Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Heather Graham
Heather Graham (d. 29 yanvar 1970, Miluoki, Viskonsin, ABŞ), ABŞ aktrisası. 1989-ci ildə kinodakı ilk aktyorluq təcrübəsini yaşadığı Drugstore Cowboy ilə müsbət tənqidlər aldı. 2007-ci ildə baş rolunu Victor Rasuk ilə paylaşdığı Adrift in Manhattan adlı filmdə canlandırdığı diş həkimi "Rose Phipps" adlı personajla hər kəs tərəfindən bəyənildi. 2009-cu ildə çəkildiyi The Hangover filmində isə Detroit Film Critics Society tərəfindən verilmiş bir çox mükafatın da sahibi olmuşdur.
Sweather Weather
Sweater Weather
"Sweater Weather" — amerikan alternativ rok qrupu The Neighbourhood-un mahnısı. Mahnı qrup üzvləri Cessi Ruterford, Zak Ebels və Ceremi Fridman tərəfindən yazılıb, prodüserliyi Castin Pilbrou etmişdir. Mahnı onların debüt albomu I Love You.-nun aparıcı sinqlı kimi yer alır. "Sweater Weather" 2013-cü ilin iyun ayında "Billboard Alternativ Mahnılar" hit-paradında birinci sıraya yüksəldi. 2020-ci ildə mahnı TikTok sosial şəbəkəsində yenidən populyarlıq qazandı. Mahnı 2022-ci il tarixində Spotify-da ən çox oxunan mahnılar arasında ilk 100-də yer alıb.
Hathor
Hator - Qədim Misir mifologiyasına görə göy, məhəbbət və şadlıq tanrısı. Qədimdən Hathor günəşi doğmuş göylər və ya səma inəyi sayılır. Sonralar o, qədim misirlilərə səma inəyinin südünü çatdıran bir zat və ya ilahi məxluq kimi tərənnüm edilmişdir. Adətən inək buynuzlu (sonradan tac kimi təqdim edilən) gözəl cazibədar qadın obrazında təsvir edilmişdir. Hathor kultunun mərkəzi Dendera şəhəri olmuşdur və buradan da "Denderanın sahib(əs)i" epiteti yaranmışdır. İlk əvvəl regional əhəmiyyət kəsb etsə də sonradan bu kult bütün Misiri əhatə etmişdir. Sonrakı dövrlərdə məhəbbəti və gözəlliyi tərənnüm edən onun obrazı yunan mifologiyasındakı Afrodita və Babilistanın İştarı ilə eyniləşdirilir. == Ra Hathor bağlılığı == Rəvayətlərin birinə görə Hathor Ranı gecələr bətnində daşıyaraq hər səhər onu yenidən doğur. Yeni dövrə aid bir epitetdə Ra "anasının öküzü" yəni "Hathor vasitəsilə özünü əkmiş və ya yaratmış" adlandırılır. Bu epitetə əsasən Hathor ilahi hökumdar evinin qadın, zənən elementi , hökumdarın (Horun) yenidən doğulmasının təminatçısı kimi qiymətləndirilmişdir.
Herher
Herher — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Paşalı (Əzizbəyov, Vayk) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 17 km şimal-qərbdə, Arpaçayın sağ qolu olan Herherçayın yanında yerləşir. 1728-ci ildə tərtib edilmiş «İrəvan əyalətinin icmal dəftəri»ndə Hərhər kimi, Qafqazın 5 verstlik xəritəsində Qerqer (Herher) formasında qeyd edilmişdir. Kəndin qədim adı erməni, eləcə də rus mənbələrində Erern formasında göstərilir. Kəndin adı VIII əsrdə Erern formasında xatırlanır. Kənddə albanlara məxsus məbəd 1291-cı ildə tikilmişdir. == Toponimi == Toponim Strabonun «Coğrafiya» əsərində adı çəkilən qarqar tayfasının adı əsasında formalaşmışdır. Qarqar tayfası qədim türk tayfalarından biridir). Qarqar etnonimindəki q səsi h səsinə keçərək Herher formasını almışdır. Q~h səs əvəzlənınəsi Azərbaycan dilində qanunauyğun haldır: qamuhamı, qansıhansı sözlərindən q~h səs əvəzlənınəsi özünü aydın şəkildə göstərir.
Hetzer
Jagdpanzer 38(t) (Sd. Kfz. 138/2), digər adıyla Hetzer (Azərbaycanca "təxribatçı"/"arapozan"), Üçüncü Reyxin ordusu olan Vermaxt tərəfindən istifadə olunan İkinci dünya müharibəsi dövrünə aid tank vurucu. Bu texnika Çexiya istehsalı olan Panzer 38 (t) şassisindən istifadə edilərək istehsal edilmişdir. "Hetzer" adı çox istifadə edilməmişdir. Skoda fabrikində ilk olaraq E-10 adlanan bir prototip istehsal edildi. Daha sonra bu layihə ləğv edildi və yerinə Panzer 38 (t) yönəldilər. Zavodun bu vasitəyə ad verəcək çox qısa bir müddəti var idi. Axır qərar olaraq "Hetzer" adı ilə verildi. Digərlərindən fərqli olaraq, bu tank vurucu da heyvan adı istifadə edilmədi.
Tether
Tether (nişan: ₮) — ən populyar blokçeyn mərkəzli kriptovalyutalardan biridir. Çoxları Tetherın kriptovalyuta dünyasındakı ticarət və pul köçürmə bazarındakı mövcud rolunun bu yeni maliyyə texnologiyalarının inkişafı və genişləndirilməsi üçün çox vacib olduğuna inanır. Tetherı idarə edən, iFinex, blockchaindəkı Tether dövriyyəsi tokenlərı qədər ABŞ dollarını (və ya avro kimi digər ümumi valyutaları) daima kənara qoyduğunu iddia edir. Tetherın ən məşhur tokenı, USDT adlanır və bu, dollarla dəstəklənir və dəyəri 1 dollardır. == Ən əhəmiyyətli xüsusiyyətləri == Qiymət sabitliyi: Tetherın qiyməti təxminən 1 ABŞ dollarına bərabərdir. Dəstəkli: Bu iddia, kriptovalyutalar dünyasındakı müşahidəçilər və mütəxəssislər tərəfindən davamlı sorğularla təsdiqlənir. Maliyyə Şəffaflığı: Tetherın maliyyə məlumatları canlı olaraq izlənilə bilir. Asan nağd olmaq: Tether mübadilə bazalarında asanlıqla nağd ola bilər. Təhlükəsizlik: Blockchain texnologiyası ilə Tether şəbəkəsinin təhlükəsizliyi təmin edilir.
Esther Acebo
Ester Asebo (isp. Esther Acebo; 19 yanvar 1983, Madrid) — İspan aktrisa, aparıcı və müxbir. Aktrisa olaraq Los encantados (2016) və La casa de papel-də (2017) yer alaraq dünya üzrə məşhurluq qazandı. == Karyerası == 2017-ci ildə yayımlanmağa başlayan İspaniya istehsalı olan televiziya serialı "Pul soyğunu"nda rol almışdır.
Teri Hatçer
Teri Hatçer (ing. Teri Lynn Hatcher; 8 dekabr 1964, Palo-Alto[d], Kaliforniya) — amerikalı aktrisa, yazıçı və model.
Mather Braun
Mather Braun- (11 oktyabr 1761-ci ildə vəftiz olunub — 25 may 1831) Amerikalı rəssam. == Gənclik dövrü == O, Braun Qaven və Elizabet (Byles) Braunun oğlu idi. 1773-cü ildə (12 yaşında) Gilbert Stuartın şagirdi olub. O, Benjamin Vestin emalatxanasında təhsilini davam etdirmək üçün 1781-ci ildə Londona gəldi, 1782-ci ildə Kral Akademiyasının məktəblərinə daxil oldu. Bir il sonra rəsmlərini sərgiləməyə başladı. == Karyerası == 1784-cü ildə o, St. Mary's-in-the-Strand kilsəsi üçün iki dini rəsm çəkdi, bu da Braunun bu və digər əsərlərinin sərgi və qravüraların satışı vasitəsilə kommersiyalaşdırılması üçün rəssam Daniel Orme ilə tərəfdaşlıq qurmasına səbəb oldu. Çəkdiyi rəsm əsərlərinin arasında ingilis tarixindən səhnələrin böyük rəsmləri, eləcə də Şekspirin pyeslərindən səhnələr var idi. Onun ilk uğurları 1784–85-ci illərdə Con Adams və ailəsini çəkdiyi rəsm oldu. Bu rəsm indi Boston Afinadadır.
Theater an der Wien
An der Vin (alm. Theater an der Wien‎) — Avstriyanın paytaxtı Vyanada teatr binası.
God Eater (anime)
God Eater (ゴッドイーター, Goddo Ītā, azərb. Tanrı yeyən‎) — Shift şirkəti tərəfindən istehsal olunmuş "God Eater" videooyun seriyası əsasında Ufotable studiyası tərəfindən çəkilmiş anime serialı. 12 iyul 2015-ci ildən 26 mart 2016-cı ilə kimi yayımlanmışdır və 13 seriya davam etmişdir. == Məzmun == Hadisələr 2071-ci ilin Yaponiyasında baş verir. Demək olar ki, bütün dünya Araqami adlandırılan müəmmalı bədheybətlər tərəfindən məhv edilmişdir. Ancaq bir neçə təşkilat güclü texnologiyalarının köməyi ilə Araqamilərə qarşı döyüşə bilir. Bu təşkilatlardan biri də Fenrirdir. Fenrir Araqamilərlə döyüşmək üçün Araqami hüceyrələrindən hazırlanmış Tanrı arkları adlı xüsusi silahlar istehsal edir. Bu silahlardan istifadə edib Araqamilərə qarşı döyüşən xüsusi şəxslər isə Tanrı yeyən adlandırılır. Tanrı arkları ancaq bir tipdə ola bilər: ya pulemyot, ya da bıçaq.
Hettlər
Hetlər, həmçinin hettlər, xettlər və ya xetlər (q.yun. Χετταΐοι, özünü adlandırma Nesili, Kanesili) — qədim xalq. == Tarixi == Rus alimi P. M. Jukovski məşhu "Kulьturnıe rassteniə i i sorodoçi" əsərində bildirir ki, hələ Hett konfederasiyası zamanı / yəni təxminən 4500 il öncə- Ə. Ç./ Azərbaycanın sarı heyvası Kiçik və Ön Asiya ölkələrinə ixrac edilirdi. Küp qəbirləri arxeoloji mədəniyyətinin xüsusiyyəti ondan ibarətdir ki, ölülər gildən qayrılmış çox iri küplərin içərisində basdırılmışdır. Ölüləri küp içərisində basdırmaq qədim dəfn adətlərindən biri olmuşdur. Hələ e.ə. II minillikdə Kiçik Asiyada hetlər, daha sonra şumerlər öz ölülərini iki küpün içində basdırırdılar. Misirdə səndəllər istifadə olunarkən Anadolda Hetlər, bu gün istifadə olunan çarıqlara bənzər ayaqqabılar geymişdilər.
Həştpər
Həştpər — İranın Gilan ostanında yerləşən şəhər. Həştpər əhalisinin çoxluğunu azərbaycanlılar və talışlar təşkil edir. == Əhalisi == Şəhərdə 2016-cı il siyahıya alınmaya görə 54,178 nəfər yaşayır (15,688 ailə).
Hetlər
Hetlər, həmçinin hettlər, xettlər və ya xetlər (q.yun. Χετταΐοι, özünü adlandırma Nesili, Kanesili) — qədim xalq. == Tarixi == Rus alimi P. M. Jukovski məşhu "Kulьturnıe rassteniə i i sorodoçi" əsərində bildirir ki, hələ Hett konfederasiyası zamanı / yəni təxminən 4500 il öncə- Ə. Ç./ Azərbaycanın sarı heyvası Kiçik və Ön Asiya ölkələrinə ixrac edilirdi. Küp qəbirləri arxeoloji mədəniyyətinin xüsusiyyəti ondan ibarətdir ki, ölülər gildən qayrılmış çox iri küplərin içərisində basdırılmışdır. Ölüləri küp içərisində basdırmaq qədim dəfn adətlərindən biri olmuşdur. Hələ e.ə. II minillikdə Kiçik Asiyada hetlər, daha sonra şumerlər öz ölülərini iki küpün içində basdırırdılar. Misirdə səndəllər istifadə olunarkən Anadolda Hetlər, bu gün istifadə olunan çarıqlara bənzər ayaqqabılar geymişdilər.
Həştpər şəhristanı
Talış Şəhristanı və ya Təvaleş Şəhristanı (keçmiş adı Həştpər Şəhristanı) (Farsca:(شهرستان تالش (طوالش) - İran İslam Respublikasında Gilan Osatanında 16 şəhristandan biri . Şəhristanın inzibati mərkəzi Həştpər şəhəridir . == Ərazi == == Əhali == Rəsmi olaraq Astara şəhristanının əhalisi : 1996 s.a. əsasən 180,485 nəfər 2006 s.a. əsasən 179,499 nəfər Şəhər əhalisi 50,150 nəfər Kənd əhalisi 129,349 nəfər === Etnik tərkib === Əhali əsasən tatilərdən (Azərbaycan Respublikasında yaşayan farsdilli tatlardan fərqli) və talışlardan, qismən azərbaycanlılardan və giləklərdən ibarətdir. Təvaleşin bir çox şəhərlərində Azərbaycandan kütləvi immiqrasiya nəticəsində gilək və talış dilləri öz mövqelərini sürətlə itirirlər. Asalem bəxşində əsasən talışlar, qismən azərbaycanlılar yaşayırlar. Buradakı talışlar Kərgənrud və Talışdulabda danışılan talış dialektərinə çox yaxın bir dialektdə danışırlar. Bölgədə yaşayan azərbaycanlılar şiə məzhəbində, talışlar isə sünni məzhəbindədirlər. == Bəxşlər == Mərkəzi (Talış) bəxşi əhali : 85,258 nəfər (2006 s.a.) şəhər əhalisi : 41,486 nəfər (2006 s.a.) kənd əhalisi : 43,772 nəfər (2006 s.a.) Asaləm bəxşi əhali : 39,089 nəfər (2006 s.a.) şəhər əhalisi : 3,347 nəfər (2006 s.a.) kənd əhalisi : 35,742 nəfər (2006 s.a.) Həviq bəxşi əhali : 30,348 nəfər (2006 s.a.) şəhər əhalisi : 2,718 nəfər (2006 s.a.) kənd əhalisi : 27,630 nəfər (2006 s.a.) Kərgənrud bəxşi əhali : 24,804 nəfər (2006 s.a.) şəhər əhalisi : 2,599 nəfər (2006 s.a.) kənd əhalisi : 22,205 nəfər (2006 s.a.) == Şəhərlər == Mərkəzi (Talış) bəxşində : Həştpər şəhəri Əhalisi : 1996 s.a.