Hacalıkənd
Hacalıkənd, Hacılıkənd — Azərbaycan Respublikasının Göyçay rayonunun Qarabakkal inzibati ərazi vahidliyində kənd. Rayon mərkəzindən cənub-şərqdə, Göyçay – Qaraməryəm şose yolu kənarında, Yuxarı Şirvan kanalının sol sahilində, Şirvan düzündə yerləşir.
== Tarixi ==
== Toponimikası ==
Hacılıkənd oyk., mür. Göyçay rayonunun Qarabaqqal inzibati ərazi vahidində kənd. Şirvan düzündədir. Tədqiqatçılara görə, oykonim XVI əsrdə Şirvanda məskunlaşmış qızılbaşların zülqədər tayfasına mənsub hacılar tirəsinin adını əks etdirir. Hacalıkənd variantında da qeydə alınmışdır. Bəzi tədqiqatçılara görə, Hacalıkənd yaşayış məntəqəsini hacalı nəslinə mənsub olan ailələr burada məskən saldıqlarına görə kənd belə adlandırılmışdır. Belə fikir də var ki, Hacıalı kənd toponimi XVI əsrdə Şirvanda məskunlaşmış qızılbaşların zülqədər tayfasından olan hacılar tirəsinin adını özündə əks etdirir. Toponimi vaxtilə Şərqi Anadoluda yaşayan və Qaraqoyunlu dövlətinin siyasi həyatında yaxından iştirak edən türkdilli hacılılar tayfasının adı ilə əlaqələndirənlər də vardır.