Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Hanibal
Hannibal (E.ə 247, Karfagen, Tunis – E.ə 183-181, Vifiniya) — Karfagen sərkərdəsi == Həyatı == Hamilkar Barka İspaniya və başqa ərazilər uğrunda Roma ilə mübarizə apararkən 9 yaşlı oğlu Hannibalı məbədə aparıb orada mehrab önündə qatı düşmənləri olan Roma ilə ömrü boyu düşmən olacağına and içdirmişdi. Hannibal öz andına sadiq qaldı. Atası öləndən sonra qardaşı Hasdrubal romalılarla sülh tərəfdarı kimi saziş bağlayıb İspaniyadakı Saqunt şəhərini iki dövlət arasında sərhəd kimi qəbul etdi, lakin Hasdrubal öldürüldü. Hannibal əvvəl Saqunt şəhəri ətrafındakı qəbilə və tayfaları fəth etdi. Rəqiblərin 100 mindən çox əsgəri vardı. Saqunt şəhəri əhalisi bunu görüb müdafiə üçün Romaya elçi göndərdilər, lakin Roma senatı qərar çıxarana kimi Hannibal bu ispan şəhərini almaq qərarına gəldi. Döyüş zamanı ön cərgələrdə vuruşan Hannibal budundan ağır yara aldı. Bu hücumdan qəzəblənən romalılar Karfagen senatına elçi göndərib müqaviləni pozduqlarına görə Hannibalın onlara verilməsini tələb etdilər, fəqət rədd cavabı aldılar. Hannibal bu tələbə Saquntu 8 ay mühasirədə saxlayandan sonra almaqla cavab verdi. Bu xəbəri alan Roma bir-birinə dəydi.
Hanibal Qəzzafi
Hannibal əl-Qəddafi (20 sentyabr 1975, Tərabülüs əl-Qərb) — Muəmmər əl-Qəddafinin övladlarından biri. == Həyatı == Hannibal Qəzzafi 1976-cı ildə anadan olub. Hannibal Qəzzafi vaxtı ilə Liviya Milli Dəniz Nəqliyyatı Şirkətində çalışıb. 2005-ci ildə Parisdə hamilə qız dostuna zor tətbiq etməkdə və onu döyməkdə günahlandırılıb. 2008-ci ildə İsveçrənin Cenevrə şəhərində iki qulluqçusuna hücum çəkdikdən sonra həbs edilib. Mülk girovu qarşılığında azadlığa buraxıldıqdan sonra Liviya hökuməti bu ölkədə fəaliyyət göstərən İsveçrə şirkətlərini qovub, eyni zamanda İsveçrə mallarına sanksiya tətbiq etmişdir.