Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Hawker Siddeley Harrier
Hawker Siddeley Harrier, Hawker Siddeley tərəfindən buraxılmış Böyük Britaniya istehsalı olan reaktiv V/STOL hücum təyyarəsidir. Təyyarə Harrier Jump Jet seriyasının ilkidir və VSTOL dizaynına malik ilk əməliyyat məqsədləri üçün nəzərdə tutulmuş yaxın hava dəstəyi və kəşfiyyat təyyarəsidir.
British Aerospace Sea Harrier
British Aerospace Sea Harrier STOVL/VTOL/V/STOL tipli hərbi reaktiv təyyarədir. O, ilk dəfə 1980-ci ilin aprelində Krallıq Donanması tərəfindən xidmətə qəbul edilmişdir. Sea Harrier Folklend müharibəsində, iki Körfəz müharibəsində və NATO-nun Bosniya və Herseqovinaya müdaxiləsində xidmət etmişdir. Əvvəlcə Hawker Siddeley adlı bir şirkət tərəfindən istehsal edilmişdir. Pegasus mühərrikinə malikdir. O, təyyarədaşıyan gəmilərin göyərtələrindən enə və qalxa bilir. Onun sürəti saatda 1120 km-dir.
McDonnell Douglas AV-8B Harrier II
AV-8B Harrier II sözün əsl mənasında bütün V/STOL təyyarələri içərisində ən məşhur olan hərbi təyyarədir Onun bir ədəd Rolls Royce Pegasus II mühərriki vardır. Mühərrik təyyarənin tam mərkəzində yerləşir və təyyarənin hər iki tərəfində görünən hava girişləri təyyarənin mərkəzində yerləşən Rolls Royce Pegasus II mühərrikini hava ilə təmin edir. İlk Harrier II uçuşunun 1981-ci ilin payızında baş verdiyini nəzərə alaraq, orijinal Hawker P.1127-nin ilk uçuşunun üstündən çoxlu illərin keçdiyini görmək mümkündür. P.1127 1957-ci il dizaynlı olub, bir fransız mühərrik konsepsiyasının əsasında hazırlanmış və təkmilləşdirilmişdir. Layihənin maliyyələşdirilməsi Britaniyanın Bristol Engine Co. şirkəti və ABŞ Hökuməti tərəfindən “Müştərək Silahların İnkişafı Proqramı” (MWDP) çərçivəsində həyata keçirilmişdir. Mühərrikin konfiqurasiyası müəyyən edildikdən və mühərrikin inkişafı üçün tədqiqat işləri qaydasına salındıqdan sonra Hawket Aircraft Ltd. mühəndisləri diqqətlərini bu mühərrikdən istifadə edəcək V/STOL təyyarəsini yaratmağa yönəltmişdirlər. Onlar hökumətin və ordunun dəstəyi olmadan tək mühərrikli hücum-kəşfiyyat təyyarəsi istehsal etməyi bacarmışdırlar. Mühərrikin fırlanan eqzoslarından başqa, reaksiya idarəetmə sistemi də V/STOL qabiliyyəti üçün tələb olunan yeganə komplikasiya olmuşdur.
Harriet Leyn
Harriet Leyn (ing. Harriet Rebecca Lane Johnston; 9 may 1830 – 3 iyul 1903) — 1857-ci ilin 4 mart tarixindən 1861-ci ilin 4 mart tarixinə kimi ABŞ-nin Birinci xanımı. ABŞ tarixində prezidentin arvadı olmayaraq Birinci xanım olmuş 13 şəxsdən biri. Valideynləri vəfat etdikdən sonra onun qəyyumu dayısı Ceyms Byukenen olmuşdur. Ceyms Byukenen ABŞ prezidenti olarkən subay olmuşdu. Buna görə də həmin dövrdə Harriet Leyn ölkənin Birinci xanımı olmuşdur.
Harriet Martino
Harriet Martino (ing. Harriet Martineau; 12 iyun 1802[…], Noric – 27 iyun 1876[…], Emblsayd[d], Kambriya[d]) — ingilis ilk qadın sosioloq. == Həyatı == Martino səkkiz uşağın altıncısı olaraq 12 iyun 1802-ci ildə İngiltərənin Noriç şəhərində anadan olmuşdur. Martinonun atası Tomas (1764–1826) sahibkar idi. Anası Elizabet Renkin (1772–1848) isə kiçik biznes sahibi idi. == Ölümü == Harriet Martino 27 iyun 1876-cı ildə "The Knoll"da bronxitdən öldü. O, Key Hill qəbiristanlığında anası ilə birlikdə dəfn edildi.
Harriet Namusoke
Harriet Tabmen
Harriet Tabmen (6 mart 1822 – 10 mart 1913, Obern, Nyu-York ştatı) — Amerikalı abolitisionist və ictimai fəal idi. Əmlak köləliyində doğulan Tabmen qaçdı və sonradan Yeraltı Dəmiryolu kimi tanınan köləliyə qarşı fəallar şəbəkəsindən və təhlükəsiz evlərdən istifadə edərək, ailəsi və dostları da daxil olmaqla təxminən 70 oxşar köləlikdə olan insanları xilas etmək üçün təxminən 13 missiya etdi. Amerika Vətəndaş Müharibəsi zamanı o, Birlik Ordusu üçün silahlı kəşfiyyatçı və casus kimi xidmət etdi. Sonrakı illərdə Tubman qadınların seçki hüququ uğrunda hərəkatda fəal idi. Merilend ştatının Dorçester qraflığında köləlikdə doğulan Tabmen uşaq ikən müxtəlif qul sahibləri tərəfindən döyülüb və qamçılanıb. 1849-cu ildə Tabmen Filadelfiyaya qaçdı, ancaq tezliklə ailəsini xilas etmək üçün Merilendə qayıtdı. Yavaş-yavaş qohumlarını özü ilə əyalətdən çıxardı və nəticədə onlarla başqa kölə insanı azadlığa apardı. Gecələr və həddindən artıq məxfilik şəraitində səyahət edən Tubman heç vaxt sərnişin itirməmişdir. 1850-ci il Qaçaq Qul Aktı qəbul edildikdən sonra o, qaçanların daha şimalda Britaniya Şimali Amerikasına (Kanada) bələdçiliyinə kömək etdi və yeni azad edilmiş insanlara iş tapmağa kömək etdi. Tabmen 1858-ci ildə John Brown ilə tanış oldu və ona 1859-cu ildə Harpers Feridə basqını üçün planlar hazırlamağa və tərəfdarları işə götürməyə kömək etdi.
Harriet Ceykobs
Harriet Ceykobs (1813 – 7 mart 1897[…], Vaşinqton) — afro-amerikalı abolisionist və yazıçı. Onun tərcümeyi-halı olan Kölə Qızın Həyatında Hadisələr 1861-ci ildə Linda Brent təxəllüsü ilə nəşr edilmişdir və hal-hazırda "Amerika klassiki" hesab olunur. == Bioqrafiya == Harriet Ceykobs 1813-cü ildə Şimali Karolina ştatının Edenton şəhərində yerli meyxana sahibi olan Horniblou ailəsinin köləliyində olan Delila Hornibloun ailəsində anadan olub. Partus sequitur ventrem prinsipinə əsasən, həm Harriet, həm də onun qardaşı Con doğulanda meyxanaçının ailəsi tərəfindən kölə edildi, çünki ananın statusu onun uşaqlarına ötürülməli idi. Bununla belə, Delillanın anası Molli Horniblou eyni zamanda onun sahibi olan ağ atası tərəfindən azad edildiyinə görə yenə eyni prinsipə görə, ana və uşaqlar azad edilməli idilər. Lakin Molli sonradan qaçırılmışdı və qaradərili olduğuna görə hüquqi müdafiə olunmaq şansı yox idi. Harriet və Conun atası olan İlyas Noks kölə olsa da, təcrübəli dülgər kimi məharətinə görə bəzi imtiyazlardan istifadə edirdi. Noks 1826-cı ildə vəfat etmişdir. Harrietin anası və nənəsi sahibinin Horniblou soyadı ilə tanınsa da, Harriet uşaqlarının vəftiz olunma fürsətindən istifadə edərək Ceykobsu öz soyadı kimi qeyd edib. Onunla birlikdə qardaşı Con da köləlikdən qaçdıqdan sonra bu addan istifadə etmişdirlər.
Universal Carrier
Universal Carrier Vickers-Armstrong və digər şirkətlər tərəfindən istehsal olunmuş olan Böyük Britaniya istehsalı olan zirehli transportyorlar üçün istifadə edilən ümumi təyinatdır. Asqı sistemi Horstmann asqı sistemi olub, yanacaq həcmi 91 L, əməliyyat mənzili 250 km, maksimum sürəti isə 48 km/saat olmuşdur. Bu texnika, İkinci Dünya müharibəsi zamanı Millətlər Cəmiyyəti qüvvələri tərəfindən geniş şəkildə istifadə edilmişdir. Universal Carrier əsasən şəxsi heyətin və avadanlıqların, xüsusən də silahların və ya pulemyot platformalarının daşınması üçün istifadə olunmuşdur. Bu texnikadan ümumilikdə 113.000 ədəd istehsal edilmişdir ki, bu da onu tarixdə ən çox istehsal edilən zirehli döyüş maşınlarından birinə çevirmişdir.
Harriet Biçer-Stou
Harriet Biçer-Stou (ing. Harriet Elizabeth Beecher Stowe; 1811–1896) — yazıçı. == Həyatı == Harriet Biçer 1811-ci il iyunun 14-də ABŞ-nin Konnektikut ştatının Litçfeld (Litchfield) qəsəbəsində dindar bir ailədə anadan olmuşdur. Harrietin atası Liman Biçer Konqresin üzvü idi. Liman Biçer tanınmış teoloq və Amerika İncil Cəmiyyətinin əsasını qoyanlardan biri hesab edilirdi. O köləliyə qarşı açıq şəkildə mübarizə aparırdı. Harrietin anası Roksana Fut (Roxana Foote) da dindar bir qadın idi və uşaqlarının qəlbinə ilahi sevgi və insanlara xidmət duyğularının salınmasını dönə-dönə dua edirdi. Hadisələrin gedişi göstərdi ki, onun bu duaları qəbul edilib. Amma Harriet 4 yaşında olanda anası dünyadan köçdü. Atası bundan sonra yenidən evləndi.
Ageratina barriei
Ageratina barriei (lat. Ageratina barriei) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin ageratina cinsinə aid bitki növü.
Paraphytoseius horrifer
Paraphytoseius horrifer (lat. Paraphytoseius horrifer) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin paraphytoseius cinsinə aid heyvan növü.
Tarsius tarsier
Tarsius tarsier (lat. Tarsius tarsier) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin primatlar dəstəsinin uzuntopuqlar fəsiləsinin uzuntopuq cinsinə aid heyvan növü.
Uillis Kerrier
Villis Kerrier (ing. Willis Haviland Carrier; 26 noyabr 1876 – 7 oktyabr 1950[…], Nyu-York, Nyu-York ştatı) — Amerikan mühəndis, müasir kondisioner ixtirası ilə daha çox məşhurlaşan ixtiraçı. İlk kondinsioner 1902-ci ildə Kerrier tərəfindən ixtira edilmişdir. 1915-ci ildə o və daha başqa altı mühəndislə birlikdə Carrier korporasiyasının əsasını qoyurlar və kondinsionerlərin istehsalı və satışı ilə məşğul olurlar. Hal-hazırda dünyada istehsal olunan kondinsionerlərin 17 %-i bu firmanın payına düşür. O dünyada bu sahə üzrə aparıcıdır. U. Kerrier 1876-cı il 26 Noyabrda Nyu-Yorkun Anqola kəndində, Duane Uilliams Kerrier (1836–1908) və Elizabet R. Haviland (1845–1888) cütlüyünün övladı olaraq dünyaya gəlib. O, Kornell Universitetində təhsil alıb. 1901-ci ildə universitetdən mühəndislik üzrə bakalavr dərəcəsi ilə məzun olub. İlk müasir elektrikli kondisioner 1902-ci ildə Uillis Kerrier tərəfindən ABŞ-nin Buffalo şəhərində ixtira olunub.
Villis Kerrier
Villis Kerrier (ing. Willis Haviland Carrier; 26 noyabr 1876 – 7 oktyabr 1950[…], Nyu-York, Nyu-York ştatı) — Amerikan mühəndis, müasir kondisioner ixtirası ilə daha çox məşhurlaşan ixtiraçı. İlk kondinsioner 1902-ci ildə Kerrier tərəfindən ixtira edilmişdir. 1915-ci ildə o və daha başqa altı mühəndislə birlikdə Carrier korporasiyasının əsasını qoyurlar və kondinsionerlərin istehsalı və satışı ilə məşğul olurlar. Hal-hazırda dünyada istehsal olunan kondinsionerlərin 17 %-i bu firmanın payına düşür. O dünyada bu sahə üzrə aparıcıdır. U. Kerrier 1876-cı il 26 Noyabrda Nyu-Yorkun Anqola kəndində, Duane Uilliams Kerrier (1836–1908) və Elizabet R. Haviland (1845–1888) cütlüyünün övladı olaraq dünyaya gəlib. O, Kornell Universitetində təhsil alıb. 1901-ci ildə universitetdən mühəndislik üzrə bakalavr dərəcəsi ilə məzun olub. İlk müasir elektrikli kondisioner 1902-ci ildə Uillis Kerrier tərəfindən ABŞ-nin Buffalo şəhərində ixtira olunub.
Ed Harris
Ed Harris (28 noyabr 1950[…], Enqlvud[d], Nyu-Cersi[…]) — ABŞ rejissoru və aktyoru. == Həyatı == Dörd qat Oskar mükafatı namizədi və iki Qızıl Qlobus mükafatı laureatı Edvard Harris 1950-ci il 28 noyabrda Nyu-Cersi əyalətində dünyaya gəlib. Aktyora daha çox məşhurluq gətirən filmlər Qaya,Trumen şousu,Ağıl oyunları olmuşdur.
Kamala Harris
Kamala Harris (ing. Kamala Harris; 20 oktyabr 1964[…], Alamida qraflığı, Kaliforniya) — Amerikalı Demokrat partiyasından siyasətçi, Kaliforniya ştatının senatoru və Amerika Birləşmiş Ştatlarının ilk qadın və ilk asiya-amerikalı 49-cu vitse-prezidenti. == Həyatı == Kamala Harris 20 oktyabr 1964-cü ildə ABŞ-nin Oklend şəhərində mühacir ailəsində dünyaya gəlmişdir. Anası Hindistandan ABŞ-yə tələbə olaraq gələn bioloq, atası isə Yamaykadan ABŞ-yə təhsil almaq üçün gələn qaradərili iqtisad professorudur. === Siyasi karyerası === Kamala Harris siyasətə ilk addımını 2010-cu ildə atıb. O, Kaliforniya Baş Prokurorluğuna namizədliyini verərək əyalət tarixində seçilən ilk qaradərili və ilk qadın olub. 2014-cü ildə ikinci dövr əyalət prokurorluğuna yenidən seçilən Harris 2016-cı ildə keçirilən prezident seçkilərində Kaliforniyadan Konqresə girən ilk Cənubi Asiya mənşəli və ikinci qaradərili senator olmuşdur. 2024-cü ildə Co Bayden namizədlikdən geri çəkildikdən sonra Demokratlar Partiyasının vitse-prezident olan Kamala Harris ABŞ prezidentliyinə namizəd olaraq dəstəkləndi. === Şəxsi həyatı === 2014-cü ildə vəkil Duqlas Emhoffla ailə həyatı qurmuşdur.
Kelvin Harris
Kelvin Harris (d. Adam Riçard Vayls, 17 yanvar, 1984) şotland DJ, bəstəçi. İlk albomu "I Created Disco"nu 15 iyun, 2007-ci ildə çıxartmışdır. Bu albomda olan "Acceptable in the 80s" və "The Girls" sinqlları siyahılarda ilk yerlərə yüksəlmişdir. İkinci albomu "Ready for the Weekend"i 2009-cu ildə çıxartmışdır. Bu albom "UK Albom Chart" siyahısında 1 nömrəyə yüksəlmişdir. Bu albomdan "I'm Not Alone" "Ready for the Weekend" və "You Used to Hold Me" adlı sinqlları çıxmışdır.
Mark Harris
Mark Harris (29 dekabr 1998-ci ildə anadan olub) — İngiltərə təmsilçələrindən olan Kardif Siti klubunda hücumçu kimi çıxış edən peşəkar İngiltərə futbolçusudur. == Klub karyerası == Harris öz karyerasına Kardif Siti klubunda başlamışdır. O, 2016-cı ilin dekabr ayında klub ilə ilk peşəkar müqaviləsini imzalamışdır. Harris öz peşəkar karyerasında debütünü Kardif klubu ilə 8 yanvar 2017-ci ildə etmişdir. O, FA Kubokunun üçüncü mərhələsində Fulhem klubu ilə qarşılaşmada Qreq Halfordu əvəz etmişdir. Həmin görüşdə Kardif Fulhemə 2–1 hesabı ilə məğlub olmuşdur. == Milli karyerası == Harris hal-hazırda Uelsin U-19 və U-17 komandalarında çıxış edir.
Mina Harker
Mina Harker (ing. Mina Harker) — Brem Stoker tərəfindən 1897-ci ildə yazılmış Drakula əsərinin personajıdır.
Riçard Harris
Riçard Harris (ing. Richard Harris) İrlandiyalı aktyor, müğənni, teatr prodüseri, film rejissoru və yazıçıdır. Karyerası boyunca bir çox film və tamaşada rol alan Harrisin ən çox bilinən rollarından biri 1967-ci il filmi Kamelotdakı Kral Artur rolu və sonrasındakı 1982-ci il Broadway nümayişindəki performanslarıdır. Həmçinin, son performanslarından biri olan Harri Potter film seriyasının ilk iki filmindəki Albus Dambldor rolu ilə də tanınır. 1970-ci il filmi At adlı adamda kübar və məhbusu, 2000-ci il filmi Qladiatorda İmperator Mark Avrelini, 2002-ci il filmi Apokalipsisdə Əziz Conu və 1997 istehsalı Notrdam qozbelində müşketyor və Klod Frollonu canlandırdı. Harrisin musiqiçi olaraq İngiltərə və ABŞ siyahılarında 1968-ci il qeydi Cimmi Uebin mahnısı "Mak Artur Park" ilə ilk 10-luğa girdi. Şöhrətinin zirvədə olduğu 1960 və 1970-ci illərdə sənətdəki qabiliyyəti qədər həddindən artıq alkoqol və nizamsız həyatı ilə tanınırdı.
Sintiya Harris
Cynthia Harris (9 avqust 1934, Nyu-York, Nyu-York ştatı – 3 oktyabr 2021, Nyu-York, Nyu-York ştatı) ― Amerika səhnəsi, film və televiziya aktrisası. Rescue Me (2004–2007) The Geena Davis Show (2000) An American Daughter (2000) Now and Again (1999) All My Children (1994; Unknown episodes) Murder, She Wrote (1994; 1 episode) Mad About You (1993–1999, 2019) — recurring role The Distinguished Gentleman (1992) Mannequin Two: On the Move (1991) Law & Order (1991–1993; 1997) Murder, She Wrote (1990; 1 episode) The Ann Jillian Show (1989–1990) Kate & Allie (1989) Three Men and a Baby (1987) Everything's Relative (1987; 1 episode) L.A. Law (1986–1987) — recurring role Izzy and Moe (1987) Reuben, Reuben (1983) Tempest Quincy, M.E. (1982) Archie Bunker's Place (1981) Hart to Hart (1980) Husbands, Wives & Lovers (1979) Three's Company (1979) Edward and Mrs.
Stiven Harper
Stiven Cozef Harper (ing. Stephen Joseph Harper; 30 aprel 1959, Toronto) — 6 fevral 2006-cı ildən Kanada baş naziri, 2006-cı il yanvarın 23-də növbədənkənar parlament seçkilərində qalib gələn Kanada Mühafizəkarlar Partiyasının lideri. Stiven Harper 1959-cu ildə Torontoda doğulub. Alberta əyalətində Kalqari universitetində iqtisadiyyat fakültəsini bitirib. 1993-cü ildə ilk dəfə parlamentə seçilib, 2004-cü ildə isə sağ cərəyanın əvvəl mövcud olan iki qrupunun birləşməsi nəticəsində formalaşan Mühafizəkarlar Partiyasının lideri olub. Liberalların on iki il hakimiyyətdə qalması 2006-cı il yanvarın 23-də seçkidə müxalifət partiyası olan Mühafizəkar partiyanın seçilməsi ilə sona çatdı. Partiyanın lideri Stiven Harper baş nazir vəzifəsində Pol Martini əvəz etdi. Mühafizəkarlar parlamentdə mütləq çoxluq təşkil etmədiyindən, hakimiyyətdə yalnız müxalifət partiyalarının dəstəyi ilə qala bilərlər. Seçkiqabağı kampaniya dövründə mühafizəkarlar vergiləri aşağı salmaq, cinayətkarlıqla mübarizəni gücləndirmək, hərbi xərcləri çoxaltmaq və ABŞ-la münasibətdə yaranmış problemləri aradan qaldırmaq vədləri vermişdilər. Harper siyasi opponentlərinin onda ultrasağ ideologiyaya olan meyli barədə fikirlərini qəbul etmirdi.
Pol Harris
Pol Haris (19 aprel 1868 – 27 yanvar 1947, Çikaqo, İllinoys) — İxtisasca hüquqşünas, dünyanın ilk beynəlxalq xidmət klubu olan "Rotary"nin yaradıcısı. Pol Haris 19 aprel 1868-ci ildə Viskonsin ştatının Rasin[en] şəhərində anadan olub. Anası Cornelia Bryan Haris, atası isə George N. Harisdir. Altı uşaqlı ailənin ikinci böyük övladıdır. Üç yaşında olanda o, Vermont ştatının Uollinqford şəhərində nənə və babasının yanına köçdü və onların qayğıkeş əllərində böyüdü. O, Jan Tomson Harislə evləndi. Onların münasibətləri 1881–1963-cü illər arasında davam edib. Onların heç vaxt uşaqları olmayıb. Ayova Universitetində Hüquq üzrə Bakalavr təhsili alıb və Vermont Universitetində Hüququ üzrə Doktorantura təhsilini Fəxri adla tamalayıb. 1896-cı ildə vəkil işləmək üçün Çikaqoya getdi.
Harper Li
Nell Harper Li (ing. Nelle Harper Lee; 28 aprel 1926 — 19 fevral 2016) — amerikalı yazıçı. Daha çox “Bülbülü öldürmək” romanının müəllifi kimi tanınır. == Həyatı == Nell Harper Li 28 aprel 1926-cı ildə Alabama ştatının cənub-qərbindəki kiçik Monrovill şəhərində anadan olub. O, Amas Kolman Li və Fransis Kanningem Finç Linin ən kiçik uşağı idi (ailənin dörd uşağı var idi). Onun atası, keçmiş qəzet sahibi və redaktoru, hüquqşünas olub və 1926-1938-ci illərdə dövlət xidmətində olub. Uşaq ikən Li oğlan kimi idi və erkən yaşda oxumağa başlamışdı. O, sinif yoldaşı və qonşusu - gənc Trumen Kapote ilə dost idi. 1931-ci ilin aprelində Alabama ştatının kiçik Skottsboro şəhərində iki ağdərili qadının doqquz gənc qaradərili kişi tərəfindən zorlanması iddiası ilə bağlı ilk məhkəmə prosesləri keçirilərkən Linin cəmi beş yaşı vardı. Məhkəmə hələ başlamamış az qala linç edilən təqsirləndirilən şəxslərə yalnız iş məhkəmədə başlayan andan vəkil xidməti göstərilməyə başlanır.
Paul Karrer
Paul Karrer (almanca Paul Karrer; 21 aprel 1889, Moskva, Rusiya İmperiyası — 18 iyun 1971, Sürix, İsveçrə) vitaminlərin kəşfi ilə bağlı işləri ilə məşhur olan İsveçrəli üzvi kimyaçı, riyaziyyatçı və biokimyaçıdır. U. H. Houorsla birlikdə Nobel mükafatı laureatı adını alıb (1937). Paul Karrer 21 aprel 1889-cu ildə Moskva şəhərində İsveçrəli diş həkimi ailəsində anadan olub. Uşağın adını daşıyan atası Paul Karrer və anası Julia Lerx Arqau kantonunun Toyfental və Oberentfelden əyalətlərindən idilər. 1892-ci ildə, üç yaşında ikən Paul Karrer İsveçrəyə köçürüldü, belə ki ailəsi 1895-ci ilə qədər Sürix yaxınlığındakı Erlenbax şəhərində yaşadı. P. Karrer uşaqlığının və yeniyetməliyinin qalan hissəsini Arqau yaxınlığındakı kiçik bir kənddə keçirdi, buradan Mörikendə ibtidai məktəbə, sonra Lenzburqda orta məktəbə və Arqauda gimnaziyaya daxil oldu. Daha sonra təhsilini " Öyrən, düşün, sonra danış " prinsipi əsasında qurdu. P. Karrer ömrünün sonuna qədər bu aksioma sadiq qaldı. 1908-ci ildə P. Karrer koordinasiya nəzəriyyəsinin banisi olan Alfred Vernerin professor olduğu Sürix Universitetində kimya üzrə təhsil almağa başlayır. Cəmi 6 semestr ərzində P. Karrer A. Vernerlə kobalt komplekslərinin kimyasını öyrənərək fəlsəfə doktoru dərəcəsini aldı.
Hurrilər
Hurrilər vəya Hurri dövləti ― e.ə III minillikdən etibarən, Şumer, Akkad, Hitit, Ugarit və Misir qaynaqlarında haqqında bilgilər olan, Mesopotamiya və Yuxarı Dəclə bölgələrində hökm sürən, danışdıqları dil etibarilə (Hurricə) Asiya kökənli olduğunu qəbul edilən və e.ə VII əsrə qədər varlığını davam etdirən dövlət.