Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Hekayəti-Yusif şah
Aldanmış kəvakib ("Hekayəti-Yusif şah") — Mirzə Fətəli Axundovun 1857-ci ildə yazdığı əsər. Yazıçı bu əsərlə Azərbaycan ədəbiyyatında realist nəsrin banisi olmaqla yanaşı, həm də milli ədəbiyyatımızda povest janrının əsasını qoyur. Povestdə Avropa maarifçilərinin "dünyanı sağlam aqil idarə edir" konsepsiyasından çıxış edən müəllif, İran feodal üsul-idarəsinin ictimai nöqsanlarını, ölkənin ali feodal dövlət başçılarını kəskin satira atəşinə tutur və maarifçi, humanist hakim ideyasını qızğın təbliğ edir. Odur ki, "Aldanmış kəvakib" povesti dünya maarifçi nəsrinin orijinal, parlaq nümunələrindən biri kimi dəyərləndirilir. Axundzadə bu əsərində fanatikliyi, nadanlığı tənqid etməklə yanaşı, rüşvətxorluğu, özbaşınalığı, haqsızlığı da ifşa edir. Yazıçı XV əsrdə yaşamış İran tarixiçi İskəndər bəy Munşinin əl yazmaları əsasında bu povesti yazıb, amma o İran hökümdarı Nəsrəddin şahı tənqid etmək üçün, müasir həyatla əsəri əlaqələndirib, amma povestdə şah obrazında I Şah Abbas göstərilib. == Qısa məzmun == Povest ardıcıl inkişaf edən süjet xəttinə və aydın kompozisiyaya malikdir və o, başlanğıcdan, bağlamadan və iki hissədən ibarətdir. Povestin başlanğıcı cəmi iki sətirdə yazılıb. Artıq 7 ildiki Şah Abbas ölkəni idarə edir. Novruz bayramından cəmi 3 gün sonra baş münəccim xəbər verir ki, novruzdan 15 gün keçmiş ulduzların toqquşacağı və bu toqquşma zamanı şaha xətər toxunacağını deyir.
Hekayəti Xırsi-Quldurbasan
Hekayəti xırsi-quldurbasan — Azərbaycan dramaturqu, yazıçısı, maarifçisi, şair Mirzə Fətəli Axundovun ədəbiyyat tariximizə qızıl hərflərlə həkk olunmuş dram əsərlərindən biridir. Əsərin yaranma tarixi 1851-ci ilə təsadüf edir. == Məzmunu == Azərbaycanın ilk dramaturqu Mirzə Fətəli Axundovun "Hekayəti xırsi-quldurbasan" əsərində kənd həyatından bəhs olunur. M. F. Axundov bu dramında qadın hüquqsuzluğuna qarşı çıxaraq ictimai bərabərsizlik, azad, qarşılıqlı məhəbbət ideyalarını müdafiə edir. Dramın mövzusu kənd həyatından alınmışdır. Əsərin fabulası Bayramla Pərzadın sevgi macərası üzərində qurulmuşdur. Bayram kasıb bir gənc, Pərzad isə dövlətli qızdır. Onlar bir-birini sevirlər. Ancaq Pərzadın əmisi Məşədi Qurban ölmüş qardaşının (yəni Pərzadın atasının) var-dövləti başqasına qismət olmasın deyə onun qızını öz oğlu Tarverdiyə nişanlayır və onlar toy etməyə hazırlaşır. Çətin vəziyyətə düşən Bayram sevgilisini Məşədi Qurbanın pəncəsindən qurtarmaq üçün Tarverdini öyrətdirib quldurluğa göndərir.
Uğursuzun hekayəti (roman)
Mürafiə vəkillərinin hekayəti
Mürafiə vəkillərinin hekayəti — Rejissor Ramiz Həsənoğlunun filmi. == Məzmun == Hacı Qafur təbrizli varlı tacirdir. O öldüyü təqdirdə vəsiyyətində var-dövlətinin bacısı Səkinə xanıma çatacağını bildirir. Onun siğə arvadı Zeynəb isə bununla razılaşmır və adə keçən var-dövlətə yiyələnmək məqsədilə məhkəməyə şikayət edir. Bu məsələdə Zeynəbi müdafiə edən vəkil Ağa Mərdan Halvaçı oğlu rüşvətə baş vuraraq yalançı şahidlər tutur. Vəkil yalançı şahidlər tutaraq sübut etmək istəyir ki, Hacı Qafurun Zeynəbdən 7 aylıq oğlu var. Amma məhkəmə sona çatanda yalan üzə çıxır. Film Səkinə xanımın qələbəsi ilə sona yetir. == Film haqqında == Film görkəmli Azərbaycan dramaturqu Mirzə Fətəli Axundzadənin eyniadlı komediyası əsasında çəkilmişdir. İki hissədən ibarətdir.
Aldanmış Kəvakib (Hekayəti-Yusif şah)
Aldanmış kəvakib ("Hekayəti-Yusif şah") — Mirzə Fətəli Axundovun 1857-ci ildə yazdığı əsər. Yazıçı bu əsərlə Azərbaycan ədəbiyyatında realist nəsrin banisi olmaqla yanaşı, həm də milli ədəbiyyatımızda povest janrının əsasını qoyur. Povestdə Avropa maarifçilərinin "dünyanı sağlam aqil idarə edir" konsepsiyasından çıxış edən müəllif, İran feodal üsul-idarəsinin ictimai nöqsanlarını, ölkənin ali feodal dövlət başçılarını kəskin satira atəşinə tutur və maarifçi, humanist hakim ideyasını qızğın təbliğ edir. Odur ki, "Aldanmış kəvakib" povesti dünya maarifçi nəsrinin orijinal, parlaq nümunələrindən biri kimi dəyərləndirilir. Axundzadə bu əsərində fanatikliyi, nadanlığı tənqid etməklə yanaşı, rüşvətxorluğu, özbaşınalığı, haqsızlığı da ifşa edir. Yazıçı XV əsrdə yaşamış İran tarixiçi İskəndər bəy Munşinin əl yazmaları əsasında bu povesti yazıb, amma o İran hökümdarı Nəsrəddin şahı tənqid etmək üçün, müasir həyatla əsəri əlaqələndirib, amma povestdə şah obrazında I Şah Abbas göstərilib. == Qısa məzmun == Povest ardıcıl inkişaf edən süjet xəttinə və aydın kompozisiyaya malikdir və o, başlanğıcdan, bağlamadan və iki hissədən ibarətdir. Povestin başlanğıcı cəmi iki sətirdə yazılıb. Artıq 7 ildiki Şah Abbas ölkəni idarə edir. Novruz bayramından cəmi 3 gün sonra baş münəccim xəbər verir ki, novruzdan 15 gün keçmiş ulduzların toqquşacağı və bu toqquşma zamanı şaha xətər toxunacağını deyir.
Hekayəti Molla İbrahim-Xəlil Kimyagər
Hekayəti Molla İbrahim-Xəlil kimyagər — dramaturq Mirzə Fətəli Axundovun 1850-ci ildə yazdığı ilk komediyası sayılır. Elə ilk komediya da müəllifinin feodal cəmiyyətinin çürümüş mənəvi-əxlaqi problemlərinə, fanatizmə, nadanlığa, miskin həyat tərzinə, kiflənmiş düşüncə tərzinə qarşı mübarizə mövqeyində durduğunu göstərib. Dramaturq sadə süjet əsasında qurulmuş həyati hadisələrini və o hadisələr içərisində formalaşan bədii xarakterləri, koloritli personajları bütün tipik səciyyələri ilə təqdim edib. Komediyada qoyulan kəskin ictimai-sosial, mənəvi-əxlaqi problemlər dramaturqun sonrakı dram əsərlərində daha mürəkkəb həyat hadisələri zəminində, daha kəskin konfliktlər əsasında işlənib. "Dərviş Məstəli şah" dramının qəhrəmanı mənəvi baxımdan Molla İbrahimxəlillə qohumdur, ona doğmadır. Dramaturq bu bənzərliyi mənəvi cəhətdən götürüb, obrazın bədii təsvirinə görə isə fal qurub cadu-piti ilə cibləri soyan Məstəli şah milli dramaturgiyamızda orijinal dramaturji obrazdır. == Məzmun == Şəhər əhli eşitdiyi xəbərdən başını itirib: misi gümüşə döndərən kimyagər "peyda" olub. Var-dövlətini itirən, yüngül yolla qazanc əldə etmək istəyən, hər cür alçaqlığa razı olan cahillər yalançı kimyagərin "möcüzəsinin işığına" yığışırlar. Molla İbrahimxəlil camaatın sadəlövhlüyündən istifadə edərək, soyğunçuluğa başlayır və qarşısında yaltaqlıq, ikiüzlülük edib, onun rəğbətini qazanmağa can atan nadanları asanlıqla toruna salır. == Personajlar == Əfradi-əhli-məcalis: Molla İbrahimxəlil — kimyagər, kəldəkli.
Mürafiə vəkillərinin hekayəti (film, 2011)
Mürafiə vəkillərinin hekayəti — Rejissor Ramiz Həsənoğlunun filmi. == Məzmun == Hacı Qafur təbrizli varlı tacirdir. O öldüyü təqdirdə vəsiyyətində var-dövlətinin bacısı Səkinə xanıma çatacağını bildirir. Onun siğə arvadı Zeynəb isə bununla razılaşmır və adə keçən var-dövlətə yiyələnmək məqsədilə məhkəməyə şikayət edir. Bu məsələdə Zeynəbi müdafiə edən vəkil Ağa Mərdan Halvaçı oğlu rüşvətə baş vuraraq yalançı şahidlər tutur. Vəkil yalançı şahidlər tutaraq sübut etmək istəyir ki, Hacı Qafurun Zeynəbdən 7 aylıq oğlu var. Amma məhkəmə sona çatanda yalan üzə çıxır. Film Səkinə xanımın qələbəsi ilə sona yetir. == Film haqqında == Film görkəmli Azərbaycan dramaturqu Mirzə Fətəli Axundzadənin eyniadlı komediyası əsasında çəkilmişdir. İki hissədən ibarətdir.
Tirolin kənd hekayəti (teleserial, 1992)
Chirolin Mura Monogatari ( Chirolin Mura Monogatari) — 6 aprel 1992-ci ildən 19 mart 1993 -cü ilə qədər NHK Educational TV telekanalında yayımlanan anime teleserialıdır. 170 seriya.
Kərpickəsən qocanın bir cavanla hekayəti
Kərpickəsən qoca ilə cavan — Nizami Gəncəvinin ilk məsnəvisi olan Sirlər xəzinəsinin beşinci məqalətinin hekayəsi. == Haqqında == "Kərpickəsən qoca ilə cavan" hekayəsində Nizami Gəncəvi insanın işləməsini, əməklə məşğul olmasını təbliğ edir və bunu gənclərə də tövsiyə edir. Hekayə məktəb dərsiklərində də öz yerini alıb. == Məzmunu == Şam şəhərində qoca bir kərpickəsən yaşayırdı. O, adi torpaqdan daş kimi möhkəm kərpic hazırlayırdı. Bir gün geyimli-keçimli cavan oğlan yoldan keçərkən qocanın belə əziyyətli işlə məşğul olduğunu görüb təəcübləndi və qocaya dedi: "Bu nə peşədi tapmısan? Sən qul deyilsən, daş-kəsəkdən uzaqlaş sənə yaraşmaz bu peşə!" Bu sözlərdən əsəbləşən qoca cavab verdi: "Gördüyün bu qəsr soyuq su ilə yox, isti tər ilə yorğulub. Kərpic kəsmək, palçıq tutmaq, qara işdə çalışmaq insan üçün qəbahət deyil. Öz əlimin əməyi ilə yaşamaq mənim üçün şərəfdir. Nə qədər ki, qolumda qüvvət, dizimdə taqət, gözümdə işıq var çalışacağam.
Böyük Yol Haqqında Kino Hekayəti (1944)
Böyük yol haqqında kino hekayəti qısametrajlı sənədli filmi 1944-cü ildə Bakı Kinostudiyasında istehsal edilmişdir. Film Beslan-Tehran hərbi avtomagistralının tikintisi və yenidən qurulması haqqındadır. == Məzmun == Xüsusi buraxılış Beslan-Tehran hərbi avtomagistralının tikintisi və yenidən qurulması haqqındadır. == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 90; 109-113.
Ovçu ilə iti və tülkünün hekayəti
Ovçu ilə itin və tülkünün hekayəti — Nizami Gəncəvinin birinci poeması "Sirlər xəzinəsi"nin 6-cı məqalətin hekayəsi. == Haqqında == "Ovçu ilə iti və tülkü" Nizami Gəncəvinin "Sirlər Xəzinəsi" poemasının altıncı hekayəsidir. Orta məktəb 6-cı sinif Ədəbiyyat dərsiklərində yer alıb. == Məzmunu == Biyabanları gəzib ov yerini tapan, uzaq görən bir ovçu var idi. Çeviklikdə şir, aslana bərabər bir iti var idi. Yolçuluqda ovçunun çox işinə yarayan vəfalı yoldaş idi. Bir gün ovçunun cəsur, bacarıqlı iti yoxa çıxdı. Ovçu itinin itməsinə görə çox göz yaşı töksə də səbr edib gözləmək qərarına gəlir. Bir gün ovçunun qarşısına tülkü çıxır. Ovçuya deyir: Ey ovçu, bilirəm çox ağlamısan, amma səbr edirsən.
Ovçu ilə itin və tülkünün hekayəti

Bir aktyorun hekayəti. Məmmədrza Şeyxzamanov (film, 2014)
Bir aktyorun hekayəti. Məmmədrza Şeyxzamanov — rejissor Elvin Vəlimətovun 2014-cü ildə Azərbaycan Televiziyasında çəkdiyi sənədli film. == Məzmun == Filmdə teatr və kino aktyoru, Azərbaycanın və SSRİ xalq artisti Məmmədrza Şeyxzamanovun xatirəsinə həsr olunur. == Film haqqında == Filmdə "İblis", "Mahnı dağlarda qaldı", "Kreml saatı" teatr tamaşalarının, "Bəxtiyar", "Qızmar günəş altında", "Bir qalanın sirri", "Onu bağışlamaq olarmı?", "Leyli və Məcnun", "Böyük dayaq", "Əhməd haradadır?", "Liftçi qız", "Yeddi oğul istərəm...", "Nəsimi", "Qatır Məmməd", "Qızıl uçurum", "Əzablı yollar" filmlərinin kadrlarından istifadə olunur.
Böyük yol haqqında kino hekayəti (film, 1944)
Böyük yol haqqında kino hekayəti qısametrajlı sənədli filmi 1944-cü ildə Bakı Kinostudiyasında istehsal edilmişdir. Film Beslan-Tehran hərbi avtomagistralının tikintisi və yenidən qurulması haqqındadır. == Məzmun == Xüsusi buraxılış Beslan-Tehran hərbi avtomagistralının tikintisi və yenidən qurulması haqqındadır. == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 90; 109-113.
Hekayəti Müsyö Jordan Həkimi-Nəbatat və Dərviş Məstəli Şah Cadükuni Məşhur
"Hekayəti Müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli şah cadükuni məşhur" — Azərbaycan yazıçısı və dramaturqu Mirzə Fətəli Axundovun 1850-ci ildə Azərbaycan dilində yazdığı dörd aktdakı ikinci komediya. Komediyanın orta əsr feodal ideologiyasına, xurafatçılara qarşı yönəldildiyi qeyd olunur. Müəllifin özü tərəfindən rus dilinə tərcümə edilmiş komediya 1851-ci ildə Qafqaz qəzetində çap olunmuşdur. Müəllifin tərcüməsində rus səhnəsindəki ilk əsər həmin il Sankt-Peterburqda baş tutdu, 1852-ci ildə pyes Tiflisdə, 1883-cü ildə isə Naxçıvanda nümayiş olundu. Müsyö Jordanın prototipi, o illərdə əslində elmi araşdırmalar üçün Zaqafqaziyaya gəlmiş və xüsusən də komediya janrında fəaliyyət göstərdiyi Qarabağın florasını öyrənən Fransız təbiətşünası Aleksis Jordan (1814–1897) idi. Hətta ehtimal olunur ki, M. F. Axundov fransız alimi ilə şəxsən tanış olmuş və onunla söhbət etmiş, bu da alimin bədii obrazını yaratmasına kömək etmişdir. Qeyd olunur ki, M. F. Axundovun yaradıcılığında Aleksis Jordanın elmi fəaliyyəti və bitkilərin təsnifatına etdiyi düzəlişlər barədə həqiqi məlumatlar verilir. == Süjet == Süjet 1848-ci ildə Qarabağda baş verir. Fransız botanist, Kral Akademiyasının üzvü Müsyö Jordan yerli bitki növlərini öyrənmək üçün buraya gəlir. O burda Təklə-Muğanlı Hətəmxan ağanın mülkündə qalır.
Hekayət
Hekayə — yazılı ədəbiyyatın və epik növün olduqca geniş yayılmış janrı. Süjetli nəsrin üç - hekayə, povest, roman janrlarının həcmcə ən kiçiyidir. Əsasən tək süjetdən, yaxud bir neçə süjet üzərinə köməkçi süjet vasitəsiylə fikirlərdən ibarət olur. == Süjet == Əhvalatın bədii əsərdə inkişafına süjet deyilir və aşağıdakı məntiqi ardıcıl hissələrdən ibarətdir: Əhvalatın başlanğıcı Hadisə Fakt Münasibətlərin doğulması Ziddiyyətlərin toqquşması Münaqişənin inkişafı Kulminasiya "Düyünlərin" açılması == Tarixi == Qədim Yunanıstandakı “Ərəb gecələri” adlı nağıl və qısa romanslar hekayənin xəbərçisidir. Lakin romantizm və realizm cərəyanlarının təsiri altında povestdə psixoloji və metafizik problemlər yalnız 19-cu əsrdə nağılvari povestlə əks olunmağa başladı. Rusiyada Qoqolun, Dostoyevskinin, Turgenevin, Çexovun hekayələri ədəbi əsərlər arasında hekayə janrının yaranmasına böyük töhfə verib. İlk məlum hekayə nümunəsi italyan yazıçısı Covanni Bokkaççionun “Dekameron” əsəridir. Əsər əsasən 1348-ci ildə İtaliyada ortaya çıxan “vəba” epidemiyasından bəhs edir. 10 gün ərzində danışılan 100 hekayədən ibarətdir. Xoşbəxtlik, kişi-qadın münasibətləri, ürək ağrıları, uyğun cavablar, din xadimlərinin maraq dalınca qaçması hekayələrin əsas mövzusudur.
Polis Hekayəsi
Polis əhvalatı (çin. 警察 故事 系列) altı rəsmi Honkonq cinayət hadisələri filmindən ibarətdir, rejissor Ceki Çan, Stenli Tonq, Benni Çan və Dinq Şen tərəfindən çəkilmiş və Reymond Çou, Leonard Ho, Ceki Çan, Barbi Tunq, Villiye Çan, Solon So və Yanq Du tərəfindən prodürserlik edilmişdir. İlk film Polis əhvalatı 14 Dekabr 1985-ci ildə yayımlandı. Filmin müvəffəqiyyəti beş seriala, rəsmi spin-offa (Super polis 2) və qeyri-rəsmi spin-offa (Detektiv) səbəb oldu. Çan, Amerika film bazarına girməsi üçün nəzərdə tutulan Himəyadarda rejissor Ceyms Qlikenhausla işləməkdə məyus bir təcrübədən sonra filmə başladı. İlk Polis əhvalatı filmi pərəstişkarları tərəfindən Çanın ən yaxşı filmlərindən biri hesab olunur. Asiyada böyük bir vuruş idi. Tərcümeyi-halına görə, mən Ceki Çanam, Çan filmi hərəkət və tryuk baxımından ən yaxşı hesab edir. Time Out-in kino tənqidçiləri, rejissorları, aktyorları və boyuk aktyorlar arasında keçirdiyi sorğuda ilk üç Polis Hekayəsi filmi səsləndirildi, Polis əhvalatı 4-cü, Polis əhvalatı 2 61-ci, və Super polis 75-ci sırada yer aldı.
Qulluqçunun hekayəsi
Qulluqçunun hekəyəsi — Kanadalı feminist yazıçı Marqaret Etvudun antiutopiya janrında yazıdığı gender bərabərsizliyi, qadın azadlığı, cəmiyyətdə və dünyada qadının yeri kimi problemlərə həsr olunmuş romanı. Əhatə etdiyi problemlərə görə tez-tez "feminist antiutopiyası" da adlanır. Əsərdə mifoloji elementlər, dini motivlər çox işlənmişdir. Süjet kimyəvi tullantılar səbəbindən çirklənmiş dünyada cərəyan edir. Hadisələrin baş verdiyi Amerikanın adı dəyişdirilərək "GİLEAD" adlı totalitar, patriarxal və dini dövlət qurulmuşdur. "Qulluqçunun hekayəsi"ni digər antiutopik romanlardan ayıran əsas fərq baş obrazın hər iki dünyanı, yəni, "Gilead"dan öncəki rejimi də görməsidir. Əksər antiutopiya janrında yazılan romanlarda obrazlar birbaşa qaranlıq dünyada doğulur. Offred isə köhnə dünyanı da gördüyü üçün hər iki rejimi müqayisə edə bilir. Bu səbəbdən süjet boyu obrazın keçmiş xatirələri və indiki zaman iç-içə təsvir olunmuşdur. Əsərin əsas mövzusu sonsuzluğun kəskin həddə çatdığı dövrdə uşaq dünyaya gətirmə qabiliyyətinə sahib qadınların dövlətin malı kimi mənimsənərək yüksək rütbəli komandirlərin evinə "damazlıq" kimi verilməsidir.
Gencinin hekayəsi
Gencinin Hekayəsi (Genji Monogatari 源氏物語), XI əsrin başlanğıcında Murasaki Şikibu tərəfından yazılmış, Yapon ədəbiyatının ilklərindən biri. Bu roman dünyanın ilk romanı kimi qəbul edilir. Şikibu "Gencinin hekayəsi"ni təxminən 1010-cu ildə, yapon sarayında saray xanımı olaraq tamamladı. Yapon sarayının akademik dili Çincə idi və saraydakı qadınlar tərəfindən gündəlik qeydlər aparmaqda işlədilən Yaponca əhəmiyyətsiz sayılırdı. Həm də nəsr, nəzm ilə bərabər sayılmırdı. Ancaq Gencinin Hekayəsi, Çincə və Yaponca nəzmə hakim olduğu gözə çarpan bir yazarın, zərif və yaradıcı xəyal gücünün məhsulu olduğu üçün fərqli reaksiya ilə qarşılaşdı. 54 bölümdən meydana gələn əsər, qəhrəmanın əfsanəsini axıcı bir dillə anladır. Əsas obrazın dilindən söylənən və saray dili ilə yazılmış 800 şeiri özündə birləşdirir. Gencinin Hekayəsi, erkən dövr (Heyan dövrü) aristokrasiyası haqqında daha çox məlumat almağa imkan verir. Əsərdə dövrün əyləncə mədəniyyəti , geyim, gündəlik həyat və əxlaq anlayışı kimi mövzular önə çıxarılır.
Oyuncaqların hekayəsi
Oyuncaqların hekayəsi (ing. Toy Story) — Walt Disney Pictures və Pixar Animasiya Studiyasında istehsal edilmiş 1995-ci il Amerikan kompüter animasiyası, dostluq, macəra filmi. Oyuncaqların hekayəsi, Con Lasseterin rejissor kimi debütü, ilk tammetrajlı kompüter-animasiyası filmi və Pixar tərəfindən istehsal olunmuş ilk cizgi filmdir. Antropomorf oyuncaqlar canlıdırlar. == Səsləndirənlər == == Xarici keçidlər == Oyuncaqların hekayəsi — Internet Movie Database saytında.
Evlilik hekayəsi
Evlilik hekayəsi (ing. Marriage Story) — Noa Baumbaxın 2019-cu ildə rejissorluğu ilə çəkilmiş dram filmi. Film boşanan cütlükdən bəhs edir. Baş rollarda Skarlet Yohansson və Adam Drayver çəkilib. == Rollarda == Skarlet Yohansson — Nicole Barber Adam Driver — Charlie Barber Laura Dern — Nora Fanshaw, Nicole's lawyer Alan Alda — Bert Spitz, Charlie's first lawyer Rey Liotta — Jay Marotta, Charlie's second lawyer Azhy Robertson — Henry Barber, Nicole and Charlie's son Julie Hagerty — Sandra, Nicole's mother Merritt Wever — Cassie, Nicole's sister Wallace Shawn — Frank Martha Kelly — Nancy Katz Mark O'Brien — Carter Mitchum Matthew Shear — Terry Brooke Bloom — Mary Ann Kyle Bornheimer — Ted Mickey Sumner — Beth Robert Smigel — Mediator Rich Fulcher — Judge Neil Tilden Lucas Neff — Pablo Tunde Adebimpe — Sam == İstinadlar == == Xarici keçidlər == Evlilik hekayəsi — Internet Movie Database saytında.
Sevgi hekayəsi
Sevgi hekayəsi (ing. Love Story) — 1970-ci ildə çəkilmiş Amerika romantik-drama filmi. Orijinal ssenarisi Erix Seqal tərəfindən yazılmış filmin rejissoru Artur Hiller olub və Ali Makqrou, Rayan O'Nil, Rey Milland və Tommi Li Cons əsas rollarda çəkilib. Frensis Lai filmin unudulmaz mövzu musiqisini bəstələyib və buna görə 1971-ci ildə ən yaxşı orijinal musiqi üçün Akademiya mükafatına layiq görülüb. Bu həm də filmin aldığı yeganə Oskar mükafatıdır. Film daha 6 nominasiya üzrə Oskara namizəd olub. == Məzmun == Möhtəşəm və varlı ailədən olan Oliver Barret IV (Rayan Oneal) ailə ənənəsini davam etdirir və özündən əvvəlkilər kimi Harvard Universitetində hüquq təhsili alır. Bir gün o, Radcliffe kollecində musiqi tələbəsi olan fəhlə sinfindən Cennifer Kavalleriyə (Ali Makqrav) aşiq olur. Cütlük evlənməyə qərar verir, lakin Oliverin atası III Oliver Barret (Rey Milland) bu evliliyi istəmir və oğlunun günlük xərcini kəsir və onu mirasından da məhrum edəcəyini bildirir. Oliver üçün atasının maddi dəstəyi olmadan Harvardda oxumaq çox çətindir.
Şikayətçi (film, 1986)
Şikayətçi, Kamal Sunalın 1986-cı ildə çəkildiyi filmdir. Filmi rejissor Zəki Öktən çəkmiş, ssenarisini isə Umur Buqay yazmışdır. == Məzmun == Bir kənddə iki qonşunun arasında olan dartışma filmin əsas məzmununu təşkil edir. Hər iki qonşu bir-birini məhkəməyə verir, lakin bu məhkəmə prosesi düz 7 il davam edir. Filmdə məhkəmələrin ləng işləməsi məsələsi əks etdirilir və kinematoqrafik dillə tənqid edilir. == Film haqqında == Ekranlara 1987-ci ildə buraxılmışdır.
Gencinin hekayəsi (roman)
Gencinin Hekayəsi (Genji Monogatari 源氏物語), XI əsrin başlanğıcında Murasaki Şikibu tərəfından yazılmış, Yapon ədəbiyatının ilklərindən biri. Bu roman dünyanın ilk romanı kimi qəbul edilir. Şikibu "Gencinin hekayəsi"ni təxminən 1010-cu ildə, yapon sarayında saray xanımı olaraq tamamladı. Yapon sarayının akademik dili Çincə idi və saraydakı qadınlar tərəfindən gündəlik qeydlər aparmaqda işlədilən Yaponca əhəmiyyətsiz sayılırdı. Həm də nəsr, nəzm ilə bərabər sayılmırdı. Ancaq Gencinin Hekayəsi, Çincə və Yaponca nəzmə hakim olduğu gözə çarpan bir yazarın, zərif və yaradıcı xəyal gücünün məhsulu olduğu üçün fərqli reaksiya ilə qarşılaşdı. 54 bölümdən meydana gələn əsər, qəhrəmanın əfsanəsini axıcı bir dillə anladır. Əsas obrazın dilindən söylənən və saray dili ilə yazılmış 800 şeiri özündə birləşdirir. Gencinin Hekayəsi, erkən dövr (Heyan dövrü) aristokrasiyası haqqında daha çox məlumat almağa imkan verir. Əsərdə dövrün əyləncə mədəniyyəti , geyim, gündəlik həyat və əxlaq anlayışı kimi mövzular önə çıxarılır.
İki şəhərin hekayəsi
İki şəhərin hekayəsi — Çarlz Dikkensin ilk dəfə 1859-cu il 30 apreldə çap etdirdiyi əsəri olmaqla, yaradıcılığının özəyi sayılır. Roman üç kitabdan ibarətdir. 200 milyon nüsxədən çox satılan əsər dünyada ən çox satılan romandır. Dikkens, əsəri kitab şəklində çap etməzdən öncə qurucusu olduğu "All the year round" həftəlik qəzetində bölümlər şəklində nəşr etmişdir. Dikkens kitabın son bölümünü qəzetdə nəşr etməzdən üç həftə öncə irlandiyalı yazıçı Vattz Flippsin mövzu və quruluş olaraq Dikkensin əsərinə çox bənzəyən "Ölü ürək" pyesi tamaşaya qoyuldu. Kimin plaqiatlıq etdiyini demək mümkün olmasa da hər ikisinin Eduard Bulver-Littonun "Zanoni" (1842) əsərindən təsirləndiyi aydın görünür. Tarixi roman sayılan əsərin başlıca mövzusu Böyük Fransa inqilabıdır. Baxmayaraq ki, əsər 1775-ci il həkim Manettin Bastiliya həbsxanasından azad olunması ilə başlayır, ümumilkdə, roman daha geniş bir periodu, 1757-1794-cü illəri əhatə edir. Uilki Kollinsin "Dondurulmuş" pyesində baş rollardan biri olan Riçard rolunda çıxış edən yazıçı bu əsərin təsiri ilə yeni kitabına "özünüqurbanetmə" motivləri qatmaq qərarına gəlir, Frederikə bənzər Sidney obrazını yaradır. Əsərin əsas mövzusunun Fransa inqilabı olması qərarını isə Tomas Karlinin 1837-ci ildə yazdığı eyniadlı kitabın təsiri ilə qəbul edir və onunla məktublaşdıqdan sonra əsərin iki əsas obrazını- həkim Manett və Markis obrazlarını formalaşdırır.
Oyuncaqların hekayəsi 2
Oyuncaqların hekayəsi 2 (ing. Toy Story 2) — 1999-cu ildə 3D formatında çəkilmiş qısametrajlı ABŞ animasiyasıdır. == Məzmun == Endinin tətil üçün bir kovboy düşərgəsinə getməsi əsnasında, onun oyuncaqları öz başına qalırlar. Bu müddətdə puldan başqa heç nə düşünməyən MakVuicin adlı kolleksiyaçı, Vudini qaçırır. Qaçırılan Vudi keçmişiylə bağlı bəzi gerçəklərlə üz-üzə gələrək köhnə və yeni yoldaşları arasında bir seçim etmək məcburiyyətində qalır. Dostları isə onu tapmağa qərara gəlirlər… == İstinadlar == == Xarici keçidlər == Oyuncaqların hekayəsi 2 — Internet Movie Database saytında.
Oyuncaqların hekayəsi 3
Oyuncaqların hekayəsi 3 (ing. Toy Story 3) — 2010-cu ildə "Pixar" tərəfindən istehsal olunmuş animasiya filmi. == Məzmun == Endinin oyuncaqlarını "Göyqurşağı"-ında çoxlu oyuncaqlar salamlayır və ayı Lotso, Böyük Körpə və Ken. Oyuncaqların hamısı özlərini yeni evlərinə heyran oldular. Endiyə geri qayıtmağa cəhd etmək üçün yalnız Vudi cəh etdi.Buna baxmayaraq, Vudinin qurtulma cəhdi uğursuz olur və o kiçik qız Bonni tərəfindən bağçanın çölündə tapılır.O onula yaxşı davranır və onunla öz oyuncaqları ilə birlikdə oynayır. Vudinin əhval-ruhiyyəsi yüksək idi,o qəmgin klonun istehzalı gülməyini və Lotso haqqında eşidənə qədər. Böyük Körpə,Klon və Lotso onların əsl sahibləri Deyzi tərəfindən təsadüfən itirildi.Onların üçüdə Deyzini evinə gedən yolu tapdı, lakin Lotso gördü ki, onların hər üçü eyni oyuncaqlarla əvəz olunub. Baxmayaraq ki, Klon həqiqəti başa düşmüşdü,amma Losto qəzəbləndi və o Böyük Körpəni inandırdı və onlar "Göyqurşağı"-nı tapıb həpsxanaya çevirdilər. Vudi indi tez bağçaya getmək üçün tələsir və onun dostlarını tezacıqlanan uşaqlar tərəfindən oynanmamaq üçün onlara kömək etməlidir... == İstinadlar == == Xarici keçidlər == Oyuncaqların hekayəsi 3 — Internet Movie Database saytında.
Oyuncaqların hekayəsi 4
Oyuncaqların hekayəsi 4 (ing. Toy Story 4) — 2019-cu ildə çəkilmiş ABŞ animasiyasıdır. == İstinadlar == == Xarici keçidlər == Oyuncaqların hekayəsi 4 — Internet Movie Database saytında.
Amerikan qorxu hekayəsi
Amerikan qorxu hekayəsi (ing. American Horror Story) – Rayan Mörfi və Bred Felçak tərəfindən yaradılmış ABŞ istehsalı qorxu-triller teleserialı. Serialın hər mövsümündə müxtəlif qorxu hekayələrinə yer verilir, eyni aktyor heyəti hər mövsüm fərqli rolları ifa edir. Serialın birinci mövsümü "Qatil Ev" adlanır. Burada hadisələr 2011-ci ildə Los-Ancelesdə cərəyan edir. Hekayədə bir ailənin yeni evə köçməsi ilə başlarına açıqlanmaz hadisələr gəlməsindən bəhs edir. İkinci mövsüm olan "Psixiatriya Xəstəxanası" 1964-cü ildə Massaçusetsdə dəlixanada xəstələrin və işçilərin başına gələn hadisələrdən bəhs edilir. Üçüncü "Cadugərlər məclisi" adlı mövsümdə 2013-cü ildə Nyu-Orleanda cadugərlar və onları məhv etmək istəyən şirkətdən danışılır. Dördüncü "Anormallar Şousu" adlı mövsümdə hadisələr 1952-ci ildə cərəyan edir və burada qəribə görünüşdə doğulmuş insanlardan bəhs olunur. Beşinci mövsüm olan "Otel"-də hadisələr 2015-ci ildə sirli qətllərin baş verdiyi oteldən bəhs edilir.
Kuçan qızlarının hekayəsi
Kuçan qızlarının hekayəsi: İran tarixində gender və milli yaddaş — 1905-ci ildə Qacar dövlətində insan alveri hadisəsi haqqında Əfsanə Nəcmabadi tərəfindən yazılmış 1998-ci ildə siyasi tarix kitabı. Bunlar Kuçan rayonundan olan təxminən 250 qızdan ibarət qrup idi və yerli hökumət onları vergi əvəzinə qaçırıb satmışdır. == Süjeti == Nəcmabadi hadisəni həm vilayət hökumətləri, həm də milli Qacar rejimi tərəfindən Konstitusiya inqilabına səbəb olan çoxsaylı aktlardan birinin nümunəsi kimi təqdim edir. Kuçan rayonunda vilayət qubernatoru Asəfdövlə gəlirindən asılı olmayaraq bütün vətəndaşlar üçün sabit vergi təyin etmişdir. Kasıbların məhsulu pis olduğu üçün bu vergini ödəyə bilməmişdilər. Onlar pul toplamaq üçün yeganə yol kimi öz qızlarını elit türkmənlərə və ya köçərilərə satmağı seçmişdilər. Türkmənlər də kəndə basqın edərək qadınları əsir götürməyə başlamışdılar. Vətəndaşlar ödənişin təxirə salınmasını tələb edəndə vilayət hökumətinin məmurları tərəfindən güllələnərək öldürülmüşdülər. 250-yə yaxın qız satılmış və onlar Kuçan qızları kimi tanınmışdılar. Nəcmabadinin sözlərinə görə, bu hadisə iranlı qadınların necə "qaçaqmalçılıq obyekti" kimi qəbul edildiyini simvollaşdırır.
Korlar haqqında hekayət
Korlar haqqında hekayət (nid. De parabel der blinden) - Holland İntibah Dövrü rəssamı Böyük Piter Breygel tərəfindən 1568-ci ildə çəkilmiş rəsm əsəri. Tabloda bir-birindən zəncir kimi tutub yeriyən altı korun təsviri verilmişdir. Ən irəlidə yeriyən birinci kor bələdçi büdrəyir və əl ağacı ilə birlikdə xəndəyə düşür. Ardınca gələn kor da onun üstünə yıxılır. İkinci əl ağacına bağlı olan üçüncü kor da özündən qabaqkıların üzərinə aşacaq. Beşinci və altıncı korların hələ heç nədən xəbəri yoxdur, lakin onları da mütləq özlərindən əvvəlki yol yoldaşlarının ardınca xəndəyə yuvarlanmaq aqibəti gözləyir. Həmin altı fiqurda yıxılmanın altı müxtəlif anları (fazaları) təsvir olunmuşdur.