Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Balavat
BALAVAT – qədimdə İmqur-Ellil adlı Aşşur şəhəri olmuşdur. Hal-hazırda İraq da Dəclə çayının sol sahilində kənddir. Balavatda üzərində III Salmanasarın e.ə.859–848 illərdəki hərbi yürüşləri təsvir olunmuş bürünc məbəd qapıları (“Balavat qapıları”) tapılmışdır. == İstinadlar == Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 3-cü cild: Babilistan – Bəzirxana (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2011. səh. 113. ISBN 978-9952-441-07-9.
Salavat
Salavat (İslam) — Salavat (dağ) — Salavat dağı — Salavat şəhəri — Salavat mağarası — Salavat aşırımı-1 — Baş Qafqaz silsiləsində, Şəki rayonu ilə Dağıstanın sərhədində yerləşir. Hündürlüyü 2816 m. Salavat aşırımı-2 — Baş Qafqaz silsiləsində, Qəbələ və Quba rayonları sərhədində yerləşir.
Salavat (Meşkinşəhr)
Salavat (fars. صلوات‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 970 nəfər yaşayır (200 ailə).
Salavat (dağ)
Salavat dağı — Baş Qafqaz silsiləsinin şərqində yerləşən zirvə. Dağ Azərbaycan ilə Rusiya (Dağıstan) arasında sərhəddə yerləşir. == Təsviri == Dağ 3642 metr hüündürlüyə malikdir. Burada yerləşən Salavat aşırımından (2829 m) Hərbi-Axtı yolu keçir. == Mənbə == Салават, гора // Энциклопедический словарь Брокгауза и Ефрона : в 86 т. (82 т. и 4 доп.). — СПб., 1890—1907.
Salavat (İslam)
Salavat — İslamda Həzrəti Peyğəmbər, onun ailəsi, bəzən də Əshabı üçün edilən dua. Ərəbcəsi belədir: (صلی الله علیه و آله و سلم). Tərcüməsi isə belədir: Allah Muhəmməd və ailəsinə salavat və salam göndərsin. Bu dua adətən islam peyğəmbəri Məhəmməd peyğəmbərin (s) adından sonra işlənir və onun özünə və Əhli-beytinə (ə) salavat, salam və dua olaraq deyilir. == Salavatın variantları == 1. Sallallahu aleyhi və alihi və səlləm 2. Əleyhissalam 3. Aleyhi-s-salatu vəs-salam 4. Sallallahu aleyhi və səlləm 5. Əssalatu vә-s-salamu alә Muhammәdin vә alә alihi vә әshabihi әcmәin == Salavatın qısa yazılması == 1.
Salavat (şəhər)
Salavat — Rusiya Federasiyasında yerləşən şəhər Başqırdıstan Respublikasına daxildir
Salavat Fatxetdinov
Salavat Fatxetdinov (tatar. Салават Зәки улы Фәтхетдинов; 10 yanvar 1960, Aksayet[d], Başqırd MSSR) — müğənni, Tatarıstanın xalq artisti, Rusiyanın əməkdar artisti, Başqırdıstan Respublikasının xalq artisti, avtoidmanında beynəlxalq idman ustası, Tatarıstan Respublikası ağırlıq qaldırma federasiyasının prezidenti, Rusiya uşaq fondunun Tatarıstan filialının direktoru, Ulyanovsk vilayətinin əməkdar mədəniyyət işçisi (2010), Kazan Dövlət Mədəniyyət İnstitutunun professoru. == Bioqrafiyası == Salavat Fatxetdinov 10 yanvar 1960-cı ildə SSRİ, Başqırdıstan MSSR-nın Təteşle rayonunun Aksayet kəndində anadan olmuşdur. Milliyyətcə - tatardır. Orta təhsil aldıqdan sonra Sterlitamak mədəni maarif məktəbində oxuur. 1977-1979-cu illərdə Təleşe rayonunun İlmetovo kəndindəki kənd Mədəniyyət Evinin direktoru vəzifəsində çalışmışdır. 1979-1981-ci illərdə Sovet Ordusunda xidmət etmişdir. 1981-1989-cu illərdə Aksayet Musiqi Klubları Sisteminin direktoru vəzifəsində çalışıb. Klubda bir neçə il çalışdıqdan sonra Salavat 1989-cu ildə məzun olduğu Kazan Mədəniyyət İnstitutunun rejissorluq şöbəsinə daxil olur. 1989-2000-ci illərdə Yar Çallı şəhərində yaşayır.
Salavat Kusimov
Salavat Kusimov (8 mart 1942) — Ufa Dövlət Aviasiya Texniki Universitetinin prezidenti, UDATU rektoru (1992 - 2003), Başqırdıstan Respublikası Qurultayının deputatı (2003-2008), rus alim, texniki elmlər doktoru, professor. == Bioqrafiyası == İkinci Dünya müharibəsi qəhrəmanı general Tahir Qasımovun oğludur. === Təhsil və fəaliyyət === Moskva Energetika Universitetinin mühəndis elektrik fakultəsini bitirmişdir (1965). Elmlər namizəti (1971) və professordur (1991). Sovet İttifaqı ixtiraçı müəllifi (1985), Başqırdıstan Elmlər Akademiyasının müxbir üzvü (1998), Rusiya Təbiət Elmləri Akademiyasının həqiqi üzvü (1993), Beynəlxalq Ali Təhsil Elmləri Akademiyasının (1994), Petrovski Elmlər və İncəsənət Akademiyasının (1994), Petrovski Keyfiyyət Problemləri Akademiyasının (1995), Başqırdıstan Respublikasının Elmi və Tədrisə Yardım üzrə Dövlət İdarəetmə Şurasının, Başqırdıstan İctimai Təhlükəsizlik Şurasının üzvü, Nümayəndələr Palatasının müavini, millət vəkili. əvvəllər Başqırdıstan Respublikası Dövlət Assambleyasının sədri. "Şərəf nişanı" ordenli (1985). Kompleks texniki obyektlərin, optik-mexanik sistemlərin, adaptiv lazer optiklərinin idarə olunmasında mütəxəssisdir. Elmi istiqaməti - yüksək lazer radiasiyasının parametrlərinə nəzarət etməkdir. Elmi araşdırmalarının nəticələri aviasiya sənayesində tətbiq olunur.
Salavat Qaysin
Salavat Muxtar oğlu Qaysin (başq. Ғайсин Салауат Мөхтәр улы, rus. Гайсин Салават Мухтарович; 24 fevral 1940, Rəsul, Başqırd MSSR – 5 yanvar 2023) — Rusiya təsərrüfat xadimi, 1992–2011-ci illərdə Başinformsvyaz ASC-nin baş direktoru. 12-ci çağırış Başqırdıstan MSSR Ali Şurasının üzvü, 3 və 4-cü çağırış Başqırdıstan Respublikası Qurultayının deputatı. == Həyatı == Salavat Qaysin 1958-ci ildən 1959-cu ilədək Uçalı şəhərində tikinti trestinin daşyonan-dülgər kimi işləmişdir. 1964-cü ildə Novosibirsk Elektrotexnika Rabitə İnstitutunun telefon və teleqraf rabitəsi ixtisasınl bitirmişdir. 1965–1975-ci illərdə baş mühəndis, sonra isə Beloretsk istismar və texniki rabitə qovşağının rəhbəri olmuşdur. 1976-cı ildən BMSSR Texniki İstehsal Rabitəsi İdarəsinin (TİRİ) rəhbər müavini vəzifəsinə keçir və 1987-ci ilin noyabr ayında yekdilliklə müəssisə rəhbəri seçilir. 1992-ci ildə BMSSR TİRİ Başinformsvyaz ASC-yə çevrilməsindən sonra Salavat Qaysin 2011-ci ilə qədər şirkətə rəhbərlik edərək baş direktor vəzifəsində işləyirdi. 1990–1995-ci illərdə BMSSR Ali Şurasının deputatı olmuşdur, Başqırdıstan parlamentinin Nümayəndələr Palatasının deputatı seçilmişdir, Başqırdıstan Respublikası Hökumətinin üzvü olmuşdur.Rusiya Təbiət Elmləri Akademiyasının fəxri akademiki, Başqırd Dövlət Universitetinin fəxri akademiki, Telekommunikasiya Keyfiyyəti Akademiyasının həqiqi üzvü, Ufa FK-nın fəxri prezidenti.
Salavat Yulayev
Salavat Yulayev (başq. Салауат Юлай улы; 16 iyun 1754 — 26 sentyabr 1800) — başqırd xalq qəhrəmanı və el şairi. == Həyatı == Salavat Yulayev 16 iyun 1754-cü ildə anadan olmuşdu. Şeytan-Kuday kəndində yaşam sürən tarxan ailəsindən idi. Çelyabinsk vilayəti əhalisi Puqaçov üsyanına qoşulurdu. Üsyanın nüvəsini başqırdlar və digər türk xalqları təşkil edirdi. Bu üsyan Salavat Yulayev kimi xalq qəhrəmanları yetirdi, lakin müstəmləkə zülmünə qarşı oyanıb ayağa qalxan xalqların milli azadlıq hərəkatını rus kəndli müharibəsi adlandırıldı. Üsyan qanlar içində boğdurulub susduruldu. Salavat Yulayev 26 sentyabr 1800-cü ildə vəfat edib. == İstinadlar == == Xarici keçidlər == Статья "Салават Юлаев" в "Башкортостан.
Salavat bayramı
Salavat bayramı (başq. Salauat yıyını) — Salavat Yulayev günləri çərçivəsində qeyd olunan respublika səviyyəli folklor bayramı. == Bayram haqqında == "Başqırdıstan Respublikasında Salavat Yulayev günlərinin keçirilməsi barədə" sərəncam Respublika prezidenti tərəfindən 2004-cü ilin iyulunda imzalanıb. Həmin vaxtdan etibarən "Salauat yıyını" hər il Respublikanın müxtəlif şəhər və rayonlarında keçirilir. Əvvəlcə təsnifat mərhələsi keçirilir. Respublikanın folklor bayramı olan "Salauat yıyını"nın keçirilməsinin məqsəd və vəzifələri aşağıdakılardır: Xalq yaradıcılığının qorunub saxlanılması və inkişafı; Yetişməkdə olan nəsildə Salavat Yulayev obrazında vətənə, onun tarixi keçmişinə sevgi, milli qürur, yaşlı nəslə hörmət və qayğı hissi aşılamaq; Başqırd xalqının milli adətlərin təşviqatı və təbliğatı; Milli İdman növlərinin təbliğ edilməsi; Sağlam həyat tərzinin təbliğ edilməsi.Bayram çərçivəsində yarış keçirilir: "Salauat yıyını batırı", "Saya kızzar", yurt müsabiqəsi, ənənəvi idman yarışları (kisə ilə qaçış, yun üzərində gediş, kisə ilə mübarizə, kureş (güləş) , Salavat Yulayev adına kürəş mübarizəsi turniri). 2015-ci ildə "Salaut yıyını" proqramına qalibin Bayka Aydar adına mükafatla təltif olunduğu sesenlər yarışı da əlavə edildi. 2004 — Başqırdıstanın Salavat rayonu 2005 — Başqırdıstanın Salavat rayonu 2006 — Başqırdıstanın Baltaçevskiy rayonu 2007 — Başqırdıstanın Çekmaquşevskiy rayonu 2008 — Salavat şəhəri 2009 Ufa şəhəri 2010 — Başqırdıstanın İşimbay rayonu 2011 — Başqırdıstanın Salavat rayonu 2012 — Başqırdıstanın Salavat rayonu 2013 — Başqırdıstanın Salavat rayonu 2014 — Başqırdıstanın Salavat rayonu == Salauat yıyını — 2010 == "Salauat yıyını −2010" tarixi məkan olan Toratau dağlarının ətəyində qeyd olundu. Məhz bu yerdə ərazi yıyını keçirilirdi və başqırd tayfaları taleəhəmiyyətli məsələlərin həlli üçün burada toplaşardılar. RF-nın və ölkənin müxtəlif regionlarından olan başqırdların III ümumdünya qurultayının nümayəndələri də orada iştirak etdilər.
Salavat dağı
Salavat dağı — İranın Şərqi Azərbaycan ostanında dağ. Hündürlüyü 2242 m. Dağın qərb yanından Qarasuçay axır.
Salavat mağarası
Salavat mağarası — təbiət abidəsi, Başqırdıstanın İşimbayski rayonu ərazisində yerləşir. Mağara Kalim-uskan qayasında yerləşir. 1985-ci ildən mağara, qaya ilə birlikdə qorunan təbiət abidəsi elan edilmişdir. Hazırda turizm obyekti kimi istifadə edilir. == Yerləşməsi == Mağara Makarovski kəndindən yeddi kilometr aralıda, Kulqukinoya gedən yolun üzərində qərarlaşır. Rəsmi yerləşim yeri olaraq isə Makarovski meşə savxozu, Şixanov meşə sahəsi, 46 (19, 27, 28 görünüş) və 47 (26, 36, 37 görünüş) məhəllə == Qorunma obyekti == Əsrarəngiz qaya və mağara. Ətraf ərazilərin meşə ilə örtülü olması və nadir bitkilər. Digər ərazilərdə müşahidə edilməyən mənzərə. == Təsvir == Kalim-uskan qayası Sikaya çayı ilə əhatələnmişdir. Salavat mağarasının girişi çay səthindən altı metr yüksəklikdə yerləşir.
Salavat rayonu
Salavat rayonu (başq. Салауат районы) — Rusiya Federasiyası, Başqırdıstan Respublikasının ərazisinə daxil olan inzibati rayon. İnzibati mərkəzi Malayaz kəndidir. == Coğrafiyası == Rayon Başqırdıstanın şimal-şərq hissəsində, Çelyabinsk vilayəti ilə həmsərhə yerlıəşir. Rayonun sahəsi 2182 km²-dir. Ərazinin əsas hövzəsini Yuruzani və Ay çayları təşkil edir. Cənub-şərq hissəsində Uralın qərb yamacının ətəkləri (Suleia, Başqırd İlçikeyevo) uzanır. Karatau silsiləsi şimaldan yüksəlir, Ufa yaylası isə şimal-qərbdə yerləşir. Orta səth hündürlüyü 370 m-dir. Rayonda yerləşən Yangantau dağı, Kuselyarovski hidrogen sulfid bulağı, Korqazak bulağı, Laklinskaya mağarası, İzris mağarası təbii abidələr elan edilmişdir.
Salavat tramvayı
Salavat tramvayı — Salavat şəhərində tramvay sistemi. Tramvay təsərüfatının idarə olunmasını Salavat şəhər Tramvay idarəsi təşkil edir. == Tarixi == Şəhərdə ilk tramvay 29 iyul 1957-ci ildə № 1 maşrutu üzrə «Kolxoz bazarı — Kombinat idarəsi» hərəkət etmişdir. 10 ədəd МТВ-82 vaqonları ilə hərəkət təmin edilmişdir. Kolxoz bazarından depoya bir xətt hərəkət edirdi. Elə ilk gündən iki vaqonlu tranvayların istismara verilməsi zərurəti yaranmışdır. Ancaq bu gercəkləşdirilməmiş qalır. XX əsrin 60-cı illərində şəhərin cənub-şərqində yeni zavodun inşası ilə bura tramvay xətti çəkilmişdir. Bu istiqamətdə КТМ-2+КТП-2 vaqonları xəttə buraxılır. 1967-cı ildə yeni xətlə zavoddan kombinat idarəsinə və Novo-Salavatskaya TES adlı yerə istiqamətlənir.
Salavat şəhəri
Salavat — Rusiya Federasiyasında yerləşən şəhər Başqırdıstan Respublikasına daxildir
Nasirkəndi (Salavat dehistanı)
Nasirkəndi (fars. نصيركندي‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 61 nəfər yaşayır (14 ailə).
Salavat Yulayev (klub)
«Salavat Yulayev» (başq. «Салауат Юлаев») — Başqırdıstan, Ufa şəhərinin peşəkar buzüstü xokkey klubu. Qitə xokkey liqası iştirakçısı. İki qat Rusiya çempionu (2007/08, 2010/11), Qaqarin Kubokunun sahibi (2010/2011), iki qat Açılış Kuboku sahibi (2008/2009, 2011/2012), və Qitə Kubok çempionu (2009/2010). == Ümumi məlumat == 1960-cı ilin oktyabrında Ufa Cihazqayırma Zavodunun rəhbərliyinin göstərişi ilə Salavat Yulayev İdman Klubunda xokkey bölməsi yaradıldı. 1961-ci ilin fevral ayında Salavat Yulayev adına SK-nin xokkey komandası Sverdlovskda keçirilən zona yarışlarında ilk oyununu keçirdi. 1961/1962 mövsümündən əvvəl Çelyabinsk şəhərindən məşqçisi Vladimir Ştyrkov, eləcə də Çelyabinsk və Nijni Novqorod komandalarından oyunçular dəvət edildi. Komandadakı 19 oyunçudan 8-i, 1961-ci ildə fəaliiyəti dayandırılmış 1960/1961 mövsümündə SSRİ-nin «B» çempionatında iştirak edən Ufa klubu «Trud»un keçmiş xokkeyçiləri idi.25 noyabr 1961-ci ildə Salavat Yulayev Çelyabinskdə SSRİ çempionatının «B» dəstəsində debüt etdi, "Metallurg" a məğlub oldu - 1: 3. İlk beynəlxalq matçları isə Salavat Yulaev 30 və 31 dekabr 1961-ci ildə Ufada Almaniya Demokratik Respublikasından olan «Bismutla» oynadı və hər ikisində qalib gəldi - 5: 3 və 5: 4. 1964-cü ildə SSRİ Xokkey Federasiyası "Salavat Yulayevi" ölkə çempionatına qəbul etdi.
Salavat Yulayev muzeyi
Salavat Yulayev muzeyi — Başqırdıstan respublikasının, Salavatsk rayonunda, Maloyaz kəndində yerləşən və başqırd xalq qəhrəmanı olan Salavat Yulayevə həsr edilmiş muzey. Salavat Yulayev muzeyi 15 iyun 1991-ci ildə açılıb. Muzeydə Salavat Yulayevin həyatından bəhs edən 6 ekspozisiya zalı mövcuddur. == Haqqında == Salavat Yulayev muzeyi 15 iyun 1991-ci ildə açılıb. Muzeyin əsasını, Tərxan Zaqidullin və Abuzər Seyfullin qoyub. Muzeyin kompozisiyasının əsasını başqırd yurtasının dizaynı təşkil edir. Muzeyin binası yarımçevrəli damın altında 5 pilləli hissələrdən ibarətdir. Divarlar xaricdən ağ plitələr ilə üzlənib. Salavat Yulayev haqqında olan tarixi bioqrafik muzeyin 6 ekspozisiya zalı var. Layihənin müəllifi A.Klementdir.
Salavat aşırımı-1
Salavat aşırımı - inzibati cəhətdən Azərbaycanın Şəki rayonu və Rusiyanın Dağıstan Respublikası Rutul rayonu ərazisində yerləşir. Hərbi-Axtı yolunun ən yüksək hissəsidir. Salavat dağı ətəklərində yerləşir. Aşırımın hündürlüyü 2830 metrdir. Aşırımdan nəqliyyat əlaqəsi bu hissədəki hava şəraitindən asılıdır.
Salavat şəhər dairəsi
Salavat şəhər dairəsi (başq. Салауат ҡалаһы ҡала округы) — Başqırdıstan Respublikasının ərazisinə daxil olan inzibati ərazi vahidlərindən biri. Şəhər dairəsinin tərkibinə yalnız bir yaşayış məntəqəsi daxildir. == Coğrafisı == Başqırdıstanın mərkəzi hissəsində yerləşən şəhər dairəsi.
Salavat Yulayev heykəli (Ufa)
Salavat Yulayev heykəli — Başqırdıstanın milli qəhrəmanı Salavat Yulayevin şərəfində Ufa şəhərində qoyulmuş abidə. Heykəl sovet heykəltaraşı Soslanbek Tavasiyev tərəfindən hazırlanmışdır. == Tarixi == Şimali Osetiya və Başqırdıstanın milli heykəltaraşı və rəssamı Soslanbek Tavaşiyev tərəfindən hazırlanan abidə, 17 noyabr 1967-ci ildə Ufa şəhərində, Ağidel çayının hündür bir sahilində qoyulmuşdur. Salavat Yulayev abidəsi Ufanın vizit kartına çevrilmişdir. Abidə hətta Başqırdıstan gerbində də əks olunmuşdur. Abidənin unikallığı ondadır ki, 40 ton ağırlığa sahib olmasına baxmayaraq cəmi üç təmas nöqtəsi üzərində yerləşir. Abidənin hündürlüyü 9,8 metrdir. Postamentlə birlikdə hündürlük 14 metrdir. Heykəlin təbii ölçüsündə gipsdən hazırlanan abidə modeli 1963-cü ildə tamamlanır. Abidə Moskvadakı mütəxəssislər tərəfindən müzakirə edilmiş və SSRİ Mədəniyyət Nazirliyinin idarə heyəti tərəfindən rəsmən qəbul edilmişdir.
Hallavar
Hallavar (Oğuz) — Azərbaycan Respublikasının Oğuz rayonunun inzibati ərazi vahidində kənd. Hallavar (Sarvan) — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Sarvan bələdiyyəsinin inzibati-ərazi vahidində kənd.
Hamarat
Hamarat — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 650 nəfərdir. == Toponimiyası == Hamarat kəndi salındığı ərazinin adı ilə adlandırılmışdır. Hamarat toponimik termin kimi düzən, səthi hamar və ya hamarlanmış yer mənasındadır.
Holavar
Holavar — əmək nəğmələrinin sırasına daxil olan janrdır. == Haqqında == Ötən əsrdə aparılmış folklor araşdırmalarında əmək nəğmələri adı ilə təqdim olunan holavarlar əslində müəyyən bir mərasimlə və ya dünyagörüşlə bağlıdır. Füzuli Bayatın yazdığına görə, oturaq həyatın simvolu olan öküz və kotan haqqındakı nəğmələr ilk əkinə başlamaq münasibətilə oxunan ritual xarakterli mətnlərdir və təməlində bolluq, bərəkət anlayışları vardır. İlk işə başlamanın bayram edilməsini nəzərdə tutan bu mətnlər sonralar iş prosesinin tərkib hissəsinə çevrilmişdi. Məzmununa görə holavarlar üç qrupa ayrılır: Əkinçinin arzu və istəklərini tərənnüm edən holavarlar; İş heyvanlarını tərənnüm edən holavarlar; Cütçünü tərənnüm edən holavarlar.Əkinçinin arzu və istəklərini tərənnüm edən belə nəğmələrdə ağır əmək şəraiti, bol məhsul arzusu, xoş gün-güzəran istəyi ifadə olunur: Holavar cüt nəğməsi də adlanır. Holavarlar da çox vaxt bayatı kimi yeddi hecalı olsa da, nəğmənin misralarında təkrar olunan "qara kəlim", "qaşqa kəlim", "öküz", "qara öküz", "hodaq", "kotan", "mac", "cüt" və s. söz və ifadələr onu müəyyən etməyə imkan verir: Öküzlər qoşa getdi, Güc vurdu, daşa getdi. Cütün macı qırıldı, Zəhmətin boşa getdi.Qara öküz aranda, Çıxar gün qızaranda, Hodaq murada çatar, Torpaqdan bar alanda.
Palavan
Palavan (taqal Palawan) — Filippin arxipelaqına daxil olan ada. Uzunluğu 425 km, eni 8,5 – 40 km arası dəyişir. Adanın sahəsi — 12 188,6 km². İnzibati mərkəzi və ən iri şəhəri Puerto-Prinsesdir. Palavan Cənubi Çin dənizi (şimal-qərb) ilə Sulu dənizi (cənub-şərq) arasında yerləşir. == Relyef və iqlim == Adanın böyük hissəsini dağlar, cəngərliklər və Manqrov meşələri tutur. Sıra dağlar adanı iki yerə bölür, bu gölgü sayəsində adada iqlim fərqlilikləri yaranır. O cənub-qərb Mussonlarının təsirinə məruz qalır. Yağıntı əsasən may-dekabr ayları düşür. Qalan vaxtlar isə quru, isti hava olur.
Sadavat
Sadavat — Azərbaycan Respublikasının Ağdaş rayonunun inzibati ərazi vahidində kənd.
Salavati
Salavati (ind. Pulau Salawati) — Raja Ampat adalarının ən böyük 4 adasından biri. Misool, Batanta və Vayqeo ilə birlikdə "4 kral" adlandırılırlar. Sahəsi 1,623 km²-dir. Ən yüksək nöqtəsi 925 metr; sahil xəttinin uzunluğu 200,2 km-dir.
Yalavac
Yalavac — Azərbaycan Respublikasının İmişli rayonunun inzibati ərazi vahidində kənd.
Kalavan
Əmirxeyir (1991-ci ildən Kalavan) — Qaraqoyunlu mahalında kənd. İndiki adı Kalavan.İrəvan xanlığının Göycə mahalında kənd adı == Haqqında == Əmirxeyir (1991-ci ildən Kalavan) Ermənistan SSR-in Krasnoselsk (Mixaylovka – Çəmbərək) rayonunda, rayon mərkəzindən 33 km şimal-qərbdə azərbaycanlılar yaşamış kənd. Bəriabad kəndi ilə birləşdirilmişdir. 1873-cü ildə 161, 1926-cı ildə 216, 1931-ci ildə 250, 1959-cu ildə 342, 1970-ci ildə 712 nəfər azərbaycanlı əhalisi olmuşdur. 1988-ci ilin faciəli olayları zamanı azərbaycanlıların hamısı qovulmuşlar. == Əhalisi == 1988-ci ildə ancaq kənddə yaşayanları nəzərə alsaq, cəmi 300 ailədən ibarət olan Salah və Əmirxeyir kəndlərində doğulmuş olan 11 elmlər doktoru, 29 elmlər namizədi var idi. Bu rəqəm hər 7–8 ailəyə bir alim düşdüyünü göstərir. Bu, çox yerlərdə rast gəlinməyən, kifayət qədər yüksək göstərici idi. 1988-ci ildə kəndin əhalisi Azərbaycana qovulmuşdur. == Toponimi == Kəndin adı Əmir şəxs adından və türk dillərində kair "vadinin suvarılan hissəsi" sözlərindən ibarətdir.
Halva
Halva – Yaxın Şərqdə o cümlədən Azərbaycanda geniş yayılmış şirniyyat növü. Halva hazırlamaq üçün qoz, fındıq və yağlı toxumlar (küncüt, günəbaxan, yerfındığı və soya), un, yağ, şəkər, patka, ədviyyat, kakao məhsullarından istifadə edilir. Halvaya vanil, şokolad, vafli, kişmiş və s. qatılır. Tərkibində 4%ə qədər su, 35-47% şəkər, 30-32% yağ, 12-13% zülallı maddə, 1.8-2.9% mineral maddə vardır. Saxlanılma müddəti 2 aya qədərdir. 100 qram halvanın kaloriliyi 545 - 555 kkal olur. == Səməni halvası == Buğda, buğda unu, ərinmiş yağ, doşab, qoz ləpəsi, cirə, istiot, darçın, razyana istifadə olunur. Buğdadan adi qayda üzrə səməni cücərdir. Səməni cücərtiləri sarımtıl rəngdə olduqda ətçəkən maşından buraxılır, şirəsi tənzifdən süzülür və un əlavə edilib xəmir yoğrulur.