Donuzluqda dəyirman oxunun altına qoyulan ağaca (indi dəmirdən istifadə olunur) oxduruq (Quba ləhcəsində: uxduraq) deyirlər, ox və durmaq sözlərindən boyunduruq qəlibi üzrə əmələ gəlib (Cəbrayıl rayonunda buna mındarrıx, Tovuzda hanbala deyirlər). Ədəbi dildə bu sözün qarşılığı yoxdur və onu yenidən dirçəltməyə ehtiyac var. (Bəşir Əhmədov. Etimologiya lüğəti)