Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Hiraqana
Hiraqana (ひらがな) — X əsrdə Yaponiyada yaranan əlifbadır. Bu xətt Çindən Yaponiyaya gətirilmiş kanci xəttindən yaranıb. "Hiraqana" "yumşaq kana" deməkdir.
Pirağan
Byurakan, Pirağan — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Əştərək rayonunda kənd olmuşdur. == Tarixi == Kəndin əvvəl adı Pirağan olub. Kənd İrəvan quberniyasının Eçmiədzin qəzasında kənd adı (133, 202). XIX əsrin sonlarından sonra adı çəkilmir. 1728-ci ilə aid mənbədə "Piraqan" kimidir [170,48]. Pir-Oğan dağının adındandır.
Xorasan
Xorasan (fars. خراسان‎ – gün çıxan yer) — İranın şərqində tarixi vilayət. Xorasan qədim yaşayış yeri olub dünya şöhrətli memarlıq abidələri və xalçaları ilə tanınır. 29 sentyabr 2004-cü ildə vahid Xorasan ostanı üç ostana bölünmüşdür: Şimali Xorasan ostanı (mərkəzi: Bocnurd) Cənubi Xorasan ostanı (mərkəzi: Bircənd) Rəzəvi Xorasan ostanı (mərkəzi: Məşhəd) == Əhalisinin etnik tərkibi == 25 %-ini türklər təşkil edir. Azərbaycanlılar (20%), farslar , Xorasan türkləri , türkmənlər , kürdlər , həzaralar, bəluclar, puştunlar və s. ibarətdir . Məşhəd şəhərində 500 mindən çox azərbaycanlı yaşayır. == İqtisadiyyatı == İqtisadiyyatının əsas sahələri — avtomobil, elektrotexnika, neft-kimya, metallurgiya, kənd təsərrüfatı, qida (buğda, arpa, şəkər çuğunduru, pambıq, zəfəran, üzüm, pomidor, raps), dəri, ayaqqabı, toxuculuq, keramika sənayesi, energetika, tikinti materiallarının istehsalı, silisium, turizm və səyahət, nəqliyyat, ticarət, neft, qaz hasilatı, firuzəni, mis filizi, qızıl, daş duz.
Hirkan
Hirkan (əvvəlki adı: Avrora) — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində şəhər tipli qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Lənkəran rayonunun Avrora qəsəbə inzibati-ərazi vahidi tərkibindəki Avrora şəhər tipli qəsəbə Hirkan şəhər tipli qəsəbə, Avrora qəsəbə inzibati-ərazi vahidi Hirkan qəsəbə inzibati-ərazi vahidi adlandırılmışdır. == Tarixi == SSRİ dövründə bura Lənkəranın ən çox çay istehsal edən sovxozu olmuşdur. SSRİ dövründə "Avrora Çay Sovxozu" adlandırılmışdır. 1934-cü ildə Baltik donanmasının "Avrora" kreyserinin şərəfinə "Avrora" çayçılıq sovxozu əsasında Avrora adlandırılmışdır və beləliklə qəsəbənin əsası qoyulmuşdur. Dağatəyi düzənlikdədir. 1964-cü ildə Hirkana şəhər tipli qəsəbə statusu verilmişdir.Xanbulançay su anbarı bu qəsəbədədir. Çayçılıq sahəsinin inkişafı 1970–1980-ci illərdə daha da sürətlənmiş, çay əkinlərinin suvarma suyuna tələbatının ödənilməsi məqsədi ilə 1976-cı ildə Lənkəran rayonunda tutumu 52 milyon m³ (kubmetr) olan Xanbulançay su anbarı Bəşəru çayının üzərində inşa olunmuşdur, bu böyük bənd bu günə kimi hələ də öz möhkəmliyi ilə seçilir. Bəndin tikintisinə 1967-ci ildə başlanmış, 1977-ci ildə istifadəyə verilmişdir. Onun suyundan yayda süni suvarmada geniş istifadə olunur.
Hirkan şümşəsi (Hirkan pirkalı)
Elmi adı- Ilex hyrcana PojarkIUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “Nəsli kəsilməyə həssas olanlar” kateqoriyasına aiddir- VU D2. Azərbaycanın nadir növüdür. == Qısa morfoloji təsviri == 3-6 m hündürlüyündə, 7 -8 sm-ə qədər diametrdə həmişəyaşıl, alçaqboylu ağac və ya koldur. Yarpaqları 2-7 sm uzunluğunda, 1-3 m enində, dərivari, üstdən tünd yaşıl, parlaq, kənarları oyuqdişlidir. Çiçəkləri xırda, ağımtıl, çətirvari qoltuq çiçək qrupunda toplanmışdır. Tacı sünbülşəkillidr. Meyvəsi qırmızıdır, 7-9 m m uzunluğunda, 6-7 mm diametrindədir, uzunsov-şarşəkilli, sapları 3-8 mm uzunluğunda, 4çəyirdəklidir, çəyirdəkləri ensizdir, yan tərəfdən tillidir. == Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri == May ayında çiçəkləyir. Meyvələri sentyabr-oktyabr aylarında yetişir. Tozlanması entomofildir.
Farasan arxipelaqı
Farasan arxipelaqı (ərəb. جزر فرسان‎) — Qırmızı dənizdə, Səudiyyə Ərəbistanına məxsus olan ada. Cizan adasından 40 km aralıda, ölkənin cənub-qərbində yerləşir. Arxipelaqın ən iri adaları — Farasan. Digər adalar — Sacid, Zufaf. Adalar qorunan ərazidir. Adalarda ərəbistan cüyürü yaşayır. Buraya Avropadan gələn köçəri quşlar qışlayır.
Firavan Əsgərov
Firavan Xanbala oğlu Əsgərov (14 mart 2001, Surra, Sabirabad rayonu – 2020, Füzuli rayonu) — İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Firavan Əsgərov 2001-ci ildə Sabirabad rayon Surra kəndində anadan olmuşdur. 2008-ci ildə Şəfi Babayev adına Surra kənd tam orta məktəbinin birinci sinfinə daxil olub. == Hərbi xidməti == 2019-cu ildə orta məktəbi başa vurduqdan sonra Sabirabad rayon hərbi komissarlığı tərəfindən həqiqi hərbi hərbi xidmətə çağırılmışdır. İlk hərbi xidməti Cəlilabad rayonunda keçmişdir. Andiçmədən sonra Bakıda XTQ hissəsində hərbi xidmətini davam etdirib. 2020-ci ilin iyun ayından başalayaraq Türkiyə və Pakistan ordusu ilə hərbi təlimlərə başladılar. Firavanın ilk döyüşü 2020-ci il sentyabr ayının 20-də öz hərbçi yoldaşları ilə birlikdə Goranboyda başladı. Bir çox döyüş yolları keçib, Tovuz döyüşlərində iştirak edib. Murov yüksəkliyinin alınmasında, Füzuli, Cəbrayıl, Qubadlı, Hadrutun və onun bəzi qəsəbələrinin alınmasında iştirak edib.
Harasban (Hurand)
Harasban (fars. هرسبان‎) — İranın Şərqi Azərbaycan ostanının Hurand şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 95 nəfər yaşayır (19 ailə).
Hardasan (mahnı)
Hardasan — azərbaycanlı müğənni Aygün Kazımovanın mahnısıdır. "SS Production" tərəfindən hazırlanan mahnının sözləri Gülağa Tənhaya, musiqisi İsmayıl Əsədova aiddir. Klipdə dünyaca məşhur azərbaycanlı modelyer-dizayner Rüfət İsmayıl da yer almışdır. Klipin rejissoru Teymur Nəcəfzadədir. Müğənninin imici üzərində stilist Ruxa, Telman Heybətov və Rüfət İsmayıl çalışıb.
Hirabad (Xudabəndə)
Hirabad (fars. هيراباد‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 323 nəfər yaşayır (59 ailə).
Hiraqana əlifbası
Hiraqana (ひらがな) — X əsrdə Yaponiyada yaranan əlifbadır. Bu xətt Çindən Yaponiyaya gətirilmiş kanci xəttindən yaranıb. "Hiraqana" "yumşaq kana" deməkdir.
Miraslan Ağayev
Miraslan Ağayev — aktyor, teatr həmkarlar təşkilatının idarə heyətinin sədri. == Həyatı == Ağayev Miraslan Əzizəli oğlu 18 mart 1958-ci ildə Lerik rayonun Tikəband kəndində anadan olmuşdur. 1975-ci ildə Lənkəran şəhər 2 saylı orta məktəbi bitirdikdən sonra Lənkəran Dövlət Dram Teatrında səhnə maşinisti kimi işə qəbul olunmuşdur. 1987-ci ildə M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutuna daxil olmuş və 1992-ci ildə oranı bitirmişdir. 1975-ci ildən Lənkəran Dövlət Dram Teatrında aktyor vəzifəsində işləyir. Şəhərin ictimai tədbirlərində fəal iştirakına görə 24 Mart 1982, 27 Mart 1985, 14 Oktyabr 1987-ci illərdə Azərbaycan Lenin Komsomol Gənclər İttifaqının Lənkəran şəhər komitəsinin fəxri fərmanları ilə təltif olunmuşdur. Miraslan Ağayev Türkiyənin Dənizli, Antaliya və Konya şəhərlərində festivallarda iştirak etmişdir. Miraslan Ağayevin oynadığı tamaşalardan C. Məmmədquluzadənin “Ölülər”, Ü. Hacıbəyovun “Olanlardan-keçənlərdən” tamaşaları Azərbaycan Dövlət Televiziyasında “Qızıl fond”da saxlanılır. Miraslan Ağayev teatr həmkarlar təşkilatının idarə heyyətinin sədridir. === İfa etdiyi rollar === C.Cabbarlı “Sevil” – Əbdüləli bəy C.Məmmədquluzadə “Ölülər” – Hacı Baxşəli M.F.Axundov “Molla İbrahimxəlil” – Molla Həmid V.Səmədoğlu “Uca dağ başında” – Murtuz Ş.Qurbanov “Özümüz bilərik” – Bəbirli H.Cavid “Topal Teymur” – Nazim ağa S.Vurğun “Fərhad və Şirin” – Topal Ü.Hacıbəyov “Olanlardan-keçənlərdən” – Məşədi, Şagird, Vəli Qoqol “Müfəttiş” – Karobkin M.Hüseyn “Cavanşir” – Qartal Ə.Əmirli “Varlı qadın” – Vəkil B.Nuşiç “Nazirin xanımı” – Pera S.S.Axundov “Qaraca qız” – Bəy S.Vurğun “Vaqif” – Sərkərdə Ə.Nesin “İntihar” – Murad bəy, Nuru, Məmur A.Safronov “Yerin cazibəsi” – Mayor A.Çxaidze “Çinari manifesti” – Bibo H.Mirələmov “Pənah xan Cavanşir” – Heydərqulu xan H.Allahyarov “Bir ovuc torpaq” – Polkovnik Lıskov M.Xubai “Şeytanın oyunları” - Pollada A.Babayev “Üç qardaş” - Şah İ.Əfəndiyev “Qəribə oğlan” - Əhmədcan N.B.Vəzirov “Milyonçu dilənçi” - Mayor Xudaverdi bəy A.Zeynalov “20 yanvar” - Şəhid L.Korsunski “Kələkbaz” - Petraşov E.D.Filippo “Ruhlar” - Qastone B.Beyzayi “İlan Sultan” - Vəzir Ə.Vəlioğlu “Əsrlərin harayı” - Kahin A.Şaiq “Qoç Polad” - Toxtamış M.F.Axundzadə “Hacı Qara” - Xəlil M. Ağayevin bir rejissor kimi quruluş verdiyi tamaşalar: M.Ağayev “Təbii Tibbi Klinika” === Oynadığı filmlər və serialları === “Susmuş vicdan” – Deputat “Durnalar qayıdır” – Əsgər “Sevginin göz yaşları” – Ata “Durnalar qayıdanda” – Məhbus “Günəşim ol” – Qafur == Mükafatları == 6 may 2023-cü ildə Prezident Mükafatına layiq görülmüşdür.
Miraslan Bəkirli
Miraslan Bəkirli (azərb. Miraslan Məcnun oğlu Bəkirli‎; 17 mart 1955, Qızıl Şəfəq, Kalinino rayonu) — telejurnalist, yazıçı-publisist, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü. == Həyatı == Miraslan Bəkirli 17 mart 1955-ci ildə Qərbi Azərbaycanın Kalinino rayonunda (keçmiş Varantsovka, qədim adı isə Daşır olmuşdur), Qəzəl Şəfəq kəndində (keçmiş Cücəkənd) anadan olub. 1969-cu ildə Qızıl Şəfəq 8 illik, 1971-ci ildə İlməzli kənd orta məktəbini bitirmişdir. Bir il Qızıl Şəfəq sovxozunda fəhlə işləmiş, 1972-1977-ci illərdə BDU-nun (keçmiş ADU) geoloji-coğrafiya fakültəsini bitirmiş, Cəlilabad rayonunun Eçara, Maşlıq kəndlərində dövlət göndərişi ilə müəllim işləmişdir. 1980-i ildən 1988-ci il hadisələrinə qədər doğulduğu rayonda “Zarya” qəzetində işləmiş, sonra Sumqayıt şəhərinə köçüb gəlməyə məcbur olmuşdur. Sumqayıtda əvvəl 8 sayli məktəbdə müəllim, sonra 18saylı məktəbdə dərs hissə müdiri, 1990-cı ildə ilk müstəqil qəzetlərdən olan “Vətən səsi” qəzetində ədəbi işçi, şöbə müdiri kimi fəaliyyət göstərmişdir. 1992-ci ildən Azərbaycan Dövlət Televiziyasında böyük redaktor kimi çalışır. "Halallıq", "El deyimləri", "Yurd", "Yurd yeri" kimi etnoqrafik, tarixi, publisistik; "Ağrı", "Vətən qürbətdə qaldı", "Həsrət", "Durnalar qayıdanda" kimi verilişlərlə Qərbi Azərbaycan və işgalda olan torpaqlarımızla bağlı; Qarabağ müharibəsində isə döyüş movqelərindən "Qılınc qolun davamıdır", "Cəbhədən qayıtmışıq" silsilə verilişlər hazırlayıb. 1984-cu ildən bədii yazllarla müntəzəm olaraq ədəbi orqanlarda çap olunur.
Razavi Xorasan
Rəzavi Xorasan ostanı (fars. استان خراسان رضوی‎ – Ostane Xorasane rəzəvi) — İranın şərqində ostan. Mərkəzi Məşhəd şəhəridir. Tarixi Xorasan bölgəsinin bir hissəsini təşkil edir. Ostanın ərazisi 148.959 km²-dir. 2006-cı ildə aparılmış rəsmi siyahıya almaya əsasən ostanda 5 593 079 nəfər əhali yaşayır. Əhalisinin etnik tərkibi Azərbaycan türklərindən (Ostan əhalisinin 1/5-i qədər), farslardan, Xorasan türklərindən, türkmənlərdən, kürdlərdən, həzaralardan, bəluclardan, puştunlardan və s. ibarətdir.
Rəzavi Xorasan
Rəzavi Xorasan ostanı (fars. استان خراسان رضوی‎ – Ostane Xorasane rəzəvi) — İranın şərqində ostan. Mərkəzi Məşhəd şəhəridir. Tarixi Xorasan bölgəsinin bir hissəsini təşkil edir. Ostanın ərazisi 148.959 km²-dir. 2006-cı ildə aparılmış rəsmi siyahıya almaya əsasən ostanda 5 593 079 nəfər əhali yaşayır. Əhalisinin etnik tərkibi Azərbaycan türklərindən (Ostan əhalisinin 1/5-i qədər), farslardan, Xorasan türklərindən, türkmənlərdən, kürdlərdən, həzaralardan, bəluclardan, puştunlardan və s. ibarətdir.
Rəzəvi Xorasan
Rəzavi Xorasan ostanı (fars. استان خراسان رضوی‎ – Ostane Xorasane rəzəvi) — İranın şərqində ostan. Mərkəzi Məşhəd şəhəridir. Tarixi Xorasan bölgəsinin bir hissəsini təşkil edir. Ostanın ərazisi 148.959 km²-dir. 2006-cı ildə aparılmış rəsmi siyahıya almaya əsasən ostanda 5 593 079 nəfər əhali yaşayır. Əhalisinin etnik tərkibi Azərbaycan türklərindən (Ostan əhalisinin 1/5-i qədər), farslardan, Xorasan türklərindən, türkmənlərdən, kürdlərdən, həzaralardan, bəluclardan, puştunlardan və s. ibarətdir.
Xorasan (Bicar)
Xorasan (fars. خراسان‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 105 nəfər yaşayır (26 ailə). Əhalisini kürdlər təşkil edir.
Xorasan (dəqiqləşdirmə)
‎Xorasan (Bicar) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd.
Xorasan Səlcuqiləri
Xorasan Səlcuqiləri (türk. Horasan Selçuklu Devleti; 1092-1118) - Səlcuqluların Xorasanda qurduğu dövlət (sultanlıq). Ərazisi Xorasanı, Türkmənistanı, Məvarünnəhri və Xarəzmi əhatə etmişdi. == Hökmdarlar (Məliklər və Sultanlar) == === Məliklər === Davud Çağrı bəy Alparslan Arslan şah İlyas ibn Davud Süleyman ibn Davud Məsud ibn Ərtaş Yabqu Maudud ibn Ərtaş Yabqu Arslan Arqun ibn Məhəmməd Böri Bars ibn Məhəmməd Təkiş ibn Məhəmməd Toğan ibn Alparslan === Sultanlar === Arslan Arqun ibn Məhəmməd Əhməd Səncər ibn Məlikşah == Xorasan Səlcuqlu Sultanlığının bayrağı və gerbi == === Bayraq === Səlcuqlu dövlətinin bayrağında bir ikibaşlı qartal və üzərində bir yay ilə ox təsvir edilmişdir. İkibaşlı qartal Səlcuqların həm Şərqə, həm də Qərbə hakim olduğununun simvoludur. Ox və yay isə Türklərin savaş ruhunu təmsil etməkdə idi. Böyük Səlcuqlu parçalanmağa başlayandan sonra yaranmış digər kiçik Səlcuqlu dövlətləri öz bayraqlarını Böyük Səlcuqluların bayrağının əsasında düzəldiblər. Məsələn, Rum Səlcuqlularının bayrağı kimi. Və ehtimal ki, Xorasan Səlcuqluları da öz bayraqlarını bu bayraq əsasında düzəldiblər. === Gerb === Səlcuqluların gerbi ikibaşlı qartaldır.
Xorasan Səlcuqlu
Xorasan Səlcuqiləri (türk. Horasan Selçuklu Devleti; 1092-1118) - Səlcuqluların Xorasanda qurduğu dövlət (sultanlıq). Ərazisi Xorasanı, Türkmənistanı, Məvarünnəhri və Xarəzmi əhatə etmişdi. == Hökmdarlar (Məliklər və Sultanlar) == === Məliklər === Davud Çağrı bəy Alparslan Arslan şah İlyas ibn Davud Süleyman ibn Davud Məsud ibn Ərtaş Yabqu Maudud ibn Ərtaş Yabqu Arslan Arqun ibn Məhəmməd Böri Bars ibn Məhəmməd Təkiş ibn Məhəmməd Toğan ibn Alparslan === Sultanlar === Arslan Arqun ibn Məhəmməd Əhməd Səncər ibn Məlikşah == Xorasan Səlcuqlu Sultanlığının bayrağı və gerbi == === Bayraq === Səlcuqlu dövlətinin bayrağında bir ikibaşlı qartal və üzərində bir yay ilə ox təsvir edilmişdir. İkibaşlı qartal Səlcuqların həm Şərqə, həm də Qərbə hakim olduğununun simvoludur. Ox və yay isə Türklərin savaş ruhunu təmsil etməkdə idi. Böyük Səlcuqlu parçalanmağa başlayandan sonra yaranmış digər kiçik Səlcuqlu dövlətləri öz bayraqlarını Böyük Səlcuqluların bayrağının əsasında düzəldiblər. Məsələn, Rum Səlcuqlularının bayrağı kimi. Və ehtimal ki, Xorasan Səlcuqluları da öz bayraqlarını bu bayraq əsasında düzəldiblər. === Gerb === Səlcuqluların gerbi ikibaşlı qartaldır.
Xorasan bəylərbəyliyi
Xorasan bəylərbəyliyi — Səfəvilər dövlətinə bağlı bölgələrdən biri. == Tarixi == XVI əsrin əvvəlindən Şeybanilər bütün Xorasanı ələ keçirməyə can atdılar, lakin onun yalnız şimal-şərq hissəsində (yəni Bəlx vilayətində) kifayət qədər möhkəmlənə bildilər. O zamankı Xorasanın qalan üç vilayəti- Herat, Məşhəd və Mərv yenə də Səfəvilərin hakimiyyəti altında qaldı. Orta Asiyanın sünni ruhaniləri şiələrə münasibətdə bütün vasitələrlə dini fanatizmi qızışdırır və Səfəvilər dövləti ilə mübarizədə Şeybaniləri hər cəhətdən müdafiə edirdilər. Şeybanilər Xorasanda hökmdarlıq uğrunda qızılbaşlarla mübarizəni "dönüklərə (rəfizilərə) – şiələrə" qarşı "müqəddəs müharibə" şüarı altında aparırdılar. I Şah İsmayılın vəfatından və qızılbaş tayfalarının ara müharibələri ilə əlaqədar olaraq ölkədəki qarışıqlıqlardan istifadə edənn Şeybani xanın oğlu və varisi Übeydulla xan Xorasan üzərinə dəfələrlə basqınlar etdi. Özbəklərin hücumları demək olar ki, hər il təkrar olunurdu. "Qiyamçı qızılbaşlar kütləsinə" qarşı ittifaq yaratmış Osmanlı türkləri və özbəklərlə eyni vaxtda mübarizə aparmaq Səfəvilər dövləti üçün çətin idi. 1524-cü ildə Übeydulla xan Herata hərəkət etdi, lakin Xorasan bəylərbəyi Durmuş xan Şamlının qoşunları ilə toqquşaraq geri döndü. 1526-cı ildə Durmuş xan Şamlının vəfatından sonra Xorasandakı qarışıqlıqdan istifadə edən özbəklər Amudəryanı keçərək Tus şəhərini mühasirəyə aldılar və onu tutdular.
Xorasan kürdləri
Xorasan kürdləri (kürd. کوردانی خۆراسان/Kurdên Xorasanê‎, fars. کردهای خراسان‎‎) — İranın şimal-şərqində, İran–Türkmənistan sərhədi boyunca Şimali Xorasan və Rəzəvi Xorasan ostanlarında yaşayan kürdlər. Xorasanda təxminən 696 kürd kəndi var. == Tarixi == Kürdlərin indiki Türkiyə və Cənubi Qafqazdan Xorasana sürgün edilməsi Səfəvi şahı I İsmayıl tərəfindən təşəbbüs edilmiş və XVI əsrin əvvəllərində I Təhmasib hakimiyyəti dövründə davam etdirilmişdir. 1598–1601-ci illərdə daha 45 min kürd ailəsi sürgün edilmişdir. Sonrakı onilliklərdə I Abbas tərəfindən Xorasanda Astrabaddan Çinarana qədər uzanan beş kürd bölgəsi qurulmuşdur. Əfşar şahı Nadir Şahın dövründə Ərdalan kürdləri və artıq Xorasana sürgün edilənlər Gilan ərazisinə yerləşdirilmişdir.Deportasiyaların əsas səbəbi Mərkəzi Asiyadakı türkmən və özbək köçərilərinə qarşı müdafiə xətti yaratmaq istəyi idi. == Tayfalar == Xorasandakı kürd tayfaları arasında Əmar, Bəçvan, Bədlan, Bərivan, Bicərvan, Çapəş, Davan, Həməzkan, İzan, Keyvan, Məmyan, Məstiyan, Mozdegan, Palokan, Qaçkan, Qarabaş, Qaraçur, Qaraman, Rəşvan, Rudkan, Sevkan, Silsəpuran, Şad, Şeyxkan, Şirvan, Torosan, Tukan, Tupkan, Zəfəran, Zəngilan, Zərəqkan, Zərdkan və Zeydandır. Onlar hamısı kurmanci ləhçəsində danışır və şiə müsəlmanlarıdır.Digər tayfalara lək dilində danışan Kəlat və Dərəgazda yaşayan ləklər daxildir.
Xorasan tatları
Xorasan tatları — İranın Şimali Xorasan və Rəzəvi Xorasan ostanlarında yaşayan tatlar. Xorasan tatlarının dilləri ehtimalən tacik, kurmanc (kürd) və Xorasan-türk dillərinin qarışıqından əmələ gələn dildir.
Xorasan türkləri
Xorasan türkləri - İran İslam Respublikasında yaşayan Türk millətinin bir parçası . Kompakt halda Rəzəvi Xorasan ostanı, Quzey Xorasan ostanı, Gülüstan ostanı və Simnan ostanında yaşamaqdadırlar. Danışdıqları dil türk dili olub Oğuz yarımqrupuna daxildir, Türkmən və Azərbaycan dilləri arasında bir ləhcəyə sahib olan Xorasan türkcəsi Azərbaycan dilinə daha yaxındır. Bir çox Xorasan türkləri də əsasən Xorasan kürdləri ilə evliliklərinə görə kürdçe danışa bilirlər. İranın ortaq dili olan Fars dilində də danışa bilirlər. Xorasan türklərinə dair müxtəlif tədqiqatlar aparılmışdır . Onların iranda saylarına dair müxtəlif təxminlər mövcud olsa da əksər mütəxəssilərin ehtimallarına əsasən onlar iran əhalisinin ən az ehtimalla 1%-dən çoxunu təşkil edirlər .Cavad Heyət kitabında yazılıb sayları 1.500.,000 nəfər ki indi bü tarix də şübhəsiz 2.500.000 nəfərdən daha çoxdur .Mühüm türk yaşayən şəh'rlər: Azadşəhr, Ramiyan, Əliabad Kətul, Minudəşt, Şirvan Bocnurd, İsfərayen, Kəlat, Cuveyn, Çağatay Dərgəz, Nişapur, Qoçan. Professor Gerhard Dörfer Xorasan türklərinin nəsilini Səlcuqlular türklərdən bilir ki, Toğrul bəy ilə İrana gəlmişlər. == Həmçinin bax == Code copying in İrano-Turkic Lars Cohanson Arxivləşdirilib 2016-03-13 at the Wayback Machine The Khorasani Turk of Iran Arxivləşdirilib 2010-03-15 at the Wayback Machine CENTRAL ASIA xiv. Turkish-Iranian Language Contacts Seyri Dar Tarix Zaban Lahjehaye Torki.dr.javad heyat Doerfer, Gehard (1969).
Xorasan ərəbləri
Xorasan ərəbləri-İranın Xorasan regionunda yaşayan ərəb əsilli xalq.Xorasan ərəblərinin əksəriyyəti Şeybani, Zənguyi, Mişməst, Xuzəymə və Əzd tayfalarından ibarətdirlər və fars dilində danışırlar və çox azının anadili ərəb dilidir.Bu xalqın çoxu Məşhəd, Bircənd və Nişapur şəhərlərində sakindirlər.
Havaşan
Havaşan (fars. هاواشان‎ ) - İran İslam Respublikasının Ərdəbil ostanında kənd. Havaşan Kosar şəhristanının Qərbi Səncəbəd kəndistanında yerləşir. 2006-cı ildə aparılmış əhalinin siyahıya alınmasının nəticələrinə görə kəndin əhalisi 596 nəfər (kişilər: 301 nəfər - qadınlar: 295 nəfər) olmuşdur. Kənddə 121 ailə yaşayır. == Coğrafiyası == Ərdəbildən 101 km cənub-şərqdə, Givi şəhərindən 15 km şimal-şərqdə, 37° 43' 30" şimal enində və 48° 24' 54" şərq uzunluğunda, dəniz səviyyəsindən 1970 m yüksəklikdə yerləşir. Şimal, şərq və qərbdən Talış dağları, cənubdan İstisu, cənub-şərqdən isə Ney Əhməd beyg kəndləri ilə əhatə olunub. == Əhali və dil == Kəndin əhalisi azərbaycanlılardır və Azərbaycan dilində danışırlar. == İqtisadiyyatı == Kənd sakinlərinin əsas məşğuliyyəti heyvandarlıq və qismən əkinçilikdir. == Təhsilin vəziyyəti == Kənddə ibtidai məktəb fəaliyyət göstərir.
Sıravan
Sıravan (fars. سیراوند‎, (az.-əbcəd سێراوان‎) - İranın Həmədan ostanının Əsədabad şəhristanının Mərkəzi bəxşinin ərazisinə daxil olan kənd. == Coğrafiya == Sıravan kəndinin yolu Əsədabad - Sonqur yolunun 8-ci kilometrində ayrılaraq Dehnuş kəndindən keçir.Hündürlüyünə görə kəndin iqlimi Əsədabaddan daha soyuqdur.Kəndin qışları soyuq və kəskin qarlı keçərək, yayları isə mötədil olur.Sıravanın üç yanında dağlar, başqa tərəfində isə sulu bulaqlar və geniş bağlar var.Kənd quzeydən Sıyar dağı, şərqdən Çıqçığa dağı, qərbdən Yekədağ(Böyük güney dağı) və güneydən bol ağaclı geniş bağlar ilə əhatə olunub. === Bulaqlar === Lavcı bulağı, Xorxora, Bağ Türkiyə, Kövsər bulağı, Neyqələm, Pışpış, Əlibulağı, Cühüdbaulağı, Leysanbulağı və Göl. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 531 nəfər yaşayır (163 ailə). === Milli tərkibi === Burada yaşayan insanların hamısı Azərbaycan türklərinin, Əfşar, Bayat və Ustaclı boylarının törəmələridir. Kənddə Bəşirlilər tayfası üstünlük təşkil edir ki Türk kökənli Əfşar boyunun törəmələsidirlər.Adı çəkilən tayfa kəndin Əmir məhəlləsi adlanan hissəsində yerləşib.Bəşirlilərdən başqa Sıravanda Bayat boyunun törəmələri olan Şiri tayfası kəndin qərbində, Bəyli tayfası isə kəndin Bəy məhəlləsində yaşayırlar. Şıxlar tayfası Ustaclı boyunun törəməsi olub ki vaxtıilə Fəridən bölgəsindən bu kəndə köçüblər.Bundan başqa Sıravanda Tahirlilər (Bayatların qolu), Küranilər (Əfşarların qolu) və vaxtıilə indiki Azərbaycan Respublikasından bu kəndə köçən insanlar da yaşamaqdadır. == İqtisadiyyat == Sıravanlıların gəliri əsasən bağçılıq və əkinçilikdən əldə edilən gəlirdir.Kənddə yetişdirilən ən önəmli bağ məhsulu qozdur.Eləcə kənddə çox sayda ərik, badam, alma, alça, gavalı, göyəm, gilas, şaftalı, nar, üzüm, tut, əncir, sumaq, zirinc və armud ağacları var.
Buraşan (Urmiya)
Buraşan (fars. وراشان‎) - İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Coğrafi yerləşməsi == Urmiya şəhristanının Ətraf bölgəsinin Bərgəşli kəndistanında, Urmiya şəhərindən 6,5 km. şimal-şərqdədir. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 124 nəfər. yaşayır (35 ailə).