Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Aşıq Hacalı Hacıyev
Aşıq Hacalı Hacıyev (1 yanvar 1935, Quşçu, Şamaxı rayonu – 10 mart 1983, Quşçu, Şamaxı rayonu) - görkəmli Azərbaycanlı ustad aşıq. == Həyat və fəaliyyəti == Hacalı Hacıyev 1935-ci ildə Şamaxı rayonunun Quşçu kəndində anadan olub. Aşıqlıq sənətinin sirlərini Aşıq Söhbətdən öyrənmişdir. Şaqraq və məlahətli səsi, xoş avazı ilə diqqəti cəlb etmişdir. Şeirlər yazmış, nəğmələr bəstələmişdir.Azərbaycan aşıqlarının 1961-ci ildə keçirilən III qurultayının iştirakçısı olmuşdur. Ümumittifaq müsabiqələrinin laureatı adına layiq görülmüşdür.Hacalı Hacıyev 10 mart 1983-cü ildə Şamaxı rayonunun Quşçu kəndində vəfat edib.
Haçalı ağcaqanadlar
Xironomidlər və ya haçalı ağcaqanadlar (lat. Chironomidae)- cücülər fəsiləsi. Hazırda 3000 növü məlumdur, onlardan Xəzər dənizində 8 növü qeyd edilmişdir, əksəriyyəti şirin sularda , bəzi növləri isə dənizdə yaşayır. Chiromonus albidus Xəzər dənizi üçün endemikdir. Bu növ və eləcə də Clunio marinus növü dənizin sahil zonalarında yayılmışdır. Xironomid sürfələri miqdarca və biokütləcə ən çox Şimali Xəzərdə inkişaf edirlər. Onlar çökə, çəki,külmə və nərə balıqlarının qidasında mühüm rol oynayırlar.
Haçalı islimilər
Haçalı İslimilər sınıq ağac şaxəsinə və yaxud açılmış heyvan ağzına bənzər islimilərə deyilir. Haçalı islimilərın forması qanadlı islimilərlə uyğunluq təşkil edir. Haçalı islimilər qanadlı islimilər kimi yalnız hiçəklərin sonunda deyil, müxtəlif formalı şaxələrin üzərində yerləşir.
Həcmli axını ölçən
Həcmli axını ölçən bir mayenin axdığı izin hər hansı bir kəsişməsindən vahid vaxtda keçən mayenin həcmidir. Bir axan su tərəfindən ötürülən suyun miqdarını təyin edərkən, bir boru sisteminin müxtəlif nöqtələrində ötürülən mayenin miqdarını təyin edərkən və s. yerlərdə istifadə olunur. Hidrologiya, hidravlika, hidroaeromexanikada tez-tez istifadə olunan bir anlayışdır. Ölçüsü həcm/vaxt, adətən istifadə olunan metrik vahidi m 3 / s a n {\displaystyle m^{3}/san} , ümumi göstərici isə Q hərfidir == Tez-tez istifadə olunan tərifi == Həcmli axını ölçən (və ya axını ölçən), həcmə əsaslı axın sürəti olaraq müəyyənləşdirilə bilər. === Düsturu === Q = A ⋅ V {\displaystyle Q=A\cdot V} Burada; " Q {\displaystyle Q\,} ": Həcmli axını, m e t r e 3 s a n i y e {\displaystyle {\frac {metre^{3}}{saniye}}} vahidində. " V {\displaystyle V\,} ": Mayenin sürəti, m e t r e s a n i y e {\displaystyle {\frac {metre}{saniye}}} vahidində.
Səfər əl-Həvali
Səfər bin Abdul-Rəhman əl-Həvali əl-Ghamdi (ərəb. سفر بن عبدالرحمن الحوالي الغامدي‎; 18 aprel 1950) — Məkkədə yaşayan bir alimdir. 1991-ci ildə ABŞ əsgərlərinin Ərəbistan yarımadasında olmasına qarşı çıxan Səhva hərəkatının lideri kimi məşhur oldu. 1993-cü ildə əl-Havali və Salman əl-Ouda, Səudiyyə hökumətinə qarşı çıxan bir qrup olan Qanuni Hüquqları Müdafiə Komitəsini yaratmada lider idilər. Bu qurum Səudiyyə Ərəbistanına qarşı olduğuna görə onların hər ikisi 1994-1999-cu illər arasında həbs edildi. 2018-ci ilin iyul ayında, dörd oğlu və qardaşı ilə birlikdə Müsəlmanlar və Qərb Sivilizasiyası adlı 3000 səhifəlik bir kitab yazdığına görə Səudiyyə hakimiyyət orqanları tərəfindən tutuldu. Kitabda "Vəliəhd Şahzadə Məhəmməd bin Salmana (MBS) və hakim Səudiyyə kral ailəsinə İsrail ilə əlaqələrinə görə hücumlar" daxil olduğu bildirilir. == Tərcümeyi-hal == Səfər əl-Həvali Əlqəmdi 1986-cı ildə Məkkə Umm əl-Qura Universitetində İslam teologiyası doktoru dərəcəsini almışdır. 1990-cı illər ərzində Səudiyyə Ərəbistanı hakimiyyəti devirmək üçün silahlıları təhrik etmək üçün kaset lentlərinə moizə oxuduğu zaman hökuməti tənqid etdiyi üçün bir müddət həbs olundu. Başqa bir mütəfəkkir Salman əl-Ouda ilə birlikdə Əl-Həvalinin, Qutbizmin bir növü olan Səudiyyə Ərəbistanındakı Səhva hərəkatına (Oyanış hərəkatı) rəhbərlik etdiyi deyilir.
Hacallı
Hacallı (Tərtər) — Azərbaycanın Tərtər rayonunda kənd. Hacallı (Zəngilan) — Azərbaycanın Zəngilan rayonunda kənd. Hacallı (Bərdə) — Azərbaycanın Bərdə rayonunda kənd. Hacallı (Goranboy) — Azərbaycanın Goranboy rayonunda kənd. == Oxşar == Hacıalılı (Qəbələ) — Azərbaycanın Qəbələ rayonunda kənd. İkinci Hacallı — Azərbaycanın Bərdə rayonunda kənd.
Hacılı
Kəndlər Hacılı (Bərdə) Hacılı (Cəbrayıl) — Azərbaycanın Cəbrayıl rayonunda kənd. Hacılı (Şamaxı) — Azərbaycanın Şamaxı rayonunda kənd.
Havalı
Havalı — Azərbaycan Respublikasının Zəngilan rayonunun Zərnəli kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Havalı kəndi Araz çayının sahilində, düzənlikdədir. Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsini XIX əsrdə Cənubi Azərbaycandan gəlmiş Hava (Həvva adının yerli tələffüz forması) adlı bir qadının övladları bina etdiyi üçün belə adlandırılmışdır. Oykonimi Azərbaycan toponimiyasında "yaxşı iqlimli" mənasında işlənən yelli topokomponentinin sinonimi kimi də qəbul etmək olar.1993-cü ilin oktyabr ayında Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. 20 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.
Heyvalı
Heyvalı (əvvəlki adı: Drombon və ya Drmbon) — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Drombon kəndi Kəlbəcər rayonunun inzibati tərkibinə verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Kəlbəcər rayonunun Drmbon kəndi Heyvalı kəndi adlandırılmışdır. Heyvalı kəndi Birinci Qarabağ müharibəsi zamanı 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmiş, 19-20 sentyabr 2023-cü il tarixlərində Azərbaycan Silahlı Qüvvələrinin anti-terror tədbirləri nəticəsində Azərbaycan nəzarətinə qayıtmışdır. == Tarixi == XIX əsrdə Cənubi Azərbaycandan gəlmiş erməni ailələri burada yerləşdikdən sonra kənd Drmbon (Heyvalı toponimindən erm.-yə kalkadır) kimi rəsmiləşdi. 1992-ci ildə kəndin keçmiş adı bərpa edildi. Oykonim "heyva ağacları olan yer" mənasındadır. Heyvalı kəndi əvvəllər Dağlıq Qarabağ Muxtar Vilayətində Ağdərə rayonu inzibati ərazisinə aid idi, lakin 1992-ci ildə Ağdərə rayonu ləğv edilərək ərazisi qonşu Ağdam, Tərtər və Kəlbəcər rayonları arasında bölüşdürüldü. Heyvalı kəndi də Kəlbəcər rayonuna birləşdirilən kəndlərdən biridir. == Coğrafiyası və iqlimi == Kənd Qarabağ silsiləsinin ətəyində yerləşir.
Qocalı
Qocalı — Azərbaycan Respublikasının Kürdəmir rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Kənd 1993-cü ildə yaradılmışdır. == Toponimikası == Qocalı oyk. Kürdəmir r-nunun eyniadll i.ə.v.-də kənd. Kür çayının sahilində, Şirvan düzündədir. Yaşayış məntəqəsini qocalı nəslinə mənsub ailələr salmşlar. Kənddə yaşayan nasillərdən biri indi də qocalı adlanır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 476 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Secale
Çovdar (lat. Secale) — qırtıckimilər fəsiləsinə aid bitki cinsidir. Çovdarın vətəni Qafqazın, Kiçik və Orta Asiyanın dağətəyi rayonlarıdır. Çovdar payızlıq buğda və arpanın əkinlərində bitən alaq otları növündən yaranıb. Çovdar bizim eradan əvvəl I–II minillikdə Dnepr, Dnestr, Oka çaylarının hövzələrində, İsveçrənin, Macarıstanın, Danimarkanın ərazilərində becərilirdi. Çovdarın əkin sahələri barədə məlumata ilk dəfə XI – XII əsrlərin əlyazmalarında rast gəlmək mümkündür. O bir sıra Avropa ölkələrində geniş yayılmışdır. == İstifadəsi == Çovdar unundan çörək bişirilir. O, buğdanın məhdudiyyətli istehsalı olan rayonlarda əsas çörək bitkisidir. Çovdar çörəyi spesifik dadı və qoxusu ilə seçilir.
"Layell" medalı
Layell medalı (Lyell Medal) — London Geologiya Cəmiyyətinin geologiya sahəsində yüksək nailiyyətlərə görə elmi təltifi. Medal müasir geologiya elminin banisi, "XIX əsrin ən görkəmli alimlərindən biri olan" İngiltərə geoloqu Çarlz Layellin (1797–1875) şərəfinə adlandırılmışdır..
"Müharibə" medalı
Hərb medalı — Osmanlı imperiyası tərəfindən yaradılmış hərbi medal. İngilislər tərəfindən Gelibolu ulduzu (The Gallipolli Star), almanlar tərəfindən isə Dəmir hilal (Eiserner Halbmond) deyə adlandırılmışdır. Sultan V Mehmed tərəfindən döyüşlərdə fərqlənənləri mükafatlandırmaq üçün yaradılmışdır. Bu medal daha çox I Dünya müharibəsi zamanı döyüşən Osmanlı hərbçilərinə və Osmanlı ərazisində döyüşən Osmanlı müttəfiqi olan dövlətlərin hərbçilərinə verilmişdir. == Dizaynı == Medalın üz tərəfindən beş guşəli qırmızı ulduz, onun ortasında göstərişli hilal vardır. Hilalın içində Osmanlı sultanı Mehmed Rəşadın tuğrası vardır. Bundan əlavə tuğranın altına, hicri təqvimə görə medalın verildiyi tarix olan 1333 (miladi 1915-ci il) ili işlənmişdir. == Taxılması == Rəsmi geyim zamanı medal formanın mərkəz tərəfinə, sağ sinə cibinni altına taxılırdı. Hər gün lent dəyişilməli idi. Lent formanın ikinci düymə yerindən birləşdirilirdi.
Arif Hacılı
Arif Mustafa oğlu Hacılı (əvvəlki soyadı: Hacıyev; 22 yanvar 1962, Yuxarı Tala, Zaqatala rayonu) — Azərbaycan Milli Azadlıq Hərəkatının liderlərindən biri, Müsavat Partiyasının Başqanı. == Həyatı == 1962-ci il yanvar ayının 22-də Zaqatala rayonunun Yuxarı Tala kəndində anadan olub. Orta təhsilini Zaqatala rayonu Yuxarı Tala kənd 1 saylı orta məktəbdə alıb. Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsəni bitirib. İlk gəncliyi illərində inşaat briqadasında fəhlə, yerli radio verilişləri redaksiyasında redaktor işləyib. Bu illərdə müxtəlif yerli Sovetlərə deputat seçilib. === Ailəsi === Atası Mustafa Hacıyev Azərbaycan Dövlət Pedaqoji Universitetinin tarix fakültəsini və Ali Partiya Məktəbini bitirmişdi. Müxtəlif partiya və hökumət vəzifələrində işləməklə yanaşı daha çox pedoqoji fəaliyyətlə məşğul olmuş, orta məktəbdə müəllim, məktəb direktorunun müavini, məktəb direktoru vəzifələrində çalışmış, 1972-ci ildə 45 yaşında ağır xəstəlikdən sonra vəfat etmişdir. Anası Zahidə Hacıyeva evdar qadın, sonra isə tütünçü olmuş, 2012-ci ildə Arif Hacılı həbsdə olduğu zaman 80 yaşında vəfat etmişdir. == İctimai-siyasi fəaliyyəti == Xalq Hərəkatına tələbə ikən, 1988 ci ildə Bakıda keçirilən noyabr mitinqləri zamanı qoşulub.
Xocalı
Xocalı — Azərbaycanda şəhər, Xocalı rayonunun inzibati mərkəzi. Xocalı şəhəri 1992-ci ilin 26 fevral tarixindən Ermənistan tərəfindən işğal olunub. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Xocalı şəhəri Rusiya Sülhməramlı kontingentinin nəzarəti altındadır. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatlarından sonra, Yevlax rayonunda keçirilən danışıqların nəticəsində Xocalı rayonu 24 sentyabr 2023-cü ildə Azərbaycan Respublikasının nəzarətinə keçir. == Haqqında == 1991-cı il noyabr ayının 26-da Əsgəran rayonu bazasında yaradılmışdır. Rayonun ərazisi 1991–1992-ci illərdə erməni silahlı qüvvələri tərəfindən işğal edilmişdir. Sahəsi 0,94 min kv. km, əhalisi 26,0 min nəfərdi (01.01.2010). Xocalı rayonu ilə Bakı arasında olan məsafə 375 kilometrdir. Rayon Laçın, Kəlbəcər, Ağdam, Xocavənd və Şuşa rayonları ilə qonşu idi.
Hekal
Solomon məbədi (ivr. ‏בֵּית־הַמִּקְדָּשׁ‏‎) və ya İlk məbəd (ivr. ‏בֵּית־הַמִּקְדָּשׁ‏‎: Beyt HaMikdaş) — Qədim Yerusəlimdə mövcud olmuş yəhudi məbədi. E.ə. 587-ci ildə Yerusəlimin mühasirəsindən sonra məbəd, Babil imperatoru II Navuxodonosorun göstərişi ilə dağıdılmış, e.ə. VI əsrdə isə onun yerində İkinci məbəd inşa edilmişdir. Yəhudi Bibliyasında qeyd edilir ki, İsrail krallığının hökmdarı Solomonun hakimiyyəti dövründə inşa edilmiş məbəd İudeya krallığı dövründə Yahveyə ithaf edilmiş və burada Əhd Sandığı saxlanılmışdır. Yəhudi tarixçi İosif Flavi qeyd edir ki, "məbəd, inşa edildikdən 470 il, 6 ay və 10 gün sonra yandırılmışdır", ravvin mənbələrindən Seder Olam Rabbah salnaməsində isə İlk məbədin e.ə. 832-ci ildə inşa edilməsi və e.ə 422-ci ildə dağılması bildirilir ki, bu da dini olmayan mənbələrdən 165 il sonra deməkdir. Yerusəlimdəki dini həssaslıqlar və siyasi qeyri-stabilliyə görə Məbəd dağı ərazisində yalnız məhdud miqdarda arxeoloji tədqiqatlar aparılmışdır.
Kiçik Həcmli Gəmilər üzrə Dövlət Müfəttişliyi
== Yaranma tarixi == Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2006-cı il tarixli 511 nömrəli Fərmanı ilə "Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Kiçik Həcmli Gəmilər üzrə Dövlət Müfəttişliyi haqqında Əsasnamə" təsdiq edilmiş və həmin tarixdən etibarən Müfəttişlik fəaliyyətə başlamışdır. Azərbaycan Respublikası Prezidentinin 7 noyabr 2016-cı il tarixli Fərmanına uyğun olaraq, Fövqəladə Hallar Nazirliyinin strukturuna daxil olan Kiçik Həcmli Gəmilər üzrə Dövlət Müfəttişliyinin və Dövlət Sularda Xilasetmə Xidmətinin bazasında Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti yaradılmışdır. == Əsasnamə == Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 aprel tarixli Fərmanı ilə "Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti haqqında Əsasnamə" təsdiq edilmişdir. == Haqqında == Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti Əsasnaməsinə uyğun olaraq Azərbaycan Respublikasının daxili dəniz və ərazi sularında, çaylarında, su anbarlarında, digər sututarlarda kiçikhəcmli gəmilərin təhlükəsiz hərəkətinə dövlət nəzarətini, kiçikhəcmli gəmilərin və onların dayanacağı üçün bazaların, qurğuların, yanalma körpülərinin və su keçidlərinin təhlükəsiz istismarına texniki nəzarəti, həmçinin çimərliklərdə, su hövzələrində və digər sututarlarda, dənizkənarı kütləvi istirahət yerlərində axtarış-xilasetmə tədbirlərini, dalğıc-axtarış işlərini, insanların sularda təhlükəsizliyinin təmin edilməsi sahəsində idarəetməni, əlaqələndirməni və nəzarəti həyata keçirən icra hakimiyyəti orqanıdır. == Fəaliyyət istiqamətləri == kiçikhəcmli gəmilərin və onların dayanacaq bazalarının istifadəsi zamanı dövlət və texniki nəzarəti, kiçikhəcmli gəmilərin dayanacaq bazalarında insanların təhlükəsizliyi ilə bağlı tələblərə əməl olunmasına nəzarəti həyata keçirir; kiçikhəcmli gəmilərin təsnifatına uyğun olaraq onların dövlət qeydiyyatını və uçotunu aparır, onları ilkin və illik texniki müayinədən və baxışdan keçirir; kiçikhəcmli gəmilərə dövlət - bort nömrəsinin, qeydə alınmış gəmilərə gəmi biletinin və digər sənədlərin verilməsini təmin edir; kiçikhəcmli gəmilərin dayanacaq bazalarının, yanalma körpülərinin, su keçidlərinin, eləcə də çimərliklərin texniki baxışdan keçirilməsini təmin edir; kiçikhəcmli gəmilərin reyestri, onları idarə etmək hüququ verən sürücülük vəsiqələri, həmçinin kiçikhəcmli gəmilərin və gəmi sürücülərinin qeydiyyat sənədlərinin uçotunu aparır; kiçikhəcmli gəmilərin öz təyinatı üzrə istismar olunmasına nəzarət edir; çimərliklərdə, su hövzələrində və sututarlarda insanların axtarışını və xilasını, dalğıc-axtarış işlərini, insanların sularda təhlükəsizliyinin təmin edilməsinə nəzarəti həyata keçirir; çimərliklərin yararlı hala salınması və çimərliklərdə təhlükəsizlik qaydalarına əməl edilməsi üçün tədbirlər görür, burada yaradılmış xilasetmə məntəqələrinin xilasetmə avadanlıqları, rabitə və digər texniki vasitələrlə təchizatına nəzarət edir; kiçikhəcmli gəmilərin istismarı zamanı qəzaların qarşısını almaq və insanların su obyektlərində təhlükəsizliyini təmin etmək məqsədi ilə əhali arasında maarifləndirmə işləri aparır, bu sahədə aidiyyəti qurumların fəaliyyətini əlaqələndirir. == Region şöbələri == Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin kiçikhəcmli gəmilərə nəzarət üzrə 5 region şöbəsi var: Bakı şəhəri və Abşeron rayonu üzrə kiçikhəcmli gəmilərə nəzarət şöbəsi; Şimal regionu üzrə kiçikhəcmli gəmilərə nəzarət şöbəsi; Muğan regionu üzrə kiçikhəcmli gəmilərə nəzarət şöbəsi; Cənub regionu üzrə kiçikhəcmli gəmilərə nəzarət şöbəsi; Daxili su hövzələri üzrə kiçikhəcmli gəmilərə nəzarət şöbəsi.Bu region şöbələri kiçik həcmli gəmilərə texniki nəzarət, qeydiyyatdan yayınan kiçik həcmli gəmilərin qeydiyyata cəlb olunması, gəmilər üzərində seriya və bort nömrəsinin yazılmasına nəzarət, əhali arasında maarifləndirmə işinin aparılması və sair bu kimi funksiyaları həyata keçirirlər. == Ümumi məlumat == Kiçikhəcmli gəmilərin təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə ölkə ərazisindəki fiziki və hüquqi şəxslərə məxsus kiçik həcmli gəmilərə texniki nəzarəti həyata keçirir. Texniki baxış zamanı gəminin texniki sənədləri yoxlanılaraq gəminin tutumu, onun yük və sərnişin götürmə qabiliyyəti üzrə texniki tələb və normaları, mühərriklərin gücü və sayı, yelkənlərin sahəsi, üzmə rayonu, suüstü bortun minimal hündürlüyü, gəminin üzə biləcəyi dalğa hündürlüyü, gəmidə xilasetmə və yanğın əleyhinə vasitələr, siqnal işıqları, naviqasiya və digər avadanlıq ilə təchizatı yoxlanılır. Texniki baxışdan keçirilmiş kiçik həcmli gəmilər Xidmət tərəfindən dövlət qeydiyyatına alınaraq müvafiq bort və seriya nömrələri, gəmi bileti və texniki talonlarla təmin edilirlər. Eyni zamanda Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti Azərbaycan Respublikasının ərazisində kiçik həcmli gəmilərin idarə edilməsi hüququnun verilməsini həyata keçirir.
"Sənətkar" medalı
"Sənətkar" medalı — Azərbaycan Teatr Xadimləri İttifaqı tərəfindən təsis edilən mükafat. Azərbaycan Milli Peşəkar Teatrı günüdə dramaturqlara, yazıçılara səhnəmizdə xidmətləri olan sənət adamlarına təqdim olunur.
"Tərəqqi" medalı
"Tərəqqi" medalı — Azərbaycanın dövlət təltifi. "Tərəqqi" medalı, Azərbaycan Prezidenti Əbülfəz Elçibəyin 1992-ci il 10 noyabr tarixli 370 nömrəli Qanunu ilə təsis edilib. Heydər Əliyevin 1993-cü il 6 dekabr tarixli 758 saylı Qanunu ilə isə, medalın əsasnaməsi və təsviri təsdiq edilib. == Əsasnaməsi == "Tərəqqi" medalının əsasnaməsi, Heydər Əliyevin 1993-cü il 6 dekabr tarixli 758 saylı Qanunu ilə təsdiq edildi. 1. "Tərəqqi" medalı Azərbaycan vətəndaşlarına, əcnəbi vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə aşağıdakılara görə verilir: 1.1. Kənd təsərrüfatı və sənaye sahəsində qazandıqları uğurlara görə; 1.2. Böyük əhəmiyyətli ixtiralara və səmərələşdirici təkliflərin verilməsinə görə; 1.3. Elm, mədəniyyət, ədəbiyyat, incəsənət, hüquq, təhsil və səhiyyə sahələrində xidmətlərinə görə; 1.4. Xalq təsərrüfatı obyektlərinin inşasında, yenidən qurulmasında görkəmli xidmətlərinə görə; 1.5.
Almalı (Xocalı)
Almalı (əvvəlki adı: Xndzristan) — Azərbaycan Respublikasının Xocalı rayonunun Almalı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocalı rayonunun Xndzristan kəndi Almalı kəndi adlandırılmışdır. 1992-ci ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Almalı kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. == Tarixi == Kənd dağətəyi ərazidədir. Azərbaycanın şimalı Rusiya tərəfindən işğal olunduqdan sonra burada gəlmə ermənilər məskunlaşmış, kəndin adını da tədricən erməni dilinə tərcümə edərək Xndziristan (erməni dilində "almalı" deməkdir) qoymuşdular. Sovet hakimiyyəti illərində bu adla da rəsmiləşdirilən kənd 1992-ci ildən yenidən Almalı adlandırılmışdır. == Əhalisi == 2005-ci ildə Dağlıq Qarabağda keçirilən əhalinin siyahıyaalmasına əsasən Almalı kəndinin əhalisinin faktiki sayı 751 nəfər, qeydiyyatdakı əhalinin sayı 814 nəfər təşkil edirdi.
Analıq medalı
Analıq medalı - SSRİ Ali Sovetinin 8 iyul 1944-cü il tarixli qanunu ilə təsis olunmuş SSRİ medalı. == Qalereya == == Xarici keçidlər == Медаль Материнства.
Asif Hacılı
Asif Abbas oğlu Hacıyev (3 aprel 1960, Marneuli) — filologiya elmləri doktoru, professor, Bakı Slavyan Universitetinin rektoru (2014–2016), ədəbiyyatşünas, folklorşünas, Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == Asif Abbas oğlu Hacıyev 3 aprel 1960-cı ildə Gürcüstan SSR-nin Borçalı mahalının Sarvan şəhərində, Nayvəlilər ocağında anadan olub. 1977-ci ildə Bakı şəhər 246 saylı orta məktəbini, 1982-ci ildə Bakı Dövlət Universitetinin Filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1982–1986-cı illərdə Cəmşid Naxçıvanski adına hərbi liseydə taqım komandiri işləyib, Bakı şəhər Xətai rayon gənc müəllimlər şurasının sədri olub. 1986-cı ildən Mirzə Fətəli Axundov adına Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutunda müəllim kimi fəaliyyətə başlayıb. Gənc alimlər şurasının, Tələbə Elmi Cəmiyyətinin sədri olub. Tərcümə kafedrasında müəllim, Rus ədəbiyyatı tarixi kafedrasında müəllim, baş müəllim, dosent işləyib. 1992-ci ildən 2016-cı ilə qədər Ədəbiyyat nəzəriyyəsi kafedrasında çalışıb, kafedranın professoru olub. Ədəbiyyatşünaslığa giriş, ədəbiyyat nəzəriyyəsi, rus ədəbi tənqidi tarixi, poetika, ədəbiyyatşünasliğın tarixi və metodologiyası fənlərindən mühazirələr və xüsusi seminarlar aparır. 1987-ci ildə namizədlik, 1998-ci ildə doktorluq dissertasiyalarını müdafiə edib.
Ay hesabı
Ay hesabı və ya dəhşətli hesab — normal hesab qaydalarına əsaslanmayan, sadəcə vurma və toplama əməllərinin olduğu hesab sistemi. == Toplama == Ay hesabında toplama alt-alta şəkildə yerinə yetirilir. Ədədlərin mərtəbə dəyərlərindən ən böyük olanı götürülür. Məsələn: 17 {\displaystyle 17} + {\displaystyle +} 25 {\displaystyle 25} = 27 {\displaystyle =27} Bu hesab əməlində hər iki ədədin təklik mərtəbəsinin dəyərləri müqayisə edilir. 17-in təklik mərtəbəsi 7, 25-in isə 5-dir. Cəmin təklik mərtəbəsinə böyük olan 7 yazılır. Sonra isə onluq mərtəbəsinə keçilir. 1 < 2 {\displaystyle 1<2} olduğu üçün cəmin onluq mərtəbəsinə 2 yazılır və cəm 27 olur. == Vurma == Vurma əməlini yerinə yetirərkən toplamanın əksinə olaraq mərtəbə dəyərlərindən kiçik olan götürülür. Məsələn: 17 {\displaystyle 17} ∗ 25 {\displaystyle *25} 15 {\displaystyle 15} + 12 {\displaystyle +12} 125 {\displaystyle 125} Əvvəlcə ikinci ədədin təklik mərtəbəsi birinci ədədin mərtəbələrinə sıra ilə vurulur, sonra isə eyni əməl ikinci ədədin onluqlar mərtəbəsinə də tətbiq edilir.
Azərbaycan medalı
Azərbaycan medalı (fars. نشان آذرآبادگان‎) — İran şahı Məhəmməd Rza Pəhləvi tərəfindən 12 dekabr 1946-cı il tarixində təsis edilmiş medal. 1945-ci ilin dekabrında Azərbaycan Demokrat Firqəsi Seyid Cəfər Pişəvəri öndərliyindəki Azərbaycan Milli Hökumətini təsis etmişdir. Buna baxmayaraq, İran ordusu ABŞ və Böyük Britaniyanın dəstəyi ilə Təbriz şəhərinə yenidən daxil olur və Azərbaycan Milli Hökumətini işğal edir. Şah Azərbaycan böhranı zamanı vuruşmuş hərbi qulluqçuları bu medalla mükafatlandırmışdı.
Ağbulaq (Xocalı)
Ağbulaq — Azərbaycan Respublikasının Xocalı rayonunun Naxçıvanlı kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Dağətəyi ərazidədir. Keçmış adı Talıbxanbəyli olmuşdur. Yaşayış məntəqəsi XIX əsrdə Talıbxan bəy adlı birisinə məxsus maldar ailələrin Ağbulaq adlı yerdə məskunlaşması nəticəsində yaranmışdır.1992-ci ildən Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub. 2005-ci ildə Dağlıq Qarabağda keçirilən əhalinin siyahıyaalmasına əsasən, Ağbulaq kəndinin əhalisinin faktiki sayı 116 nəfər, qeydiyyatdakı əhalinin sayı 117 nəfər təşkil edirdi. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 Noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Ağbulaq kəndi Rusiya Sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir.
Ağcalı (Sayınqala)
Ağcalı (fars. اغچه لو‎‎) - İranın Qərbi Azərbaycan ostanının Sayınqala şəhristanı ərazisinə daxil olan kənd. == Coğrafi yerləşməsi == Marağa şəhristanının Mərkəzi bölgəsinin Çahardolu kəndistanında, Marağa şəhərindən 72 km cənub-şərqdədir. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 437 nəfər yaşayır (108 ailə).
Ağgədik (Xocalı)
Ağgədik (əvvəlki adı: Kötük) — Azərbaycan Respublikasının Xocalı rayonunun Xanabad kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocalı rayonunun Kötük kəndi Ağkədik kəndi adlandırılmışdır. 1992-ci ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Ağgədik kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. == Toponimikası == Ağgədik kəndi dağətəyi ərazidədir. Keçmiş adı Ağdar, 1992-ci ilədək Kotuk ("gədik" sözünun təhrif forması) olmuşdur. Oykonim ərazidəki eyniadlı dağ keçidinin adından yaranmışdır. Zaman-zaman Kətük, Kətik kimi də qeyd olunmuşdur. Bəzi tədqiqatçılar kəndin adını Qafqaz Albaniyasındakı məşhur Kətik məbədinin (XII əsr) adı ilə bağlayırlar. == Əhalisi == 2005-ci ildə Dağlıq Qarabağda keçirilən əhalinin siyahıyaalmasına əsasən Kətik kəndinin əhalisinin sayı 8 nəfər təşkil edirdi.
Baharlı (Xocalı)
Baharlı (əvvəlki adları: Moşxmhat (? - 29 dekabr 1992); Quşçubaba (29 dekabr 1992 - 20 noyabr 2020) — Azərbaycan Respublikasının Xocalı rayonunun Qarabulaq kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocalı rayonunun Moşxmhat kəndi Quşçubaba kəndi, Azərbaycan Respublikası Milli Məclisinin 20 noyabr 2020-ci il tarixli, 196-VIQ saylı Qərarı ilə Xocalı rayonunun Qarabulaq kənd inzibati ərazi dairəsi tərkibindəki Quşçubaba kəndi Baharlı kəndi adlandırılmışdır. 1992-ci ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsi zamanı 2020-ci il noyabrın 7-də Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilmişdir. == Əhalisi == 2005-ci ildə Dağlıq Qarabağda keçirilən əhalinin siyahıyaalmasına əsasən Baharlı kəndinin əhalisinin faktiki sayı 52 nəfər, qeydiyyatdakı əhalinin sayı 61 nəfər təşkil edirdi.
Ballıca (Xocalı)
Ballıca — Azərbaycan Respublikasının Xocalı rayonunun Ballıca kənd inzibati ərazi dairəsində kənd. Ermənilər tərəfindən Ayqestan adlandırılır. 1992-ci ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub. 2005-ci ildə Dağlıq Qarabağda keçirilən əhalinin siyahıyaalmasına əsasən Ballıca kəndinin əhalisinin faktiki sayı 1071 nəfər, qeydiyyatdakı əhalinin sayı 1091 nəfər təşkil edirdi. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 Noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Ballıca kəndi Rusiya Sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19-20 sentyabr 2023-cü ildə Azərbaycan Ordusu tərəfindən həyata keçirilmiş lokal anti-terror əməliyyatları zamanı kənd Azərbaycanın nəzarətinə keçib. == Tarixi == Ballıca Xocalı rayonunun eyni-adlı inzibati ərazi vahidində kənd. Ballıca çayının sol sahilində, Qarabağ silsiləsinin ətəyindədir. Adını ərazidəki eyniadlı çaydan almışdır. Yaşayış məntəqəsi XIX əsrədək Gəncə qəzasındakı Əhmədbəyli kəndinin əhalisinin yaylağı olmuşdur.
Başkənd (Xocalı)
Başkənd — Azərbaycan Respublikasının Xocalı rayonunun Kosalar kənd inzibati ərazi dairəsində kənd.1992-ci ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 Noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Ballıca kəndi Rusiya Sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. Xocalı rayonunun Kosalar inzibati ərazi vahidində kənd. Ballıca çayının sahilində, Mıxtökən dağının ətəyindədir.
Alçalı
AzərbaycanAlçalı — Azərbaycanın Kəlbəcər rayonunda kənd. Alçalı — Azərbaycanın Kəlbəcər rayonunda kənd. Alçalı (Kəlbəcər) — Azərbaycanın Kəlbəcər rayonunda kənd. Alçalı (Salyan) — Azərbaycanın Salyan rayonunda kənd.ErmənistanAlçalı (Göyçə) — Qərbi Azərbaycanın Göyçə mahalında kənd. Alçalı — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Gorus rayonu ərazisində kənd. Alçalı — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Qaranlıq (Martuni) rayonunda çay. Aşağı Alçalı — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Qaranlıq (Martuni) rayonunda kənd.
Heçlik
Heç və ya Yox, söz mənasıyla heç bir varlığın olmadığını ifadə edən bir işarə əvəzliyi. Yəni olmayanı amma mütləq mənada olmayanı işarə edər. Heçlik və ya Yoxluq isə Heç əvəzliyinin hakim olduğu vəziyyəti ifadə edər. Fəlsəfi və texniki olmayan gündəlik istifadə mənasında, Heç və ya Yox sözü varlıqdakı bir əskikliyi ifadə edər.. Bu mütləq mənadakı heçlik / yoxluq qavramından fərqlidir. Mütləq mənada yoxluq və heçlik, suyun əslində heç olmadığı, su deyə bir varlığın yox olduğunu ifadə etməkdədir.
Həçəti
Həçəti (erm. Ոչեթի; Voçeti) — Ermənistan Respublikasının cənubunda, Sünik mərzində yerləşən kənd. Kənd Qafan şəhərindən 38 km şimal-qərbdə, Gərd və Qazangölçayın sağ sahilində, dəniz səviyyəsindən 2200 m yüksəklikdə, kollu-meşəli dağ döşündə yerləşir. Hal-hazırda kənd dağıdılıb və heç kim yaşamır. == Adı == Kəndin adı «İrəvan əyalətinin icmal dəftəri»ndə «Hacatı», Qafqazın 5 verstlik xəritəsində «Haçaatı» («Гачааты»), Azərbaycan mənbələrində «Həçəti», erməni mənbələrində «Hacatin formasında qeyd edilmişdir. Toponim Azərbaycan dilində «bucaq şəklində ayrılan», «haça» mənasında işlənən haca (<haça) sözünə -tı şəkilçisinin artırılması əsasında əmələ gəlmişdir. Relyef əsasında yaranan düzəltmə quruluşlu toponimdir. == Tarixi == Kənd XX əsrdə 4 dəfə dağıdılmış sonra yenidən bərpa olunmuşdur. 1905-ci ildə baş vermiş erməni-müsəlman davası zamanı Zəngəzurun bir çox azərbaycanlı kəndləri kimi Həçəti kəndinə də xeyli ziyan dəymişdir. 1918-ci ildə daşnak silahlıları Həçəti kəndini dağıtmış, kənd əhalisi Zəngəzur dağlarını aşaraq Naxçıvana pənah aparmışlar.
Keçili
Keçili (Şahbuz) — Azərbaycanın Şahbuz rayonunda kənd. Keçili (Şəmkir) — Azərbaycanın Şəmkir rayonunda kənd. Keçili (Sərdarabad) — Sərdarabad kəndi. Keçiliqaya — Azərbaycanın Kəlbəcər rayonunda kənd. Keçili (Amasya) — Türkiyədə kənd. Keçili — Kəlbəcər rayonu ərazisində çay. Tutqunçayın qoludur.
Nəcati
İsa bəy Nəcati (bilinmir, Ədirnə – 27 mart 1509) — türk divan şairi. == Həyatı == Nəcatinin doğum tarixi məlum deyil. Təzkirələrə görə o, ədirnəlidir. Nəcatinin əsil adı İsadır. Lətifi təzkirəsinə görə o, Abdulla oğludur. Rus tədqiqatçıları onun İzmitdə doğulduğunu qeyd edirlər. Onu Ədirnədə dul bir qadın böyüdüb, Saili adlı bir şair isə onun istedadının parlamasında rol oynayıb. Lətifi də onun Ədirnədə Saili adlı şairin yetişdirməsi olduğunu qeyd edir. Onun yetişdiyi və şöhrət qazandığı yer Kastamonudur. O, Ədirnədən Kastamonuya gəlib, öz şairliyi ilə məşhurlaşandan sonra İstanbula, sultan Məhəmməd Fatehin sarayına dəvət olunub.
Qəzali
Əbu Hamid əl-Qəzali (daha dəqiqi: Qəzzali), tam adı Əbu Hamid Məhəmməd ibn Məhəmməd əl-Qəzali (ərəbcə: ابو حامد محمد بن محمد الغزالى, qısaca: الغزالى ); 1058 və ya təq. 1056, Tus – 19 dekabr 1111, Tus) — müsəlman teoloqu, filosofu, sufisi. == Həyatı == Heç mübaliğəsiz bu xorasanlının İslam aləmində görülən ən güclü şəxsiyyət və ən yaxşı beyinlərdən biri olduğu söylənə bilər. Ona verilən "Huccet-ul-İslam" (İslamın dəlili, sübutu) ləqəbi də bunu göstərir. Əbu Həmid Muhammed Qəzali Hicri 450 / Miladi 1059-cu ildə şair Firdovsinin Xorasandakı vətəni olan Tus civarında bir qəsəbədə Qəzələdə doğulmuşdur. O və qardaşı Əhməd atalarını itirdikləri sırada hələ kiçik yaşda bir uşaq idilər. (Qardaşından daha sonra bir sufi olaraq bəhs ediləcəkdir) Fəqət ölümündən öncə onları bir dostunun vəsiyyətinə əmanət etmişdir. Müdrik (hakim) bir mütəsəvvif (sufi) bu zat onlara ilk meyillərini təmin etdi. Daha sonra gənc Əbu Həmid Nişapura getdi. Nişapur o sırada Xorasanın və İslam aləminin ən vacib mədəniyyət mərkəzlərindən biri idi.
Səfalı
Səfalı – Azərbaycan Respublikasının Şamaxı rayonunun Dəmirçi inzibati ərazi vahidində kənd. == Tarixi == Kəndin əsası XVII əsrdə qoyulmuşdur. Əvvəllər Zarat adlanan kəndin ərazisindən keçən Pirsaat çayı 1963-cü ildə öz axarından çıxaraq 100-dən çox yaşayış evini yuyub və kənd tamamilə xəritədən silinib. 600-dən çox sakin isə rayonun digər kəndlərinə köçürülüb. 1965-ci ildən kəndin bir neçə sakini yenidən kənddə məskunlaşıb və kənd Səfalı adlandırılıb. == Coğrafiyası == Şamaxıdan 41 kilometr uzaqlıqda, dəniz səviyyəsindən 1500 m hündürlükdə yerləşir. Hər il kəndə gələn turistlərin sayı artır. == Mədəniyyət == Kənddə xəstəxana xidmət göstərir. Azərbaycan kinomatoqrafiyası tarixində müstəsna rola malik olan kənddir. Burada "Qəm pəncərəsi", "Qanlı zəmi" (Qaçaq Nəbi), "Qəzəlxan", "Ovsunçu", "Pirverdinin xoruzu", "Dədə Qorqud"un bəzi fraqmentlərinin və son vaxtlarda "Buta" filmi çəkilmişdir.
Necati
İsa bəy Nəcati (bilinmir, Ədirnə – 27 mart 1509) — türk divan şairi. == Həyatı == Nəcatinin doğum tarixi məlum deyil. Təzkirələrə görə o, ədirnəlidir. Nəcatinin əsil adı İsadır. Lətifi təzkirəsinə görə o, Abdulla oğludur. Rus tədqiqatçıları onun İzmitdə doğulduğunu qeyd edirlər. Onu Ədirnədə dul bir qadın böyüdüb, Saili adlı bir şair isə onun istedadının parlamasında rol oynayıb. Lətifi də onun Ədirnədə Saili adlı şairin yetişdirməsi olduğunu qeyd edir. Onun yetişdiyi və şöhrət qazandığı yer Kastamonudur. O, Ədirnədən Kastamonuya gəlib, öz şairliyi ilə məşhurlaşandan sonra İstanbula, sultan Məhəmməd Fatehin sarayına dəvət olunub.
Ağçalı (Meşkinşəhr)
Ağçalı (fars. اقچه لو‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Coğrafi yerləşməsi == Meşkinşəhr şəhristanının Mərkəzi bölgəsinin Qərbi Meşkin kəndistanında, Meşkinşəhr şəhərindən 24 km qərbdədir. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 262 nəfər yaşayır (52 ailə).
Aşağı Alçalı
Aşağı Alçalı, Ardzvanist (erm. Արծվանիստ) — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Qaranlıq (Martuni) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 18 km şimal-şərqdə, Göyçə gölündən 2 km aralıda, Alçalı çayının yanında yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim fərqləndirici əlamət bildirən aşağı sözü ilə məasubluq bildirən -lı şəkilçisi qəbul etmiş alça bitki adı əsasında əmlə gəlmişdir. Fitotoponimdir. Quruluşca mürəkkəb toponiındir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 27.IX.1968-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Ardzvanist qoyulmuşdur. == Əhalisi == XIX əsrin 20-cı illərinə qədər burada azərbaycanlılar yaşamışdır. Türkmənçay müqaviləsindən sonra, 1829-30-cu illərdəTürkiyənin Alaşkerd bölgəsindən köçürülən ermənilər burada yerləşdirilmişdir.
Aşağı Necili
Aşağı Necili — Qərbi Azərbaycanda (indiki Ermənistanda) kənd. == Tarixi == Aşağı Necili İrəvan quberniyasının İrəvan qəzasında, indi Zəngibasar (Masis) rayonunda kənd. Rayon mərkəzindən 2 km qərbdə yerləşir. Zəngibasar (Masis) rayonu təşkil edilənədək 1969-cu ilə kimi Qəmərli (Artaşat) rayonun tərkibində olunmuşdur. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Kənddə 1828-ci ilə kimi yalnız azərbaycanlılar yaşamışdır. Toponim fərqləndirici əlamət bildirən aşağı sözü ilə "nəcli" türk etnonimi əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Ermənistan SSR AS RH-nin 25.1.1978-ci il tarixi fərmanı ilə adı dəyişdirilib Sayat Nova (erməni aşığı Sayat Novanın şərəfinə) qoyulmuşdur.