KİRŞAN

is. Qadınların üzlərinə sürtdükləri ağ və ya ət rəngində ətirli, kosmetik toz maddə.
Əziziyəm, bizə gəl; Al-yaşıl gey, bizə gəl; Üzün kirşanı neylər; Çək sürməni gözə, gəl. (Bayatı).
Ənliyi-kirşanı neylər camalın; Sən elə gözəlsən binadan, pəri! M.P.Vaqif.

□ Kirşan vurmaq (sürtmək) – bax kirşanlanmaq.

Sinonimlər (yaxın mənalı sözlər)

  • KİRŞAN kirşan bax pudra
KİRSLİ
KİRŞANLAMA

Digər lüğətlərdə