Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Marko Van Basten
Marko Van Basten (nid. Marcel van Basten; (nid. , MORF: [ˈmɑrkoː vɑm'bɑstə(n)];31 oktyabr 1964[…]) — Niderlandlı keçmiş futbolçu və məşqçi. Daha çox İtaliyanın Milan klubunda oyunu ilə populyarlıq qazanıb. Hal hazırda "FİFA"nın texniki direktorudur. == Oyunçu Karyerası == === Erkən illər === Marko Van Basten 31 oktyabr 1961-ci ildə Utrext şəhərində anadan olmuşdur. Markonun atası Yol, 50-ci illərdə tanınmış futbolçu olub. Anası Lenni Van Der Borq isə gimnastika ilə məşğul olub. Gələcəyin futbol ulduzu 7 yaşında yerli EDO komandasında futbol öyrənməyə başlayıb. Bir il sonra Marko UVV komandasına keçir.
Banten
Banten İndoneziyadakı Yava adasında ən qərbdə olan bölgədir. Onun əyalət paytaxtı Seranqdır. Vilayət Qərbi Yava və şərqdə Cakartanın xüsusi paytaxt bölgəsi, şimalda Yava dənizi, cənubda Hind okeanı və qərbdən Zond boğazını qonşu Sumatra adasından ayıran bölgədir. Bantenin əhalisi rəsmi olaraq, 2014-cü ilin əvvəlində 11,834,087 səviyyəsində, 2010-cu il siyahıyaalma zamanı 10,6 milyon nəfərdən çox olub. Əvvəllər Qərbi Yava əyalətinin bir hissəsi olan Banten 2000-ci ildə ayrı bir vilayətə çevrildi. Bölgə qonşu İndoneziyanın Sumatra adasına tranzit dəhlizdir. Tarixən Yava və digər İndoneziya arxipelaqının digərlərindən fərqli bir mədəniyyətə sahib idi. Son illərdə şimal yarısı, xüsusilə Cakarta və Yava dəniz sahilləri yaxınlığında bölgələr əhalinin və şəhərləşmənin sürətli artımını yaşadı, cənub yarısı isə xüsusən də Hind okeanı ilə üzbəüz, ənənəvi xarakterini daha çox qoruyur. == İstinadlar == == Xarici linklər == VikiSəyahətdə Banten haqqında səyahət məlumatları var.
Baster
Fransa Qvadelupası inzibati mərkəzi Bas-Ter şəhəri ilə qarışdırmamalı Baster (ing. Basseterre, keçmiş Sent-Kristofer) — Sent-Kits adasının cənub hissəsində yerləşən şəhər, Sent-Kits və Nevis dövlətinin paytaxtı. Vest-Hindin ən qədim şəhərlərindən biri, 1627-ci ildə əsası qoyulub. Əhalisi 11 min nəfər (2003). 1867-ci ildə baş vermiş yanğından ciddi zərər çəkmişdir. O zaman cəmi bir neçə bina salamat qalmışdı. Şəhərin mərkəzi fontanı olan balaca ictimai parkdır, Müstəqillik meydanı adlanır. 1790-cı ildə bura qul bazarı kimi istifadə edilirdi. Təsərüffatından yeyinti sənayesi inkişaf etmişdir (şəkər, içkilər). Tarixi əşyalar saxlanan sent-Kristofer_Xeritic_Sisayeti muzeyi vardır.
Dastan
Dastan – Mərkəzi Asiya, İran, Türkiyə və Azərbaycan şifahi xalq ədəbiyyatının növlərindən biri. Başqa janrlardan fərqli olaraq, dastanda həm nəsr, həm də nəzm hissələri olur. Dastandakı hər hansı bir əhvalat, hadisə nəsrlə söylənilir və yeri gəldikcə mövzu ilə bağlı şeir parçaları da verilir. Bu xüsusiyyətinə görə dastan bəzən epik-lirik adlanan xüsusi bir ədəbi növə aid edilir. Dastanın nəzm hissəsi, adətən, qoşma və gəraylılardan ibarət olur və saz havası üstündə oxunur. Dastanlar mövzu və məzmunlarına görə iki növə bölünür: qəhrəmanlıq dastanları, məhəbbət dastanları. == Azərbaycan dastanları == Azərbaycan şifahi xalq ədəbiyyatının özünəməxsus xüsusiyyətləri ilə seçilən və geniş yayılmış janrlarından biri olan dastanlar xalqımızın qəhrəmanlıq mübarizəsini, vətənə, torpağa bağlılığını, azadlıq arzusunu, saf məhəbbət uğrunda dönməzliyini, ülvi duyğularını əks etdirir. Folklorşünas Məmmədhüseyn Təhmasibin verdiyi məlumata görə, 150-yə yaxın əsərə malik bu janrın çoxəsrlik inkişaf tarixi vardır. X-XI əsr hadisələri ilə səsləşən qədim nümunələrin elmə məlum olması əslində bu janrın tarixinin qədimliyindən xəbər verir. Dastan termini bolşevik inqilabından sonra bu janra verilmiş addır.
Daster
Dəstər — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Dəstər Lerik rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Ləmər çayının (Lənkəran çayının qolu) sahilində, Peştəsər silsiləsinin yamacındadır. Yerli əhali Daster kimi tələffüz edir. Kəndin ilk sakinləri Cənubi Azərbaycandan gəlmiş talışlar olmuşlar. Tədqiqatçıların məlumatına görə, kəndin əhalisi oturaq həyata keçdikdən sonra maldarlıq məhsullarını taxıla dəyişir, taxılı əl dəyirmanında üyüdürdülər. Hər ailədə əl dəyirmanı olduğundan onların məskunlaşdığı ərazi də Dasdar (Talışca "əl dəyirmanı, kirkirə") adlandırılmışdır.
Hamster
Hayren
Hayren — orta əsr erməni poeziyasında monostrofik bərk forması. 15 hecalı dörd misradan ibarətdir. Orta əsrlərdə Ermənistanda mahnı şəklində ifa olunurdu. Rübai kimidir. Hayrenlər XIV–XVI əsrlərə aid erməni məhəbbət lirikasının zirvəsi. Bu növdə əsərlərin motiv və formaları erməni folklorundan qaynaqlanır. Hayrenlərdə bəzən Bibliya təsvirləri və motivləri istifadə olunur, lakin onlar əsl sevgi obrazına daxil edilir.
Hessen
Hessen (alm. Hessen‎) — Almaniyanın vilayətidir. Vilayətin paytaxtı Visbadendır. Sahəsi 21.114,94 km², əhalisi 6.070.425 nəfər, bir nəfərə düşən sahəsi isə 287 km²-dir.
Hostel
Hostel (ing. hostel - yataqxana) — qonaqları qısa və ya uzun müddətli yaşayış ilə təmin edən Avropada yaşayış sistemi. Bir qayda olaraq, otaqda əlavə imkanlar olmayan bir yataqxana. Şəhər yataqxanaları bura aid edilir, hansı ki, ümumi yerləşməyə malikdir.
Bastet
Bast, həmçinin Bastet, Baset, Ubasti və ya Paşt (q.misir 𓎰𓏏𓏏, qibt. Ⲟⲩⲃⲁⲥⲧⲉ) — Misir mifologiyasındakı tanrıçalardan biri. Per-Bast öz kultunun mərkəzində yerləşən və tarixçi Herodotun salnamələri tərəfindən tanınan delta şəhəri, əsas pişik ilahəsi Bast qədim ilahə idi və ən azı o vaxtdan bəri sitayiş edilirdi. İkinci sülalə. Par-Bast kult mərkəzində qazıntılar zamanı mumiyalanmış müqəddəs pişiklərin qəbiristanlığı da aşkar edilmişdir. Əvvəlcə o, Aşağı Misirin himayədar ilahəsi idi və vəhşi aslan kimi təsvir edilmişdir. Əslində onun adı (qadın) "yeyən, (yeyərək) məhv edən" mənasındadır. Onun ev pişikləri ilə eyniləşdirilməsi və bu şəkildə təsviri eramızdan əvvəl 1456-cı ildə başlamışdır. Qoruyucu ilahə kimi o, fironun müdafiəçisi və qoruyucusu kimi görünürdü. Ranın qızı sayılan Bast da "Ranın gözü" olan tanrılardan biri idi.
Hatyen
Hatyen (vyet. Hà Tiên, tı-nom 河仙) — Vyetnamın Kyenzyanq vilayətində, Mekonq deltasında yerləşən şəhər. == Coğrafiyası == Sahəsi 9890,63 hektardır. Kamboca ilə sərhəd şəhərdən 7 km məsafədə, qərbdə yerləşir. == Əhalisi == 2012-ci ildə əhalinin sayı 47,039 nəfər olmuşdur. Milli tərkibi vyet (84,66%), khmer (12,31%), hoa (2,95%), başqalarından (0,08%) ibarətdir. Adambaşına düşən ÜDM ildə 38,735,000 Vyetnam donqu (təxminən 1,820 ABŞ dolları) təşkil edir. == İqtisadiyyatı == Şəhərdə Cənubi Vyetnamda tikilmiş böyük bir sement zavodu var. Tikinti zamanı ən böyük sənaye layihələrindən biri idi.
Hatsan
Hatsan Arms Company (az. Hatsan Silah Şirkəti) — odlu və pnevmatik silahlar istehsal edən türk şirkətidir. Məhsullarını 90-dan çox ölkəyə ixrac edir. Şirkətin şüarı: «Serious, Solid, Impact» (Ciddi, Möhkəm, Təsirli).
Elqe Karsten
Elqe Karsten (d. 15 may 1995; Quilmes, Argentina) — Argentinanı təmsil edən həndbolçu. == Karyerası == Elqe Karsten Argentina yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarına qatıldı. Qrup mərhələsində baş tutan beş oyunun hamısında məğlub olan Argentina yığması, Rio-de-Janeyro Olimpiadasını sonuncu, 12-ci yerdə başa vurdu.
Haskel layihələri
Haskel layihələri — Antanta dövlətlərinin "Ermənistan" adlandırılan əraziyə ali komissar təyin etdikləri amerikalı polkovnik V. Haskel tərəfindən 1919 ilin sentyabrında hazırlanmış sənəd. == Haqqında == Həmin sənəddə Amerika Birləşmiş Ştatlarının əlverişli strateji mövqedə yerləşən Naxçıvan bölgəsində möhkəmlənmək planları öz əksini tapmışdı. Layihədə Naxçıvan və Şərur-Dərələyəz qəzalarının əlahiddə bitərəf zona elan edilməsi və bu ərazidə Naxçıvan general-qubernatorluğunun yaradılması nəzərdə tutulurdu. == Xarici keçid == Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. İki cildə. I cild.
Hassan Niknafs
Hassan Niknafs — Xəzər Universitetinin əvvəlki rektorudur.
Hattin döyüşü
Hattin döyüşü — 1187-ci ilin 4 iyul tarixində Tiberiya yaxınlığında yerləşən Hattin təpələrində baş vermiş döyüş. Döyüş Birinci səlib yürüşü zamanı yaradılmış Qüds krallığının kralı Luzuinyalı Qay və Əyyubilərin başçısı Səlahəddin Əyyubinin qoşunları arasında baş vermişdir. Taktiki gedişlərin düzgün seçilməməsi nəticəsində xaçlı qoşunu müharibənin gedişində ciddi itkilər vermiş və bundan istifadə edən Əyyubilər düşmən ordusunu mühasirəyə alaraq məhv etməyə başlamışdır. 17 min xaçlı əsgərinin ölümü və Qüds krallığının kralı Luzuinyalı Qayın əsir düşməsi ilə nəticələnən müharibədə Səlahəddin Əyyubinin qoşunu mütləq zəfər əldə etmişdir. Əyyubilərə qarşı aparılan döyüşdə Qüds krallığına Məbəd cəngavərləri, Malta cəngavərləri və Antakiya knyazlığı kimi birliklər yaxından köməklik göstərirdi. == Müharibəyə qədər olan vəziyyət == Antakya knyazları və Məbəd cəngavərləri tərəfindən ərazinin yerli müsəlman əhalisinə qarşı kütləvi talanların və qətillərin həyata keçirilməsi Səlahəddin Əyyubini narahat edirdi. Əyyubinin əsas hədəfi Qüds krallığının üzərinə hücuma keçib başda kral Luzuinyalı Qay olmaqla bütün səlibçiləri Fələstin torpaqlarında kənarlaşdırmaq idi. Bu məqsədlə Misir, Suriya və Əlcəzairdə yerləşən hərbi birləşmələrə və müsəlman döyüşçülərə xəbər göndərildi; göndərilən xəbərdə döyüşçülərdən xristian ordularına qarşı başladılacaq cihad hərkatında iştirak etmək tövsiyə olunurdu. Əyyubinin əsas hədəfi Qüds krallığı və onun əsas hərbi tərəfdaşı kimi çıxış edən Məbəd cəngavərlərinin hərbi birləşmələrini məhv etmək və beləlikdə şərqdə iki əsirə yaxın davam edən xristian ağalığına son vermək idi. Səlahəddin Əyyubi tərəfindən edilən çağırışdan sonra çox sayda süvari və piyada Şam şəhərinə gəldi.
Helmer Hanssen
Helmer Culyus Hanssen (24 sentyabr 1870 – 2 avqust 1956, Tromsø) - Norveçli dənizçi və qütb tədqiqatçısı. O, Roald Amundsenin rəhbərlik etdiyi 3 qütb ekspedisiyasında iştirak etmiş və Cənub qütbünü fəth edən ilk 5 insandan biri olmuşdur.
Hermann Karsten
Hermann Karsten (ing. Gustav Karl Wilhelm Hermann Karsten (6 noyabr 1817, Stralsund – 10 iyul 1908, Zoppot) — Almaniya botaniki.
Hessen-Darmştadt
Hessen-Darmştadt landqrafı (alm. Landgrafschaft Hessen-Darmstadt‎) — 1567-1806-cı illərdə mövcud olan Müqəddəs Roma İmperiyası daxilindəki Alman knyazlığı. Paytaxt Darmştadt şəhəri idi. == Tarixi == 1567-ci ildə Hessen landqrafının hökmdarı I Fillpin oğulları arasında vəfatından sonra irsi bölünməsi nəticəsində meydana gəldi. Hesse-Darmstadt onlardan ən kiçiyinə getdi - I. Georgi, 1583-cü ildə qardaşı Hessen-Reinfels II Filippinin ölümündən sonra mülklərinin əhəmiyyətli bir hissəsi də I Qeorqa keçdi. Oğlu V Lüdviq də əmisi Hessen-Marburq Landgrave IV Lüdviqin torpaqlarının bir hissəsini miras aldı. == İstinadlar == == Xarici keçidlər == Qessen. Гессен // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). СПб..
Hessen vilayəti
Hessen (alm. Hessen‎) — Almaniyanın vilayətidir. Vilayətin paytaxtı Visbadendır. Sahəsi 21.114,94 km², əhalisi 6.070.425 nəfər, bir nəfərə düşən sahəsi isə 287 km²-dir.
Hostel (dəqiqləşdirmə)
Hostel
Hostel (film)
Hostel
Pastel
Pastel (fr. pastel; it. pastello; pasta – xəmir) — boyakarlıqda üzlüksüz quru, yumşaq (rəngli) karandaşla işləmə üsulu; Bu texnika ilə yaradılmış boyakarlıq əsəri. Pastel karandaşları ilə rəsm nahamar (çox vaxt rəngli) kağız, karton, səthinə rəng astarı çəkilmiş kətan, zamşa, perqament üzərində işlənir. Pasteldə ştrixlərdən geniş istifadə olunması onu qrafikaya yaxınlaşdırır. Pastelin işıqlı və təmiş rəngləri özünün ilkni təravətini və gücünü, rəng təbəqəsinin səthi isə zərifliyini saxlayır. ASE, VII cild, Bakı, 1983. səh. 481.
Paster
Paster (əsl adı: Pərviz Quluzadə; 18 oktyabr 1991, Bakı) — Azərbaycan repçisi. Paster müxtəlif dövrdə Xpert, Uran və digər sənətkarlar ilə əməkdaşlıq edib. Paster 1991-ci il oktyabr ayının 18-də Bakıda dünyaya gəlmişdir. Hip-hopla 10 yaşından həvəskar olaraq məşğul olmağa başlayıb. İlk peşəkar fəaliyyətinə 2009-cu ildə Difai qrupunun tərkibində oxuduğu "Artıq sabahdır" treki ilə başlayıb. Pasterin Difai qrupunda "Mən gedirəm", "Cavab ver", "Newschool", "Həyatın oyunu", "Marshal ve biz", "Forever", "Smackdown", "Music Note", "Love and peace", "Küçələr bizimdir", "Huk" kimi trekləri işıq üzü görüb. 2012-ci ildə də Difai qrupundan ayırlaraq "All in Label" və "Synaps Production" tərkibinə qatılıb. Həmin illərdə Klick Klick Bau, Pis teatr, Like 10, Meqabaytlar, TTM, Fransızsayağı işgəncə, North west, Bang bang, Demo, X noise, Label 3, Ağır metal, İri çaplı kimi treklərə imza atmışdır. Bu dövrdə Uran, Xpert, Sansar Salvo kimi repçilərlə əməkdaşlıq edib. 2016-cı ildə Pasterin karyerasında yeni mərhələ başayır.
Pisten
Heşteq
Həştəq (ing. hashtag) — ön sözü diyez – # simvolu olan metadata teqi. Sosial mediada "X" (əvvəllər "Twitter") kimi mikrobloqlar və foto paylaşma xidmətlərində heşteqlərdən istifadə olunur. Onlar həmçinin "Tumblr" kimi platformada mövzuya görə məzmuna çarpaz istinad etməyə imkan verən istifadəçi tərəfindən yaradılan etiketləmə forması kimi istifadə olunur. Məsələn, "Instagram"da #bluesky heşteqi üçün axtarış həmin terminlə işarələnmiş bütün yazıları göstərir. İlkin diyez simvolundan sonra heşteqə hərflər, rəqəmlər və ya alt xətt işarələri daxil ola bilər. Heşteqlərin istifadəsi ilk dəfə ABŞ blogeri və məhsul məsləhətçisi Kris Messina tərəfindən 2007-ci ildə yazdığı tvitində təklif edilmişdir. Messina "onların internetdən doğulduğunu və heç kimə məxsus olmadığını" hiss etdiyi üçün istifadəni patentləşdirməyə cəhd etməmişdi. Heşteqlər "Twitter" mədəniyyətində möhkəmlənmiş, tezliklə "Instagram", "Facebook" və "YouTube"da ortaya çıxmışdır. 2014-cü ilin iyun ayında heşteq "Oksford ingilis dili lüğəti"nə "bir mövzu ilə bütün mesajları axtara bilməniz üçün sosial media saytlarında və proqramlarda istifadə edilən, qarşısında # simvolu olan söz və ya ifadə" kimi əlavə olunmuşdur.
Həştəq
Həştəq (ing. hashtag) — ön sözü diyez – # simvolu olan metadata teqi. Sosial mediada "X" (əvvəllər "Twitter") kimi mikrobloqlar və foto paylaşma xidmətlərində heşteqlərdən istifadə olunur. Onlar həmçinin "Tumblr" kimi platformada mövzuya görə məzmuna çarpaz istinad etməyə imkan verən istifadəçi tərəfindən yaradılan etiketləmə forması kimi istifadə olunur. Məsələn, "Instagram"da #bluesky heşteqi üçün axtarış həmin terminlə işarələnmiş bütün yazıları göstərir. İlkin diyez simvolundan sonra heşteqə hərflər, rəqəmlər və ya alt xətt işarələri daxil ola bilər. Heşteqlərin istifadəsi ilk dəfə ABŞ blogeri və məhsul məsləhətçisi Kris Messina tərəfindən 2007-ci ildə yazdığı tvitində təklif edilmişdir. Messina "onların internetdən doğulduğunu və heç kimə məxsus olmadığını" hiss etdiyi üçün istifadəni patentləşdirməyə cəhd etməmişdi. Heşteqlər "Twitter" mədəniyyətində möhkəmlənmiş, tezliklə "Instagram", "Facebook" və "YouTube"da ortaya çıxmışdır. 2014-cü ilin iyun ayında heşteq "Oksford ingilis dili lüğəti"nə "bir mövzu ilə bütün mesajları axtara bilməniz üçün sosial media saytlarında və proqramlarda istifadə edilən, qarşısında # simvolu olan söz və ya ifadə" kimi əlavə olunmuşdur.
Haneen İbrahim
Haneen İbrahim (29 iyun 2000) — Sudanlı üzgüçü. Haneen İbrahim Sudanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Haneen İbrahim birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında qadınlar 50 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 36.25 saniyəlik nəticəsi ilə 84-cü yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi. O, bu nəticə ilə ölkəsinin rekordunu qırdı.