Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ceyranlı
Ceyranlı – Azərbaycan Respublikasının Şabran rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Ceyranlı Dəvəçi rayonunun Əmirxanlı inzibati ərazi vahidində kənd. Əmirxanlı çayının sahilində, Yan silsiləsinin ətəyindədir. Keçmış adı Aşağı Əmirxanlı olmuşdur. Kənd Ceyranotlayan adlı talada salındığı üçün 1965-ci ildən adı dəyişdirilmiş və Ceyranlı kimi rəsmiləşdirilmişdir.
Ceyranlı xalçaları
Ceyranlı xalçaları — Təbriz xalçaçılıq məktəbinə aid Azərbaycan xalçaları. == Təbriz xalçaçılıq sənəti == Təbriz xalçaçılıq sənətinin çiçəklənmə dövrü XII–XVI əsrlərə aiddir. Təbriz məktəbinin XVI əsr qızıl dövrünün 200-ə qədər şah əsəri miniatür rəssamlıq sənəti ilə toxuculuğun harmonik birləşməsi, peşəkar rəssam və xalçaçıların yüksək ustalığı ilə səciyyələnir. Təbriz xalçaları arasında saray üçün toxunan iri xalılar daha məşhur olub. Sərdabələri, məqbərələri bəzəmək üçün böyük ölçüdə xalçalar toxunub. Hətta xalçaların toxunmasında ipəkdən, bahalı daş-qaşdan da istifadə olunub. Xalça üzərində əks olunan hər bir ornamentin özünün simvolik mənası olub. Alimlər illərdir bunun tədqiqatı ilə məşğul olurlar. Təbriz xalçaları kompozisiya baxımından mürəkkəbliyi, naxışlarının incə və nəfisliyi, ən başlıcası isə dinamikliyi ilə göz oxşayır. Bu xalça qrupu incə naxışlı kompozisiyalarla yanaşı, həm də süjetli xalçaların toxunması ilə seçilir ("Leyli və Məcnun", "Ovçuluq", "Dörd fəsil", Dərvişlər" və s.).
Mahmud Heyrani
Mahmud Heyrani (türk. محمود حيراني; v. 1269, Akşehir, Konya ili) — Rum sultanlığında yaşamış sufi. O, Akşehirdə yaşayırdı. Məhəmmədin nəslindən olan və seyid titulu daşıyan Heyraninin atası Səlcuqlu dövlət xadimlərindən Məsud Paşadır. Qaraman vilayətində Akşehirdə bir zaviyədə yaşayan Mahmud Heyrani ilə Mövlana Cəlaləddin Rumi dost idilər və çox vaxt eyni məclisdə olurdular. Eyni zamanda, Sarı Saltıq və Nəsrəddin Xocanın şeyxi olan Heyraninin mövləvi və ya yəsəvi təriqətinə mənsub olduğu güman edilir. Başqa bir versiyaya görə, o, bektaşi idi.
Seydi Mahmud Heyrani türbəsi
Seydi Mahmud Heyrani türbəsi Akşehirdəki tarixi bir türbədir. Türbəyə adı verilən Seydi Mahmud Heyrani Mövlana Cəlaləddin Ruminin tələbəsidir. Harranda anadan olmuş, Konyada Mövlana Cəlaləddin Rumidən dərs almış və Akşehirə gəlmişdir. 1268-ci ildə Akşehirdə ölmüşdür. Türbə Konya ili Akşehir ilçəsində, Sultan dağlarının şimal yamacında yerləşir. Türbənin yerləşdiyi ərazidə Ferruhşah məscidi kimi tanınan məscid də yerləşir. Türbə Seydi Mahmud Heyrani adlı sufinin türbəsidir. Seydi Mahmudun ölüm tarixini nəzərə alsaq, türbənin 13-cü əsrdə inşa olunmuş türbə olduğu aydın olur. Binanın tikilmə tarixi barədə heç bir qeyd olmasa da, tabutdakı 667 (yəni miladi təqvim ilə 1268) binanın inşaa tarixi olma ehtimalı var. Bir kitabəyə görə memar Asilzadə Əhməd Abdullah oğludur.