Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Dubai International Holy Quran Award
Dubay Beynəlxalq Quran Mükafatı (ərəb.جائزة دبي الدولية للقرآن الكريم) Dubay hökumətinin sponsorluğunda Quranın əzbərlənməsinə görə verilən illik mükafatdır.
Battle Angel Alita: Holy Night and Other Stories
Battle Angel Alita: Holy Night and Other Stories (azərb. Döyüş mələyi Alita: Müqəddəs gecə və digər hekayələr‎) və ya Yaponiyada tanınan adı ilə Gunnm Gaiden (銃夢外伝, azərb. Silah yuxusu qaydeni‎) – Yukito Kişiro tərəfindən yazılmış və çəkilmiş manqa. "Battle Angel Alita" manqa seriyası üçün qayden xarakteri daşıyır. == Məzmun == Manqa 4 qısa hekayədən ibarətdir: "Müqəddəs gecə", "Supersonik barmaqlar", "Evə qayıdış" və "Barjack rapsodiyası". Hadisələr "Battle Angel Alita" ilə "Battle Angel Alita: Last Order" manqaları arasında zaman dilində baş verir. Qaydendəki bəzi personajlar orijinal manqada görünməmişdir. "Müqəddəs gecə" hekayəsi s.d. 571-ci ildə baş verir. Tiferesdən atılan Daysuke İdo sirli gənc qadını xilas edir.
Hoy
Xoy (azərb. Xoy‎; fars. خوی‎) — İran İslam Respublikasının Qərbi Azərbaycan ostanındakı Xoy şəhristanının inzibati mərkəzi. Şəhər ərazisi 30 km².-dir.2012-ci ildə aparılmış siyahıya almanın yekunlarına əsasən əhalisi 200,985 & 354,309 nəfərdir. == Tarixi == Xoy şəhərinin tarixi e.ə. 3000–4000-ci illərdən başlayır. Şumer mənbələrində adı çəkilən Arrata adlı bölgənin bu günkü Urmiya ilə Van şəhərləri arasındakı bölgə olduğu tarixçilər tərəfindən təsdiqlənmişdir. O illərdə bu bölgədə məskunlaşmanın olması da öz təsdiqi tapmışdır. Əvvəlcə Xoy şəhəri Azərbaycan ərazisində qurulan Manna dövlətinin sərhədləri içində olmuş, sonra Van və onun ətrafını özündə birləşdirən Urartu dövlətinin ərazisinə qatılmışdır. İslam dininin yayılması və xilafətin bu bölgəni ələ keçirməsi ilə şəhər müsəlmanların idarəsi altına keçmiş və uzun illər müxtəlif bəyliklərin tərkibində olmuşdur.
Allium moly
Moli soğanı (lat. Allium moly) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin nərgizçiçəyikimilər fəsiləsinin soğan cinsinə aid bitki növü.
Edvin Holl
Edvin Herbert Holl (ing. Edwin Herbert Hall; 7 noyabr 1855[…] – 20 noyabr 1938[…], Kembric, Massaçusets) — amerikalı fizik; 1880-ci ildə C. Hopkins Universitetini bitirmiş və 1881–1921-ci illərdə Harvard Universitetində çalışmışdir. Əsas tədqiqat mövzuları: termoelektrik, metalların elektrik və istilikkeçirməsi, dəmirdə termomaqnit və elektromaqnit effektləri. O, 1879-cu ildə qalvanomaqnit hadisələri arasında ən vacib olan — maqnit sahəsində yerləşən, cərəyan axan keçiricidə maqnit sahəsinə və cərəyana perpendikulyar istiqamətdə elektrik sahəsinin yaranmasını kəşf edib.
Gary Holt
Qeri Ueyn Holt (ing. Gary Wayne Holt; d. 4 may 1964, Riçmond[d], Kaliforniya) — amerikalı gitaraçı. O, Amerikanın treş-metal qrupu olan Exodus-un gitaraçısı, qrup lideri və əsas mahnı yazarı, eyni zamanda treş-metal qrupu Slayer-in gitaraçısıdır.
Harold Holt
Harold Eduard Holt (ing. Harold Edward Holt, 5 avqust 1908[…] – 19 dekabr 1967) — Avstraliyalı siyasətçi, ölkənin on yeddinci baş naziri. O dövrdə Liberal Partiyanın lideri. == Həyatı == Harold Holt 1908-ci ildə Avstraliyanın Yeni Cənubi Uels ştatında anadan olub. Orta təhsil aldıqdan sonra Melburn Universitetində oxuyub. Hüquq fakültəsində təhsil alan Harold Holt gənc yaşlarından siyasətə böyük maraq göstərib.Eyni zamanda kollec komandasında futbol, ​​kriket və tennis oynayıb. 1930-cu ildə təhsilini başa vuraraq 1931-ci ildə gildiyanın üzvü olub. Vəkil olaraq çalışmış, Kinematoqrafçılar Sərgilər Birliyinin katibi olmuşdur. Məktəb müəllimləri olan valideynləri onu gələcəkdə pedaqoq görmək istəsələr də, Holt onların istəyini həyata keçirməyib, öz gələcəyini özü müəyyənləşdirib, siyasət yolunu seçib. 1940-cı ildə, siyasi karyerasına başladıqdan sonra Holt Avstraliya Ordusuna yazılıb (İkinci Dünya müharibəsi davam edirdi), lakin beş aylıq xidmətindən sonra parlament fəaliyyətinə qayıdıb.
Harri Hole
Harri Hole — Yu Nesbö tərəfindən yazılmış və dünyada 18 000 000 tirajla satılmış romanlar seriyasının (hal hazırda 11 roman) baş qəhrəmanıdır. Harri Holenin adı Şerlok Holms, Erkül Puaro, Komissar Meqre, Niro Vulf kimi tanınmış ədəbi detektivlərlə yanaşı çəkilir. Hole qeyrikonservativ metodlara malik parlaq və aktiv detektiv olmaqla yanaşı, sərrast atıcılıq qabiliyyətinə malikdir. == Tərcümeyi Halı == Harri Hole 20 yaşında xərçəng xəstəliyi səbəbi ilə anasını itirir və keçmiş müəllim olan atası Ulav Hole ilə də sıx əlaqə saxlamır. O, Oslo Polis İdarəsinin Kriminalistika bölməsinin əməkdaşıdır. Harrinin daun sindromlu bir bacısı var. O, evli deyil, lakin on roman boyu bir çox qadınlarla sıx əlaqədə olub. Harri siqaret və alkoqol aludəçisi olmağına baxmayaraq, zaman zaman alkoqol qəbulunu kontrol edə bilir. Onun problemləri vaxtaşırı rəhbərlik və bəzi əməkdaşlarla konfliktlə nəticələnməyinə baxmayaraq, onun güclü detektiv olduğuna inanan bölmə rəisi Byarne Möller və onun iş yoldaşı və yaxın dostlarından biri onun işdən azad edilməsinin qarşısını ala bilirlər. Harri Federal Təhqiqat Bürosunda atıcılıq və Polis sorğulaması texnikası üzrə təlim keçmiş azsaylı orqan işçilərindən biridir.
Hoey zəlzələsi
Hoey zəlzələsi — 28 oktyabr 1707-ci ildə yerli vaxtla saat 14:00-da Yaponiyada baş verən zəlzələ Bu zəlzələ 2011-ci ildə baş verən Tohoku zəlzələsinə qədər Yaponiya tarixində baş vermiş ən böyük zəlzələ olub. Bu zəlzələ cənub-qərbi Honşu, Şikoku və Kyüşü ərazilərində ciddi dağıntılara səbəb olub. Zəlzələ və dağıdıcı sunaminin qurbanlarının sayı 5000 idi. Bu hadisə Nankai megathrust zəlzələsinin bütün seqmentlərini alt-üst edən yeganə məlum zəlzələ kimi tarixə düşdü (8.6 ml miqyasında (bal) dəyərləndirilir). == Zərər == 29000 ev dağılıb, 5000 nəfər həlak olub. Zəlzələ nəticəsində ən azı əhəmiyyətli bir torpaq sürüşməsi baş verib (Şizuokada Ohya sürüşməsi). Bu sürüşmə Yaponiyada baş verən üç ən böyük sürüşmədən biridir və 1.8 km2 əhatə edir. Qiymətləndirilmiş həcm 120 milyon m3-dir.
Hold Me
Hold Me — (Azərbaycanca: Tut Məni) Azərbaycanın 2013 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Mahnı Fərid Məmmədov tərəfindən Malmö səhnəsində ifa olunub.
Holl adası
Holl adası (ing. Hall Island) — Alyaska ştatın qərb sahillərində, Berinq dənizində yerləşən adası. Adanın uzunluğu 9,7 km, ərazisi 16 km², ən yüksək nöqtəsi isə 490 m-dir. 2000-ci il siyahıyaalınmasına görə adanın daimi əhalisi yoxdur. Ada Alyaska Milli Dəniz Qoruğunun bir hissəsidir.
Holl effekti
Sabit J cərəyan axan paralelepiped formalı keçiriciyə baxaq (kəsir ölçüləri a×b). Əgər keçirici B induksiyalı maqnit sahəsinə perpendikulər yerləşdirilərsə, Lorens qüvvəsinin təsiri ilə müsbət yükdaşıyıcılar şəkildə göstərilmiş C səthinə meyl edəcəklər. Nəticədə bu səthdə yükdaşıyıçıların "yığılması" elektrik sahəni yaradacaq. Bu elektrik sahə də öz növbəsində maqnit sahəsinin meyl etdirici təsirini kompensasiya edir. By zaman C və D səthlərinin arasında Holl gərginliyi yaranır. Holl effektinin tədqiqi yükdaşıyıcıların konsentrasiyanın təyin edilməsinə imkan verir. Bu effekt maqnit sahəsinin ölçülməsində istifadə olunan Holl qeydedici cihazlarının hazırlamasında geniş tətbiq olunur.
Hols relyef
Hols relyef- (rus. гольцовый рельеф, ing. goletic relief) mülayim-soyuq, subarktik və arktik iqlimə malik dağlıq relyef. H.r. qar xəttindən yuxarıda ərazinin soliflüksiya və şaxta aşınmasına məruz qalması ilə əlaqədar formalaşır və zirvələrin yastı olması ilə səciyyələnir.
Oliviya Holt
Oliviya Hastinqs Holt (5 avqust 1987, Cermantaun[d], Tennessi) Amerika yeniyetmə aktrisası və müğənnisidir.
Qeri Holt
Qeri Ueyn Holt (ing. Gary Wayne Holt; d. 4 may 1964, Riçmond[d], Kaliforniya) — amerikalı gitaraçı. O, Amerikanın treş-metal qrupu olan Exodus-un gitaraçısı, qrup lideri və əsas mahnı yazarı, eyni zamanda treş-metal qrupu Slayer-in gitaraçısıdır.
Stüart Holl
Stüart Holl (ing. Stuart Hall; 3 fevral 1932[…], Kinqston – 10 fevral 2014[…], London) — britaniyalı marksist istiqamətli mədəniyyət və kütləvi rabitə sosioloqu. == Bioqrafiyası == Yamaykada anadan olub. 1951-ci ildə Oxford Universitetinin Murton Kollecində oxumaq üçün Rodos Təqaüdü qazandı. Birminhem Universitetində işləyirdi, burada 1964-cü ildə Richard Hoggard ilə birlikdə Çağdaş Kültür Araşdırmaları Mərkəzini qurdu. 1979-1997-ci illərdə Açıq Universitetdə dərs demişdir. Reymond Vilyams ilə əməkdaşlıq edən Riçard Hoqqart, New Left Review jurnalında onlarla birlikdə çıxdı. Müharibəyə qarşı hərəkatın üzvü. Britaniya Sosioloji Assosiasiyasının prezidenti (1995-1997). Britaniya Akademiyasının üzvü.
Tornfild Holl
Tornfild Holl (ing. Thornfield Hall) - Şarlotta Brontenin 1847-ci ildə çapdan çıxdığı Ceyn Eyr əsərində göstərilən uydurulmuş köhnə yaşayış evidir. Burada Edvard Roçester və köməkçiləri yaşayır. Ceyn Eyr Roçesterin ailəsində mürəbbiyə vəzifəsində işləmək üçün bura yollanır. Əsərdəki bir çox hadisələr Tornfild Holl və onun ətrafında baş verir. == Ədəbiyyat == Jörg Rublack: Charlotte Bronte, Jane Eyre. Fink-Verlag, München 1985. ISBN 3-7705-2296-6 Шарлотта Бронте «Джен Эйр» - Jane Eyre. — Эксмо, 2008 год. — (Зарубежная классика).
Geri Holt
Qeri Ueyn Holt (ing. Gary Wayne Holt; d. 4 may 1964, Riçmond[d], Kaliforniya) — amerikalı gitaraçı. O, Amerikanın treş-metal qrupu olan Exodus-un gitaraçısı, qrup lideri və əsas mahnı yazarı, eyni zamanda treş-metal qrupu Slayer-in gitaraçısıdır.
Kris Hoy
Kris Hoy (ing. Chris Hoy; 23 mart 1976, Edinburq) — Britaniya avtoidmançısı və keçmiş cığır velosipedçisi. O, Böyük Britaniyanı Olimpiya oyunlarında və Dünya çempionatlarında və Şotlandiyanı İngilis Millətlər Birliyi Oyunlarında təmsil etmişdir. Hoy on bir qat dünya çempionu və altı qat olimpiya çempionudur. Cəmi yeddi olimpiya medalına sahibdir, bunlardan altısı qızıl, biri isə gümüşdür. Hoy indiyə qədərki ən çox Olimpiya titulu olan velosipedçidir. 2008 Yay Olimpiya Oyunlarındakı üç qızıl medalla Hoy Şotlandiyanı Olimpiya oyunlarında təmsil edən ən uğurlu idmançı adına yiyələnib. 1908-ci ildə Henri Taylorun qazandığı nəticədən bəri bir Olimpiya oyunlarında üç qızıl medal qazanan ilk Britaniya atleti olub. Həmçinin bütün dövrlərin ən uğurlu Olimpiya velosipedçisidir. 2012 Yay Olimpiya Oyunlarında sonuncu iki qızıl medal qazandıqdan sonra Hoy yeddi medalla Britaniya atletləri arasında ən çox medal qazanan idmançı oldu.
Anthurium holm-nielsenii
Anthurium holm-nielsenii (lat. Anthurium holm-nielsenii) — bitkilər aləminin baqəvərçiçəklilər dəstəsinin aroidkimilər fəsiləsinin anturium cinsinə aid bitki növü.
Hold My Hand
Hold My Hand – Maykl Cekson və Akonun birgə ifa etdiyi mahnı. Mahnı Ceksonun on birinci studio albomu və ölümündən sonra çıxarılmış ilk albomu olan Michael albomundan çıxarılmış ilk rəsmi sinqldır. Mahnı Cekson tərəfindən 2007 – ci ildə yazılmış və Akonun 2008 – ci ildə çıxardığı Freedom albomuna daxil edilməsi nəzərdə tutulmuşdur. Lakin Akon öz ifasını 2010 – cu ildə tamamlamışdır. == Fon == Mahnının müəlliflərindən biri olan Claude Kelly qeyd edir ki, "Hold My Hand" əslində Whitney Houstonla ifa edilməli idi. Mahnının studio çalışmaları zamanı Akon da studioda olub və mahnın eşidib. Kelly mahnı üzərində çalışmalarını bitirdikdən sonra dinləməsi üçün Akona təqdim edib. Mahnını dinlədikdən sonra Akon qeyd edib ki, mahnı çox xoşuna gəlir və onu özünd saxlamaq istəyir. Daha sonra isə Akon mahnını ifa edərək öz versiyasını yazdırıb. Qısa müddət sonra Akon Maykl Ceksonun növbəti albom çalışmalarıyla bağlı Las-Veqasa gedib.
Monti Holl problemi
Monti Hall problemi — Amerika istehsalı olan "Let's Make a Deal" (azərb. "Gəlin razılaşaq"‎) adlı və daha sonra aparıcın şərəfinə "Monty Hall" (azərb. "Monti Hall"‎) adlandırılmış oyun şousunda irəli sürülən ehtimal problemi formasında beyin yoran tapmacadır. Bu problem 1975-ci ildə Stiv Selvin tərəfindən "The American Statistician" (azərb. "Amerikalı Statist"‎) jurnalına göndərdiyi məktubda izah (həll) edilmişdir. Bu, 1990-cı ildə "Parade" jurnalındakı Meriln vos Savantın "Ask Marilyn" (azərb. "Merilndan soruş"‎) bölməsində sitat kimi verilmiş oxucu məktubundan götürülmüş bir sual kimi məşhurlaşmışdır: Vos Savantın cavabına görə iştirakçı öz seçimini dəyişərək digər qapını seçməlidir. Standart fərziyyələrə əsasən seçimini dəyişən iştirakçıların maşın qazanma şansı 2/3 olarkən öz əvvəlki seçimlərində sabit qalan iştirakçıların bu uduşu qazanma şansı yalnızca 1/3-dir. Təqdim olunmuş ehtimallar aparıcı və iştirakçının qapıları necə seçəcəyinə əsaslanan xüsusi fərziyyələrdən asılıdır. Burada (bu standart şərtlər altında) həlledici məqam iştirakçının ən başda 1 nömrəli qapını seçdiyi zamanla müqayisədə indi 2 və 3 nömrəli qapılar haqqında daha çox məlumat vardır: aparıcının məqsədli şəkildə edilmiş hərəkəti iştirakçının seçmədiyi qapıya əlavə dəyər əlavə edir, lakin iştirakçının ən başda seçdiyi qapının dəyərini dəyişmir.
Hold It Against Me
Hold It Against Me - amerikalı pop müğənnisi Britni Spirsin 7-ci studiya albomunun çıxış mahnısı. == Haqqında == iTunes siyahılarında 19 ölkədə 1 nömrəli sinqldır. Mahnı Femme Fatale albomunun çıxış musiqisidir. Billboard Hot 100 və Canadian Hot 100 siyahılarına mahnı ilk çıxdığı həftədən qatılmışdır. Mahnı Britninin Canada siyahısında olan "Gimme More", "Womanizer" və "3" sinqllarından sonra 4-cü #1 sinql olmuşdur. Britni Spirs "Hold It Against Me" sinqlının uğurundan sonra yeni albomunun adını açıqladı. Albomun adı "Femme Fatale" olacaq. Britni Twitter vasitəsilə "Sexy and strong, dangerous yet mysterious, cool yet confident." sözləriylə heyranlarını marağa salıb. Bunlar mahnının sözləri ola bilərmi? Britni deyir: Mən son 2 ildə ruhumu və ürəyimi bu alboma qoymuşam.
Bolt
Bolt (şirkət)
Bolu
Bolu — Türkiyənin Bolu ilinin inzibati mərkəzi. == İstinadlar == == Həmçinin bax == Novagra geciktirici hap Arxivləşdirilib 2016-12-02 at the Wayback Machine sitesi üzerinden sipariş verebilirsiniz.
Cola
Kola (bitki) — əməköməcikimilər fəsiləsinə aid bitki cinsi. Kola (içki) — sərinləşdirici içki.
Dolu
Dolu – ilin isti dövründə topa yağış buludlarından dənə-dənə xırda buz halında düşən atmosfer yağıntısı. == Ümumi məlumat == Dolunun ölçüsü 5 mm-dən 55 mm-ə qədər, bəzən daha çox (130 mm, kütləsi təqr. 1 kq) olur. Azərbaycanda ən çox Böyük və Kiçik Qafqazın dağətəyi və orta dağlıq zonasında müşahidə olunur. Kənd təsərrüfatına böyük ziyan vurur. Azərbaycanın bəzi dağlıq rayonlarında doluya qarşı mübarizədə artilleriya və raketlərdən istifadə edilir.