllifidir. Xarici dillərdən ingilis və rus dillərini bilir.
Haim Ramon
Haim Ramon (ivr. ‏חיים רמון‏‎; 10 aprel 1950) — 1983-2009-cu illər arasında Knessetin üzvü olan və həm Baş Nazir müavini, həm də Baş Nazir Aparatında dövlət siyasətinə cavabdeh olan bir İsrail siyasətçisidir.
Haim Revivo
Haim Maykl Revivo (ivr. ‏חיים מיכאל רביבו‎‏‎, 22 fevral 1972, Aşdod) — İsrailli keçmiş futbolçu. == Karyerası == İspaniyanın "Selta Viqo" komandasına keçməmişdən qabaq İsrailin "Bney Yehuda", "Hapoel Tel-Əviv" və "Makkabi Hayfa" klublarında top qovmuşdur. Həmçinin Türkiyənin "Fənərbaxça" və "Qalatasaray" klublarının da şərəfini qorumuşdur. İspaniyada inamlı çıxışından sonra "Fənərbaxça"ya transfer olunmuşdur. "Fənərbaxça"da ilk iki ildə əla oyun sərgiləmiş, 2001-ci ilidə çempionluğun qazanılmasında pay sahibi olmuşdur. Oyunu ilə azarkeşlərin ürəyində taxt qurmuşdur. Amma 2002-ci ildə yeni oyunçuların transferindən sonra komandadan buraxılmışdır. "Qalatasaray"da sərbəst agent kimi keçmişdir. Fənərbaxçalılar buna görə onun adını "Xain Revivo" qoydular.